AZƏRBAYCAN DİLİ
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmusdur.
Soyad: İbrahimli
Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas ünsiyyət vasitəsi olmasıdır.
Azərbaycan Respublikasının doqquz milyonluq əhalisinin (2010) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur.
Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və teatrlarda, radio və televizorda, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir.
Hər bir ədəbi dil həm şifahi, həm də yazılı formalara, eyni zamanda zəngin üslubi rəngarəngliyə malik olur. Ədəbi dilin hamı üçün aydın və ümumi olması onun əsas əlamətlərini təşkil edir.
Ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyətin mədəni tələbatı əsasında və müəyyən zərurət nəticəsində şifahi yolla yaranır. Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi formada təşəkkül tapmağa başlamışdır. Ədəbi dilimiz formalaşmağa başladığı dövrdən ümumxalq dilinin mövcud vasitə və materiallarına əsaslanmış, onların müəyyən hissəsini seçib qəbul etmişdir. Bu zaman ümumxalq dilinin ancaq bir sahəsi deyil, onun bütün quruluşu, yəni səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu nəzərə alınmış və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə əməliyyatı, təxminən, aşağıdakı formalarda olmuşdur:
1) ümumxalq dilinin səs sistemindəki fonemlərdən, eləcə də fonetik qayda və hadisələrdən daha ümumi və səciyyəvi olanları götürülmüşdür; 2) ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümumi olan, aydın mənalı, mədəni səciyyəli, sözlər seçilib qəbul edilmişdir;
3) qrammatik quruluşdan isə müxtəlif variantlı şəkilçilər və digər qrammatik qanunlar üzərində seçmə əməliyyatı aparılmışdır.
Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasında ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəyyən dialekti əsasında yaranıb inkişaf edir.
Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələrindən də istifadə edir. Məhz Azərbaycan ədəbi dili də belə bir tarixi proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialektin eyni deyildir. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir.
Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və ədəbi normalara malikdir. Normativlik ədəbi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir.
Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; məsələn: 1) fonetik normalar; 2) orfoepik normalar; 3) orfoqrafik normalar; 4) qrammatik normalar; 5) üslubi normalar; 6) semantik normalar; 7) leksik normalar.
Müasir leksik normalara əsasən çətin ərəb və fars sözləri dilimizdə işlənmir.Yuxarıda qeyd olunan normalardan hər birinin özünəməxsus çoxlu qaydaları vardır.Ədəbi dilin normaları daimi deyildir. Bunlar dilin inkişafı ilə bağlı olaraq zaman keçdikcə təkmilləşir, dəyişir və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır. Yeni tələblər əsasında yaranan zəruri normalar isə dilə daxil olur. Hər bir yeni ədəbi norma xalqın ruhuna uyğun yaradılır. Bu prinsipə müvafiq düzəlməmiş normalar dildə yaşaya bilmir və tez sıradan çıxır.
Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubi sistem yaranmışdir. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üslub, elmi üslub, ictimai-publisistik üslub, rəsmi üslub. Bu üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.
Müasir Azərbaycan ədəbi dilinin hazırkı yüksək inkişaf səviyyəsi uzun əsrlərin məhsuludur. Ədəbi dilimiz tarix boyu mürəkkəb inkişaf prosesi keçirmişdir. Azərbaycan ədəbi dilinin inkişafı aşağıdakı dövrlərə bölünür:
1)ədəbi dilin formalaşması və tədrici inkişaf dövrü (XIX əsrə kimi);
2)ədəbi dilin sabitləşməsi dövrü (XIX əsrdən 1920-ci ilə qədər);
3)ədəbi dilin geniş inkişaf yolu keçməsi dövrü (sovet dövrü).
Ədəbi dilimizin bu inkişaf mərhələlərində yazıçıların, alimlərin, ictimai xadimlərin, müəllimlərin, milli mətbuatın və mətbuat işçilərinin xüsusi rolu olmuşdur. Bunlardan, xüsusən yazıçılar ədəbi dilimizin formalaşmasında, onun sonrakı dövrlərdəki inkişafı üçün ümumxalq dilindən söz və formalar, yaxud yeni söz və ifadələr yaratmaqda daha böyük rol oynamışlar.
―Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.
Nitq mədəniyyəti
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir.
Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda — qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçirilir.Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.
Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
- Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması.
- Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dil- özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmusdur.
Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi
Nitq mədəniyyətinin əsas şərtləri bunlardır: nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi.
- Nitqin düzgünlüyü dedikdə dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn, “öyə getmək” düzgün deyil. Burada dilin fonetik (orfoepik) qaydası pozulmuşdur. Bu ifadəni «evə getmək» kimi dedikdə nitq düzgündür.
- Nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan söz və ya ifadənin seçilməsi nəzərdə tutulur. Məsələn: «Uşaq dərsdən gəlir» — cümləsi düzgündür, ancaq dəqiq deyil. «Uşaq məktəbdən gəlir» — cümləsi isə həm düzgündür, həm də dəqiqdir.
- Nitqin ifadəliliyi isə üslub baxımından ən uğurlu və bədii dil vahidinin işlədilməsi deməkdir. Məsələn: «O, klassik ədəbiyyatı çox sevir» cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil. «O, klassik ədəbiyyatın vurğunudur» cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də ifadəlidir.
Nitqin düzgünlüyünə və dəqiqliyinə hamı əməl etməlidir. Nitqin ifadəliliyi isə daha çox şair və yazıçılara məxsusdur.
Dil, nitq və nitq fəaliyyəti
Dil ünsiyyət vasitəsidir. Dilin özünəməxsus qrammatik quruluşu və ifadə imkanları vardır.
Nitq ünsiyyət prosesidir. Nitq dilin ifadə imkanları əsasında hər hansı bir məlumatın verilməsi şəklində ortaya çıxır. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişkən, nitq isə ona nisbətən çox dəyişkəndir. Məsələn, bizim keçən əsrdəki dilimiz indikindən az fərqlənib, ancaq həmin yüzülikdə yasayan şəxslərin nitqi indıkindən çox fərqli olubdur.
Nitq fəaliyyəti isə nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur.
Ədəbi dil. Nitq normaları
Ədəbi dil — milli dilin müəyyən qayda — qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır. Başqa sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə malik olan ən yüksək formasıdır.
Ədəbi dilin tabe olduğu qayda — qanunlar sisteminə nitq normaları deyilir.Norma sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə deyilir.
Ədəbi dil iki şəkildə özünü göstərir: şifahi ədəbi dil, yazılı ədəbi dil.
- Şifahi ədəbi dil səslənən ədəbi dildir. Ədəbi dilin bu forması orfoepik normalara tabe olur. Nitq, çıxış və məruzələr şifahi ədəbi dil normalarına aiddir.
- Yazılı ədəbi dil yazılan dildir, orfoqrafık normalara tabe olur.
Müasir Azərbaycan ədəbi dilinin normaları üç şəkildə özünü göstərir: fonetik norma, leksik (leksik — semantik) norma, qrammatik norma. Orfoqrafık və orfoepik normalarfonetik və qrammatik normalar əsasında yaradılıb.
Fonetik norma
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır.
Hər hansı bir söz danışıq dilində və ya şivələrdə müxtəlif şəkildə dəyilsə də, ədəbi dildə bir cür, yəni orfoepik normaya uyğun formada tələffüz olunur.
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma adlanır.
Hər iki norma dilin fonetik quruluşu, xüsusilə də ahəng qanunu ilə müəyyən edilir. Dilimizin orfoepik və orfoqrafik normaları xüsusi lüğətlərdə (orfoqrafiya və orfoepiyalüğətlərində) əks olunmuşdur.
Dilin fonetik norması həm orfoepik normanı, həm də orfoqrafik normanı özündə bildəşdirir. Fonetik norma iki şəkildə özünü göstərir: sözlərin düzgün tələffüz şəkli (orfoepiya) və düzgün yazı şəkli (orfoqrafiya). Sözlər ədəbi düdə düzgün tələffuz edilmədikdə və ya düzgün yazılmadıqda fonetik norma pozulur. Məsələn: «məktəb» sözünün [məx’təb]şəklində deyil, yazıldığı kimi deyilməsi, eləcə də [maraxlı] şəklində tələffüz olunan sözün bu cür də yazılmast fonetik normamn pozulması dəraokdir.
Leksik norma
Ədəbi dilin bu norması yazıh dildə və ya şifahi nitqdə hər bir sözün mənasına yaxşı bələd olmağı, onu düzgün və yerində işlətməyitələb edir. Leksik normamn əsas şərti sözlərin dəqiq seçilməsi, ifadəli şəkildə və məna incəlikləri nəzərə ahnmaqla işlədilməsidir. Yazıda və ya nitqdə hər hansı bir söz düzgün və yerində işlədilmədikdə ədəbi dilin leksik norması pozulur. Məsələn, avtobusda yazılmış «Xahiş edirik, qapını yavaş bağlayın» cümləsindəki sonuncu söz yerində işlədilməmişdir. Bu sözün əvəzinə “örtün “ sözünün işlədilməsi düzgündür.
Qrammatik norma
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin istər şifahi, istərsə də yazdı nitqdə düzgün qurulmasını tələb edir. Bu əlaqələr düzgün qurulmadıqda qrammatik səhvlərə yol verilir.
Ədəbi dilin bu normaları müəyyən bir tarixi dövrdə bütövlükdə bir sistem şəklində fəaliyyət göstərir. Ədəbi dilin normaları uzun müddət dəyişməz, sabit qalır. Lakin leksik normada zaman keçdikcə müəyyən dəyişiklik baş verir. Fonetik və qrammatik normalarda isə dəyişmə nisbətən gec olur.
Ədəbi dilin müəyyən inkişaf mərhaləsində norma ilə yanaşı, nitq istisnaları — qeyri — normativ hallar da olur. Nitq istisnaları iki halda ortaya çıxrr:
- Ədəbi dildə işlənməyən, öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üzlubda özünü göstərir.
- Yeni yaranmış nitq vahidləri norma halına düşmür — normativləşə bilmir.
Natiqlik sənəti
Natiqlik — nitq sahəsində müəyyən peşəkarlıq tələb edən sənətdir. Nitqi ədəbi normalara uyğun, dəqiq və gözəl (ifadəli) olan adamlar natiq adlanırlar. Natiqlik sənətinin əsas tələbləri bunlardır:
- Düzgün, dəqiq və gözəl (ifadəli) danışıq;
- Dinləyicilərin səviyyəsini nəzərə almaq, onlar üçün anlaşıqlı bir dildə danışmaq;
- Nitqin intonasiyasına fıkir vermək və ona uyğun əl-qol, bədən hərəkətləri etmək;
- Mövzu haqqında yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;
- Nitqə əvvəlcədən hazırlaşmaq və müəyyən nəticələr çıxarmaq.
Natiqlik elminə ritorika da deyilir. Bu sənətin bir neçə sahəsi var: bədii natiqlik, akademik natiqlik, siyasi natiqlik, inzibati -idarə natiqliyi, işgüzar natiqlik. Sinifdə, auditoriyada müəllimin söhbəti və ya mühəzirəsi akadəmik natiqlik sayılır.
Natiqlik sənətinin mühüm şərtlərindən biri jestlərdir. Jest nitq zamanı ona uyğun edilən əl — qol hərəkətləridir. Jestlər nitqin təsir gücünü, emosionallanğını artırır. Bununla belə, hər bir jest ölçülüb — biçilməli və ondan yerində istifadə edilməlidir. Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur.
Nitq prosesində mimikadan da istifadə olunur. Mimika nitq prosesində üz əzələlərinin mənalı hərəkətinə (təəccüb, narazılıq, sevinc və s. hissləri ifadə edən üz hərəkətinə) deyilir.Mimika da jest kimi, şifahi nitqin emosionallığını artırır.
Nitq etiketləri
Ünsiyyət zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. formalarına (ifadələrinə) nitq etiketləri deyilir. Nitq etiketləri xalqın milli mədəniyyətinə uyğun olur və nitq mədəniyyətinin mühüm bir göstəricisi sayılır. Nitq etiketlərinin aşağıdakı növləri var:
- Müraciət etiketləri: Bağışlayın, buyurun, xahiş edirəm, zəhmət olmasa, lütfən və s. Qardaş, bacı, əmi, dayı, əzizim, eloğlu, ay oğlan və s. kimi müraciət formaları da vardır. Müraciət etiketləri rəsmi və qeyri-rəsmi olur. Məsələn: Cənab nazir, cənab rəis (rəsmi), Oğlum, əzizim, xanım (qeyri-rəsmi) və s.
- Görüşmə etiketləri: Salam! Salam — əleyküm! Əleyküm -salam! Xoş gördük! Sabahımz xeyir! Xoş galmişsiniz! və s.
- Ayrüma etiketləri : Xudahəfız! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gürüşənədək! Yaxşı yol! Uğur olsun! və s.
- Təbrik etiketləri : Təbrik edirəm! Gözünüz aydın olsun! Mübarəkdir! Mübarək olsun! Sağlığınıza qismət olsun! və s.
Ədəbi dil,onun normaları
Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və teatrlarda, radio və televizorda, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir. Hər bir ədəbi dil həm şifahi, həm də yazılı formalara, eyni zamanda zəngin üslubi rəngarəngliyə malik olur. Ədəbi dilin hamı üçün aydın və ümumi olması onun əsas əlamətlərini təşkil edir. Ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyətin mədəni tələbatı əsasında və müəyyən zərurət nəticəsində şifahi yolla yaranır. Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi formada təşəkkül tapmağa başlamışdır. Ədəbi dilimiz formalaşmağa başladığı dövrdən ümumxalq dilinin mövcud vasitə və materiallarına əsaslanmış, onların müəyyən hissəsini seçib qəbul etmişdir. Bu zaman ümumxalq dilinin ancaq bir sahəsi deyil, onun bütün quruluşu, yəni səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu nəzərə alınmış və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə əməliyyatı, təxminən, aşağıdakı formalarda olmuşdur: 1) ümumxalq dilinin səs sistemindəki fonemlərdən, eləcə də fonetik qayda və hadisələrdən daha ümumi və səciyyəvi olanları götürülmüşdür; 2) ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümumi olan, aydın mənalı, mədəni səciyyəli, sözlər seçilib qəbul edilmişdir; 3) qrammatik quruluşdan isə müxtəlif variantlı şəkilçilər və digər qrammatik qanunlar üzərində seçmə əməliyyatı aparılmışdır. Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasında ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəyyən dialekti əsasında yaranıb inkişaf edir. Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələrindən də istifadə edir. Məhz Azərbaycan ədəbi dili də belə bir tarixi proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialektin eyni deyildir. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir. Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və ədəbi normalara malikdir. Normativlik ədəbi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir. Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; məsələn: 1) fonetik normalar; 2) orfoepik normalar; 3) orfoqrafik normalar; 4) qrammatik normalar; 5) üslubi normalar; 6) semantik normalar; 7) leksik normalar. Nümunə üçün bunlardan leksik normaların tələbinə nəzər salaq. Ədəbi dilin leksik normalarına kobud, loru və söyüş xarakterli sözləri ədəbi dildə işlətmək olmaz. Müasir leksik normalara əsasən çətin ərəb və fars sözləri dilimizdə işlənmir. Yuxarıda qeyd olunan normalardan hər birinin özünəməxsus çoxlu qaydaları vardır. Ədəbi dilin normaları daimi deyildir. Bunlar dilin inkişafı ilə bağlı olaraq zaman keçdikcə təkmilləşir, dəyişir və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır. Yeni tələblər əsasında yaranan zəruri normalar isə dilə daxil olur. Hər bir yeni ədəbi norma xalqın ruhuna uyğun yaradılır. Bu prinsipə müvafiq düzəlməmiş normalar dildə yaşaya bilmir və tez sıradan çıxır.
Leksik norma
Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.Leksik (leksik-semantik) normanın keyfiyyətini milli leksika müəyyən edir. Alınma sözlərin forma və məzmunca milliləşməsi həmin leksik mühitdə gedir. Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.Milli leksika (əsl türk sözləri) ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək işlənmə tezliyinə malikdir. İkinci yeri milliləşmiş alınma leksika tutur.Ədəbi dildə söyüşlərə, kobud və loru sözlərə yer verilmir.
Qrammatik norma
Qrammatik norma sözlərin düzgün əlaqələndirilməsidir:
- Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: üç adam, beş şagird (üç adamlar, beş şagirdlər demək yanlışdır). Belə halda qrammatik forma pozulur.
- Adlara (isim, sifət, say və s.) kəmiyyət, mənsubiyyət, hal, xəbər kateqoriyasının əlaməti (şəkilçisi) ardıcıl artırılır: şagird-lər-iniz-in-dir; dost-lar-mız-dan-am;
- Fel kökünə təsirlilik, növ, şəkil, şəxs-xəbər əlaməti (şəkilçisi) ardıcıl artırılır: gül-dür-ül-məli-dir; (gərək) yaz-ış-a-q;
Onlar tez-tez bizə gələrlərdi — cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -di sırasını pozub. Bu şəkilçi -lar 2 şəkilçisindən əvvəl gəlməli idi. - Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır; Sən müəllim-sən; Onlar şagird-dirlər;
- Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; təyin təyin olunan cümlə üzvünün önündə işlənir; zərflik, əsasən, xəbərdən əvvələ düşür.
Comments are closed, but trackbacks and pingbacks are open.