Diplomatik nümayəndəliklərin mühafizəsi
Qeyd edək ki, ötən gün Azərbaycanlın Londondakı səfirliyi radikalların hücumuna məruz qalıb.
XDMX-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin əməkdaşları Azərbaycanın Moskvadakı səfirliyində xidməti vəzifələrinin icrasına başlayıblar
Fevralın 20-də Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin əməkdaşları xidməti vəzifələrinin icrasına başlayıblar.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar olaraq diplomatik nümayəndəlikdə kollektivin ümumi iclası olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq bildirib ki, Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. O vurğulayıb ki, bu, dövlətimizin başçısının xarici ölkələrdəki diplomatik nümayəndələrin fəaliyyətinə xüsusi diqqət yetirdiyini göstərir. Polad Bülbüloğlu onlara daim diqqət və qayğı göstərdiyinə görə bütün diplomatlar və səfirliyin əməkdaşları adından Prezident İlham Əliyevə böyük minnətdarlığını bildirib. Onun sözlərinə görə, ölkənin maraqlarının bütün dünyada müdafiə olunması və önə çəkilməsi istiqamətində normal fəaliyyət üçün hər cür şərait yaradılmış, əməkdaşlar yüksək səviyyədə sosial və məişət şəraiti ilə təmin olunmuş, onlara tibbi təminat verilib.
Səfir vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi asayiş təmin olunur, sabitlik mövcuddur. Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin yaradılması göstərir ki, Azərbaycan müstəqil dövlət kimi öz səfirliklərinin və diplomatlarının müdafiəsini təmin etmək iqtidarındadır. Bu, ölkəmizin nüfuzunun və imkanlarının artdığını bir daha sübut edir.
Səfir bir çox ölkələrdə diplomatik nümayəndəliklərin təhlükəsizliyinə təhdidlərin artdığı bir dövrdə Azərbaycan səfirliklərinin mühafizəsi məsələsinin həllinin aktual olduğunu bildirmişdir. Dünyanın bəzi regionlarında siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar xarici ölkələrin diplomatik nümayəndəliklərinə hücum halları çoxalıb. O, Azərbaycan Prezidentinin Fərmanının icrası üzrə böyük və gərgin fəaliyyətinə görə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundova minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin şöbə rəisi Tofiq Qəmbərov çıxış edərək səmimi qəbula görə minnətdarlığını bildirib, idarənin məqsəd və vəzifələrindən danışıb. Mühafizə xidmətinin rəisini və şəxsi heyəti təqdim edən T.Quliyev idarə əməkdaşlarının yüksək peşəkarlığını, xarici dil bildiklərini, təcrübə və bacarıqlarını xüsusi vurğulayıb.
Qeyd edək ki, binası Azərbaycanın mülkiyyəti olan ölkəmizin Rusiyadakı səfirliyi təhlükəsizliyin təmin olunması üzrə kompleks tədbirlərin həyata keçirildiyi ilk diplomatik nümayəndəlik olub.
Diplomatik nümayəndəliklərin mühafizəsi
“Diplomatik nümayəndəliklərin mühafizəsi qəbul edən (yerli) dövlətin məsuliyyətindədir“.
“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Londonda yerləşən səfirliyimizə radikalların hücumunu şərh edərkən bildirib.
“Necə olub ki, həmin radikal qrup belə asanlıqla səfirlik binasına daxil ola bilib? Polis hara baxırmış? Polisdən əlavə, səfirliyin özünün mühafizə xidməti varmı və varsa, onlar olay zamanı nə edib, hansı tədbiri görüb?
Provokasiyanı törədən radikal qrup kimdir? (Adı önəmli deyil.) Məramı nədir? Bunlar Britaniya vətəndaşlarıdır, yoxsa qaçqın və ya başqa statusla orada yaşayırlar? Niyə Azərbaycanı hədəf seçiblər?”, – deyə politoloq yazıb.
O qeyd edib ki, bu sualların cavablarını bilmədən hadisəyə dəqiq qiymət vermək mümkün deyil: “Əlbəttə ki, hər kəs bu olayı istədiyi şəkildə qiymətləndirməkdə sərbəstdir, lakin mən hələlik yalnız Böyük Britaniya hökumətinin hadisəyə görə məsuliyyət daşıdığını qeyd etmək istərdim. Onlar bu barədə izahat verməlidir”
Qeyd edək ki, ötən gün Azərbaycanlın Londondakı səfirliyi radikalların hücumuna məruz qalıb.
Diplomatik nümayəndəliklərin rəhbərlərinin görüşü keçiriləcək
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) geniş tərkibli kollegiya iclası keçirilib. Xarici İşlər Nazirliyindən bildirilib ki, iclasda XİN-in kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
İclası giriş sözü ilə açan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin Vətən müharibəsində şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdikdən sonra xarici siyasət sahəsindəki yaranmış yeni reallıqlar və yeni çağırışlar barədə danışıb.
Nazir ölkə başçısı tərəfindən qarşıda qoyulan əsas vəzifələrə istinad edərək, bu sırada diplomatiyamızın yeni reallıqlara uyğun olaraq fəal şəkildə həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin canlandırılması, onların diaspora təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməsi və digər məsələləri qeyd edib. Nazir bu vəzifələrin icrası məqsədilə işə peşəkar və vətənpərvər kadrların cəlb edilməsinin zəruri olduğunu vurğulayıb.
İclas zamanı XİN-in struktur bölmə rəhbərləri tərəfindən aşağıda qeyd olunan məsələlərə dair məlumatlar təqdim edilib.
Həyata keçirilən struktur islahatları çərçivəsində 2020-ci ilin noyabr ayından başlayaraq xaricdəki diplomatik nümayəndəliklərimizə göndəriləcək kadrların mövcud vakansiyalara uyğun olaraq təşkil edilmiş XİN daxili müsabiqə nəticəsində seçilməsi barədə məlumat verilib.
Habelə, yeni seçim meyarları əsasında XİN-ə işə qəbul sistemi müzakirə edilib. XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə cari il ərzində Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi, bununla yanaşı, bu ildən başlayaraq mövcud kadrların müxtəlif ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib.
Faydalı iş əmsalının artırılması məqsədilə Nazirlikdə yeni elektron sənəd dövriyyəsi sistemi tətbiq edildiyi, sənədlərin vaxtında və tam icrası nəzarətə götürüldüyü, AR və xarici ölkələrin vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi sahəsində xidmətlərin elektronlaşdırılması üzrə bir neçə layihəyə start verildiyi qeyd olunub.
Kollegiya iclasının iştirakçıları gündəliyə daxil olan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Yaxın zamanlarda diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə müvafiq görüşün keçiriləcəyi qeyd olunub.
Şərhlər
Yarıtmaz Mətbuat Xidməti 2021-02-05 12:59:58
XİN Mətbuat İdarəsi elementar bir mətbuat açıqlamasını da bacrmır. Materialdan və ona əlavə edilmiş fotodan açıqca görəsinir ki, bu onlayn iclas olub, yani XİN-də faktik toplantı keçirilməyib. Görəsən, Leyla ABdullayeva nə etdiyinin və nə yazdığının fərqində deyildirmi?
Comments are closed, but trackbacks and pingbacks are open.