Nikah necə kəsilir
İslam dinində də mərhəmət və bağışlamaq fenomeni mərkəzi yerlərdən birini tutur. Amma xristianlıqdan fərqli olaraq burada tanrının özünün tükənməz mərhəmətindən, günahları bağışlamasından söhbət gedir. İnsanın özünə gəldikdə isə onun qisas almaq hüququ, onunla savaşanlara qarşı savaşmaq hüququ tanınır.
Nəticə olaraq biz bu qənaətə gələ bilərik ki, din harda ki, ruhi sferadan kənara çıxmır əsil dəyərini orda göstərir. Ruhi sferada olduğu müddətdə də burada hər hansı bir məntiq axtarılmamalıdır. Biz dini əhvalatların doğru olub olmadığının o qədər də qayğısına qalmaya bilərik. Əhəmiyyətli olan bu əhvalatların nə dərəcədə faydalı, ibrətamiz olmasıdır. Din sevda, eşq kimi ruhi bir anlayışdı və bu çərçivədə baxıldığı müddətdə faydalıdır. Hər halda biz onu asanlıqla başqa bir dəyərlə əvəz edə bilmirik.
DİNƏ MÜNASİBƏT NECƏ OLMALIDIR?
Dini məsələlərə doqmatik yanaşmırsınızsa yəqin ki, özünüzə sual verməmiş olmazsınız – yəni bütün bu ağlasığmaz möcüzələr doğrudurmu? Yəni məsələn, İsa peyğəmbərin tanrının oğlu olduğu və ya yenidən dirildiyi, Nuh peyğəmbərin 1000 il yaşadığı, Musa peyğəmbərin dəryanı ikiyə böldüyü və sair.
Bura islam dinində də iddia edilən möcüzələri daxil edə bilərik. Əlbəttə ki, bütün bunlara müasir insan zəkası ilə düşündüyündə məntiqi çərçivə tapmaq mümkün deyil. Əgər bütün bunlar dinin o müqəddəslik, qorxu və bir az da təşviq pərdəsi altında özünə yer tapmasa, sən yəqin ki, “yox bir” deyib gülüb keçərdin. Ancaq bu, dinin rolunu bütünlükdə inkar etmək üçün əsas deyil. Ədəbiyyat özü də uydurmadır, amma sən onun əhəmiyyətini dana bilməzsən. Beləliklə din, yalnız möminlərin öhdəsinə buraxılmayacaq qədər maraqlı, müdrik və təsəlliverici fenomendir.
İsa peyğəmbərin çarmıxa çəkilməsini götürək. Xristianlar bu hadisəyə insanlığın ən böyük cinayəti, az qala dünyanın sonu kimi baxırlar. Çox həzin və kədərli bir hadisədir: o, çox xeyirxah, mərhəmətli, səmimi və müdrik insan idi. Yoxsulların və tənha insanların hamisi idi, anasını və dostlarını sevirdi, sevgiyə və mərhəmətə inanırdı. Ədalətli dünya qurmaq istəyirdi. Amma bütün bunların axırı alçaldılma, xəyanət və dözülməz ağrı-acı ilə bitdi. Ən yaxın dostu onu satdı, uydurma ittihamlarla mühakimə olundu, insanlar onu tək buraxdı, kütlə ələ saldı, təhqir etdi. Nazaretli İsa dirəyə mismarlandı və ölümə tərk edildi. Günlərlə dəhşətli əzab içində can verdi.
Bütün bunların həqiqətən də məhz belə baş verdiyini heç kim əminliklə söyləyə bilməz. Ancaq məsələ onda da deyil, yəni bu hadisənin gerçəkliyi müəyyənedici faktor deyil. Aydındır ki o, “Allahın oğlu” deyildi, bununla belə bu əhvalat müasir dünyamızı aydınladır və bizə nə isə bir şeylər anlatmağa çalışır. Gəlin buna bir az fərqli aspektdən yanaşaq. İsa burada simvolik xarakterdir, insan övladını təmsil edir. Əslində onun əzablı hekayəsi biz insanların qəm-qüssə dolu həyatının bir qədər şişirdilmiş versiyasıdır. Günümüzdə nələr baş vermir ki, nə qədər sınaqlardan keçməli oluruq. Kimisi öz doğmasını itirir, kimisinə xərçəng diaqnozu qoyulur, ailələr dağılır. Adi səhvlərimiz belə, nə qədər müsibət və fəlakətlər doğurur. İsanın çarmıxa çəkilmə əhvalatı bütün bu insani müsibətlərə qarşı bir dözüm və bağışlanma üfüqü açır. İnsanlar ümidsizcəsinə bu üfüqə doğru irəliləməkdə davam edirlər.
Bu hala elə öz nümunəmizdə, Kərbala faciəsinə şiələrin münasibəti fonunda da baxa bilərik. İnsanlar əslində burada təkcə imam Hüseynə deyil, öz ağrı acılarına ağlayırlar və bağışlanmaq istəyirlər. Kərbala hadisəsi onların kədərinin, ümidsizliyinin, ədalətə olan inamının obrazlı şəkildə ifadəsidir. Bu həm də dindəki kimi mücərrəd də deyil, insanın özünü tapdığı, öz yaşantısından alıntılar ala biləcəyi bir hadisədir. Bu onu göstərir ki, bizim cəmiyyət olaraq ağrı-acının öhdəsindən gəlib həqarət və xəyanətlərə dözməkdə bizə bələdçi olacaq, bizi aydınlatan və bizə təsəlli verən nümunələrə ehtiyacımız var. Din bunun öhdəsindən çox gözəl gəlir.
Dinlərin dahiliyi, həmçinin ondadır ki, bütün bu dini əhvalatların mərkəzində adi insan dayanır. İdeallaşdırılmış, hər şeyə qadir olan insan üstü varlıqdan söhbət getmir. İsa peyğəmbərin nümunəsində o, insanlar tərəfindən həqarətlərə məruz qalır – ancaq eyni zamanda öz statusunu saxlayır: Həm hökmdarlar hökmdarı, həm də adi məğlub insan. Bu inanılmaz dərəcədə insanlara təsəlli verir. İnsanlar düşünür ki, bəzən əzab çəkməklə, yıxılıb ayağa qalxmaqla, bir çox şeyləri itirməklə də həyatda qalib gəlmək olar.
Digər tərəfdən bu dəhşətli hadisə çox müdrik bir şəklidə sonda qisas alınmasını deyil, bağışlamağı, əhv etməyi təşviq edir. Ona qarşı edilən bunca həqarətlərə rəğmən o, vəhşilikdən gözü dönmüş kütlənin zərər görməsini istəmir. İsa peyğəmbərin ölümündən əvvəl son ricası belə olur: Bağışlayın onları, onlar nə etdiklərini bilmirlər. O, inanırdı ki qəddarlıq – sevgi və xoşgörünün çatışmazlığından irəli gəlir. Kütlə içərisində həqarət edən, vurub sındıran, vəhşilikdən gözü dönmüş fərd, həmin an düşdüyü kütləvi davranış psixikasının təsiri altında fəaliyyət göstərir. İsa peyğəmbər hesab edirdi ki, bu insanlar düşdüyü həmin mühitin qurbanıdır. Bütün varlığımızla onları anlamağa çalışsaq qəzəb hissindən daha çox təəssüf hissi keçirmiş olarıq.
İslam dinində də mərhəmət və bağışlamaq fenomeni mərkəzi yerlərdən birini tutur. Amma xristianlıqdan fərqli olaraq burada tanrının özünün tükənməz mərhəmətindən, günahları bağışlamasından söhbət gedir. İnsanın özünə gəldikdə isə onun qisas almaq hüququ, onunla savaşanlara qarşı savaşmaq hüququ tanınır.
Nəticə olaraq biz bu qənaətə gələ bilərik ki, din harda ki, ruhi sferadan kənara çıxmır əsil dəyərini orda göstərir. Ruhi sferada olduğu müddətdə də burada hər hansı bir məntiq axtarılmamalıdır. Biz dini əhvalatların doğru olub olmadığının o qədər də qayğısına qalmaya bilərik. Əhəmiyyətli olan bu əhvalatların nə dərəcədə faydalı, ibrətamiz olmasıdır. Din sevda, eşq kimi ruhi bir anlayışdı və bu çərçivədə baxıldığı müddətdə faydalıdır. Hər halda biz onu asanlıqla başqa bir dəyərlə əvəz edə bilmirik.
Amma din, sosial, iqtisadi, siyasi sferaya sirayət etdiyi andan cəmiyyətə zərər vurmağa başlayır. Əgər din sosial sahəyə müdaxilə edib sənin öz həyat yoldaşınla necə münasibət qurmalı olduğuna aydınlıq gətirməyə qalxarsa və ya xeyli dərəcədə mürəkkəb olan mülkiyyət, vərəsəlik kimi məsələlərin hüquqi tənzimləməsinə çalışarsa, ya da heç nə ilə əsaslandırılmayan faizssiz bankçılıq modelində israr edərsə və ya siyasi idarəetmə alətinə çevrilərsə, o andan etibarən o öz əsl təyinatını itirmiş olur. Eyni zamanda o öz ilahi mahiyyətini də ititrir. Çünki sadaladığımız məsələlər artıq dünyəvi, məntiqi sferadır, siz bütün bunları bir doqma kimi, ilahi bir göstəriş kimi cəmiyyətə təqdim edə bilməyəcəksiz, məntiqi bir izah tapmalı olacaqsınız. Dinin sosial sahəyə təsirinə bir nümunə olaraq din və iqtisadi inkişaf arasında asılılığa dair statistikaya baxa bilərik. Belə ki, dünyanın ən varlı 19 ölkəsində əhalinin 70 faizindən çoxu dini özü üçün əhəmiyyətli hesab etmir. Əksinə dünyanın ən kasıb ölkələrində isə əhalinin mütləq əksəriyyəti dinə inanır. Bu həm də onunla izah olunur ki, kasıb ölkələrdə insanlar bir şeyləri dəyişmək iqtidarında olmadıqlarını düşünüb və bu dünyada hər şeydən əlini üzüb o dünya üçün fokuslanırlar. Əksinə dinin hakim olmadığı varlı ölkələrdə isə insanlar öz bacarıqlarına bel bağlayırlar və öz taleyini səy və istedadları ilə dəyişə biləcəklərinə inanırlar. Belə nəticəyə gələ bilərik ki, zülm və səfalətin olmadığı ölkələrdə din az yada düşür.
Sonda dini fundamentalizmin tüğyan etdiyi müasir dövrümüzdə dinə münasibət necə olmalıdır, orta yolu necə tapmalıyıq? Cavab sadədir: dinləri bir sosial fenomen kimi öyrənməliyik. Ayrıca götürülmüş hər hansı bir dini yox, bütün dinləri öyrənməliyik və sual verməkdən, sorğulamaqdan və müqayisə etməkdən qorxmamalıyıq. Bilgi, dini mövhumat və cəhalətə qarşı ən yaxşı silahdır. Əksinə, əgər sizin insanın və dünyanın mənşəyi, insanın təyinatı, cəmiyyətdə rolu və s. bu kimi fundamental suallara artıq hazır cavablarınız vardırsa və mütləq qəbul etdiyiniz dini həqiqətləri sorğulamaq imkanından mərhumsunuzsa, onda çətin ki siz bütün bu məsələləri alternativ qaydada təhlil edən və çoxlu suallar qoyan elmi inkişafda maraqlı olmaq istəyəcəksiniz. Bəşəriyyət minillər boyunca elm, incəsənət, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrdə çox dəyərlər yaratdı. Din də bu dəyərlərdən biridir və onlarla birlikdə öyrənilməlidir. Son nəticədə nağılları sevib oxumağınız, nağıllara inanmağınız anlamına gəlmədiyi kimi, dinləri öyrənməyiniz də dindar olmağınız anlamına gəlməz.
Müəllif: Nurlan Babayev
Mənbə: “Philosophers Mail” portalının materialları əsasında hazırlanıb, Kultura.az
Nikah necə kəsilir
Sual: Dinimizə görə nikahın səhih olması üçün bəlli şərtlər nələrdir?
CAVAB
Bu şərtlərin birincisi, Müsəlman qadının Müsəlman kişilə evlənməsidir. Müsəlman olmayan kişi ilə evlənə bilməz. Evlənməyə qərar verdiyi anda kafir olur. Çünki Allahu təala, “Evlənilə bilməz” buyurur. Evlənən bu əmri inkar etmiş olar. Müsəlman kişi də eyni şəkildə müşrik, dinsiz bir qadınla evlənə bilməz. O da evlənməyə qərar verdiyi anda kafir olur. Əhli kitab olan, yəni Yəhudi və ya Xristian qızla evlənmək caiz isə də, tahrimən məkruhdur, yəni günahdır. Müsəlman qız isə əhli kitab olsa da, heç bir kafir kişi ilə evlənə bilməz.
Dinimizdə küfv [tay] olmaq önəmlidir. Küfv, Hənəfidə soyda, malda, dində və şərəfdə bir-birinə tay olmaq deməkdir. Qadınla kişinin din bilgiləri, təqva, nəsəb, mövqe və sərvət baxımından tay olmaları lazımdır. Tay olmaq kişinin saleh Müsəlman olması, Əhli-sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni İslamiyyətə tabe olması və ehtiyaclarını qazanacaq qədər iş sahibi olması deməkdir. Kürəkənin tək mal-mülk və mövqe sahibi olmasını istəyənlər qızlarını fəlakətə, Cəhənnəmə atmış olarlar. Qızın da namazlarını qılması və günahlardan çəkinməsi lazımdır.
Nikahın ikinci şərtdi də şahidlərin olmasıdır. Hənəfidə şahid olaraq ağıllı və yetkin Müsəlman iki kişi və ya bir kişi ilə iki qadın olmalıdır. Uşaqla dəlinin şahidliyi etibarlı olmaz.
Nikahın üçüncü şərti zərurət və qəbuldur. Yəni sözləşmədir.
Bu üç şərt yerinə gələrsə nikah səhih olar. Verilməsi vacib olan mehr danışılmasa da nikah səhihdir, amma nikahda vacib olan mehrin müəyyən olunmasıdır.
Vəziyyətə görə, mehr az və ya çox istənilə bilər. Mehr vermək vacibdir. Peyğəmbər əfəndimiz, “Mehr verməmək niyyətiylə nikahlanan Qiyamətdə oğrularla həşr olar” buyurmuşdur. [R.Nasıhin]
Mehr iki qisimdir. Mehri muaccəl, tez verilməsi lazım olan mehr deməkdir. Mehri müəccəl, dərhal verilməyib daha sonra vəfat və ya boşanma halında verilməsi lazım olan mehr deməkdir.
Sual: Gəlin və kürəkənin özləri də orada olarsa dini nikahları necə kəsilər?
CAVAB
Qeydiyyat İdarəsində rəsmi işlər bitdikdən sonra Müsəlman bir kişi Hənəfi məzhəbinə görə Müsəlman iki kişi şahid yanında evlənəcəyi qıza, “Səni xanım olaraq aldım” deyər, qız da, “Mən də səni ər olaraq qəbul etdim” deyərsə, nikah səhih olarsa da, sünnətə uyğun nikah belə kəsilər:
Bu dövrdə dini bilənlər azaldığı üçün nikah kəsən, bəy və gəlinə, Allahu təalanın sifətlərini (xüsusiyyətlərini) sayıb, İmanın və İslamın şərtlərini də söylədikdən sonra, “Qəbul etdinmi?” deyə soruşar. Bəli, cavabını alıb, bəylə gəlinin Müsəlman olduğu beləcə aydın olduqdan sonra nikahları kəsilər.
Əvvəl gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə yazar. Sonra iki kişi şahidin adını atalarının adlarıyla birlikdə yazar. Sonra razılaşdırılan mehri-müəccəli və mehri-muaccəli yazar. [Mehri-müəccəlin çox olması qızın mənfəətinədir. Məsələn, onluq qızıl ola bilər. Kişi boşadığı vaxt bu mehri verməsi şərtdir. Çox olarsa bəsit səbəblərlə xanımını boşamaz.]
İstiğfar oxuyaraq oradakılara təcdidi iman və təcdidi nikah etdirər:
Əstağfirullah, əstağfirullah, əstağfirullah əl-azım əlləzi lə iləhə illə hüv əlhayyəlqayyumə və ətübü ileyh, təvbətə abidin zalimin li-nəfsihi la yəmlikü li-nəfsihi məvtən və la hayətən və lə nüşura. Ya Rəbbi! Həddi-buluğumdan bu ana gələnə qədər İslam düşmənlərinə və bidət əhlinə aldanaraq əldə etdiyim səhv, yanlış etiqadlarıma və bidət, fisq olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə və işlədiklərimə peşman oldum, bir daha belə səhv inanmamağa və etməməyə əzm, cəzm və qəsd etdim. Peyğəmbərlərin əvvəli Adəm əleyhissəlam və axırı bizim sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlamdır. Bu iki Peyğəmbərə və ikisi arasında gəlmiş keçmiş Peyğəmbərlərin cümləsinə iman etdim. Hamısı haqqdır, sadiqdir. Bildirdikləri doğrudur. Əməntü billahi və bi-ma caae min indillah, alə muradillah və əməntü bi-Rasulillah və bi-ma caae min indi muradı Rasulillah. Əməntü billahi və Mələikətihi və kütübihi və Rəsülihi vəlyəvmil-axiri və bilqədəri xayrihi və şərrihi minallahi təala vəl-basü badəlməvti haqqun. Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rəsuluh. Allahummə inni üridü ən ücəddidəl imana vənnikəha təcdidən bi-qavli la ilahə illallah Muhammədun Rəsulullah.
Əuzu Bəsmələdən sonra bu duanı oxuyur:
“Əlhamdü lillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhallənnikəha və harrəməssifah. Vəssalatu vəssəlamu ala rəsulina Muhammədinilləzi bəyyənəl-harama vəl-mubah və ala Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib Nur surəsinin 32-ci ayəti kəriməsini oxuyub, “Sadəqallahül-azım” deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismilləhi və alə sünnəti rasulillah” deyər.
Sonra gəlinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-əzəm Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, [məsələn] onluq qızıl mehri müəccəl və 5 qızıl mehri-muaccəllə, Həsən oğlu Əlini ərliyə qəbul etdinmi?” deyər. Gəlin də, “Bəli, bildirilən mehri-müəccəl və mehri-muaccəl ilə Həsən oğlu Əlini ərliyə qəbul etdim” deyər.
Sonra bəyə dönüb, yenə Bismilləhi və alədən başlayıb oxuyar. “Əhməd qızı Fatmanı, bildirilən mehri-müəccəl və mehri-muaccəl ilə xanımlığa qəbul etdinmi?” deyər.
Hər ikisinə üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra bu duanı oxuyar:
Nikah duası:
“Allahümməcal həzəl aqdə məynunən mubarəkən vəcʼal bəynə-hüma ülfətən və məhabbətən və qərara və la təcal bəynə-hüma nifrətən və fitnədən və firara. Allahümmə əllif bəynəhüma kəma əlləftə bəynə Adəmə və Həvva. Və kəmə əlləftəbəynə Muhammədin sallallahu əleyhi və səlləm və Xadicə-tel-kübra və Aişə-tə ümm-il mömininə radıyallahu anhümə. Və bəynə Aliyyin radıyallahü anh və Fatimə-tez-zəhra radıyallahu anhə. Allahümməati lə-hüma əvlədən saləhan və ömrə tavilən və rızkan vasian. Rabbəna həb ləna min əzvacina və zürriyyatina kurrətə ayünin vəcalna lilmüttəkinə iməmə. Rəbbəna atina fiddünya hasənətən və fil axirəti hasənətən və qına azəbənnar. Sübhanə rabbikə rabbil izzəti amma yəsıfün və səlamün aləl mürsəlin vəlhamdülillahi rəbbilələmin. Əl-Fatiha.”
Bu duanı Peyğəmbər əfəndimiz və bütün alimlər, vəlilər oxudular. Bunu oxuyanda ər-arvad arasında ölənə qədər məhəbbət mövcud olar, rahat və hüzur içində yaşayarlar. Evlərindən bərəkət əskik olmaz. Duanın məali də belədir:
“Allahım! Bu evliliyi mübarək et! Aralarında ülfət, dolanışıq, sevgi və evliliklərində səbat nəsib eylə, bunları nifrət, dolanışıqsızlıq və ayrılıqdan qoru! Allahım! Adəm əleyhissəlam ilə Həvva anamız, Muhamməd əleyhissəlam və Xədicəyi-Kübra və möminlərin anası Aişə anamız, Həzrəti Əli ilə Həzrəti Fatimə-tüz-Zəhra anamız arasındakı var olan ülfəti də bunlara da nəsib eylə! Onlara saleh övlad, uzun ömürlər və bol ruzi ehsan eylə! Amin. Ey Rəbbimiz! Zövcələrimizi və uşaqlarımızı bizə göz aydınlığı qıl və bizi Allaha qarşı gəlməkdən çəkinənlərə rəhbər et! Ey Rəbbimiz, bizə dünyada və axirətdə yaxşılıq, gözəllik ver. Bizi Cəhənnəm əzabından qoru! Qüdrət və şərəf sahibi olan sənin Rəbbin, onların söylədiyi uyğun olmayan şeylərdən münəzzəhdir. Bütün Peyğəmbərlərə salam olsun. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.”
Bəy var, gəlin yoxdursa
Sual: Gəlin orada hazır olmayıb, gəlinin vəkili ilə bəy varsa, dini nikahları necə kəsilər?
CAVAB
Nikah kəsən bəydən, Allahu təalanın sifətlərini sayıb, imanın və İslamın şərtlərini izah edər və “Bunları qəbul etdinmi?” deyə soruşar. Gəlinin vəkilinə də gəlinin, bilib bilmədiyini, yəni Müsəlman olub olmadığını soruşar. Müsəlman olduğu aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə və gəlinin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə yazar. Sonra iki kişi şahidin adını, atalarının adıyla birlikdə yazar. Sonra, müəyyən olunan mehri müəccəli və mehri muaccəli yazar.
Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah edildikdən sonra, istiğfar və Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:
“Əlhamdulillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhallənnikəha və harrəməssifah. Vəssalatu vəssəlamu ala rasulina Muhammədinilləzi bəyyənəl haramə vəl-mübah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib, Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül azım” deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqib an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismillahi və alə sünnəti rasulillah” deyər.
Sonra gəlinin vəkilinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, vəkili olduğun Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, talibi olan Həsən oğlu Əliyə evləndirməyə, vəkalətinlə verdinmi?” deyər.
Sonra bəyə dönüb, yenə Bismillahi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, xanımlığa qəbul etdinmi?” deyər. Hər ikisinə də üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra yuxarıdakı uzun nikah duasını oxuyar.
Gəlin var, bəy yoxdursa
Sual: Bəy orada hazır olmayıb, bəyin vəkili ilə gəlin varsa, dini nikahları necə kəsilir?
CAVAB
Nikah kəsən kimsə gəlinə, Allahu təalanın sifətlərini sayıb, iman və İslamın şərtlərini izah edər və “Bunları qəbul etdinmi?” deyə soruşar. Bəyin vəkilindən də bəyin bunları bilib-bilmədiyini, yəni Müsəlman olub olmadığını soruşar. Müsəlman olduğu aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə yazar. Sonra bəyin adını, məsələn Həsən oğlu Əli deyə və bəyin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra Müsəlman iki kişi şahidin adını, atalarının adlarıyla birlikdə yazar. Sonra, müəyyənləşən mehri müəccəli və mehri muaccəli yazar.
Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah etdirdikdən sonra, istiğfar ilə Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:
“Əlhamdülillahilləzi zəvvəcəl ərvəha bil əşbah və əhallənnikaha və harrəməssifah. Vəssalatu vəssəlamu alə rəsulina Muhammədinilləzi bəyyənəl-haramə vəl-mübah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül əzm” deyər, sonra, “Qalə Rəsulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rəsulullah. Bismilləhi və alə sünnəti rəsulillah” deyər.
Sonra gəlinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, [məsələn] onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, Həsən oğlu Əlini ərliyə qəbul etdinmi?” deyər. Gəlin də, “Bəli, bildirilən mehri müəccəl və mehri muaccəl ilə Həsən oğlu Əlini ərliyə qəbul etdim” deyər.
Sonra bəyin vəkilinə dönüb, yenə Bismilləhi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] onluq qızıl mehri müəccəl və 1 onluq qızıl mehri muaccəllə, vəkili olduğun Həsən oğlu Əliyə, vəkalətin səbəbi ilə aldınmı?” deyər. Hər ikisinə üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim” deyə cavab alanda, “Mən də nikahınızı kəsdim” deyər. Sonra, yuxarıdakı uzun nikah duasını oxuyar.
Bəy və gəlin yoxdursa
Sual: Bəy və gəlin orada hazır olmayıb, yalnız vəkilləri varsa, dini nikahları necə kəsilər?
CAVAB
Nikahı hər kəs kəsə bilər, imamların kəsməsi lazımdır deyə bir şərt yoxdur. Nikah kəsəcək kimsə gəlinin və bəyin vəkillərinə, bəyin və gəlinin Allahu təalanın sifətlərini, imanın və İslamın şərtlərini bilib bilmədiklərini, yəni Müsəlman olub olmadıqlarını soruşar. Müsəlman olduqları aydın olduqdan sonra gəlinin adını, məsələn, Əhməd qızı Fatma deyə və gəlinin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra bəyin adını, məsələn, Həsən oğlu Əli deyə və kürəkənin vəkilinin adını atasının adıyla birlikdə yazar. Sonra Müsəlman iki kişi şahidin adını, atalarının adıyla birlikdə yazar. Sonra müəyyənləşən mehri müəccəli və mehri muaccəli yazar.
Yuxarıda bildirildiyi kimi təcdidi iman və təcdidi nikah edildikdən sonra, istiğfar ilə Əuzu Bəsmələdən sonra, bu duanı oxuyar:
“Əlhamdulillahilləzi zəvvəcəl ərvaha bil əşbah və əhalleənnikəha və harrəməssifah. Vəssalatü vəssəlamü alə rəsulina Muhammədinilləzi bəyyənəl-haramə vəl-mubah və alə Alihi və Əshabi-hilləzinə hüm əhlüssaləhi vəlfəlah.”
Əuzu Bəsmələ çəkib, Nur surəsinin otuz ikinci ayəsini oxuyar, “Sadəqallahül azım” deyər, sonra, “Qalə Rasulullah, “Ən-nikahü sünnəti fəmən raqibə an sünnəti fələysə minni.” Sadəqa Rasulullah. Bismilləhi və alə sünnəti rəsulillah” deyər.
Sonra gəlinin vəkilinə dönüb, “Allahu təalanın əmri, Peyğəmbər əfəndimizin sünnəti, əməldə məzhəbimizin imamı olan İmamı-azam Əbu Hənifə həzrətlərinin ictihadı və hazır olan Müsəlmanların şahidlikləriylə, vəkil olduğun Əhməd qızı Fatmanı, onluq qızıl mehri müəccəl və onluq qızıl mehri muaccəllə, talibi olan Həsən oğlu Əli ilə evləndirməyə, vəlakət səbəbiylə, verdinmi?” deyər.
Sonra bəyin vəkilinə dönüb, yenə Bismilləhi və alədan başlayıb oxuyar. “Sən də, Əhməd qızı Fatmanı, [məsələn] 11 onluq qızıl mehri müəccəl və 1 onluq qızıl mehri muacəllə, vəkili olduğun Həsən oğlu Əliyə, vəkalətin səbəbiylə verdinmi?” deyər. Hər ikisindən üç dəfə ayrı-ayrı soruşar və “Bəli, qəbul etdim”deyə cavab alanda, “Mən də bu nikahı kəsdim” deyər. Sonra yuxarıdakı uzun nikah duasını oxuyar.
Çox dil öyrənməyin ən asan yolu – 50 dil bilən Riçard Simkotdan tövsiyələr – MÜSAHİBƏ – ÖZƏL
Yeni bir dil öyrənmək asan iş deyil. Bir neçə dildə danışmağı bacarmaq isə xüsusi bacarıq tələb edir. Planetimizdə elə insanlar da var ki, 2 deyil, 5 deyil, onlarla dil bilirlər. Çoxumuz üçün mümkünsüz olsa da, “hiperqlot” adlanan bu şəxslər bütün dünyanı öz qabiliyyətlərilə heyrətləndirməyi bacarırlar.
Bəs öyrəndiyimiz hər yeni dil bizə nə qazandırır?
Çoxsaylı araşdırmalar göstərib ki, yeni dil öyrənmək insan şüurunun fəaliyyətini gücləndirir. Çünki bu zaman eyni anda beyinin bir çox funksiyası aktivləşir. Bu isə yaddaşı zəifləməyə qoymur. Həmçinin yiyələndiyimiz yeni dilin sayəsində daxilimizdə yeni şəxsiyyət doğulur. Doğrudur, fransız dilini bilmək sizi daha romantik, italyancanı öyrənmək isə daha ehtiraslı etmir, lakin ən azı həmin xalqın nümayəndələrilə rahat ünsiyyət qurub, mədəniyyətləri, incəsənətləri haqda yeni məlumatlar əldə edirsiniz. Bu siyahıya elmə məlum olan və hələ araşdırılmayan onlarla faktı da əlavə edə bilərik. Odur ki, bir çox məsələlərə işin peşəkarı ilə aydınlıq gətirməyə çalışacağıq.
Publika.az-ın özəl qonağı dünyanı özünə heyran qoyan hiperqlot Riçard Simkotdur.
– Əziz Riçard, bu günlərdə sizin haqqınızda maraqlı məqalə oxudum. “Göte İstitutu” tərəfindən “Çoxdillilik səfiri” adına layiq görülmüsünüz, çünki 50-yə yaxın dil bilirsiniz. Bu inanılmazdır. Sizi təbrik edirəm!
Xahiş edirəm, özünüz haqda bizə məlumat verin. Əslən haralısınız?
– Əslən Böyük Britaniyalıyam. İlk xarici dil öyrənməyə başlayanda cəmi 5 yaşım vardı, özü də nəzərinizə çatdırım ki, təkdilli ailədə böyümüşəm.
– Siz mükəmməlsiniz, bu danılmazdır. Lakin düşünürəm ki, bu qədər dil bilməyin bir elmi məntiqi olmalıdır. Yəni, sirrləriniz, gizli üsullarınız var. Onların bir neçəsini mənimlə bölüşə bilərsiniz?
– Minnətdaram, amma mən özümü mükəmməl hesab etmirəm. Sadəcə, dilləri həqiqətən çox sevirəm. Əsas ilham qaynağım da budur. Mən digərlərindən fərqli olaraq dil öyrənmək üçün dərs saatını gözləmirəm. Dərslər xaricində də fikrimdə daim bu dildə danışıram. Hətta tək fikirimdə deyil, gündəlik həyatımda da istifadə edirəm.
– Sizin yanınızda bu bacarığımdan danışmağa haqqım yoxdur, amma mən zəif bildiyim dildə danışmağa utanıram. Bu isə təbii ki, öyrənmə prosesini ləngidir.
– Əksinə, çox danışmalısınız. Özünüzə çoxlu səhv etmək şansı verməlisiniz. Ancaq bu yolla arzuladığınız nəticəyə çata bilərsiniz. Dil daşıyıcıları ilə daha çox ünsiyyətdə olmalısınız ki, onlar sizi dinləyib, yanlış ifadə etdiyiniz kəlmələri düzəltsinlər. Əslində bu şeyləri yeni dil açan uşaqlarla etmirikmi? Eyni üsuldur. Mən həmçinin, çəkinmədən öyrəndiyim dilin daşıyıcılarına çoxlu sual verirəm.
– Bugünədək öyrəndiyiniz dillər arasında ən çətini hansı olub və niyə?
– Səmimi deyim, gürcü dili. Çünki bu dildə ünsiyyət quracağım əhatə yox idi. Yəqin razılaşarsınız ki, bir dili nə qədər yaxşı bilirsən bil, danışmadıqca unudulur. Odur ki, gürcücəm hələ axsayır.
– Gürcü dilindən söz düşmüşkən, Gürcüstanın yanında Azərbaycan adlı ölkə yerləşir. Bu haqda məlumatınız varmı?
– Azərbaycan haqda məlumatım var. Bildiyim qədərilə çox gözəl ölkədir. Bu ölkədən tanıdığım maraqlı insanlar çoxdur.
– Bizim dilimizi öyrənmək istərdinizmi?
– Bir neçə il öncə Azərbaycan dililə maraqlandım. Hətta ölkənizə getməyə ümid edirdim, lakin alınmadı. Ümid edirəm, yaxın zamanda Azərbaycan dilini öyrənməyə müvəffəq olacam. O zaman nəinki Bakını, digər şəhərlərinizi də gəzib, görmək imkanı qazanaram.
– Belə çıxır ki, dil biliklərinizi mükəmmələşdirmək üçün çoxlu səyahət edirsiniz?
– Əlbəttə, adətən çox səyahət edirəm. Bu müddət ərzində həmin xalqın dilində çox danışmağa çalışıram. Lakin bunu sırf öyrəndiyim dillər xatirinə etmirəm. Olduğum hər bir ölkənin mədəniyyəti, tarixi barədə məlumatım artır. Hər yeni səyahət növbəti dil öyrənməyim üçün bir bəhanə olur.
– Bəs səyahət etmədən, müəllimlərə pul xərcləmədən, təkbaşına yeni dil öyrənmək mümkündür?
– İndi internet elə inkişaf edib ki, düzgün metodikanı bilsəniz, başqa heç nəyə ehtiyacınız qalmayacaq. Italki və digər saytlarda istədiyiniz qədər onlayn materiallar var. Bu saytlarda hətta peşəkar mütəxəssis seçimi də edib, yeni dilə yiyələnə bilərsiniz. Ən əsası isə yavaş addımlarla irəliləməkdir. Hər gün bir az oxuyun, amma əmin olun ki, öyrəndikləriniz yaddaşınıza həkk olundu. Bir də, unutmayın ki, siz kompüter deyilsiniz. Bir çox şeyi yaddan çıxartmaq, yenidən öyrənib xatırlamaq imkanınız və haqqınız var.
– Bəs, sizin özünüzün yutub kanalınız və ya dərslikləriniz varmı?
– “Fransız hekayələri” adlı kitabım var. Lakin gələcəkdə yeni kitablar yazmağı da planlaşdırıram. Bundan əlavə videolarımı yutub kanallarımdan (https://www.youtube.com/user/Torbyrne) (https://www.youtube.com/user/PolyglotConf) izləyə bilərsiniz.
– Bildiyimə görə, ailənizlə birgə Makedoniyada yaşayırsınız. 1 qızınız da var. Bəs o necə, yeni dillərə maraq göstərir?
– Doğrudur. Biz evdə 5 dildə – ingilis, fransız, ispan, alman və makedonca ünsiyyət qururuq. Qızım da bu dillərdə danışaraq böyüyür. Xanımım onunla makedonca danışır. Məktəbdə ingilis dilində təhsil alır. Mən onunla fransız və ispanca ünsiyyət qururam. Həmçinin məktəbdə ikinci dil kimi almanca öyrənir. Lakin dilləri mənim qədər sevdiyinə əmin deyiləm. Çünki o hələ uşaqdır, istər məktəbdə, istərsə də gündəlik həyatda öyrənəcəyi şeylər çoxdur. Odur ki, qızımı buna məcbur etmirəm. Sadəcə izah edirəm ki, təhsilində irəliləyib, yaxşı işdə çalışması üçün bu bir səbəbdir.
– Sirr deyilsə özünüz harda işləyirsiniz?
– Sirr deyil, “The Social Element” agentliyində sosial media menecmentinin Dillər üzrə direktoruyam.
– Əziz Riçard, sizə sualım olduqca çoxdur, lakin zamanınızı da almaq istəmirəm. Bu müsahibə mənim üçün çox dəyərlidir. Təşəkkür edirəm!
– Sizinlə ünsiyyətdən çox məmnun oldum. Məni axtarıb, tapdığınız üçün minnətdaram.
Leyla Sarabi
Comments are closed, but trackbacks and pingbacks are open.