Ddadilər dövləti
Hakimiyyətdə olan hökmdarlar:
971-978 Əbülhəsən Ləşkəri
978-985 Mərzban ibn Məhəmməd
985-1030 Fəzl ibn Məhəmməd
1031-1034 Əbülfəth Musa ibn Fəzl
1034-1049 Əbülhəsən Əli Ləşkəri
1049-1067 Əbüləsvər Şavur
1067-1088 II Fəzl
Şəddad cəfərov
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət İSBAM ziyalıları topladı: “Erməni Yalanları” adlı ictimai müzakirə – FOTO
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Aprel 18, 2019 – 23:24
!Reklam – Yazi
Bu gün İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib.
İSBAM mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan İSBAM sədri Samir Adıgözəlli müzakirəyə çıxarılan məsələ ilə bağlı qısa məlumat verərək rəhbərlik etdiyi mərkəzin əsas fəaliyyət istiqamətlərindən birinin də erməni uydurma və yalanlarına qarşı fəaliyyət olduğunu bildirdi. Daha sonra məruzə ilə çıxış edən yazıçı, terrorçuluqla mübarizə üzrə ekspert Azər Hacıbəyli erməni yalanlarının tarixi barədə danışıb. O məruzəsini erməni yalan və cinayətlərinin başlanğıc mənbəsinin eyni olduğunu bildirərək tarix boyu ermənilərtörətdikləri cinayətləri ört-bastır etmək üçün ortaya bir sıra yalanlar atdıqlarını qeyd edib. Daha sonra Akademik Vəli Əliyev, Professorlar Şəddad Cəfərov, Əsədulla Qurbanov, ehtiyatda olan polkovnik, CavidşunasHəmid Cəfərov çıxışlarında erməni yalanlarına tarixi aspektlərdən yanaşaraq Türkiyə tərəfindən ermənilərə qarşı heç bir soyqırım aktının həyata keçirilmədiyini və əgər belə bir fakt olsaydı onu ermənilər dünyaya əsas kimi göstərəriblər. Tədbirdə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev xarici ölkələrdə erməni uydurmalarına qarşıQHT-lər tərəfindən həyata keçirilən tədbirlərə dövlət dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. O bir neçə gün öncə Türkiyənin qərb ərazisini Fransada “Qərbi Ermənistan Dövləti” elan edilməsinə diqqət çəkib. Daha sonra O, qeyd edib ki, illər öncə biz İğdırda İrəvan Mühacir Hökumətinin elan olunmasını təklif etmişdik. Lakin təəssüflər olsun o zaman bu təklifə bir çoxları müsbət yanaşmadı və nəticədə bu gün ermənilər Fransada “Batı Ermənistan Dövləti” elan ediblər. Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək erməni yalanlarına qarşı beynəlxalq arenada həyata keçirilməsi vacib olan təbliğatı addımlar haqqında fikirlərini iştirakçılarla bölüşüb. Müzakirələrdə daha sonra Türkiyə-Azərbaycan Konseyinin sədri Hacı Quliyev, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Ümümdünya Türk Xalqları Konqresinin Prezidenti Yəhya Canıyev, Əsgər Ailələrinə Dəstək İçtimai Birliyinin Sədri Mətanət Əsgərqızı, İSBAM sədr müavinləri Natiq Bədəlov və Səbuhi Əliyev, Dünya Çempionu Araz Musayev, tanınmış jurnalist, ekspert Məhəmmədəli Qəribli, İçtimai fəallar, Rada Abbas, Mehriban Abdullayeva, tanınmış gənc din xadimi Seyid İsa Ələkbər və İSBAM sədrinin müşaviri Samir Şahverdiyev və başqaları içtimai müzakirələrdə çıxışlar edərək əsl həqiqətdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırım faktlarından danışıblar. Qeyd olundu ki, erməni yalanlarına qarşı həqiqi erməni cinayətlərini daha çox tədqiq etmək və bununla bağlı beynəlxalq aləmdə daha geniş tədbirlər həyata keçirilməlidir. İçtimai müzakirələrdə iştirak edənlər eyni zamanda ölkəmizin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edərək torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən fəaliyyəti dəstəklədiklərini və qısa zamanda işğal olunmuş ərazilərimizin azad olunması üçün dövlətimizin həyata keçirəcəyi bütün qəti tədbirləri dəstəklədiklərini bəyan ediblər. Tədbirdə İSBAM sədrinin müşaviri, Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbətqızı çıxış edərək erməni yalanları ilə mübarizədə cəmiyyətin, xüsusilə də gənclərin milli vətənpərvərlik ruhunda formalaşmasına və bu istiqamətdə İSBAM tərəfindən həyata keçiriləcək lahiyələr haqqında iştirakçılara məlumat verib. Tədbirdə QHT, KİV nümayəndələri, Veteranlar, AMEA-nın və BDU-nun tanınmış alimləri iştirak edirib.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Şəddadilər dövləti
Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq Salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə Salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən, İbrahimin özünün başçılıq etdiyi qoşun Dvini ələ keçirə bilir və Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; 955/56-cı ildə Vaspurakanda vəfat edir. Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə sığınan iki oğlundan böyüyü – Əbülhəsən Əli Ləşkəri 965-ci ilədək Vayzurda qalır. Kiçik oğlu Fəzl isə nəhayət, Salarilərə xidmət etməyə başlayır və Salari hakimi Əli ət-Tazi tərəfindən idarə olunan Gəncəyə gələrək 969/70-ci ilədək burada yaşayır. Gəncədə olarkən Fəzl şəhər rəisinin məsləhəti ilə böyük qardaşı Ləşkəriyə xəbər göndərərək onu Gəncəyə dəvət edir və Gəncə hakimi olmağa razılıq verməsinə nail ola bilir. Fəzllə razılığa gəlmiş Gəncə şəhərinin rəisi Yusif əl-Quzzaz şəhərin Salari hakimini həbs etdirərək şəhər qapılarını Ləşkərinin üzünə açdırır. Beləliklə, Ləşkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin idarəsini ələ alaraq sülaləsinin hakimiyyətinin əsasını qoyur. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torpaqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.
Dövlətinin ərazisi əsasən Kür-Araz çayları arasındakı torpaqları əhatə edirdi. Şəddadilər şimal tərəfdən Şəki və Kaxetiya çarlığı, cənubdan Rəvvadilər dövləti ilə həmsərhəd idi. Dövlətin cənub-qərbində yerləşən Dəbil şəhəri də Şəddadilərə tabe idi. 1088-ci ildə səlcuqlar bu dövlətin valığına son qoydular.
Paytaxtı Gəncə şəhəri olmuşdur
Hakimiyyətdə olan hökmdarlar:
971-978 Əbülhəsən Ləşkəri
978-985 Mərzban ibn Məhəmməd
985-1030 Fəzl ibn Məhəmməd
1031-1034 Əbülfəth Musa ibn Fəzl
1034-1049 Əbülhəsən Əli Ləşkəri
1049-1067 Əbüləsvər Şavur
1067-1088 II Fəzl
Şəddad cəfərov
Mətbuat Şurasında qocaman jurnalist Çingiz Ələkbərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən düzənlənəən tədbiri açan MŞ sədri Əflatun Amaşov yubilyarı təbrik edərək onun həyat və yaradıcılığının müasir Azərbaycan jurnalistikası üçün örnək olduğunu vurğulayıb. Şura sədri bildirib ki, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş Ç.Ələkbərov ensiklopedik biliyə malik zəka sahiblərindəndir. Yubilyarın indinin özündə də aktiv fəaliyyətdə olduğunu deyən Ə.Amaşov onun Mərkəzi Seçki Komissiyasının Katibliyinin müdiri kimi məsul vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Şura sədri Ç.Ələkbərova Mətbuat Şurasının təbrik plaketini və gül dəstəsini təqdim edib. «Çingiz müəllimin milli mətbuatımızın inkişafındakı, eləcə də dövlət qurumları ilə media arasında əlaqələrin tənzimlənməsi sahəsində xidməətləri çox böyükdür», – deyə o vurğulayıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov yubilyarın «Bakı»-«Bakı» qəzetindəki fəaliyyətindən söhbət açıb. «Çingiz müəllimin jurnalistika ilə bağlılığının maraqlı tarixçəsi var. O, Bakı Şəhər Partiya Komitəsində katib işləyərkən öz ərizəsi ilə işdən çıxdı və «Bakı»-«Baku» qəzetinə üz tutdu. Bu, jurnalistikaya hədsiz məhəbbətin, peşəyə olan vurğunluğun əyani nümunəsi idi», – deyən Y.Kərimov yubilyarın Böyük Vətən Müharibəsindəki rəşadətli cəhbə həyatına dair maraqlı faktlar da açıqlayıb.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin əməkdaşı Qüdrət Piriyev, qocaman jurnalistlərdən Arif Hüseynov, Şəddad Cəfərov, Ələsgər Cabbarov və başqaları Ç.Ələkbərovun həyat və yaradıcılığından, onunla bağlı xatirələrdən söhbət açaraq yubilyara uzun ömür və cansağlığı arzulayıblar. Sonda çıxış edən Ç.Ələkbərov əməyinə verilən qiymətə, 85 yaşının qədirbilənliklə yada salınmasına görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ömrünün ötən illərini yada salan yubilyar taleyini jurnalistika ilə bağlamasından qürur hissi keçirdiyini deyib. Ç.Ələkbərov Mərkəzi Seçki Komissiyası ilə KİV arasındakı əlaqələrin səciyyəvi xüsusiyyətlərindən də bəhs edib. O bildirib ki, jurnalistlər üçün seçki prosesini əhəmiyyətini daha önəmli edən cəhət onların prosesdə eyni vaxtda üç missiya daşımalarıdır. «Jurnalistlər, həm seçici, həm yazar, həm də müşahidəçidirlər. Elə incə və həssas fəaliyyət göstərməlidirlər ki, bu üç missiyadan heç birinə xələl gəlməsin», – deyən yubilyar KİV təmsilçilərinin seçki ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, Çingiz Hacıbaba olğu Ələkbərov 1925-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1943-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra müxtəlif yüksək vəzifələr tutan jurnalist 1958-ci ildə «Bakı» qəzetində fəaliyyətə başlayıb. 1966-1992-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Dövlət quruculuğu şöbəsinin müdir müavini işləyib, sonra Milli Məclis Aparatının nəşr və tərcümə şöbəsinə rəhbərlik edib. 1992-ci ildən Mərkəzi Seçki Komissiyasının aparatında çalışır. 1995-ci ildən MSK Katibliyinin müdiridir.
Modern.az
Comments are closed, but trackbacks and pingbacks are open.