Ədəbi proses
Və s. və s. və s. bu kimi – ədəbi mentalitet, istiblişment, agent və agenturanın müxtəlif mərtəbə və diapazonlarda səsləndirdiyi, yaydığı, şəbəkələndirdiyi çoxsaylı sual və cavab (sual-cavab) axtarışlarına iyun ayının 4-də (2018-ci il) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Hüseyn Cavid, 115, 4-cü mərtəbə, Elektron Akt zalında keçirdiyi növbəti “İlin ədəbi yekunları”ndakı çıxışında İnstitutun direktoru akademik İsa Həbibbəyli geniş bir jestlə son qoymuş oldu. “Ədəbi proses hərəkatı”nı publik olaraq bəyan və Ədəbiyyat İnstitutunu onun hamisi elan etdi: “Doğrudan da, bu ilin səviyyəsindən baxanda hazırkı mərhələdə “Ədəbi proses” yaradıcılıq müşavirələri əhatə dairəsinin və iştirakçılarının genişliyinə, müzakirələrin miqyasına, əks-sədasına və problemlərinin masştabına görə elmi-ədəbi hərəkat səviyyəsinə çatmışdır. Bu, müasir Azərbaycan ədəbiyyatını illər üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır. “Ədəbi proses” marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır. ”
Ədəbi proses
“Ədəbi proses” illəri
Ədəbi proses anlayışı çox geniş və həm də mürəkkəb bir anlayışdır. Belə ki, ədəbiyyatda, bədii yaradıcılıqda baş verən bütün prosesləri, kəmiyyət və keyfiyyət dəyişmələrini, ədəbi cərəyanları, ədəbi əlaqələri, fərdi üslubları əhatə edən hadisələr bu anlayışa daxildir. Canlı ədəbi gerçəklik, ədəbiyyat və həyat arasında əlaqə və bağlılıq � ədəbi prosesin mahiyyətini təşkil edir. Bu proses öz mürəkkəb səciyyəsi ilə diqqəti cəlb edir: belə ki, ədəbi aləmdə baş verən bütün hadisələrin heç də hamısı ədəbi prosesə çevrilmir, yalnız o hadisələr ədəbi proses anlamına daxil ola bilər ki, bilavasitə ədəbi inkişafla bağlıdır, ədəbiyyatın bu və ya digər istiqaməti ilə üzvi şəkildə bağlı olsun. Ədəbi prosesin müasir elmi-nəzəri rakursda təhlil olunması tənqidi fikrin başlıca vəzifələrindən biridir. Bu sahədə ədəbi tənqidin çoxillik təcrübəsi və ənənəsi var. İlk dəfə 1962-ci ildə başlanan ədəbi proses müşavirələri sonralar get-gedə öz miqyasını, əhatə dairəsini genişləndirmiş və ümumədəbi hadisəyə çevrilmişdir. İlk ədəbi müşavirə haqqında “Ədəbiyyat və incəsənət” qəzetinin 14 aprel sayında belə bir informasiya təqdim edilir: “Nizami adına Ədəbiyyat və Dil İnstitutu Azərbaycan Yazıçılar İttifaqı ilə birlikdə 1961-ci ilin ədəbiyyatına dair yekun müşavirəsi keçirmişdir. Müşavirəni Məmməd Arif açmışdır. � Məmməd Cəfər Cəfərovun � ” 1961-ci ilin bədii nəsri”, Əkbər Ağayevin � “Müasir həyat və şeirimiz”, Cəfər Cəfərovun � “Dramaturgiyamızda sənətkarlıq məsələləri” haqqında məruzələri dinlənilmişdir. Müzakirələrdə � Rəsul Rza, Bayram Bayramov, Mehdi Hüseyn, Mirzə İbrahimov, Qulu Xəlilov, Əhəd Hüseynov, Xəlil Rza və b. çıxış etmişlər”. Göründüyü kimi, bu ilk müşavirə iki gün çəksə də (4-5 aprel) öz sadə gedişatı ilə diqqəti cəlb etdi (cəmi üç məruzə dinlənildi, çıxışlar oldu və ədəbi prosesdə baş verən hadisələr heç də bütünlüklə əhatə olunmadı). Bir il sonra 1963-cü ilin 2-3 aprelində də � ötən ilin ədəbi prosesi müzakirə hədəfinə çevrildi. � “Ədəbiyyat və incəsənət” qəzetinin 1963-cü il 20 aprel sayında oxuyuruq: “Nizami adına Ədəbiyyat və Dil İnstitutu 1962-ci il � Azərbaycan ədəbiyyatının yekunlarına həsr edilmiş � müşavirə keçirmişdir. Müşavirəni giriş sözü ilə Məmməd Arif açmışdır. Müşavirədə � şeir , poema, hekayə, roman və povestlər haqqında � Qulu Xəlilov, Bəkir Nəbiyev, Məsud Əlioğlu və Yəhya Seyidov məruzə etmişlər. � Müzakirələrdə � Məmməd Arif, Osman Sarıvəlli, Mehdi Hüseyn, Əkbər Ağayev və b. çıxış etmişlər”.
Deməli, ədəbi proseslə bağlı illik ədəbi müşavirələrin mərkəzi Nizami adına Ədəbiyyat İnstitutu olmuşdur, sonrakı illərdə də bu mərkəz öz yerini dəyişməmişdir.
Yetmişinci illərin ortalarına qədər ədəbi proseslə bağlı müşavirələr keçirilmədi. Sov. İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarı ədəbi tənqiddə baş verən susqunluğu, müəyyən mənada xaos və hərc-mərcliyi aradan qaldırmağa bir təkan rolunu oynadı. Təbii ki, bu qərarda bədii ədəbiyyatı, ədəbi tənqidi siyasətə, ideologiyaya daha möhkəm bağlamaq meyilləri duyulurdu, amma bu qərar Azərbaycanın ictimai həyatında, ədəbi-bədii fikrimizin təkamülündə mühüm rol oynadı. Yaxşı xatırlayıram ki, Ədəbiyyat İnstitutunda professor Kamal Talıbzadənin rəhbərliyi ilə “Ədəbi tənqid tarixi və nəzəriyyəsi” şöbəsi fəaliyyət göstərirdi (1980-1986-cı illərdə), “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin nəzdində “Ədəbi proses” qrupu yaradıldı və görkəmli tənqidçi Yaşar Qarayev bu qrupun rəhbəri təyin edildi (az sonra bu qrup müstəqil şöbəyə çevrildi). Yaşar Qarayevin təşəbbüsü ilə ədəbi proseslə bağlı illik müşavirələr bərpa edildi, bu müşavirələrdə oxunan məruzələr “Ədəbi proses” toplularında (1975-1984-cü illərdə) öz əksini tapdı. On il ərzində altı “Ədəbi proses” kitabları təbii ki, ədəbi tənqiddə müəyyən canlanma yaratdı. Həmin “Ədəbi proses” kitablarında “Ədəbi tənqid”, “Poeziya”, “Nəsr”, “Dramaturgiya” və “Cənubi Azərbaycanda ədəbi proses” mövzuları əhatə olunmuşdu. Əsasən tənqidin icmal formasında qələmə alınan və hər bir janrın keçdiyi birillik yolu əhatə edən bu yazılarda ədəbi prosesin əsas istiqamətləri, gedişatı, uğurlu və uğursuz nəticələri öz əksini tapırdı. Məruzəçilər-icmal müəllifləri əsasən eyni tənqidçilər idi. Yaşar Qarayev “Giriş sözü”nün və “Ədəbi tənqid” icmalının, Akif Hüseynli “Nəsr”, Şamil Salmanov “Poeziya”, Arif Səfiyev “Dramaturgiya”, Sabir Əmirov “Cənubda ədəbi proses” icmallarının daimi müəllifləri olmuşlar. Ancaq o illərin cavan tənqidçiləri də (Şirindil Alışanov, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Rəhim Əliyev) icmal müəllifləri sırasına qoşuldular. İndi, XXI əsrin ikinci onilliyində həmin “Ədəbi proses” məcmuələrindəki icmallara nəzər yetirsək, açıq-aydın görərik ki, həmin icmallarda yetmiş-səksəninci illərin ədəbi prosesi bəzi istisnaları nəzərə almasaq, öz obyektiv təhlil prinsipi ilə diqqət çəkirdi. Təbii ki, hər bir icmal yazıda mümkün qədər bir il ərzində ərsəyə gələn əsərlər əhatə olunmalı, ən yaxşı əsərlər haqqında isə dolğun təəssürat yaradılmalıdır. Ona görə də icmal yazılarda xeyli əsərlərin adları çəkilir, bəzisi haqqında yalnız bir-iki cümlə məlumatla kifayətlənməli olur, sadalama üstünlük təşkil edirdi. Bunu biz əsasən “Poeziya” icmallarında müşahidə etmişik. Lakin öz elmi-nəzəri səviyyəsinə və təhlil mədəniyyətinə görə Yaşar Qarayevin “Giriş” sözləri və “Tənqid” icmalı, həmçinin Akif Hüseynlinin “Nəsr” icmalları xüsusilə fərqlənirdi. Heç şübhəsiz, Azərbaycan nəsrinin altmış-yetmişinci illəri daha maraqlı, orijinal, həm məzmunca, həm də forma-sənətkarlıq baxımından böyük tərəqqini əks etdirirdi və Akif Hüseynlinin icmalları (əslində, onun yazıları “icmal” hüdudunu keçir, problem məqalələr kimi diqqəti cəlb edirdi) ədəbi-tarixi hadisə kimi nəzəri cəlb edirdi. İsa Hüseynovun “Məhşər”, Mövlud Süleymanlının “Köç”, Sabir Azərinin və İsi Məlikzadənin povestləri, Elçinin, Anarın nəsr əsərləri. Bayram Bayramovun “Fəhlə qardaş” romanı, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Vidadi Babanlının o illərdə qələmə aldığı povest və romanları, həmçinin cavan nasirlərin yaradıcılığı öz dərin elmi təhlilini məhz Akif Hüseynlinin icmallarında tapdı.
“Ədəbi proses” silsiləsindən axırıncı elmi müşavirə 1984-cü ildə keçirildi və bundan sonra yenə bu sahədə müəyyən fasilələr yarandı. İkimininci illərin əvvəllərində isə akademik Bəkir Nəbiyevin təşəbbüsü ilə “Ədəbi proses” müşavirələri yenidən bərpa edildi.Təbii ki, ötən illərin “Ədəbi proses” müşavirələrinin ənənələrinə uyğun olaraq nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid məruzələri dinlənildi, arada publisistika, bədii tərcümə və Cənubda Ədəbi Proses məruzələrinə də yer verildi. Mən də bir müəllif kimi 2002 və 2004-cü illərin nəsri haqqında məruzə etmişəm. Yeni müəlliflərin � ( Qurban Bayramov, Aydın Dadaşov, Rahid Xəlilov) də prosesə cəlb olunması öz bəhrəsini verdi. Ancaq bu “Ədəbi proses” müşavirələrinin heç biri kitab halında çap olunmadı.
“Ədəbi proses” müşavirələrinin üçüncü mərhələsi akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna direktor təyin olunmasından sonra start götürdü. İsa Həbibbəyli, ilk növbədə, 1986-cı ildə öz fəaliyyətini dayandırmış “Ədəbi tənqid tarixi və nəzəriyyəsi” şöbəsini “Ədəbi tənqid” adı ilə yenidən bərpa etdi, bu şöbənin təkcə tənqid tarixi və nəzəriyyəsi ilə deyil, müasir ədəbi proseslə daha çox ilişgili olduğunu şöbə əməkdaşlarına xatırlatdı. İsa Həbibbəyli məni bu şöbənin müdiri vəzifəsinə təyin etdi. Mən uzun illər “Azərbaycan” jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləmişdim, bir tənqidçi kimi fəaliyyətim də göz qabağında idi, ona görə də müəyyən tərəddüddən sonra İsa müəllimlə razılığa gəldik. Və bu şöbəyə mənim təklifimlə Elnarə Akimova, Nərgiz Cabbarlı və b. kimi istedadlı tənqidçilər cəlb olundu. Şöbəyə təyinatımızdan iki-üç gün sonra İsa Həbibbəyli elmi şurada “Ədəbi proses” müşavirəsini yenidən gündəmə gətirdi və başda özü olmaqla beş nəfərdən ibarət redaksiya heyətinin yaradıldığını elan etdi. Mənə iki ciddi vəzifə tapşırıldı: birincisi, müşavirədə ayrı-ayrı mövzular üzrə məruzəçiləri təyin etmək, ikincisi, bu məruzələri “Ədəbi proses-2013” məcmuəsi üçün çapa hazırlamaq. Öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirmişəm və artıq “Ədəbi proses-2013, 2014, 2015, 2016 və 2017” tənqid topluları ədəbi və elmi ictimaiyyətə çatdırılıb.
Əlbəttə, ədəbi proses anlayışının hüdudları, əhatə etdiyi problemlər çoxçalarlıdır. Məhz İsa Həbibbəylinin təşəbbüsü və tövsiyəsi ilə hər il məruzələrin sayı çoxalır, “Ədəbi proses” müşavirələri təkcə məlum ədəbi janrları əhatə etmir, ədəbiyyatın digər janrlarını və problemlərini, həmçinin bir sıra elmi-nəzəri məsələləri də əhatə edir. Məsələn, ədəbi tənqiddə uşaq ədəbiyyatı ilə bağlı demək olar ki, nadir hallarda yazılar yazılıb, ona görə də hər il keçirilən müşavirələrdə “Uşaq ədəbiyyatı” mövzusu daim gündəmdədir. “Poeziya” mövzusu da təkcə şeiri əhatə etməməlidir, poemalar da ayrıca mövzu kimi təsdiq olunur. Nəsrdə də, həmçinin – ayrıca roman, ayrıca povest və ayrıca hekayə haqqında məruzələr dinlənilir. Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayıb-yaradan xeyli istedadlı yazarlar var və onların yaradıcılığı haqqında çox nadir hallarda informasiya əldə edirik. Ona görə də hər il “Bölgələrdə ədəbi həyat” mövzusu da müşavirənin məruzələrindən birinə çevrilir. Yeni mövzular sırasında “Azərbaycanın rusdilli ədəbiyyatı”, “Azərbaycan və türk ədəbi əlaqələri”, “Azərbaycan-Qərb ədəbi əlaqələri”, “Ədəbiyyat nəzəriyyəsi”, “Elmi tədqiqatlar”, “Ədəbiyyat İnstitutunda ədəbi proses” məruzələri də müşavirədə dinlənilir və təbii ki, bu da ədəbi-elmi səciyyə daşıyır.
Məruzəçilərin seçimi isə ötən illərin ənənəvi prinsipindən xeyli dərəcədə fərqlənir. Demək olar ki, Ədəbiyyat İnstitutunun əksər şöbələrinin əməkdaşları məruzəçi kimi iştirak hüququna malikdirlər (əsas ağırlıq ədəbi tənqid şöbəsinin üzərinə düşsə də). Burada bir prinsip də nəzərə alınır: bir məruzəçi təkcə eyni mövzuda dalbadal məruzə etməməlidir, növbəti müşavirədə o, başqa bir mövzuda məruzə edə bilər. Məsələn, Nərgiz Cabbarlı iki il (2013-2014) şeir üzrə məruzəçi idisə, sonrakı illərdə romanlar haqqında məruzə edir. Elnarə Akimova həm poema, həm şeir, həm də ilin ədəbi mənzərəsi mövzularını əhatə edən məruzələrlə, Cavanşir Yusifli poeziya, bədii tərcümə, Lalə Həsənova ədəbi gənclik, Azərbaycanın rusdilli ədəbiyyatı mövzularında məruzələr edib. Vaqif Yusifli “Bölgələrdə ədəbi həyat”, “İlin ədəbi mənzərəsi” və “Poeziya” məruzələrinin müəllifidir. Hələlik “Dramaturgiya” üzrə yeganə məruzəçi Aynurə Mustafayevadır ki, onun hər il müşavidə � etdiyi məruzə böyük rəğbətlə qarşılanır. Məruzəçilərin seçimində isə daha çox cavanlara üstünlük verilir: təcrübəli müəlliflərlə (Tehran Əlişanoğlu, Elçin Mehrəliyev, Vaqif Yusifli, Asif Rüstəmli, Salidə Şərifova, Qürbət Mirzəzadə, Esmira Fuad, Pərvanə Məmmədli, Cavanşir Yusifli, Nizami Tağısoy) bu sırada Maral Yaqubovanın, Nərmin Cahangirovanın, Fidan Əbdürrəhmanovanın, Mətanət Vahidovanın, Günay Qarayevanın, Nizami Hüseynovun, Eşqanə Babayevanın, � Mərcan Sofiyevanın, Aygün Bağırlının adlarını çəkmək olar. Yaxşı haldır ki, müşavirədə oxunan məruzələr az sonra “Ədəbiyyat qəzeti” və “Azərbaycan” jurnalında da işıq üzü görür.
“Ədəbi proses” müşavirələrinin əhəmiyyətini şərh eləməyə heç bir ehtiyac duymuram. � Bu müşavirələrdə dinlənilən məruzələr heç şübhəsiz, ilin ədəbi mənzərəsini mümkün qədər canlandırmaq, ədəbi uğurları qeyd eləmək, inkişafın əsas meyillərini nəzərə çarpdırmaq və eyni zamanda, ədəbi ictimaiyyəti düşündürən məsələlər haqqında söz açmaqdır. Akademik İsa Həbibbəyli doğru qeyd edir ki: “Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqaməti azərbaycançılıq, millilik və bəşərilik üstündə � köklənmişdir . Azərbaycan ədəbiyyatının � müstəqillik dövrünün əsas inkişaf meyilləri, estetik idealı aparıcı janrları, poetikası ədəbi proses təhlillərinin ana xəttini təşkil edir. Cəmiyyət və ədəbiyyat istiqamətində aparılan təhlillərdə də � sosioloji baxışlara deyil, elmi-nəzəri yanaşmalara � əsas yer verilir”.
Ayrı-ayrılıqda hər bir məruzədə bu əsas prinsipə əməl olunmuşdur. Təbii ki, məruzələrin hamısının yüksək elmi-nəzəri səviyyədə yazıldığını demək çətindir. Müəyyən təcrübəsizlik, ədəbi prosesdə baş verən hadisələri, sadəcə, kopiyalamaq, yalnız faktlarla işləmək az da olsa, bəzi məruzələrdə nəzərə çarpır. Lakin ümumilikdə “Ədəbi proses” topluları elmi-nəzəri baxımdan xoş təəssürat yaradır.
Müstəqillik dövrünün � Azərbaycan ədəbiyyatının son beş ildəki � (2012-2017) mənzərəsini izləsək, belə bir nəticəyə gələ bilərik ki, inkişaf, irəliləyiş var və yeni əsrin ədəbiyyatı, elmi-nəzəri fikri bütün istiqamətlərdə uğurlar əldə etmişdir. Ən əsası odur ki, Azərbaycan yazıçısı Sovet dövrünün QLAVLİT xofundan birdəfəlik azad olmuşdur, o, müstəqilliyin bəxş etdiyi söz azadlığını, sərbəst düşüncə, fikrini açıq söyləmək imkanını qazanmışdır. Vaxtilə yasaq olunan bir sıra mövzular (türkçülüyün, bir sıra � milli-mənəvi dəyərlərin təbliği, Azərbaycanın başına gələn fəlakətlərin səbəbləri və baiskarlarını tanıtmaq, tariximizin qaranlıq səhifələrinin işıqlandırılması, millətimizin unudulmuş ziyalılarının, həmçinin şahların, xaqanların, dövlət adamlarının tarixi xidmətlərini, � müstəqillik uğrunda mübarizələri, xüsusilə, Qarabağ savaşını və s.) ədəbiyyatın əsas � xəttinə çevrildi – bu da azərbaycançılıq ideologiyasının təcəssümü idi.
Bu yazıda mən yalnız � müasir Azərbaycan poeziyası ilə bağlı bəzi qeydlərimi nəzərə çarpdırmaq istəyirəm.
Poeziya. Müasir Azərbaycan poeziyası öz məna tutumu forma yenilikləri, ənənə və novatorluq meyilləri ilə diqqəti cəlb edir. Ədəbi janrlar içərisində poeziyanın aparıcı rolu, üstün mövqeyi hiss edilməkdədir. Əvvəlki onilliklərdə olduğu kimi, XXI əsrin bu dönəmində də poeziya digər janrlarla müqayisədə böyük oxucu auditoriyası əldə etməklə, milyonların qəlbinə, gündəlik həyatına, gözəllik, vətənpərvərlik, sevgi anlayışlarına daha yaxındır. Ancaq XXI əsrin poeziyası həm fərdi üslubların müxtəlifliyi, həm ənənələrə münasibət, həm də yeni, novator meyilləri ilə diqqəti cəlb edir. Yeni əsrin, dəyişilən dövranın, son iyirmi ildə Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrin təsiri poeziyada da öz əksini tapır. “Tanrı, din, şikayət, sosial problemlər, sevgi, mənəvi narahatlıqlar. Öz mənəvi durumu ilə təbiətin fəsilləri, mənzərəsi arasında paralellər aparmaq, özünü təbiət vasitəsilə anlamağa çalışmaq, vətən həsrəti. Torpaq itkisi, Qarabağ savaşı, bu itkiyə görə özünüqınama, dünya, yaşam, ölüm və olum fəlsəfəsi, bu dünyanın ədalətsizliyindən bezərək yeni dünyalar, yeni cahanlar arayışı və s. ümumi halda götürdükdə şeirimizin mövzu-problem arsenalını təşkil edir” (Nərgiz Cabbarlı. “2013-cü ilin şeiri”). Bu mövzular demək olar ki, son illərdə dəyişilməz qalır. Ancaq şeirin bir POEZİYA kimi mövcudluğunu hansı mövzuda yazılması həll eləmir. � Şeir doğulanda gözəl olmalıdır. Bəs yaxşı şeir necə doğulur? Yazırlar ki şeir ilahi vəhylə bağlıdır, hansısa qəfil bir hadisənin təsiri, şair ovqatının yaratdığı emosional hal-vəziyyət də şeir doğurur. Amma bütün bunların hamısı şairin varlığıyla bağlıdır. Müasir Azərbaycan poeziya məkanında kifayət qədər populyar olan Ramiz Rövşənin son illərdə yazdığı şeirləri də sübut edir ki, şeir, ilk növbədə, şairin “bətnində” doğulur. Bəlkə, o şeir uzun illər o “bətndə” yaşayır, bəlkə də, lap tez doğulur, amma doğulanda şeir kimi doğulur. Ora heç nə qarışmır.Ramiz Rövşən, hətta əbədi mövzulara da ənənəvi, amma bu ənənəvilikdə yenilik yaradan bir şair kimi diqqəti cəlb edir. Ölümdən bütün şairlər danışır, amma baxın, bu necə ölümdür?
Ədəbi proses
Kafedra HSM 020000 – filologiya istiqamətində və HSM 020003– xarici ölkə xalq ədəbiyyatı (rus ədəbiyyatı) ixtisası bakalavr və magistr pilləsi üzrə mütəxəssis hazırlaşdırır
Bakalavr pilləsi üzrə:
- Şifahi xalq ədəbiyyatı
- Qədim rus ədəbiyyatı
- 18 əsr rus ədəbiyyatı
- 19 əsr (1-ci yarısı) rus ədəbiyyatı
- 19 əsr (2-ci yarısı) rus ədəbiyyatı
- Mətnşünaslıq
- Ədəbi tənqid
- XX əsr rus ədəbiyyatı
- Ədəbiyyat nəzəriyyəsi
- Ədəbiyyatşunaslığa giriş
- Rus ədəbiyyatının tədrisi metodikası
- Müasir ədəbi proses
- Müasir rus ədəbiyyatın aktual problemləri
- Realizm
- Rus klassikası və Azərbaycan ədəbiyyatı
Magistr pilləsi üzrə:
- Folklor janrları Azərbaycanda.
- Ədəbiyyatın yaranma tarixi
- Romantizmdən realizmə
- Rus ədəbiyyatının interpretasiyası
- Rus ədəbiyyatşünaslığın tarixi
- Ədəbiyatşünaslığın müasir problemləri
- Ədəbiyyatşünaslığın elmi-yaradıcılıq metodları
- Ədəbiyyatşünaslığın tarixi və metodologiyası
- Şərq antroponimikası rus ədəbiyyatında
- Almanax ədəbiyyatında Şərq mövzusu
- L.N.Tolstoy nəsrinin öyrənilməsinin elmi problemləri
- Ədəbiyyat nəzəriyyəsi estetik problemlərlə əlaqədə
- XX əsr rus ədəbiyyatının əsas istiqamətləri, metod və üslub
- Rusdilli Azərbaycan ədəbiyyatı
- Ədəbi tənqiddə sənətkarlıq
Ədəbi proses
Kulis.az filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlunun AMEA Nizami Gəncəvi adina ədəbiyyat institutunda “İlin ədəbi yekunları” ilə bağlı yazdığı “Ədəbi proses hərəkatı: praktikadan gerçəkliyə” məqaləsini təqdim edir.
Belə. Bu gün bizdə “Ədəbiyyat varmı, yoxmu”dur? İlin “Ədəbiyyat adamı” kim(lər)dir? İlin hekayə müsabiqəsi; ən yaxşı dram əsəri; roman mübahisəsi; povest varmıdır-yoxmudur. – janr (ədəbiyyat) çəkişmələrinin sonucu nədir? Bəs “Söz azadlığı tənqidimizə nə verib”dir? Xalq şairləri, yoxsa Xalq/xın şairi? Ədəbiyyat və “olmadığı yerlər” arasında demarkasiya xətti nerədən keçir? Qərbmi, Şərqmi? Cavidin, Vurğunun, Müşfiqin sözünü bu gün kim deyir, kimlər danışır? Bəs Ələkbər Sabirin, Mirzə Cəlilin. “İlin alimi”ni nə, nəmənə və hansı instansiya müəyyən edir? İlin ədəbi sensasionu, motivasionu, ədəbi hadisəsi.
Və s. və s. və s. bu kimi – ədəbi mentalitet, istiblişment, agent və agenturanın müxtəlif mərtəbə və diapazonlarda səsləndirdiyi, yaydığı, şəbəkələndirdiyi çoxsaylı sual və cavab (sual-cavab) axtarışlarına iyun ayının 4-də (2018-ci il) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Hüseyn Cavid, 115, 4-cü mərtəbə, Elektron Akt zalında keçirdiyi növbəti “İlin ədəbi yekunları”ndakı çıxışında İnstitutun direktoru akademik İsa Həbibbəyli geniş bir jestlə son qoymuş oldu. “Ədəbi proses hərəkatı”nı publik olaraq bəyan və Ədəbiyyat İnstitutunu onun hamisi elan etdi: “Doğrudan da, bu ilin səviyyəsindən baxanda hazırkı mərhələdə “Ədəbi proses” yaradıcılıq müşavirələri əhatə dairəsinin və iştirakçılarının genişliyinə, müzakirələrin miqyasına, əks-sədasına və problemlərinin masştabına görə elmi-ədəbi hərəkat səviyyəsinə çatmışdır. Bu, müasir Azərbaycan ədəbiyyatını illər üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır. “Ədəbi proses” marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır. ”
“Əhatə və genişlik” öz yerində. 2017-ci ilin ədəbi yekunlarına toplaşmış məclisdə AYB-nin katibi Rəşad Məcid iştirak edirdi; “Ədəbiyyat qəzeti”nin baş yazarı Azər Turan vardı; “Azərbaycan” jurnalını baş redaktorun müavini qismində Südabə Ağabalayeva təmsil edirdi. Və bir də yer-yerdən ədəbi tənqidçilər: məşhur Rüstəm Kamal (BSU), məşhur Məti Osmanoğlu (BDU), məşhur Təyyar Salamoğlu (ADPU) və qeyriləri. Qeyriləri içrə əsas ədəbi qüvvələri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təşkil edirdi, şəksiz. Başda “Ədəbi tənqid” şöbəsinin iradəçisi (müdiri) Vaqif Yusifli olmaqla azman tənqidçilər: Cavanşir Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı. və sıradan bir çox digər peşəkar, habelə həvəskarlar; mən (Tehran Əlişanoğlu) qarışıq, gəlin razılaşaq ki, cüzi istisnalarla ölkənin tüm ədəbi tənqidçi korpusu buradaydı.
Hərçənd ki, əvvəlki illərdən fərqli gözə yazarlar az dəyirdi. Nə var, nə var illər öncə yazarlardan biri Ədəbiyyat İnstitutunun dəhlizləri uzunu qapıları döymədən gəzişib, burda ölüm sukutunun hökm sürdüyünə qərar vermişdi. Hələ də zərb-məsəl kimi yadda qalan o əyyamların bəlkə bu gün, əksinə, həyat dolu, canlı, gur səs-küylə əvəzlənməsindən ürküb-çəkinib də məclisdən qaçaq düşmüşdülər. Amma hər halda yazarlar sarıdan da konsensus vardı; başlıca, Azər Turan çıxışında qeyd elədi ki, ölkənin baş yazarı Anar müəllimin məsələdən xəbəri var. Hələ iki gün qabaq, “Ədəbiyyat qəzeti”nin 2 iyun 2018-ci il tarixli Xüsusi buraxılışında yaradıcılıq müşavirəsinin geniş proqramı ilə yanaşı, məruzələrin yığcam variantları da dərc olunmuş, “ədəbi proses hərəkatı” bununla xeyli qabağa düşmüşdü.
Bu yerdə gəlirik, akademik İsa Həbibbəylinin vurğuladığı: “müzakirələrin miqyası, əks-sədası və problemlərin masştabı” məsələsinə. “Ədəbiyyat qəzeti”nin Xüsusi buraxılışında geniş ədəbi auditoriyalara təqdim etdiyi məruzələrə (mənzərələrə) bir daha diqqət edin. Akademik İsa Həbibbəyli, “Ədəbi proses hərəkatı. İcmal tənqidindən monoqrafik dərinliyə”; Elnarə Akimova, “2017-ci ilin ədəbi təqvimi – keçmiş davamedici zaman”; Vaqif Yusifli, “Poeziya. poeziya. 2017”; Cavanşir Yusifli, “İlin ədəbi tənqidi: Zaman kontekstində baxış”; Aynurə Mustafayeva, “İlin dramaturji mənzərəsi”; Nərgiz Cabbarlı, “Roman janrı – yeni texnologiyalar, yeni poetik xüsusiyyətlər”; Maral Yaqubova, “Ədəbiyyat nəzəriyyəsinin səviyyəsinə ümumi baxış”; Lalə Həsənova, “Azərbaycan rusdilli nəsri”; Günay Qarayeva, “Uşaq nəsri və dramaturgiyasının müasir durumu və perspektivləri”; Esmira Fuad “2017-ci ilin epik şeiri: tənəzzül, yoxsa inkişaf?”; Eşqanə Babayeva “Azərbaycan və türk ədəbi əlaqələri”; Nizami Hüseynov “Bölgələrdə ədəbi həyat”; Pərvanə Məmmədli “Cənubda ədəbi proses”; Aygün Bağırlı “Poeziyada görünən uşaq dünyası”; Nərmin Cahangirova “Müasir hekayəyə bir nəzər”; Xanım Zairova “Ədəbi proses 2017. Azərbaycan və Qərb ədəbi əlaqələrinin izi ilə”; Mərcan Sofiyeva “Bədii tərcümə – mədəniyyətlərin təması”; Vüqar Əhməd “Elm və bədii yaradıcılığın qovuşuğunda”; Elçin Mehrəliyev “Publisistika: meyillər, problemlər, axtarışlar”. Əgər israrən diqqət etdinizsə: məgər akademikin iddia etdiyi “miqyas və əks-səda” məsələsi zatən aşkarca görünmürmü?!
Bu gün yaşadığımız postmodern durumda ədəbi proses iddialıları, proses subyektləri çox-çoxdur; geniş TV-auditoriyaların, internet-şəbəkələrin, KİV-bumunun, QHT-özfəaliyyətlərinin sərhədsiz və “qaydasız döyüş” sınırlarını bir anlıq yada gətirəndə, hətta deyərdim: bu gün “hərəkat”a flaqmanlığı boynuna almağın özü belə riskli görünür. Bu əsnada ədəbi prosesdə Ədəbiyyat İnstitutunun flaqmanlığını “Ədəbiyyat qəzeti”nin ardınca “Ədəbi 525” də tanıdı. AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında “Ədəbi proses” müşavirələrini nəinki özlüyündə “hadisə” adlandırdı, hətta bir az da qabağa gedib, ümumən “İlin ədəbi hadisələri”ni təyin etməkdə münsiflik statusunu məmnuniyyətlə Ədəbiyyat İnstitutuna tərk etməyi təklif elədi. “Ədəbiyyat qəzeti”nin baş redaktoru, qəzetə gəlişi ilə özü bir hərəkat (“azər-turançılıq”!) başlatmış Azər Turan da, istər “xüsusi buraxılış”dakı “Baş redaktordan” yazısında, istərsə də çıxışında “Ədəbi proses” müşavirələrini Vissarion Belinskinin “1847-ci il rus ədəbiyyatına bir nəzər” icmalı ilə müqayisə edərək, “Ədəbi hadisə” istəmək, gözləmək və ən nəhayət yaratmaq missiyasını məhz Ədəbiyyat İnstitutundan umduğunu bəyan etdi. Məşhur tənqid uzmanı, 2017-ci ilin nəticələrinə görə, Ədəbiyyat İnstitutunun təsis etdiyi “İlin alimi” mükafatının qalibi Rüstəm Kamal daha böyük ümumiləşdirmə apararaq, “böyük şəxsiyyətlər olan yerdə böyük ideyaların yarandığı”nı, son illərdə məhz akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunun bütövlükdə ölkədə Azərbaycan ədəbiyyatına sahib çıxdığını və ədəbi ideyaların, təhlillərin, proqnozların gerçəkləşdirilməsində “lokomotiv” rolunu çəkinmədən, qəti vurğuladı.
Akademik İsa Həbibbəylinin 2013-cü il Ədəbiyyat İnstitutuna gəlişindən bəri təşəbbüskar və aparıcı missiyasını çıxış edənlərin cəmisi – tənqidçi Elnarə Akimova da, filologiya doktoru Mahirə Quliyeva da, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu da, “Ədəbi tənqid” şöbəsinin yönəltməni Vaqif Yusifli də, Mühacirətşünaslıq lideri Nikpur Cabbarlı da bir daha, bir daha yada salmağı lazım bildi. Hətta qonaq qismində məclisdə iştirak edən Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi İnstitutda müasir Azərbaycan ədəbiyyatı naminə tüm çalışmaları təxirsiz əcnəbi dillərə, o cümlədən, ərəbcəyə çevirib dünyaya (o sıradan, Ərəb dünyasına) bəyan etməyi vacib bildi.
Akademik İsa Həbibbəyli müşavirəyə diqqət və önəm verən, toplaşan, onu tanıyan və tanıdan bütün ədəbi aləmə Ədəbiyyat İnstitutu adından sayğı və minnətdarlığını ifadə etdi. Xüsusən də böyük səmimiyyətlə müşavirəyə ayrıca qəzet (Xüsusi buraxılış) yapmış “Ədəbiyyat qəzeti” və onun baş yazarına. Ki, bəlkə 1960-cı illərin sıx elmi-ədəbi kontaktlarını, həmin dövrdə Ədəbiyyat İnstitutu elmi məclislərinin qəzetdə görünən xülasə-icmallarını və sonralar da ara-sıra davam edən bu növ istisnaları çıxsaq, ölkənin yeganə ədəbiyyat qəzeti tarixində ilk dəfədir ölkənin baş elm məbədgahına bu səviyyədə, bu miqyasda diqqət ayırır. Qəzetin üz qabığında AMEA binasının simvolik şəkli, habelə səhifələrində Ədəbiyyat İnstitutundan tarixi fotolar yer almaqla, “İlin ədəbi yekunları” 19 yazıda(n) geniş, ətraflı, təfərrüatlı plastika və panoramını tapır. Ümumən, “Ədəbiyyat qəzeti”nin son zamanlar gündəm çərçivələrinə sığmayıb, genişliyə açılması, əvvəlcə ölkənin baş yazarı Anarın 80, daha sonra Xalq yazıçısı Elçinin 75 illiyinə və hazırda Ədəbi proses hərəkatına Xüsusi buraxılış həsr etməsi, əlavə vurğu salması yaxşı haldır, təqdiredicidir, ümumi ədəbi gəlişməyə stimul verir, dividend gətirir. O cümlədən, akademik İsa Həbibbəyli o məqamı da xatırlatdı ki, bu il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun da 85 yaşı tamam olur və əslində, “Ədəbi proses hərəkatı”nın tarixən və tarixi gəlişməsinə, xüsusən də aktuallanmış son beş ilinə ayna tutan hazırkı yaradıcılıq müşavirəsi də il boyu davam tapan həmin yubiley tədbirləri sırasındandır.
Akademik İsa Həbibbəyli çıxışını (habelə Xüsusi buraxılışda dərc olunan “Ədəbi proses hərəkatı. ” məqaləsində) həmin prosesin hələ qırx il öncədən start götürən tarixinə qısa bir ekskursla başladı. Ədəbi proses hərəkatının təməli 1976-cı ildə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, akademik Məmməd Cəfər Cəfərovun xeyir-duası və ümumi rəhbərliyi ilə, “Müasir ədəbi proses” şöbəsi və şöbəyə başçılıq edən ünlü tənqidçi və ədəbiyyatşünas Yaşar Qarayev tərəfindən qoyulmuş, az qala on il – 1976-1984-cü illərdə, sovet quruluşu ilə birgə proses əvvəlki ölçülərində səngiyib sönənəcən davam tapmışdır. Əslində, bu – bütün ideoloji rəng və retuşları ilə birgə həm də elə müasir ədəbiyyatımızın təməl tapdığı tarixdir. “Ədəbi proses-76”, “Ədəbi proses-77”, “Ədəbi proses-78”, “Ədəbi proses-79”, “Ədəbi proses-80”, “Ədəbi proses-81-82”, “Ədəbi proses-83-84” topluları – ədəbi proses hərəkatının yarandığı dövrün bütöv bir kitabxanasını yaratdı. Akademikin qeyd etdiyi kimi: “Dövrün (hətta sonrakı mərhələlərin də) heç bir nəşrində 1976-1984-cü illərin ədəbi prosesi həmin illərin ədəbi gedişatına həsr olunmuş ədəbi növlər üzrə icmallarda olduğu qədər özünün real, geniş və sistemli əksini tapa bilməmişdir. ”
“Hərəkat” eyni zamanda, bu mənzərəni analitik şəkildə ədəbi ictimaiyyətə təqdim edə bilən kadrları – bütöv bir tənqidçi korpusunu yetirdi. Akademik İsa Həbəbbəylinin yada saldığı kimi: “Ədəbi proses müşavirələrində ardıcıl olaraq ədəbi növlər üzrə çıxış etmiş elm adamları. – Yaşar Qarayev ədəbi tənqid, Şamil Salmanov, Şirindil Alışanlı poeziya, Akif Hüseynov, Vaqif Yusifli və Vilayət Quliyev nəsr, Arif Səfiyev dramaturgiya sahəsində ixtisaslaşmış, – ölkə ədəbiyyatında gedən proseslərə təkan verə bilən mütəxəssislər kimi qəbul olunmuşlar. ” Həmin köhnə qvardiyanı 4 iyun 2018-ci il tarixli elmi tədbirdə filologiya elmləri doktoru Şirindil Alışanlı təmsil edirdi və o cümlədən, çıxışında həmin tarixi dövrün bir az da doğru-dürüst bərpasına cəhd etdi. Doğrudur, o zamanlar ədəbi proses hərəkatını Kommunist Partiyasının özü, MK bürosunun “Ədəbi tənqid haqqında” qərarı ilə başlatmışdı, ol zamanlar başqa cür olmurdu da; amma həmişəki təki qərar və qətnamələrdən özünəxas şəkildə yararlanan milli cəmiyyətimiz və ədəbiyyatımız olmuşdu. Çıxışçı müqayisə üçün, o zamanlardakı senzura, həcm və fikir qəliblərini də yada saldı. İndi olmayan yerdən söz deməyə nə var, ol zamanlar, demə, olan yerdən deyilən sözlərə görə hətta cəzalandırırmışlar da; və faktik olaraq Məmməd Cəfər müəllimin onu təqiblərdən necə qurtardığını yada saldı. Çıxışda: hanı ol zamanlar, – deyə, zəif bir nostalji də duyulurdu; “Ədibin evi”nin bu günlərdə keçirdiyi Mir Cəlal adına hekayə müsabiqəsinin sözçüsü kimi də danışan Şirindil Alışanlı müsabiqəyə 300-dən artıq daxil olmuş mətnlər içərisində əsl hekayə axtarışının müşküllərini də auditoriya ilə bölüşdü.
Nostalji notları hardasa Məti Osmanoğlunun da çıxışında vardı; həmin 1970-ci illərin ikinci yarısı, “Müasir ədəbi proses” kursunun təhsil sisteminə də girdiyi çağlarda bu fənni ilk dəfə, ol zamanlar yeganə olan universitetdə, tələbələrə Bəxtiyar Vahabzadə tədris etmiş; böyük şairlə başlayan o polemik ruh, ədəbi mübahisələr, tənqid havacatı bu günəcən də məşhur tənqidçinin nəzərlərindən çəkilməmişdir. Sonrakı çıxışlarda da “hərəkatın tarixi”ni dürüstləşdirmək səyləri oldu; Yaşar Qarayev 1990-cı illərdə İnstitutda “Müasir ədəbi proses” şöbəsini (hazırda “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”) bir daha bərpa etməklə “hərəkat”ı dirçəltməyə cəhd edir, 2000-ci illərdə akademik Bəkir Nəbiyevin zamanında da şifahi müşavirələr şəklində “İlin ədəbi yekunları” ara-sıra rezonanslar doğurur. Və yalnız 2013-cü ildən, İnstitutda akademik İsa Həbibbəyli tərəfindən “Ədəbi tənqid” şöbəsinin yaradılması ilə, “proses” əvvəlki güc və formatda, üstəlik, müstəqillik faktorunun artırdığı ikiqat şiddətlə gəlişməyə başlayır: “Ədəbi proses 2013”, “Ədəbi proses 2014”, “Ədəbi proses 2015”, “Ədəbi proses 2016”, “Ədəbi proses 2017” topluları getdikcə artan əhatə və siqlətlə işıq üzü görür.
Bir var “proses” barəsində eləcə danışasan, “varmıdır-yoxmudur?” deyib nostalji xəyallara dalasan. Bir də var prosesin özünü yaradasan, performativ olaraq, ilbəil təqdim edəsən, dərininə gedəsən, ardıcıl gəlişdirəsən, bütün sual-cavabları ilə birgə bilavasitə onu hərəkata çevirəsən. Akademik İsa Həbibbəylinin yəmin etdiyi kimi: “Həqiqətən də “Ədəbi proses 2014” geniş mənada ədəbi proses hərəkatında mühüm bir dönüş mərhələsi olmuşdur. “Ədəbi proses 2014”dən başlanan proseslər 2015 və 2016-2017-ci illərin ədəbiyyatının təqdimatında daha da genişlənmiş və dərinləşdirilmiş, sistemli xarakter almışdır. “Ədəbi proses 2015”də janrlar üzrə təhlillərin marafonuna satira, 2016-da uşaq şeiri ilə uşaq nəsrinin ayrı-ayrılıqda təmsil olunması, ədəbiyyatşünaslığın ədəbiyyat nəzəriyyəsi və ədəbi əlaqələr sahələri də qoşulmuşdur. Necə deyərlər, “Ədəbi proses 2017”də artıq “Ədəbi proses” qatarı 19 vaqonla (məruzə ilə) yola çıxmışdır. Bu, ədəbi proses hərəkatının inkişafında pik nöqtəsidir və ədəbiyyatın dərinliklərinə və ən uzaq hədəflərinə doğru yürüşün müzəffər marafonudur. Məruzələrin sayca çoxluğu yaradıcılıq mühitində ədəbi növlərin demək olar ki, bütün əsas janrlar üzrə yaşadığı keyfiyyət dəyişikliklərini izləməyə imkan açır. ”
Akademik İsa Həbibbəyli çıxışında (habelə “Xüsusi buraxılış”da çap olunmuş geniş nitqində) “hərəkat”ın yalnız tarixini nümayiş etdirməklə qalmadı, nəzəriyyəsinə də vardı, qırx il öncəki “ədəbi proses”lə müstəqillik dövrü hərəkatının fərq və incəliklərinə baş vurmaqla, konkret nəzəri proqramını şərh etdi. Göstərdi ki, ümumən nəzəriyyəsiz “proses” bircə addım da irəliləyə bilməz; elə 2017-ci ilin ədəbi yekunları da bununla seçilirdi ki, əksər məruzələrdə bu və ya digər qədər bir nəzəriyyə duzu vardı.
Artıq mətbuatda dərc olunmuş məruzələr (“Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı, 2 iyun 2018-ci il) bütün polemik ruhu ilə birgə mənim yadımda ən çox məhz doğurduğu bir sıra nəzəri təəssüratlarla qaldı. Görən, ədəbiyyatımız klassik (Şərq) zəminini unudub tapındığı Qərb stixiyasında çoxmu israr edəcək?; ya hər halda (hazırda yüz illiyini bayram etdiyimiz) klassik sintezmi qalib gələcək? (Elnarə Akimova).”Poeziya, poeziya. ” – görən, bu gün İrandan da, Turandan da, Amerikadan, Azərbaycandan, Avropadan da yazan şairlərimizin şeirlərində “XXI əsr Azərbaycan insanının öz obrazını görmək” bizə nəsib olacaqmı? (Vaqif Yusifli). Azərbaycan ədəbi tənqidinin “Roma Papasından artıq olmaq” istəyinin sirri, görən, nədədir? (Cavanşir Yusifli). Bəs “çağdaş elmi idrakın mütləq heç nə tanımadığı “hazırkı zamanın həqiqəti nədən ibarətdir? (Maral Yaqubova) Görən, “dünyanın min illər əvvəl sahib olduğu dialoqa girmək, müzakirə müstəvisi yaratmaq mədəniyyəti”nə bizim mental düşüncəmizdə də yer tapılacaqmı? (Aynurə Mustafayeva) Neçə illərin “model” axtarışlarından sonra ən nəhayət, roman texnologiyalarının nəsrimizdə qələbəsindən danışa bilərikmi? (Nərgiz Cabbarlı) və s.
Məruzələr ümumi razılıqla yanaşı, müəyyən tənqid notları doğurduğu kimi, bir sıra yarımçıq məqamlara, problemlərə, suallara da meydan açdı. Nədən Cənub ədəbiyyatı artıq dünya kontekstində göründüyü, yer aldığı halda biz bu barədə ürək genişliyi ilə danışmırıq? (Pərvanə Məmmədlinin məruzəsindən) Ədəbi gəncliyin yaş senzi nerədən keçir?; nədən bu sıradan eyni adlar, imzalar ildən ilə, məruzədən məruzəyə adlayır, gəncliyin bir “qocalması” da olmurmu ya? (Fidan Abdurəhmanovanın məruzəsinə irad) Ədəbi publisistikanın bir sərhədi varmıdır – bədii, jurnalistik (qəzet), ya elmi publisistika? (Elçin Mehrəliyevin məruzəsinə sual) Bəs esseistikanın: tənqidmi, publisistikamı, yoxsa nəsr? (Çıxışlardan) . Müzakirələr eninə və dərininə, perspektivlərə də rəvac verdi; yeni məruzə mövzuları irəli gəldi. Klassik ədəbiyyat (janrlar) bu gün necə yaşayır? Esseistikanın bugünü ayrıca diqqət istəmirmi? İlin ədəbi tənqidi, ədəbiyyat nəzəriyyəsi hədəfdədirsə, ədəbiyyat tarixçiliyi nədən kənarda qalmalıdır? – və s. kimi.
Sonda hətta məclisin özünün formatı söhbət predmeti oldu. Elmi sessiya, konfrans, ya yaradıcılıq müşavirəsi? Fikir səsləndi ki, Ədəbiyyat İnstitutunda hər il İlin yekunlarına dair müşavirələr elmi problem və məruzələrin siqləti və istiqaməti etibarilə ədəbiyyatşünaslıq konfransına çəkir. Polemik fikrə münasibət bildirən akademik İsa Həbibbəyli ədəbi proses hərəkatının təkcə elmi auditoriyalarla hüdudlanmayıb, daha böyük əhatədə ədəbi ictimaiyyəti ehtiva etdiyini, səciyyəsinə görə konfransdan bir qədər yuxarı, qurultaydan bir az aşağı – məhz yaradıcılıq müşavirəsi formatına uyğun gəldiyini iqrar etdi. Nədən olmasın?!
Doğrudur, səkkiz saata qədər davam edən müşavirədə(n) ədəbi prosesin son bir ilinin, ya beş ilinin, hətta hardasa həm də qırx ilinin irəli sürdüyü, ortaya çıxardığı, həllini axtardığı bütün problemlərə cavab gözləmək qeyri-real olardı. Başlıcası, ortada “hərəkat” vardı, tüm problemlərin həllini də ona etibar etmək olardı. Akademik İsa Həbibbəylinin vurğuladığı kimi: daha çox yeni tənqidçilər nəslinin təmsil olunduğu, tədricən köhnə qvardiyanı əvəz edən “gənc qvardiya”nın aparıcılığı ilə gerçəkləşən “ədəbi proses hərəkatı”na. Hərəkatda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun flaqmanlığı heç kəz heç kəsdə şübhə doğurmurdu.
- Bülbül – Yasunari Kavabata
- TEASS Press Nəşriyyat Evi yeni nəşr olunan kitablarını açıqladı – Siyahı
- Məhəmməd Əlinin həyatı film olur
Comments are closed, but trackbacks and pingbacks are open.