Press "Enter" to skip to content

İslam dini qadınlara qarşı edilən zorakılığa necə baxır

CAVAB

Nikah necə kəsilir

Sual: Dinimizə görə nikahın səhih olması üçün bəlli şərtlər nələrdir?

CAVAB

Bu şərtlərin birincisi, Müsəlman qadının Müsəlman kişilə evlənməsidir. Müsəlman olmayan kişi ilə evlənə bilməz. Evlənməyə qərar verdiyi anda kafir olur. Çünki Allahu təala, “Evlənilə bilməz” buyurur. Evlənən bu əmri inkar etmiş olar. Müsəlman kişi də eyni şəkildə müşrik, dinsiz bir qadınla evlənə bilməz. O da evlənməyə qərar verdiyi anda kafir olur. Əhli kitab olan, yəni Yəhudi və ya Xristian qızla evlənmək caiz isə də, tahrimən məkruhdur, yəni günahdır. Müsəlman qız isə əhli kitab olsa da, heç bir kafir kişi ilə evlənə bilməz.

Dinimizdə küfv [tay] olmaq önəmlidir. Küfv, Hənəfidə soyda, malda, dində və şərəfdə bir-birinə tay olmaq deməkdir. Qadınla kişinin din bilgiləri, təqva, nəsəb, mövqe və sərvət baxımından tay olmaları lazımdır. Tay olmaq kişinin saleh Müsəlman olması, Əhli-sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni İslamiyyətə tabe olması və ehtiyaclarını qazanacaq qədər iş sahibi olması deməkdir. Kürəkənin tək mal-mülk və mövqe sahibi olmasını istəyənlər qızlarını fəlakətə, Cəhənnəmə atmış olarlar. Qızın da namazlarını qılması və günahlardan çəkinməsi lazımdır.

Nikahın ikinci şərtdi də şahidlərin olmasıdır. Hənəfidə şahid olaraq ağıllı və yetkin Müsəlman iki kişi və ya bir kişi ilə iki qadın olmalıdır. Uşaqla dəlinin şahidliyi etibarlı olmaz.

Nikahın üçüncü şərti zərurət və qəbuldur. Yəni sözləşmədir.

Bu üç şərt yerinə gələrsə nikah səhih olar. Verilməsi vacib olan mehr danışılmasa da nikah səhihdir, amma nikahda vacib olan mehrin müəyyən olunmasıdır.

Vəziyyətə görə, mehr az və ya çox istənilə bilər. Mehr vermək vacibdir. Peyğəmbər əfəndimiz, “Mehr verməmək niyyətiylə nikahlanan Qiyamətdə oğrularla həşr olar buyurmuşdur. [R.Nasıhin]

Mehr iki qisimdir. Mehri muaccəl, tez verilməsi lazım olan mehr deməkdir. Mehri müəccəl, dərhal verilməyib daha sonra vəfat və ya boşanma halında verilməsi lazım olan mehr deməkdir.

Sual: Gəlin və kürəkənin özləri də orada olarsa dini nikahları necə kəsilər?

CAVAB

Qeydiyyat İdarəsində rəsmi işlər bitdikdən sonra Müsəlman bir kişi Hənəfi məzhəbinə görə Müsəlman iki kişi şahid yanında evlənəcəyi qıza, “Səni xanım olaraq aldım” deyər, qız da, “Mən də səni ər olaraq qəbul etdim” deyərsə, nikah səhih olarsa da, sünnətə uyğun nikah belə kəsilər:

Bu dövrdə dini bilənlər azaldığı üçün nikah kəsən, bəy və gəlinə, Allahu təalanın sifətlərini (xüsusiyyətlərini) sayıb, İmanın və İslamın şərtlərini də söylədikdən sonra, “Qəbul etdinmi?” deyə soruşar. Bəli, cavabını alıb, bəylə gəlinin Müsəlman olduğu beləcə aydın olduqdan sonra nikahları kəsilər.

Əvvəl gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə yazar. Sonra iki kişi şahidin adını atalarının adlarıyla birlikdə yazar. Sonra razılaşdırılan mehri-müəccəli və mehri-muaccəli yazar. [Mehri-müəccəlin çox olması qızın mənfəətinədir. Məsələn, onluq qızıl ola bilər. Kişi boşadığı vaxt bu mehri verməsi şərtdir. Çox olarsa bəsit səbəblərlə xanımını boşamaz.]

İstiğfar oxuyaraq oradakılara təcdidi iman və təcdidi nikah etdirər:

Əstağfirullah, əstağfirullah, əstağfirullah əl-azım əlləzi lə iləhə illə hüv əlhayyəlqayyumə və ətübü ileyh, təvbətə abidin zalimin li-nəfsihi la yəmlikü li-nəfsihi məvtən və la hayətən və lə nüşura. Ya Rəbbi! Həddi-buluğumdan bu ana gələnə qədər İslam düşmənlərinə və bidət əhlinə aldanaraq əldə etdiyim səhv, yanlış etiqadlarıma və bidət, fisq olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə və işlədiklərimə peşman oldum, bir daha belə səhv inanmamağa və etməməyə əzm, cəzm və qəsd etdim. Peyğəmbərlərin əvvəli Adəm əleyhissəlam və axırı bizim sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlamdır. Bu iki Peyğəmbərə və ikisi arasında gəlmiş keçmiş Peyğəmbərlərin cümləsinə iman etdim. Hamısı haqqdır, sadiqdir. Bildirdikləri doğrudur. Əməntü billahi və bi-ma caae min indillah, alə muradillah və əməntü bi-Rasulillah və bi-ma caae min indi muradı Rasulillah. Əməntü billahi və Mələikətihi və kütübihi və Rəsülihi vəlyəvmil-axiri və bilqədəri xayrihi və şərrihi minallahi təala vəl-basü badəlməvti haqqun. Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rəsuluh. Allahummə inni üridü ən ücəddidəl imana vənnikəha təcdidən bi-qavli la ilahə illallah Muhammədun Rəsulullah.

Əuzu Bəsmələdən sonra bu duanı oxuyur:

Əlhamdü lillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhallənnikəha və harrəməssifah. Vəssalatu vəssəlamu ala rəsulina Muhammədinilləzi bəyyənəl-harama vəl-mubah və ala Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.

Əuzu Bəsmələ çəkib Nur surəsinin 32-ci ayəti kəriməsini oxuyub, “Sadəqallahül-azım deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismilləhi və alə sünnəti rasulillah deyər.

Sonra gəlinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-əzəm Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, [məsələn] onluq qızıl mehri müəccəl və 5 qızıl mehri-muaccəllə, Həsən oğlu Əlini ərliyə qəbul etdinmi?” deyər. Gəlin də, “Bəli, bildirilən mehri-müəccəl və mehri-muaccəl ilə Həsən oğlu Əlini ərliyə qəbul etdim” deyər.

Sonra bəyə dönüb, yenə Bismilləhi və alədən başlayıb oxuyar. Əhməd qızı Fatmanı, bildirilən mehri-müəccəl və mehri-muaccəl ilə xanımlığa qəbul etdinmi?” deyər.

Hər ikisinə üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra bu duanı oxuyar:

Nikah duası:

“Allahümməcal həzəl aqdə məynunən mubarəkən vəcʼal bəynə-hüma ülfətən və məhabbətən və qərara və la təcal bəynə-hüma nifrətən və fitnədən və firara. Allahümmə əllif bəynəhüma kəma əlləftə bəynə Adəmə və Həvva. Və kəmə əlləftəbəynə Muhammədin sallallahu əleyhi və səlləm və Xadicə-tel-kübra və Aişə-tə ümm-il mömininə radıyallahu anhümə. Və bəynə Aliyyin radıyallahü anh və Fatimə-tez-zəhra radıyallahu anhə. Allahümməati lə-hüma əvlədən saləhan və ömrə tavilən və rızkan vasian. Rabbəna həb ləna min əzvacina və zürriyyatina kurrətə ayünin vəcalna lilmüttəkinə iməmə. Rəbbəna atina fiddünya hasənətən və fil axirəti hasənətən və qına azəbənnar. Sübhanə rabbikə rabbil izzəti amma yəsıfün və səlamün aləl mürsəlin vəlhamdülillahi rəbbilələmin. Əl-Fatiha.

Bu duanı Peyğəmbər əfəndimiz və bütün alimlər, vəlilər oxudular. Bunu oxuyanda ər-arvad arasında ölənə qədər məhəbbət mövcud olar, rahat və hüzur içində yaşayarlar. Evlərindən bərəkət əskik olmaz. Duanın məali də belədir:

“Allahım! Bu evliliyi mübarək et! Aralarında ülfət, dolanışıq, sevgi və evliliklərində səbat nəsib eylə, bunları nifrət, dolanışıqsızlıq və ayrılıqdan qoru! Allahım! Adəm əleyhissəlam ilə Həvva anamız, Muhamməd əleyhissəlam və Xədicəyi-Kübra və möminlərin anası Aişə anamız, Həzrəti Əli ilə Həzrəti Fatimə-tüz-Zəhra anamız arasındakı var olan ülfəti də bunlara da nəsib eylə! Onlara saleh övlad, uzun ömürlər və bol ruzi ehsan eylə! Amin. Ey Rəbbimiz! Zövcələrimizi və uşaqlarımızı bizə göz aydınlığı qıl və bizi Allaha qarşı gəlməkdən çəkinənlərə rəhbər et! Ey Rəbbimiz, bizə dünyada və axirətdə yaxşılıq, gözəllik ver. Bizi Cəhənnəm əzabından qoru! Qüdrət və şərəf sahibi olan sənin Rəbbin, onların söylədiyi uyğun olmayan şeylərdən münəzzəhdir. Bütün Peyğəmbərlərə salam olsun. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.”

Bəy var, gəlin yoxdursa

Sual: Gəlin orada hazır olmayıb, gəlinin vəkili ilə bəy varsa, dini nikahları necə kəsilər?

CAVAB

Nikah kəsən bəydən, Allahu təalanın sifətlərini sayıb, imanın və İslamın şərtlərini izah edər və “Bunları qəbul etdinmi?” deyə soruşar. Gəlinin vəkilinə də gəlinin, bilib bilmədiyini, yəni Müsəlman olub olmadığını soruşar. Müsəlman olduğu aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə və gəlinin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə yazar. Sonra iki kişi şahidin adını, atalarının adıyla birlikdə yazar. Sonra, müəyyən olunan mehri müəccəli və mehri muaccəli yazar.

Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah edildikdən sonra, istiğfar və Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:

Əlhamdulillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhallənnikəha və harrəməssifah. Vəssalatu vəssəlamu ala rasulina Muhammədinilləzi bəyyənəl haramə vəl-mübah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.

Əuzu Bəsmələ çəkib, Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül azım deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqib an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismillahi və alə sünnəti rasulillah deyər.

Sonra gəlinin vəkilinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, vəkili olduğun Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, talibi olan Həsən oğlu Əliyə evləndirməyə, vəkalətinlə verdinmi?” deyər.

Sonra bəyə dönüb, yenə Bismillahi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, xanımlığa qəbul etdinmi?” deyər. Hər ikisinə də üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra yuxarıdakı uzun nikah duasını oxuyar.

Gəlin var, bəy yoxdursa

Sual: Bəy orada hazır olmayıb, bəyin vəkili ilə gəlin varsa, dini nikahları necə kəsilir?

CAVAB

Nikah kəsən kimsə gəlinə, Allahu təalanın sifətlərini sayıb, iman və İslamın şərtlərini izah edər və “Bunları qəbul etdinmi?” deyə soruşar. Bəyin vəkilindən də bəyin bunları bilib-bilmədiyini, yəni Müsəlman olub olmadığını soruşar. Müsəlman olduğu aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə yazar. Sonra bəyin adını, məsələn Həsən oğlu Əli deyə və bəyin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra Müsəlman iki kişi şahidin adını, atalarının adlarıyla birlikdə yazar. Sonra, müəyyənləşən mehri müəccəli və mehri muaccəli yazar.

Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah etdirdikdən sonra, istiğfar ilə Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:

Əlhamdülillahilləzi zəvvəcəl ərvəha bil əşbah və əhallənnikaha və harrəməssifah. Vəssalatu vəssəlamu alə rəsulina Muhammədinilləzi bəyyənəl-haramə vəl-mübah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.

Əuzu Bəsmələ çəkib Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül əzm deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismilləhi və alə sünnəti rəsulillah deyər.

Sonra gəlinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, Həsən oğlu Əlini ərliyə qəbul etdinmi?” deyər. Gəlin də, “Bəli, bildirilən mehri müəccəl və mehri muaccəl ilə Həsən oğlu Əlini ərliyə qəbul etdim” deyər.

Sonra bəyin vəkilinə dönüb, yenə Bismilləhi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və 1 onluq qızıl mehri muaccəllə, vəkili olduğun Həsən oğlu Əliyə, vəkalətin səbəbi ilə aldınmı?” deyər. Hər ikisinə üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra, yuxarıdakı uzun nikah duasını oxuyar.

Bəy və gəlin yoxdursa

Sual: Bəy və gəlin orada hazır olmayıb, yalnız vəkilləri varsa, dini nikahları necə kəsilər?

CAVAB

Nikahı hər kəs kəsə bilər, imamların kəsməsi lazımdır deyə bir şərt yoxdur. Nikah kəsəcək kimsə gəlinin və bəyin vəkillərinə, bəyin və gəlinin Allahu təalanın sifətlərini, imanın və İslamın şərtlərini bilib bilmədiklərini, yəni Müsəlman olub olmadıqlarını soruşar. Müsəlman olduqları aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə və gəlinin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə və kürəkənin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra Müsəlman iki kişi şahidin adını, atalarının adıyla birlikdə yazar. Sonra müəyyənləşən mehri müəccəli və mehri muaccəli yazar.

Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah edildikdən sonra, istiğfar ilə Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:

Əlhamdulillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhalleənnikəha və harrəməssifah. Vəssalatü vəssəlamü alə rəsulina Muhammədinilləzi bəyyənəl-haramə vəl-mubah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.

Əuzu Bəsmələ çəkib, Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül azım deyər, sonra, “Qalə Rasulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rasulullah. Bismilləhi və alə sünnəti rəsulillah deyər.

Sonra gəlinin vəkilinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, vəkil olduğun Əhməd qızı Fatmanı, onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, talibi olan Həsən oğlu Əli ilə evləndirməyə, vəlakət səbəbiylə, verdinmi?” deyər.

Sonra bəyin vəkilinə dönüb, yenə Bismilləhi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] 11 onluq qızıl mehri müəccəl və 1 onluq qızıl mehri muacəllə, vəkili olduğun Həsən oğlu Əliyə, vəkalətin səbəbiylə verdinmi?” deyər. Hər ikisindən üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdimdeyə cavab alanda, “Mən də bu nikahı kəsdim deyər. Sonra yuxarıdakı uzun nikah duasını oxuyar.

İslam dini qadınlara qarşı edilən zorakılığa necə baxır?

Salam aleykum. İslam dini mərhəmət dinidir. İslam dini hər bir zorakılığı və haqsızlığı pisləyir, eləcə də böyük günah olduğunu bildirir. İslam sözünün mənası da məhz sülh, barışıq, salamatlıq deməkdir. İslam dini qadınlara xüsusi hörmət bəsləməyi buyurur. Qadınlar barədə Quranda “ən-Nisa” (Qadınlar) surəsinin nazil olması buna sübutdur. Bu surədə Uca Allah qadınların haqlarının qorunmasını və onlarla gözəl rəftar olunmasını əmr edərək buyurur: “Qadınlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun” (ən-Nisa, 19). İslam alimi İbn Kəsir bu ayənin təfsirində demişdir:

“Yəni onlarla gözəl şəkildə danışın, davranışınızı və zahiri görünüşünüzü bacardığınız qədər yaxşılaşdırın. Qadının sənə qarşı necə olmağını istəyirsənsə, sən də ona qarşı elə ol. Uca Allahın digər bir ayədə buyurduğu kimi: “Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları ol­duğu kimi, on­la­rın da kişilər üzərin­də haqları vardır” (əl-Bəqərə, 228). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm” (ət-Tirmizi (4/367), İbn Məca, 1977). Gözəl rəftar daima gülərüz olmaq, ailə ilə arabir zarafat etmək, onlara qarşı mülayim olmaq, onların maddi dolanışığını təmin etmək və qadınları ilə deyib-gülmək Peyğəmbərin əxlaqı idi. Hətta o, bəzən möminlərin anası Aişə ilə yarışar və bununla ona olan sevgisini göstərərdi. Aişə (Allah ondan razı olsun) belə deyirdi: “Bir dəfə Peyğəmbər mənimlə qaçışda yarışdı və mən onu keçdim. Bu, mən kökəlməmiş idi. Mən kökəldikdən sonra bir daha yarışdıq və bu dəfə o məni keçdi və dedi: “Bu, əvvəlkinin əvəzi idi”. (Əbu Davud, 2578)”. Sonra İbn Kəsir Peyğəmbərin öz zövcələri ilə gözəl rəftarından danışaraq sonda demişdir: “Uca Allah buyurur: “Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir” (əl-Əhzab, 21)”.

Həmçinin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Ən kamil imana sahib olan möminlər, əxlaqı ən gözəl olanlardır. Sizin ən xeyirliniz isə qadınlarına qarşı ən xeyirli olanlardır“. (Əbu Davud, 4682). Başqa bir hədisdə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara qarşı ədalətli davranmağı əmr edərək: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız” – deyə buyurmuşdur. (Muslim, 1218).

İslam dini qadına hələ qız uşağı ikən böyük hörmət bəsləmişdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Kim qız uşağını gözəl tərbiyə edib, Uca Allahın verdiyi nemətlərlə bolluq içində yedirdər və geyindirərsə, o qız uşağı onun üçün xeyir-bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar“. (ət-Təbərani).

Həmçinin İslam dini qadına ana olaraq da böyük hörmət bəsləmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi­: “Ya Rəsulullah, mən ən çox kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Adam yenə soruşdu: “Sonra kimə?” Dedi: “Ana­na!” Adam bir də so­ruş­du: “Sonra kimə?” Dedi: “Anana!” Axırıncı dəfə: “Sonra kimə?”– soruş­duq­da, o: “Atana!”– dedi.” (əl-Buxari, 5971).

Bütün bu deyilənlər İslam dininin qadına böyük ehtiramla yanaşmasına dəlalət edir. İslam dinində qadınla gözəl rəftar etmək barədə çoxlu ayə və səhih hədislər vardır. Həmçinin oxuyun:

Comments are closed, but trackbacks and pingbacks are open.