Nazirlikdən dəm qazı ilə bağlı xəbərdarlıq – VİDEO
— əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;
Dəm qazından zəhərlənmə. SİMPTOMLAR VƏ İLK YARDIM
Son vaxtlar dəm qazından zəhərlənmə ən tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir.
Dəm qazı (və ya karbon monoksid – CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Saglamolun.az bildirir ki, dəm qazı çox güclü zəhərdir, orqanizm boyu sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir, insanın tez bir zamanda həlak olmasına səbəb olur. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur.
Dəm qazından zəhərlənmə evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası, hamam “kolonka”sı düzgün quraşdırılmadıqda və s. hallarda mümkündür.
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün evin ventilyasiya sistemi yaxşı işləməli, hamam otağında və mətbəxdə mütləq hava çəkən (“vıtyajka”) olmalı, mətbəxdə nəfəslik daim açıq qalmalı, hamam otağının qapısının aşağı hissəsində dəliklər açılmalıdır.
Dəm qazından zəhərlənmənin simptomları bunlardır:
– gicgahlarda nəbzin vurulması,
Daha ağır hallarda qıcolmalar, bayılma. Nəzərə almaq lazımdır ki, dəm qazından zəhərlənmiş insana vaxtında lazım olan yardım göstərilməzsə, o tez bir zamanda həyatını itirə bilər.
Dəm qazından zəhərlənmə zamanı ilk yardım:
– zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə)
– əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq
– ona yarıoturaq (!) vəziyyət vermək
– zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq
– qəhvə, tünd çay vermək (xəstə bayılmayıbsa).
Dəm qazından zəhərlənmənin ilk simptomlarında dərhal “təcili yardım” çağırın! Hətta yüngül zəhərlənmədən sonra insan mütləq həkimin müayinəsindən keçməlidir.
Saglamolun.Az
Nazirlikdən dəm qazı ilə bağlı xəbərdarlıq – VİDEO
Fövqəladə Hallar Nazirliyi qış mövsümi ilə bağlı əhaliyə müraciət edib.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:
– qaz cihazı saz və standartlara uyğun olmalı;
– cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
– havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
– hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
– tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
İlhamə Əbülfət
Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım
Əfsuslar olsun ki, dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.
Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!
Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:
— zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);
— əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;
— ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);
— zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;
— əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”).
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal “təcili yardım” çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda “təcili yardım” çağırışını ləğv etməyin!
- Teqlər:
- tibbi yardım
- , ilkin tibbi yardım
- , dəm qazı
- , dəm qazı zəhərlənmələri
Comments are closed, but trackbacks and pingbacks are open.