Devalvasiyanın məhsula təsiri
Tarixi təcrübədən bəllidir ki, bazar iqtisadiyyatının hökmran olduğu bir şəraitdə beynəlxalq valyuta münasibətlərinin tənzimlənməsini bazar mexanizmi vasitəsilə dövlət həyata keçirir. Valyuta bazarında tələb– təklif və müvafiq olaraq valyutaların məzənnə nisbəti formalaşır. Bazar tənzimlənməsi dəyər qanununun, tələb– təklif qanununun tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu qanunların işləkliyi valyuta mübadiləsində onların nisbi ekvivalentliyini, mal, kapital, xidmət, kredit hərəkəti vasitəsilə beynəlxalq valyuta axınları ilə dünya təsərrüfatı sistemində valyutaya olan ehtiyac arasındakı uyğunluğunu təmin edir.
Devalvasiyanın məhsula təsiri
Dövlət orqanları nəzarəti gücləndirməklə, cəzalar tətbiq etməklə bahalaşmanın qarşısını ala bilər və almalıdır
Azərbaycan Mərkəzi Bankının (AMB) qəbul etdiyi qərar radikal devalvasiyadır. Bu qərar nəticəsində manat dollar qarşısında birdən-birə 50 qəpik ucuzlaşıb və proses davam etməkdədir. AMB bu qərarı tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması ilə izah edib. Sadə dildə desək, söhbət ondan gedir ki, dünyada neftin ucuzlaşması səbəbindən Azərbaycanda makroiqtisadi tarazlıq pozulub, ölkəyə lazımı səviyyədə valyuta kütləsi gəlmir, nəticədə valyuta bazarında dollara tələbat təklifdən kəskin yüksək olub.
Dolların bahalaşmaması üçün AMB bir müddət bazara valyuta intervensiyaları edib, bu isə ölkənin valyuta ehtiyatlarını azaldıb. Bu ilin fevralında AMB devalvasiya keçirərək manatın məzənnəsini 1 dollara görə 0,78 manatdan 1,05 manatadək qaldırıb. O zaman bu addımın problemləri aradan qaldırmaq üçün yetərli olacağına ümid bəslənilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Dolların bahalaşma tendensiyası aradan qalxmadı və bu, bazara növbəti valyuta intervensiyalarını labüd etdi. Ehtiyatların azalması isə sonda Mərkəzi Bankın manatın məzənnəsini sərbəst buraxması ilə nəticələndi.
Ölkənin üzən məzənnəyə keçidi təbii olaraq qiymətlərin artmasına gətirib çıxaracaq, əhalinin alıcılıq qabiliyyəti isə faktiki olaraq devalvasiya proporsiyasında azalacaq. Hesablamalara görə, ancaq ölkəyə idxal olunan malların bahalaşa biləcəyi ehtimal olunur. Hətta demək olar ki, əhalinin xərclərinin əsas hissəsini təşkil edən ərzaq məhsullarının əksəriyyəti bahalaşmamalıdır. Əsaslandırma isə belədir – məsələn, bu ilin 9 ayı ərzində əhali tərəfindən 9 mlrd. manat həcmində ərzaq, tütün və içki məmulatları alınıb və bu xərclərin əksər hissəsi ərzaq alınmasına sərf olunub. Eyni zamanda ölkənin tədiyyə balansına əsasən, həmin müddət ərzində Azərbaycana cəmi 840 mln. dollar həcmində ərzaq məhsulu idxal olunub. Bu rəqəmlərdən aydın görünür ki, ölkədə satıb-alınan ərzaq məhsullarının 80-90%-i yerli istehsaldır və dolların bahalaşması səbəbindən bu məhsulların qiyməti BAHALAŞMAMALIDIR.
Lakin bir məqam var ki, ölkədə adətən yerli mallar idxal mallarla bərabər bahalaşır, amma bu bahalaşma obyektiv səbəblərdən deyil, psixoloji və spekulyativ amillərin təsiri altında baş verir. Dövlət orqanları bu sahədə nəzarəti gücləndirməklə, cəzalar tətbiq etməklə bahalaşmanın qarşısını ala bilər və almalıdır.
Digər çox vacib amil valyuta kreditlərin ödənilməsidir. Valyuta kreditləri manat ifadəsində bir gün ərzində təxminən 1,5 dəfə bahalaşıb. Yəni devalvasiyadan sonra, məsələn, 1 000 dollarlıq kreditin əsas məbləği 1 050 manat təşkil edirdisə, hazırda bu rəqəm 1 550 manata bərabərdir. Aşkar görünür ki, belə kreditlərin ödənilməsində bankları son dərəcə kəskin problemlər gözləyir, sadə dildə desək, ödəmələrin həcmi kəskin azalacaq. Nə qədər təəssüf doğursa da, bu, qaçılmaz prosesdir. Azərbaycanda təxminən 7,3 mlrd. manat həcmində valyutada olan kreditlər var. Bu ümumi bank sistemi üzrə kredit portfelinin 39-40% deməkdir. Əgər bu həcm üzrə, heç olmasa onun nəzərə çarpan dərəcədə olan hissəsi üzrə ödəməmələr baş versə, bank sistemində böhran yaşana bilər.
Problemdən çıxış yolu kimi mümkün variantlardan biri üzən məzənnəyə keçid qərarınadək götürülmüş valyuta kreditlərinin dekabrın 21-dək olan məzənnə üzrə geri qaytarılma imkanının yaradılmasıdır. Azərbaycan Mərkəzi Bankı müvafiq qərar qəbul etməklə, bu məsələni inzibati qaydada həll edə bilər. Çünki başqa variant yoxdur. Tam əmin olmaq olar ki, bir-iki aydan sonra, banklarda vaxtı keçmiş valyuta kreditlərin həcmi kəskin artanda, banklar özləri razı olacaqlar ki, vətəndaşlar bu kreditləri heç olmasa “devalvasiyadan əvvəlki kurs üzrə qaytarsınlar.
Digər bir variant həcmi 5 min dollaradək olan kreditlərə “dolayı amnistiya” tətbiq olunmasıdır. Yəni, kredit borclarının dekabrın 21-dən əvvəlki kurs üzrə ödəniş bütün borclara deyil, yalnız 5 minədək olan kredit borclarına şamil edilir. Onsuz da kredit portfelində 5 minədək kreditlərin həcmi kifayət qədərdir, üstəlik vətəndaşların böyük hissəsi məhz bu məbləğdə kredit götürüb.
Nəhayət, üçüncü istiqamət əmək haqqı və pensiyalarla bağlıdır. Həm əmək haqları, həm pensiyaların indeksləşdirilməsi vacibdir. Hər ilin əvvəlində pensiyalar əvvəlki ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir, bir azdan onsuz da dövlət prosedur qaydasında indeksləşdirmə həyata keçirəcək. Nəzərə almaq lazımdır ki, devalvasiya nəticəsində neftdən gələn gəlirlər manat ifadəsində 1,5 dəfə artıb. Bu gəlirlər sosial sarsıntıları pensiya və əmək haqlarının indeksləşdirilməsi hesabına kompensasiya etməyə imkan yaradır. Sadə desək, əgər neft satışından əldə olunan hər dollar ölkə daxilində 1,05 manata çevrilirdisə, indi bu rəqəm 1,55 manat təşkil edəcək. Buna görə də dövlət sosial problemlərin həlli üçün vəsait əldə edəcək.
Beləliklə, devalvasiyanın əhali üçün ağrılı keçməməsi üçün 3 mümkün addım görünür:
Birincisi, ticarət sektorunda, ilk növbədə ərzaq satışı sahəsində nəzarət və cəza mexanizmləri gücləndirilməlidir. Eyni zamanda satışlarda möhtəkirlik meyllərinin qarşısı alınmalıdır. Məsələn, bəzi avtomobil şirkətləri artıq dünənə qədər salonlarda manatla yazdıqları maşın qiymətlərini bu gün dollarla əvəz ediblər.
İkincisi, banklar valyuta kreditləri üzrə ödəmələrin dekabrın 20-nə olan məzənnə üzrə aparılması istiqamətində təkliflər paketi hazırlamalıdır.
Üçüncüsü, əmək haqqı və pensiyalar indeksləşməsi məsələsi ilə bağlı təkliflər hazırlanmalıdır.
Bütün bu təkliflər isə devalvasiyanın ümumilikdə ağrısız keçirilməsi və ya daha az itki ilə ötüşdürülməsi üçün immunitet yarada bilər.
Vahab Rzayev
Devalvasiyanın məhsula təsiri
Azərbaycanda devalvasiya: səbəb və nəticələr
Azərbaycan Respublikasının müstəqillik illərində, beynəlxalq aləmə hərtərəfli inteqrasiya xəttinə uyğun olaraq, dünyada gedən inkişaf prosesinin ümumi axarına qoşulması nəticəsində ölkəmizdə köklü iqtisadi dəyişikliklər baş vermişdir. İqtisadiyyatın idarə edilməsinin köhnə, özün ü doğrultmamış inzibati sistemi ləğv olunmuş, təsərrüfatçılığın bazar mexanizmi sürətlə inkişaf etmişdir.
Bazar iqtisadiyyatının dünyada çoxsaylı modellərinin mövcudluğuna baxmayaraq, ölkəmizdə yaradılmış Azərbaycan modeli sosial yönümlüdür. Burada dövlət tənzimləmələri öz mövcudluğunu qorusa da, məzmunu və formasını dəyişir. İstər bazar münasibətlərinin strukturunda, istərsə də onun tənzimlənməsində maliyyə amilləri böyük rol oynayır. Onlar bazar münasibətlərinin ayrılmaz tərkib hissəsi və eyni zamanda, dövlət siyasətinin həyata keçirilməsinin mühüm alətidir.
Müasir görüşlərə görə, monetar amillərin rolunun artması və miqyasının genişlənməsi, maliyyə hadisələrinin iqtisadi hadisələrə və əksinə təsir göstərməsi dövrümüzün başlıca xüsusiyyətlərindən biridir. Başqa sözlə, iqtisadi, sosial və maliyyə sferalarında � fizikada olduğuna bənzər hadisələr özünü göstərir. Əvvəllər, dövlət xərcləri və gəlirləri az miqdarda olduğundan monetar hadisələrin təsiri iqtisadi və sosial sahələrdə o qədər də hiss edilmirdi . İndi isə vəziyyət dəyişmişdir. Maliyyə hadisələrinin böyük miqyası dərin iqtisadi və sosial nəticələrə səbəb olur. Ona görə də dövlətin maliyyə hadisələrini düzgün yönəltməsi, iqtisadi və sosial problemlərin həlli üçün onlardan səmərəli istifadə etməsi günün ən aktual məsələlərindəndir.
Dövrümüzdə maliyyə sektorunun məzmunu və məqsədləri ciddi sürətdə dəyişmiş, o artıq dövlət idarəçiliyinin mühüm alətlərindən birinə çevrilmiş, iqtisadi və sosial həyatla bütünləşmişdir. Monetar siyasət artıq öz qapalı xarakterini itirmiş, digər dövlətlərin yeritdikləri maliyyə siyasəti ilə də ahəngləşdirilir, beynəlxalq iqtisadi inteqrasiyanın da mühüm alətlərindən birinə çevrilir.
Monetar siyasətin məqsədləri ayrı-ayrı ölkələrdə müxtəlifdir. Lakin maliyyə elmi ən ümumi məqsədləri aşağıdakı kimi qruplaşdırır:
1. İqtisadi sabitliyi təmin etmək. Bu məqsədə iki yolla nail olmaq mümkündür: qiymətlərin sabitliyi və tam məşğulluq. Bu məqsədlə, yəni iqtisadi sabitliyi təmin etmək üçün maliyyə siyasəti aşağıdakı istiqamətlərə yönəldilməlidir.
Əvvəla, maliyyə siyasəti iqtisadiyyatda deflyasiya təmayüllərinə yol verməməlidir. Bir sıra iqtisadçı və maliyyəçilər hesab edirlər ki, iqtisadi həyat həm bu strukturda meydana gələn, həm də digər ictimai səbəblərdən yaranan daraldıcı amillərə tabedir. İqtisadiyyatda belə amillərlə mübarizə aparıldıqda monetar siyasət məcmu təklif– məcmu təl əb tarazlığını tam məşğulluq səviyyəsindəki tarazlıq nöqtəsinə çatdıracaqdır. Keynsin bu görüşü müxtəlif ölkələrdə xərclər siyasətinin yaranmasına və inkişafına səbəb olmuşdur.
İkincisi, maliyyə siyasəti iqtisadiyyatda inflyasiya təmayüllərinin qarşısının alınmasına yönəldilməlidir. İkinci dünya müharibəsindən sonra iqtisadi inkişaf və sosial siyasətdə özünü göstərən ciddi irəliləyişlər � minimum əmək haqqının müəyyən edilməsi, sosial sığorta və sosial yardım sisteminin geniş şəbəkəsinin yaradılması və qiymətlərə dövlət dəstəyi mexanizmi vasitəsilə müdaxilə maliyyə siyasətinin rolunu artırmış, məcmu təklifə nisbətən məcmu tələbin artıq hissəsinin aradan qaldırılması üçün geniş istifadə olunmasını z əruri etmişdir. İzafi tələbin mövcud təklifə uyğunlaşdırılması inflyasiya təmayüllərinin qarşısının alınması üçün istifadə edilən maliyyə mexanizminin mühüm funksiyalarından biridir.
Üçüncüsü, maliyyə siyasəti � tam məşğulluğun əldə edilməsini və qorunmasını təmin etməlidir. İqtisadiyyatda inflyasiya və deflyasiya yaradan təmayüllərlə mübarizə aparılması, əslində, tam məşğulluğu təmin etmək deməkdir. Bu, əhəmiyyətli bir məsələ olsa da, onun qorunub saxlanılması daha əhəmiyyətlidir. Bu monetar siyasətdə Abba Lernerin təklif etdiyi kimi, üç alətdən istifadə edilir: satmaq- satın almaq, borclanmaq- borcu ödəmək, vergiyə cəlb etmək- vergi endirimlərini tətbiq etmək. İqtisadiyyatın tam məşğulluq səviyyəsinə çatdırılması və onun qorunub saxlanılması həmin üç alət vasitəsilə təmin edilir.
2. İqtisadi inkişafı təmin etmək. Müasir dövrdə inkişaf iqtisadi siyasətin əsas məqsədidir. Monetar siyasət– pul-kredit siyasəti, büdcə xərcləri, kapital qoyuluşları və inkişafa yönəldilən cari xərclərlə adambaşına milli gəlirin artırılmasında, iqtisadi və sosial strukturun təkmilləşdirilməsində və yaxşılaşdırılmasında, bir sözlə, iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Büdcə xərclərinin inkişafı təmin edə bilməsi onların maliyyə mənbələrindən çox asılıdır. İnkişafa yönəldilən məsrəflərin sağlam maliyyə mənbələrindən əldə edilməsi zəruridir.
İnkişafı təmin etmək üçün dövlətin vergi siyasəti ölkədə yığımın səviyyəsinin artırılmasına yönəldilməlidir. Dövlət yığımının artırılması və özəl kapital qoyuluşlarının təşviq edilməsi vasitəsilə iqtisadi inkişafdan yaranan və onu təhlükəyə sala biləcək qeyri-mütənasibliklərin qarşısının alınması mümkündür. Dövlət, borc almaqla iqtisadiyyatda istifadə edilməyən istehsal güclərini hərəkətə gətirə bilər və bu yolla iqtisadiyyatda kapital qoyuluşlarının həcmini artırar. Bunlar isə ölkədə milli gəlirin və məşğulluq səviyyəsinin artması ilə nəticələnir.
3. İqtisadiyyatda gəlir bölgüsünü və həyat səviyyəsini yaxşılaşdırmaq. Bazar iqtisadiyyatı özəl sahibkarlığa və xüsüsi mülkiyyətə əsaslanır. Gəlir bölgüsündə qeyri-bərabərlik özünü göstərir. Bu qeyri-bərabərlik, çox hallarda isə dərin uçurum cəmiyyətdə həmişə gərginlik mənbəyidir. Gəlir bölgüsünün və əhali qruplarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün maliyyə siyasəti təsirli vasitə kimi istifadə edilə bilər. Mütərəqqi vergi sistemi bu məqsədə yönəldilmiş mühüm vasitələrdən biridir. Büdcə xərclərinin də bu sahədə böyük rolu ola bilər. Təhsilə, səhiyyəyə və sosial təminat sisteminə ayrılan xərclər və onların düzgün nisbəti bu baxımdan çox əhəmiyyətlidir.
Vahid ümumdünya təsərrüfatı sisteminin yaranması və iqtisadiyyatda qloballaşma meylinin sürətlə güclənməsi valyuta mexanizminin də beynəlmiləlləşməsinin obyektiv əsasını təşkil edir. Belə beynəlmiləlləşmə valyuta münasibətlərinin tənzimlənməsində; dünya iqtisadiyyatı və ticarətinin inkişafına əlverişli şərait yaradılması və beynəlxalq hesablaşma mexanizminin normal fəaliyyətinin təmin edilməsi məqsədilə dövlətlərarası əməkdaşlığın genişlənməsində; səmərəliliyinin artırılmasında özünü göstərir.
Tarixi təcrübədən bəllidir ki, bazar iqtisadiyyatının hökmran olduğu bir şəraitdə beynəlxalq valyuta münasibətlərinin tənzimlənməsini bazar mexanizmi vasitəsilə dövlət həyata keçirir. Valyuta bazarında tələb– təklif və müvafiq olaraq valyutaların məzənnə nisbəti formalaşır. Bazar tənzimlənməsi dəyər qanununun, tələb– təklif qanununun tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu qanunların işləkliyi valyuta mübadiləsində onların nisbi ekvivalentliyini, mal, kapital, xidmət, kredit hərəkəti vasitəsilə beynəlxalq valyuta axınları ilə dünya təsərrüfatı sistemində valyutaya olan ehtiyac arasındakı uyğunluğunu təmin edir.
Valyuta bazarlarında iqtisadi agentlər qiymət mexanizmi və valyuta məzənnəsinin dinamikası haqqında siqnallar vasitəsilə valyuta alıcılarının ehtiyaclarının və onların təkliflərinin imkanlarını öyrənirlər. Bununla da bazar valyuta əməliyyatlarının vəziyyəti haqqında informasiya mənbəyi kimi çıxış edir.
İstər bazar iqtisadiyyatının, istərsə də müasir qlobal iqtisadiyyatın tənzimlənməsi sistemində valyuta siyasəti mühüm yer tutur. Bu siyasət ümumdünya təsərrüfat əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici dinamik müvazinətini təmin etmək, beynəlxalq ödəmələri müəyyən bir sistem daxilində yerinə yetirmək və xarici ödəniş balansını tənzimləmək məqsədilə ölkənin cari və strateji m əqsədlərinə uyğun olaraq hökumətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Bu tədbirlərin çoxu dövlətlərin müstəqil olaraq qəbul etdikləri tədbirləri deyil, beynəlxalq valyuta sisteminin istiqamətləndirilməsi ehtiyaclarından doğan tədbirlərdir.
Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli məqsədlərinin yerinə yetirilməsinə, yəni dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə, işsizlik və inflyasiyanın artımının dayandırılmasına, ödəniş balansı müvazinətinin dəstəklənm əsinə yönəldilir. Valyuta siyasətinin istiqamətləri və formaları ölkənin valyuta iqtisadi vəziyyəti, dünya təsərrüfatı və beynəlxalq valyuta sisteminin təkamülü ilə müəyyən edilir.
Valyuta siyasətinin əsas növü məzənnə siyasətidir. Bu siyasət özündə aşağıdakiları ehtiva edir: valyuta intervensiyası; valyuta ehtiyatlarının diversifikasiyası; valyuta məhdudlaşdırmaları; valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi; valyuta məzənnəsi rejimi; devalvasiya; revalvasiya.
Məzənnə siyasəti dövlət orqanlarının valyuta bazarına müdaxilə etməklə, valyutanın alınıb-satılması yolu ilə milli valyutanın məzənnəsinə təsir etmə üsuludur. Milli valyutanın məzənnəsinin yüksəldilməsi məqsədilə mərkəzi banklar xarici valyutanı satır, aşağı salmaq məqsədilə isə milli valyutanı satın alır. Məzənnə siyasəti başlıca olaraq göstərilən valyuta müdaxiləsi şəklində, yəni milli valyuta məzənnəsini tənzimləmək üçün xarici valyutanın alınıb- satılması əməliyyatları ilə həyata keçirilir.
Bu əməliyyatın əsas fərqləndirici cəhəti tətbiq edildiyi qısa müddət ərzində irimiqyaslı olmasıdır. Valyuta müdaxiləsi rəsmi qızıl- valyuta ehtiyatları, yaxud da mərkəzi bankların milli valyutada banklararası (svop) razılaşmaları üzrə qısamüddətli qarşılıqlı kreditləri hesabına həyata keçirilir.
Valyuta siyasətinin mühüm formalarından biri valyuta ehtiyatlarının diversifikasiyasının təmin olunmasıdır. Diversifikasiya valyuta ehtiyatlarının tərkibinə beynəlxalq hesablaşmaları təmin etmək, valyuta müdaxiləsini aparmaq və valyuta itkilərinin qarşısını almaq məqsədilə müxtəlif valyutaların daxil edilməsi yolu ilə valyuta ehtiyatlarının strukturunu tənzimləmək sahəsində dövlətlərin, bankların, transmilli şirk ətlərin yeritdiyi siyasətdir. Bu siyasət, adətən, qeyri-sabit valyutaların satılması və sabit valyutaların, habelə beynəlxalq hesablaşmaların aparılması üçün lazım olan valyutaların alınması yolu ilə həyata keçirilir. Valyuta pariteti və valyuta məzənnəsi rejimi də milli və dövlətlərarası tənzimləmə obyektidir.
Ölkələr xarici ödəmələrdə müvazinəti təmin etmək üçün müxtəlif tədbirlərə əl atır. Sərbəst dəyişən məzənnə sistemində xarici müvazinət valyuta məzənnələrinin tələb�təklif şərtlərindən asılı olaraq sərbəst dalğalanması ilə təmin edilir. Belə elastiklik məzənnə sistemində valyuta məzənnələri sərbəst dəyişmədiyi üçün xarici müvazinət, onun hökumət qərarı ilə dəyişdirilməsi yolu ilə təmin edilir. Elastikliyi olan sabit məzənnə sistemində xarici müvazinətin təmin olunmasında ən təsirli üsul valyuta məzənnəsinin tənzimlənməsidir.
Bu sistemdə digər tədbirlər kompleksi ilə yanaşı, dövlət qəbul etdiyi qərarla milli valyutanın xarici alıcılıq qabiliyyətini aşağı salır və ya yüksəldir. Belə məzənnə tənzimlənməsi sərbəst dəyişkən məzənnə sistemində də fərqli şəkildə özünü göstərir. Ona görə də onların üzərində ətraflı dayanmaq lazımdır.
Devalvasiya (Latınca �de� � aşağı salmaq və �valeo� � �dayanmışam mənalarını əks etdirir.) � milli pul vahidinin qiymətdən düşməsi deməkdir və öz ifadəsinin onun məzənnəsinin xarici valyutalara və ya beynəlxalq hesab vahidlərinə, keçmişdə isə qızıla nisbətən aşağı salınmasında tapır. Lakin bu zaman pulun qiymətdən düşməsi ilə onun dəyərinin direktiv şəklində aşağı salınmasını bir-birindən fərqləndirmək lazımdır. Məsələn, ölkə daxilində qiymətlərin davamlı olaraq yüksəlməsi nəticəsində hər milli valyuta vahidinə satın alınan mal və xidmətlərin miqdarı əvvəlki dövrə nisbətən azalır ki, buna da valyutanın ucuzlaşması deyirlər. Bu halda pul öz dəyərini daxili inflyasiya ilə əlaqədar itirir. Devalvasiyada isə pulun dəyərinin qanunla aşağı salınması nəzərdə tutulur. Aşağı salınan dəyər isə onun xarici dəyəri, alıcılıq qabiliyyətidir.
� Bəzi hallarda milli valyutanın həqiqi olaraq aşağı düşmüş xarici dəyərinin hökumət tərəfindən qəbul edilməsi də devalvasiya hesab edilir. Devalvasiya müəyyən mənada valyuta məzənnəsinin yüksəldilməsi deməkdir. Devalvasiya sərbəst dəyişən valyuta məzənnəsi sistemində bazarda hər gün kortəbii olaraq özünü göstərir və milli valyuta məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsi vaxtaşırı olaraq rəsmən təsdiq edilir. Devalvasiya iki səbəblə əlaqədardır:
� ixracatı təşviq etmək və idxalatı məhdudlaşdırmaqla xarici ticarət balansının və müvafiq olaraq tədiyə balansının kəsirlərini ləğv etmək və ya azaltmaqla;
� daxili qiymətlərlə xarici qiymətlər arasında yaranmış qeyri-mütənasibliyi aradan qaldırmaq zərurətləri ilə.
Devalvasiya ölkənin tədiyə balansına ciddi təsir göstərir. Bu təsir devalvasiyanı həyata keçirən dövlət ilə digər ölkələrdəki tələb və təklifin vəziyyətindən asılıdır. Devalvasiya edildiyi zaman xarici valyutalara nisbətən ixrac qiymətləri nisbətən aşağı düşür. İxrac malları qiymətinin azalması ilə əlaqədar olaraq ölkə mallarına xarici tələb artır. Bu tələb artımı, ixrac malları qiymətlərini devalvasiyadan əvvəlki səviyyəyə doğru apardığı halda, idxal malları bahalaşdığı üçün idxal tələbi məhdudlaşır. Bu yol ilə xarici ticarət balansının müvazinəti təmin edilir.
Bununla yanaşı, devalvasiya xarici ticarət şərtlərini ölkə əleyhinə çevirə bilər. Çünki devalvasiya, ümumiyyətlə, ixrac malları qiymətlərini aşağı salmaqla idxal qiymətlərini yüksəldir. Bu vəziyyət ixracatı idxalatdan daha çox olan ölkələrdə açıq şəkildə görünür. Yəni, artan ixracat dünya bazarı qiymətlərini aşağı saldığı halda, azalan idxalat, eyni şəkildə, qiymətləri azalda bilmir. Beləliklə, xarici ticarət şərtləri devalvasiyanı edən ölkənin əleyhinə çevrilir.
Devalvasiyanın tədiyə balansına təsirini yuxarıda göstərildiyi kimi müəyyən etmək üçün tələb və təklif elastikliyini nəzərə almaq lazımdır:
1. İdxal və ixrac mallarına olan tələb elastikliyi. İdxal mallarının tələb elastikliyi nə qədər yüksəkdirsə, aparılan devalvasiya da o dərəcədə faydalıdır. Çünki bu vəziyyətdə idxal malları bahalaşdığı üçün tələb mahdudlaşır. Bununla da idxal miqdarı azaldığı üçün tədiyə balansı kəsirinə müsbət təsir edir. İdxal mallarının tələb elastikliyi azdırsa valyutaya qənaət olmur. Bu halda qənaət edilən valyutanın miqdarı, bütünlüklə, elastiklik dərəcəsindən asılıdır.
İxrac mallarına olan tələb elastikliyi sıfırdan başlayaraq böyüdükcə valyuta itkisi azalır və elastiklik vahidə bərabər olana qədər davam edir. Elastiklik �1� olduqda ixrac mallarına yenə də əvvəlki qədər valyuta sərf edilir. Bu vəziyyətdə devalvasiyadan qazanc və ya zərər yoxdur. Devalvasiyanın ixrac yolu ilə valyuta qazanclarını artıra bilməsi üçün mütləq ixrac mallarına olan tələb elastikliyi �1�dən böyük olmalıdır, yəni xarici tələb tam elastik olmalıdır.
2. İdxal və ixrac mallarına olan təklif elastikliyi . Bu elastiklik �1�dən böyükdürsə, yəni təklif elastikdirsə, devalvasiya ilə əlaqədar qiymətlərdə dəyişiklik görünməyəcəkdir, əks halda isə azalma olacaqdır. Bazarda idxal tələbinin daralması nəticəsində əgər qiymətlər aşağı düşərsə, valyuta qazancının olması mümkün deyil. İdxal malları qiymətlərinin aşağı düşməsi devalvasiya nisbətini real olaraq aşağı salır və bununla əlaqədar olaraq mümkün olan valyuta yığımı minimum səviyyəyə enir. Əgər idxal malları qiymətləri devalvasiya səviyyəsindən aşağı düşərsə onda devalvasiyanın təsiri tamamilə aradan qalxacaqdır, yəni valyuta qazancı əldə edilməyəcəkdir.
İxrac mallarının təklif elastikliyi, əgər sonsuzluqdan azalmağa başlayırsa (təklif sabit qiymətlərlə artırıla bilirsə), təklifin artırılması qiymətləri də artıracaq və bunun nəticəsində valyuta qazancı azalacaqdır. İxrac mallarının təklif elastikliyi �1�ə bərabər olduqda, devalvasiyanın əhəmiyyətli təsiri olmayacaqdır. Təklif elastikliyi �1�dən böyük olduğu halda devalvasiya valyuta qazancını artırır.
Devalvasiyanın bir məqsədi də tədiyə balansındakı kəsiri ləğv etməkdir. Bunun üçün daxili qiymətlərin səviyyəsinin yüksəlməməsi vacibdir. Daxili qiymətlər yüksəldiyi təqdirdə ixrac mallarının ucuzluğu aradan qalxır. Nəticədə, idxal malları daxili mallara nisbətən bahalı olmaqda uzun müddət davam edə bilməz. Devalvasiyanın müvəffəqiyyəti daxili qiymətlərin səviyyəsinin sabit saxlanılmasından asılıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda göstərdiyi kimi �2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3– 4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın�.
Ölkə rəhbəri, eyni zamanda, qeyd etmişdir ki, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır: �Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün�.
Prezidentin fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır: �Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da, əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək�. Buna baxmayaraq, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2 ,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır: �Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8 ,4 faiz artması bizim əsas göstəricimizdir.�
Həqiqətən, son illərdə Azərbaycanın xarici dünya ilə ticarət əlaqələrinin gedişatı valyuta siyasətində ciddi dəyişiklik edilməsinə zərurət yaratmışdır. Statistik məlumatların təhlili göstərir ki, xarici ticarət əlaqələri mürəkkəb bir şəratdə cəryan edir. Belə ki, 2011- ci ilin statistikasına əsasən, xarici ticarət dövriyyəsi özündən əvvəlki ilə nisbətən 103,9 təşkil etdiyi halda, 2012- ci ildə 89,3; 2013- cü ildə 106,3; 2014-cü ildə isə 94,1 faiz təşkil etmişdir. İxrac əməliyatları müvafiq dövrdə 145,3; 96,9; 109,1; 85,4; idxal əməliyyatları isə müvafiq olaraq 88,7; 86,2; 105,1; 98 faiz təşkil etmişdir. 2014- cü ildə ixarc olunan malların içərisində neft- qaz məhsullarının payı 91,97 faiz olmuşdur. Qeyri- neft sektorunun payı isə 8 ,03 faizdir.
Mərkəzi bankın məlumatlarına görə, tədiyə balansı 2014-cü ildə xarici iqtisadi əməliyyatlarda neft- qaz sektoru üzrə müsbət, qeyri- neft sektoru üzrə isə mənfi saldolu olmuşdur. Tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktivlərinin dəyişməsi) müsbət 4194 ,2 milyon dollar olmuşdur.
2015-ci ilin 9 ayı ərzində isə xarici iqtisadi əməliyyatlarda 9141 ,2 milyon dollar mənfi saldo yaranmışdır. Bütün bunlar xarici ticarət əlaqələrinin mühüm tənzimlənmə vasitəsi kimi valyuta siyasətində dəyişiklik edilməsinə, yəni devalvasiya siyasətinin tətbiq edilməsinə ehtiyac yaratmışdır.
Devalvasiyanın həm müsbət həm də mənfi nəticələri vardır.
Devalvasiyada mühüm risk milli valyutanın dəyərinin kəskin şəkildə aşağı düşməsidir. Müasir dövrdə həmin iqtisadi proseslərə nəzarət mexanizmi kifayət qədər təkmilləşdirilmişdir. Bəzən hətta məqsədli devalvasiya həyata keçirilir. Bu ixracatın artmasına gətirib çıxarır. Devalvasiyanın müsbət nəticələrinə daxili istehsal məhsullarına əhalinin tələbatının artması daxildir. Yerli istehsalçılar daxili bazarda tələb artdığı üçün məhsul istehsalını artırır və nəticədə, iqtisadi inkişaf təmin olunur. Dövlətin qızıl-valyuta ehtiyatı qorunur. Xarici valyutaya ehtiyac artdığı üçün ixracatın inkişafı stimullaşır. Ona görə də devalvasiya prosesində ixracatçıların gəlirləri artır.
Devalvasiyanın mənfi təsirlərinə gəldikdə isə inflyasiya prosesinin sürətlənə bilməsi riskini qeyd etmək lazımdır. Nəticədə, qiymətdən düşmüş valyutaya etibar azalır.
Xaricdən gələn xammal və məhsulların qiymətinin daha çox bahalaşması nəticəsində idxal sıxışdırılır. Daxili bazardan sərmayə axını başlayır. Maliyyə sektorunda iqtisadi depressiya özünü göstərir.
Valyutanın dəyərinin artması nəticəsində daxili bazarda hazır məhsulların qiymətləri yüksəlir, enerji resurslarının da qiyməti artır. Ölkənin pul nişanlarına etibar azaldığı üçün əhali öz depozitlərini banklardan kütləvi şəkildə çıxarırlar, bank sektorunun işi iflic olur.
Əmək haqqı, pensiya əhəmiyyətli dərəcədə azaldığı üçün alıcılıq qabiliyyəti məhdudlaşır. Xaicdən xammal material alan sahibkarların mənfəəti də müvafiq olaraq azalır.
Ona görə də ölkədə iqtisadi proseslərin gedişinin optimallaşdırılması üçün yeni yanaşma üsulu tələb olunur. Belə bir şəraitdə dövlət strukturları, biznes təbəqələri, əhali qənaət rejimi tətbiq etməli və israfçılığa yol verməməlidirlər. İdxaldan asılı olan istehsalçılar gərək xaricdən gətirilən malardan asılılığı azaltsınlar və yerli analoqlu məhsullardan istifadəyə başlasınlar. İstehsalda əmək məhsuldarlığının artırılması üçün isə ciddi tədbirlər görmək �lazımdır.
Bütün bunlar nəticəsində, Azərbaycandakı devalvasiyanın ölkədə iqtisadi səmərəliliyin yüksəldilməsinə, izafi məsrəflərin azaldılmasına yol açacağı gözlənilir.
Dünyamalı VƏLİYEV,
iqtisad üzrə elmlər doktoru,
AMEA Şərqşünaslıq İnstitutu
Şərq-Qərb şöbəsinin müdiri
Xalq qəzeti .- 2016.- 17 yanvar.- S.5.
Nazir: “Devalvasiyanın yerli istehsala təsirini minimuma endirməyə çalışırıq”
Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasının yerli istehsala təsir etməyəcəyi doğru deyil. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib: “Amma çalışmaq lazımdır ki, bu təsiri minimuma endirək”. Nazirin sözlərinə görə, süni qiymət artımına qarşı mübarizə aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi birgə iş aparır: “Yerli məhsul istesalçılarının maraqları naminə müəyyən qədər də olsa bu, yerli istehsala təsir edəcək. Prezidentin dediyi kimi, süni qiymət artımına qarşı mübarizə aparılacaq. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə müəyyən işlər görürük. Bunun üçün də yarmarkaların sayını artırmışıq. Həm də biz çalışırıq ki, orta həlqəni aradan qaldıraq və kənd təsərrüfatı ilə məşğul olanlar məhsullarını bazara birbaşa çıxarsın”. Nazir qeyd edib ki, bu ildən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları həm də regionlarda təşkil ediləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.