Press "Enter" to skip to content

Dəftər üzləri

Karandaşyonanlar – 30 qəpik-1 manat-2 manat 50 qəpik.

Dəftər üzləri

Постельное белье и принадлежности

  • Транспорт 51631
  • Недвижимость 19644
  • Мебель 89905
  • Техника и электроника 75801
  • Дом и сад 64745
  • Услуги 9021
  • Работа 6926
  • Оборудование для бизнеса 16978
  • Животные 9505
  • Личные вещи 74016
  • Спорт и хобби 37420
  • Детский мир 25889
  • Медтовары 4164

Выберите город

  • Баку
  • Агстафа
  • Аджигабул
  • Алексеевка
  • Ахсу
  • Барда
  • Гаджикенд
  • Губа
  • Гянджа
  • Гёйчай
  • Джанги
  • Загатала
  • Зейналабдин Тагиев
  • Ленкорань
  • Мингечевир
  • Набрань
  • Нахичевань
  • Новкхани
  • Огуз
  • Самух
  • Сангачалы
  • Сейфели
  • Сумгайыт
  • Хачмаз
  • Хырдалан
  • Чейльдаг
  • Шамкир
  • Шеки
  • Шемахы
  • Ширван

Dəftər üzləri

2019-01-08 12:37:41

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

“Valideynin övladı üçün maddi anlamda çox şey etməyə gücü çatmır. Sinifdə isə hər təbəqədən şagird olur. Övladı sinif yoldaşlarından kənarda qalanda ata-ana da mənəvi əzab çəkir. Bilirsiniz, ananın bu hisslərini sözlə ifadə etmək olmur”. Övladının gündəlik xərclərindən danışan valideyn Nigar Süleymanova belə düşünür. O, VII sinifdə oxuyan oğlunun gündəlik ehtiyaclarını ödəmək üçün çəkdiyi xərcləri izah edir. Dediyinə görə, oğlunu özəl məktəbdə oxutdurmaq üçün təkcə illik haqqı olaraq, liseyə 3000 manat ödəyir: “Özəl orta təhsil müəssisəsi olması bəzi xırda xərclərimizi azaldır. Məsələn, övladımı liseyə servis apardığına görə nəqliyyata pul xərcləmirik. Gündəlik qida ehtiyaclarını da lisey ödəyir. Dərs vəsaitləri, dəftər, qələm hər gün alınmasa da müəyyən qədər xərc tələb edir. Oğlumun şəxsi inkişafını da diqqətdən qoymamağa çalışıram. Məsələn, məktəbdən sonra şahmat, musiqi dərslərinə gedir. Şahmat üçün 70, musiqi üçün 100 manat ödəməli oluruq. Özünün marağı olmasa da, onun inkişafı üçün bunları etməliyəm”. Övladının sosial inkişafı üçün əlindən gələni əsirgəməyən valideyn maddi durumu aşağı olan ailələri də düşünür: “Çox vaxt fikirləşirəm ki, mənim və həyat yoldaşımın qazancı bunları etməyə imkan verir, elə də çətinliyimiz olmur. Etiraf etsək, nənə-babaların da qayğısını daim hiss edirik. Amma övladı dövlət məktəbində təhsil alan, maddi təminatı zəif olan ailələri düşünürəm. Onlar çox şeyə qənaət etməli olurlar. Valideynin övladı üçün əlavə nəsə etməyə gücü çatmır. Sinifdə isə hər təbəqədən şagird olur. Övladı sinif yoldaşlarından ayrı qalanda ata-ana da mənəvi əzab çəkir. Ananın bu hisslərini sözlə ifadə etmək olmur”. AzEdu.az olaraq Azərbaycanda bir şagirdin orta təhsil alması üçün gərəkən gündəlik xərclərdən danışacayıq. Dərindən düşünsək, Nigar xanımın dediklərindəki həqiqəti görərik. Maddi durumu aşağı olan ailələr övladının ehtiyaclarını lazımınca qarşılaya bilirmi? Ailənin aşırı qənaət etmədən şagirdin ehtiyaclarını normal qarşılaması üçün bu xərclər necə nizamlanmalıdır? “Uşaqlar üçün yaşayış minimumu 150 manatdan biraz yuxarıdır” Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyir ki, şagirdin gündəlik xərcləri yaş qruplarına görə dəyişir. İbtidai sinifdə oxuyanlarla yuxarı sinif şagirdlərinin xərcləri arasında fərq var: “Ümumilikdə məktəbə hazırlıq dönəmi üçün hesablamalar aparılıb. Bu araşdırmaya görə, hər şagirdə ən azı 200 manat civarında xərc tələb olunur. Bura məktəb ləvazimatları, geyimlər və s. daxildir. Gündəlik xərclər isə bəzi xırda məsələlərdən asılıdır. Məktəbin yaxın və ya uzaqda yerləşməsi nəqliyyyat xərclərinə təsir edir. Amma ən azından uşaqlar üçün yaşayış minimumunu götürsək, Azərbaycanda bu, günə 5-6 manat civarında dəyişir. Çünki burada uşaqlar üçün yaşayış minimumu 150 manatdan biraz yuxarıdır. Bura nəqliyyat, yemək, dərs vəsaitləri ilə bağlı xərclər daxildir”. “Almaniyada şagirdin aylıq xərci təqribən, 800 avroya bərabərdir” Bu məbləğ çoxlarının gözünə çox görünə bilər, amma iqtisadçı vurğulayıb ki, standartlarla müqayisədə bu, çox aşağıdır: “Təbii ki, bizimlə Avropanın gəlirlilik səviyyəsi eyni deyil. Amma müqayisə etsək, bizdə xərclərin 7-8 dəfə az olması məlum olar. Məsələn, Almaniyada şagirdin aylıq xərci təqribən 800 avroya bərabərdir. Almaniyanın bu nəticəsi orta aylıq maaş, illik gəlirin yüksək olmasından xəbər verir. Azərbaycanda da bu standartlara ən azından yaxınlaşmaq üçün müəyyən addımlar atmalı, ən azından hesablama qaydaları dəyişməlidir. Həm geyim, həm dərs, həm də dərsdən sonrakı inişafı ilə bağlı yeni hesablama qaydaları gətirilməlidir. Şagirdlər üçün ən vacib şeylərdən biri də onların dərsdən sonrakı məşğuliyyətləridir. İdmanla, yaradıcı sahələrlə məşğul olmalıdırlar ki, dərslə çox yorulmasınlar. Bunların hamısı bəlli bir vəsait tələb edir”. “Özəl şirkətlər bu işə sponsorluq etsə. ” İqtisadçı dünya ölkələrində məktəbli xərclərini minimallaşdırmaq üçün tətbiq olunan təcrübədən də söz açıb. Bildirib ki, əksər ölkələrdə bu işlə təkcə dövlət məşğul olmur: “Məsələn İrlandiyada bu işdə ən böyük yardım göstərən institutlardan biri kilsədir. Hər şagirdə kilsə tərəfində ayrıca vəsait ayrılır. Bu kilsənin tarixi ənənəsidir. Avropa ölkələrində qeyri hökümət təşkilatları, müxtəlif fondlar, kommersiya təşkilatları, iri şirkətlər məktəblərdə müəyyən layihələr həyata keçirir, bunun üçün vəsaitlər ayırırlar. Azərbaycanın da qabaqcıl beynəlxalq təcrübədən istifadə etməsində yarar var. Yükü təkcə dövlətin üzərinə atmamaq da olar. Özəl şirkətlər bu işə sponsorluq etsə, müxtəlif dərnəklərin maliyyələşməsini holdinqlər öz üzərilərinə götürsə, vəziyyət dəyişər. Həm qurumlar daha keyfiyyətli xidmət edər, həm də dövlət büdcəsinə müəyyən qədər qənaət etmiş olarlar”. “Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalıdır” Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, şagirdin yalnız təhsil və dərsliklərlə bağlı xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Ekspert məsələyə həm də bir valideyn kimi yanaşaraq, ailənin üzərinə düşən xərcləri belə izah edib: -Gündəlik qida xərcləri; (4-7 manat) -Zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər; (aylıq 20-30 manat) -Tibbi xərclər; (aylıq 30-70 manat) -Məktəbə gediş-gəliş xərcləri. (aylıq 10-20 manat) -Dil və hazırlıq kursları (aylıq 150-300 manat) -Geyim xərcləri (aylıq 70-100manat) Bundan başqa digər davamlı zəruri xərclər də olur. 12 vərəqli dəftərlər 40 qəpiyədir, 60 qəpiyə Rusiya istehsalı olanları da var. 40 vərəqli dəftərlər 50-60, dəftər üzləri 50, pozan 20-80, qələmbiçən 1.80 qəpiyədir. Gündəliyin qiyməti 2-4 manatdır. Sadə qələmin da ən ucuzu 30 qəpikdir. Albom 50 qəpikdən 1 manat 50 qəpiyə qədər qiymətlərdə təklif edilir. Rəngli qələmlərin qiyməti 1 manatdan başlayıb , 5 manata qədər artır. plastilinin isə ucuzu 1 manatdır. Məktəbli çantaları 40-150, məktəbli forması 50-120 manata başa gəlir. Yəni, şagirdi məktəbə yola salmaq valideynə aylıq ən azı 150 manata başa gəlir”. “Məktəbli formalarının verilməsi ilə bağlı yükü dövlət öz üzərinə götürməlidir” Onun sözlərinə görə, təhsil xərclərini ödəmək hər ailənin büdcəsi üçün deyil. Əsasən də hazırlıq kursları və repetitorluq ailə büdcəsinə ciddi təsir göstərir: “Düşünürəm ki, məktəbli formalarının verilməsi ilə bağlı yükü də dövlət öz üzərinə götürməlidir. Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalı, məktəbliləri daşıyan ayrıca avtobuslar təşkil edilməlidir. Fikrimcə, bunlar həyata keçirilsə, təhsilin əhatə dairəsi daha da genişlənər və əlçatanlıq təmin olunar Çünki nəqliyyat problemi rayon yerlərində şagirdlərin vaxtında və davamlı dərsə getməsinə təsir edir. Bu əsasən soyuq, yağışlı və qarlı havalarda müşahidə edilir. Bunlarla bərabər düşünürəm ki, böyük tənəffüsdə şagirdlərə isti yemək və meyvə verilməlidir. Çox şagirdin məktəb bufetindən istifadə etməyə maddi durumu əl vermir”.

Dəftər üzləri

Budur, artıq məktəblərin açılmasına saylı günlər qalıb. Kimi ağlaya-ağlaya, kimi də sevinclə 1-ci sinfə, ilk dərs otağına qədəm qoyacaq. Amma buna qədər bir mərhələ də var: məktəbli ləvazimatlarının və məktəbli paltarlarının alınması.

Maraqlıdır, 1-ci sinfə gedən bir uşağın çantasına qoyulmalı olan ləvazimatların qiyməti valideynlərə neçəyə başa gələcək?
Elə ilk olaraq məktəbli çantasından başlayaq.

Məktəbli çantasının qiyməti 6 manatdan başlayır və 100 manata qədər davam edir. Valideynlər 15-20 manatlıq çantalara üstünlük verirlər. Hər halda bu qiymətdə olan çanta Çin istehsalı olan 5-6 manatlıq maldan keyfiyyətlidir. 20-30 manatlıq Türkiyə istehsalı olan çantaların daha keyfiyyətli olduğu bildirilir.

12 vərəqli dəftər – sadə 7 qəpik, Rusiya istehsalı – 15 qəpikdir. Şəkillilər də çox götürüləndə 17 qəpiyə verilir. Bunların keyfiyyət məhsuluna görə, üstünün qabığına, içinin xətlərinə, izlərinin görsənməyinə görə bu qiymətə satılır.

Yapışdırıcılar – 20-50 qəpik. Qramına görə qiymətlər də qalxır. 15 qramlıq 30 qəpik. Hər cür istehsal var: Türkiyə , Yaponiya, Koreya və s.

Karandaş – sadələrin qiyməti 5 qəpikdən başlayır, Türkiyə istehsalı olan 20 qəpikdə qurtarır, valideynlər isə keyfiyyətə üstünlük verir.

Qələm – 10-20 qəpik.

Flamasterlər – 1-7 manat.

Xətkeşlər – 60-80 qəpik.

Rəngli kağız –ən ucuzu 30 qəpikdir. Bahası – 80 qəpik.

Rəsm albomu – 20 qəpik. Ən yüksək hədd 2 manat 50 qəpik və ya 3 manat olur ki, bu da istehsal olunan ölkə, vərəqlərinin sayı, qalın və ya nazikliklə bağlıdır.

Tabaşir qələmlər – 1 manatdan (türk istehsalı 4 manat) başlayır.

Rəngli qələmlər – 70 qəpik – 2 manat.

Karandaşyonanlar – 30 qəpik-1 manat-2 manat 50 qəpik.

Gündəlik – 60 qəpik.

Dəftər üzləri – 5, 7, 15 qəpik.

Hesablama çöpləri – 50 qəpik.

Pozanlar –10-20 qəpik.

Hərifli, rəqəmli kartlar – 40 qəpik.

Kitab qoymaq üçün vitrin – 2 manat 50 qəpik, su qabları isə 1 manatdan başlayaraq 5 manata kimi davam edə bilər.

Məktəbli paltarlarına gəldikdə isə aşağı siniflər üçün 40-45 manat arası dəyişir.

Kitabların qiyməti ən aşağısı 3 manatdan başlayır, 4-5 manata qədər olur, 8-9 kitabdan istifadə olunur. Amma kitablar və iş dəftərləri Təhsil Nazirliyi tərəfindən verildiyindən hələ ki, satışda yoxdur.

Nə qədər olmaya, bu ildə valideynlər əməlli-başlı kisənin ağzını açmağa məcbur olacaqlar. Bir şagird üçün minimum 70-80 manat.

Comments are closed, but trackbacks and pingbacks are open.