Ədəbi redaktə dərslik
Çox informasiya anlayışına adətən elmi-texniki, rəsmi-işgüzar, tədris sahələrinin mətnlərində rast gəlinir. Mətn bir qayda olaraq, qoyulmuş informasiyanın miqdarı ilə, kənardan toplanılma yolu ilə ifadə olunmuş informasiyanın miqdarının bir-birinə uyğunsuzluğunu özündə cəmləşdirir. Nəticədə oxucunun informasiya qəbul etməsi də adekvat olmaya bilər. Bu cür uyğunsuzluğun səbəbləri mətnin qurulma qaydalarıyla bağlı olduğu üçün obyektiv və oxucunu hazırlılıq dərəcəsiylə (fon biliklərinin azlığına görə) bağlı olduğu üçünsə subyektiv ola bilər. Praqmatik informasiyanı müəyyən ölçüdə nəzərə almaq, mətnin informasiyalılığını məqsədyönlü şəkildə artırmağa yardım edir.
Ədəbi redaktə dərslik
I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR
II FƏSİL. FONETİKA
III FƏSİL. LEKSİKA
IV FƏSİL. MORFOLOGİYA
V FƏSİL. SİNTAKSİS
NƏŞRİYYAT-MÜƏLLİF-REDAKTOR İŞİNİN TƏŞKİLİ HAQQINDA DƏRSLİK
(İsmayıl Vəli Öməroğlu. Ədəbi – bədii və uşaq kitablarının redaktəsi. Ali məktəb tələbələri üçün dərslik. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, Bakı-2002. Elmi redaktorları. Prof. B.Allahverdiyev; p.e.n., Z.Abdullayev).
Cəmiyyətin inkişaf qanunauyğunluqlarından, insanların mənəvi ehtiyac və tələbatından, ictimai həyatın məzmunudakı sosial problemlərdən doğan bədii ədəbiyyatın kamil, yetkin və mükəmməlliyi təkcə onun müəllifinin bilik və istedadından asılı deyil, həm də onunla birgə zəhmətə qatlaşan, ikinci müəllif statusu qazanan nəşriyyat redaktorunun səriştə və təcrübəsindən də çox asılıdır.
Nəşriyyat redaktoru. Ciddi və mürəkkəb yaradıcılıq prosesinin iştirakçısı. Bu ixtisasın aktuallığı harasındadır və həmin sahədə mütəxəssis hazırlığı respublikamızda nə səviyyədədir? Əvvəllər bu işlər nəşriyyatlarda tanınmış şair və yazıçılara tapşırılırdı, etibar edilirdi. Azərbaycanda bu gərəkli və maraqlı ixtisası hazırlayan fakültələr də yox idi. Milli proqram, dərsliklər, dərs vəsaitlərimiz də yox dərəcəsində idi. Təqdirolunmalı haldır ki, son illər BDU-nun kitabxanaşünaslıq-informasiya fakültəsində «nəşriyyat işi və redaktəetmə»ixtisasının mühüm əhəmiyyəti nəzərə alınmış, mütəxəssis hazırlığına ciddi önəm verilmişdir. Azərbaycan dilində bu sahədə dərslik və dərs vəsaitlərinin olmaması da tələbələr üçün müəyyən çətinlik yaradırdı. Filologiya elmləri doktoru, professor İsmayıl Vəli Öməroğlunun «Ədəbi-bədii və uşaq kitablarının redaktəsi» kitabı, zənnimizcə, həmin boşluğu doldurmaq, tələbatı ödəmək baxımından böyük əhəmiyyət kəsb edir.
Dərslik müəllifin özünün tərtib etdiyi «Ədəbi – bədii və uşaq kitablarının redaktəsi» fənnindən dərs proqramı əsasında yazılmışdır. Həmin proqramın dərsliyin sonunda verilməsini ilk təşəbbüs kimi qiymətləndirmək lazımdır. Proqramda fənnin məqsəd və vəzifələri, tələbələrin bilik və bacarıqları ilə bağlı tələblər, digər yaxın fənlərlə əlaqə, fənnin məzmunu, ədəbi-bədii əsərlərin redaktəsi, nəşrlərin tipoloji xüsusiyyətləri, müxtəlif ədəbi növlər üzrə redaktə işinin əlamətləri; uşaq ədəbiyyatının redaktəsi və s. məsələlər öz əksini tpmışdır.
«Ədəbi-bədii və uşaq kitablarının redaktəsi» fənni «Ədəbiyyatın ayrı-ayrı növlərinin (elmi-texniki, siyasi-kütləvi və s.) redaktəsi» fənninin bir hissəsidir. Bu fənnin adını sadəcə olaraq «Bədii əsərlərin redaktəsi» də qoymaq olardı. Çünki burada həm böyüklər, həm də uşaqlar üçün yazılan bədii əsərlər nəzərdə tutulur.
Müəllif redaktə işinin ciddiliyi, özünəməxsusluğu (xüsusi bilik, təcrübə və səriştə tələb etdiyini) üzərində dayanaraq göstərir ki, tələbələr-redaktorlar ilk öncə bədii ədəbiyyatın qanunauyğunluqlarınından baş çıxarmalıdır. Çünki bu qanunauyğunluqları (ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, müasir ədəbi proses) bilmədən yaxşı redaktor olmaq çətindir.
İ.Vəli kursun vəzifələrini ümumiləşdirir. Fənnin məzmununun xarakterini açır. Bu vəzifələr ədəbi – bədii əsərlərin tipologiyası sahzəsindəki bilikləri dərinləşdirməkdən; ədəbiyyatın tiplərinə və növlərinə verilən tələbləri müəyyənləşdirməkdən və s.- dən ibarətdir.
Dərslik iki böyük hissədən ibarətdir: I hissə «Ədəbi- bədii əsərlərin redaktəsi», II hissə isə «Uşaq kitablarının redaktəsi» adlanır.
I hissənin üç bölümündə- paraqrafında bədii ədəbiyyatın mahiyyəti açılır, mədəniyyətin mühüm bir sahəsi olduğu göstərilir, ədəbi- bədii əsərlər məzmununa , oxucu təyinatına və marağına (kütləvi oxucu marağı, yüksək oxucu marağı, peşəkar marağı, tədqiqatçı marağı) görə müxtəlif tiplərə bölünür, əsərin müəllif redaksiyası anlayışı açıqlanır, redaktorun əsər üzərində işi (mətnə yanaşma, onun qiymətləndirilməsinin xüsusiyyətləri, analitik təhlil və onun metodikası), redaktorun müəlliflə əlaqəli yaradıcılıq işi, redaktorun təşkilatçılıq işi kimi mühüm nəşriyyat problemləri elmi cəhətdən təhlil olunur.
I hissənin növbəti paraqrafı ədəbi- bədii əsərin təhlili, dəyərləndirilməsi qiymətləndirilməsi və onun əhəmiyyətinin müəyyənləşdirilməsi, oxucu üçün nə dərəcədə gərəkli olduğunu üzə çıxamaq kimi maraqlı məsələlərə həsr olunmuşdur. Redaktor üçün vacib olan elmi biliklər və təcrübi keyfiyyətlər, redaktorun ədəbi- bədii əsərin analizi və dəyərləndirilməsinə yanaşma metodu maraqlı faktlara söykənərək izah olunur. Məsələn, incəsənətin əsasını təşkil edən, əsərin ümumi ideyasının ifadəçisi olan bədii obrazın bütün keyfiyyətini bilmədən redaktor qiymət vermək istədiyi əsərə gerçəkdən yanaşa bilməz.Halbuki bədii obrazın mahiyyətini, təbiətini təşkil edən ümumi xüsusiyyətlər redaktor analizinin kriterilərinin, metodikaların, priyomların spesifikliyini əhəmiyyətli dərəcədə şərtləndirir, başqa sözlə desək, redaktorun mətn üzərində işinin əsas xüsusiyyətlərini şərtləndirir (s. 19).
Məlumdur ki, bədii əsər üzərində redaktə işi kor-koranə şəkildə aparılmır, bu mühüm işin müəyyən qayda-qanunlarla təsbitlənən mərəhələləri mövcuddur.Bu mərhələlərdə bədii mətnin dəyərləndirmə meyarları üzə çıxır.Dərslik müəllifi ilkin mərhələdən (əlyazmanın dəyərləndirilməsi mərhələsi-İ.K) başlamış sonuncu mərhələyə qədər olan redaktə işinin çətinlik və mürəkkəbliyini, spesifikliyini, əhəmiyyətli cəhətlərini saf – çürük edir, bu da həmin sənəti öyrənən tələbələrə, fikrimizcə, çox şey öyrədir. Redaktor- müəllif münasibətinin subyektiv və obyektivliyindən asılı olmayaraq, redaktə edən mütəxəssis, bir tərəfdən müəllifi dərindən «hiss» etməyi bacarmağa, əlyazmasında bədiilik fenomenini görməyə borcludur, digər tərəfdən öz təcrübəsinə əsaslanaraq əsərin gələcək oxucuya göstərəciyi təsiri qabaqcadan görməlidir. Bu cür qavramanın tamlığı redaktorun biliyindən, bədii zövqündən, ümumi mədəniyyətindən və təcrübəsindən çox asılıdır (s.20). Çıxarılan bu cür nəticə çox düzgündür, düşündürücüdür.
İ.Vəli redaktorun tənqidçilik fəaliyyətini, tənqidi təfəkkür prosesini ənənəvi bölgülərə əsaslanaraq 4 mərhələyə ayırır: bədii əsərin qavranılması mərhələsi (1), əsərin oxunuşu ilə bağlı mərhələ (2), redaktorun əsər haqqında müşahidə və mülahizələrinin ümumiləşdirilməsi mərhələsi (3), əsər üzərində redaktorun yekun fikrini rəsmiləşdirilməsi mərhələsi (4). Dərslikdə bu mərhələlərin hər birinin bütöv izahı verilir, redaktə işinin ardıcıllığı göstərilir.
Redaktor tərəfindən bədii əsərin təhlili müəyyən prinsiplərə əsaslanır. Araşdırıcının nöqteyi-nəzərincə, redaktor təhlilinin ən əsas cəhətlərindən biri əsəri ədəbi prosesə görə təhil etməkdir. Redaktor əsərə qiymət verərkən ədəbi prosesdəki məsuliyyətini dərk etməlidir. Bununla yanaşı, dərslik müəllifi ədəbi- bədii prosesdə istifadə olunan digər təhlil prinsipləri (tematikaya görə təhlil prinsipi; janr xüsusiyyətlərinə görə təhlil prinsipi; dil – üslub xüsusiyyətlərinə görə təhlil prinsipi) üzərində də müfəssəl dayanır, onların bir sıra məsələlərin müəyyənləşməsindəki rolu, dəyərləndirmədə hansının üstün mövqe tutduğu qeyd olunur, əsərin bədii, fərdi özünəməxsusluğunun müəyyən olunmasında əhəmiyyəti göstərilir.
Redaktor təhlilinin özünəməxsus tələbləri var. Bu əsas tələbləri müəllif aşağıdakı kimi müəyyənləşdirir: 1. Müasir estetik tələblər; 2. Ədəbiyyatşünaslıq tənqidinin tələbləri. 3. Müasir dilçiliyin tələbləri (s.26). Bunlar redaktor dəyərləndirməsinin istiqamətləridir.
Dərslikdə redaktorun qarşısında duran vəzifələr hər bir mövzunun izahı prosesində göstərilir. Məsələn, əsərin məzmun və formasının vəhdətindən danışan müəllif yazır ki, redaktorun ən vacib vəzifəsi ondadır ki, ideya-bədii cəhətdən az qiymətli əsərlər işıq üzü görməsin. Və yaxud, bədii həqiqət ölçülərindən bəhs olunanda redaktor öz vəzifəsini bu və ya digər faktların, təsvirlərin dəqiqliyinin, həqiqətə uyğunluğunun yoxlanması ilə məhdudlaşdırmır. O, müəllifin təsvir etdiyi hadisələri öz estetik təsir gücü ilə inandıran obrazlara diqqət yetirir, hadisənin obrazda ümumiləşdirilən xüsusiyyətlərini dəqiqləşdirməyə çalışır (s.28).
Yazıçının fərdi yaradıcılıq üslubuna diqqət yetirmək redaktə işində mühüm yer tutur. Bu baxımdan redaktorun üzərinə düşən əsas vəzifələrdən biri müəllifi anlamaq, onun istedadını, özünəməxsusluğunu müəyyənləşdirmək, əsərə yaradıcı şəkildə yanaşmaqdan ibarətdir.İ.Vəli, demək olar ki, redaktor təhlilinin bütün qiymətləndirmə məqamlarını (personajları qiymətləndirmək, obrazın bütövlüyünü qorumaqla qiymətləndirmək, müəllif ideyasını qiymətləndirmək, mövzu və hadisənin xarakterikliyini, tipikliyini dəyərləndirmək, yazıçının fakt seçmə bacarığını, faktların dəqiqliyini qiymətləndirmək, lirik qəhrəmanı dəyərləndirmək), əsərin dəyərləndirilməsinin vacib ölçülərini (bədii dəqiqlik, həyati təsvirlərin, obraz təsvirinin dəqiqliyi, təhkiyədə dəqiqlik, daxili- hissi düşüncələrin təqdimində dəqiqlik) müəyyənləşdirmişdir. İ.Vəlinin fikrinə görə, redaktorun iş metodikası bədii mətnin poetik qavranışını və onun elmi tədqiqini özündə cəmləşdirməkdir. Mətn üzərində redaktor işi iki mərhələdə həyata keçirilir. Bu mərhələlərdə mətnin dəyərləndirilməsi s u b y e k t i v- ilkin təəssürat əsasında, o b y e k t i v- mətni əsaslı, elmi təhlillə mümkün olur. Sonuncu dəyərləndirmə çox vacibdir. «Mətnin qavranılmasının əsasında ədəbiyyatşünaslığın xüsusi kateqoriya və anlayışlarda təsbit etdiyi obyektiv qanunauyğunluqlar durur. Bu qanunauyğunluqlar redaktora peşəkar elmi mülahizələrlə əsaslandırılmış fikir söyləməyə əsas verir, yəni mətnin araşdırılması metodikasının səviyyəsini, redaktorun analitik təhlil ustalığını şərtləndirir» (s.64). Bu baxımdan tələbələr ədəbiyyatşünaslığı dərindən bilməli, onun nəzəri aspektlərini qavramalı, ədəbiyyatşünaslığın təcrübəsinə əsaslanmalı, onların tənqid və təhlillərindən istifadə etməli, peşəkarlıq qabiliyyətini artırmalıdırlar. Bundan sonra öz üzərlərinə düşən vəzifələri – konkret işin strukturunun özünəməxsusluğunu hiss etməli və obrazların, vəziyyətlərin həllinin yazıçının ideyasına, yaradıcılıq üslubuna, əsərin ümumi quruluşuna uyğun-gəlib- gəlmədiyini göstərməlidir.
İ.Vəlinin redaktorun bədii əsərin bütün komponentləri (əsərin süjeti və kompozisiyası, bədii detalı və s.) üzrə redaktə işinin, təhlilinin ümumi məzmunu, qiymətləndirmənin vacib aspektləri, əsərin növ və janr xüsusiyyətləri və s. haqqındakı fikirləri də düzgün və inandırıcıdır. Ümumiyyətlə, redaktor təhlil, qiymətləndirmə zamanı nə etməlidir, nəyi aşkarlamağı, müəyyənləşdirməyi bacarmalıdır? sualına bu əsərdə ətraflı və geniş, dolğun cavablar tapmaq mümkündür. Bu cəhətdən dərsliyin dəyəri əvəzsizdir. Dərslikdə epik, bədii- publisistik, dramatik və lirik əsərlərin (təmsil, hekayə,oçerk, roman və s.) redaktəsi, həmin növ əsərlərə verilən tələblərin nədən ibarət olduğu, redaktə zamanı hansı cəhətlərə redaktorun üstünlük verməsi (mövzunun aktuallığının müəyyənləşdirilməsi, müəllifə edəcəyi təkliflər, hansı məqamlara xüsusi diqqət yetirməsi, nəzərə alması), təhlilin aspektləri və s. kimi mühüm məsələlər təhlil edilmiş, müəyyən tövsiyyələr verilmişdir.
Əsərdə redaktor – müəllif münasibətləri, müəlliflərlə işin təşkili və onun xüsusiyyətləri, redaktorun təşkilatçılıq işinin xüsusiyyətləri, redaksiya işçilərinin apardığı yaradıcılıq axtarışının istiqamət və formaları, redaktor təklifi və təşəbbüsü, müəllif fəallarının yaradılması, mətnşünaslıq və redaktorun işində onun yeri, nəşrlərin janr və tipləri kimi məsələlər də yığcam, dolğun və elmi şəkildə işıqlandırılmış, həlli vacib olan cəhətlər üzə çıxarılmışdır.
Dərsliyin «Uşaq kitablarının redaktəsi» hissəsi də məzmun yeniliyi ilə seçilir; belə əsərlərin redaktəsi daha ciddi məsuliyyət tələb edir. İlk öncə, dərslik müəllifi uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərindən, həmçinin özünəməxsus mövzu, ideya, dil- üslub xüsusiyyətlərindən, onun əxlaqi-pedaqoji- tərbiyəvi yön və vəzifələrindən, bədii mətnin uşaqlar tərəfindən qavranılmasının özünəməxsusluğundan, bunların redaktor üçün vacib şərt sayıldığından bəhs etmişdir. Dərslikdə folklor yaradıcılığından başlayaraq ayrı-ayrı dövrlərin qısa icmalı, uşaq ədəbiyyatının əsas xüsusiyyətləri, tərbiyəedici və təhsilvericilik xüsusiyyətləri, uşaq kitablarının tip və yarımtipləri (siyasi- tərbiyəvi, əyləncəli, bədii kitablar), uşaq kitablarının təsnifatı, uşaq ədəbiyyatının janr və formaları, uşaq əsərlərinin redaktəsi və qiymətləndirilməsi zamanı vacib sayılan, nəzərə alınan faktorlar, uşaq ədəbiyyatına dair olan nəşrlərin tarixi və müasir vəziyyəti, uşaq dramaturgiyası, redaktəsi və nəşri məsələləri və nəhayət müasir uşaq ədəbiyyatının bir sıra problemləri qısa şəkildə şərh olunmuşdur.
Dərslik Azərbaycan dilində ilk təşəbbüs (sınaq nəşri) olduğundan bəzi qüsurlardan da xali deyildir. Bəzən ehtiyac olmadan bədii ədəbiyyatın, ədəbiyyatşünaslığın nəzərəri məsələlərinə ifrat dərəcədə aludəçilik, nəşriyyat, redaktə işi ilə bağlı çoxcəhətli problemlərin yığcam təhlilinə gətirib çıxarmışdır. Dərsliyin gələcək nəşrlərində bu cəhət, yəqin ki, müəllif tərəfindən nəzərə alınacaqdır.
Beləliklə, təhlilə cəlb etdiyimiz, məziyyətlərindən danışdığımız dərslikdən – «Ədəbi-bədii və uşaq kitablarının redaktəsi» kitabından da nəşriyyat işçiləri, redaktorlar, jurnalistlər, dil-ədəbiyyat müəllimləri, tələbələr öz elmi və təcrübi biliklərini artıra biləcək, səriştəli və peşəkar mütəxəssis kimi yetişəcəklər.
İsmayıl KAZIMOV, filologiya elmləri namizədi, AMEA- Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi.
© WebMaster: CAhid KAazimov – cahidbdu@yahoo.com – – Muellif huquqlari qorunur.
Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz.
Ədəbi redaktə dərslik
Uşaq ədəbiyyatı gələcək nəslin sağlam ruhda böyüməsi üçün çox vacib faktorlardan biridir. Uşaqlar ilk dəfə bağçalarda və ibtidai siniflərdə bu ədəbi nümunələrlə tanış olurlar. Psixoloqlar qeyd edirlər ki, uşaq vaxtı gözəl şeirlər, nağıllar oxumayan, mütaliəyə həvəsi olmayan insandan böyüyəndə ciddi sənət nümunələrini anlamasını gözləmək əbəsdir. Bəs hazırda ibtidai sinif dərsliklərində yer alan mətnlər, şeir nümunələri uşaqların ədəbi zövqünü formalaşdırmağa yetərlidirmi? Bu ədəbiyyat nümunələri bizim milli-mənəvi dəyərlərimizi, müxtəlif bayramlarımızı , adət -ənənələrimizi şagirdlərə doğru-düzgün aşılaya bilirmi? Mövzu ilə bağlı AzEDU-ya danışan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rəfael Hüseynov qeyd edib ki, gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması millət quruculuğunun vacib məsələlərindəndir. Onun sözlərinə görə, millət quruculuğu anlayışı isə ilk növbədə məhz dərsliklərə bağlıdır:
“Sabahımızın daha sağlam olması və gəncliyin vətənpərvər ruhda böyüməsi üçün, əvvəlcə, dərsliklərimizə diqqət yetirməliyik. Vaxtilə Azərbaycan məktəblərində Mirzə Ələkbər Sabir, Abdulla Şaiq dərs deyib. Onların dövründə zəruri ədəbiyyat, müəllimlərin maraqlarını, düşüncələrini təmin edən şeirlər olmayıb. Bu səbəblə, Sabir də, Abdulla Şaiq də uşaq şeirlərini dərs dedikləri məktəblərdə əyani vəsait olaraq yazıblar. Yəni onlar, əslində, uşaq ədəbiyyatı ilə məşğul olmağı qarşılarına məqsəd qoymamışdılar. Bu dahiləri o səmtə yönəldən təcrübə və bu təcrübənin yaratdığı ehtiyac olub. Sabir dərs deyəndə görüb ki, şeir yoxdur. Elə buna görə, “Uşaq və buz”, “Tülkü” və bu kimi şeirlərini yazıb. Oğlu Məmməd Səlim Tahirli mənə danışırdı ki, atam o şeirləri məktəblərdə tədris edəndə bir sıra məlum xalq mahnılarının melodiyalarına uyğunlaşdırırmış ki, uşaqlara mahnı şəklində öyrətsin, şagirdlərin daha asan yadında qalsın. Milli bayramlarımızın vacib əxlaqi nöqteyi nəzərdən öyrədilməli cəhətləri dərsliklərdə müxtəlif hekayələr, oyunlar, səhnəciklər, şeirlər şəklində mütləq əksini tapmalıdır. Lakin bu məhz elə Abdulla Şaiq, Sabir və Abbas Səhhətin yazdığı əsərlər səviyyəsində olmalıdır. Azərbaycanda sadaladığım bu şəxsiyyətlərin bəlli şeirlərini əzbər bilməyən çox az insan tapılar. Ən müxtəlif nəsillər belə bu şeirləri əzbər bilirlər. Çünki bunlar Azərbaycan dilinin bütün gözəlliklərini, sadəliyini özündə əks elətdirərək yazılıb. Ümumiyyətlə, dərslik siyasətində son dərəcə diqqətli olmaq lazımdır. Yaxşı vətəndaş yetişdirməyin təməl kərpici sayılan dərsliklərdə mətnlərin hər biri yüksək ədəbiyyat nümunəsi olmalıdır. Dili sadə, saf, mənası isə əxlaqi dəyərləri özündə daşımalıdır”.
Rafael Hüseynov vurğulayıb ki, biz bu gün 3-cü minillikdə uşaq şeiri dedikdə ağlımıza ilk olaraq Sabir, Şaiq, Abbas Səhhətin adı gəlir və 10,20,30-cu müəllifi dərhal deməkdə çətinlik çəkiriksə, deməli boşluqlarımız çoxdur:
“İndiki dərslikləri, kitabları tərtib edən insanlar nəyə ehtiyac olduğunu bilirlər. İmkan daxilində də problemləri aradan qaldırmağa çalışırlar. Amma mətn seçimində düşünürəm ki, bir az daha diqqətli olmalıdırlar. Şagird, gərək, hansısa bir mətni, şeiri öyrənərkən, onunla yanaşı bir müəllifi də tanısın. Müəllif kimi Azərbaycan Mədəniyyəti tarxində rolu olan bir adam seçilməlidir. Məsələn, Azərbaycanın himnini uşaqlara öyrədirsənsə, bu faydalı işlə yanaşı həm də Azərbaycan dahiləri Əhməd Cavad və Üzəyir Hacıbəyovu da tanıdırsan. Yəni elə etmək lazımdır ki, dərsliklərdəki materiallar – ayrı-ayrı tarixi hadisələri, ənənələri, bayramları əks etdirən mətnlər – həm ədəbi redaktə cəhətdən mükəmməl hazırlansın, həm də müəlliflər tanıdılmağa layiq, böyük insanlar olsun. Təbii ki, gənc müəlliflərin də gözəl şeiri ola bilər. Lakin bir neçə işi eyni vaxtda görməyə üstünlük verilməlidir. İbtidai siniflərdə bu təməl sağlam qoyulmalıdır. Belə keyfiyyətlərə malik dərsliklərin hazırlanmasına çox böyük ehtiyac var. Vaxtilə mən 1-ci siniflər üçün əlifba yazarkən çətinlik çəkirdim. Görürdüm ki, vətən, bayraq, ana, bayramlarımız haqda bizim kifayət qədər yadda qalan, ömür boyu özümüzlə daşıyacağımız mətnlər, az qala, yox səviyyəsindədir”.
R.Hüseynov qeyd edir ki, ibtidai sinif dərsliklərinin tərtibi zamanı yalnız dərslik müəllifləri tam ixtiyar sahibi olmamalıdır. Onun sözlərinə görə, bütün bunlara nəzarət edən bir qrup olarsa, nəticə daha yaxşı olar:
“Uşaq ədəbiyyatı sahəsində bizim çalışan şairlərimiz daim olub və indi də var. Düşünürəm, onların yaradıcılığına diqqətli yanaşmaq lazımdır. Kitabların tərtibi zamanı isə yalnız pedaqoqlar və dərsliklərin müəllifləri tam ixtiyar sahibi olmalı deyillər. Müəyyən şəxslərdən ibarət bir qrup yaranmalıdır ki, bilavasitə bu işlə məşğul olanlar – fəaliyyətdə olan uşaq yazıcıları, uşaq şairləri, uşaq ədəbiyyatı problemləri ilə məşğul olanlar və s. həmin qrupun üzvü olsunlar”.
Ədəbi redaktə dərslik
O.A.Kazakova, S.V.Malerveyn, L.M.Rayskaya, T.B.Frik
Stilistika və ədəbi redaktə
Mətn ədəbi redaktə obyekti kimi
Filologiyada “mətn” termininin üç cür izahı var. Mətn məqsədyönlü nitq yaradıcılığı fəaliyyətinin nəticəsi, yazı mənbəyi, nitq əsəri kimi anlaşılır. Birinci traktovka (izah) daha genişdir. O, mətni danışıq prosesinin şüurlu şəkildə təşkilinin nəticəsi olaraq, müəyyən bir fikrin ifadə olunması üçün başqa bir müəyyən formaya çevrilməsi kimi təsvir edir. Mətnin ən mühüm, əhəmiyyətli əlamətləri (yəni ki mütləq və mütləqdirsə, deməli canlı) bunlardır:
a) informativlik kateqoriyası;
b) rabitənin bütün növlərində özünü büruzə verən, mətndə müxtəlif hissələrin, faktların, müddəaların ardıcıllığı və bir-birindən asılılığını təmin edən bağlılıq kateqoriyası;
v) oxucu və ya dinləyici olan rabitəçinin maraq orientasiyasının çoxsaylı üsul və vasitələrini realizə edən rabitə kateqoriyası;
q) tamlıq kateqoriyası – izahla mətnin müəyyən nitq situasiyasına və oradan da bu və ya digər konkret mətn tipinə aid edilmiş, tipik komponentlər, struktur və kompozisiya etalonları oxucu və dinləyicilərçün sabit, təkrarlanan janr kimi başa düşülür.
d) mətnin əvvəli ilə sonu arasında formal sərhədlər müəyyən edən, mətnin müxtəlif növ başlıq və sonluğu kimi realizə olunan ayrıcalıq və ya qapalılıq kateqoriyası.
İnformativ və vəhdət kateqoriyaları haqqında daha çox təfərrüatlara varaq. Mətn informasiyası bir neçə yerə bölünür:
a) mətnin faktiki informasiyası – mətndə hadisənin yeri, iştirakçıları, işin gedişatı, əmmələr və həmin hadisənin nəticələri və s. haqqında informasiya;
b) mətnin tematik (mövzu) informasiyası – faktual informasiyanı birləşdirən, onun mövzusu və alt mövzusunu bir yerə gətirən informasiyadır;
c) konseptual (ümumi təsəvvürlər) informasiya – mətnin ideya və əsas fikrini özündə cəmləşdirən informasiyadır;
j) mətnaltı informasiya – konseptual informasiyanın Ezopsayağı və ya daha aydın formalarındakı mənalar növündən biridir;
v) konseptual informasiya – mətnin ideyasını və əsas tərəflərini özündə cəmləşdirir;
q) mətnaltı informasiya – konseptual informasiyanın fikirlər şəklində bir növüdür;
d) janr-komponent informasiyası – mətn informasiyasının xüsusi növü; bu informasiya hər bir konkret mətnin hüdudlarında özünü büruzə verərək, eyni vaxtda hansısa bir janra aid olan tam bir sinif mətnləri səciyyələndirir.
Bu janr-komponent informasiyası xüsusi olaraq təsdiq edilmiş struktur mətnlərində olur, məsələn, müxtəlif növ hekayələrdə. Başlıcası, mətnin yaradılmasında əsas məqsəd informasiyanın çatdırılmasıdır. İnformasiyanın ümumi kəmiyyəti onun dolğunluğudur. Lakin hər şeydən əvvəl yeni informasiya dəyərlidir, lazımlıdır, yəni praqmatikdir (hadisələrin yalnız zahiri əlaqə və ardıcıllıq cəhətdən təsviri). Məhz bu mətnin informasiyalılıq dərəcəsidir.
Mətnin informasiya ilə dolğunluğu – mətnin keyfiyyətinin göstəricisidir. İnformasiyalılıqsa nisbidir. Çünki informasiyanın lazımlılıq dərəcəsi potensial oxucudan asılıdır. Mətnin informasiyalılığı oxucu üçün onun yenilik dərəcəsindən – mövzu və müəllif konsepsiyasından, fikir predmetinin müəllif qiymətləndirməsi sistemindən asılıdır. Müəllif bədii, qəzet, elmi-populyar mətnləri necə deyərlər orta səviyyəli oxucudan ötrü (orta məktəb proqramını mənimsəmiş) nəzərdə tutur. Məsələn, elmi məqalənin müəllifi öz mətnini elmin bu sahəsinin mütəxəssisinə uyğun olaraq yazır. Və bu müəllif onu “orta səviyyəli oxucu” hesab edəcək. Ona görə də mətndə informasiyanın lazımlılıq dərəcəsi oxucu səviyyəsinin mətnin informasiya keyfiyyətinə uyğun olub olmamağı və analoji olaraq müəllifin səviyyəsinə əsasən müəyyənləşdirilməlidir. Bu nöqteyi-nəzərdən oxucuları üç qrupa bölürlər:
1) müəllif əsaslanmasına uyğun, yəni orta oxucu üçün nəzərdə tutulmuş;
2) orta oxucu səviyyəsinə çatmayan oxucu;
3) tezaurusu müəllif tezaurusundan üstün olan oxucu.
Məlum məsələdir ki, üçüncü qrup oxucu üçün mətndəki faydalı informasiya sıfra, informasiya bolluğu isə 100 faizlə bərabərdir. İkinci qrup oxucuların isə fondakı bilikləri az olduqlarından oxuduqları mətnin faydalılığı kəskin azalacaq.
Birinci qrup oxucular üçün informasiya müəyyən qədər faydalı olsa da, bəzən müxtəlif frazalar, klişelər, bəzi təkrarlar sayəsində o daha bol görünə bilər. İnformasiya ilə çox dolğun olan mətni qavramaq çətin olduğundan, çox informasiyasının tam yoxluğu da mənfi nəticələr verir.
Çox informasiya anlayışına adətən elmi-texniki, rəsmi-işgüzar, tədris sahələrinin mətnlərində rast gəlinir. Mətn bir qayda olaraq, qoyulmuş informasiyanın miqdarı ilə, kənardan toplanılma yolu ilə ifadə olunmuş informasiyanın miqdarının bir-birinə uyğunsuzluğunu özündə cəmləşdirir. Nəticədə oxucunun informasiya qəbul etməsi də adekvat olmaya bilər. Bu cür uyğunsuzluğun səbəbləri mətnin qurulma qaydalarıyla bağlı olduğu üçün obyektiv və oxucunu hazırlılıq dərəcəsiylə (fon biliklərinin azlığına görə) bağlı olduğu üçünsə subyektiv ola bilər. Praqmatik informasiyanı müəyyən ölçüdə nəzərə almaq, mətnin informasiyalılığını məqsədyönlü şəkildə artırmağa yardım edir.
Bunun iki yolu var: intensiv və ekstensiv. Bu iki yolun çərçivəsində mətnin informasiyalılığını artırmağın müxtəlif üsulları var. Müxtəlif mətnlərdə müxtəlif tələbatların yarandığını düşünsək, onların hamısının nəzərə alınması mümkünsüz olar. Bir mətndə həddindən çox hesab edilən məlumat, başqa bir mətndə vacib sayıla bilər. Lazımı ölçünü müəyyən etmək və lazım olanın əldə edilməsi üçün məlumatın verilmə məqsədini nəzərə almaq lazımdır.
Mətnin informativləşməsinin artırılmasının intensiv üsulu, informasiyanın özünün yaddaşda saxlanılması zamanı mətn həcminin ixtisara düşməsi, informasiyanın məhdudlaşdırılması prosesi ilə bağlıdır. İnformasiyanın məhdudlaşdırılması eyni fikri ifadə vasitələrindən daha da qənaətlə istifadə etməklə təsvir olunmasına imkan verir. Ekstensiv üsulsa məlumatlanmanı məlumatın özünün genişlənməsi vasitəsilə ilə artırır. Onun tətbiq olunması şərhin, izahın maksimal şəkildə detallarla təsvir olunmasına və bununla da hadisənin mahiyyətinin varılmasına, tədqiq olunan obyektin zahiri aləmlə rabitəsini daha da dərindən dərk edilməsinə gətirib çıxarır.
Mətndə informasiyanın ekstensiv üsulla artırılması məlumat predmeti haqqında biliklərin genişlənməsini konkretləşdirən, açıqlayan əlavə informasiyanın daxil edilməsi ilə əlaqədardır. Ekstensiv üsulunun daha çox tipik realizasiyası hadisənin və ya predmetin ensiklopediya və lüğətlərdəki şərhləridir. Ekstensiv informasiya müxtəlif formalarda – təyin, izah, şərh, açıqlama kimi əlavə olunur. Verilmiş predmet haqqında onu səciyyələndirən nə qədər çox əlamət göstərilsə, onun haqqında təsəvvürlər bir o qədər çox yaranır. Bu cür izahlı informasiyanı elmi-populyar ədəbiyyatda yeni, faydalı informasiya kimi qəbul etmək lazımdır. Eyni zamanda o, mütəxəssisdən ötrü nəzərdə tutulmuş bir mətndə həddindən artıq çox olduğundan öz keyfiyyətini itirə də bilər.
Buna görə də müəllifin niyyətinin (məqsədini) və oxucu dərketməsinin adekvatlığını əsas problem hesab etmək lazımdır. Mətnin məlumat keyfiyyətlərinin yüksəldilməsi işində haşiyə, istinad və s.-nin rolu heç də az deyil. Öz əhəmiyyətlərinə görə onlar həm də əlavə informasiya hesab olunur, çünki əlavə işarələrin daxil edilməsi ilə əlaqədardırlar. Lakin onların rolu əvvəlcə deyilənlərin izahı deyil, məqsədyönlü şəkildə lazımi informasiyanın tapılmasını təmin etməkdir. Ekstensiv üsul dərsliklərdə, elmi-texniki və bədii ədəbiyyatda da geniş istifadə olunur. Dolğun, həddindən artıq çox məlumata münasibətsə seçimə bağlıdır.
Didaktiv keyfiyyətlərin (məsələn dərslikdə) gücləndirilməsi zamanı o mütləqdir. Burada hətta təkrar məlumat da faydalıdır. Digər hallarda o, ifadənin qüsuru kimi qəbul edilə bilər. Eynilə bu cür həddindən artıq informasiya ilə yüklənmə mətnin müsbət keyfiyyətini aşağı da salır. Çünki o, çətin bir mətnə çevrilir. Mətnin informasiya dolğunluğunun hüdudu onun tipoloji əlamətləri lə təyin olunur. İstənilən halda mətnin məzmun keyfiyyəti yerində olmalıdır. Uyğun olaraq bəzi mətnlərə, onun norması əsasında yatan informasiya minimumu təyin edilir. Bu minimum, informasiyanın qısa və geniş (dissertasiya mətni və dissertasiyanın avtoreferatları) ötürülməsi nəzərdə tutulan mətnlərdə fərqlənir.
Mətn normalarına işgüzar və məlumat ədəbiyyatının yaradılması zamanı ciddiyyətlə əməl olunmalıdır. İnformasiya minimumu mətnin rabitəsidir. O, yüksək səviyyədən ehtimalların proqnozunu verir. Oxucu auditoriyasına öncədən bu cür bələd olmaq bir sıra fakt və situasiyaları bayağılaşdırır. Başqa bir situasiyada, məsələn, tədrisdə didaktik məqsədlə o, genişləndirilə bilər. Xüsusi tapşırıqla, çox vaxt öncədən hazırlanmış proqram üzrə hazırlanan mətnlərdə məlumat dolğunluğu, informasiya minimumu, informasiya norması anlayışları çox vaciblidir. Təbii ki, onların rolu bədii mətlərə müraciətdə kəskin şəkildə aşağı düşür. Lakin burada da kəskin olmasa belə, mətn materialının janr spesifikasıyla (aydındır ki, hekayənin informasiya fondu, romanın informasiya fondu ilə üst-üstə düşmür) bağlı məhdudiyyətlər ola bilər. Mətnin tamlığı – mətnin dərk edilmə kateqoriyasıdır. Psixoloji nöqteyi-nəzərdən mətnin tamlığı mətnin korpusundakı proyeksiya dirəyinin komunikantları ilə dərk olunur.
Bu tapmacanın əsasında müxtəlif janr etalonlarının və fon bilikrinin ehtiyatı sferasında oxucuların və ya dinləyicilərin səriştəliyi dayanır. Bu halda sadalananların mətndə olması vacibdir:
1) informemlər (bildirənlər) – əsas sözlər, söz birləşmələri və konstruksiyalar, delalizasiyanı tələb edən, oxucunu və ya dinləyicini mətnin mövzusu və mövzualtısını təyin edərək, müəllifin mətndə müzakirəyə gətirdiklərini müqayisə etdirir;
2) mətnin mövzualtısıyla əsas mövzusunun kifayət qədər aydın ifadə olunmuş münasibətlərinə nəzər salaraq, kommunikant müəllifin fikir gedişini və mətnin konseptual durumunun ierarxiyasını təyin edə bilər.
3) ifadə olunmuş fəndlər, mətn məzmunu strukturunu quran – oxucu və ya dinləyiciyə fikir və struktur hissələrini ayırd etməyə imkan verir.
Əgər oxucu və ya dinləyici mətnin problematikasında səriştəsiz olarsa, informem əsasında yeni bilikləri strukturlaşdıraraq mətnin dərkedilməsini özünə uyğun formalaşdırır. Hər bir konkret janrda mətnlər tipik olduqları üçün onlar eyni sinonim sözlər, söz birləşmələri, konstruksiyalarda özünü göstərir və janrın tanınma əsasını təşkil edir. Mətnin bu janr individuallığı – mətnlər üçün tipik stil əlamətlərində və məzmunun komponentlər komplektində realizə olunur. Mətndə gözlənilən və ya oxucunun (dinləyicinin) individual informasiyası ehtiyatına zidd olmayan mətn komponentlərini, stil cizgiləri, etalon janr kompozisiyalarını proqnozlaşdıranda və aşkarlayanda, müəlliflə birgə mövzunun açılması və ya problemlərin, düşüncə operasiyalarının açılması üçün forma və mətni uyğunlaşdırmağa çalışır. Əgər uyğunlaşma baş tutsa, bunun nəticəsində mətnin məzunu və mənası barəsində tam təsəvvür yaranır. Linqvistik baxımdan mətnin tamlığı eyni bir janrdakı mətnlərin variantlar birləşməsi vahidinə əsaslanır.
Onlar birlikdə janrın obrazını, modulunu formalaşdırır. Mətnin tamlığı eyni zamanda situasiyanın konkret və ya abstrakt, real və ya təsvir edilənin bir-birinə uyğunlaşmasıdır. Mətn tamlığının təəssüratına qeyd edildiyi kimi həm də onun janrı da səbəb olur. Janr etalonlarına əhəmiyyət verilməməsi, hətta dili yaxşı bilən adamların məhz janr formalarını bilmədiklərindən, yəni tamlıq kateqoriyasının vasitə və üsullarının realizəsini bilmədiklərindən bəzi sferalarda özlərini tamamilə köməksiz hiss etməklərinə gətirib çıxarır.
Rus dilindən tərcümə edən: Xanım AYDIN
“Kaspi”
- Ölkəmizin “Avroviziya 2023″dəki mahnı və klipi bu gün nümayiş olunacaq
- Xalq artistinin son görüntüləri yayıldı – Foto
- Təbrizli şair vəfat etdi
Comments are closed, but trackbacks and pingbacks are open.