Press "Enter" to skip to content

Microsoft Word Sosial 2, 2011. doc

Yəni bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu artıq ilk orta əsrlərdə (birinci minillikdə) təşəkkül tapmışdı. Bu, Azərbaycan xalqının varlığı demək idi.

Dil və mədəniyyət

Heydər ƏLİYEV: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.

Dil mədəniyyətin bünövrəsidir, çünki dilin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir, bir sözlə, onsuz insanın cəmiyyətdə həyatı mümkün deyil. Məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini mənimsəyərək əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də mənimsəyirlər. Dil obyektləri, hadisələri və onların əlaqəsini düzgün qiymətləndirməyə kömək edir, insan fəaliyyətinin təşkili və əlaqələndirilməsini şərtləndirir.

Eyni zamanda dil təfəkkürə və mədəniyyətə münasibətdə müəyyənedici vasitə olaraq dünyanın spesifik mədəni simasını dərk edən insanın şəxsiyyətini formalaşdıran amildir. Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq, bir toplum kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Şükürlər olsun ki, dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və öz tariximiz var. Qürurluyuq ki, bu dildə danışan 50 milyondan çox həmvətənimiz dünya mədəniyyətinə böyük şairlər, yazıçılar, alimlər, siyasətçilər və dahilər bəxş etmişdir.

Məşhur etnoqraf Lev Qumilyov etnosun qorunmasında dil ünsürünün ən vacib amil olduğunu qeyd edirdi. Bu konteksdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.

Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.

Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir. Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.

Tarixə nəzər salaq. Respublikanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Tarixçi-alim M.Qasımlı öz kitabında qeyd edir ki, Ukrayna MK-nın birinci katibi Şerbitski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, siz konstitusiyanıza belə bir maddə yazdıqda gərək biz də dövlət dili haqqında maddə əlavə edək. Lakin Azərbaycanın rəhbəri ona bildirir ki, sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz. Ulu Öndərin o dövrdə xalqımız üçün necə böyük, müqəddəs iş görməsi bu gün Rusiya-Ukrayna münasibətləri fonunda daha aydın görünür. Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan “SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir” maddəsi də layihədən çıxarılır.

2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimiz haqqında heç bir maddə salınmamışdır. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulur ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur.

Ulu Öndər Heydər Əliyev “xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir” söyləyərək bu məsələdə müstəsna xidmətlərinin olmasına baxmayaraq, bu tarixi uğuru xalqımızın böyük qələbəsi kimi qiymətləndirirdi. Əlbəttə, Heydər Əliyevin ana dili məsələsində prinsipial, qəti və barışmaz mövqe tutması rus dilinin tam əleyhinə getməsi demək deyildi. O yaxşı başa düşürdü ki, Sovet İttifaqı xalqlarının elmi, mədəni tərəqqisi, dünyaya çıxışı əsasən rus dili vasitəsilə həyata keçirilir. Dünyanın ən son elmi və mədəni nailiyyətləri ölkədə məhz ilk olaraq rus dilinə, sonra isə milli dillərə çevrilirdi. Buna görə də Ulu Öndər azərbaycanlıların ikinci dil kimi rus dilini mükəmməl bilmələrinin qəti tərəfdarı kimi çıxış edirdi. Böyük rəhbər azərbaycanlıların yalnız ana dili çərçivəsində məhdudlaşıb qalmasının da əleyhinə idi.

Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu. Ümummilli Lider ana dilinin saflığına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi. Məsələn, Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində Heydər Əliyev ana dili haqqında uca səslə, çəkinmədən deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. . Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır”.

Məhz Ümummilli Liderin sayəsində ilk dəfə olaraq bir neçə dilçi alimə dövlət mükafatı verildi. Azərbaycan dilçilərinin nüfuzu qalxdı. Mükafatların verilməsi ana dilinin istifadə dairəsinin genişlənməsinə kömək edirdi. Heydər Əliyev yalnız bununla kifayətlənmir, əvvəlki illərdə müəyyən təzyiqlərə məruz qalmış alimlərə qayğı göstərirdi. Azərbaycanın rəhbərinin ana dilinə diqqət və qayğısı nəticəsində respublikada ana dilində nəşr edilən kitabların tirajı artırılırdı. Məsələn, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi.

Heydər Əliyevin ana dilinə və doğma torpağa sıx bağlılığı Azərbaycanın yeni himninin müzakirəsi zamanı özünü bir daha büruzə verdi. O, Azərbaycana diyar, region kimi deyil, SSRİ-nin bərabərhüquqlu müttəfiq respublikası kimi baxır, onun hüquqlarını qətiyyətlə qoruyur, hətta hər ifadə üstündə təkidlə israr edirdi. Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın 1978-ci il 14 aprel tarixli iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum oldu ki, himnin mətnində “respublika” sözü yoxdur. Müzakirə zamanı Heydər Əliyev mətnə “respublika” sözünün salınmasının vacibliyini söyləyir. Çıxış edən bəzi şəxslər himnin mətninə “respublika” sözünün salınmasının heç cür alınmadığını deyirlər. Azərbaycanın rəhbəri isə israrla və açıq şəkildə bildirir: “Mən çox istərdim ki, “respublika” sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada “respublika” sözü olsun”.

Təkidlərdən, məntiqli izahlardan sonra mətnə “respublika” ifadəsi daxil edildi və bəyənilərək Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq olundu. Bununla bağlı Azərbaycan rəhbəri deyirdi: “Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm”.

Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi. Demokratik düşüncəyə malik böyük dövlət adamı Heydər Əliyev Konstitusiyanın həmin maddəsini müzakirə edərkən öz fikrini sonda deyəcəyini, heç kimi təsir altına salmaq istəmədiyini bildirir və ziyalılara öz düşüncələrini müstəqil ifadə etmək üçün şərait yaratdı. Müzakirələr zamanı dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Əsas qanunumuz qəbul edildikdən sonra bu sahədə məqsədyönlü strateji siyasət özünü göstərdi. Dövlət başçısı ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayaraq bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox mühüm addımlar atılmaqla bərabər dilimizin daha da inkişaf etdirilməsi və gənc nəslə sevdirilməsi ilə bağlı tədbirlər sırasında Ulu Öndər 9 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününü təsis etmişdir. Bu fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Sözsüz ki, bu istiqamətdə aparılan siyasətin ən vacib tərkib hissələrindən biri də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.

30 sentyabr 2002-ci ildə qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Bütün sahələrdə olduğu kimi, Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı davam etdirir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətə qiymət verərkən onun latın qrafikası ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin kütləvi tirajla Azərbaycan dilində çap olunmasını qeyd etmək lazımdır. Ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən vacib sənədlərdən biridir. Prezident Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında qeyd etmişdir ki, “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir”.

Prezident İlham Əliyevin qeyd edilən çıxışında əsas məqamlardan biri də dilin qorunması və inkişafının məhz mədəniyyətlə dilin vəhdətində öyrənilməsinin vacibliyidir. Bu prizmadan baxdıqda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidr.

Heydər Əliyev və dil mədəniyyətimiz haqqında yazını böyük şairimiz B.Vahabzadənin “Ana dili” şeiri ilə tamamlamaq istəyirik.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir. onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Microsoft Word Sosial 2, 2011. doc

emosional baxımdan fərqləndirici xüsusiyyətlərinin məcmusudur” [1, 198].

Fəlsəfi nöqteyi-nəzərdən mədəniyyət insan və onun fəaliyyəti ilə vəh-

dətdədir. Yəni mədəniyyət insan fəaliyyətinin məhsulu olan müxtəlif maddi və

mənəvi sərvətlərin məcmusu olaraq təhlil edilir. Burada insan fəaliyyəti

dedikdə, həm onun fiziki və əmək fəaliyyəti, həm də zehni fəaliyyəti nəzərdə

tutulur. Digər canlılardan (heyvanlardan) fərqli olaraq insan öz ətrafına öz

istəkləri istiqamətində təsir göstərərək öz fərdi dünyasını özü formalaşdırır və

yaratdığı bu mühitdə öz intellektual və kommunikativ qabiliyyətlərini yüksək

səviyyədə inkişaf etdirir. Həmin inkişaf zəminində mədəni təcrübələr

yaşanılır, sınaqdan keçirilir və mədəniyyətin bir hissəsinə çevrilir. Deməli,

mədəni təcrübələr ilk öncə simvolik-təmsili səviyyədə nəzərdən keçirilir və

sonra həyat tərzinə çevrilir.

Dil insanın intellektual və kommunikativ bacarıqlarından biri olaraq

mədəni həyat üçün təməl zərurəti olan nəzəri fəaliyyət və sosiallaşmanın əsas

şərti, dayağı və vasitəsidir. Dil hər bir mədəniyyətin prioritet cəhətlərini əks

etdirir. Əslində dil mədəniyyətin əsasını təşkil edir. Mədəniyyətin ötürülməsi,

qorunması və qavranılması məhz dilin sayəsində mümkün olur. Dil reallığın

sadəcə təsvirini yaratmır, o həm də reallığın özünü formalaşdırır. Dil düşün-

mək və insanın ətrafda olanları dərk etməsi üçün əsas vasitədir.

Dil və mədəniyyət sahəsində geniş tədqiqatların və “Qafqazda dil və mə-

dəniyyət” kimi sanballı əsərin müəllifi olan Kevin Tuite Spir-Whorf fərziy-

yəsindən bəhs edərkən belə bir prinsipə diqqəti yönəldir ki, “hər bir insanın

dilinin xüsusiyyətləri onun həyatının başqa aspektlərinə də təsir göstərə bilər

və biz bu fakta diqqət yetirməliyik” [2, 47]. Kristin Coourdan isə Humboltun

dil haqda düşüncələrindən danışarkən ona istinadən qeyd edir ki, “dil düşün-

cəni (thought) formalaşdıran orqandır. dil və düşüncə . biri-birindən ayrıl-

Spir-Whorf fərziyyəsinə əsasən mədəniyyəti, düşüncəni, insanların dün-

ya görüşünü formalaşdıran, şərtləndirən, rəhbərliyi və kontrolu altında tutan

məhz elə dilin quruluşudur. Çünki gerçəklər dünyasının qəbul edilməsində və

ümumiyyətlə, şüur sistemimizin yaranmasında dil bir süzgəc funksiyasını

yerinə yetirir. Bu süzgəc müəyyən hadisələr və əlamətlərin görülməsini asan-

laşdırmaqla yanaşı həm də digərlərinin şərh və qəbul etməsinə mane olur. Bir

az yumşaq formada desək, dilin quruluşu müəyyən qəbuletmə qəliblərini və

düşüncə yönümlərini asanlaşdırır digərlərini isə çətinləşdirir. Müəyyən bir

şeyin danışılmasını və düşünülməsini daha mümkün edərək o birilərini daha

da mümkünsüz edir. “Dil insanla ona təsir edən təbiətin arasındadır. Belə ki,

insanın qavrayış və fəaliyyəti onun dil vasitəsilə ətraf mühit haqqında təsəv-

vürlərindən ibarətdir” [3, 117]. Lakin bu məsələyə də diqqət etmək lazımdır

ki, dilin quruluşu düşüncə və davranışların determinant amili olmaqdan daha

çox müəyyən variant və meylləri özü ilə gətirən amildir.

Deməli, dil və mədəniyyət mövzusu həm də düşüncə tarixi ilə sıx əla-

qədardır. Alman filosofu Wilhelm Von Humbolt (1767-1835) XIX əsrin

əvvəllərində belə bir tezisi müdafiə edirdi ki, “bir birliyin dili ilə o birlikdə

yaşayan fərd(lər)in zehni yönümləri arasında o dərəcədə yaxın bağlar var ki,

bunlardan birinə dair məlumat əldə etsəniz o biri ilə bağlı məlumatları da

tamamilə əldə etmiş olacaqsınız. Çünki dil və zehni fəaliyyət (intellectuality)

birlikdə meydana gəlir və formalaşır. Cəmiyyəti dilində görər, dilində anlarıq.

Bir cəmiyyətin dili o cəmiyyətin ruhu, ruhu isə dilidir. Bu dərəcədə eyni olan

başqa bir şeyi düşünmək həqiqətən çətindir [4, 46]. Humbolt dil və mədə-

niyyəti sadəcə qarşılıqlı əlaqə və təsirdə olan iki fenomen kimi deyil, onları

köklü bir eyniliyə malik olan iki sosial fenomen kimi təhlil edir. Əslində dil və

mədəniyyət arasındakı əlaqəni və təsiri kimsə inkar etmir. Lakin bu əlaqə

müdafiə olunmaqla yanaşı, eyni zamanda, mədəniyyətlərin dillər tərəfindən

şərtlənib idarə olunduğu tezisi və təsirlənmənin tək istiqamətli olduğu iddiası

mübahisələrə gətirib çıxarır. Edvard Sepir (1884-1939) dil, mədəniyyət və ic-

timai gerçəklik arasındakı əlaqəyə təkid edir. Onun fikrincə dil ictimai ger-

çəkliyi öyrənməkdə müraciət edəcəyimiz rəhbərdir. Çünki insanlar tam ob-

yektiv bir dünyada yaşamırlar. İnsanlar üzv olduqları cəmiyyətin ünsiyyət

mühitini meydana gətirən müəyyən bir dilin təsiri və nəzarəti altında hə-

yatlarını davam etdirir və öz dünyalarını yaradırlar. Ən pis hal odur ki, biz

bəzən dilə sadəcə bir adi ünsiyyət və yaxud idrak vasitəsi kimi müraciət edirik.

Ümumilikdə dil, idrak, təfəkkür, fəaliyyət-davranış, sosial həyat və mə-

dəniyyət arasında olduqca ciddi və inkaredilməz əlaqə mövcuddur. Məhz elə

buna görə də antropologiya, psixologiya, mədəniyyətşünaslıq, fəlsəfə, sosio-

logiya və linqvistikanın bir-birini əvəz edən cərəyanları və məktəbləri, demək

olar ki, hamısı dil, mədəniyyət və cəmiyyət əlaqələrinə münasibət bildirmişlər.

Mədəniyyətin inkişafı və mürəkkəbləşməsi ilə dilin inkişafı və mürəkkəb-

ləşməsi arasında düz mütənasiblik mövcuddur. Yəni mədəniyyətin dinamik-

liyi, funksionallığı və həmçinin mədəni elementlərin arasındakı münasibətlərin

mürəkkəbləşməsi həmişə dilin dinamikliyi və mürəkkəbliyi ilə paralel olub.

Həmçinin dilin dinamikliyi və inkişafı mədəni dinamiklik və inkişafla paralel

olub (bunun əksini də söyləmək olar, yəni bunlardan birinin passivliyyi di-

gərinin passivliyindən xəbər verir). Buradan belə bir nəticə də çıxarmaq olar

ki, dilin mədəniyyətə və cəmiyyətə təsiri ilə yanaşı bəzən cəmiyyət də dil və

onun inkişafına şüurlu olaraq təsir edir. Əlbəttə, bu arada mədəniyyətin

inkişafı və cəmiyyətin nailiyyətləri onun şüurlu təsirinə daha çox imkan

yaratmış olur. Mədəniyyətin və cəmiyyətin inkişafı nəticəsində yazının mey-

dana gəlməsi insanların dilə şüurlu təsir imkanlarını genişləndirdi. Bu təsir

“müxtəlif səviyyələrdə və müxtəlif şəkillərdə təzahür edir:

Cəmiyyət dilin inkişaf etməsi və ya tədricən işləkdən qalmasına imkan

Cəmiyyət elə bir şərait yarada bilər ki, bu, tədricən dilin ölümünə gətirə

bilər və ya dilin fəaliyyət göstərməsi və inkişafını təmin edə bilər.

Cəmiyyət yazı yaratmaq yolu ilə, dilin orta və ali məktəblərdə tədrisi,

müxtəlif cinsdən olan ədəbiyyat nəşri, radio və televiziya verilişlərinin o

dildə aparılması yolu ilə dilin sosial funksiyalarını genişləndirmək imkanı-

Cəmiyyət dilin əsas quruluşunu, morfoloji, sintaktik, leksik-semantik və

üslubi sistemlərini təkmilləşdirmək və normallaşdırmaq üçün istənilən

məqsədyönlü hərəkətləri həyata keçirməyə qabildir.

Cəmiyyətin dillərin qarşılıqlı əlaqələri proseslərini tənzimləmək, xüsusən

xarici dillərdən alınmaları istiqamətləndirmək hüququ vardır.

Dildəki spontan dəyişikliklər də məlum dərəcədə, cəmiyyətin şüurlu təsiri-

nə yol verir” [5, 346].

Mədəniyyətlərarası əlaqə və mədəni zəmində baş verən inkişaf (maddi-

texniki və mənəvi sahədə) və mədəni mübadilə də dilin inkişafına, onun lüğət

bazasının zənginləşməsinə və onun fəaliyyət səviyyəsindəki müxtəlif dəyişik-

liklərə səbəb olur. Məsələn, mədəniyyətlərarası əlaqə və mübadilə nəticəsində

dillərin lüğət tərkibi dəyişir. “Dillərin lüğət tərkibinin dəyişilməsi ilə müşayiət

olunan inkişafın təsirini purizm hadisələrində də görmək olar. Məlum olduğu

üzrə, purizm alınma sözlərdən təmizləmə hadisəsinə deyilir” [6, 105]. Təbii

olaraq həmin təmizləmə prosesi təmizlənən dildə yeni terminlərin, lüğətlərin

yaradılması və alınma sözlərlə dəyişilməsi və nəticədə dilin lüğət bazasının

zənginləşməsi ilə sona çatır.

Dilin insan təfəkkürünə, onun gerçək dünyasının formalaşmasına, mədə-

niyyətə təsirini və həmçinin mədəniyyətin, insan fəaliyyətinin və mədəni

münasibətlərin dilə təsirinə dair deyilənləri nəzərə alaraq belə bir sual ortaya

çıxır ki; əgər biz “dil reallığın sadəcə təsvirini yaratmır, o həm də reallığın

özünü formalaşdırır, həmçinin dil düşünmək və insanın ətrafda olanları dərk

etməsi üçün əsas vasitədir” tezislərini qəbul etsək, o zaman iki fərqli dildə

danışan insanlar və yaxud digər bir dilin ciddi nüfuzuna məruz qalan cəmiy-

yətin üzvləri hansı dildə düşünürlər, onlar dünyanı öz dilləri, yoxsa nüfuzuna

məruz qaldıqları dilin vasitəsilə qavrayırlar? Bu suala cavab vermək olduqca

çətin və eyni zamanda maraqlıdır.

Bu sahədə müxtəlif fikirlər söylənilmiş və alimlər müxtəlif rakurslardan

bu problemə yanaşıblar. Məsələn, Gustav Le Bon sivilizasiyanın (mədəniyyə-

tin) inkişaf formalarından bəhs edərək onun mədəni zəmində və dil sahəsində

könüllü və məcburi mübadilələrin, təsirə məruz qalan tərəfin üzərində effektini

izah edərkən yuxarıda qeyd edilən sualları da qismən cavablandırmışdır. Onun

fikrincə, tarixən müxtəlif xalqların ən yüksək inkişaf etdikləri sahələri təhlil

etdikdə görürük ki, sivilizasiyanın müxtəlif elementlərinin inkişafında parale-

lizm əsas şərt deyil və bəzən heç yoxdur (məsələn, yunanlarda ədəbiyyat,

romalılarda hərbi quruluş və hüquq, finikiyalılarda ticarət digər elementlərə

nisbətən daha çox inkişaf etmişdir).

Paralelizmin olmaması, xalqların sosial inkişafı, mədəni mübadilələr,

savaşlar və istilalarla əlaqədar olaraq “xalqlar öz sivilizasiyasının elementlərini

dəyişir, yeni din, dil, təsisatlar qəbul edirlər. bütün bu zahiri dəyişiklikləri

yaxından öyrənəndə, dərhal görürsən ki, bu sözlərin arxasındakı mətləblər

yaşayır və dəyişikliyə çox yavaş uğrayır. hətta yazı sayəsində dil möhkəm-

lənəndə də, o bir xalqdan başqasına keçirsə, mütləq dəyişir” [7, 84-90].

Deməli, insanlar sonradan qəbul etdikləri sözləri öz düşüncə tərzi və

şüuru sistemi daxilində yenidən təfsir edir və onu olduğundan fərqli şəkildə

qəbul edirlər. Yəni baxmayaraq ki alınma sözün zahiri quruluşu qorunur, onun

daxili dünyası (ifadə etdiyi anlam, yaratdığı effekt və yaşatdığı hisslər) qəbul

edənin intellekt bazası, düşüncə tərzi və məqsədindən asılı olaraq dəyişir.

Gustav Le Bonun bu fikri hər bir sözün kollektiv səviyyədə “özünəməxsus

yenidən təfsiri” kimi (kollektivin hermenevtik davranışı kimi) anlaşılır.

Yuxarıda qeyd edilənlərə baxmayaraq dilin nüfuzu və ikidillik problemi

hələ də bir çox alimlərin maraqlandığı, tədqiq etdiyi mövzulardan biridir və bu

problemlə bağlı qəti bir nəzər söyləmək çox çətindir.

Ümumilikdə belə bir nəticəyə gəlmək olar ki, dil və mədəniyyətin təsiri

qarşılıqlıdır və buna görə də, dilin mədəniyyəti, yaxud mədəniyyətin dili şərt-

ləndirdiyini söyləmək olmaz. Bu həm də cəmiyyətin sosial və texnoloji cə-

hətdən inkişafı nəticəsində dilə təsir imkanları ilə əlaqədardır. Yəni mədəniy-

yətin məhsulları dilə təsir imkanlarını genişləndirib. Dil, mədəniyyət, təfəkkür,

davranış və sosial fəaliyyətin bir-biri ilə ciddi əlaqəsi və bunlar arasındakı təsir

üsulları həmişə sosial fəlsəfənin aktual mövzularından biri olub və olacaq.

Çünki cəmiyyətin inkişafı qeyd edilən münasibət və təsir üsullarını və nəticə-

lərini daima dəyişdirir. Həmin dəyişiklik isə yeni tədqiqatların aparılmasına

zərurət yaratmış olur.

İb Bondebjerg and Peter Madsen, Media, Democracy and Europan Culture, Briston, 2008,

İntellect, p. 362.

Christine Jourdan and Kevin Tuite, Language, Culture and Society, Cambridge, 2006,

Cambridge University Press, p. 310.

Afaq Rüstəmova. Sosiolinqvistikanın fəlsəfi problemləri. Bakı: Adiloğlu, 2005, 200 s.

Wilhelm Von Humboldt, On language: the diversity of human language – structure and its

influence on the mental development of mankind, Translated by Peter Heath, Cambridge,

1988, Cambridge University Press, p. 296.

Əbülfəz Rəcəbli. Sosiolinqvistika, Bakı: Nurlan, 2004, 520 s.

Ağamusa Axundov. Ümumi dilçilik – dilçiliyin tarixi, nəzəriyyələri və metodları. Bakı:

Şərq-Qərb, 2006, 280 s.

Gustav Le Bon, Kütlə psixologiyası, Tərcümə; Qardaşxan Əzizxanlı. Bakı: Zəkioğlu,

ОСОБЕННОСТИ ВЗАИМОДЕЙСТВИЯ И ВЗАИМОВЛИЯНИЯ

ЯЗЫКА И КУЛЬТУРЫ

Язык и культура являются плодом совместной деятельности людей и регулирую-

щим фактором в системе общественных отношений. Проблема взаимодействия языка и

культуры с социально-философской с точки зрения является одним из важнейших

направлений функционирования общества. С другой стороны, взаимосвязь языка с

мышлением и поведением, влияние элементов культуры и культурной среды на

человеческое мышление и социальную деятельность человека также стали объектом

научных интересов для исследования феномена взаимосвязи языка и культуры. Именно

поэтому в представленной статье исследованы взаимосвязь и взаимовлияние языка и

культуры, научно-теоретические основы осознанного влияния культурных достижений

общества на языковые процессы.

Ключевые слова: язык, культура, мышление, интеллектуальная деятельность,

FEATURES OF INTERACTION AND

İNTERFERENCE OF CULTURE AND LANGUAGE

Language and culture are fruits of joint activity of people and regulating factors in the

system of public relations. The problem of interaction of language and culture from socio-

philosophical point of view is one of the major directions of functioning of a society. On the

other hand, the interrelation of language with thinking and behavior, the influence of the

elements of culture and the cultural environment on human thinking and social activity are

also the objects of scientific interests and the research of the phenomenon of interrelation of

language and culture. For this reason, the presented article investigates the interrelation and

interference of language and culture and scientific-theoretical bases of the influence of cultural

achievements of a society on language processes.

Key words: language, culture, thinking, intellectual activity, social life.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Azərbaycan dili Dİl nəDİR? DİLİn funksiyalari. DİLÇİLİk və onun diGƏr elmləR İÇƏRİSİNDƏ yeri. Yazi

“Dil nədir, necə yaranıb, dilsiz cəmiyyət yaşaya bilərmi?” sualları ta qədimdən insanları düşündürmüşdür. Çox qədimlərdən, insanlar bu qənaətə gəliblər ki, dilsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət olmadan da dil yarana bilməzdi.

Dil ünsiyyət vasitəsidir. İnsanlar bir-birini dilin vasitəsilə başa düşür, məhz dillə əlaqə saxlayırlar. İnsanlar bir-biri ilə əlaqə saxlamaq üçün müəyyən kollektiv şəklində, toplu halında yaşamalıdırlar. Artıq bu, cəmiyyət deməkdir. Bir halda ki, dil insan cəmiyyətində meydana gəlir, ona görə də ictimai hadisə sayılır.

Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə, bugünkü vəziyyətdə formalaşması da vacib şərtlərdəndir.

İnsan orqanizminin məhz gördüyümüz şaquli şəklə düşməsi ilə danışıq üzvləri, səs aparatı formalaşır, səslərin tələffüzü üçün tənəffüzü ağciyər müntəzəm təmin edir. Həmçinin başın (sifət quruluşu, çənə və s.) və onun içində yerləşən, dil üçün çox vacib sayılan, şüurun-təfəkkürün akkumulyatoru rolunu oynayan beyinin bu biçimdə müəyyənləşməsi də bədənin şaquli quruluşu ilə bağlıdır. Beləliklə insan bədənin şaquli vəziyyətə keçməsi insanın əməklə məşğul olmasının buna təsiri, eyni zamanda dilin və şüurun yaranması bütöv halda vahid bir ictimai prosesdir.

Dili bioloji hadisə sayanlar var. Bu fikrin tərəfdarları onu nəzərə alırlar ki, insanın orqanizmində başqa üzvlər kimi danışıq üzvləri də mövcuddur. Həmin üzvlərin vasitəsilə hava axını danışıq səslərini yaradır. Ancaq nəzərə alınmır ki, insanın tənəffüs üçün alıb-verdiyi hava axını yalnız beyindən gələn siqnallarla idarə olunub, danışıq səsinə çevrilir. Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir. Halbuki başqa bioloji təzahürlər, məsələn, yemək, içmək, tənəffüs etmək, yerimək, yatıb-durmaq və s. vərdişlər insan və heyvanlarda eyni siqnalla baş verir. Yaxud irqi əlamətlər (üzün, saçın rəngi və forması, gözün, sifətin quruluşu və başqa zahiri antropoloji cizgilər) kimi dil irsi xarakter daşımır. Bioloji varlıq kimi uşaq öz valideynlərinə bənzəyir, ancaq valideynlərinin dilində danışmaya bilər: doğulan uşağı ata-anasından ayırıb başqa milli-irqi şəraitdə böyütsən, öz əhatəsindəki dildə danışacaqdır. Deməli, dil bioloji yox, ictimai hadisədir, bilavasitə cəmiyyətdə formalaşır və məhz cəmiyyətə xidmət edir.

Beləliklə, dilin birinci funksiyası (vəzifəsi) insanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vəzifəsi olmaqdır. Dilin ikinci vəzifəsi insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirməkdir. Bu baxımdan sözlər obyektiv-tarixi səciyyə daşıyır və subyektiv faktorlardan asılı deyil. Dilin üçüncü vəzifəsi isə fikir ifadə etməkdir, yəni o, insanın təfəkkür fəaliyyəti ilə bağlıdır. İnsanlar dilin vasitəsilə öz düşüncələrini, fikirlərini, arzu-istəklərini bildirirlər.

DİLÇİLİK VƏ ONUN DİGƏR ELMLƏR İÇƏRİSİNDƏ YERİ

Dil müxtəlif baxımlardan öyrənilir. Buna görə də dilçiliyin müxtəlif sahələri – şöbələri var. Bunlardan fonetika, leksikologiya, frazeologiya, morfologiya və sintaksisə bələdsiniz. Dilçiliyin gündəlik fəaliyyətdə ehtiyac duyulan daha bir neçə sahəsi haqqında da məlumat veriləcək: etimologiya, lüğətçilik, dialektologiya, ilə bağlı ümumi təsəvvür yaradılacaq, Azərbaycan dilinin tarixi barədə nisbətən geniş söhbət aparılacaq, gündəlik yazılı və şifahi ünsiyyətdə təcrübi baxımdan çox gərəkli olan nitq mədəniyyəti və üslubiyyat isə geniş öyrəniləcəkdir. Etimologiya. Etimologiya sözü yunanca etimon (əsl, həqiqət, sözün əsl mənası) və logos (təlim, elm) hissələrindən təşkil olunub. Dilçiliyin bu sahəsi sözün mənşəyini, nədən törəməsini öyrənir (etimologiya həm də mənşə sözünün sinonimi kimi işlənir). Elə sözlər var ki, çox qədimlərdə yaranıb, bu gün dildə işlənir, ancaq indiki halında onun ilkin lüğəvi məzmunu qavranmır, kökü izah oluna bilmir. Belə halda etimologiya elmi köməyə çatır. Ya elmi əsaslara söykənən elmi etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının (yalançı etimologiyanın) imkanlarından istifadə olunur.

Sözün əslini bərpa etmək, onun başqa söz və mənalarla əlaqəsini öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlil deyilir. Etimoloji təhlillərdə nəticə həmişə eyni dəqiqlikdə olmur. Ona görə də ayrı-ayrı sözlərin etimologiyası haqqında bəzən bir neçə fikir olur (yalançı, uydurma etimologiyanı elmi etimologiyadan fərqləndirmək vacibdir).

Bu baxımdan bəzi sözlərin etimoloji təhlilinə diqqət yetirək:

Arsak. İndiki Qarabağın qədim adı Arsakdır. Arsak sözü bugünkü dilimizdə işlənmir və lüğət tərkibimizin hazırkı materialı ilə onu şərh etmək mümkün deyil. Etimoloji təhlil aşkar edir ki, bu yer adı (toponim), iki sözdən – hissədən ibarətdir: ar və sak. Sak qədim türk tayfalarının birinin adıdır. Ar isə ər sözünün fonetik cəhətdən dəyişməsinin, ahəng qanunun tələbi ilə sak sözünə uyğunlaşmasının nəticəsidir. Ər sözü qədim dilimizdə igid, cəngavər, qoçaq mənalarında olub. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə səciyyələndiyi üçün bu yer Ərsak-Arsak adlanmışdır. Maraqlıdır ki, yerin bugünkü adı Qarabağ da iki qədim sözdən ibarətdir: yenə bağ qədim türk tayfasıdır, qara isə dilimizin keçmişində “böyük” mənasında işlənib. Deməli, baqlar kəmiyyətcə çox və nüfuzca böyük olduğundan qara baqlar adlanmışlar. Görünür, bu ərazidə ərsaklarla qarabaqlar birləşmiş, qarabaqlar üstünlük təşkil etdiyi üçün yer onların adı ilə adlanmağa başlamışdır. Yəqin, burada o cəhətin də rolu olub ki, arsak sözü arxaikləşmiş, insanlar qarabaq sözünü bugünkü anlayışda mənalandırmış (qara – rəng və baq – bağ) və toponimi bildikləri məna ilə yaşatmışlar.

Lüğətçilik. Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir. Bu, lüğətlərin tərtib olunma, yaranma prinsiplərini öyrənir və öyrədir. Lüğətlərin yaradılması ilə məşğul olan mütəxəssis lüğətçi adlanır (ümumi dilçilikdə lüğətçiliyə leksikoqrafiya, lüğətçiyə leksikoqraf deyirlər).

Lüğətçilik türk dilçiliyinin qədim sahələrindəndir. Hələ XI əsrdə Mahmud Qaşğarlının yaratdığı nəhəng lüğət – “Divanü lüğatit-türk” (türk dillərinin divanı – toplusu) bu gün də dünya mədəniyyətinin qiymətli abidələrindən sayılır. Lüğətçilik sahəsində son ən böyük hadisələr 40-cı illərdə Heydər Hüseynovun rəhbərliyi ilə çıxmış dördcildlik “Rusca-azərbaycanca lüğət” və Əliheydər Orucovun müəllifliyi və rəhbərliyi – redaktəsi ilə 1964-1987-ci illərdə nəşr olunmuş “Azərbaycan dilinin izahlı lüğəti” (4 cilddə) kitablarıdır.

Lüğətçiliyin sürətli inkişafı elmi mədəni tərəqqi ilə, maarifin – məkbəbin genişlənməsi, həmçinin siyasi-diplomatik fəallaşma ilə bağlıdır. Lüğətlər, bir tərəfdən, müxtəlif dillərin öyrənilməsinə kömək edir (tərcümə lüğətləri), bir tərəfdən, dilin özündə mövcud olan sözləri qeydə alıb ümumiləşdirir, mənalarını dürüst şərh edib onların istifadəsində sistemlilik yaradır (izahlı lüğətlər), digər tərəfdən də, müxtəlif ixtisas sahələrində çalışanları professional vahidlərlə təmin edir və eyni sahənin mütəxəssislərini bir məxrəcə gətirir (terminoloji lüğətlər).

Dialektologiya. Ədəbi dildə, mətbuatda, radioteleviziyada işlənən nitqdən başqa, müəyyən ərazilərlə bağlı danışıq təzahürləri, müxtəlif regionlarda təsadüf olunan məhəlli dil xüsusiyyətləri də mövcuddur. Həmin yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir. Məsələn, ədəbi dilimizdə indiki zaman şəkilçisi –ır, -ir, -ur, -ür şəklində dörd variantda işlənir, ancaq Qazax dialektində -er, -or, -ör formalarında üç variantda söylənir. Ədəbi dildə: gəlir, alır, görür, qurur; Qazax dialektində: gəler, aler, görör, quror. Bundan başqa, şivələrdə – məhəlli danışıqlarda ədəbi dilimizdə işlənməyən xeyli söz vardır ki, onların bir qismi tarixən ana dilimizdə olub, sonra istifadədən çıxmışdır. Dialektlər həmin sözləri (hətta bəzən başqa türk dillərində indi də işlənənləri) qoruyub saxlayır. Dilimizin tarixini, onun keçdiyi inkişaf yolunu öyrənməkdə dialektlər ən etibarlı mənbədir.

Dialekt və şivəni öyrənən dilçilik sahəsi dialektologiya adlanır.

İnsanlar səsli dillə ancaq müəyyən məsafədə ünsiyyət saxlaya bilirlər. Səsin eşidilməz olduğu məsafədə dil öz əlaqə yaratmaq imkanını itirir. Şüur inkişaf etdikcə, cəmiyyətdə mədəni göstəricilər müəyyən səviyyəyə çatdıqca insanlar səsin-ünün yetmədiyi radiuslardan da danışmağa – əlaqə yaratmağa, hətta özlərindən sonra gələcək nəsillərlə də ünsiyyət saxlamağa ehtiyac hiss edirlər. Bu ehtiyac insanları ən böyük kəşflərindən birini etməyi – yazını yaratmağa gətirib çıxardı. Yazı bəşəriyyətin ən böyük mədəni dəyərlərindən biridir. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir. Bugünkü yazıda hər səs bir işarə ilə (hərflə) ifadə olunur. Ancaq ilk yazı hərflərdən ibarət olmayıb. İnsanların ilk yazılı əlaqəsi əşyalarla olub: məktub yerinə bir-birinə müəyyən şeylər göndəriblər. Məsələn, İran hökmdarı Dara ulu babalarımız olan iskitlərin üstünə hücum edərkən onlardan belə bir “məktub” alır: bir qabda (“zərfdə”) canlı quş, siçan, qurbağa və beş dənə ox. Farslar bu “məktub”u oxuya biliblər: “Ey farslar, siz quş kimi göydə, siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz”. Belə yazılardan bizim nağıllarımızda tez-tez istifadə olunur. Məsələn, “Qara vəzir” nağılında hind padşahı Mələk xanıma bir qarpız və bir bıçaq göndərir. Qarpızın kənarına kiçik bir nişan qoyulmuşdu. Mələk xanım bu “məktub”u belə oxuyur: “Bütün dünya mənim əlimdədir. Sənin dövlətin bu qarpızın (yəni dünyanın) üstündəki o kiçik nişan kimi bir şeydir. İstədiyim vaxt səni məhv edərəm”.

Əşyavi yazıdan sonra şəkli (piktoqrafik) yazı meydana çıxır: hansı əşyanı yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilir. Daha sonra fikri (ideoqrafik) yazıdan istifadə olunur. Bu yazı növlərində yaxınlıq çoxdur. Məsələn, şəkli yazıda göz şəkli gözü, baş şəkli başı, günəş şəkli günəşi, it şəkli iti bildirir. Fikri yazıda isə həmin şəkillər müvafiq olaraq, görmək, düşüncə, işıq və sədaqət anlayışlarını ifadə edir. Şəkli və fikri yazı hərfi yazıya doğru əhəmiyyətli addımlar idi.

Nəhayət, yazının ən mükəmməl, ən çevik forması olan hərfi (fonoqrafik) yazı törədi. Bu yazıda yalnız bütöv söz yox, həm də sözün ayrı-ayrı səsləri ifadə olunur. Hərfi yazının da ilk mərhələsində bir neçə səsi bir neçə işarə ilə veriblər – buna heca yazısı (sillabik yazı) deyiblər. Məsələn, qədim misirlilər, assuriyalılar heca yazısından istifadə ediblər.

Dünyada ilk yazı daş, metal, ağac üstündə oyma şəklində olmuşdur.

Şəkli və fikri yazılardan bu gün də istifadə olunur. Məsələn, ayaqqabı dükanının vitrinlərində və ya qapısında ayaqqabı şəkli çəkilir. Yaxud lotereya təbliğ edən plakatda “2.500 manata udmaq olar” sözlərindən sonra maşın, fotoaparat və s. əşyaların şəkilləri verilir. Bunlar piktoqrafik yazı nümunələridir. Kimya dərslərində istifadə olunan işarələr isə ideoqrafik yazı nümunələridir. Çünki bunlar müəyyən sözlərlə ifadə olunur. Məsələn H – hidrogen, N2O – su, NaCl – xörək duzu sözlərini bildirir.

3. AZƏRBAYCAN DİLİ ANLAYIŞI. ONUN TÜRK DİLLƏRİ AİLƏSİNDƏ YERİ VƏ MORFOLOJİ QURULUŞU.

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublikamızda 8 milyona qədər, Cənubi Azərbaycanda 23 milyondan çox adam bu dildə danışır. Bundan başqa müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ana dili kimi bu dili işlədirlər. Bütövlükdə bu dil 35 milyondan çox azərbaycanlıya xidmət göstərir. Azərbaycan dili Azərbaycan Respublikasında yaşayan, bu torpağın qədim sakinlərindən sayılan talış, tat, ləzgi, kürd, udi, saxur və başqa azsaylı xalqların ümumi ünsiyyət vasitəsidir. Respublikamızda yaşayan rusların, gürcülərin də xeyli qismi bu dili bilir.

ABŞ-da “Amerikanın səsi”, Avropada “Azadlıq” radiosu azərbaycanca verilişlər aparır. Bu dil respublikamızda 12 boyabr 1996-cı il səsverməsi ilə konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur.

Yarandığı ilk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanların da hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünyada 3.500-dən çox dil var (əlbəttə, bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür). Bir kökdən törəyən dillər qohu dillər sayılır. Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.

Qohum dillərin yaranması bir ağacın qol-budağa ayrılması kimidir. Məsələn, qədim ulu türk dili bu dillərə (şaxələrə) ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Növbəti mərhələdə bu budaqlar da cavan qollara (dillərə) ayrılır.

Oğuz dilindən (budağından) türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi törəyir; qıpçaq dilindən (budağından) qazax, qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır; qarluq dilindən (budağından) özbək, uyğur, salur və s. dillər meydana gəlir.

Bu bölünmə (şaxələnmə) milli dillər yaranana qədər davam edir. Dil şaxələrinə dil qrupları da deyilir. Yəni Azərbaycan dili, türkmən dili qaqauz dili, Türkiyə türkcəsi oğuz qrupunu təşkil edir.

Təbii ki, ayrılma vaxtı nisbətən yaxın olduğu üçün eyni budaqdan (qrupdan) olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə daha yaxın olur. Ona görə də bir qrupdan (budaqdan) olan dillərdə danışanlar bir-birlərini yaxşı başa düşürlər. Əlbəttə, bir qrupun dillərinin ayrılma vaxtının yaxınlığını çox müxtəsər düşünmək olmaz. Bu vaxt minilliklərlə ölçülür. Məsələn, oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır.

Yəni bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu artıq ilk orta əsrlərdə (birinci minillikdə) təşəkkül tapmışdı. Bu, Azərbaycan xalqının varlığı demək idi.

Dillərin qohumluq prinsipindən başqa, bir də tipoloji bölgüsü var. Bu bölgüdə dildəki sözlərin morfoloji quruluşu əsas götürülür.

Bu baxımdan dünya dilləri bir neçə qrupa ayrılır. Bəzilərində, ümumiyyətlə, şəkilçi yoxdur və sözün kökü dəyişmir – belə dillərə kök dillər deyirlər. Başqa qrup dillərdə həm sözün kökü içəridən dəyişir, həm də şəkilçi sözün müxtəlif yerlərində (əvvəlində, axırında) gəlir. Belə dillər flektiv dillər adlanır.

Azərbaycan dilində (həmçinin bütün türk dillərində) sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi mənaya malik olur. Həm də dilimizdə şəkilçilər (istər sözdüzəldici, istərsə də sözdəyişdirici) bir qayda olaraq söz kökündən sonra gəlir. Belə dillər iltisaqi (aqqlütinativ) dillər adlanır.

Əlbəttə, iltisaqilik tələblərini bir qanun kimi türk mənşəli sözlər yerinə yetirir. Məlumdur ki, dilimizdə çoxlu alınma sözlər var. Bu sözlər ya ərəb və fars dillərindən, ya da rus və Avropa dillərindən alınmışdır. Həmin dillər morfoloji quruluşca başqa tipdən olduqlarına görə, onlardan alınan sözlər bəzən iltisaqilik prinsipindən kənara çıxır. Məsələn, sözünəvvəlinə də şəkilçi artırılır:

ərəb və fars mənşəli sözlərdə: la-qeyd, na-məlum, bi-vəfa, ba-məzə;

Rus-Avropa sözlərində: anti-faşist, a-normal.

Belə sözlərdə bəzən şəkilçini ayırarkən kök məna vermir: məsələn, Rus-Avropa mənşəli sözlərdə: bioloji, frazeologiya sözlərində -loji və -logiya hissələri şəkilçidir, onları götürəndə bio və frazeo sözləri dilimizdə müstəqil söz kimi işlənə bilmir.

Ərəb-fars mənşəli sözlərdə: mənəvi və lüğəvi sözlərində -vi şəkilçisi aşkarca seçilir, ancaq dilimizdə mənə və lüğə sözləri yoxdur.

Əslən öz dilimizə məxsus bir neçə söz də bu baxımdan istisna təşkil edir. Məsələn, dinc və kişi xalis türk mənşəli sözlərdir. Ancaq bunlara –na ön şəkilçisi artırıla bilir: na-dinc, na-kişi.

Yaxud alçal, alçaq sözündə -l və -q, kiçik, kiçil sözündə -k və -l şəkilçidir, ancaq dilimizdə alça və kişi adda müstəqil köklər olmadığından alçal-alçaq; kiçik-kiçil lüğəvi vahidləri sadə söz kimi qiymətləndirilir. Belə sözlərdə hələ morfoloji sabitlik yaranmayıb. Dilimizdə bu tipli sözlər olduqca azdır. Təbii ki, on minlərlə sözün tərkibindəki belə 3-5 istisna hal dilin ümumilikdə iltisaqilik prinsipini pozmur.
4. DİL VƏ MƏDƏNİYYƏT. DİL VƏ XALQIN TARİXİ. AZƏRBAYCAN DİLİ MİLLİ VƏ DÖVLƏT DİLİ KİMİ.

İctimai hadisə olan dil başqa ictimai hadisələrlə qarşılıqlı əlaqədə inkişaf edir. Dil müstəqil inkişaf qanunlarına malik olsa da, cəmiyyətin bütün sahələrindəki dəyişikliklərə, geriləmə və irəliləyişlərə reaksiya verir. Müəyyən köhnəliklərlə bağlı dilin lüğət tərkibində bir sıra sözlər arxaikləşir. İstehsalın, sənayenin, elmin, texnikanın, bütövlükdə mədəniyyətin inkişafı yeni anlayışların yaranmasına səbəb olur ki, bunlar da dil vasitəsilə ifadə olunur.

Mədəni inkişaf geniş anlayışdır, cəmiyyətin bütün sahələrini əhatə edir. İnsanların bütün yaradıcılıq və fəaliyyət sahələri özünəməxsus mədəni davranışla müşayiət olunur. Adi məişət və ailə səviyyəsində də, yüksək əqli-intellektual inkişafda da mədəniyyət nizamlayıcı bir faktordur. Təsadüfi deyil ki, dildə mədəniyyət anlayışı ilə bağlı çoxlu ifadələr var: əmək mədəniyyəti, iş mədəniyyəti, istirahət mədəniyyəti, məişət mədəniyyəti, siyasi mədəniyyət, dövlətçilik mədəniyyəti, dil mədəniyyəti, nitq mədəniyyəti, danışıq mədəniyyəti, yazı mədəniyyəti, musiqi mədəniyyəti, teatr mədəniyyəti, hərbi mədəniyyət, idman mədəniyyəti, demokratik mədəniyyət və s. Mədəni inkişaf dildə yeni terminlərin yaranmasını şərtləndirir. Bu, dilin lüğət tərkibinin zənginləşməsi deməkdir. Müasir radio-televiziyanın kütləviləşməsi xalqda nitq mədəniyyətinin yüksəlməsinə ciddi təsir göstərir. Cəmiyyətdə insanların mədəni səviyyəsinin qalxması ədəbi dilin sferasını, fəaliyyət dairəsini genişləndirir, ədəbi dilin orfoqrafik, orfoepik və qrammatik normalarını möhkəmləndirir. Nəticədə dialektin sosial işlənməsi məhdudlaşır. İnsanların ümumi mədəni səviyyəsinin inkişafı elmin genişlənməsini şərtləndirir. Bununla da ədəbi – kitab dili ilə xalq danışıq təzahürünün yaxınlaşması, özünəməxsus şəkildə sintezi gedir və bu prosesin nəticəsi kimi dilimizdə bu gün xüsusi elmi-kütləvi üslub deyilən nitq forması müəyyənləşir. Uluslararası mədəniyyətlərin yaxınlaşması ilə müasir dilimizdə alınma sözlərin yeni dalğası görünür – bu alınma lüğətdə elmi-texniki və idman terminləri xüsusi seçilir.

Beləliklə, dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır. Bu bağlılığı iki istiqamətdə görmək mümkündür. Biri odur ki, bir dövlətin ərazisində qohum tayfaların birləşməsi nəticəsində xalq formalaşdığı kimi, bu tayfaların dili də (buna dialekt dili deyirlər, yəni dialekt tayfa dilinə bərabərdir) qarışaraq – sintezləşərək həmin xalqın dilinə çevrilir. Məsələnin başqa tərəfi odur ki, müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında dil faktları mühüm rol oynayır. Fransız dilçisi Vandriyes (1875-1960) belə bir fikri var ki, xalqın tarixinin öyrənilməsində dil faktı ən mötəbər tarixi sənəddən daha etibarlıdır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir. İlan midiyalıların totemi olduğu üçün dövlətin baş tayfasına onun adı verilmişdir. Midiya dövlətinin Şərq mənbələrindəki adı Maktadır. Sözün şərhi belədir: mak (tayfanın adı) + ta (yer anlayışı ifadə edən qrammatik əlamət) – yəni makların yaşadığı yer Xalqın tarixini aydınlaşdıran belə sözlər çoxdur.

Dilimizdə ərəb və fars sözlərinin işlənməsi Azərbaycan xalqının tarixən həmin xalqlarla olmuş əlaqəsinin nəticəsidir. Məsələn, bu islam dinini qəbul etdikdən sonra türkcə uçmaq, damu, Tanrı, yalavac sözlərinin əvəzinə müvafiq olaraq cənnət, cəhənnəm, Allah, peyğəmbər isimləri işlənməyə başlamışdır. Yaxud rus imperiyasının işğalı ilə XIX əsrdən Azərbaycan dilində rus və Avropa dillərinin sözləri istifadə olunmuşdur.

Dil faktları xalqın mədəni-tarixi səviyyəsi haqqında aydın məlumat verir. Məsələn, XI əsr uyğur ədəbiyyatının kamil nümunələrindən biri “Qutadğu bilik” (“Xoşbəxtlik elmi”) poemasında hökmdara, yüksək rütbə sahibinə “sən” yerinə “siz” deyilir (uyğurlar türk xalqlarından biridir). Halbuki məşhur Roma imperatoru Sezara hər yerdə “sən” deyə müraciət olunur. XI əsrin böyük alimi Mahmud Qaşğarlı yazırdı ki, türk və ərəb dilləri atbaşı (yəni bərabər) gedir. Bu, türkcınin ərəbcə nazil olmuş Quranın dili ilə bir səviyyədə olmasını göstərir. Quranın İxlas surəsinin “Dədə Qorqud” kitabındakı Azərbaycan türkcəsinə tərcüməsi həmi fikri əyani təsdiqləyir. Konstitusiyanın 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. (Azərbaycan Respublikasının konstitusiyası. 1996, s.10). Bu o deməkdir ki, Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı və şifahi əlaqə işləri Azərbaycan dilində aparılacaqdır. Həmin prosesin ardıcıllığına dövlət təminat verir. Bu o deməkdir ki, dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz işlərini məhz Azərbaycan dilində icra edəcəklər. Yenə Konstitusiyada yazılır: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir” (yenə orada, s.11). Deməli, dövlət dilinin vahidliyi həm də öz demokratizmi ilə səciyyələnir. Belə ki, respublikamızda yaşayan azsaylı xalqların, etnik qrupların nümayəndələri öz aralarında, məişətdə, həyatlarının müxtəlif sahələrində öz ana dillərində ünsiyyət saxlamaq hüququna malikdirlər; öz dillərində və istənilən başqa dillərdə təhsil almaq hüquqları var.

5. AZƏRBAYCAN DİLİNİN QURULUŞU. FONETİKA. FONEM ANLAYIŞI.

Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:

Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi;möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti;Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir :[tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.

Comments are closed, but trackbacks and pingbacks are open.