Press "Enter" to skip to content

Difai tşkilatının yaranması v faliyyti

Rafael Hüseynov yazır: “Rusların təzyiqi artırdı və bu səbəbdən firqə öz fəaliyyətini müəyyən bir müddətə dondurmaq məcburiyyətində qaldı. Buna səbəb əldə edilmiş bir xəbər idi. Rus idarəsinin hər təşkilatında “Difai”nin adamları var idi, bilxassə Rus Milli Təhlükəsizlik İdarəsində Sədrəddin adlı çox qiymətli arxadaş tərcüməçi və katib işləyirdi. O “Difai” Partiyasının üzvü olduğunu təxmin etdiyi bir nəfərə xəbər verir ki, “Molla Hədi ismində birisi gizlin olaraq Rus Milli Təhlükəsizlik İdarəsinə gəlir və 5 dəqiqə sonra tanımadığım bir erməni müfəttişin evinə aparılır. Zənnimcə, erməni molla Hədiyə mütərcimlik ədir. Uzun müddət qalıb danışırlar…”

“Difai” təşkilatı: Tariximizin qururlu səhifəsi

XX əsrin əvvəllərində Azərbaycan türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalır. Azərbaycan türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılır. Ruslar tərəfindən silahlandırılan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan türklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirlər…

1905-ci ildə Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən “Fədai” adlı gizli bir cəmiyyət yaradılır. Türkçü-publisist Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi “Türk ili” kitabında Əhməd bəy Ağaoğlunun tərcümeyi-halını yazarkən qeyd edir: “Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda “Fədai” adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu”.

“Fədai”lilər

“Fədai” cəmiyyətinin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Hüseyn Baykaranın yazdığı kimi, “Fədai” cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. “Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin “Fədai” təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq…” (Y.Akçuraoğlu, “Türk ili”, səh. 441). Bir müddət sonra “Fədai” cəmiyyəti “Difai” Partiyasına çevrilir.

“Difai” – təşkilatdan topluma doğru

1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan “Difai” Partiyasına məxsus Bəyannamədə deyilir: “Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik.”

Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının “ölüm-qalım” mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu. Sonrakı iş isə təşkilatdan asılı idi. Bu səbəbdən də Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər millətçilərlə görüşərək orada “Difai” təşkilatını yaratdı. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan “Difai” Təşkilat Komitəsinin üzvləri idilər.

Nağı bəy Şeyxzamanlı özünün “Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri”ndə yazır: “O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni “Difai” firqəsi deyə adlandırmağa qərar verirlər” (N.Şeyxzamanlı. “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri”, B., 1997, səh.20).

Rafael Hüseynov 1996-cı ildə çap edilmiş “Rəfibəylilər” adlı kitabında yazır: “”Difai” təşkilatı 1905-ci ildə Bakıda erməni təcavüzkarlarına qarşı mübarizələrin təşkilatlanma ehtiyacından doğdu və onun yaradıcısı Əhməd bəy Ağayev idi. Bakıda doğulan “Difai”nin ilk bölgə təşkilatı Gəncədə yaranır, onun özəyində sadiq vətənsevərlər dayanır və əlbəttə ki, ilk sırada Ələkbər bəy… Və əsrin əvvəlində Gəncədə türklərə qarşı əlbir erməni-rus hücumlarına qarşı mübarizənin önündə “Difai”çi Ələkbər bəy Rəfibəyov dayanmışdı.”

Bu minvalla Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan “Difai” təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar gedirdi. Həmin gizli donoslardan birinin məzmunu ilə tanış olaq.

Yelizavetpol polismeysteri 18 iyul, 1907 № 179 Tam məxfi Cənab Yelizavetpol qubernatoruna

Bu il 30 may tarixli, 571 nцmrəli sirkulyar sərəncama mьvafiq olaraq Zati Alilərinizə bildirirəm ki, mьsəlman partiyaları “DİFAİ” və “Müdafiə”nin quberniyanın müsəlman əhalisindən qeyri-leqal yolla toplanan vəsait hesabına mövcud olmaqlarını müəyyənləşdirdik. Partiyanın rəhbərləri yelizavetpollu Ələkbər bəy Rəfibəyov və Axund Molla Məmməd Paşa Namazzadədir.

“Difai” Partiyasının məqsədi: ümumilikdə xalqın maraqlarının müdafiəsi və başlıca olaraq təhsil; “Müdafiə” – ümumən kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması, mülkədar torpaqlarının kəndlilər arasında bölünməsi, mövcud dövlət quruluşunun devrilməsi, həmçinin, mülkədarlara torpaq üçün vergilərin ödənilməməsi vasitəsilə onların rifah halının yüksəldilməsi. Ümumiyyətlə, hər iki partiyanın son məqsədi eynidir.

QEYD: Yarım əsr sonra (1959) Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən nəşr edilən “Azərbaycan tarixi” adlı kitabda (nəşr tarixi 1964) “Difai” Partiyasına belə qiymət verilir: “1905-ci ilin payızında Azərbaycanın Şuşa, Cavanşir, Karyagin və başqa qəzalarında tacirlərdən, qolçomaqlardan, burjua-mülkədar ziyalılardan və qismən də bəylərdən ibarət mürtəce “Difai” adlı təşkilat meydana çıxdı. Burjua-mülkədar ziyalıları K.Mehmandarov, Ə.Ağayev, Ə.Rəfibəyov təşkilata başçılıq edirdi. Müsəlmanları daşnakların basqınından müdafiə etmək pərdəsi altında çıxış edən “Difai” təşkilatı millətlər arasında toqquşmaları qızışdırmaqda iştirak edirdi. Onun fəaliyyətindəki əsas metodlardan biri fərdi terror idi. Bəzi hallarda “Difai”nin üzvləri daşnaklara kömək etməkdə təqsirləndirilən məmurlara qarşı terror tətbiq edirdilər” (“Azərbaycan tarixi”, Bakı, 1964, səh. 613).

Təşkilatın fəaliyyəti

1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı “Difai” sözün əsl mənasında “Qafqazı qanlı səhnə halına salmaq” barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən “Cəmiyyəti-Xeyriyyə” və “Nəşri-Maarif” cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri – Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır: “Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. ERMƏNİLƏR TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏRİN ƏVƏZİNİ GÖRDÜLƏR…”

Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: “Bu hadisələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən “Difai” firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər. Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki, xalq bir şey bilmirdi, bilsə də söyləməzdi. Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin, nəticə alınmırdı. “Difai” firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi “Difai” firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı”.

Bu barədə Rəfael Hьseynovun “Rəfibəylilər” kitabında belə qeyd olunur: “O günlərin və hadisələrin şahidi N.Keykurunun xatiratı əlavə təfərrüatları pıçıldayırdı: “Rus idarəsi “Difai” Firqəsinin bir üzvünü tapıb xəbər verənə yaxud möhürünü əldə edənə 50000 qızıl rubl vəd etmişdi. Lakin vəziyyətdə heç bir dəyişiklik olmadı.”

“Difai”nin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi. “Difai” bunun da əlacını tapır: “”Difai” Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, “Difai” Partiyasının qərarı idi…” (Hüseyn Baykara, Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, səh. 124).

“Difai” firqəsinin ilk “nəhəng” qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün “Difai” Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca layiq olduğu cəzanı alır. Qətlin ertəsi gününün gecəsi “Difai” firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır.

“Rus idarəsinin hər təşkilatında “Difai”nin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bir gün o qardaş “Difai” firqəsinin üzvü olduğunu təxminən bilən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, xeyli qalırlar və söhbət edirlər. “Difai” toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. “Difai” firqəsi Molla Hadının qətlinə qərar verir və bir gün sonra o, öldürülür. Polislər cənazəni götürmürlər, bütün gün evində qalır. Mollalardan heç kəs cənazə namazını qılıb dəfn etməyə cəsarət göstərmirlər. Nəhayət, Molla Musa adında bir nəfər “Difai”nin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, “cənazə evdə qalıb. Sən izn ver, gedib namaz qılıb, dəfn etdirim”. Həmin kəs hirslənərək mollaya cavab verir: “Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!” Molla Musa bunu “Difai” tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir” (N.Şeyxzamanlı. “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri”, B., 1997, səh.21).

Rafael Hüseynov yazır: “Rusların təzyiqi artırdı və bu səbəbdən firqə öz fəaliyyətini müəyyən bir müddətə dondurmaq məcburiyyətində qaldı. Buna səbəb əldə edilmiş bir xəbər idi. Rus idarəsinin hər təşkilatında “Difai”nin adamları var idi, bilxassə Rus Milli Təhlükəsizlik İdarəsində Sədrəddin adlı çox qiymətli arxadaş tərcüməçi və katib işləyirdi. O “Difai” Partiyasının üzvü olduğunu təxmin etdiyi bir nəfərə xəbər verir ki, “Molla Hədi ismində birisi gizlin olaraq Rus Milli Təhlükəsizlik İdarəsinə gəlir və 5 dəqiqə sonra tanımadığım bir erməni müfəttişin evinə aparılır. Zənnimcə, erməni molla Hədiyə mütərcimlik ədir. Uzun müddət qalıb danışırlar…”

Beləliklə, Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək “Difai”nin bir nəçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə cəhənnəmə vasil edilir. “Xainin cənazəsini polislər qaldırırlar, cəsədi bütün gün evində qalır. Mollalardan heç kim cənazə namazını qılıb onu dəfn eləməyə cürət etmirdi…”

Difai” Partiyası aqrar məsələdə mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanmasını nəzərdə tuturdu. Proqramda daha geniş inzibati özünüidarə, xüsusilə din və məhkəmə işlərində, gələcəkdə isə Qafqazın və Zaqafqaziyanın müsəlmanlarına muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu. Partiya təhsilin yaxşılaşdırılmasını əsas vəzifə hesab edirdi. “Difai”nin Mərkəzi Komitəsi Bakıda yerləşirdi.

1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. “Difai” ilk dəfə olaraq burada öz üzündəki niqabını götürür və üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazır: “Növbə siyasi partiyalara gəlmişdi. Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu vaxt bir erməni yerindən qalxaraq dedi: “Vətəndaşlar, bilirsinizmi ki, ermənilərin iki əsas siyasi partiyaları var – biri “Daşnak”, digəri “Hnçak” partiyasının tarixini söylədi və dedi ki, bu partiyanın məqsədi qanun və sülh içərisində yaşamaqdır (Bu təklifdən əvvəl, Azərbaycan türklərindən “Ədəmi – mərkəziyyət” partiyasından bir nümayəndəsi, ermənilərdən isə bir nəfər “Daşnak” nümayəndəsinin namizədliyi qəbul edilmişdi. Ermənilər “Hnçak”dan da bir nəfərin icra komitəsində təmsil olunmasına çalışırdılar – V.Ə.). Məclisə bu partiyadan da bir nəfər üzv alınsa, türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə əyləşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx, belə bir təklif irəli sür. Məşhur “Difai” firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O, sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı. Yazıldı, amma erməni və türklərin gözləri məndə idi. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli “Difai” firqəsinin nümayəndəsini görürdülər” (N.Şeyxzamanlı. “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri”, B., 1997, səh.26). Təkliflər keçir. Bir həftədən sonra Kerenskidən teleqram gəlir. O, “Difai”nin tarixini, nizamnaməsi ilə maraqlanır. Lazımi sənədlər ona göndərilir və “Difai” firqəsi olaraq açıq fəaliyyətə başlanılır: “İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində “Difai” ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi. İki ay keçmədən bir hərbi qüvvə halına gələn “Difai” təşkilatının köməyi ilə Gəncə milli komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxartdı. “Difai” firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu” (N.Şeyxzamanlı. “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri”, B., 1997, səh.27).

Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Qrandsk Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən “Difai” Partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə seçilən və tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun axırına çıxmaq tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. “Difai”çilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər.

Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçəsi barədə öz “xatirələri”ndə yazır: “Bir həftə sonra “Difai” firqəsi Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Həmin Kalasçapov ki, Qarabağda diviziya komandiri olaraq, diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir. Bunun üçün Tiflisə göndərilən Bilal 2 gün sonra generalı küçədə öldürmüşdü və bu xəbər rus idarəçilərini narahat edirdi. Hətta “Difai” firqəsinin əmri olmadan hər tərəfdə belə qətl hadisələri baş verirdi. Ancaq “Difai” firqəsi qərar verdiyi ölümlərə bəraət verirdi. “Difai” bəyannamə yayırdı” (N.Şeyxzamanlı. “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri”, B., 1997, səh.20).

Təşkilatın Şuşa şöbəsi

Şuşada xalq arasında “dəli sudya” adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kцmək etdiyi ьзьn “Difai”nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə “daimi istirahət”ə göndərilirlər. Bu siyahını uzatmaq da olar. Bütün bunları əlbəttə ki, Azərbaycanda xalqın azadlıq uğrunda mübarizəsinin başlanğıcı kimi qiymətləndirməliyik. Sonralar “Difai” partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).

Qarabağda (Şuşada) “Difai” Komitəsinin üzvlərindən Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür. 1907-ci ildə “Difai” təşkilatının qanadı “Qarabağ məclisi”nin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarоv Iran təəbəsi оlduğundan оnu İrana yоlladılar.

Şuşa təşkilatının üzvləri:

  • Kərim bəy Mehmandarov – sədr
  • Cahangir xan Nuribəyov – köməkçisi
  • Xuduş Quliyev – katib
  • Məşədi Şamil Hacıyev – hərbi təşkilatın rəisi
  • Muxtar bəy Muradov
  • Əfrasiyab Əzimov
  • İsmayıl bəy Daruğa Axundov
  • Mirzə Hüseyn bəy Münşizadə
  • Zülfüqar bəy Haqverdiyev
  • Məşədi Yusif Mirsiyabov
  • Məmmədcəfər Muxtarov
  • Hacı Sadıq Məmmədov
  • Süleyman Əsgərov

Təşkilatın Qaryagin şöbəsi

Qaryagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ.V.Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, “Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ilə , o cümlədən, Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə demokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları bağlı idi”.

Qaryagin qəzasında “Difai” təşkilatının üzvləri:

  • A. Vəzirov
  • M. Axundov
  • Mirzə Əli Axundov
  • Hacı Muxtar Sadıqov
  • Məşədi Camal bəy Vəzirov
  • Mirzə Camal Yusifzadə
  • Məmmədqulu xan Cavanşir

Təşkilatın Tərtər şöbəsi

Tərtərdə partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.

“Difai” təşkilatının üzvləri:

  • Məşədi Dadaş Muradxanov
  • Məşədi Şükür bəy Muradxanov
  • Məşədi Rüstəm bəy Muradxanov

“Difai”nin möhürü

Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən “Difai” hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. “Difai”nin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü. “Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli başlı qorxmuşdu. Beləcə rus idarəsi ilə “Difai” mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, “Difai” firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar. Bu vaxt mən gizli təşkilatda çalışırdım. Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: “Artıq “Difai” fəaliyyətini dayandırıb. Möhür saxlanırmı, yoxsa yox edilib?” Mirzə Məhəmməd dedi: “Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq”. Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır” (N.Şeyxzamanlı. “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri”, B., 1997).

Möhürün sonrakı taleyi ilə bağlı Nağı bəy Şeyxzamanlı öz “xatirələri”ndə geniş məlumat verir. Belə ki, Rusiya İnqilabi Sosialist Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı “Difai”nin möhürü də götürülür. Axtarışa və Mirzə Məhəmmədin həbsinə səbəb Kruçkovun onunla yaxın münasibətlərdə olması idi. Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi.

Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının “naməlum” möhür tapmaları, “Difai”çiləri ciddi təhlükə altına qoyurdu. Bu zaman köməyə Təhlükəsizlik Şöbəsinin katibi, “difai”çi Sədrəddin gəlir. Şeyxzamanlı və Sədrəddinin birgə qurduqları plan müvəffəqiyyətlə həyata keçirilir. Sədrəddin elə həmin gecənin səhəri Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan “Difai”nin möhürünü dəyişir, izi itirmək məqsədi ilə möhürü sobaya atıb məhv edir. İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğu sonuncunun özü tərəfindən təsdiqləndiyindən, “Difai” bu vəziyyətdən “quru” çıxa bilir. Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir. Onun sürgün edilməsi ilə əlaqədar Gəncə gimnaziyasında boşalan müəllimlik yerinə maarif cəmiyyətindən namizədliyi irəli sürülmüş Mirzə Hüseyni rus maarif müdiri işə qəbul etmək istəməsə də, Ələkbər bəy Rəfibəylinin müdaxiləsi və “Difai”nin təzyiqi ilə geri çəkilməli olur: “Rəfibəyli klubda maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmamasının səbəbini soruşmuş və tələbələrin himayədarlarının bu şəxsin təyin olunması üçün israr etdiklərini söyləmiş və demişdir ki, “Qorxuram ki, bir siyasi məsələ çıxa bilər. “Difai” firqəsi isə müdafiə edərək Mirzə Hüseynin təyin olunmasını tələb edir. Bu səbəbdən xoşagəlməz bir hadisə baş verə bilər. Siz buna mane olmalısınız, yəni Mirzə Hüseyni təyin etməlisiniz”. Maarif müdiri bir müddət fikirləşdikdən sonra başqa çıxış yolu olmadığından əvvəlki fikrindən və qərarından vaz keçərək Gəncə gimnaziyasına Mirzə Hüseyni müəllim təyin edir” (N.Şeyxzamanlı. “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri”, B., 1997, səh.24).

“Difai”nin ardıcılları

“Difai”nin fəaliyyəti tezliklə Azərbaycanda yəni radikal-milliyyətçi ruhlu təşkilatların meydana gəlməsinə təkan verdi. O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən “Müsəlman Xeyriyyə Cəmiyyəti” və “Qarabağ Birlik Məclisi” təşkilatlarını buna misal göstərmək olar. “Qarabağ Məclisi”nin başlıca komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi. Məclis yaxşı silahlanmış 400 gəncdən ibarət döyüş drujinası təşkil etmişdi. Bu təşkilatın proqramının əsas məqsədi hökümət idarələrinin boykot edilməsi, aqrar məsələ, partiyanın tələblərinə tabe olmayanların cəzalandırılmasından ibarət idi. “Qarabağ Birlik Məclisi” Partiyasını yaratmaqda başlıca məqsəd isə şübhəsiz ki, gələcəkdə ermənilərlə toqquşmalarda onlara layiq olduqları cavabı verməkdi. Bu partiya əhali arasında baş vermiş cinayət işlərini araşdırır, günahkarı ya cərimə edir, ya da cəzalandırırdı. Bu isə cinayət hadisələrinin və oğurluğun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. 1907-ci il sentyabrın sonunda Məclisin fəaliyyəti dayandırılır. 1908-ci ildə onun Şuşa komitəsinin üzvləri həbs edilir və hökümət əleyhinə yaradılmış müsəlman partiyasında fəaliyyət göstərdiklərinə görə Həştərxana sürgün olunurlar.

1907-ci ilin may ayında korpus topoqrafı polkovnik İbrahim bəy Vəkilov tərəfindən Tiflisdə yaradılan “Müdafiə” partiyası isə Yelizavetpol quberniyasının qərb hissəsində, Borçalı və Qazaxda xeyli nüfuza malik idi. Bu partiya da “Difai”nin proqramını qəbul etmişdi. “Müdafiə” kəndlilərin məişət və mədəniyyəti, onların mülkədarlara verdikləri bəhrə vergisindən azad olunması, mövcud dövlət quruluşunun devrilməsi kimi vəzifələri qarşısına məqsəd qoymuşdu. Partiyanın mərkəzi Vladiqafqazda yerləşirdi. Təşkilatın liderləri kimi tarixi sənədlərdə Ağabəy Qiyasbəyovun, İsmayıl Xan Ziyadxanovun və Cəfər Axundovun adları göstərilir. Partiyanın əsas mübarizə vasitələri maariflənmək və qüvvə tətbiq etmək idi. Bu partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdı.

Дифаи

Организация «Дифаи» (азерб. Difai , Защита) — секретная организация сформированная в 1905-м году в городе Гянджа в целях контртерроризма против армянской партии Дашнакцутюн [1] . Организация была создана влиятельными гянджинцами — Шафи беком Рустамбековым, братьями Агаларом и Халилом Хасмамедовыми, Исмаилом Зиятхановым, Насиб беком Усуббековым, Ахмед-беком Агаевым и Гасаном Агазаде. [2]

Среди ее членов, также были Кара Карабеков, Бехбуд хан Джаваншир, Герайбек Герайбеков, Маммед Гасан Гаджинский, Исабек Ашурбеков и Нифтали бек Бейбутов [3] [4] . Лидеры организации также верили, что российские власти поддерживают армян с целью провоцирования конфликтов в Закавказье, чтобы противостоять объединению ее жителей. Поэтому «Дифаи» также направляла свои усилия против ряда российских чиновников, организовав их убийство. [2]

Чтобы положить конец межобщинным розням «Дифаи» начала поддерживать контакты с Дашнакцутюн и Османской Лигой Децентрализации. [2]

После 1909-го года ее деятельность приостановилась, вплоть до Февральской Революции 1917-го года, когда она вошла в Исполнительный Комитет Общественных Организаций Гянджи. [2]

Примечания

  1. Тадеуш Свентоховский, Brian C. CollinsHistorical dictionary of Azerbaijan. — USA: Scarecrow Press, 1999. — С. 47-48. — 145 с. — ISBN 0810835509

Оригинальный текст (англ.)

DIFAI (DEFENSE). A secret organization formed in 1905 in the city of Ganja as a counterterrorist force against the Armenian Dashnaktsutiun party.

См. также

CÜMHURİYYƏT, CÜMHURİYYƏT, CÜMHURİYYƏT…

Difai erməni daşnaklarına qarşı mübarizə aparan təşkilatdır.Mərkəzi Bakıda yerləşib.O,1905-ci ildə milliyətçi ziyalı Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır.İlk növbədə “Fədai” adlı gizli bir cəmiyyət yaradılır.Bu cəmiyyətin əsas məqədi Azərbaycan Türklərinə edilən qırğınların qarşısını almaq idi. Sonradan “Fədai” təşkilatı “Difai” adlı partiya olur.
Təşkilat şöbələrində müsəlman əhalini silahlandırır.
Difai təşkilatının bəyannaməsi:
“Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik.”
“Difai” təşkilatı Gəncədə yarandı.Difainin əsas məqsədləri aşağıdakılar kimi ehtimal olunur:
Xalqın maariflənməsi,müdafiəsi,xalqın rifahının artması.
Difai nəinki Azərbaycan Türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini öz öhdəsinə götürür,bu işi öz üzərinə götürməklə yanaşı öz möhürü ilə bəyannamədə yayırdı.
“Difai” və rus qarşıdurmaları 1906-1909-cu illəri əhatə edir.Daha sonra partiya möhürünün Mirzə Məhəmmədin evində tapılması “Difai”çiləri pis vəziyyətdə qoydu.
“Difai” partiyasının fəaliyyəti Azərbaycanda radikal-milliyətçi qüvvələrin fəallaşmasına səbəb oldu.
“Difai”-nin davamçılarından biri 1907-ci il may ayında Tiflisdə yaradılmış “Müdafiə” təşkilatı oldu.İbrahim ağa Vəkilov tərəfindən yaradılan bu partiya “Difai”-nin proqramını qəbul etmişdi.Bu partiya öz fəaliyyətini 1909-cu ildə dayandırdı.

“Difai” partiyasının möhürü

3 MAY – Türkçülük və Turançılıq Günü

İrqçilik-Turançılıq davasının qeyd olunması olmaq üzərə Hüseyin Nihal Atsız və 10 Topxana məhkumu tərəfindən ilk dəfə 1945-ci ildə qeyd olunmuşdur.Sonradan bu “Türkçülük Günü” adlandırılmışdır.

AXC Marşı

Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Himni:
Vurulur meydanda sənc, dəf,
Vurulur meydanda sənc, dəf,
Düzülün əsgərlər səfbəsəf!
Yürüyün şövqlə duşmənə tərəf,
Biliniz Cəngizdir bizə sələf!
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr, Ya Allah, Ya Allah,
Ya Allah, Hüvə-Kəbir!
Çingizləri, Teymurları,
Gəl yada sal o ərləri,
Kim, ol zaman, türk hökmran,
Türkə müti nəsf-cahan,
İmdi görükür nə zillət,
Çöküb bu millət…
Yığılın, övladı Çingizin!
Sürünün bu qeyrə dizin-dizin…
Bu qədər bir torpaq həp sizin
Görürük hər yanda Türk izin!
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr,Ya Allah, Ya Allah,
Ya Allah, Məva-Kəbir!

Difai Blog Mərkəzi

Bu sayt 19 May tarixli və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü illiyinə həsr olunmuş tədbirdə sərgilənəcəkdir.

Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk parlamentli respublika

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

İstiqlal bəyannaməsinin elan olunması. Tiflis 1918, 28 may

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa bəy Sultanov – hərbi nazir; Məmməd Həsən Hacınski – xarici işlər naziri; Nəsib bəy Yusifbəyli – maliyyə naziri və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov – ədliyyə naziri; Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri; Xudadat bəy Məlik- Aslanov – yollar naziri və poçt-teleqraf naziri; Camo bəy Hacınski – dövlət nəzarətçisi.
Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Parlamentin açılışı. Bakı, 1918, 7 dekabr

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə – Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin – geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

Bakı Dövlət Universitetinin möhürü

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti.Paris,1919.

Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.
Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Xarici ölkələrə təhsil almağa göndərilən gənclər

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.
Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi.
Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə – «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.
Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.