Press "Enter" to skip to content

Media haqqında yeni qanun: Azərbaycan mətbuatı üçün yeni üfüqlər açılır

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq

Dliyy haqqında qanun

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin

Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair

5 iyun 2018-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru Anar Rzayev və həmin departamentin baş direktorunun müavini Azər Əkbərov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin məsləhətçisi Yunis İsmayılovun,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət qulluğu haqqında” Qanun) 2.3-cü maddəsi nəzərə alınmaqla, həmin Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş təminatın – aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil olunub-olunmamasının şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə görə, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

Sorğuverən qeyd edir ki, Azərbaycan Respublikasının dövlət vergi orqanlarında xidmətin qaydaları və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” (bundan sonra – “Əsasnamə”) ilə müəyyən edilir. Həmin Əsasnamədə vergi orqanlarının vəzifəli şəxslərinə pensiya yaşına çatmasına görə öz arzusu ilə vergi orqanlarında xidmətinə xitam verildiyi hallarda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Göstərilən şəxslər tərəfindən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə daxil olmuş müraciətlərə baxılarkən müvafiq hüquqi tənzimləmənin Əsasnamədə nəzərdə tutulmaması və belə müavinətlərin ödənilməsi üçün vəsaitin ayrılmaması əsas gətirilməklə onların ödənilməsindən imtina olunur. Həmin şəxslərin bununla bağlı iddia ərizələri isə məhkəmələr tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarına istinad edilməklə, bir qayda olaraq, təmin olunur.

Sorğuverən hesab edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş təminatın vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilib-edilməməsi ilə bağlı təcrübədə yaranan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə həmin normanın şərh edilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir.

Qeyd olunduğu kimi, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə görə, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında qulluq dövlət qulluğunun xüsusi növüdür. Qanunverici sadalanan orqanların fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, həmin orqanlarda xidmətin qaydalarını, orada çalışan şəxslərin hüquqi vəziyyətini, maddi və sosial təminat məsələlərini ayrıca qanunlarla və ya əsasnamələrlə tənzimləmişdir.

Lakin “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində dövlət qulluğunun xüsusi növünə aid olan orqanlarda qulluq edən şəxslərin dövlət qulluğu keçməsinin başqa qanunlarla tənzimləndiyi qeyd edilsə də, həmin orqanlarda qulluqkeçmə qaydaları tənzimlənərkən dövlət qulluğunun prinsiplərinin nəzərə alınmalı olması da göstərilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 4-cü maddəsində dövlət qulluğunun prinsipləri təsbit edilmişdir. Dövlət qulluqçularının hüquq bərabərliyi, onların sosial və hüquqi müdafiəsi, özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi dövlət qulluğunun əsas prinsiplərindəndir (“Dövlət qulluğu haqqında” Qanunun 4.1.9 və 4.1.11-ci maddələri). Bu prinsiplərin əsası Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12, 16, 25, 38-ci və digər maddələrindən irəli gəlir.

“Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində sadalanan orqanların fəaliyyəti və həmin orqanlarda qulluqkeçmə qaydaları müəyyən edilərkən nəzərə alınmalı olan prinsiplərdən biri də irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipidir. Göründüyü kimi, dövlət qulluqçularının hüquqlarına təsir edən yeganə faktor qulluqçunun iş keyfiyyəti ilə əlaqədar məsələlərdir.

Dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, özləri və ailələri üçün layiqli yaşayış səviyyəsinin təmin edilməsi prinsipini əks etdirən müddəalar “Dövlət qulluğu haqqında” Qanunun 19, 21-24, 33-cü və s. maddələrində nəzərdə tutulmuşdur. Bura dövlət qulluqçusunun dövlət məvacibi almaq hüququnu, pensiya təminatını, mükafatlandırılmasını, qanunla müəyyən edilmiş hallarda birdəfəlik haqqın verilməsini və s. aid etmək olar.

Həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır.

Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Həmin Qərarda Plenum xüsusilə vurğulamışdır ki, qanunverici bu halda iki əsas şərti irəli sürür:

– dövlət qulluqçusunun pensiya yaşına çatması;

– öz arzusu ilə dövlət qulluğundan çıxması.

Göstərildiyi kimi, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində sadalanan dövlət qulluğunun xüsusi növlərindən biri də vergi orqanlarında dövlət qulluğudur. Bu orqanlarda xidmətin qaydaları və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Əsasnamə ilə tənzimlənir.

Əsasnamənin 1 və 2-ci maddələrinə görə, vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Dövlət qulluğu haqında” Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 27.1-ci maddəsinə əsasən isə vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar.

Vergi orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Vergi orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir. Vergi orqanlarında xidmətə qəbul və vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır (Əsasnamənin 4, 8 və 15-ci maddələri).

Yuxarıda göstərilən normativ hüquqi aktların təhlilindən görünür ki, qanunverici vergi orqanlarının vəzifəli şəxslərini dövlət qulluğunda olan şəxslər hesab etməklə, onların hüquqi statusunun həm Əsasnamə ilə, həm də “Dövlət qulluğu haqqında” Qanunla tənzimləndiyini müəyyən etmişdir.

Beləliklə, vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğunun xüsusi növünə aid orqanlarda qulluq edən şəxslər kimi digər dövlət qulluqçuları ilə bərabər hüquqlara malik olmalı və müvafiq sahəni tənzimləyən qanunvericilik aktında ayrı qayda nəzərdə tutulmamışdırsa, “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçuları üçün müəyyən olunmuş təminatlardan istifadə etmək imkanına malik olmalıdırlar.

Qeyd olunduğu kimi, Əsasnamədə vergi orqanlarının vəzifəli şəxslərinin pensiya təminatına dair müddəalar əks olunsa da, onların digər sosial təminatı və müdafiəsi, o cümlədən pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar birdəfəlik haqqın verilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Həmin şəxslərin maddi və sosial təminatı məsələləri dövlət qulluqçularının maddi təminatı ilə bərabər tənzimlənmişdir.

Əsasnamənin “Vergi orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar və pensiya təminatı” adlanan VIII fəslində vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi hallarından, eləcə də onların pensiya təminatından bəhs olunur. Həmin fəsildə vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatlarının ümumi əsasları göstərilsə də, bu məsələnin həllinin Azərbaycan Respublikasının digər qanunvericilik aktları əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, Əsasnamənin 78-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanlarında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.

Əsasnamədə vergi orqanlarının vəzifəli şəxslərinə dövlət qulluqçuları üçün müəyyən olunmuş təminatın nəzərdə tutulmaması həmin qanunvericilik aktında konkret ictimai münasibətin tənzimlənməməsi deməkdir və bu səbəbdən onların sosial vəziyyətinin yaxşılaşdırılmasından məhrum olması yolverilməzdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 13-cü maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və qanunun analogiyasından istifadə oluna bilər. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanında xidmət dövlət qulluğunun xüsusi növü hesab edildiyindən və Əsasnamədə mövcud ictimai münasibəti tənzimləyən norma nəzərdə tutulmadığından “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş təminat “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun yuxarıda qeyd edilən normalarının tələbləri baxımından vergi orqanının vəzifəli şəxslərinə də şamil edilməlidir.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.2-ci maddəsinə görə, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Eyni zamanda, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini tənzimləyən sahəvi qanunvericilik aktlarının əksəriyyətində qulluq keçməsinə xitam verilmiş əməkdaşlara birdəfəlik müavinətlərin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında”, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarında, eləcə də “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamələrdə həmin orqanların əməkdaşlarına pensiyaya çıxarkən birdəfəlik müavinətlərin verilməsi müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında göstərmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edilir.

Həmin Qərarda Konstitusiya Məhkəməsi Plenumunun əks olunmuş hüquqi mövqeyinə görə, qanunverici “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan dövlət qulluqçusunun öz arzusu ilə pensiyaya çıxması ilə əlaqədar birdəfəlik haqqın ödənilməsini bu və ya digər qaydada həmin Qanunun 2.3-cü maddəsində müəyyən edilmiş dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında çalışan şəxslərə də aid etmişdir.

Bununla bağlı nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Həmçinin, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edildiyi halda, həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növü hesab edilən digər orqanlarda qulluq edən şəxslərə şamil edilməməsi onların sosial müdafiəsinin zəifləməsinə və qeyri-bərabər vəziyyətin yaranmasına səbəb ola bilər. Lakin nəzərə alınmalıdır ki, Qanunun 33.2-ci maddəsi həmin münasibətin müvafiq orqanlarda qulluqkeçmə qaydalarını müəyyən edən sahəvi qanunvericilik aktlarında tənzimlənmədiyi halda tətbiq edilir.

Konstitusiyanın 149-cu maddəsinin I hissəsinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 1 dekabr tarixli Qərarı).

İnsan hüquqları üzrə Avropa Məhkəməsi dövlət qulluqçularının statusu, hüquqi vəziyyəti, onların sosial təminatı ilə bağlı bir sıra qərarlar qəbul etmişdir. Pellegrin Fransaya qarşı iş üzrə1999-cu il 8 dekabr tarixli Qərarında Məhkəmə, dövlətdaxili əmək münasibətləri sistemində, xüsusən də dövlət orqanı ilə inzibati orqan arasında hüquqi münasibətin xarakterindən asılı olmayaraq, “mülki qulluq” anlayışının müstəqil şərhini verməklə bu məsələdə qeyri-müəyyənliyə son qoymağa çalışdığını, həmin şərhin Konvensiyanın iştirakçısı olan dövlətlərdə ekvivalent və ya oxşar vəzifələri icra edən dövlət qulluqçuları ilə bərabər rəftarı mümkün etmək məqsədi daşıdığını qeyd etmişdir.

Yuxarıda qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsivergi orqanlarının vəzifəli şəxslərinə şamil edilir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R D A D I

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarına dair

23 iyul 2018-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

iş üzrə hakim S.Salmanovanın məruzəsini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsi nəzərə alınmaqla, həmin Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş təminatın – aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil olunub-olunmamasının şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” 2018-ci il 5 iyun tarixli Qərar qəbul etmişdir.

Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil edildiyini müəyyən etmişdir.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 67.0.2-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarı dərc olunduğu gündən quvvəyə minir. Həmin qərarlar, bir qayda olaraq, qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunur. Belə qərarların əvvəlki münasibətlərə şamil edilməsi yalnız qərarın özündə nəzərdə tutulduğu halda mümkün olur.

Qeyd olunanlara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” 2018-ci il 5 iyun tarixli Qərar, həmin Qərarın qüvvəyə minməsindən əvvəl yaranmış birdəfəlik haqqın verilməsi ilə əlaqədar münasibətlərə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDI:

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarı, həmin Qərarın qüvvəyə minməsindən əvvəl yaranmış birdəfəlik haqqın verilməsi ilə əlaqədar münasibətlərə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

2. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.

Sədr Fərhad Abdullayev

“Media haqqında” yeni qanun: Azərbaycan mətbuatı üçün yeni üfüqlər açılır

“Media haqqında” yeni qanun: Azərbaycan mətbuatı üçün yeni üfüqlər açılır Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, Dövlət müstəqilli

11 Dekabr , 2021 12:35
https://static.report.az/photo/5ac9ab92-579e-36c4-832c-5200c032fecf.jpg

Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub. Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı. Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum – Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub.

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə “Report”a bildirib ki, “Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Onun sözlərinə görə, bu qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq: “İnformasiya əldə etmək haqqında qanun”, “Dövlət sirri haqqında” qanun, “Reklam haqqında” qanun – bütövlükdə bu külliyyat halında bu qanun zəngin Azərbaycan mediasını istiqamətləndirəcək, mediamızın fəaliyyət prinsiplərini müəyyənləşdirəcək”. O hesab edir ki, qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. V.Rəhimzadə vurğulayıb ki, bu vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli isə “Report”a bildirib ki, “Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir: “Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaq”.

Ekspertin sözlərinə görə, yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərədə tutur ki, bu da çox önəmli məqamdır: “Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq”. O deyib ki, jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir: “Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar. Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib. Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də freelancer-sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır. Bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir”.

Dliyy haqqında qanun

33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra – “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər.
33.2. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir.
33.3. Penitensiar müəssisələrdə mülki işçilərin tərkibinə imkan daxilində psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və texniki peşə təhsilli mütəxəssislər, bədən tərbiyəsi və idman üzrə təlimçilər daxil edilirlər.
33.4. Hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər.

Maddə 34. Penitensiar xidmətə qulluğa qəbul

34.1. Penitensiar xidmətdə qulluğa könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu xidmətdə qulluğa yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı və bir qayda olaraq 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
34.2. Əvvəllər penitensiar xidmətdə qulluq keçmələrinə xitam verilmiş və sonradan qulluğa qəbul edilən şəxslərin, elmi dərəcəsi olan və ya yüksək təcrübəli mütəxəssislərin yaş məhdudiyyətləri bu Qanunun 38.1-ci maddəsi ilə müəyyən edilir.
34.3. Bu Qanunun 34.1-ci və 34.2-ci maddələrində nəzərdə tutulmuş yaş məhdudiyyətləri digər ədliyyə orqanlarından penitensiar xidmətə keçirilmiş şəxslərə şamil edilmir.
34.4. Penitensiar xidmətin sıravi və kiçik rəis heyəti vəzifələrində qulluğa ən azı orta və orta ixtisas təhsilli, orta və böyük rəis heyəti vəzifələrinə isə yalnız ali təhsilli şəxslər qəbul edilirlər.
34.5. Penitensiar xidmətdə qulluğa qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlıq vəziyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır.
34.6. Penitensiar xidmətə qulluğa qəbul edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ədliyyə orqanlarının təhsil müəssisələrində ilkin hazırlıq keçməlidirlər.

Maddə 35. Penitensiar xidmətdə qulluq keçmə

35.1. Penitensiar xidmətin əməkdaşlarının və mülki işçilərinin qulluq keçmə qaydası və şərtləri bu Qanunla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir.
35.2. Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.
35.3. Penitensiar xidmətin əməkdaşlarının qulluq üzrə bilavasitə tabe olduqları rəis tabelikdə olan işçi üçün vəzifəcə ən yaxın rəhbər işçidir.
35.4. Qulluq üzrə tabeçiliyi olmayan penitensiar xidmətin əməkdaşları xidmətdə böyük və kiçik vəzifəli ola bilərlər. Bərabər vəzifələrdə böyüklük xüsusi rütbələrlə, bərabər xüsusi rütbələrdə olduqda isə vəzifəyə görə müəyyən edilir.
35.5. Vəzifəni müvəqqəti icra edən şəxs vəzifə üzrə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
35.6. Penitensiar xidmətin əməkdaşına bu xidmətdə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda onun vəzifə maaşına qanunvericilik ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir.
35.7. Penitensiar xidmətin ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir. Peşə hazırlığına ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq daxildir. Penitensiar xidmətin əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır.
35.8. Penitensiar xidmətin əməkdaşı qohumunun məhkum olunması barədə məlumatı ona məlum olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə verməlidir.
35.9. Penitensiar xidmətin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunurlar.
35.10. Penitensiar xidmətə qəbul edilmiş əməkdaşlar hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılır və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata götürülürlər.

Maddə 36. Penitensiar xidmətdə qulluğun şərtləri

36.1. Penitensiar xidmətin əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Növbəli işdə – gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.
36.2. Xidməti şərait nəzərə alınmaqla penitensiar xidmətin əməkdaşları üçün müddəti qısaldılmış iş günü müəyyən edilə bilər.
36.3. Hərbi və ya fövqəladə vəziyyət elan edilmiş ərazilərdə penitensiar xidmətin əməkdaşlarının qulluq keçmələrinin xüsusiyyətləri qanunvericiliklə müəyyən edilir.
36.4. Penitensiar xidmətin əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir:
36.4.1. hər il verilən əsas məzuniyyət;
36.4.2. xəstəliyə görə;
36.4.3. qısamüddətli.
36.5. Penitensiar xidmətin əməkdaşlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
36.6. Əsas məzuniyyət penitensiar xidmətin əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Bu məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir.
36.7. Penitensiar xidmətə qulluğa qəbul edilən il əsas məzuniyyətin müddəti qulluğa qəbul olunduğu gündən başlayaraq qulluğun hər tam ayına məzuniyyətin 12 hissəsindən biri düşmək hesabı ilə verilir. Bu zaman 15 təqvim günündən az müddətə olan məzuniyyət penitensiar xidmətin əməkdaşlarına onların arzusu ilə gələn ilin növbəti illik məzuniyyəti ilə eyni vaxtda verilə bilər.
36.8. Xəstəliyə görə məzuniyyət penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının tibbi-həkim komissiyasının rəyi əsasında verilir. Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir. Həmin məzuniyyətin müddəti dörd aydan artıq olmamaqla xəstəlikdən asılı olaraq müəyyən edilir. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra penitensiar xidmətin əməkdaşı qulluğa yararlılığının yoxlanılması məqsədi ilə tibbi-həkim komissiyasının müayinəsindən keçməlidir. Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır.
36.9. Təxirəsalınmaz sosial-məişət məsələlərinin həlli və qohumluq borclarının yerinə yetirilməsi üçün, həmçinin digər üzrlü səbəblərə görə penitensiar xidmətin əməkdaşlarına 14 günə qədər qısamüddətli məzuniyyət verilə bilər. Qısamüddətli məzuniyyət əsas məzuniyyətin müddətinə daxil edilmir.
36.10. Penitensiar xidmətin əməkdaşları qulluqdan xaric edildikdə onlara qısamüddətli və xəstəliyə görə məzuniyyət verilmir.
36.11. Məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmə və qayıtma vaxtı penitensiar xidmətin əməkdaşlarına verilən əsas və xəstəliyə görə məzuniyyətlərin müddətinə əlavə edilir və ödənilir.
36.12. Penitensiar xidmətin əməkdaşlarına məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmə və geriyə qayıtma üçün yol haqqı əsas və ya xəstəliyə görə məzuniyyətlər verilərkən (ildə bir dəfə) ödənilir.
36.13. Penitensiar xidmətin əməkdaşlarının ailə üzvlərindən birinə əsas məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmək və geri qayıtmaq üçün iki ildə bir dəfə yol haqqı ödənilir.

Maddə 37. Penitensiar xidmətin əməkdaşlarına verilən təminatlar

37.1. Penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir.
37.2. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği və pul təminatının digər növləri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləğinə və pul təminatının digər növlərinə bərabər tutulur.
37.3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən ödənişlər aşağıdakılar nəzərə alınmaqla ödənilir:
37.3.1. xidməti vəzifələrinin icrası zamanı alınmış yaralanma, kontuziya, yaxud şikəstliklə əlaqədar penitensiar xidmətin əməkdaşlarının müalicədə olma müddətləri məhdudlaşdırılmır;
37.3.2. xidməti vəzifələrinin icrası zamanı vərəm xəstəliyinə tutulmuş əməkdaşların müalicədə olma müddəti on iki ayla məhdudlaşdırılır.
37.4. Penitensiar xidmət işçilərinin vəzifə maaşları penitensiar müəssisələrin növündən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş işlərin (vəzifələrin) xüsusiyyətindən və ağırlığından asılı olaraq artırılır.
37.5. Penitensiar xidmətin əməkdaşları dövlət büdcəsi vəsaiti hesabına imtiyazlı ödəmə şərti ilə ölkə daxilində sanatoriya-kurort müəssisələrinə yollayış ala bilərlər.
37.6. Xidməti vəzifələrini icra edərkən həlak olan əməkdaşların dəfni dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Əməkdaşların dəfni zamanı şərəfinə göstərilən ehtiram qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37.7. Müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni xidmət yerinə göndərilən penitensiar xidmətin əməkdaşlarının mənzil ehtiyacının növbədənkənar qaydada ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir.
37.8. Penitensiar xidmətin əməkdaşlarına qanunvericiliklə nəzərdə tutulmuş digər təminatlar da verilir.

Maddə 38. Penitensiar xidmətdə qulluq keçmənin yaş həddi

38.1. Penitensiar xidmətin əməkdaşının qulluqda olmasının yaş həddi aşağıdakı kimi müəyyən edilir:
38.1.1. sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlara – 50 yaş (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda qulluq illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar ədliyyə orqanlarında qulluğunu davam etdirirlər);
38.1.2. orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlara – 55 yaş;
38.1.3. ədliyyə general-mayoru və ədliyyə general-leytenantı xüsusi rütbələrdə olan əməkdaşlara – 60 yaş, ədliyyə general-polkovniki xüsusi rütbədə olan əməkdaşlara – 65 yaş. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.
38.2. Yaş həddinə çatmış penitensiar xidmətin əməkdaşının qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 5 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Penitensiar xidmətdə qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadılır.

Maddə 39. Penitensiar xidmətin işçilərinin pensiya təminatı

39.1. Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Penitensiar xidmətin əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
39.2. Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır.
39.3. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanır.
39.4. Penitensiar müəssisələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə pensiya aşağıdakı kimi təyin edilir:
39.4.1. kişilərə – 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmayaraq, bundan – 15 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə;
39.4.2. qadınlara – 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmayaraq, bundan – 10 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə.

VIII fəsil
Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsi və ədliyyə orqanlarına bərpa edilməsi

Maddə 40. Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilmə əsasları

40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir:
40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;
40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;
40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə;
40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar;
40.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;
40.1.6.bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda;
40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;
40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;
40.1.9. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə;
40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda;
40.1.11. ədliyyə orqanlarından xaric edildikdə;
40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda.
40.2. Bu Qanunun 40.1.2-ci, 40.1.4-cü və 40.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə işçinin ədliyyə orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir.
40.3. Bu Qanunun 40.1.2-40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
40.4. Ədliyyə orqanlarının işçisi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Qanunun 40.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilə bilməz.

Maddə 41. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilmə əsasları

41.0. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır:
41.0.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy;
41.0.2. məhkəmənin qərarı.

Maddə 42. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilmə məsələlərinə baxılması

42.1. Ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır.
42.2. Ədliyyə orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir.

Maddə 43. Ədliyyə orqanları işçisinin siyahıdan çıxarılması

Vəfat etdikdə, habelə məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə ədliyyə orqanları işçisinin adı ədliyyə orqanları işçilərinin siyahısından çıxarılır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2006-cı il.

Comments are closed, but trackbacks and pingbacks are open.