Press "Enter" to skip to content

Dli kür romanı

Qeyd edək ki, görkəmli aktyor öz müsahibələrində romandakı Cahandar ağaya daha çox üstünlük vermiş, özü yaratdığı Cahandar ağadan isə narazı qalmışdır. “Mən bu romanı (“Dəli Kür”ü, G.M.) çox oxumuşam. Dönə-dönə oxumuşam. Və bu romana indi də heyranam. İsmayıl Şıxlının “Dəli Kür” romanından bir film çəkməklə heç nə eləmək olmaz. Bu roman çoxşaxəlidir. Burada hər obrazın öz tutumu, öz ağırlığı, öz kişiliyi, öz namusu var. Bu əsərdən dörd-beş seriyalı film çəkmək olardı. Ancaq biz onu elədik müqəvva. Korladıq qoyduq yerə. Mən romanı oxuyanda deyirdim: ilahi, nolaydı bu əsərdən film çəkəydilər, məni də çağıraydılar. Mən öz rolumdan razı deyiləm. Bunu sözgəlişi demirəm. İsmayıl Şıxlının Cahandar ağasından nə qədər razıyamsa, Ələddinin Cahandar ağasından bir o qədər narazıyam. Mən hazır filmdən danışıram. Siz gördüyünüz filmdən.

“Dəli Kür”: dəyişən dəyərlər və roman texnologiyası kontekstində – Elnarə AKİMOVA yazır – Elnarə AKİMOVA

İsmayıl Şıxlının “Dəli Kür” romanı ilk növbədə sovet romançılığında ikili estetika daşıyıcısı kimi maraq doğurur. “Dəli Kür” yeni nəsrə keçidi hazırlayan əsərdir. Romanın yazılma tarixi kimi müəllif 1957-1967-ci illəri göstərir. On illik dönəmi həm 20-50-ci illər sovet romançılığında “itirilmiş zaman” amilinin sona varması, həm də İsmayıl Şıxlının bətnində hələ də sosrealizm elementlərinin olduğu “Ayrılan yollar” əsərindən sonra ciddi nəsr hadisəsi meydana qoymaq üçün gərəkli bildiyi zaman kəsimi hesab etmək olar. Bu zaman kəsimində İsmayıl Şıxlı qələmi daha da cilalanır, təbəddülat yaşayır, tarix və insan məqamlarının dərinlərinə enmək üçün fürsət qazanır.

“Dəli Kür” romanı çöküş əhval-ruhiyyəsini ehtiva edən əsərdir. Bəyliyin çöküşünü, patriarxal dəyərlərin iflasını, ölən dünyaların təzahürlərini verən, bunu təmkinli mövqedən müşahidə edən və dərin qatda işləyən mətndir. Müəllif Cahandar ağanın timsalında patriarxal dünyanın çöküşünü ifadə etməyə çalışır. Amma İsmayıl Şıxlı məsələni necə qoyur əsərdə? Bəyliyin daha çox daxili-mənəvi hisslərinin qabardılması, periferiyadan mərkəzə gətirilməsi ilə. İnsan obrazını bütün tərəflərdən təhlilə çəkməklə. Maarifçi ədəbiyyatın önə çəkdiyi “meşşan” tipindən, sosrealist ədəbiyyatın tənə, istehza predmetinə çevirdiyi personajdan sonra bəy obrazı ilk dəfə bu əsərdə yeni kontekstdən təcəssüm predmetinə çevrilir: həm insan kimi hərtərəfli səciyyəsi, həm də feodal-patriarxal dəyərlərin daşıyıcısı qismində.

Roman özlüyündə düşündürür, necə ola bilər axı, Cahandar ağa kimi ailəsinə, namus məsələsinə, bəylik kriteriyalarına bu qədər həssas yanaşan adam başqasının xanımını qaçırmaqla belə bir xətaya yol verir? “Dəli Kür”ü illərlə gündəmdən düşməyə qoymayan başlıca amil bu sualın açıq qalmasıdır həm də. İsmayıl Şıxlı əsərdə, ilk növbədə, dəyərlərin antitezasını yaradır. Bunu movizm də adlandırmaq mümkündür. Modernizmin movizm metodu dəyərlərin bilərəkdən korlanması hesabına aparılır. Əsər bir çox başqa məqamları – əsas və törəmə süjetləri içinə alsa da, birbaşa Cahandar ağanın namus fəlsəfəsinin iflası üzərində qərarlaşır. O şeyi ki, Cahandar ağa namusu hesab edir – arvad, at və papaq, – hər birinin tədricən deqradasiyaya uğrama səbəbləri təsvir edilir. Birinciyə münasibətdə Cahandar ağanın özü xətaya yol verir. Digər proseslər də “cinayətin cəzası” üzərində qurulur. Baş qəhrəmanın içindəki “son problematikası”nı yetişdirən amilə çevrilir. Qaçırdığı qadının əri Allahyar onun sevimli atı Qəmərin yalını qırxır və quyruğunu kəsir. Molla Sadıq qisas almaq üçün bacısı Şahnigarı meyxana məclisinə sürükləyir. Namus məsələsində sorğu-suala lüzum bilməyən Cahandar ağa həm bacısı Şahnigarı, həm də atının ölümünü öz əli ilə gerçəkləşdirir. Bu, onun daxilən çöküşünü stimullaşdıran əsas səbəblərdir. Hər ölümlə Cahandar ağa bir az da qürub edir. Bacısı ilə birgə daxili müvazinəti, atı ilə birgə varlığı, qüruru sonluğa yön alır.

“Dəli Kür” romanı yazıldığı vaxtdan hər zaman ədəbi tənqidin diqqətində olmuşdur. Əsərlə bağlı müxtəlif fikir haçalanmaları meydana çıxsa da əsas mübahisə Cahandar ağa obrazına münasibətdə yaranmışdır. Bununla belə əsərdəki bədii-estetik keyfiyyət, canlı və dinamik təsvirlər, kolorit onu bütün dövrlərin oxunaqlı əsəri sırasına çıxarmışdır. Bura adekvat olaraq hər dövrün öz baxışını, yeni təfsirə gələn məqamları əlavə etsək deyə bilərik ki, “Dəli Kür” bütün dəyişən dəyərlər və zaman kontekstində qiymətləndirilmiş əsərdir. Bu yaxınlarda kinoşünas Sevda Sultanova “Ədəbiyyat qəzeti”nin “Ekranlaşdırılmış ədəbi əsərlər” layihəsində “Dəli Kür”lə bağlı təhlillərində onun bütün dövrlər üçün dəyərli sənət nümunəsi olması faktının konkret detallarına varır: “Dəli Kür” monumental, çoxşaxəli əsərdir: mənəvi dəyərlər, qadın-kişi münasibətləri, ata-oğul, yeniliklə köhnəliyin, cəhalətlə mütərəqqi ideyaların konflikti, Çar Rusiyasının işğalçı siyasətinin, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bunun Cahandar ağanın taleyinə təsiri. İsmayıl Şıxlı qələmə aldığı dövrü təfərrüatıyla araşdırıb, çevik ədəbi dili və manerasıyla çoxsaylı motivi dramaturgiyada məharətlə nizamlayıb. Epizodlar bir-birini əsaslandırır və çeşidli mövzular zəncirvarı, riyazi dəqiqliklə sıralanır”.

“Dəli Kür” həm də qadın romanıdır. Bu əsərə qədər qadının iç dünyasının açıldığı, meydana qoyulduğu əsərlər az olmamışdı nəsrimizdə. Amma qadın dünyasının kişi nəzərlərindən bu dərinlikdə açımı nəsrimiz üçün atipik hadisə idi. Əsərdə bunu realizə edən çoxlu səhnələr var: Zərnigar-Mələk-Şahnigar obrazlarının təcəssümündə. İsmayıl Şıxlının yazıçı kimi gücü məhz, qadın yaşantılarını, psixoloji təbəddülat məqamlarını dərin təcəssümündə verə bilməsindədir.

Romanda Rus Əhməd-Kipiani-Əşrəf xətti ilə maarifçi dalğanın qabarıqlığı hiss olunsa da, ümumən sosrealizm ünsürlərinin varlığı, Əşrəf-Pakizə, Molla Sadıq-Cahandar ağa dialoqlarında belletrizm çaları, şüarçılıq rudimentlərinin olması da danılmazdır.

Müstəqllik dönəmində yazılan əsərlərdə “Dəli Kür” romanının hansı təzahürlərini sezmək mümkündür? Zənnimcə, müqayisə oxşarlıqdan daha çox fərqliliyə rəvac verən faktlara yol açır. Çünki bu dönəmin nəsri artıq fərqli hadisədir. Burada mövzu dəyişimindən tutmuş roman strukturunda, yanaşmasında olan bütün təbəddülatlardan danışmaq mümkündür. Bu gün ənənəvi roman janrında həcm etibarilə kiçilmə, struktur etibarilə sadələşmə gedir, bir-biri ilə əlaqəsi olmayan süjet xətlərinin təqdimi, zamanlararası keçidlər, simvolların qabarıqlığı, arxetiplər bolluğu, dil qatında sadəliyə, ifadə bəsitliyinə meyil, obraz fərqliliyinin olmaması nəzərəçarpacaq xüsusiyyətlərdir və əksər romanların əsasını təşkil edir.

Çağdaş romançılığımızda “Dəli Kür”dəki hansı dəyərlərin qorunması, prosesə ötürülməsi faktı ilə üzləşirik? Son dövrün nəsr nümunələrinə dayaqlansaq, bizdə öz yaşam qanunları ilə seçilən milli obraz nəzərə çarpmır. Bu obrazın sələfləri də milli yaddaş daşıyıcıları kimi, sanki tarixə dönmüş, öz funksionallıqlarını dondurmuşlar. Adətən bu mövzu o zaman təsvirə çəkilir ki, cəmiyyətdə xaos nizamı, disharmoniya harmoniyanı əvəz edir. O zaman nəsr də inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq salmağa çalışır, milli psixologiyamıza yabançı elementlərin, ünsürlərin qovuşmasına etiraz edir. İsmayıl Şıxlının “Ölən dünyam” əsərində belə bir epizod var. “Troyka”nın sadiq qulu olan Fətullayev qolçomaqların kökünü kəsmək üçün bir dəstə hazırlayır və Qeybalı kişiyə tapşırır ki, kəndə gələn hər kəsi sorğu-sualsız gülləyə tutsunlar. Bu zaman Qeybalı kişi acı-acı gülümsünür və deyir: “- Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb ki, meydana çıxsın? Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi”. Ədəbiyyatımızda keçəl obrazının hansı neqativ məzmun ehtiva etdiyini nəzərə alsaq, müəllifin priyomundakı ironik çaların məğzini tutmaq çətin olmur. Əgər bu zamanın kişisi, “Cahandar” ağası, vurub-tutanı Keçəl Xondulu idisə, deməli, cılızlığın igidliyə meydan oxuduğu zəmanə gəlirdi.

Yeni cəmiyyətdə milli insanın mövqeyi necə görünür, o, yenədəmi cəmiyyət üçün “artıq adam”dır, yoxsa ictimai və mədəni inkişaf onun yaşam tərzi, düşüncə hüdudu qarşısında güzəşt edir, onun ənənə və mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına çaba göstərir. Bəs əvəzində nə təklif edir? Günbəgün dəyişən və milli keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri, zəmanə qəhrəmanı kimdir, necə olmalıdır? Baş qəhrəmanının adının əsərin öz adını əvəzlədiyi, onunla bir sırada dayandığı neçə roman saya bilərik, məsələn?

Daha “Dəli Kür”də olan çoxcəhətlilik, süjet mürəkkəbliyi və əhatəlilik bütün romanlarımız üçün səciyyəvi hal deyil. Əvəzində nəsrimiz daha dərinlərə varmaq şövqü ilə qələm işlətməkdədir. Mifdən başlamaq, kosmik, mifik və ilahi elementlərin məkanı olmaq, tarixin yeni kontekstdən oxunuşu baxımından Kamal Abdullanın, Zahid Sarıtorpağın, İlqar Fəhminin romanları bədii təfəkkürün tematikasına əlavələr qatır. Məkan və zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, təbiətlə insan ahənginin birgəliyi, dünya fəlsəfi-estetik düşüncəsindən iqtibas olunan məqamlarla sintez, universal məzmunlu dəyərlərə canatım, həyat və ölüm, gerçəklik və yuxu, illüziya və reallıq arasında sərhədsiz keçidlər, retrospektiv düşünmək – bu yazıçıların əsərlərində təsadüfi xarakter daşımır, həm də yalnız bədii deyil, eyni zamanda fəlsəfi məkanı təşkil edirlər.

Bu gün tarixi roman janrına diqqət ön plandadır. Yalnız tarixi roman janrında deyil, çağdaş romanlarda belə, əsas istiqamətverici fonu tarix təşkil edir, hətta bir neçə zamanı bədii təcəssüm predmetinə çevirmək meyli əsəri roman içində roman kimi təqdim edir oxucuya.

Xalq həyatına geniş nüfuz, rus imperiyasının işğalçı siyasətini ifadə eləmək baxımından Anarın “Ağ qoç, qara qoç”, Elçinin “Baş”, Məmməd Orucun “Qara güzgü” romanlarını qeyd eləmək lazımdır. Anarın nağıl mətninin simvolikasına sığınmaqla ictimai-siyasi ab-havaya adaptasiya olunmaq məramının nəticəsi olaraq yaranan “Ağ qoç, qara qoç” əsəri həm ideya-bədii keyfiyyət nöqteyi-nəzərindən, həm də dövrün, baş verən proseslərin intuitiv dərki baxımından diqqət çəkir. Xatırlayıram, əsər yazıldığı dönəmlərdə tənqidçi Bəsti Əlibəyli onun haqqında “əsər təkrarlana biləcək yaxın keçmişin səksəkəsi – qorxunun proyeksiyasıdır” – kimi fikir səsləndirmişdir. Hər halda yaddaşın oyaq və ayıq qalmasına xidmət edən bu kimi əsərlər epoxal gerçəklərə nüfuz baxımından gərəklidir.

Eyni geniş səciyyəni Elçinin “Baş” romanı da verir. Bu əsərdə də “atan kazaklardır”! XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları və onun Rusiya tərəfindən istilasının gerçək mənzərəsini yaratmaq baxımından yazıçı tarixin bəlli bir dövrünün estetik ekvivalentini yaradır. Həm də janrın yeni struktur texnologiyalarından yararlanmaqla. Müəllif retrospeksiyanı əsərin strukturuna birbaşa zaman ünsürü kimi daxil edir. Zaman paralelləri, çoxqatlı məkan ölçüləri, biri digərini əvəzləyən surətlər polifoniyası hər biri qəhrəmanın kəsilmiş başının nəzərlərində, oyanan yaddaşında, şəffaf və çəkisiz varlığında, sönməyən beyninin daxili bioloji ritmlərində baş tutur.

Məmməd Orucun “Qara güzgü” əsərində Vedibasarda ruslar tərəfindən xalqın başına gətirilən oyunların izlənilməsi var. Qara güzgü atın gözünə işarədir və bu gözdə müəllif tarixin müəyyən bir dövrünün geniş səciyyəsini verməyə nail olur.

Nəriman Əbdürrəhmanlının böyük dövlət xadimi Şah İsmayıl Xətai və onun həyat yoldaşı Taclı Bəyimin həyatından bəhs edən “Taclı”, yaxud Yusif Vəzir Çəmənzəminlinin həyatından bəhs edən “Qurban”, Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat yolundan, XIX əsrin tarixi-ədəbi proseslərindən bəhs edən “İşığa gedən yol”, Sabir Rüstəmxanlının Məhəmməd Hadinin həyatından bəhs edən “Şair və şər” romanlarında əsasən, bir şəxsin taleyi fonunda bütöv bir tarixi epoxanın hadisələrinə nüfuz edilir. Amma proses tarixi bir dönəmin yenidən inikası səviyyəsində deyil, öz milli kimliyini və müəyyənliyini, tarixi statusunu aydınlatmağa çalışan fərdin düşüncəsinin strukturu şəklində gerçəkləşir.

Tarixi mövzu və dəyərlərin funksionallığı məsələsi öz yerində. Bir də əsərin adında ehtiva olunan simvolik çalar var: Dəli Kür! Bu yaxınlarda oxuduğum Sərdar Aminin “Su sərgisi” romanında müəllif Xəzər dənizini Kür çayı kimi subyektləşdirməyə müvəffəq olmuşdu. Hər iki əsərdə təbiət obrazın daxili hisslərinin leytmotivinə çevrilir. Ölüm və həyat pafosu təbiəti təsvirlə vəhdətlənir. Tutqun hava, əhvaldan və baş verən situasiyadan asılı olaraq Xəzər dənizinin qorxu aşılayan sərt mənzərəsi, atmosferin bədbin estetika ilə yüklənməsi baxımından roman “Dəli Kür”dəki sıradan predmet kimi mənalanmayan su arxetipini yada salır. Su ölümün və həyatın metaforuna çevrilir, obrazların intihar aktının reallaşdıracağı məkan kimi təsvirə çəkilir.

“Dəli Kür” dəyərlərin dəyişdiyi bütün zamanlar üçün yazılmış əsərdir. Əsərin bu gün tarixi missiyasını davam etdirməsi fikrimizin sübutudur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Dli kür romanı

“Dəli Kür”də Cahandar ağa obrazı

� Xalq yazıçısı İsmayıl Şıxlının tarixi keçmişimizə həsr olunan bədii-estetik siqləti ilə seçilən “Dəli Kür” (1962) ilk növbədə öz bədii tamlığı, yüksək sənətkarlıq məziyyətləri ilə ədəbi ictimaiyyətimizdə geniş əks-səda doğurdu.

“Dəli Kür ” romanının əsasında 1969-cu ildə çəkilmiş eyni adlı film ( filmin ssenari müəllifi İ.Şıxlı, quruluşçu rejissoru H.Seyidzadədir) milli kino tariximizdə və mədəni həyatımızda əlamətdar hadisələrdən biri oldu . “. Dəli Kür”dəki Cahandar ağa ədəbiyyatımızda son dərəcə orijinal surətdir. Bu obraza qədər mənfi surətlər ancaq tünd boyalarla (” qara qətran içərisində”) rəsm edilirdi . Cahandar ağa obrazı bu şablonu aradan qaldırdı. Məlum oldu ki , bəy də, mülkədar da bütün mənfi xasiyyətlərinə, ictimai mövqelərindən irəli gələn naqisliklərə baxmayaraq canlı insandır. Cahandar ağa bunun əyani təcəssümünə çevrildi . O, əsl milli xarakterdir .

Öncə qeyd edək ki , romanın ekran müstəvisinə gətirilməsi nöqteyi-nəzərincə Azərbaycan kinematoqrafiyası üçün bu , son dərəcə baxımlı bir ədəbi material oldu . Romanın təhkiyə sistemində ekran sənəti üçün son dərəcə zəruri olan təsvir bütövlüyü var . İstər əsərdə, istər də filmdə müəlliflər xalq kultunun mərdlik, qeyrət, əzəmət və cəngavərlik kimi milli xüsusiyyətlərinə daha artıq diqqət yetirmi şlər. ” Cahandar ağa tarix səhnəsindən getdi , lakin bədii obraz kimi “Dəli Kür ” romanında (eləcə də filmində – O.H.) ikinci dəfə dünyaya gəldi və bu dəfə onun mənəvi ömrü fiziki ömründən uzun oldu . Rejissor romanın arxitektonikasından, iç dünyasından ideyanı götürərək səhnə tərtibatının kinematoqrafik komponentlərindən istifadə edərək, bədii mətnə rəğmən görümlü və uğurlu ekran əsəri yaratmağa müvəffəq oldu . Və beləliklə, film ekranlara çıxandan sonra çoxmilyonlu seyrçi uğuru qazandı, cəmiyyətdə, mədəniyyətdə və kino tarixində hadisəyə çevrildi .

Filmdə təsvir edilən Cahandar ağa (Ələddin Abbasov ) obrazı daxili ziddiyyətlər üzərində qurulub . O, ailəyə, qadına, dosta , qonağa , düşmənə münasibətdə milli ənənələrdən çıxış edir . Lakin onun mövcud adət-ənənələrlə bağlı dəyişməz xarakteri ilə daxili hiss və duyğuları arasında bir təzad var . Allahyarın (Məmməd Bürcəliyev) arvadı Mələyi ( Zemfira Sadıxova) qaçırması onun milli əxlaq normalarına zidd fərdi istəyindən irəli gəlir. Cahandar ağanın Mələyi qaçırması obrazın ziddiyyətli təbiətini tamaşaçıya çatdırmaqla, həm də onun ətraf aləmlə münasibətlərini pozur . Belə ki , sonradan , o , ağır mənəvi zərbələrə məruz qalır. Cahandarla Allahyar arasında düşmənçilik yaranır, Şamxal (Fikrət Əliyev) Mələyin üzərinə xəncər çəkir və atasının cavabını qaytarır, Cahandarın qızı imperiya dairələrindən qaçıb Göytəpədə gizlənən Əhmədə ( Eldar Əliyev) bayram sovqatı, gül aparmaqla sevgisini bildirir , oğlu Şamxal atasından razılıq almadan Qori seminariyasına oxumağa gedir və nəhayət, bacısı Şahnigar xanımın ( Liya Eliava ) Molla Sadığın (Məlik Dadaşov ) meyxanasında iştirak etdiyini biləndə o , ” namusu ləkələnmiş” bacısını tərəddüd etmədən öldürür . Kinoşünas Aydın Dadaşov filmi təhlil edərək yazır: “. Kənddə nüfuz sahibi olan Molla Sadığın uşaqların seminariyada oxumasına mane olması ziddiyyətin tərəflərini müəyyən edir . Ziddiyyətə qoşulmaqla ictimai status qazanan Cahandar ağa obrazı antiqəhrəmanlıqdan çıxır. Təhqir olunmuş Molla Sadığın kənddəki nüfuzunu bərpa etmək üçün intiqama əl atması ziddiyyəti fabulalı süjet xəttində təqdim edir . Bu intiqamın qurbanı seçilən Cahandar ağanın bacısı Şahnigarın Molla Sadığın qurğusu ilə meyxana məclisinə gətirilməsi ziddiyyəti kəskinləşdirir. Cahandar ağanın bacısını atın döşünə qatıb Kür qırağına aparması peyzajı dramaturji struktura qoşur . Tədricən Kürə qərq olan Şahnigarın oxuduğu kəlmeyi-şəhadət dramatik vəziyyəti son həddə çatdırmaqla yanaşı, Dəli Kür obrazını doğruldur .

Rus hökumətinin müstəmləkəçilik siyasətini duyduğundan , pristavla qarşılaşdıqdan sonra artıq Cahandar ağa “dədə-baba” qaydası ilə dolanmağın, ” at belində gəzib ağayanalıq etməyin” artıq mümkün olmayacağını bir daha yəqin edir , müstəqilliyin və sərbəstliyin itirilm əsinə isə dözə bilmir . Cahandar ağa milli adət-ənənəyə sadiq qaldığına görə öz kişilik qürurunu və daxili özgürlüyünü qoruyub saxlayır. Kinoşünas Sevda İmanova “Dəli Kür”də millilik amili ” adlı məqaləsində bu obrazı səciyyələndirərək yazır: ” Filmin baş qəhrəmanı Cahandar ağanın həyata baxışının üç mühüm şərti var : ” Kişinin namusu üç şeydir : at , arvad , bir də papaq . Bunlara toxunmaq , onun namusunu ayaq altına atıb tapdalamaq deməkdir”. O, milli-mənəvi dəyərlərə hörmətlə yanaşır, elmin , maarifin əhəmiyyətini dərk edir , fəqət oğlunun məktubunu oxuya bilmir , özgənin kəbinli arvadını qaçırır, ancaq bacısı Şahnigarın meyxanaya getməsini ona bağışlamır. Bu ziddiyyəti istedadlı aktyor Ələddin Abbasov özünəməxsus təbii oyunu ilə nümayiş etdirir .

Filmdə rejissor ssenarinin ideyasını və tarixilik prinsipini əsas götürərək, obrazların mənəviyyatını konkret dövrün və mühitin (XIX əsrin axırlarındakı Azərbaycan kəndinin) kontekstində nümayiş etdirir . Əsas obrazın – Cahandar ağanın daxili təlatümlərinin, hiss və duyğularının, psixoloji sars ı ntılarının film boyu ətraflı təcəssümü bir şəxsin mənəvi problemlərinin təcəssümü çərçivəsində qalmayıb, tarixi hadisələr fonunda müstəqilliyini itirməkdə olan milli mülkədarlığın narahat taleyi kimi sosial məna daşıyır.

Məlum olduğu kimi film hazır olduqdan sonra o zaman Moskvada ” rejim ” in sərt basqısına məruz qalır və bir neçə epizod filmdən çıxarılır. Birinci epizodda qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O, isə cavab verir ki, torpağı nə satarlar, nə də bağışlayarlar. Sonra qubernator deyir: “Baxarıq”. Və kazakları Cahandar ağanın üstünə göndərir.

Digər epizodda isə nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı apardılar, özümüzü isə döydülər. Cahandar ağa kazaklara deyir ki, bura sizin at-baba torpağınızdır? Onlar isə: “Deyəsən könlündən Sibir keçir” – deyirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Sonra onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarır. Sonda isə “Ana Kür” mahnısı oxunur. Öncə qeyd etdiyimiz kimi rus imperiyasının işğalçılıq siyasətini tam əks etdirdiyinə görə bu epizodlar filmdən çıxarılmışdı. Həmin epizodlar sonradan milli kinomuzun təəssübkeş araşdırıcısı, kinoşünas Aydın Kazımov tərəfindən aşkar edilmiş və Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir. Sonralar xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.

Xalq yazıçısı İsmayıl Şıxlı film barədə jurnalistlə olan müsahibəsində “Cahandar ağa surətinin ekran görüntüsündən razısınızmı? – sualını cavablandıraraq demişdir: “. Bir neçə məqamı istisna olmaqla, yox, razı deyiləm. O filmin başı çox müsibətlər çəkdi. Moskvada çox yerini ixtisara saldılar. Ən çox da sonluğuna demək olar təcavüz olundu. Nə isə. keçmiş ola . Nə yaxşı ki, “Dəli Kür”ümü heç olmazsa kitabımda öz məcrasında, adına uyğun sağlada bilmişəm. Bir də romanın radio variantı mənim üçün filmdən daha qiymətlidir. Xüsusilə də Cahandar ağa obrazını yaradan Həsənağa Salayevin ehtiraslı ifası.

Filmdə əsas obrazın – Cahandar ağanın ifaçısı Gəncə Dövlət Dram Teatrının öncül aktyoru, respublikanın xalq artisti Ələddin Abbasovdur. Fikrimizcə, bu obrazın ifasında aktyor öz təbii oyunu və daxili özgürlüyü ilə seçilir. Və bu oyunda ən önəmli şərtlərdən biri yuxarıda qeyd etdiyimiz kimi təbiilikdir: sözdə, səsdə (təəssüf ki, kinoda Cahandar ağa rolunda Ələddin Abbasov özü danışmır, səs onun səsi deyil. Həsənağa Salayevin səsidir), hərəktdə, ahəngdə, tələffüzdə və ifadədə olan təbiilikdir. O, ifa etdiyi rolun xarakterinə və səviyyəsinə uyğun uyar hərəkətlər edir. Ə.Abbasovun oyununda obrazın daxili xarakteri açılır, dəruni hiss və duyğuların, ehtirasların mənbəyi çözülür, fəlsəfi-ictimai mənalar üzə çıxır. Aktyor bu obrazı canlandırarkən qeyd edir ki, “mən atamı xatırlayıram həmişə. Mənim atam da Cahandar ağa kimi həmişə at belində dolanıb. Zəhmindən qan ağlayırmış övladları. Bütünlüklə o gəlib dururdu gözümün qabağında.

Qeyd edək ki, görkəmli aktyor öz müsahibələrində romandakı Cahandar ağaya daha çox üstünlük vermiş, özü yaratdığı Cahandar ağadan isə narazı qalmışdır. “Mən bu romanı (“Dəli Kür”ü, G.M.) çox oxumuşam. Dönə-dönə oxumuşam. Və bu romana indi də heyranam. İsmayıl Şıxlının “Dəli Kür” romanından bir film çəkməklə heç nə eləmək olmaz. Bu roman çoxşaxəlidir. Burada hər obrazın öz tutumu, öz ağırlığı, öz kişiliyi, öz namusu var. Bu əsərdən dörd-beş seriyalı film çəkmək olardı. Ancaq biz onu elədik müqəvva. Korladıq qoyduq yerə. Mən romanı oxuyanda deyirdim: ilahi, nolaydı bu əsərdən film çəkəydilər, məni də çağıraydılar. Mən öz rolumdan razı deyiləm. Bunu sözgəlişi demirəm. İsmayıl Şıxlının Cahandar ağasından nə qədər razıyamsa, Ələddinin Cahandar ağasından bir o qədər narazıyam. Mən hazır filmdən danışıram. Siz gördüyünüz filmdən.

Əlbəttə, bütün bunlar onu göstərir ki, sovet dönəmində mədəniyyətin başqa sahələrində olduğu kimi, kino sənətində də ssenariçilər, rejissorlar buxovlanmış halda işləmişlər, sərbəst olmamışlar. Xalq yazısıçı İlyas Əfəndiyevin qeyd etdiyi kimi: “Yetmiş ildə bizim mənəviyyatımız və həmin mənəviyyatın bədii yaradıcılıq dünyası heç bir zaman azad, müstəqil olmamışdır, heç bir zaman “yuxarısız”, “Mərkəzi Komitəsiz” olmamışdır”.

Ümumiyyətlə, filmin rejissoru H.Seyidzadə, bütövlükdə yaradıcı heyət əsərin ideya yönünü əsas tutaraq tarixi hadisələrin uğurlu ekran təcəssümünə müvəffəq olmuşlar. Akademik Bəkir Nəbiyevin yazdığı kimi: “. Üzərindən on illər keçdiyinə baxmayaraq, həmin film (“Dəli Kür” filmi O.H.) yenə də uğurla nümayiş etdirilir, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır”.

Oktay Hacımusalı �

Xalq Cəbhəsi .- 2011.- 12 oktyabr .- S.13.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Xalq yazıçısı İsmayıl ŞIXLI.”Dəli Kür” romanı

BİRİNCİ HİSSƏ 1 Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlerin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular. Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, “mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?” – deyə inildəyirdi. Havada süzon iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, həyətin ortası ilə tövləyə doğru süründü. Zəncirdəki itlər dartınıb mırıldaşdılar. Toyuq-cücə qorxudan samanlığa doluşdu. Zərnigar xanım bunların heç birinə fıkir vermədi, kəlağayısını düzəldib eyvandan endi, cığırla sahilə doğru addımladı. Gün xeyli qalxmışdı. Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə yaxın yağış da çiləmişdi. Torpaq yolların və cığırların __________________Milli Kitabxana___________________ 8 tozu xal-xal olmuşdu. Çəmənliyin şehi parıldayırdı. Kürün ləpədöyənindən bir az aralı, çaylaqda qaynar asmışdılar. Tumançaq uşaqlar yarğanın dibi ilə qaçışırdılar. Camışları haylayıb suya tökən cavanların hay-küyü sıldırım yarğanlarda əks edir, bu yarğanların ovuqlarındakı quşlar hürküşüb bölükbölük havaya qalxırdılar. Lakin Zərnigar xanım heç nəyə fikir vermirdi. Bütün gecəni yatmayıb səhərəcən ağladığından arvadın gözləri şişmiş, kirpikləri bir-birinə yapışmış, göz yaşı quruyııb, müşəmbə kimi yanağında qalmışdı. Qulaqları güyüldəyirdi. O, hara getdiyini bilmirdi. Öz evindan baş götürüb uzaqlaşmaq, bir anlığa da olsa, dərdini unutmaq istəyirdi. Ancaq bacarmırdı. Dil desə də ürək razı olmur, ayaqları sözünə baxmayıb, sürünürdü. Zərnigar xanım özü də hiss etmədən gəlib yarğanın qaşına çatdı. Qarşısındakı uçurumu, ayağının altındakı yarıq-yarıq olmuş torpağı görmədi. Əgər bir az irəlidə yarğan gurultu ilə uçmasaydı, o, ayaq saxlamayacaq, bəlkə də torpağa qarışıb birbaş Kürə düşəcəkdi. Gurultunu eşidən kimi qeyri-ixtiyari geri çəkildi, toz yatandan sonra isə uçurumun dibi ilə axan qıjıltılı boz-bulanıq suya dəhşətlə baxdı. “Birparça çörəyim ovsanata keçdi. Yoxsa balalarım yetim qalacaqdı”, – deyə salamat qurtardığına şükür elədi. Bu hal uzun sürmədi. O yenidon gözünü Kürə zillədi. O taydakı qalın meşənin ətəyini, boz qumsallığı yalaya-yalaya axan, bəzi yerlərdə isə burulub, kolları araya alan Kür şaxələnib qollara ayrılır, balaca adaların ətrafında fırlanıb bəri üzə, hündür yarğanların üstünə cumurdu. Sular sarı torpağı yalayıb geri çəkilir, lillənə-lillənə uzaqlara gedirdi. Yarğanən dibi görünmürdü. Oraya düşənin heç sümüyü də ələ gəlməzdi. Zərnigar xanım ehtiyatla yarğana yaxınlaşdı. Bəlkə birdəfəlik özünü atsın? İkicə addım qabağa getsə, torpaq ayağı altından ovxalanıb töküləcək, uçuruma necə düşdüyündən özünün də xəbəri olmayacaqdı. Bəs sonra? Eşidən-bilən nə deyər? Bu fikirlər Zərnigar xanımı dəhşətə gətirdi. Bədəni üyüşdü. Suyun soyuq havasını üzündə hiss edib geri çəkildi. İxtiyarsız olaraq dönüb evlərinə baxdı. Ətrafına yulğun kollarından hündür çəpər çəkilmiş bir-mərtəbə daş evin pencərə şüşələri səhər günəşinin şəfəqlərini əks etdirib parıldayırdı. Darvaza açıq idi. Eyvanın məhəccərindəki naxışlı taxtalar, mavi rəngli dirəklər, göy qapılar, üstündə bir cüt qabaq-qarşı xoruz çəkilmiş divar, bir az o yandakı samanlıq, çardağının üstünə ilanyalı ot tayası yığılmış tövlə, həyətdə eşələnən toyuq-cücə aydınca görünürdü. Axı bunların çoxunu o özü düzəltmişdi. O, buraya gəlin __________________Milli Kitabxana___________________ 9 gələndə ərinin var-dövləti olsa da, əməlli-başlı bir otağı da yox idi. Bunların hamısında onun, Zərnigar xanımın əməyi vardı. O özünə toxtaqlıq verdi. Heç yana getməməyi, əksinə, onun yurduna su salmaq istəyəni evdən qovmağı qərara aldı. Yarğanın kənarında oturub oğlunu gözləyəsi oldu. “Şamxal bu işləri belə qoymaz, – deyə özünə təsəlli verdi. – Harada olsa gəlib çıxacaq. Kimin anasının mələr qaldığını onda görərik…” *** …Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Əlini gözünün üstünə qoyub diqqətlə baxdı. Gələnlərin, qayığı yuxarıdan salıb, suyun axan ilə bəri üzə keçmək İstədiklərini anladı. Arvadın ürəyi atlandı. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Qaraltılar bir-bir atılıb qayığa mindilər. Sahildən aralanan kimi kürəyi işə saldılar. Çəpin təkanı ilə şütüyən uzun qayıq ləpələri yara-yara irəlilədi. Onlar çayın ortasına yaxınlaşdılar. Arvad oğlunu tanıdı. Şamxal qabaqda oturub kürək çəkirdi. Kürün suyu bulanmışdı. Yəqin yuxarılara yağmışdı. Qayıqdakılar nə qədər çalışsalar da, istiqaməti düz götürə bilmir, su qayığı əyirdi. Zərnigar xanım qayığın suyun axarı ilə gedib, çiləkənə çırpılacağından qorxdu. Ancaq əbəs yerə həyəcan keçirirdi. Çəpin güclü təkanı qayığı suyun axarından çıxartdı. Onlar bəri üzə şütüdülər. Zərnigar xanım əllərini yanına salıb dərindən nəfəs aldı. Qayıq sahilə yanaşdı, burnu xırdaca daşları şaqqıldatdı. Şamxal quş kimi sıçrayıb kənara atıldı. Təkandan silkələnmiş qayıq ləngərləndi və sahildən aralandı. Şamxal əlindəki heybəni çiyninə atdı. Kərəntiyə dirənib suvadağı çıxdı. Qayığı suyun axarına buraxıb yarğanın dibi ilə gedən yoldaşlarının arxasınca baxdı. Onlar bir az aşağıdan, kəndin ucqarındakı qazmaların bərabərindən sahilə çıxacaqdılar. Şamxal üst-başını çırpıb, kəmərini daraltdı. Gümüş dəstəkli xəncərini yana çəkdi. Kərəntiyə çiyninə alıb, pəncərəsi Kürə baxan evlərinin qənşərindəki cığırla asta-asta yuxarı qalxdı. Zərnigar xanım oğlunun qabağına gəldi. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözü-yaşlı görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Yoxsa arvad bircə gecənin içində bu qədər qocalıb, yumaq kimi büzüşməzdi. Onun beli də bükülmüşdü. Zərnigar xanım yaman günə düşmüşdü. __________________Milli Kitabxana___________________ 10 Şamxal anasına yaxınlaşdı. Qolundan tutub, diqqətlə üzünə baxdı: – Yenə nə olub, niyə gözüyün on yerindən əhəyirsən? Arvad daha da kövrəldi. Önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-boğula: – Gördünmü, ay bala, – dedi, – atan mənim başıma nə oyun açdı? Şamxal bir az sakitləşdi. Hətta ürəyində anasını yamanladı da. Onun kərənti çəkib, ot çalmaqdan qolları gizildəyirdi. Bu saat doyunca yemək, qılçalarını uzadıb, əzalarının sızıltısı kəsincəyə qədər uzanmaq, rahat nəfəs almaq istəyirdi. Anası isə səhər-səhər onu vay-şivənlə qarşılayırdı. O, anasının yanından sakitcə ötüb qabağa keçdi. Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə, belindəki sallamalı kəmərinə, Kürdən keçəndə islanmış zər baftalı dolağına, suya batmış quşburun çarığına baxdı. Belə bir oğulun onu darda qoymayacağını yəqin edib, özünə toxtaqlıq verdi. Şamxal isə iki yanını basa-basa gedir, yeridikce çiynindəki kərənti sağa-sola ləngər vururdu. Kərəntinin ovxarlanmış və oraburasında yaşıl ot qırıntıları ilişib qalmış iti ağzı parıldayırdı. Şamxalın üstbaşından təzəcə çalınmış ot iyi gəlirdi. Zərnigar xanım yenidən kövrəldi. Anasının bu halı Şaraxalı darıxırdı. “Görəsən yenə nə olub? Bu zalım qızının da göz yaşı ovcunun içindədir. Bir şey olan kimi gözünü yumub tökür,” – deyə öz-özünə düşündü. Oğlunun gəlişindən sonra həm ürəklənən, həm də kövrələn Zərnigar xanım yenidən dilləndi: Mənim hayıfımı ondan almasan, südümü sənə halal eləmərəm, oğul! Qiyamətəcən ahu-naləm səni yandırar, bala! Şamxalın səbri tükəndi. Cəld geri dönüb, anasının üstünə qışqırdı: – Bəs deyilmi, səhər-səhər nə çərənləyirsən? – Belə, atan ölmüş təzə eşqə düşüb, ay bala – deyə, Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. – Bizi el içində biabır edib. Heç ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı? Şamxal dinmədi. O bu cür sözləri birinci dəfə eşitmirdi. Atası hər dəfə bir yana gedəndə, toydan-mağardan qayıdanda evdə belə söhbətlər olurdu. Anası həmişə kişinin üstünə düşüb dava-dalaş salar, ağlayıb-sızıldayar, sonra da sakitləşərdi. Şamxal həyotə girdi. Xalxalın yanından ötüb çardağa yaxınlaşdı. Kərəntini dirəkdən asdı. Heybəni çiynindən götürdü. Üstünə boz ki- __________________Milli Kitabxana___________________ 11 lim salınmış taxtda oturub, əlini çarığın bağına uzatdı. Oğlunun sakitcə əyləşib, çarıqlarını və corabını soyunmaq istadiyini görən Zərnigar xanım irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı. – Deyəsən, mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün tərəfini saxlayırsan?! Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl, gör atan sənə nə yaxşı ana gətirib? Hər yanı bir gəmi boyda. Yeriyəndə yırım-yırım yırğalanır. Gəl, yaxın gəl, tamaşa elə. Zərnigar xanım oğlunun əlindən yapışıb çəkə-çəkə ağ daşdan tikilmiş imarətə doğru apardı. Şamxal anasının hirsindən əsdiyini görüb, bu dəfə dinməz-söyləməz onun ardınca astanaya qədər gəldi. Arvad təpiklə vurub qapını taybatay açdı. İçəridə taxtın üstündə büzüşüb oturan gəlini göstərdi: – İndi gördünmü tərifli atan nə iş tutub? Xalqın halal-kamal kəbinli arvadını gətirib, mindirib mənim boynuma! – O, saçını yolub üzünü cırmağa, şappıltı ilə dizlərini döyməyə başladı. – Haradasan, ay gözü tökülmüş tanrı, bu zülmü niyə götürürsən?! Anasının fəryadı bu dəfə Şamxala yaman təsir etdi. Doğrudan da atası nə iş tutmuşdu? Oğluna toy eləyib gəlin gətirmək əvəzinə, özü eşqə düşmüşdü? “Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb, bəs bu nə üçün evini-eşiyini buraxıb arvad üstünə gəlib?!” Şamxalın rəngi qaçdı. Yenicə uzatdığı bığlarının ucunu ağzına salıb çeynəməyə başladı. Bayaqdan qorxu içində, küncə qısılıb titrəyə-titrəyə qardaşının bərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı, əllərini tutub yalvardı: – Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama! Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı xəncərin gümüş dəstəyinə yetirdi. Salatın yenə özünü qardaşının üstünə saldı. – Dərdin alım, ay qağa, farağat dur. Başına dönüm, evimizi yıxma. Amanın bir günüdü, bizi yazıq eləmə. Dədəm hamımızı tikə-tikə doğrayar. Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım: – Bircə belə dur, gədənin əl-ayağına dolaşma, – deyə Salatnın hörüklərindən tutub dartışdırdı. – Qoy bu həyasız köpək qızını tikə-tikə doğrasın. Onun ovuc-ovuc qanını içəcəm. Qoy bilsin ki, qızışıb adam üstünə gəlməyin axın necə olur. __________________Milli Kitabxana___________________ 12 – Atıa, oğlun, qızm var, günalısız qana bais olma. – Nə, günahsız?! – Zərnigar xanım elə qışqırdı ki, Salatın özünü itirdi. Gəlin yavaşca ayağa durdu. Onun ətli sinəsi qalxıb endi. Dodaqları səyridi. Əlini xəncərin dəstəyindon çəkməyən Şamxal onun yalın ayağına, topuğıma enən gen, beli büzməli qırçın donuna, sürüşüb çiyninə düşmüş nimdaş kəlağayısına, qulağındakı yumru sırğaya, tən ortadan ayırdığı qara saçlarına, koftasının yaxasını didişdirən titrək barmaqlarına baxdı. Gəlinin iri qonur gözləri yaşarmışdı. Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür, atası onu haradansa, Kürün aşağısındakı uzaq kəndlərin bırindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə qışqırdı: – Hə, niyə durdun? Yoxsa, bu cindar köpək qızının qaş-gözü sənin də ağlını başından aldı? Atan kimi sən də suyuldun? Bu saat onun saçını biləyinə dolayıb sürüməsən, kişi deyilsən! Di tez ol! Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı. – Dur, şələ-küləni yığışdır, rədd ol buradan! – Yolun altı ilə gəlibsən, üstü ilə qayıt xarabana! Gəlin sapsarı saralsa da, özünü sındırmadı. Gözünü qırpmadan qarşısında dayanan ucaboy oğlanın sarışın sifətinə baxdı. Onun qanı qaçmış dodaqları aralandı: – Məni sən gotürməyibsən ki, evdən qovursan? Gəlinin belə sakit, təmkinli cavabı Şamxalın qulaqlarında ildırım kimi şaqqıldadı. Ev başına dolandı, yer ayağının altından qaçdı. Üzünə isti qan vurdu, qulaqları güyüldədi. Anasının səsini güclə eşitdi: – Gördün bu çərhəya, qızışmış köpək qızını?! Sənə demədimmi bir az da burada qalsa başımıza minəcək?! Ədə sal ayağıyın altına, sürü bu itin balasını! Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir sələ qışqırdı: – Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram! Gəlin gözünü də qırpmadı. – Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqqhesab çək! __________________Milli Kitabxana___________________ 13 Artıq Şamxal dözə bilmədi. Gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. O, ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Təpiyinin altına salıb döyəclədi… Arvadların qışqırtısı bir-birinə qarışdığından, ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb ev-dən bayıra atmaq istəyirdi. Birdən gəlin var gücünü toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı: – Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir, arvadı öldürməyə nə var ki? Vur! Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı. Ayağını üzən-gidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Güllə açıldı. Pəncərənin şüşəsi cingilti ilə ətrafa səpələndi. Şamxalın əlindəki xəncərin polad tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub qaldı. Artıq ölümünü gözü qabağına gətirən gəlin evin ortasında heykəl tək dayandı. Zərnigar xanım əlləri üzündə dəhşət içində quruyub qaldı. Salatının ürəyi keçdi. Vəznəli çuxasının ətəyini belinə sancmış Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Otağa gur və zəhmli bir səs yayıldı: – İtil burdan, küçük! Şamxal bir əlindəki dəstəyə bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı. Cahandar ağa oğlunun yaxasından yapışıb qapıya tərəf itələdi. Hirsindən nə etdiyini bilməyən Şamxal atasının qolundan tutub dartındı: – Burax deyirəm sənə! – Kəs səsini, qancığın balası! – Ağzını təmiz saxla, dədə! – Kəs səsini, qancıqdan süd əmən! – Südümə söymə. – Ə, qoduq, mənim üstümə şeşələnirsən?! Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. Onun gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar. __________________Milli Kitabxana________

Son Yazılar

  • “Hece Taşları” dergisinin 97. sayısı yayında
  • “Hece Taşları” dergisinin 96. sayısı yayında
  • Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur
  • “Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib
  • Uşaq Filarmoniyasında konsert

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Comments are closed, but trackbacks and pingbacks are open.