Hovard Qardnerin Zəka nəzəriyyəsi. Dərketmənin üsulları
5.Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
23 Aralık 2015 Çarşamba
Havard Qardnerin dərketmə səviyyələrini əks etdirən nəzəriyyəsi
Paylaşıldı 07:42 by Leyla Bayramova
Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi
Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət – belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət – belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət – belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq
linqvistik, riyazi-məntiqi, vizual-məkan, kinestetik, fərdlərarası, fərddaxili,
musiqi-ritmik, naturalist.
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin edir.
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar, testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq mümkündür.
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda saxlanılır.
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur. Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim kiçik qruplarla iş formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla tərtib edilir.
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə” əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar.
Linqvistik qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə, digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır.
Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər.
Vizual-məkan qabiliyyəti üstün olan insanlar rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından aydınlaşdırılmasına imkan verir.
Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə özünü ifadə etmək imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: “Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan yaradır.
Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. Obrazların təhlili zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində olsa idim, nə hiss edərdim?
Haqqım tapdananda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə kənardan yox, daxildən yaxınlaşa bilir.
Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür.
Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları tanımağa, canlıların yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi suallar ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir.
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini, hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür. Linqvistik və musiqi-ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla bilər.
Hovard Qardnerin “Zəka”nəzəriyyəsi. Dərketmənin üsulları
Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış HOVARD QARDNER in nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir . Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər.:
Müasir dünya psixologiya və pedaqoqikasında geniş tətbiq edilən Amerika alimi Hovard Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsi beynin imkanlarını öyrənməklə bu imkanların tədris prosesində üzə çıxarılmasına yönəlmişdir.
Qardner dərketmənin ən azı 8 üsulunun mövcud olduğunu göstərmişdir
1. linqvistik
2.riyazi–məntiqi
3. vizual–məkan
4.kinestetik
5. fərdlərarası
6. fərddaxili
7.musiqi-ritmik
8.naturalist.
O, bunları həm də insanda mövcud olan qabiliyyətlər hesab edir.
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin edir.
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar, testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq mümkündür.
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda saxlanılır.
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur. Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim kiçik qruplarla iş formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla tərtib edilir.
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə” əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar.
1.LİNQVİSTİK qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə, digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır.
2.Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər.
3.Vizual-məkan qabiliyyəti üstün olan insanlar rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından aydınlaşdırılmasına imkan verir.
4.Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə özünü ifadə etmək imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: “Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan yaradır.
5.Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
6.Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. Obrazların təhlili zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində olsa idim, nə hiss edərdim?
Qəbilə üzvlərinə qarşı çıxanda…
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə kənardan yox, daxildən yaxınlaşa bilir.
7.Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür.
8.Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları tanımağa, canlıların yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi suallar ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir.
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini, hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür. Linqvistik və musiqi-ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla bilər.
Daim inkişaf edən və dəyişən dünyaya gənc nəsli daha yaxşı hazırlaya bilmək üçün son illərin dünya psixo-pedaqogikasında uğurla tətbiq olunan nəzəriyyələrdən olan “Çoxintellektlilik” nəzəriyyəsinin təhsilimizə gəlişi insan zəkasının sonsuz imkanlarının aşkarlanmasını və bu əsasda da təhsilin keyfiyyətinin yüksəldilməsini, özünə inamlı, müstəqil düşüncəli şəxsiyyətlərin yetişdirilməsini qarşıya hədəf qoyur. Bu da ölkəmizin inkişafı üçün ən vacib amillərdən biri kimi təhsilin qarşısında duran vəzifədir.
“5-6 sinif dərsliyin müəllifləri kurikulumun təlim strategiyasına yenilik gətiriblər. Onlar amerika alimləri Robert Strenberq və Hovard Qardnerin oxu strategiyalarına əsaslanaraq dərs prosesində şagirdlərin oxuyaraq öyrənmələrini əsas götürülər.
H.Qardner Jan Piajenin koqnitiv (dərk etmə) nəzəriyyəsinə əsaslanan, onu inkişaf etdirən bir alimdir. Koqnitiv – dərk etmə konstruktivizimdir. Bu dərketmə prosesində hər bir şagird öz biliklərindən təcrübəsindən çıxış edərək öz biliklərini yaradırlar. Müəlliflər nəzəri cəhətdən bunu təsdiqləyirlər, amma nümunəvi dərslərdə bunu fəal təlimin usulları üzrə qurmağa cəhd edirlər, lakin bu cəhd də alınmır. Çünki fəal təlimin yolu bir yoldur, konstruktivizmin, dərketmənin yolu başqa bir yoldur. Burada fəal unsiyyət, yaradıcılıq, düşüncə əməliyyatları əsas götürülür. Və bu təlim stategiyasında qurulan dərsdə hamının sevdiyi, lakin həyata keçirə bilmədiyi bir kəlam “şagirdləri öyrənməyə öyrətmək” kəlamı öz açıqlamasını tapa bilmir.
Və sonda onu qeyd etmək lazımdır ki, əgər H.Gatdnerin yanaşması, onun öz əsası üzrə, konstruktiv yanaşma əsasında dərslər qurulub, işlənib ortalığa çıxardılsa onda o zaman kurikulumun uğurla həyata keçirilməsində yeni bir səhifə innovativ bir səhifə açılmış olardı.”
təkrarlayaq:1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət – belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət – belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət – belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Ədəbi əsərlərin təhlili
Zaman Əsgərli
XX əsr Azərbaycan ədəbiyyatşünaslığının məşhur xadimlərindən biri də professor Əli Sultanlıdır. Milli ədəbi-mədəni və ictimai-pedaqoji fikir tariximizdə o, görkəmli ədəbiyyat tarixçisi, teatr-dramaturgiya tənqidçisi, Qərb-Şərq bədii düşüncə mədəniyyətini vəhdətdə öyrənən böyük komparativist alim, istedadlı müəllim-pedaqoq, dərsliklər müəllifi kimi məşhurdur.
Əli Abdulla oğlu Sultanlı 1906-cı il dekabr ayının 25-də Naxçıvan şəhərinə bitişik Araz kəndində bənna ailəsində anadan olmuşdur. Doğma şəhərində ibtidai təhsil almağa başlamış, 1917-ci ildə Rusiyada baş verən inqilabi hadisələrlə əlaqədar təhsilini yarımçıq saxlamışdır. ADR dövründə ibtidai təhsilini tamamlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanda yeni təşkil edilən Müəllimlər seminariyasının hazırlıq kursunda təhsil almışdır. 1923-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığı onu Bakı Mərkəzi Pedaqoji texnikumuna göndərmiş, buranı əla qiymətlərlə bitirdiyinə görə texnikumun pedaqoji şurasının qərarı ilə şəhərdə saxlanılaraq təhsilini APİ-nin Şərq fakültəsində davam etdirmişdir.
1930-cu ildə ali təhsilini tamamlayan Əli Sultanlı Qərbi Avropa ədəbiyyatı kafedrasında assistent saxlanılır və tələbələrə mühazirələr oxuyur. Bir qədər sonra o, Qərbi Avropa ədəbiyyatı kafedrasının müdiri, eyni zamanda, ədəbiyyat və dil fakültəsinin dekanı vəzifəsində çalışır (1934-1939). 1939-1941-ci illərdə institut rektorunun elmi hissə üzrə müavini olur, tədris-təşkilati işlərlə yanaşı, yaradıcılıq fəailiyyətini də davam etdirir; Q.Koqanın “Qərbi Avropa ədəbiyyatı oçerkləri” kitabını Azərbaycan dilinə çevirir, “V.Hötenin yaradıcılıq yolu” (1932), “M.F.Axundovun dramaturgiyası” (1938) kitabçalarını nəşr etdirir, ali məktəblər üçün “Ədəbiyyat metodikası”, orta məktəblərin yeddinci sinfi üçün “Ədəbiyyat” dərsliklərinin həmmüəllifi olur, “M.F.Axundov və Molyer” mövzusunda dissertasiya müdafiə edərək, filoloji elmlər namizədi elmi dərəcəsi alır.
İkinci dünya maharibəsi illərində Əli Sultanlı ADU-da və ADPİ-də Qərbi Avropa ədəbiyyatı tarixindən, ATİ-də estetika və dramaturgiya nəzəriyyəsindən mühazirələr oxuyur, “Azərbaycan dramaturgiyasının inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edib, respublikada filologiya üzrə ilk elmlər doktorlarından biri olur (1945). Alimin “Mopassanın hərbi novellaları” (1942), “Azərbaycan xalq draması” (1945), “Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri” (1945) kitabları da bu dövrdə nəşr edilir.
Müharibədən sonrakı illərdə Əli Sultanlı həm pedaqoji, həm də yaradıcılıq sahəsində daha fəal və məhsuldar çalışır. O. yenə də tələbələr qarşısında böyük bir şövqlə mühazirələr oxuyur, məqalələr yazır, “Şekspir və onun on ikinci gecəsi” (1946), “Antik dövrdə bədiyyat və ədəbiyyatşünaslıq məsələləri” (1946), “Rəşid bəy Əfəndiyevin dramaturgiyası” (1946), “Dədə Qorqud və yunan eposları” (1946), “Nizami və Qərbi Avropa ədəbiyyatı” (1947), “Ostrovski və Azərbaycan dramaturgiyası” (1948) kitablarını ədəbi-elmi və pedaqoji ictimaiyyətin ixtiyarına verir. 1950-ci illərdə onun tərtib, müqəddimə və qeydlərilə “Antik ədəbiyyat müntəxəbatı” (1958), “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyat tarixi” (1958) dərslikləri çap olunur.
Əli Sultanlı gənclik illərindən başlayaraq ömrünün sonuna qədər müəllimlik və alimlik peşəsinə sadiq qalmış, bənzərsiz istedadı nəticəsində həm nadir müəllim, həm də böyük alim-ədəbiyyatşünas olaraq dərin məhəbbət qazanmışdır. O, 1960-cı il iyul ayının 18-də Bakıda vəfat emiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Əli Sultanlının ilk məqalələrində Şərq ədəbiyyatından bəhs edilir. Onun 1920-ci illərdə – hələ tələbə ikən yazdığı “Əbdülhəq Hamid” (1924), “Cəlaləddin Rumi və təsəvvüf” (1924), “Tofiq Fikrət” (1929) oçerkləri türk poeziyasının məşhur nümayəndələrinin yaradıcılığına həsr olunmuşdur. Bu əsərlərdə sosioloji ədəbiyyatşünaslığın təsiri aydın görünürdü. Gənc Əli Sultanlı, 1920-ci illərdə fəaliyyət göstərmiş marksist ədəbiyyatşünasların çoxu kimi haqqında bəhs etdiyi şairlərin yaradıcılığını həmin şairlərin sinfi mənsubiyyəti ilə əlaqələndirir və hər bir
əsəri müəllifin sinfi baxışları baxımından qiymətləndirməyə çalışırdı. Onun fikrincə, “ədəbiyyat
ictimai bir məhsuldur. ictimai məhsul olan ədəbiyyat da sinifli cəmiyyətlərdə qeyri-sinfi ola bilməz. Binaən-əleyh ədəbiyyat da, başqa üst-qurumlar kimi, müəyyən sinfin ictimai ifadələrindən başqa bir şey deyildir”.
Bədii ədəbiyyata belə baxış bucağından yanaşan və həm Əbdülhəq Hamidin, həm də Tofiq Fikrətin yaradıcılığını sosioloji üsulla təhlil etməyi qarşısına məqsəd qoyan gənc tədqiqatçı onların sinfi mənsubiyyətinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirir.
Ə.Hamidin və T.Fikrətin ailə mühiti, təhsili, uşaqlıq illəri, yeniyetməlik və ilk gənclik dövrü haqqında verilən məlumat onların yaradıcılığının və şəxsiyyətinin formalaşdığı ictimai-mədəni şərait barədə dolğun təsəvvür yaradır.
Əli Sultanlı Azərbaycan ədəbi-elmi mühitində xarici ədəbiyyat mütəxəssisi – qərbşünas kimi məşhurdur. Elmi yaradıcılıq fəaliyyətinin ilk dövründən başlayaraq o, həmişə Qərb ədəbiyyatının ardıcıl tədqiqatçısı və təbliğatçısı olmuşdur. Alimin ilk kitabı məşhur alman şairi, yeni dövr alman ədəbiyyatının banilərindən sayılan Volfqanq Hötenin həyat və fəaliyyətindən bəhs edir. “V.Hötenin yaradıcılıq yolu” (1932) adlı bu kitabçada məşhur alman şairinin tərcmeyi-halı, təhsili, Şərq – müsəlman dünyasına marağı, “Qərb-Şərq divanı” haqqında məlumat verilir, “Faust” əsərinin ideya-bədii məzmunu və dünya şöhrəti qısa şəkildə şərh olunur. Gənc araşdırıcının “Mopassanın hərbi novellaları” (1942), “Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri” (1945), “Şekspir və onun on ikinci gecəsi” (1946), “Antik dövrdə bədiyyat və ədəbiyyatşünaslıq məsələləri” (1946) kitabları da Avropa ədəbiyyatının və nəzəri-estetik irsinin öyrənilməsinə həsr olunmuşdur.
Əli Sultanlı qədim yunan və Roma ədəbiyyatına və estetik-nəzəri fikrinə dair tədqiqatlarını “Antik ədəbiyyatı tarixi” (1958) kitabında ümumiləşdirmişdir. Alimin müxtəlif illərdə çap etdirdiyi məqalə və risalələrin, oxuduğu məruzə və mühazirələrin mətni əsasında, ali məktəblərin dil və ədəbiyyat fakültələrində oxuyan tələbələrin ehtiyaclarını ödəmək məqsədilə hazırlanan bu sanballı, kitab-dərslik uzun müddət antik ədəbiyyatı öyrənmək və öyrətmək istəyən tələbə və müəllimlər üçün etibarlı elmi mənbə olmuş və öz əhəmiyyətini indi də saxlamaqdadır. Bütün səhifələri bilik və məlumatlarla zəngin olan bu kitabda “antik dövr” və “antik ədəbiyyat” anlayışının mahiyyəti, tarixi hüdudları, bu ədəbiyyatın mənbələri, onu yaradan xalqların mədəni-siyasi durumu izah olunur: “Yunan və Roma xalqlarının quldarlıq ictimai quruluşu şəraitində keçirdiyi tarixi dövr antik dövr adlanır. Antik ədəbiyyat dedikdə iki xalqın – yunanlılar ilə romalıların quldarlıq ictimai quruluşu şəraitində yaratmış olduqları orijinal və zəngin ədəbiyyat nəzərdə tutulur”.
Kitabda bu ədəbiyyatın həm şifahi, həm də yazılı nümunələri geniş ədəbi-elmi təhlilə cəlb edilir. Müəllif Homerin “İliada” və “Odisseya” əsərlərini qədim yunan ədəbiyyatının “ən klassik abidələri”, qədim “yunan dastanlarının bizə çatan ən qədim nümunələri” sayır, yunan əsatirlərinin yaranma səbəbləri, bu əsatirlərin şifahi xalq ədəbiyyatına təsiri, ədəbi janrların formalaşmasında rolu incəliklə təhlil olunur. Əli Sultanlı əsatirləri qədim yunan ədəbiyyatının “ən zəngin mövzu mənbələrindən biri” kimi təqdim edir. Troya əsatirlər silsiləsi haqqında məlumat verib, Homerin öz dastanlarını Troya əsatirləri əsasında yazdığını bildirir. Kitabda “İliada” və “Odisseya” dastanlarının məzmunu, hadisələr ardıcıllıqla nağıl olunur. Belə Tənqid və ədəbiyyatşünaslıq 171
nağıletmə dastanlardakı surətlərin əməllərini, onların zahiri fəaliyyətini və mənəvi aləmini, psixoloji yaşantılarını göz önündə canlandırmaq, onların xarakterlərini bütöv – bütün mürəkkəbliyi ilə şərh etməyə imkan verir. Ə.Sultanlının təhlillərində Axilles və Aqamemnon, Menelay və Paris, Odissey və Hektor kimi Zevs və Gera, Hermes və Ares, Hipnos və Poseydon, Apollon və Afrodita da canlı, yaddaqalan bədii surətlər kimi təqdim olunur və sevilirlər. Əli Sultanlı Aristofanı qədim yunan dramaturgiyasının ilk, Menandrı isə son komedioqrafı sayaraq, onların komediyalarını poetika-sənətkarlıq baxımından fərqləndirir. Əslində, klassik komediya ilə yeni komediya arasında mövcud olan bu fərqlər haqqında Əli Sultanlı yazır: “Aristofan komediyası siyasi mübarizələr dövründə yaranıb müəyyənləşdiyi üçün gərgin siyasi vuruşların aynası olmuşdur. Aristofan əsatirdən, xəyali səhnələrdən, məişət hadisələrindən də siyasi satira üçün istifadə edirdi. Siyasi qayə klassik komediyanın canı idi.
Yeni komediya siyasi-ictimai motivlərdən uzaqlaşır. Xəyali-əsatiri səhnələri şərti səhnələr əvəz edir. Həyat, məişət, ailə əhvalatları mərkəzdə dayanır. Menandrın komediyalarında əsas yeri məhəbbət mövzusu tutur. Kitabda Menandrın həyat və yaradıcılığı barədə geniş söhbət açılır. Müəllif Menandrın bioqrafiyasına və əsərlərinə dair əldə olanların hamısı haqqında məlumat verir; “Münsif məhkəməsi”, “Kəsilmiş saç”, “Samiya qadınları” komediyalarını məzmun və struktur baxımından təhlil edir. Bu təhlillərdə dramaturqun orijinallığı, komediya janrına gətirdiyi yeniliklər və antik yunan ədəbiyyatı tarixində yeri aydın görünür.
Kitabın ikinci hissəsində qədim Roma ədəbiyyatından bəhs edilir. Məlumdur ki, qədim Roma ədəbiyyatı antik bədii düşüncənin tərkib hissəsidir. Bu ədəbiyyat “qədim yunan ədəbiyyatı ilə Qərbi Avropa ədəbiyyatı arasında bağlayıcı rol oynamış”, hətta uzun müddət “yunan ədəbiyyatından xəbərdar olmayan Avropa yazıçıları və filoloqları antik ədəbiyyat naminə ancaq qədim Roma ədəbiyyatı ilə tanış olmuşlar ”.
Dövrünün ədəbi-elmi fikrinə, dünya ədəbiyyatşünaslarının araşdırmalarına və nailiyyətlərinə istinad edən Əli Sultanlı qədim Roma ədəbiyyatının yarandığı ictimai-tarixi şərait, bu ədəbiyyatın qədim yunan ədəbiyyatından fərqi, tarixi inkişaf mərhələlərinin özünəməxsus əlamətlərindən danışır və Roma ədəbiyyatını tarixi baxımdan iki böyük hissəyə ayırır: 1. Respublika dövründə Roma ədəbiyyatı; 2. İmperiya dövründə Roma ədəbiyyatı.
Tədqiqatçı hər iki dövrə aid ədəbiyyatın strukturu, bu dövrlərdə fəaliyyət göstərmiş söz sənətkarlarının yaradıcılığı haqqında əhatəli məlumat, dərin elmi təhlillər verir. Bu təhlillər, ümumiyyətlə, qədim Roma ədəbiyyatı, onun Tit Mak Plavt, Kvint Enni, Publi Terensi, Siseron, Lukressi Kar, Valeri Katull (respublika dövrü), Vergili Maron, Kvint Flaki, Ovidi Nazon, Seneka, Lukan, Yuvenal, Apuley (imperiya dövrü) və b. onlarca nümayəndəsinin yaradıcılığına dair tam yeni fikirlər olub, Azərbaycan ədəbiyyatşünaslığının bənzərsiz qolunu, milli antikşünaslığın möhkəm bünövrəsini və dayaq sütununu təşkil edir.
Əli Sultanlının “Antik ədəbiyyatı tarixi” klassik dərslik nümunəsidir. Onun məzmunu kimi quruluşu da elmidir. İcmallar və portret oçerklər bir-birini tamamlayır. Təhlillər yüksək səviyyədədir. Əsərin dili olduqca sadə, aydın, elmi və anlaşıqlıdır. Kitab indi də öz elmi əhəmiyyətini saxlayır.
Alimin tərtib etdiyi “Antik ədəbiyyat müntəxabatı” (1950), “Roma ədəbiyyatı müntəxabatı”, bilavasitə onun həmmüəllifliyi və rəhbərliyi ilə hazırlanmış “Xarici ədəbiyyat. Orta əsrlər və Renessans ədəbiyyatı” (1955) kitabları da onun titanik elmi-pedaqoji fəaliyyətinin, namuslu alim-müəllim fədakarlığının nəhəng məhsullarıdır. Artıq nadir nüsxələrə çevrilmiş bu kitablarda yalnız bədii əsərlərin mətni deyil, onların yığcam təhlili də vardır. Belə tərtib üsulu, bir tərfdən, kitabda yer alan bədii mətnlərlə tanış olmaq, onları oxumaq imkanı verirsə, digər tərfdən, həmin mətnlərin ideya-estetik xüsusiyyətlərini bilməyə şərait yaradır.
Əli Sultanlının “Şekspir və onun on ikinci gecəsi” (1946), “Otello” (1949), “Sevilya ulduzu” (1953), “Servantesin “Don Kixot romanı” (1955), “Fridrix Şiller” (1955), “Henri İbsen” (1956)
məqalələri Qərbi Avropa yazıçılarının yaradıcılığından, onların bəzi əsərlərinin tamaşasından bəhs edir. Yüksək peşəkarlıqla yazılmış bu məqalələrdə konkret bir əsərin səhnə təcəssümü, yaxud bir yazıçının ideyalar aləmi, onun bədii novatorluğu izah olunur. Bu əsərlər Qərb ədəbiyyatına şərqli mütəxəssisin elmi baxışlarının ifadəsi kimi çox qiymətlidir. Onların hamısı metodoloji baxımdan marksist ədəbiyyatşünaslığın prinsipləri əsasında yazılsa da, şərhlər elmi, obyektiv həqiqətin aşkarlanmasına xidmət edir. Tədqiqatçının təhlil predmetinə heç bir siyasi-ideoloji təsirə qapılmadan sərbəst yanaşması, yazıçını, yaxud konkret əsəri qiymətləndirərkən estetik meyarlara söykənməsi, bədiiyyatı əsas götürməsi, nəhayət, fərdi təhlil ədası və mədəniyyəti də aydın görünür.
Əli Sultanlı Azərbaycanda müqayisəli ədəbiyyatşünaslığın ilk nümunələrini yaradan görkəmli alimdir. Onun “Nizami Gəncəvi və Avropa ədəbiyyatı” (1953), “Dünya ədəbiyyatındaNizaminin mövqeyi” (1953), “İsgəndərnamə və Qərbi Avropa ədəbiyyatı” (1953), “Leyli və Məcnun” və “Qərbi Avropa ədəbiyyatı” (1953), “Yeddi gözəl” və Qərbi Avropa ədəbiyyatı” (1948-53) məqalə-tədqiqatları müqayisəli ədəbiyyatşünaslığın layiqli nümunələridir. Alimin bu sahədə ən sanballı əsəri “Axundov və Molyer” (1938) monoqrafiyasıdır.
“Axundov və Molyer” keçmiş SSRİ məkanında yazılmış ən yaxşı müqayisəli ədəbiyyatşünaslıq əsərləri sırasında durur. Bu əsərdə Molyerin və Mirzə Fətəlinin yaşadığı tarixi dövrlər, onların fəaliyyət göstərdikləri ədəbi-mədəni və ictimai-siyasi şəraitlər, yaradıcılıqlarına təsir göstərən müxtəlif amillər müqayisə olunur, hər iki sənətkarın ədəbi-nəzəri görüşləri, teatr və dramaturgiya barədə fikirləri şərh edilir. Tədqiqatçı həm Molyerin, həm də Mirzə Fətəlinin gülüş yaratmaq üçün istifadə etdiyi vasitə və üsulların izahına daha həssas yanaşaraq, bu vasitələrin tipoloji oxşarlığını və ayrıntıları aydınlaşdırır. Qarpaqon və Hacı Qara, Hacı Nuru və Alssest, Molla İbrahim Xəlil və Tartüf surətlərinin müqayisəsi də əsərin elmi məziyyətini göstərən əlamətlərdir. Zəngin ədəbi faktlar və elmi-metodoloji prinsiplər əsasında yazılmış “Axundov və Molyer” əsəri Azərbaycan ədəbiyyatşünaslığının 1930-cu illərdəki nailiyyətlərindən sayıla bilər.
Alimin “Dədə Qorqud və yunan eposları” (1946), “Ostrovski və Azərbaycan dramaturgiyası” (1948) kitabçaları da tarixi-müqayisəli araşdırmanın və qiymətləndirmənin seçilən örnəkləridir. Bu əsərlərdəki təhlillər Azərbaycan eposunun və milli dramaturgiyanın özünəməxsusluğunu üzə çıxarmaq məqsədinə xidmət edir. Müəllif “Dədə Qorqud”dakı müəyyən epizodları, hadisələri və surətləri “Odssey”də təsvir olunan hadisə və surətlərlə müqayisə etməklə bir tərəfdən tipoloji oxşarlıqları, digər tərfdən əsaslı fərqləri üzə çıxarır və bu yolla Dədə Qorqud boylarının qədim tütk bədii təfəkkürününü məhsulu olaraq meydana gəldiyini əsaslandırır.
Elmi maraq dairəsi, tədqiqat sahəsi nə qədər geniş, əhatəli olsa da, Əli Sultanlının yaradıcılığında əsas yeri Azərbaycan ədəbiyyatının, milli dramaturgiyanın tədqiq və təhlili tutur. Onun M.F.Axundzadə, N.Vəzirov, R.Əfəndiyev, M.S.Ordubadi, H.Cavid, Ü.Hacıbıyov,C.Cabbarlı, İ.Əfəndiyev kimi klassik və müasir dramaturqların yaradıcılıqları, konkret əsərləribarədə məqalələri vardır. Ən böyük və sanballı əsəri isə, “Azərbaycan dramaturgiyasının inkişaf tarixi” (1946) adlı doktorluq dissertasiyasıdır. Bu əsərdə o, ilk dəfə olaraq Azərbaycan dramaturgiyasının elmi tarixini yaratmışdır. Burada xalq oyunları (“Keçəl”, “Əkəndə yox, biçəndə yox, böləndə ortaq qardaş”, “Xəsis”, “Xıdır Nəbi”, “Kosa gəlin” və s.) və dini təriqət mərasimləri, onların məzmunu, quruluşu, tarixi, keçirilmə qaydaları, dramaturji xüsusiyyətləri, teatr ünsürləri şərh olunur. Müəllifə görə, xalq oyun və tamaşaları “Xalqın mənəvi həyatından doğan zəngin mədəni irsin diqqətəlayiq abidələrindəndir. Xalq oyunları mərasimlərdən doğaraq getdikcə dünyəviləşmiş. və yazılı dramaturgiyanın təməlini təşkil etmişdir”.
Əsərdə M.F.Axundov milli dramaturgiyanın banisi və nəzəriyyəçisi elan olunur, onun komediya yazmasının səbəbləri göstərilir, Nəcəf bəy Vəzirov “həm mülkədarlıq, həm də burjuaziya aləminin böyük tənqidçisi”, Nəriman Nərimanov “nadanlıq və xurafat zülmətini yox etmək uğrunda canından, başından keçən fədakar ədib”, maarifçilik hərəkatının son nümayəndəsi kimi təhlil edilir. Cəlil Məmmədquluzadəni “Azərbaycan dramaturgiyası tarixində M.F.Axundovdan sonra yaradıcılıq vüsəti, ədəbi təsir dairəsinin genişliyi, gülüşünün sürəkliyi və kəskinliyi etibarilə ikinci böyük məzhəkəyazan” hesab edən Əli Sultanlı Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası haqqında yazır: “Ə.Haqverdiyevin dramaturgiyası N.Vəzirov teatrı təməlində möhkəmlənib inkişaf etmişdir. Cəlil Məmmədquluzadə nə qədər M.F.Axundovla bağlı isə Haqverdiyev də bir o qədər Vəzirovla bağlıdır. Vəzirov mülkədarlığın məzhəkəsindən başlayaraq onun faciəsini təsvirə qədər gəlib çıxmış, Haqverdiyev mülkədarlığın faciəsindən başlamış və onu axıra çatdırmışdır”.
“Azərbaycan dramaturgiyasının inkişafı tarixi” əsəri ayrı-ayrı icmallar və oçerklər şəklində azılsa da bu icmal və oçerklər möhkəm surətdə əlaqələndirilərək milli dramaturgiyanın bədii-etsetik mənbələrini, təşəkkül tarixini və inkişaf yolunu izləyən, əvvəli ortası və sonu olanbütöv monoqrafiya halına gətirilmişdir. Müəllif “bir əsrdən artıq müddətdə müxtəlif mənbələrdə səpələnmiş, yaxud da, heç nəşr olunmamış ayrı-ayrı pyesləri, xüsusən dramatik folklor nümunələrini səylə toplamış, öyrənmiş, bir küll halında ilk sistemli ədəbiyyat tarixinin faktlarına və materiallarına çevirmiş, böyük alimlik və vətəndaşlıq işi görmüşdür”. Həmin “alimlik və vətəndaşlıq işi” Əli Sultanlının elmi təhlil mədəniyyətində, fakt və hadisələri dəyərləndirmə üsulunda aydın müşahidə edilir. O, təhlilə cəlb etdiyi bədii nümunələri və obrazları bütünlükdə ədəbi fikrin inkişafı ilə vəhdətdə qiymətləndirir: “zəngin elmi fantaziya və müşahidə qabiliyyəti, obyektivlik və prinsipiallıq, böyük ümumiləşdirmə, estetik və fəlsəfi təhlil, hər cür süni “yaxşılaşdırma” meyillərindən uzaqlıq, yığcamlıq bu əsərdə özünü göstərən təhlil üsulunun əsas xüsusiyyətləridir”.
Əli Sultanlı görkəmli ədəbiyyat tarixçisidir. O, üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin (1960) əsas müəlliflərindən və elmi redaktorlarından biridir. “Tarix”in XIX-XX əsrlər dövrünü əhatə edən bu cildin “M.F.Axundovun dramaturgiyası” və “Nəcəf bəy Vəzirov” hissələrini o yazmışdır.
XX əsrin 50-ci illərində ədəbi-nəzəri fikirdə geniş yayılan konfliktsizlik nəzəriyyəsinə qarşı yazılmış bu məqalədə bədii konflikt dram əsərinin hərəkətverici yayı, şah damarı kimi dəyərləndirilir və dramatik əsərin estetik gözəlliyini nümayiş etdirən əsas əlamət hesab olunur. Müəllif dünyanın Esxil, Sofokl, Şekspir, Ostrovski, Qoqol, Mirzə Fətəli, C.Məmmədquluzadə, C.Cabbarlı kimi məşhur sənətkarlarının əsərlərinin sevilməsini onların kəskin dramatik konflikt yarada bilməsi, əksinə, Azərbaycan dramaturgiyasının bəzi nümunələrinin (Səttar Axundovun “Zərif tellər”, Cabbar Məcnunbəyovun “Böyük məhəbbət”, M.H.Təhmasibin “Çiçəklənən arzular” dramları) bədii cəhətdən zəif çıxmasını müəlliflərin konfliktsizlik nəzəriyyəsinin təsiri altına düşməsi ilə əlaqələndirir və müasiri olduğu dramaturqları ictimai həyatın, mövcud cəmiyyətin ziddiyyətlərini əks etdirən kəskin dramatik konflikt yaratmağa çağırır.
Nəhayət, Əli Sultanlının şəxsiyyətini və sənətini tamamlayan mühüm bir keyfiyyət də onun müəllimliyidir. O, nadir müəllimlik qabiliyyəti, pedaqoji ustalığı ilə ad çıxarıbmış. Həmişə deyərmiş ki, yüksək bilikli ədəbiyyat müəllimi auditoriyada yarımaktyor olmalı, təhlil etdiyi əsərin məğzini tələbələrə düzgün və emosional çatdırmaq üçün jestlərdən, mimikadan, nitq vasitələrindən, səs tembrindən məharətlə istifadə etməli, yeri gələndə obrazın roluna girməlidir. Vaxtilə Əli Sultanlının tələbəsi olmuş xalq yazıçısı İsmayıl Şıxlı müəlliminin pedaqoji ustalığından danışarkən deyirdi: Dərs ilinin yenicə başladığı isti sentyabr günlərinin birində tələbələr təəccüblü bir hadisənin şahidi olurlar: Həmin isti yay günündə Əli Sultanlı auditoriyaya əsl qış geyimində – başında qara şlyapa, boğazında isti şarf, əynində qalın palto, əlində yun əlcək, titrəyə-titrəyə daxil olur. Tələbələrlə salamlaşıb əşyalarını stolun üstünə qoyan kimi əlcəklərini çıxarıb əllərini soyuqdan donubmuş kimi ovuşdurur, sonra nəfəsi ilə hovurur. Bunları o qədər təbii edir ki, ona baxan tələbələr də üşüyürlər. Professor paltosunu soyunmadan, şlyapasını çıxarmadan “üşüyə-üşüyə” mühazirəyə başlayır. Sən demə, onun danışdığı əsərdə hadisələr soyuq bir qış səhərində cərəyan edirmiş və professora belə geyim həmin qış səhərini tələbələrin təsəvvürünə “yazmaq”, dərsin estetik təsirini, emosionallığını qüvvətləndirmək üçün lazım imiş.
Əli Sultanlının müəllimlik bacarığı və istedadı haqqında onun tələbələrindən olmuş Yaşar Qarayev yazır: “Biz Ərəstu və Esxillə, Prometey və Axilleslə ilk dəfə onun dili və sözü ilə tanış
olmuşuq. Hamletdən, Lüssiferdən, Faustdan danışmaq ona yaraşırdı. O, Zevsdən bir Zevs kimi danışardı. O, Axillesdən danışanda Axillesə bənzərdi. Onun ruhunda və varlığında əsl Şekspir dünyası və ehtirasları yaşardı. O, bizi də özü ilə bütün allahların və qəhrəmanların yığışdığı sehirli bir Olimpə aparırdı. Eşitməkdən, dinləməkdən çox, hiss edərdik, görərdik, duyardıq, yaşayardıq”.
Filologiya elmləri doktoru, professor Əli Sultanlı “müəllimliklə yaşayar, nəfəs alardı, auditoriya onun mənəvi vətəni idi. O, auditoriyasız yaşaya bilməzdi: auditoriyadan kənarda, tələbə nəfəsi olmayan yerdə özünü həmişə mənəvi ünsiyyətdən məhrum bir havasızlıqda hiss edərdi”.
Beləliklə, ədəbiyyat tarixçisi və nəzəriyyəçisi, antikşünas və qərbşünas, tənqidçi və komparativist-alim Əli Sultanlı XX əsr Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yeri və mövqeyi olan istedadlı müəllimdir. Onun alimliyi, elmi ədəbiyyatşünaslıq fəaliyyəti müəllimliyindən, müəllimliyi alimliyindən ayrılmazdır; Əli Sultanlı elmi yaradıcılığında müəllim, müəllimliyində yaradıcı şəxsiyyətdir.
Comments are closed, but trackbacks and pingbacks are open.