Kateqoriya: Dialekt (Azərbaycan dili)
II. Qərb qrupu:
1.ə~a –xavar; 2. i~ı – qıymat; 3. Sağır nun (η) səsinin geniş işlənməsi: maηa, saηa; 4. b~v-bava, çovan; 5. c~j- bajı, qoja; 6. Saitlər söz sonunda karlaşır- papax, kəlməx; 7. b~f – bava, çovan; 8. v~y buzoy, toyla; 9. Dodaq ahəngi qüvvətlidir: görmöyüf, qurumuyuf; 10. Təsirlik halda saitlə bitən sözlərin – yı şəkilçisi qəbul etməsi: qapıyı, quzuyu; 11. indiki zaman şəkilçiləri: -er, -or, – ör, aler, quror, görör; 12. Spesifik sözlər: gap eləmək, şennix-kənd, qəlbi-hündür, ayıbalası-çiy kərpic, sorux-döşəkağı və s.
Dialekt və şivələr
BƏDİİ ƏDƏBİYYATA DAİR İLK DİALEKTOLOJİ LÜĞƏT
Dilçilik tarixindən məlumdur ki, ədəbi dilin lüğət tərkibinin zənginləşməsində dialektizmlərin rolu böyükdür, dildə ilk olaraq dialekt və şivələr yaranır, cəmiyyət inkişaf etdikcə həmin sözlər də formalaşaraq ədəbi dilə keçir. Bu səbəbdəndir ki , dildə dialekt və şivələrin tədqiqi geniş vüsət almış , respublikamızda bu sahə kifayət qədər araşdırılmışdır .
Dialektoloji materiallar dilin həm tarixi fonetikasında , həm də qrammatikasının öyrənilməsində zəngin bir bazadır . Ona görə də dili yaxşı mənimsəmək üçün dialekt və şivələri öyrənmək vacib məsələlərdəndir . Çünki dialekt və şivələrin bir qisminin mənası ədəbi dildə müvafiq sözlərin mənasına uyğun gəlir . Deməli , dialekt və şivələr dil tarixi üçün zəngin material verir və bununla yanaşı , onlar xalqın tarixini , keçmiş adət-ənənələrini , etnoqrafiyasını etibarlı mənbə canlı fakt kimi özündə yaşadır . Məhz buna görə də Azərbaycan dilçiliyində dialekt və şivələr keçən əsrin əvvəllərində tədqiq olunmağa başlamış , ilk lüğət rüşeymləri hazırlanmış , həmçinin Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Dialektologiya şöbəsi yaranmışdır . Akademik M.Şirəliyev şöbənin ilk müdiri olmuş və bundan sonra Azərbaycan dialektologiyası geniş həcmdə tədqiq olunmağa başlamışdır . Bu sahədə M.Şirəliyev , R.Rüstəmov , M.Adilov , S.Behbudov , İ.Xasıyev , T.Hacıyev , E.Əzizov , K.Quliyeva , K.İmanquliyeva və başqaları tərəfindən bir çox araşdırmalar aparılmışdır . Aparılan tədqiqat işləri ilə yanaşı , toplanılan materiallar əsasında dialektoloji lüğətlər də hazırlanmışdır .
Qeyd edək ki , Azərbaycan dilçiliyində � Təfsirli xalq lüğəti � adlı ilk dialektoloji lüğət Q.R.Mirzəzadə tərəfindən 1921-ci ildə tərtib olunub . Həmin lüğət rusca-azərbaycanca terminoloji lüğət səviyyəsində olduğu üçün geniş yayılmamış , burada beynəlmiləl terminlərin çoxu ərəb və fars sözləri ilə əvəzləndiyinə görə nöqsanlı sayılmışdır . Nöqsanlı olmasına baxmayaraq , lüğətin Azərbaycan leksikoqrafiya tarixində mühüm əhəmiyyəti vardır . Bundan sonra Azərbaycan dialekt və şivələrinin lüğətini yaratmaq ideyası 1924-cü ilə təsadüf edir . Bu ideya 1926-cı ildə Bakıda baş tutmuş Birinci türkoloji qurultayda bəyənilmiş , 1929-cu ildə təsis edilmiş Dövlət Elmi-Tədqiqat İnstitutu nəzdində Dil , ədəbiyyat , sənaye və incəsənət şöbəsində fəaliyyətə başlamışdır . Həmin şöbənin tərkibində də lüğət komissiyası yaradılmışdır . Dövlətin nəzarəti altında komissiya gərgin iş şəraitində dialekt və şivələrə aid materiallar toplamışdır . Bununla da lüğətin �A� hərfinə aid hazırlanmış sözlük latın əlifbası ilə 1930-cu ildə , �B� hərfinə aid hazırlanmış sözlük isə ondan bir il sonra – 1931-ci ildə nəşr olunmuşdur . Lüğətin hazırlanıb işıq üzü görməsində türkoloq N.İ.Aşmarinin , A.R.Zifeldin , V.Xuluflunun , B.Çobanzadənin , İ.Həsənovun və Ə.Haqverdiyevin xüsusi rolları olmuşdur . Həmin lüğətdə , qeyd edildiyi kimi , 21 rayonun şivələrindən materiallar toplanmışdır .
Azərbaycan dialektoloji lüğətinin hazırlanmasına və tərtibinə Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsi tərəfindən 1958-ci ildə başlanmış , 1964-cü ildə isə bircildlik lüğət çap olunmuşdur . Lüğətdə 6300 dialekt söz verilmişdir . Həmin lüğətdəki sözlərin sayı sonradan artırılaraq 20 minə çatdırılmış və 2 cilddə Ankarada çap olunmuşdur (1999-2000). Bununla yanaşı , 2 dəfə Azərbaycan dialektoloji atlası nəşr olunmuşdur .
Dialekt sözlərinin böyük bir qismi yazıçı və şairlərimizin əsərlərində öz əksini tapmışdır : C.Məmmədquluzadənin , C.Cabbarlının , S.Vurğunun , S.Rəhimovun , Ə.Vəliyevin , R.Rzanın , S.Rüstəmin , S.Rəhmanın , S.Əhmədovun , İ.Şıxlının və başqalarının adlarını çəkə bilərik .
Son vaxtlar orta və gənc nəsil yazarların əsərlərində də dialekt sözlərə tez-tez rast gəlirik . Belə yazarlarımızdan Anar , Elçin , A.Abbas , Ç.Əlioğlu , E.Əlləzoğlu , İ.Məlikzadə , T.Hüseynov , V.Babanlı , A.Abdulla , V.Nəsib , B.Tağızadə , Ə.Bağırov , M.Bəkirli və digər onlarca yazıçı və şairlərimizin adlarını çəkmək olar .
Bu və ya digər yazıçıların əsərlərində işlənmiş dialekt və şivə sözləri bu yaxınlarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin dosenti , filologiya elmləri üzrə fəlsəfə doktoru Kübra Quliyevanın çapdan çıxmış 288 səhifəlik � Bədii ədəbiyyatda dialektizmlər � ( Bak ı , � Elm və təhsil �, 2019) adlı lüğətində öz əksini tapmışdır . Lüğətin redaktoru tanınmış Xalq şairi , Azərbaycan Yazıçılar Birliyinin birinci katibi , Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Fikrət Qoca və dilçi alim , Dialektologiya şöbəsinin müdiri , filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevadır . Rəyçilər isə professor Məhərrəm Məmmədli , filologiya üzrə fəlsəfə doktorları – Gültəkin Binnətova və Qüdsiyyə Qəmbərovadır .
Lüğətdə respublikamızın müxtəlif bölgələrindən olan yazarların əsərlərində ədəbi dilimizdə işlənməyən və yalnız dialekt və şivələrimizdə işlənən söz və ifadələr verilmişdir . Burada hər bir sözün izahı verilmiş , hər bir sözə uyğun ifadələrin açıqlaması da göstərilmişdir .
Lüğətdə 2200-dən artıq söz və ifadə vardır . Xalq şairi Fikrət Qocanın qeyd etdiyi kimi , lüğətdə bu qədər sözün toplanması alqışalayiqdir .
Lüğətdə verilmiş dialekt materialları 1987-1992-ci illərdə � Azərbaycan � və � Ulduz � jurnallarında dərc olunmuş bədii əsərlərdən götürülmüşdür . Göründüyü kimi , həmin dövr müstəqillik illərinin əvvəllərinə təsadüf edir .
Lüğətin müsbət cəhəti odur ki , orada verilmiş dialekt və şivə sözlərinin heç biri əvvəlki çap olunmuş lüğətlərdə əksini tapmamışdır . Bu da Kübra Quliyevanın tərtib etdiyi lüğətin sonradan hazırlanacaq digər dialektoloji və izahlı lüğətlər üçün bir mənbə olacağını söyləməyə əsas verir .
Adıçəkilən lüğətdə verilmiş dialekt sözləri , əsasən , � Azərbaycan � jurnalında nəşr olunan 103, � Ulduz � jurnalında nəşr olunan 130 yazıçı və şairin əsərlərindən götürülmüşdür ki , bunların bəzilərinin adlarını yuxarıda qeyd etmişik . Lüğətdə omonim sözlər də geniş əksini tapmışdır . Sözlər və söz birləşmələrinin şərhi sinonimlərlə aydınlaşdırılır . Nümunə üçün bir neçə misal veririk :
İrəmə I – təpəlik . – Boz , kərtənkələsifət irəmələr başlandı ( E.Əlləzoğlu � Yeddi çinar �).
İrəmə II – su çıxmayan yer . – Bəlkə bir yağış diləyəsən bizim bu dili eşiyə çıxan irəmələrə ( V.Nəsib � Hərlənbaba �).
İrəmə III – dikdir . – Ona elə gəldi ki , irəmədədir ( E.Əlləzoğlu � Şülləbaş Həmid �).
Çıxdanc – yararsız , vecsiz , kara gəlməyən , işə yaramayan , xeyirsiz . – Mənim bir borcum var – dedi – bacılıqdan çıxdanc ( M.Süleymanov � Səs �).
Girlənmək – hərlənmək , fırlanmaq , dolanmaq , gəzmək . – O da bunları güdürdü , daldada girlənir , tayı qoyur , xaşanı götürürdü ( S.Əhmədov � Yasaq edilmiş oyun �).
Düy vurmaq – car çəkmək , xəbər yaymaq . – Arvadı , uşaqları bütün kəndə düy vurmuşdular ( S.Səxavət � Sanatoriya �).
Səfsəfə danışmaq – çərənləmək , boş-boş danışmaq , yersiz , mənasız , cəfəngiyat danışmaq . – İndi icazə alınsa o qədər səfsəfə danışacaq ki , gəl görəsən ( F.Qoca . � Kələfin ucu �).
Belə bir lüğətin hazırlanması indiki şəraitdə dilimiz üçün olduqca vacib idi . Çünki bu , Azərbaycan dilinin zənginliyini bir daha sübut edir . Odur ki , tədqiqatı davam etdirməyini müəllifə məsləhət görürəm . Lüğət geniş oxucu kütləsi üçün də çox maraqlıdır . Hər kəs ondan istifadə edə bilər . Bu da oxucuda söz ehtiyatının artması üçün gözəl mənbədir .
Nəriman SEYİDƏLİYEV,
filologiya elmləri doktoru .
Kateqoriya : Dialekt (Azərbaycan dili)
Dilin lüğət tərkibinin qeyri-fəal hissəsinə daxil olan, yalnız müəyyən bölgələrdə işlənən və başa düşülən yerli-məhəlli sözlərə dialekt sözləri deyilir. Belə sözlər dilçiliyin “Dialektologiya” bölməsində öyrənilir. “Dialekt” və “şiva” anlayışları bir qədər fərqli anlayışlardır. Belə ki, dialekt daha geniş ərazini, şivə isə dialekt daxilində daha məhdud bölgəni əhatə edir. Dialektin daxilində ləhcə fərqləri özünü göstərir.
Dialekt və şivə (ləhcə) sözləri, əsasən, məişət (danışıq) üslubunda işlənir. Bədii üslubda isə fərdiləşdirmək, təbii, inandırıcı təsvir etmək üçün obrazın dilində də dialekt sözləri işlədilə bilir. Elə dialekt sözləri də olur ki, bu və digər söz sənətkarı öz əsərində işlətdikdən sonra ümumişlək sözə çevrilir (sayrışmaq, tərəcə və s.).
Əslində dialekt sözləri ədəbi dilin lüğət tərkibinə daxil deyil, yəni onları şərti olaraq ədəbi dilin ümumişlək olmayan sözlərindən bir qrupu kimi götürürük. Lakin nəzərə alanda ki, vaxtilə dilimizdə işlənmiş sözlərin bir qismi sonralar arxaikləşərək keçib dialekt və şivələrdə “yaşayır”, onda ədəbi dilimizin tarixi inkişafını öyrənmək baxımından belə dialekt sözləri də bu gün dilimizdəki fəal sözlər qədər əhəmiyyətli sayıla bilər.
Çağdaş Azərbaycan dilinin dialekt və şivələri
Azərbaycan dilinin dialekt və şivələrinin təsnifi, əsasən coğrafi əlamətlərə görə aparılmışdır:
- şərq qrupu dialekt və şivələri (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri);
- qərb qrupu dialekt və şivələri (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi);
- şimal qrupu dialekt və şivələri (Şəki dialekti, Zaqatala-Qax şivəsi);
- cənub qrupu dialekt və şivələri (Naxçıvan, Ordubad dialektləri).
Bu dialekt və şivələr həm Azərbaycan ədəbi dilindən, həm də bir-birilərindən müəyyən əlamətlərə görə seçilir.
I. Şərq qrupu: 1. a~e əvəzlənməsi: qaymaq~qeymağ, qayçı~qeyçi; 2. a~o əvəzlənməsi: baba~boba; barmaq~bormağ; 3. o~u əvəzlənməsi: qoşun-quşun; 4. ö~ü əvəzlənməsi: çörək-çürek; 5. Damaq saitlərindən sonra dodaq, dodaq saitlərindən sonra damaq saitlərinin gəlməsi: bacun, aton, gəlsön, alson; 6. Sağır nun (η) səsi işlənmir; 7. Söz ortasında y samiti əvəzinə g samitinin fəallığı: dügmə, ignə, igid, sögüd; 8. Saitlərin ahəngi pozulur: qaraçi, qeytan, oxıdi; 9. Şəkilçilər, əsasən, ikivariantlıdır (dodaq variantlı): gəlübdü, alıbdu, əkdüz; 10. Qeyri-qəti gələcək zamanın inkarında –man, -mən, -mar, -mər şəkilçilərinin işlənməsi: almanam, gəlmənəm, qaçmarsan, almarsuz və s. 11. Bu qrupa aid spesifik sözlər özünü göstərir: tuğ-bayraq, xır-bostan, qəmbər-çay daşı, uruğ-nəsil, meşmeşi-ərik.
II. Qərb qrupu: 1.ə~a –xavar; 2. i~ı – qıymat; 3. Sağır nun (η) səsinin geniş işlənməsi: maηa, saηa; 4. b~v-bava, çovan; 5. c~j- bajı, qoja; 6. Saitlər söz sonunda karlaşır- papax, kəlməx; 7. b~f – bava, çovan; 8. v~y buzoy, toyla; 9. Dodaq ahəngi qüvvətlidir: görmöyüf, qurumuyuf; 10. Təsirlik halda saitlə bitən sözlərin – yı şəkilçisi qəbul etməsi: qapıyı, quzuyu; 11. indiki zaman şəkilçiləri: -er, -or, – ör, aler, quror, görör; 12. Spesifik sözlər: gap eləmək, şennix-kənd, qəlbi-hündür, ayıbalası-çiy kərpic, sorux-döşəkağı və s.
III. Şimal qrupu: 1.ə~e- eyləş, bey; 2. Sağır nun (η) itmək üzrədir; bir sıra şəkilçilər ahəngə tabe olmur: beşlıx, getmax; 3. xüsusi əvəzliklərin varlığı: habu, hu, hunda, mā, sā, mağa, sağa; 4. İndiki zaman: gələ durur, baxa durur; 5. II növ təyini söz birləşmələrinin II tərəfi mənsubiyyət şəkilçisiz işlənir: göz ağrı, baş ağrı, menin göz; 6. spesifik sözlər: tabun, şaqqa- ailə, əqraba, şəhrə-məhəllə, palankeş-süzgəc, ataqar-meşə, quştuqur-pəhləvan
IV. Cənub qrupu: 1.ə çox açıq tələffüz olunur: əv, həylə; 2. a~ə: əyax, qərə, dəğ, bəğ; 3. e~ə: pənir, səvgi, dəyil; 4. x~h: horuz, hurcun; 5. Indiki zaman formaları: -iy, – iri: gəliy, gediri, seviri; 6. Spesifik sözlər: qəzilləməx` – aldatmaq, mavrı-pişik balası, mayıf-şikəst, xudrı-boş və s.
“Dialekt (Azərbaycan dili)” kateqoriyasındakı səhifələr
Bu kateqoriyada 2 səhifə var və onlardan 2 səhifə aşağıda göstərilir.
Ləhcə və şivələr
Azərbaycan dilinin dialekt və şivələrinin təsnifi, əsasən coğrafi əlamətlərə görə aparılmışdır: 1) şərq qrupu dialekt və şivələri (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu dialekt və şivələri (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi); 3) şimal qrupu dialekt və şivələri (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu dialekt və şivələri (Naxçıvan, Ordubad dialektləri).
Bu dialekt və şivələr həm Azərbaycan ədəbi dilindən, həm də bir-birilərindən müəyyən əlamətlərə görə seçilir.
I. Şərq qrupu:
1. a~e əvəzlənməsi: qaymaq~qeymağ, qayçı~qeyçi; 2. a~o əvəzlənməsi: baba~boba; barmaq~bormağ; 3. o~u əvəzlənməsi: qoşun-quşun; 4. ö~ü əvəzlənməsi: çörək-çürek; 5. Damaq saitlərindən sonra dodaq, dodaq saitlərindən sonra damaq saitlərinin gəlməsi: bacun, aton, gəlsön, alson; 6. Sağır nun (η) səsi işlənmir; 7. Söz ortasında y samiti əvəzinə g samitinin fəallığı: dügmə, ignə, igid, sögüd; 8. Saitlərin ahəngi pozulur: qaraçi, qeytan, oxıdi; 9. Şəkilçilər, əsasən, ikivariantlıdır (dodaq variantlı): gəlübdü, alıbdu, əkdüz; 10. Qeyri-qəti gələcək zamanın inkarında –man, -mən, -mar, -mər şəkilçilərinin işlənməsi: almanam, gəlmənəm, qaçmarsan, almarsuz və s. 11. Bu qrupa aid spesifik sözlər özünü göstərir: tuğ-bayraq, xır-bostan, qəmbər-çay daşı, uruğ-nəsil, meşmeşi-ərik.
II. Qərb qrupu:
1.ə~a –xavar; 2. i~ı – qıymat; 3. Sağır nun (η) səsinin geniş işlənməsi: maηa, saηa; 4. b~v-bava, çovan; 5. c~j- bajı, qoja; 6. Saitlər söz sonunda karlaşır- papax, kəlməx; 7. b~f – bava, çovan; 8. v~y buzoy, toyla; 9. Dodaq ahəngi qüvvətlidir: görmöyüf, qurumuyuf; 10. Təsirlik halda saitlə bitən sözlərin – yı şəkilçisi qəbul etməsi: qapıyı, quzuyu; 11. indiki zaman şəkilçiləri: -er, -or, – ör, aler, quror, görör; 12. Spesifik sözlər: gap eləmək, şennix-kənd, qəlbi-hündür, ayıbalası-çiy kərpic, sorux-döşəkağı və s.
III. Şimal qrupu:
1.ə~e- eyləş, bey; 2. Sağır nun (η) itmək üzrədir; bir sıra şəkilçilər ahəngə tabe olmur: beşlıx, getmax; 3. xüsusi əvəzliklərin varlığı: habu, hu, hunda, mā, sā, mağa, sağa; 4. İndiki zaman: gələ durur, baxa durur; 5. II növ təyini söz birləşmələrinin II tərəfi mənsubiyyət şəkilçisiz işlənir: göz ağrı, baş ağrı, menin göz; 6. spesifik sözlər: tabun, şaqqa- ailə, əqraba, şəhrə-məhəllə, palankeş-süzgəc, ataqar-meşə, quştuqur-pəhləvan
IV. Cənub qrupu:
1.ə çox açıq tələffüz olunur: əv, həylə; 2. a~ə: əyax, qərə, dəğ, bəğ; 3. e~ə: pənir, səvgi, dəyil; 4. x~h: horuz, hurcun; 5. Indiki zaman formaları: -iy, – iri: gəliy, gediri, seviri; 6. Spesifik sözlər: qəzilləməx` – aldatmaq, mavrı-pişik balası, mayıf-şikəst, xudrı-boş və s.
Comments are closed, but trackbacks and pingbacks are open.