Press "Enter" to skip to content

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini;

Direktorun kitabı Türkiyədə dərc edildi – Foto

AMEA-dan Kult.az -a verilən məlumata görə, “Şirazi və onun Gülşən-i Raz tərcüməsi” adlı kitab Türkiyənin Ankara şəhərində “Manas” nəşiyyatında işıq üzü görüb.

Şirazi XV əsr Azərbaycan – Türk ədəbiyyatının az tanınmış söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış , təsəvvüf mövzusunda yazdığı türkcə şeirlərinin sayı çox deyildir. Lakin Şiraziyə böyük şöhrət qazandıran əsəri “Gülşəni-Raz” tərcüməsidir.

Şirazinin XIV əsrin böyük Azərbaycan təsəvvüf şairi Şeyx Mahmud Şəbüstərinin eyniadlı kitabından 1426-cı ildə sərbəst tərcümə yolu ilə türk dilinə çevrilmiş “Gülşəni-Raz” əsəri təsəvvüf haqqında qələmə alınmış dəyərli mənbədir.

Dünyanın müxtəlif kitabxanalarında Şirazinin tərcümə əsərlərinin əski əlyazma nüsxələrinin mövcudluğu onun orta əsrlərdə də məşhur olduğunu təsdiq edir.

Şair-mütərcimin “Gülşəni-Raz” əsəri dilin sadəliyi, axıcılığı və yüksək poetik özəllikləri ilə seçilir. Məsnəvi şəklində qələmə alınmış bu əsərin diqqəti cəlb edən cəhətlərindən biri onun dilində çoxlu sayda türkköklü əski sözlərin işlənməsidir.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Türkiyə oxucularına ilk dəfə təqdim olunan bu kitabında “Gülşən-i Raz” tərcüməsilə bağlı filoloji və linqvopoetik tədqiqatla yanaşı, əsərin mətni də verilib.

“Şirazi və onun Gülşən-i Raz tərcüməsi” əsəri 3 fəsildən ibarətdir. Birinci fəsil Şəbüstərinin “Gülşən-i Raz” əsəri və onun türkcəyə ilk klassik tərcüməsi adlanır. Burada tərcümənin əlyazmaları haqqında məlumatlar öz əksini tapır.

İkinci fəsil “Gülşən-i Raz” tərcüməsi və onun farsca əslinin müqayisəli-linqvistik təhlili”nə həsr edilib.

“Gülşən-i Raz” tərcüməsinin dil-üslub özəllikləri əsərin üçüncü fəslində yer alıb.

Kitabın redaktoru Gönül Mirzədir.

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb – müəllim, şagird və valideyn üçbucağının vəhdətindən ibarətdir. Bu üçbucaqda hər bir tərəf emumi məqsəd uğrunda səylərini birləşdirməklə, yaradıcı, şəxsiyyətyönümlü təhsil verən təlim – tərbiyə ocağının formalaşmasına, ümummilli lider H.Əliyevin ölkə təhsilinin qarşısında qoyduğu əsas vəzifələrinin “Müstəqil düşünən, müstəqil fikrini izah edə bilən yaradıcı, araşdırmacı, vətənini sevən”gənclərin yetişdirilməsinə hesablanan təhsil sisteminin yaradılmasına dəstək vermiş olurlar.

Məktəbdə formalaşan iş mühiti və üslubu təlim – tərbiyə sisteminin idarə edilməsində dövlət standartlarının həyata keçirilməsi məktəb direktorundan, onun şəxsiyyətindən birbaşa asılıdır.

Direktor latınca “yönəldən”, “istiq.amət verən” mənasını bildirir. Geniş mənada “müəssisə rəhbəri” deməkdir. (Педагогический словap Москва 1986, səh.167)

Azərbaycanda direktor “müəssisə, idarə yaxud mətəb müdiri” (“Qısa izahlı iqtisadi terminlər lüğəti” Bakı – 2005) kimi izah edilir.

Məktəb direktoru – natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. (Педагогический словap, Москвa 1960, səh.338)

Böyük Azərbaycan maarifçisi Mehdi Mehdizadə “Azərbaycan xalq maarifinin sürətli inkişafı” əsərində yazırdı: “Məktəb direktoru – bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edir.” (M. Mehdizadə, T.Ə.Allahverdiyev, Q.H.Əliyev “Azərbaycanda xalq maarifinin sürətli inkişafı”, Bakı 1980, səh.162)

Məktəb direktoru səlahiyyətli rəhbər, təlim – tərbiyə işinin əsas – baş təşkilatçısıdır. O, ilk növbədə tədris, məktəbdənkənar və təsərrüfat – maliyyə işini dərindən bilən pedaqoji təhsilli, ən azı 5 il direktor müavini vəzifəsində işləmiş, şəxsi keyfiyyətləri, dünya görüşü, müasir təlim metodlarını dərindən mənimsəmiş İKT biliklərinə sahib şəxs olmaqla navatorluğu, təşkilatçılıq qabiliyyəti, müxtəlif yaşlı insanların psixologiyasınıcbilən ziyalı olmalıdır.

Məktəb direktorunun əsas bacarıqlarından biri, müxtəlif situasiyalarda yaranmış vəziyyətə görə düzgün qərar vermək bacarığının olması ilə yanaşı bu qərarların tam, son nəticə əldə edilənə qədər həyata keçirilməsinə nəzarət etmək səriştəsinə sahib olmasıdır.

Direktor məktəbdə təlim – tərbiyə, maliyyə – təsərrüfat işinin düzgün qurulmasına cavabdeh şəxsdir. Bu işin düzgün qurulması üçün isə məktəb direktoru özü də daxil olmaqla məktəbdə işləyən hər bir işçinin (tutduğu vəzifələr asılı olmayaraq) əmək funksiyasını bilməlidir.

Direktor məktəbdə işləyən bütün işçilərin əmək funksiyalarını bilməlidir ki, hər tədris ilinin əvvəlində işçilər arasıda vəzifə bölgüsünü düzgün aparmağı bacarsın. Vəzifə bölgüsü haqqında əmr dediyimiz kimi hər tədris ilinin əvəvlində 15 sentyabr tarixində verilir. Bu əmrdə məktəb direktoru, direktor müavinləri, psixoloq UBR, kitabxanaçı, lobarant və s. adları göstərilməklə onların hər birinin tədris ili boyunca görməli olduqları işlər vahid Sorğu Kitabçasında göstərilən əmək funksiyalarına uyğun göstərilir. Bu əmrlə hər bir işçinin dəqiq fəaliyyət sahəsi müəyyənləşdirilir, əmək funksiyasının icrasına hüquqi əsas verilir, direktoruna isə işə nəzarəti optimal şəkildə həyata keçirtməyə imkan yaradır. Məktəb kollektivi arasında vəzifə bölgüsünün aparılması müvafiq məsələlər üzrə, konkret icraçılarla bağlı operativ və obyektiv sərəncamların, qərarların hazırlanmasına və qəbul edilməsinə, əmrlərin veilməsinə şərait yaradır.

Məktəb kollektivində isə bu qərar və əmrlər illik (perespektiv) və cari (yarımil, aylıq, həftəlik) planlarda, əmrlər, yazılı və şifahi sərəncamlar formasında həyata keçirilir. Unutmayaq ki, qəbul edilmiş qərarlar, verilmiş əmrlər, sərəncamlar obyektiv və ədalətli olduqda və onların həyata keçirilməsi ilə bağlı nəzarəti ardıcıl və düzgün gördükdə daha yaxşı səmərə verirlər.

Məktəbin idarə edilməsində əsas şəxs direktordur. Onun qərar qəbul etmək səlahiyyəti var və bu qərarlara, eləcə də məktəbdə baş verən bütün hərəkətlərə və ya hərəkətsizliyə görə məsuliyyət daşıyır.

Məktəb direktoru – müxtəlif, lakin bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir.

İnzibatçılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru Təhsil Qanunu, Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin təhsil ilə bağlı əmr, sərəncam və qərarlarını, Azərbaycan Respublikasının təhsil nazirliyinin əmr və təlimatlarını, yerli rayon və ya şəhər təhsil şöbələrinin əmr və göstərişlərini, Azərbaycan Respublikasının Əmək kollektivində təhsil ilə bağlı əmək intizamını möhkəmləndirmək, işçilər arasında vəzifə bölgüsünün aparılması, ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarının (kurrikulumları) həyata keçirtmək, məktəbdə daxili intizam qaydalarının gözlənməsi, nəzarətin təşkili, uşaq hüquqlarının qorunması ilə bağlı tədbirlər görür.

Təşkilatşılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru məktəb kollektivinə daxil olan bütün işçilərin əməyinin səmərəliliyini təmin etmək üçün onların hər biri üçün müvafiq iş şəraiti yaratmalı, onların əmək funksiyalarını vaxtında və tələb olunan qaydada yerinə yetirməsi üçün məqsədyönlü və tənzimləyici tədbirlər görməli, dövrü hesabatlığı təmin etməlidir. Dövri hesabatlılığın təmin edilməsi idarəetmənin əsas şərtlərindən biridir. Bunun üçün məktəb direktorunun gündəlik, həftəlik, aylıq görəcəyi işləri öncədən planmalı, qeyd etməlidir. Bu işlər məktəbin, eləcə də digər tabeli işçilərin illik və cari fəaliyyət planlarına uyöun olmalıdır.

Pedaqoqluq funksiyasını yerinə yetirərkən, məktəb direktoru idarəetmə məsələlərini düzgün savadlı qoymağı, səriştəli təhlil etməyi, onların həyata keçirilməsinə effektli nəzarət etməyi, pedaqoji heyyətə ixtisaslı tövsiyə verməyi, təlimatlandırmağı bacarmalıdır. Onun qəbul etdiyi qərarların ədalətliliyi, sözü ilə əməlinin bir olması, pedaqoji və texniki heyyət, şagird və valideynlərə tərbiyəvi təsir göstərməlidir. Məktəbin idarə edilməsi digər müəssisə və təşkilatçıların idarə edilməsi ilə fərqlənir. Burada müxtəlif yaş qruplarında və müxtəlif sosial zümrələrindən olan insanların idarə edildiyindən onlara əmrin gücü ilə deyil, inandırmanın və nümunə olmanın gücü ilə təsir göstərilir.

İctimaixadimlilik funksiyasını yerinə yetirərkən dövlət orqanlarında, hökümət və qeyri – hökümət təşkilatlarına, icmada ictimai təşkilatlarda, seçkili orqanlarda iştirak edərək topladığı məlumatlardan bəhrələnərək məktəb kollektivinin mənəvi – psixoloji mühitinin yüksəldilməsinə və işgüzarlığın artmasına çalışır.

Məktəb direktoru yaxşı psixoloq olmalıdır. O, psixologiyanı, xüsusi ilə pedaqoji – psixologiyanı dərindən bilməlidir. əktəb kollektivinin hər bir üzvünün psixoloji xüsusiyyətlərini zamanla öyrənməli, onların hər birinin hansı temperament tipinə aid olmasını, zəif və güclü tərəflərini, şagirdlərin yaş psixologiyasını öyrənməlidir. Ümumi işin qurulması və idarə edilməsi zamanı bu işə mane olmayan cəhətlərə dözümlü, əksinə mane olan cəhətlərə dözümsüz olmalıdır. Dözümsüzlük kollektivdə münaqişəyə səbəb olmamalıdır. Əksinə zamanla bu tip insanları kollektivin ümumi prinsiplərinə uyğunlaşdırılmasına çalışan məktəb direktoru, inzibati – amirlik metodlarıdan qaçmağı bacarmalıdır.

Məktəb direktoru kollektivdə şəriksiz lider olmalıdır. Bunun üçün o, məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı olmalıdır.

Məktəb direktoru rəhbərlik etidiyi məktəbdə idarəetmənin operativliyini və effektivliyini təmin etmək üçün, təhsil sahəsinə aid olan hüquqi – normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Məktəb kollektivinə daxil olan işçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il – ci il tarixli 18-1 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın VII bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilmişdir.

Həmin bölmədə ümumtəhsil məktəbinin direktorunun əmək funksiyası aşağıdakı kimi verilməlmişdir :
Məktəbin fəaliyyətini idarə edir.
Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır,
müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır,

məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır,

dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir.
Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür;
Pedaqoji şuraya rəhbərlik edir.

Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir.

Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır,

təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir.
Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir;
Sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir.

İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir.

Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır.

Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir.

Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir.

Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir.

Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir,

Pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir.

İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu vmühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir.

Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır.

İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur.

Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir.

Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.

Ümumtəhsil məktəbinin direktoru bilməlidir :

“Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;

Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;

Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;

idarəetmənin təşkilini;

müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini;

müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını;

qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını;

pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini;

təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini;
şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini;
tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını;
istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);

ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini;

müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını;

müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını;
tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti;

müəllimlərin əməyinin tarifləşdirilməsi metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını;

Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
əhsil innovasiyalarını və pedaqoji texnologiyaları;

əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını;

əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 5 ildən az olmayaraq pedaqoji staj və ya elmi dərəcəsi və elmi adı olduqda 3 il pedaqoji staj.

“Direktorun əl kitabı: Məktəbin idarə olunması” kitabı nəşr olunub

Təhsil Nazirliyinin İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş “Direktorun əl kitabı” layihəsi çərçivəsində “Direktorun əl kitabı: Məktəbin idarə olunması” adlı kitab işıq üzü görüb. Kitabın elmi redaktoru Qoşqar Məhərrəmovun sözlərinə görə, nəşrdə məktəbin, təhsilin idarə olunması, məktəbdə təşkilati davranış, liderlik, strateji planlaşdırma və s. mövzular əhatə olunub. “Kitab təhsil işçilərinin və məktəb direktorlarının liderlik və məktəbi idaretmə bacarıqlarını inkişaf etdirmə məqsədi ilə çap edilib. Kitaba keçid edərək telefon və komyuterdən zaman və məkan məhdudiyyəti olmadan oxuya, öyrənə, dəyişə və dəyişdirmək mümkündür. Saytda yerləşdirilən videolar sayəsində isə müəlliflərlə və bölmələrin qısa məzmunu ilə tanış olmaq olar”.
Nəşrin müəllifləri Dadaş Əliyev, Könül Abaslı, Qoşqar Məhərrəmov və Rza Məmmədovdur.
Layihə çərçivəsində çap olunan 100 ədəd kitab məktəb direktorlarına ödənişsiz paylanacaq.
Keçid:https://direktorunelkitabi.az/books/

Populyar

11 mart 2023 | 02:00

Müasirliklə ənənəvi mədəniyyət arasında – BƏLƏDÇİ

11 mart 2023 | 05:00

Toyları gündəm olan cütlük – AİLƏ

11 mart 2023 | 01:00

Fitili çəkilmiş saatlı bomba

11 mart 2023 | 02:30

“Qadın kimi də xoşbəxtliyimi kimdəsə axtarmıram” – SƏNƏT SÖHBƏTİ

11 mart 2023 | 03:00

Yenidən “köhnə sistem”ə qayıtdıq – PROBLEM

11 mart 2023 | 00:30

Separatizmə “sülhməramlı” dəstəyi

07 mart 2023 | 18:15

Dayanıqlı inkişafa və sülhə hesablanmış çağırış

11 mart 2023 | 04:00

O taksinin dalınca baxma.

11 mart 2023 | 05:30

Çağırışlar və ümidlər forumu

11 mart 2023 | 00:00

Makronun növbəti fiaskosu

Comments are closed, but trackbacks and pingbacks are open.