Press "Enter" to skip to content

Böyrək daşlarının yaranmasının qarşısını təbii yolla necə almalı? Həkim məsləhətləri – FOTO

– Bir… — səsini biraz tənzimləyib, ucaldır. – Bir, iki, — divar az qədər yerindən oynayır, sol tərəfin sakinləri geri çəkilib nə baş verəcəyini gözləyirlər, — üç, dört, — divar kökündən çartlamış ağac kimi yellənir, — beş, altı. — divar uğultulu səslə aşaraq, yerə çırpılır. Ətrafa ani sükut çökür. Sol və sağ sakinləri üz-üzə dayanmışdı, toz-torpaqdan bir-birilərini yaxşı görmürdülər. Toz yavaş-yavaş çökür, sol sakinləri paltarda sağlar isə çılpaq dayanmışdılar. Sağ tərəfdən qadınların biri rəfiqəsini dürtmələyib pıçıldayır:

Divara rəsm asmaq

Sual: Atamızın və xocamızın rəsmini divara asmaq uyğundur?
CAVAB
Uyğun deyildir. Üç zərəri vardır:
Birincisi, insan və heyvan rəsmini beldən yuxarı asmaq haramdır. Bitki və cansızların rəsmini asmaqda zərər yoxdur.
İkincisi, canlı rəsm olan otağa rəhmət mələkləri girməz. Rəsmli qəzet belə olsa girməz. Qəzeti oxuduqdan sonra bağlı bir yerə qoymaq lazımdır! Hər cür rəsmi albomda saxlamaq lazımdır. Rəsmlər bağlı yerdə olarsa rəhmət mələkləri girər.
Üçüncüsü, divarda rəsm olan otaqda namaz qılmaq məkruh olar.
Sual: Arxadan çəkilmiş rəsmi divara asmaq caizdir?
CAVAB
Caizdir, namaza zərəri olmaz.
Sual: Namazı məkruh etməyən rəsmli otağa rəhmət mələyi girər?
CAVAB
Girər. Çünki rəsm hökmündə deyil.
Sual: Bitki rəsmləri xaric, insan və heyvan rəsmlərini divara asmağa haram deyilir. Divara asmayıb yazı stolunun, masanın üstünə qoysaq uyğundur?
CAVAB
Beldən yuxarı isə yenə haram olar. Beldən aşağı bir yerdə olarsa haram olmaz, amma açıqda olduğu üçün yenə o evə rəhmət mələkləri girməz. Qapalı bir yerə, məsələn, alboma qoymaq lazımdır.
Beyt otaq deməkdir
Sual: Bir hədisdə, rəsm olan evə rəhmət mələklərinin girməyəcəyi bildirilir. Evin bir otağında rəsm olsa, digər otaqlara rəhmət mələkləri girməz?
CAVAB
Burada beyt, ev deyil, otaq deməkdir. Onun üçün digər otaqlara girər. Beyt, ümumiyyətlə otaq mənasında istifadə edilər. Bir neçə örnək verək:
1- Beytullah: Allahın evi, yəni Kəbə deməkdir. Tək otaq şəklindədir.
2- Beyti maqdis (müqəddəs): Məscidi-Əqsadir.
3- Beyti atiq: Kəbəyi-Müazzama.
4- Beytülmal: Xəzinə otağı.
5- Beyt-ül ənkəbut: Hörümçək evi, hörümçək yuvası, hörümçək toru.
6- Beyt-üz-zifaf: Gərdək otağı. Bunu gərdək evi deyə tərcümə etmək səhv olar. Gərdəyə bir otaqda girilir. Evin bütün otaqlarına gərdək otağı deyilməz.
7- Beyt-ül əruz: Gəlin otağı.
8- Beyt-ül ədəb: Ehtiyac aradan qaldırma evi, tualet. Beyt-ül rahati də deyilir. Rahatlama evi deməkdir. Ev deyil otaqdır. Köhnədən dəstəmazxana deyərdilər, dəstəmaz evi mənasındadır. Xana yəni ev deyilsə də, bir otaqlı kiçik bir yerdir.
9- Beyt-ül halə: Ev boşluğu, yəni ayaqyolu, tualet.
10- Lüğətlərdə, dar sözü məskən olaraq bildirilir. Füqəha isə, dar sözünü, içində bir neçə beyti (otağı) və həyəti olan yer deyə təsvir edir.
Onun üçün, “Rəsm olan beytə rəhmət mələkləri girməz” hədisi-şərifindəki beyt kəliməsini, ev olaraq deyil, otaq olaraq anlamaq lazımdır. Əgər səhv olaraq ev deyilirsə, evin beş otağı da olsa, oraya rəhmət mələkləri girməz. Hətta binadakı digər evlərə də girməz. Otaqlar müstəqil olduğu kimi, evlər də müstəqildir. O zaman bir otaqda rəsm olarsa, bütün binadakı ev və otaqlara rəhmət mələkləri girməz. Hətta qonşu binalara da girməz. Belə düşünmək çox səhv olar. Hər otaq müstəqildir. Evin bir otağı tualet olduğu kimi, başqa otağı da namaz otağı ola bilər.
Rəsmə təzim etmək
Sual: Bir rəsmə təzimə, bəzən haram, bəzən küfr olar, deyilir. Təzim etmək nə deməkdir?
CAVAB
Bir rəsmi beldən yuxarı asmaq ona hörmət sayılar ki, haramdır. İnsan rəsminə təzim etmək iki səbəblə olar:
1- Xocasının, atasının, övliyanın rəsmi olduğu üçün hörmət edər. O kimsədə ilahlıq sifətlərindən, yəni Allahu təalaya məxsus olan sifətlərdən birinin olduğuna inanmaz. Onu məxluq bilər. Onu sevdiyini bildirmək və ya onu sevindirmək üçün hörmət edər. Belə hörmət etmək, küfr olmazsa da, haram olar. Müsəlman olmayanların rəsmlərinə belə təzim etmək küfr olar.
2- Rəsmin sahibində və ya atəş, günəş, inək kimi hər hansı bir şeydə yaxud xaçda ilahlıq sifəti olduğuna inanaraq, istədiyini yaradar, hər istədiyini edər, deyərək təzim etməksə, küfr, şirk olar.
Ov heyvanından bəzək olaraq istifadə etmək
Sual: Ov heyvanlarının içini doldurub müqəvva kimi bəzək olaraq istifadə etmək caizdir?
CAVAB
Caiz deyil. Rəsmdən daha zərərlidir.
Rəsm və fotoqraf
Sual: Bir zərurət olmadıqca, insan və heyvan rəsmi çəkilmir. Fəqət fotoşəkil çəkmək caiz olduğuna görə, açıqda fotoqraf saxlamaq, yüksəyə fotoşəkil asmaq caiz olmaz?
CAVAB
Rəsm çəkməklə fotoşəkil çəkmənin hökmü fərqli isə də, rəsm kimi, fotoşəkili də yüksəyə asmaq caiz deyil. Açıqda fotoşəkil olan otağa da rəhmət mələkləri girməz.
Qapalı rəsm saxlamaq
Sual: Bir rəvayətdə deyilir: Rəhmət mələkləri, övliya bir şəxsə “Xalçanın altında rəsmlər varkən biz, vəfat edənin yanına girmərik” demişlər. Rəsmləri, bağlı olaraq da saxlamaq caiz deyil?
CAVAB
Rəvayətdən hökm çıxarmaq, səhv olar. Rəsmləri, bağlı yerdə, örtülü olaraq saxlamaq caizdir. Namazı da məkruh etməz. (Hədiqə)
Divara xalça asmaq
Sual: Divara hər cür xalça asmaq caizdir?
CAVAB
Divara soyuğa qarşı, yun və ya ipək xalça asmaq, caizdir. Zinət, yəni bəzək üçün olarsa məkruhdur. Üzərində canlı rəsmi olarsa haram olar.
Divara rəsm asan
Sual: Evinin divarında insan və ya heyvan rəsmi olan bir kimsə, bizi yeməyə dəvət etsə, getmək uyğundur?
CAVAB
Divarda insan və ya heyvan rəsmi olan evə, zərurətsiz getmək olmaz. (Əhya-ül-ulum)
Divara rəsm asmaq
Sual: İnsan və ya heyvan rəsmi asılan otağa rəhmət mələklərinin girmədiyini və o otaqda qılınan namazın məkruh olduğunu bilirik. Fəqət hörmət etməmək şərti ilə, namaz qılınmayan və ya davamlı oturulmayan bir otağa, məsələn mətbəxin, hamamın divarına canlı rəsmi asmaq caiz olmaz?
CAVAB
Xeyr, caiz olmaz. Yüksəyə asmaq hörmət etmək deməkdir. Canlı rəsmini beldən yuxarı asmaq, bu rəsmlərə hörmət olub, haram olar.
Mübarək şəxslərin rəsmlərini yüksəyə asmaq haram olduğu kimi, bunları aşağı yerlərə qoymaqda haramdır. (S. Əbədiyyə)
Yüksəyə asmaq canlı rəsminə hörmət olacağı üçün, aşağı qoymaqda bu şəxslərə təhqir olacağı üçün haram olur. Bağlı yerdə, albomda mühafizə etmək lazımdır.

Ən Son Yenilənənlər

Feyz nədir.

Emali qəsidəsi..

Qeybətdən çəkinmək lazımdır..

Xavf (qorxu) və rəca (ümid etmə)..

Nemətlər nə zaman artar..

Ən Son Əlavə Olunanlar

Nemətlər nə zaman artar..

Qeybətdən çəkinmək lazımdır..

Utanmayan hər şeyi edər..

Ən uca elm həddini bilməkdir..

Quran müsəlmanlığı..

Mövzulara hər gün yeni sual və cavablar əlavə olunmaqdadır

Son yenilənmə:

Texniki problemlər ilə əlaqədar [email protected] ünvanına yaza bilərsiniz

© Copyright © 2022. Bütün huquqlar qorunur

В корзине: 0 шт.

Böyrək daşlarının yaranmasının qarşısını təbii yolla necə almalı? – Həkim məsləhətləri – FOTO

Yəqin ki, hər kəs sidik daşı xəstəliyi və bu xəstəlikdən əziyyət çəkən insanlar haqqında eşidib. İlk baxışdan sağlamlığa ciddi zərər vurmayan və vaxtaşırı ağrı sindromları və daşların özü-özünə və ya müalicə nəticəsində xaric olunması ilə özünü biruzə verən bu xəstəlik, əslində çox təhlükəli, xüsusən bizim regionda geniş yayılmış, epidemiya xarakteri daşıyan və gec-tez böyrəklərdə xroniki iltihab prosesinə gətirib çıxaran xəstəlikdir. Nəticədə, bu patologiya böyrək funksiyasını pozur: böyrək çatışmazlığına və sonda böyrək büzüşməsinə gətirib çıxarır.

Böyrək daşlarının əmələ gəlməsinin səbəbləri:
1. İrsi meyllilik;
2. Sidik yollarının (böyrəklər, sidik axarları, sidik kisəsi və uretra) anomaliyaları və urodinamikanın( sidik axınının ) bütün səviyyələrdə pozuntuları;
3. Mədə-bağırsaq sisteminin (qastrit, kolit, xora xəstəliyi, Kron xəstəliyi və s.) xroniki xəstəlikləri və ağır əməliyyatlar (bağırsaq anastomozları, nazik bağırsağın rezeksiyası);
4. Sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;
5. Hiperparatireoz (Qalxanabənzər vəzin ətrafında yerləşən paratireoid vəzlər artıq miqdarda parathormon ifraz etdikdə orqanizmdən kalsium və fosforun xaric olması artır);
6. Az maye qəbulu və ya müəyyən səbəblərdən (infeksiya, zəhərlənmə) orqanizmin uzun müddət susuzlaşması;
7. Sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;
8. Tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;
9. Coğrafi amil (İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;)
10. Bəzi preparatların istifadəsi (askorbin turşusunun (vitamin C) yüksək dozalarda qəbulu, sulfanilamidlər, triamteren, indinavir və s.);
11. Artıq çəki;
12. Az hərəkətli həyat tərzi;

Ən çox rast gələn böyrək daşlarının növləri:

KALSİUM OKSALAT VƏ KALSİUM FOSFAT DAŞLARI

* Bu daşlar bütün daşların 75%-nı təşkil edir (60% oksalatlar, 15% isə fosfatlar)
* Kalsium orqanizmdə sümüklərin və dişlərin əsasını təşkil edən, əzələ yığılmasında və digər əhəmiyyətli funksiyalarda vacib bir rol oynayan mineraldır. Kalsium bədənə qəbul olunmuş qidalardan bağırsaq vasitəsilə sorulur, lazım olmayan hissəsi isə böyrəklərdən atılır. Bəzi insanlarda mabadilə pozğunluğu nəticəsində kalsiumun boyrəklərlə atılması artır və kalsium daşları əmələ gəlir
* Kalsium daşları 40% hallarda irsi səbəbdən yaranır. Bundan əlavə, qalxanabənzər ətraf (paratireoid) vəzin hiperfunksiyası və yüksək miqdarda vitamin C qəbulunu da qeyd etmək lazımdır.
* Sitrat adlanan maddə sidikdə kalsium oksalatı birləşdirərək, kristalların yaranmasının qarşısını alır. Sitratın azalması da bu cür daşların əmələgəlmə səbəbidir.

STRUVIT (İNFEKSİYALI) DAŞLAR
* Böyrək daşı xəstəliyi zamanı təxminən 10% hallarda, sidik yollarının infeksiyası olan xəstələrdə əmələ gəlir. Daha çox qadınlarda müşahidə olunur

URAT DAŞLARI
* Böyrək daşlarının 15%-nı təşkil edir. Onların yaranma səbəbi bədəndə sidik turşusu səviyyəsinin artmasıdır. Sidik turşusu orqanizmdə normal metabolizm zamanı yaranan bir maddədir. Qanda həll olaraq, böyrəklərə daşınır və buradan sidiklə atılır. Orqanizmdə mədə- bağırsaq sistemi pozuntuları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadə edilməsi zamanı bu tip daşların yaranması baş verir.

SİSTİN DAŞLARI
İrsi mübadilə pozğunluğu olan insanlarda, böyrəklərin çoxlu miqdarda müəyyən aminoturşuların ifraz etməsi səbəbindən yaranan və bütün daş növləri içində ən nadir görülən daşlardır. Müalicəsi digər daşlara görə daha çətindir.

Sidik-daşı xəstəliyinin simptomları:
1. Bel-oma,qarın, aralıq və qasıq nahiyəsində ağrılar;
2. Sidik ifrazı zamanı ağrı və göynəmə;
3. Sidikdə qan izləri;
4. Sidikdə bulanıq və qoxu;
5. Tez-tez sidiyə getmə;
6. Təcili sidik ifrazı ehtiyacı;
7. Sidiyə az-az getmə;
8. Ürəkbulanma və qusma;
9. Hərarət və üşütmə;

Sidik daşlarının yaranmasının qarşısını təbii yolla necə almaq olar?
1. Çoxlu maye qəbul etmək (günə təxminən 1.5 litr şəffaf su). Kifayət qədər su qəbul edilməsə, sidik ifrazı azalır və sidiyin konsentrasiyası artır. Bu isə daş əmələ gətirə bilən sidik duzlarının həll olunmasını azaldır.
2. Daha çox kalsiumla zəngin qidalar yemək (az yağlı süd məhsulları: süd, pendir, yoqurt). Çox adam səhvən düşünür ki, kalsium tərkibli daşları varsa, kalsium qəbulunu ümumiyyətlə kəsib, bu xəstəlikdən azad olunacaq. Kalsium çatışmazlığı daş əmələgəlməsi prosesini bir az da artırır.
3. Duz qəbulunu azaltmaq. Sidikdə çoxlu miqdarda duzun olması kalsiumun yenidən qana sorulmasına maneə törədir və, nəticədə, kalsium tərkibli daşların əmələgəlməsinə səbəbkar olur.
4. Oksalatlarla zəngin olan qidaları məhdudlaşdırmaq (ispanaq, şokolad, şirin kartof, qəhvə, çuğundur, fıstıq, soya məhsulları)
5. Heyvan mənşəli zülalların qəbulunu azaltmaq (mal əti, balıq, qoyun əti)
6. Tərkibində C vitamini olan əlavələri lazımsız qəbul etməmək
7. Bitki mənşəli dərmanlardan istifadə etmək
8. Həkimlə məsləhətləşmədən hər hansı preparatlardan istifadə etməmək. Bəzi preparatların ( sidikqovucular, steroidlər, ödem əleyhinə dərmanlar və sair) uzunmüddətli və ya lazımsız istifadəsi sidik daşlarının əmələ gəlməsinə səbəb ola bilər.
9. Aktiv həyat tərzi aparmaq. Az hərəkətli həyat tərzi orqanizmdə mübadilə pozğunluğuna və böyrək daşlarının əmələ gəlməsinə səbəb olur.

Bir daha qeyd etmək istərdim ki, Böyrək Daşı Xəstəliyi böyrəklərdə xroniki iltihab yaradan, böyrəklərin funksiyasını zəiflədən və, nəticədə, böyrək çatışmazlığına gətirib çıxaran xəstəlikdir. Ona görə bu xəstəliyi olan insanlara daimi həkim-uroloq tərəfindən nəzarət məsləhətdir. Bu pasiyentlərə mübadilə pozğunluğunu aradan qaldıran və yeni daşların əmələgəlməsinin qarşısını alan dərmanların qəbulu, mövcud olan bəzi növ daşları parçalıyan müalicənin aparılması və daşların növünə uyğun pəhrizin saxlanılması tövsiyə olunur. Dərmanlarla parçalanmayan daşların vaxtında xaric olunması üçün cərrahi əməliyyatlar( endoskopik və ya, tələb olunarsa, hətta açıq üsulla ) məsləhət görülür.

Doktor Cavid Baloğlanov,

İstanbul NS klinikasında çalışan Uroloq-Androloq. Endoskopik cərrah. Tibb Elmləri üzrə Fəlsəfə Doktoru. Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital Cərrahiyyə kafedrasının məzunu. Almaniyada ixtisaslaşmış mütəxəssis. Avropa Uroloqlar Assosiasiyasının üzvü.

DİVAR

İki hissədən ibarət olan üzün bir tərəfi digərindən fərqlənir və bu fərq nə qədər çox olursa həmin sima bir o qədər maraqlı görünür.

Macəra sevən Kaff yaxınlarına bir söz demədən günlərlə qeyb olur, insan ayağı dəyməyən yerlərə gedib, müxtəlif qeydlər aparırdı. Hazırda birgə yaşadığı həyat yoldaşı ilə də məhz belə səfərlərin birində tanış olmuşdur. Kaff rəssam idi, çəkəcəyi rəsmin ideyasını ilkin mərhəldə hadisə kimi yazır, daha sonra şüurunda yaranan ümumi görüntünü kətana köçürürdü.

Günəşin şüası hovuzdakı suyun üzərinə düşüb bərq vururdu. Evin pəncərələri açıq idi, mavi tül pərdələr bir qədər aralıda dalğalanan dəniz səsinin ahənginə uyğun yellənirdi. Kaff əlini yarıya kimi hovuza salmışdı, suyun altında barmaqlarına baxırdı, həyat yoldaşı isə portağal şirəsi içə-içə ərinin yeni qeydlərini oxuyurdu.

2+4

Onlar görünüşcə çox sadə, dördbucaqlı bir məkanda yaşayırdılar. Çoxları kimi sevib sevilir, səhər işə gedib, axşam qayıdırdılar. Evləri tam görmək olmurdu, sanki hər yer düz xətdən ibarət idi. Bir gün həmin məkanın mərkəzində hündür divardan ibarət sərhəd yaranır və əhalinin böyük qismi qohum — tanışdan ayrı düşür. Divarı aşmaq qəti qadağan idi. Sərhəddi kim keçmək istəyirdisə Edqard adlı şəxs tərəfindən güllələnirdi. Edqard heç vaxt yatmırdı, evini də düz sərhəddə tikmişdi. Onun hardan və kim tərəfindən göndərildiyi heç kəsə məlum deyildi. Evi sağ tərəfdə tikildiyindən sağlardan sayılırdı, pəncərəsi isə sol tərəfdə yaşayanlara səmt açılırdı.

Divarın yaranmasından iyirmi səkkiz il keçmişdi, bu illər ərzində sol tərəfin sakinləri tam başqalaşmışdılar, çılpaq gəzirdilər. Sağlar pəncərədən sola baxmaq üçün növbəyə yazılırdı, Edqard evinə gələnlərə şərt qoymuşdu, kim baxmaq istəyirdisə əyinindəki geyimindən birin soyunub ona verməliydi. Bir gün sağ tərəf sakinlərinin bir neçəsi əyinlərindəki paltarları çıxardıb çılpaq gəzməyə başladılar. Çılpaqlar qınaq atəşinə tutulsalar da daha sonra lütlər o qədər çoxaldı ki, kimsə onları qınayanda tutub gətirirdilər Edqardın evinə, pəncərədən sol tərəfi göstərib, “Diqqətlə bax!”, — deyirdilər. Həmin şəxs də utandığından tez paltarını soyunub çılpaq olurdu. Hətta elə bir məqam gəlib yetişdi ki, əyinində paltar olana birtəhər baxırdılar. İki ay, iyirmi altı gün sonra bu hal tamam adiləşdi, havalar soyudu və sağda yaşayan sakinlərin çoxu xəstələndi. İmuniteti güclü olanlar öz yerlərində qalır, zəif olanlarsa kürə şəkilində olan məkana göndərilirdi.

Kaffın yoldaşı dəftəri örtüb dilləndi:

– Bu yazılar rəsm əsərinin qeydlərindən daha çox bədii əsərdir. Sol və sağ Şərq-Qərbdir, yoxsa.

Kaff əlini sudan çıxardıb şəhadət barmağını dodağına dayadı, pıçıltı ilə:

Qoşa xətt

Sərhəddi keçmək istəyərək Edqard tərəfindən öldürülən 136 nəfərin portret rəsmi sol ərazisinin sakinləri tərəfindən divarda elə çəkilmişdi ki, elə bil onlar divarın altında qalmışdılar.
Dünyaya yeni uşaq gətirmiş qadın dayaz çayın içində, beş daş üzərində uzadılmışdır. Ən böyük daş: başının altına, ovucu boyda: biləklərinin, kərpicə bənzər iki çay daşı isə ayaqlarının altına qoyulmuşdu. Yerli əhali çayın ətrafına yığışıb huşunu itirən qadının ayılmasını gözləyirdi. Sol sakinləri ovuclarına yığdıqları lalə ləçəklərini aramsız çaya səpib, suyun axmasını seyr edirdilər. Ləçəklər daşların arasından süzülüb qadının dalğalanan saçlarına, çılpaq bədəninə sığal çəkərək axıb gedirdi. Ləçəklərin bir neçəsi isə qadının saçlarına ilişib qalmışdır. Günəş batmaq üzrə idi, Ayın üzü işıqlandıqca qadının bədəni altına düzülmüş daşlar közərirdi. Edqard pəncərə önündə dayanıb, baş verənləri izləyirdi. Qarı yenicə doğulmuş körpəni ayaqlarından tutub başı aşağı, buzu tam əriməmiş suyun içinə salır, altı saniyə sonra çıxardıb yancağına şillə vurur, uşaq ağlamağa başlayanda isə onu qarşısındakı digər qabda olan isti suya uzadır. Bu hal bir neçə dəfə təkrar olur. Özündən getmiş qadın birdən ağrı çəkərək ayılır, hamı eyni qaydada əl çalıb yerində addımlamağa başlayır. Qadının bətnindən qara ilan və beş Apollon kəpənək çıxır. Fikirlər uçuşan kəpənəklərdə qaldığı üçün ilanın sürünüb hara yoxa çıxmasını görən olmur. Qarı körpəni gətirib qadının sinəsi üstünə qoyur və hamı asta-asta dağılışıb gedir. Qadın yuxuya getmiş körpənin əlindən öpüb özü də gözlərini yumur. Bu qadının adı Lilit idi, dünyaya göbəksiz və hədsiz gözəl gəlmişdi. Əhali dəqiq bilməsə də ehtimal olunurdu ki, uşaq Edqardındı, çünki sol tərəfdən heç kim onun gözəlliyinə görə cəsarət edib yaxınlaşmamışdı. Edqard pəncərəni bağlayıb günəşin alqırmızı şəfəqləri görünənə kimi silahını təmizlədi. Səhəri gün bir nəfər gənc çiyinində quzu, pəncərənin qarşısına gəlib Edqardan qurbanı kəsmək üçün kömək istəyir:

– Bizim tərəfdə qurban kəsə bilən yalnız babam idi, o da dünyasını dəyişib. Nənəm də nə eləsin, öyrəşib qadın, bir şey olan kimi qurban deyir. Bu dəfə də Lilitin oyanmasına qurban deyibmiş, o, da oyandı. İndi də qurban hökmən kəsilməlidir. Bilirsən ki, kəsilməzsə fəlakət baş verə bilər, lənətlənə bilərik. Belə qərarlaşdıq ki, bəlkə, kömək edərsən, sağ tərəfdə kəsməyi bacaran çoxdu, özünə də pay götürərsən.

Edqard gözünü bir nöqtəyə zilləyib, düşündü, sonra evə girib kəndir gətirdi. Gənc, kəndiri quzunun ayaqlarına dolayıb, düyün vurdu.Edqard xeyli müddətdən sonra qayıdıb doğranmış ətlə dolu zənbili pəncərədən aşağı salladı,

– Götür apar, bu da sənin qurbanın!

Bu dəfə həmin gənc qoltuğunda bəyaz tüklü qaz ilə dayanmışdı. Edqard səsinin tonunu dəyişərək dedi:

– Bu nədir, bu hardan peyda oldu?

– Bu da sağ tərəfin qəssabına bizdən hədiyyə.

Edqard cəld kəndiri özünə çəkir, zənbili göydən üzü aşağı tutub, ətləri yerə boşaldaraq qəzəblənir:

– Buna bax bir, hədiyyə gətiribmiş, sən fərqindəsən nə danışırsan?

Gənc pərt halda qazı əlindən yerə qoyub, dağılmış ətləri zənbilə yığır. Edqard qazı nişan alıb atəş açır. Qazın başı tikə-parça olur, bədəni çabalayaraq bir neçə dəfə divara dəyir və hər toxunuşda boyunundan axan qan, divarda çəkilən açar rəsminin üstünə ləkə salır.

Altı

Bu neçə illər ərzində divarın sağ tərəfi tər-təmiz qalmışdı, heç kim ora nə rəsm çəkir, nə də bir söz yazırdı. Yalnız Edqardın evinin kandarında tablo asılmışdı. Ora xırda hərflərlə: “İstəyirəm ki, güvənəsiniz, inanasınız, baxışlarınızı anlamaq, ürək döyüntünüzü və səsinizi eşitmək istəyirəm. İstəyirəm ki, məni yaxşı görə, anlayasınız, çünki bu yalnız sizin xeyrinizə olacaq”. Edqardın hirsi soyuyandan sonra qazın leşeni qırmaqla yuxarı çəkib sağ tərəfə atdı, ətrafı leş qoxusu bürümüşdü, daha sonra xəbər yayıldı ki, qazı didib-parçalayan itlər qudurub və sağ sakinlərdən birini dişləyib. Əhali arasında böyük qorxu, təlaş yaranmışdı, itlər döyülərək vəhşicəsinə öldürülsə də quduzlaşdığı güman edilən sakinə əl vura bilmirdilər, çünki o, sağ tərəfdən nüfuzlu bir şəxsin dostu idi. Çoxları öz aqibətinə görə qorxaraq, kömək üçün Edqardın evinin qarşısına gəlir. Əhalinin arasından bir qadın qabağı çıxıb təmkinlə deyir:

– O itlər tərəfindən parçalanan sakin vaxt keçdikcə daha da quduzlaşır. Onu xilas etməliyik, divarın o biri üzündə axan çaya, beş daş üzərinə getməlidir. Yoxsa bu xəstəlik bizim hamımızı məhv edə bilər.

Edqard soyuqqanlıqla, evinin qarşısındakı tablonu köynəyinin qolu ilə silib deyir:

– Öldürün onu! – Səsinin tonunu biraz da aşağı salıb, – Öldürməyə əliniz gəlmirsə, sizə kömək edə bilərəm.

– Biz istəyirik ki, yaşayaq, sevdiklərimizə, özümüzə qovuşaq. İstəmirik ki, daha adlarımız divarın o biri üzündə yazılsın.

Edqard ürəkdən qəh-qəhə çəkərək:

– Nəhayət ki, uzun illərdən sonra məhz bu fikrə gəldiniz. Siz heç bilirsiniz ki, nə qədər gözləmişəm sizi?! Bu iyirmi səkkiz il ərzində bir nəfər görmədim, yaxınlaşıb məndən soruşsun ki, bu divar nə üçündür burda? Bir gecənin içində kim ucaltdı bunu? Ümumiyyətlə, bu divar kimə lazdımdır? Soruşan olmadı ki, sən kimsən və nə ixtiyarla bizim üstümüzə silah çəkirsən?! On-on beş nəfər çiyinini divara söykəyib onu aşırmağa cəhd belə göstərmədi. Ancaq kimisi məşuqəsini görməyə, kimisi şan-şöhrətə görə bu çəpəri keçmək istədi. Divarın o biri üzündə sizin yaxınlarınız, doğmalarınız var, bəlkə də elə o tərəfdə siz özünüzsünüz. Bu divar sanki bir güzgü idi, sizsə baxmaqla kifayətlənirdiniz.

Sakinlərdən bir nəfər dillənərək nəsə demək istəyir, Edqard silahı onun üstünə tuşlayıb gözlərinin içinə baxır, daha sonra silahın lüləsindən tutub yerə çəkir. Silah iki hissəyə ayrılaraq qırılır.Sakinlər sevincli, həm də qorxa-qorxa divara yaxınlaşırlar. Sol tərəfin də əhalisi qopan səs-küyə görə divarın o biri üzünə yığılmışdı.

– İndi nəyi gözləyirsiniz?! Aşırın divarı! – deyir.

Bir neçə nəfər ürək edib əllərinə keçəni divara vurur. Divardan bircə daş da düşmür, sonra hamı bir xətt üzrə dayanıb çiyinlərini divara söykəyirlər. Bir nəfər saymağa başlayır:

– Bir… — səsini biraz tənzimləyib, ucaldır. – Bir, iki, — divar az qədər yerindən oynayır, sol tərəfin sakinləri geri çəkilib nə baş verəcəyini gözləyirlər, — üç, dört, — divar kökündən çartlamış ağac kimi yellənir, — beş, altı. — divar uğultulu səslə aşaraq, yerə çırpılır. Ətrafa ani sükut çökür. Sol və sağ sakinləri üz-üzə dayanmışdı, toz-torpaqdan bir-birilərini yaxşı görmürdülər. Toz yavaş-yavaş çökür, sol sakinləri paltarda sağlar isə çılpaq dayanmışdılar. Sağ tərəfdən qadınların biri rəfiqəsini dürtmələyib pıçıldayır:

– Bu ki bizim geyimlərdi, Edqard bizdən alıb, onlara verirmiş.

Sükut pozulur, hamı sevinə-sevinə qucaqlaşıb görüşür.Edqard aşmış divarın üstündə oturub, hönkürtü ilə ağlayırdı.

Lilit qucağında körpə Edqarda yaxınlaşıb:

– Niyə ağlayırsan? Sevinmirsən ki, daha heç kimi öldürmək məcburiyyətində qalmayacaqsan?!

– Sevinirəm, niyə sevinmirəm. Sadəcə bu divar həm də mənim evimin divarı idi.

Lilit Edqardın qoluna girib deyir:

Edqard ayağının altına düşmüş tablosunu götürür və onlar əhalidən getdikcə uzaqlaşırlar. Lilitin güclə eşidiləcək səsi gəlir, o, Edqarda Sion dağlarından danışır:

– Oraları çox bəyənəcəksən, yenidən divar ucaltmağına ehtiyac olmayacaq. Üstünü isə özüm örtəcəm.

Hamının başı bir-birinə qarışmışdı, qudurmuş sakin isə kütlənin içinə girərək, gözdən itir.

Kaff fərdi rəsm sərgisində adamların arasından keçib həyat yoldaşına tərəf yaxınlaşır. Onlar qədəhlərini toqquşdurub divardan asılan rəsm əsərinə baxaraq gülümsəyirlər.

Ruslan Mollayev 2014

Comments are closed, but trackbacks and pingbacks are open.