Press "Enter" to skip to content

Nəsimi rayonunda Əlillər Günü münasibətilə keçirilən tədbir əyləncəli proqramla davam edib

Dövlət İmtahan Mərkəzi (DİM) pandemiya dövründə həyata keçirilən tədbirlər və fəaliyyətlər barədə hesabat verib.

DİM pandemiya dövründə həyata keçirilən tədbir və fəaliyyətləri açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) pandemiya dövründə həyata keçirilən tədbirlər və fəaliyyətlər barədə hesabat verib.

Milli.Az DİM-in hesabatını təqdim edir:

Pandemiya şəraitində keçirilən imtahanlarda iştirak edənlərin sayı haqqında məlumat (10 iyun – 20 sentyabr)

Ölkənin bütün rayon və şəhərlərini əhatə etməklə 14 imtahan günündə (10 iyun – 20 sentyabr) 9 və 11-ci siniflər üzrə buraxılış, Azərbaycan dili, əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilib, eləcə müxtəlif növ digər imtahanlar.

Avqust ayında isə 4 imtahan günündə 35 şəhər və rayonda I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.

Ümumilikdə 19 növ müxtəlif təyinatlı imtahanlar keçirilib:

9-cu sinif buraxılış

11-ci sinif buraxılış

9-cu sinif Azərbaycan dili

11-ci sinif Azərbaycan dili

9-cu sinif əlavə xarici dil

11-ci sinif əlavə xarici dil

9-cu sinif bölmə dəyişən

11-ci sinif bölmə dəyişən

9-cu sinif əvvəlki illərin məzunları üçün qəbul

11-ci sinif əvvəlki illərin məzunları üçün qəbul

Qəbul imtahanlarının ikinci mərhələsi (cari və əvvəlki illərin məzunları üçün)

Dövlət qulluğuna qəbul A növü

Dövlət qulluğuna qəbul B növü

Rezidenturaya qəbul (1 və 2-ci mərhələ)

Qabiliyyət imtahanları (ali məktəb, 11 və 9-illik kolleclər)

DSX məktəbinə qəbul

Yüksəliş müsabiqəsində test imtahanının oflayn mərhələsi

Bu imtahanlarda 307 000 nəfər iştirak edib.

Bundan başqa, dövlət qulluğuna qəbulun müsahibə mərhələsinin, o cümlədən, qiymətləndirmənin onlayn şəkildə keçirilməsi məqsədilə DİM mütəxəssisləri tərəfindən xüsusi proqram təminatı işlənib hazırlanmış və iyul ayından etibarən proqramın tətbiqinə başlanmışdır. Proqram vasitəsilə bu günədək onlayn qaydada 882 müsahibə keçirilmişdir.

Vətəndaş qəbulu və müraciətlər

  • Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu dayandırılsa da, vətəndaşların müraciətləri “Çağrı Mərkəzi”, elektron poçt və sosial şəbəkələr (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) vasitəsilə cavablandırılıb. Sərt karantin rejimi tətbiq olunduqdan sonra Çağrı Mərkəzinin əməkdaşları xüsusi proqram təminatı vasitəsilə zəngləri öz evlərindən cavablandırıblar. Müqayisə aparsaq 2019-cu ildə sentyabrın 22-dək 66200 zəng, bu ilin müvafiq dövrünədək 73343 zəng cavablandırılıb. Bu il 7134 zəng daha çox olub. Dövlət İmtahan Mərkəzinin regional bölmələri üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılıb. Mərkəzin [email protected] elektron poçt ünvanı vasitəsilə bu ilin 9 ayı ərzində 31727 müraciət cavablandırılıb, ötən ilin 9 ayı ərzində bu rəqəm 15260 müraciət təşkil etmişdir . Aprelin 1-dən etibarən DİM-in Facebook, İnstagram və Teleqram kanallarında ümumilikdə məlumat xarakterli 554 post paylaşılıb.
  • Hər imtahanın nəticələri ilə bağlı Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılmış, Komissiya daxil olmuş bütün müraciətləri araşdırmış, onlar abituriyentin istəyindən asılı olaraq onlayn qaydada və ya telefon vasitəsilə cavablandırılmışdır. Keçirilmiş bütün buraxılış və qəbul imtahanlarından sonra yaradılmış Apelyasiya Komissiyalarına 5050 ərizə daxil olmuş, onlardan 769-u təmin edilmiş, burada müraciət olunan tapşırıqların ümumi sayı 14869 olmuş, onlardan 1190 təmin edilmişdir.
  • Vizuallaşdırılmış dərs layihəsi çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik videodərs formasında hazırlanıb. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilib.
  • DİM Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), rezidentura, dövlət qulluğuna qəbul imtahanlarını 2020-ci il mart ayından iyul ayınadək ödənişsiz edib. Portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 39640 istifadəçi tərəfindən 131107 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).
  • Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə DİM-in youtube kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini də yerləşdirib. Hazırda Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 149 videomühazirə yerləşdirilib. İyunun 12-dən etibarən portala yerləşdirilən dərslərə 29519 baxış sayı qeydə alınıb.
  • Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirilib. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmayıb. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50% azaldılıb.
  • V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyib, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılıb. Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənlərinin də sayı azaldılıb.
  • COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.
  • İxtisas seçimi zamanı Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə 5 gün canlı yayım təşkil olunmuş, canlı yayımda Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı geniş statistik təhlil təqdim etmiş, abituriyentlərin diqqət yetirməli olduqları məsələlər haqqında məlumat vermiş, abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandırmışdır.
  • İxtisas seçimi zamanı abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə biliblər.
  • Bundan əlavə, ixtisas seçimi günlərində (10 – 20 sentyabr) 50-dən artıq Rayon Təhsil Şöbələrində, məktəblərdə DİM-in əməkdaşları və RTŞ-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərilib.

Psixoloji dəstək və virusla bağlı maarifləndirmə işləri

  • Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi” çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in “Facebook” və “Youtube” kanallarında, eləcə də Layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar, karantin rejimi müddətində psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı yazılar yerləşdirilib. COVID-19 pandeiyası ilə əlaqədar 3 dildə hazırlanan maarifləndirici videoçarxın ölkə kanallarında mütəmadi yayımı təşkil edilib.
  • Bundan əlavə, COVID-19 infeksiyası barədə bilikləri yoxlamaq üçün “COVID-19 haqqında məlumatlılıq” testi hazırlanıb otk.az və DİM-in saytına yerləşdirilib.
  • DİM tərəfindən Səhiyyə Nazirliyi ilə birgə sosial şəbəkə istifadəçiləri üçün koronavirus infeksiyası ilə əlaqədar “Özünü-yoxla – COVID-19” çatbotu (süni söhbət simulyasiyası) hazırlanıb.

2020-ci il ali təhsil müəssisələrinə tələbə qəbulu haqqında məlumat

Ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xatırladaq ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

Həmçinin 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 146 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 121 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 110 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ümumilikdə 45 mülki ali təhsil müəssisəsinə və 7 xüsusi təyinatlı (Polis Akademiyası, DTX Akademiyası, Sərhəd Xidmətinin Akademiyası, Ali Hərbi Məktəb, Daxili Qoşunların Ali Hərbi Məktəbi, FHN Akademiyası, Tibb Universitetinin Hərbi həkim işi) ali təhsil müəssisəsinə qəbul aparılıb. Qeyd olunmalıdır ki, vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması indiki dövrdə ölkəmiz üçün ən vacib məsələlərdəndir. Bunun nəticəsidir ki, cari ildə xüsusi təyinatlı ali təhsil müəssisələrinə müraciət edənlərin sayı və yüksək balla qəbul olunanların sayı artmışdır.

Beləliklə, bu il həm müsabiqə nəticəsində, həm müsabiqədənkənar, həm ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olanların sayı 43412 nəfər təşkil etmişdir. (Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanmadığı üçün bu rəqəm ümumi saya əlavə olunmayıb).

2020 və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumat

İmtahan iştirakçılarının sayı

Müsabiqəyə buraxılanlar, nəfər

Nəsimi rayonunda Əlillər Günü münasibətilə keçirilən tədbir əyləncəli proqramla davam edib

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nəsimi rayonundakı 11 və 268 nömrəli Xüsusi məktəblərdə təhsil alan 250-dən çox sağlamlıq imkanı məhdud olan şəxslərin iştirakı musiqili-əyləncəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarını salamlayıb.

Qeyd olunub ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən 268 saylı Xüsusi məktəbdir. Hazırda məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu 813 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 246 müəllim məşğul olur. Rayonda fəaliyyət göstərən 11 nömrəli Xüsusi məktəb 1947-1948-ci tədris ilində istifadəyə verilib və burada 830 nəfər təhsil alır. Rayonunda Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçası 1972-ci ildən fəaliyyət göstərir. Bağçada 7 qrup fəaliyyət göstərir ki, onlardan 5 qrupu kar, 2 qrup isə zəif eşidən qruplardır. 23 pedaqoji işçi 50 uşağın tərbiyəsi ilə məşğul olur. Rayonda Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi fəaliyyət göstərir ki, burada autizm sindromundan əziyyət çəkən uşaqların reabilitasiyasına dəstək göstərilir.

Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud olan bütün uşaqlara hədiyyələr təqdim olunub.

Rayondakı 11 və 268 nömrəli Xüsusi məktəblərdə təhsil alan şagirdlərin hazırladıqları kompozisiya və rəqslər, gənc musiqiçilərin ifaları tədbiri yaddaqalan və mənalı edib.

Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsi keçirilib – YENİLƏNİB

Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsi keçirilib – YENİLƏNİB Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə başlayıb.

13 Mart , 2023 14:00
https://static.report.az/photo/f41bd292-8fe6-39e2-b377-a949baeafafd.jpg

Milli Məclisin Elm və təhsil komitəsi Elm və təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsini keçirib. “Report” xəbər verir ki, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanda təhsil sahəsində həyata keçirilən davamlı islahatlardan söz açıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı, xüsusən, ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası ilə bağlı görülən işlərdən, qəbul edilən dövlət proqramlarından bəhs edib. Komitə sədri bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yerinə yetirilən genişmiqyaslı layihələrdən danışıb. Bugünkü ictimai dinləmənin müzakirəsinə çıxarılan “Ali təhsil haqqında” qanun layihəsinin Milli Məclisdə hazırlanması və təkmilləşdirilməsi prosesi barədə məlumat verən komitə sədri sənəddə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətlərin, qarşıya qoyulan hədəflərin öz əksini tapdığını qeyd edib. Qanun layihəsinin 12 fəsil 55 maddədən ibarət olduğunu deyən Bəxtiyar Əliyev sənədin əsas parametrləri barədə danışıb. Diqqətə çatdırılıb ki, layihədə ali təhsilin əlçatanlığının, keyfiyyətinin, səmərəliliyinin artırılması, həmçinin idarəetmənin, maliyyələşmənin təkmilləşdirilməsi və ali təhsildə beynəlxalq standartların, innovasiyaların tətbiqi, elm və təhsilin vəhdəti kimi məsələlərin hüquqi bazası müəyyən edilir. Sonra Elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsinin geniş müzakirələrinin keçirilməsini təqdir edərək sənədin kifayət qədər əhatəli hazırlandığını bildirib. Q anunun qəbulunun ali təhsil sahəsinin daha da inkişafında həlledici rol oynayacağını deyən nazir, ali təhsilin əmək bazarının müasir tələblərinə cavab verməsi, elmi nailiyyətlərə, yeni tələbatlara uyğun proqramların hazırlanması, təhsil səviyyələri və pillələri arasında sistemliliyin təmini, ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi, akkreditasiya kimi məsələlərlə bağlı fikirlərini bölüşüb. İctimai müzakirədə parlamentin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Ceyhun Məmmədov, Etibar Əliyev, Kamilə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal , Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, təhsil ekspertləri Asif Cahangirov və Şahlar Əsgərov çıxış edərək ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi, onların maliyyə dayanıqlığının artırılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması, xarici diplomların tanınması kimi bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər, qanun layihəsi ilə bağlı qeyd və təkliflərini səsləndiriblər. Elm və təhsil naziri Emin Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev müzakirələrdə qaldırılan məsələlərə aydınlıq gətiriblər, səslənən sualları cavablandırıblar. Dinləmədə deputatlar Tamam Cəfərova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə başlayıb. “Report” xəbər verir ki, ictimai dinləmə parlamentin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə keçirilir. Dinləmədə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və deputatlar iştirak edir.

Comments are closed, but trackbacks and pingbacks are open.