Diaqnostik qiymtlndirm nümunesi
14 Mar 08:58
Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ
Məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır.
Məktəbdaxili qiymətləndirmənin üç növü var: 1. Diaqnostik2. Formativ 3. Summativ
Diaqnostik: Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Məktəbdaxili qiymətləndirmənin bu növünün əhəmiyyəti ondan ibarətdir ki, şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır. Eləcə də, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.Diaqnostik qiymətləndirmənin müxtəlif metodları mövcuddur ki, bu səhifədə siz onlardan bəzi nümunələrlə tanış ola bilərsiniz:
• Müsahibə
• Söhbət
• Müşahidə
• Tapşırıqlar
• Valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq
Formativ: Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə müəyyən edilmiş sxemlər üzrə aparılır. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır və şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir. Formativ qiymətləndirmənin aşağıdakı üsullrı var:
• Müşahidə
• Şagirdlərin şifahi cavabları
• Şagirdlərin yazı işləri
• Test tapşırıqları
Formativ qiymətləndirmə iki sxem üzrə həyata keçirilir: Holistik qiymətləndirmə sxemi sürətli qiymətləndirmədir, təlim prosesində məqsədlərə görə müəyyən olunmuş bacarıqların ayrı-ayrılıqda qiymətləndirilməsi yolu ilə şagirdin inkişaf səviyyəsinin qısa müddətdə ümumi şəkildə dəyərləndirilməsidir. Analitik qiymətləndirmə sxemi şagirdlər üçün nəzərdə tutulan konkret bacarıqların müəyyən olunmuş uzun müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir.
Summativ: Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Summativ qiymərləndirmənin üç növü var: şifahi təqdimatlar, testlər və nailiyyətlərin nümayişi.
Diaqnostik qiymtlndirm nümunesi
“Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirmənin aparılmasına dair metodiki göstərişlər” hazırlanıb.
Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinə və birbaşa tabeliyində olmayan digər ümumi təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.
Qeyd edilib ki, diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin əvvəlində (bölmə, fəsil), hər hansı bir mövzunun tədrisinin başlanğıcında, həmçinin başqa sinif və ya məktəbdən qəbul olunan şagirdlərin bilik və bacarıq səviyyəsini aşkara çıxarmaq məqsədilə aparılır. Məktəbdə diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanmasında bu məqsədlərin nəzərə alınması vacibdir. Diaqnostik qiymətləndirmənin nəticələri tədris prosesinin planlaşdırılmasına zəmin yaradır. Mövcud vəziyyətlə bağlı şagirdlərin təlim ehtiyaclarını öyrənmək, psixoloji durumunu müəyyənləşdirmək üçün psixoloqlarla birgə diaqnostik qiymətləndirmə aparılır.
Diaqnostik qiymətləndirmənin aparılması üçün məqsədlərin dəqiqliyinə və aydınlığına diqqət yetirilir. Diaqnostik qiymətləndirmə zamanı “Nəyi qiymətləndirirəm?”, “Şagirdlərin hansı bilik və bacarıqlarını dəyərləndirmək istəyirəm?” suallarına cavab axtarılır. Yeni tədris ilində təkrar mövzular yekunlaşdıqdan sonra ilk dərsin 15 dəqiqəsi diaqnostik qiymətləndirmənin aparılmasına həsr olunur. Diaqnostik qiymətləndirmə zamanı məqsədlər müəyyənləşdirilərkən fənlər üzrə təhsil proqramının məzmunu əsas götürülür.
Diaqnostik qiymətləndirmə vasitələri hazırlanmazdan əvvəl fənlər üzrə siniflərin sonunda gözlənilən təlim nəticələrinə uyğun təməl bacarıqlar müəyyən edilir. Həmin təməl bacarıqlara əsasən ölçülə bilən qiymətləndirmə meyarları müəyyənləşdirilir. Müəyyən edilmiş meyar və indikatorlara uyğun qiymətləndirmə vasitələri hazırlanır. Diaqnostik qiymətləndirmə vasitələri ümumi sayı 20 olmaqla çətinlik dərəcələri müxtəlif olan (asan, orta, çətin) tapşırıqlardan tərtib edilir.
Diaqnostik qiymətləndirmənin üsul və vasitələri (şifahi və yazılı sorğu, açıq və qapalı cavablı suallar, nəzəri və praktik xarakterli tapşırıqlar, yazı işləri və s.) fənnin xarakterinə uyğun seçilir. Şagirdlərin bilik və bacarıqları haqqında tam təsəvvürün yaranması üçün bir-birilə əlaqəli sual və tapşırıqlardan istifadə olunur. Diaqnostik qiymətləndirmədə “düzgün” və “səhv” və ya “doğru” və “yanlış” kimi ifadələrdən istifadə edilir. Diaqnostik qiymətləndirmə I-IV siniflərdə əyani, V-Xı siniflərdə isə distant (məsafədən) keçirilir.
Şagirdlərin müvəffəqiyyət dərəcəsi, zəif və ya güclü tərəfləri diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Diaqnostik qiymətləndirmə keçirildikdən sonra əvvəlcədən hazırlanmış meyarlara əsasən cavablar qruplaşdırılır və cədvəllərdə göstərilir. Sualların hazırlanması meyarların ardıcıllığı ilə eyni götürülür. Hər meyarın qarşısındakı “düz”, “səhv” və “cavablandırılmayıb” sözləri yazılmış xanalarda şagirdlərin sayı qeyd olunur. Şagirdlərin siyahısı və sualların nömrələri qeyd olunmuş cədvəl tərtib edilir. Cədvəldə şagirdlərin diaqnostik qiymətləndirmə suallarını cavablandırma vəziyyəti əks olunur: düzgün cavablar “D”, səhv cavablar “S”, cavablandırılmayan suallar “C” hərfləri ilə işarə edilir. Diaqnostik qiymətləndirmənin nəticələri şagirdlərin bilik və bacarıqları haqqında tam təsəvvür yaratmağa imkan verir.
Diaqnostik qiymətləndirmənin nəticələri təhlil edilir və müəllimlər fəaliyyət planında (illik və cari planlarda) dəyişiklik aparır. Diaqnostik qiymətləndirmənin nəticələri barədə müəllimin qeydləri şagirdlərin fərdi qovluğuna qoyulur. Şagirdlərin diaqnostik qiymətləndirmə zamanı göstərdikləri nəticələrə uyğun olaraq fənn üzrə təlimin təşkilinə dair strategiyalar, forma və üsullar müəyyənləşdirilir.//APA
Diaqnostik qiymtlndirm nümunesi
Əsas xəbərlər
14 Mar 10:07
Kəlbəcər, Laçın və Xocalıdakı mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub
14 Mar 08:58
Xankəndi-Laçın yolunda ekofəallar 93 gündür yüksək fəallıq nümayiş etdirirlər
14 Mar 00:02
Bu gün Torpaq çərşənbəsidir
13 Mar 23:50
MN: Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb
13 Mar 22:40
Prezident İlham Əliyev: Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanı verdi
- Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışının vaxtı bilindi
- Manaf Ağayevin oğlu həbs edildi – YENİLƏNİB
- İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub – YENİLƏNİB
- Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər həbs edilib
- Bakıdakı silahlı insidentlə bağlı YENİ XƏBƏR – RƏSMİ
Comments are closed, but trackbacks and pingbacks are open.