Press "Enter" to skip to content

Deyl karnegi dostları nec qazanmalı

İllər öncə Müəllimim ,Həmid müəllim bizə sinifdə bu kanal haqqında məlumat vermişdi , yaxşıki məsləhətini dinləyib bu kanalı izləmişəm .Çox sağ olun Həmid müəllim ❤️

Deyl Karnegi – Dostu nece qazanmali ve insanlara nece tesir etmeli

Deyl Karneginin dostlari nece qazanmali olmağımızla ve insanlara nece tesir etmeli olduğumuzla bağlı kitabi dost ve aile münasibetlerinizi inkisaf etdirmeyinizde cox vacib rol oynayacaq. Kitabin qisa mezmunu whiteboard animasiyasi formatinda (Book Summary). Baxin ve dostlarinizla paylaşin ki hami faydalansin! Hazirladi: Fuad Aliyev (ZehinX) Video ve animasiyalasdirilma: Animer (Sifariş üçün ZehinX Facebook səhifəsi ilə əlaqə saxlayın) Seslendirme: Fuad Aliyev (ZehinX) Facebook: ZehinX (����facebook.com/zehinx) Instagram: ZehinX (����instagram.com/zehinx) The video and all audios used in the video are copyrighted by Fuad Aliyev with an official license and cannot be reused in other online channels. In the case of abuse of copyrights, the rights will be claimed. Video ve onun daxilinde istifade edilen butun ses materiallarinin mustesna istifade huququ Fuad Aliyeve mexsusdur ve resmi lisenziya ile qorunur. Basqa sexs ve qurumlarin icazesiz istifadesi halinda, huquqlar teleb olunacaq ve istifadesi mehdudlasdirilacaqdir.

Кадры из видео
Тэги из видео
Комментарии пользователей:
Pouneh Malazi
2023-02-14 06:12:39
2023-02-11 18:42:50
Elmeddon Hasanov
2022-11-29 04:53:30
2022-11-01 11:44:23

Çox gözəl bir növ insan öz varlılığının qədrini bilir baxdıqca)

Hemze Qedirov
2022-09-03 18:09:05
Sende Öğren
2022-08-08 18:42:20

Salam siz bu videoları necə hazırlayırsınız

2022-07-22 19:37:22

Öz dilimizdə bele faydali, səviyyəli kanal tapdığım üçün çox sevindim .Videolarınız davamlı olmasını dileyirem

Huseynov Ilham
2022-07-19 16:11:24

Ehsen Size, minnatdaram. Nehayet ki. Isinize gore Sizi berk berk semimi qelbden qucaqlayiram.

Sevil Melikova
2022-07-08 05:34:37

Coxx beyendimm ve abunee oldumm ���� tewekkurlerr ��

Həsən Kərimov
2022-05-18 16:44:28

Sənin mənə çox xeyrin dəyəcək məndə bunları başqalarına danışıb oyrədəcəm

Elmir Abdullayev
2022-03-31 05:25:53

Şəxsi Tədris baxımdan Əla video materiallar hazırlayırsınız. Öz dilimizdə belə bir kanalın olması çox sevindirir. Uğurlar.

Aysel Hacıyeva
2022-02-04 20:12:06

İllər öncə Müəllimim ,Həmid müəllim bizə sinifdə bu kanal haqqında məlumat vermişdi , yaxşıki məsləhətini dinləyib bu kanalı izləmişəm .Çox sağ olun Həmid müəllim ❤️

Ülviyyə Əlizadə
2022-01-02 18:00:43

Bir cox videolarinizi izleyiren qarwima cixdiqca. ��������

ReadBook

Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır.

Bu Blogda Ara

Deyl Karnegi şedevri������

Deyl Karnegi
Dostları necə qazanmalı və insanlara təsir etməli

Bu kitab ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edən, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı, ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edən, amerika pedaqoqu və yazıçısı Deyl Karnegi tərəfindən qələmə alınmışdır. Yəni kitab yazarın təxəyyülünün nəticəsi deyil, məhz bu sahənin peşəkarı tərəfindən bütün insanlara və insanlığa yardımdır.

Çox təəssüf ki, onun kurslarına qatılmaq, onunla danışmaq imkanımız olmayıb,lakin bu kitabı oxumaqla itirdiklərimizi az da olsa bərpa edə bilərik.

Deyl Karneginin kitabları 60 ildən çoxdur ki, bu gün çox məşhur olan minlərlə insanın biznes və şəxsi həyatında qazandırıb. Bəs Deyl Karnegi niyə məhz bu sahəni seçmişdir? Karnegi insanların “şəxsi inkişaf” mövzusunda nə qədər az məlumata sahib olduqlarını, hətta hər hansı bir canlı haqqında insandan daha çox kitab olduğunu başa düşərək, həyatını bunu dəyişdirməyə həsr etmişdir. Yazdığı kitablarda əsasən yaşanmış və sınaqdan keçmiş hadisələrdən istifadə etmişdir. Elə bu kitabda da yazılan hadisələrin demək olar ki, hamısı ona müraciət edən, istənilən yaş təbəqəsinə aid olan tələbələrinin başına gələnlərdir. Karneginin bu mövzuda kitabları çoxdur, ancaq demək olar ən yararlı və məşhur kitabı bu kitab olmuşdur. Təkcə 1936-cı ildə 30 milyondan çox satılmış indiyədək isə 150 milyon nüsxəsi çap olunmuşdur. Bunun səbəblərindən biri də məncə kitabın 3 kitaba bərabər olmasıdır. Belə ki, kitab 3 böyük hissədən ibarətdir:

  • “Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar”
  • “Kütləvi nitqlərdə özünə inamı necə yaratmalı və insanlara necə təsir etməli”
  • “Narahatlığı aradan qaldırmaq və rahat yaşamağa başlamaq necə olar”

Mən 2 ci-“Kütləvi nitqlərdə özünə inamı necə yaratmalı və insanlara necə təsir etməli” hissəni oxumadım. Çünki hazırda mənə gərəkli olmadığını düşündüm, digər 2 hissəni isə maksimum qavramağa daha çox səy göstərdim.

Bu kitabdan maksimal fayda əldə etməyinizə imkan verəcək məsləhətlərim:

  1. Əgər həqiqətən də öyrənməyə həvəsli (yeniliklərə acsınızsa) kitabı oxumağa başlayın, yox əgər bu istək və həvəs yoxdursa sizdə vaxtınızı və enerjinizi sərf etməyə dəyməz.
  2. Məhz bu kitabı əylənmək xatirinə oxumayın, istəsəniz belə alınmayacaq çünki kitab böyük diqqət və ciddi mütaliə tələb edir.
  3. Kitabın hər bir fəslini oxumazdan əvvəl ümumi olaraq ötəri gözdən keçirin, daha sonra isə diqqətlə oxumağa başlayın.
  4. Kitabı fasilə edə-edə oxuyun. Oxuduğunuz məsləhətlər üzərində fikirləşin: bunu nəvaxtsa etmişəmmi və ya belə bir məsləhətə nə vaxtsa ehtiyac duymuşammı? bunları necə tətbiq edə biləcəyiniz haqqında özünüzdən soruşun
  5. Kitabda mütləq qeydlər edin. Bununla həm işarələdiyiniz yerləri daha yaxşı mənimsəyəcəksiniz, həm də kitabı bitirdikdən sonra nəvaxtsa açıb həmin qeydləri bir daha oxumaqla yenidən faydalana bilərsiniz.
  6. Çalışın kitabdan gündəlik problemlərinizin həllində kömək edə biləcək dərs vəsait kimi istifadə edin. Stolüstü kitabınız olsun.

Kitabdan öyrənəcəkləriniz:

✔ İnsan hazırlığının üç əsas üsulları
✔ Sənə bənzər insanları tapmağın altı yolu
✔ Düşüncəylə insanlar üzərində qələbə çalmağın on iki üsulu
✔ Narazı salmadan insanları dəyişməyin doqquz üsulu
✔ Pis vərdişlərdən xilas olmağın yolları

İçərisində kitab məsləhəti olan kitabları daha çox sevirəm. Əlbəttə ki, bu kitabda da olmalı idi ��

�� Amran Şeynfeld “Siz v ə irsi miras”

�� Cek Vudvord “Sevgid ə t ə cr ü b ə siz olanlar”

�� Ben Franklin avtobioqrafiyası

�� Edvard Podolski “Narahat olmağa son qoyun v ə normal h ə yat ya ş ay ı n”

�� Karl Menninher ” İ nsan ö z ü ö z ü n ə qar şı ”

�� Ceyms Leyn Allen ” İ nsan nec ə fikirl ə ş ir”

�� Borhild Dalm “M ə n g ö rm ə k ist ə yirdim” ( xüsusilə də bu xanımın həyatı ilə tam yaxından tanış olmaq üçün kitabı oxumağa səbirsizlənirəm. Bu kitabda 617-618-ci səhifələrdə qısa olaraq məlumat verilib).

Deyl Karneginin – Dostları Necə Qazanmalı və insanlara təsir etməli

Deyl Karnegi kitabdında – insanlarla davranma texnikaları

  • Tənqid etməyin, qınamayın və şikayət etməyin.
  • Dürüst və səmimi qiymət verin.
  • Digər insanda həvəsli bir istəyi oyatmaq.

İnsanları sizin kimi etməyin altı yolu

  1. Başqa insanlarla səmimi maraqlanın.
  2. Gülümsəyin
  3. Unutmayın ki, bir insanın adı o insan üçün istənilən dildə ən şirin və ən vacib səsdir.
  4. Yaxşı dinləyici ol. Başqalarını özləri haqqında danışmağa təşviq edin.
  5. Başqasının maraqları baxımından danışın.
  6. Digər insana, özünü vacib hiss etdirin – və bunu səmimi şəkildə edin.

İnsanları Düşüncə tərzinizə uyğunlaşdırın

  1. Mübahisədən ən yaxşı nəticə əldə etməyin yeganə yolu ondan qaçmaqdır.
  2. Başqasının fikirlərinə hörmət göstərin. Heç vaxt “səhv edirsən” deməyin.
  3. Əgər səhv edirsinizsə, bunu tez və qəti şəkildə etiraf edin.
  4. Dostcasına başlayın.
  5. Qarşı tərəfə dərhal “bəli, bəli” deyin.
  6. Qoy digər şəxs çox danışsın.
  7. İcazə ver qarşıdakı insan ideyanın onun olduğunu hiss etsin.
  8. Hər şeyə başqasının nöqteyi-nəzəri ilə baxmağa çalışın.
  9. Başqasının fikir və istəklərinə rəğbət bəsləyin.
  10. Daha nəcib motivlərə müraciət edin.
  11. Fikirlərinizi dramatikləşdirin.
  12. Problemi atın.
Lider olun: İnsanları incitmədən və ya nifrət oyatmadan necə dəyişdirmək olar
  1. Dürüst olun.
  2. İnsanların səhvlərinə dolayısı ilə diqqətini cəlb edin.
  3. Başqasını tənqid etməzdən əvvəl öz səhvləriniz haqqında danışın.
  4. Birbaşa əmr vermək əvəzinə suallar verin.
  5. Qoy digər adam özünü müdafiə etsin.
  6. Ən kiçik addımı tərifləyin .
  7. Başqasına yaşamaq üçün gözəl bir nümunələr çəkin.
  8. Həvəsləndirmədən istifadə edin. Səhvləri düzəltmək asan görünsün.
  9. Təklif etdiyiniz işi yerinə yetirməklə digər insanı sevindirin.

Müəllif Deyl Karnegi bu kitabda tənqid haqqında maraqlı baxışı var,

Tənqid əbəsdir, çünki insanı müdafiəyə qoyur və adətən özünə haqq qazandırmağa çalışır. Tənqid təhlükəlidir, çünki o, insanın qiymətli qürurunu yaralayır, onun əhəmiyyətini incidir və kin oyadır. …. İstənilən axmaq tənqid edə, qınaya və şikayət edə bilər və axmaqların çoxu bunu edir. Ancaq anlayışlı və bağışlayan olmaq üçün xarakter və özünə nəzarət lazımdır.

Bu mənə Tomas Karlaylın məşhur sitatını xatırladır: “Böyük insan öz böyüklüyünü kiçik adamlarla rəftarında göstərir”.

Və sonda Başqalarına Təsir Etməyin Açarı və Uğurun sirri haqqında baxışı və həmçinin biz “Özünəinam və özünüdərk” təlim proqramımızda bu haqda geniş danışırıq.

Yer üzündə başqa insanlara təsir etməyin yeganə yolu onların istədikləri haqqında danışmaq və onlara bunu necə əldə edəcəklərini göstərməkdir.

Uğurun hər hansı bir sirri varsa, o, başqasının nöqteyi-nəzərini əldə etmək və hər şeyi həm onun, həm də öz nöqteyi-nəzərindən görmək bacarığındadır.

Nəzərə alsaq ki, münasibətlər insan həyatının 70-80 faizinı əhatə edir, bu mövzunun nəqədər əhəmiyyətli və vacib olduğunu bildirir. İnanıram sizdə bu sahadə daha çox mütaliə edib öz üzərinizdə işləyəcəksiniz. Lütfən kitabı mütaliə etdikdən sonra qısa xülasənizi mənimlə və digər saytdakı yoldaşlarınızla şərh bölümündə yazıb bölüşün. Əgər münasibətlərlə bağlı başqa kitablarda mütaliə etmishinisə, adı və təsirli nöqtələrini xülasə edib bir birinizlə şərh bölümündə paylaşın.

Comments are closed, but trackbacks and pingbacks are open.