Rəblərlə xürrəmilər arasında baş vermiş döyüşlər
xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirildi.
Dəndənəkan döyüşü
Nişapurun əldən çıxması sultan I Məsudun 50 minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəznəvilərə heç bir köməklik göstərmirdi. 1040- cı il mayın 23- d ə Dəndənəkan döyüşündə səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi. Qəznəvilər ordusundan 300 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063).
Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxalifətdə olması, xalqın narazılığı və türk qulamlarının onlarla qohum olan səlcuqlara rəğbət bəsləməsi Dəndənəkan məğlubiyyətinin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sahibinə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeliyində, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu.
Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043- cü ild ə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054- cü ill ə rd ə Sistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İsfahan, Əhvaz, Xuzistan və Bəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətinin varlığına son qoyuldu.
Ərəblərlə xürrəmilər arasında baş vermiş döyüşlər
I Həştadsər döyüşü. Xürrəmilərin ərəb ordusunu məğlub etməsi.
I Həmədan döyüşü. Xürrəmilərin ərəb ordusunu məğlub etməsi.
II Həmədan döyüşü. Xürrəmilərin ilk dəfə məğlub olması.
II Həştadsər döyüşü. Xürrəmilərin ərəb ordusunu məğlub etməsi.
Bəzz döyüşü. Xürrəmilərin ərəb ordusuna məğlub olması.
Səlcuq və Atabəylər tarixinə aid döyüşlər
Dəndənəkan döyüşü. Səlcuqların Qəznəviləri məğlub etməsi.
Məlazgird döyüşü. Səlcuqların Bizans ordusunu məğlub etməsi.
Didqori döyüşü. IV Davidin Tiflis Müsəlman əmirliyini məğlub etməsi.
I Həmədan döyüşü. Şəmsəddin Eldənizin İraq Səlcuq sultanlığının varislərini müdafiə edən Əmir
İnancı məğlub etməsi.
II Həmədan döyüşü. Qızıl Arslanın sultan III Toğrula qalib gəlməsi.
Şəmkir və Beyləqan döyüşləri. Şivanşahlarla gürcü qoşunlarının Atabəy Əbu-Bəkrin qoşunlarını
Qaraqoyunlu tarixinə aid döyüşlər
Çapaqçur döyüşü. Qara Məhəmmədin Əmir Teymurun hərbi qüvvələrini məğlub etməsi.
Bağdad döyüşü. Teymurilərin cəlari və Qaraqoyunlu qüvvələrini məğlub edilməsi.
I Şənbi-Qazan döyüşü. Qaraqoyunlu Qara Yusifin teymuri Əbu-Bəkri məğlub etməsi.
Sərdurud döyüşü. Qara Yusifin teymuri Miranşahı məğlub etməsi və teymuriləri Azərbaycandan
II Şənbi-Qazan döyüşü. Qara Yusifin Cəlairi Sultan Əhmədi məğlub etməsi
Kür çayı sahili döyüşü. Şivanşah I İbrahimin Qara Yusifə məğlub olaraq vassal asılılığına düşməsi.
Alaşkerd döyüşü. Qaraqoyunluların Teymuri Şahruxa məğlub olması.
Salmas döyüşü. Teymuri Şahruxun İsgəndər başda olmaqla Qaraqoyunlu qüvvələrini məğlubiyyətə
Təbriz döyüşü. Sultan Şahrux və I Xəlilullahın birləşmiş qüvvələrinin qaraqoyunluları məğlub
etməsi. Qaraqoyunluların Teymurilərdən vassal asılılığına düşməsi.
Samur çayı döyüşü. Qaraqoyunlu Cahanşahın və Şirvanşah I Xəlulullahın birləşmiş qoşunlarının
qızılbaşları məğlub edərək Şeyx Cüneydi öldürməsi.
Muş döyüşü. Uzun Həsənin Qaraqoyunlu dövlətinin varlığına son qoyması.
Ağqoyunlu tarixinə aid döyüşlər
Qoyluhisar döyüşü. Uzun Həsənin Osmanlı qoşununa ağır zərbə vurması.
Beyşehir döyüşü. Osmanlıların ağqoyunlular üzərində ələbə qazanması.
1473 1 avqust
Malatya döyüşü. Uzun Həsənin Osmanlılar üzərində qələbə qazanması.
1473 11 avqust
Otluqbeli (Tərcan) döyüşü. Uzun Həsənin Osmanlılara məğlub olması.
Topal Əhmədin başçılıq etdiyi üsyançıların Ağqoyunlu Sultan Yaqub tərəfindən
Şahdağ döyüşü. Şeyx Heydər Səfəvinin Şirvanşah Fərrux Yasar tərəfindən məğlub edilərək
Van döyüşü. Süleyman bəy Bicanoğlunun Sufi Xəlili məğlub edərək hakimiyyəti ələ alması.
Bərdə döyüşü. Rüstəm Mirzənin Bicanoğlu və Baysunquru məğlub etməsi.
Əhər döyüşü. Qızılbaş Sultanəli ilə Ağqoyunlu Rüstəm Mirzənin Baysunquru məğlub etməsi.
Şəməsi döyüşü. Rüstəm Mirzənin müttəfiqi olan Sultanəlini məğlub etməsi.
Sultaniyyə döyüşü. Gödək Əhmədin Ağqoyunlu qüvvələrini darmadağın etməsi.
Naxçıvan döyüşü. Gödək Əhmədin Rüstəm Mirzənin əsas hərbi qüvvələrini məğlub edərək
Ağqoyunlu taxtını ələ keçirməsi.
İsfahan döyüşü. Ağqoyunlu feodallarının Gödək Əhmədi məğlub edərək taxtdan salması.
Şərur döyüşü. Şah İsmayılın Əlvənd Mirzəni məğlub edərək Ağqoyunlu dövlətinin birinci qoluna
Almaqulağı döyüşü. Şah İsmayılın Sultan Muradı məğlub edərək Ağqoyunlu dövlətinin ikinci
qoluna son qoyması.
Səfəvilər tarixinə aid döyüşlər
Çabanı döyüşü. İsmayılın Şirvanşah I Xəlulullahı məğlub edərək öldürməsi.
Mərv döyüşü. Şah İsmayılın Şeybani xanı məğlub edərək Xorasanı tutması.
Çaldıran döyüşü. Şah İsmayılın Osmanlılara məğlub olaraq Şərqi Anadolu və Mesopotomiyanın bir
Qoçhisar döyüşü. Osmanlıların qalib gələrək Təbrizi tutması.
Salyan döyüşü. Şirvan qoşunu tərəfindən kələntər Məhəmməd Aminin başçılıq etdiyi Şirvan
üsyançılarını darmadağın edilməsi.
Həmədan döyüşü. Əlqas Mirzənin məğlub edilərək Qəhqəhə qalasındakı izindana salınması.
Əlişaban döyüşü. Qızılbaş əmiri Abdulla xanının Şirvan üsyançılarını məğlub etməsi.
Buğurd qalası ətrafında döyüş. Osmanlı qoşun hissəsinin darmadağın edilməsi.
Gülüstan qalası yaxınlığında döyüş. Şirvan bəylərbəyi Abdulla xan Ustaclının Qasım Mirzənin
tərəfdarlarını məğlub etməsi.
1578 9 avqust
Çıldır döyüşü. İmamqulu xan Qacarın rəhbərliyi ilə qızılbaşların Osmanlılara məğlub olması.
1578 sentyabr
Qanıx (Alazan) döyüşü. Döyüşdə osmanlı ordusu böyük itki verdi, qızılbaşlar isə xeyli qənimət və
əsir əldə etdilər.
Tiflis yaxınlığında döyüş. Qarabağ bəylərbəyi İmamqulu xanın Mustafa Lələ paşanın üzərinə qəfil
hücum edərək 20 min nəfər osmanlı ordusunu qırması və qızılbaşların xeyli qənimət əldə etməsi.
1578 28 noyabr
Mollahəsənli döyüşü. Qızılbaş qoşununun Osman paşanın köməyinə gəlmiş Krım xanı Adil
Gərayın ordusu darmadağın etməsi.
Şabranla Şamaxı arasında döyüş. Şirvan hakimi Peykər xanın Krım türklərini və osmanlıların
birləşmiş qoşununu məğlub edərək Qazı Gəray əsir alması.
“Məşəl savaşı” döyüşü. Döyüşün osmanlı qüvvələrinin üstünlüyü ilə başa çatması.
1585 dekabr
Sufiyan döyüşü. Döyüşdə əvvəlcə qızılbaşlar osmanlılara ağır zərbə vurdular. Lakin osmanlıların
sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi.
1605 noyabr
Osmanlı paşası Ciqaloğlu Sinan paşa ilə Səfəvilər arasında döyüş nəticəsində osmanlılar sayca
üstün olsalar da, Səfəvi qoşunu qələbə çaldı və Ciqaloğlu Diyarbəkirə çəkildi.
Sınıq körpü döyüşü. Səfəvilərin osmanlıları məğlub etməsi.
Əlikitay döyüşü. Şah Abbasa qarşı baş vermiş üsyanın yatırılması.
Şirvan bəylərbəyinin qoşunu ilə Car üsyançıları arasında döyüş. Döyüşdə üsyançılar qalib gəldi və
Şirvan bəylərbəyi döyüş meydanında həlak oldu.
Üçkilsə (Üçmüədzin) döyüşü. II Təhmasibin Osmanlılar tərəfindən ağır məğlubiyyətə
Həmədan yaxınlığında döyüş. Osmanlı qoşunları üçün İsfahana yol açılması.
1733 yanvar
Bağdad döyüşü. Nadir xanın Osmanlı qoşununa güclü zərbə endirməsi.
Üçmüəzdin döyüşü. Nadir şahın osmanlılara qalib gəlməsi
Şamaxı yaxınlığında Şirvan düzənliyində döyüş. Döyüş nəticəsində I Sam Mirzənin qoşunu
darmadağın edildi və Nəsrullah Mirzə Şamaxıda Nadir şah idarə üsulunu bərpa etdi.
Şahbulağı döyüşü. Nəsrullah Mirzənin
Xanlıqlar dövrünə aid döyüşlər
Bayat savaşı. Hacı Çələbi xanın müttəfiqi Şamaxı xanlığının qoşunlarıyla Qarabağ xanlığında
məğlub olaraq geri qayıtması.
Ballıqaya döyüşü. Xaçın məliyi Məlik Mirzənin məğlub olaraq Pənahəli xanın hakimiyyətini
Qəşmə döyüşü. Urmiya xanı Fətəli xan Əfşarın Kərim xan Zəndi məğlub etməsi.
Miyanə döyüşü. Fətəli xan Əfşarın Kərim xan Zəndin qoşununu məğlub edərək onun qardaşı
İsgəndər xanı əsir tutaraq edam etməsi.
“Xatın arxı” döyüşü. Pənahəli xanın Məhəmməd Həsən xan Qacar üzərində qələbə qazanması.
Qaraçəmən döyüşü. Urmiyalı Fətəli xan Əfşarın Kərim xan Zəndi məğlub etməsi.
Qubalı Fətəli xanla Məhəmməd Səid xan və Ağası xan arasında döyüş. Döyüş nəticəsində
Məhəmməd Səid xan və Ağası xan məğlub oldular, Şamaxı xanlığının torpaqları Quba və Şəki
xanlıqları arasında bölüşdürüldü. Şamaxı xanlığının qərb hissəsi Şəki xanlığına başq qalan
ərazilər isə Quba xanlığına birləşdirildi.
1768 sentyabr
Fətəli xanla mütəffiq qoşunları arasında döyüş. Döyüş nəticəsində Fətəli xan qalib gəldi və Şəki
xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirildi.
Gavduşan döyüşü. Qubalı Fətəli xanın müttəfiq xanlar tərəfindən məğlub edilməsi.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Böyük Səlcuq imperiyası
XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.
Qəznəvi hökmdarı Sultan Mahmud Mavəraənnəhri (Orta əsrlərdə qərbdən Aral gölü, cənubdan Amudərya, şimaldan Sırdərya, şərqdən Fərqanə ilə əhatə olunan ərazi) ələ keçirdikdən sonra 1009-cu ildə Səlcuğun oğlanları Mikayıl və İsraili həbs etdi, səlcuq tayfalarını isə Xorasanvilayətində yerləşdirdi. Mikayılın oğlanları Çağrı bəy və Toğrul bəy qəznəvilərə qarşı mübarizəyə başladıar. Səlcuqlar Sultan I Məsuddan yeni ərəzilər tələb etməyə başladılar. Onlar I Məsudun Hindistana yürüş etməsindən istifadə edərək Bəlx, Tus, Mərv şəhər-lərini tutdular. 1038-ci ildə isə Sultan I Məsud məğlub edildi və səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapura daxil olaraq öz dövlətinin yaradıldığını elan etdilər. Böyük Səlcuq imperatorluğunun (1038-1157) əsası qoyuldu.
Dəndənəkan döyüşü. Nişapurun əldən çıxması sultan I Məsudun 50 minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəznəvilərə heç bir köməklik göstərmirdi. 1040-cı il mayın 23-də Dəndənəkan döyüşündə səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi. Qəznəvilər ordusundan 3000 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063).
Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxalifətdə olması, xalqın narazılığı və türk qulamlarının onlarla qohum olan səlcuqlara rəğbət bəsləməsi Dəndənəkan məğlubiyyətinin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sahibinə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeliyində, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu.
Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043-cü ildə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054-cü illərdəSistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İsfahan, Əhvaz, Xuzistan və Bəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətininvarlığına son qoyuldu.
Səlcuqların 1054-cü ildə Cənubi Qafqaza yürüşündə əsas məqsəd burada olan müsəlman dövlətlərini-Şəddadiləri, Şirvanşahları, Tiflis müsəlman əmirliyini öz tərəfinə çəkmək və onlardan Bizansa qarşı gələcək mübarizədə yardımçı kimi istifadə etmək idi. Şəddadi hökmdarı ilə səlcuq sultanı arasında bağlanmış müqaviləyə əsasən Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı birgə ittifaq yaratmaq barədə razılıq əldə olundu.
Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdada daxil oldu. Xəlifə onu «Şərqin və Qərbin hökmdarı» elan edərək ona Rükniddin, yəni «dinin təməli» titulunu verdi. Sultan Toğrul Bağdadı fəth etdikdən Sonra Van gölünün şimalındakı bir neçə qalanı ələ keçirdi və Malazgird yaxınlığında düşərgə saldı. Bununla da bu ərazi Kiçik Asiyanın fəthi üçün istinadgaha çevrildi. 1059-cu ildə Səlcuq dövlətinin sərhədləri Mavəraənnəhrdən Mesopotamiyaya və Hindiquşa qədər böyük bir ərazini əhatə edirdi. Artıq XI əsrin 60-cı illərinin əvvəlində Səlcuq dövləti dövrünün ən qüdrətli imperatorluqlarından birinə çevrilmişdi.
Sultan I Toğrul Bağdad şəhərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmışın qaldırdıqları qiyam Alp Arslanın tərəfindən yatırıldı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlənməsində, yeni ərazilərin fəthində Sultan I Toğrulun çox böyük xidmətləri oldu.
I Məlikşahın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. Konya və Ankara şəhərləri alınması Qara dəniz boğazlarına və Egey dənizinədək olan ərazilərin türklərin əlinə keçməsi demək idi. Suriya zəbt edildi. Urfa şəhəri Bizansdan, Qüds şəhəriFatimiliərdən qoparıldı. I Məlikşahın hakimiyyəti illəri Səlcuq imperatorluğunun çiçəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri görkəmli alim, siyasətçi və dövlət xadimi Xacə Nizamülmülkün böyük rolu oldu. Məlikşah paytaxtı Reydən İsfahana köçürüldü.
Sosial-iqtisadi tədbirlər. Səlcuq imperatorluğunda iqtisadiyyatın inkişafında xeyli müsbət irəliləyişlər baş verldi. İqta torpaq mülkiyyəti forması üstün mövqe tutdu, həm də onun məzmunu dəyişdi. İqtanın qoşun başçılarına xidmət haqqı kimi paylanması genişləndi. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanırdı. Vəzir Nizamülmülkün vaxtında iqtadar öz iqtasında olan vilayətdə dövlətin nqümayəndəsi hesab edilirdi. Mərkəzi hakmiyyətin zəifləməsindən istifadə edən iqta sahibi müstəqilliyini tədricən artırırdı. Məlikşahın dövründə iqta xidmət haqqı kimi geniş yayılmışdı. Azərbaycan, İraq və başqa ölkələrdə səlcuqların işğal etdikləri torpaqlar I Məlikşahın 46 min döyüşçüsünə paylanmışdı.
Səlcuqlar dövündə meydana gələn toprpaq mülkiyyəti formalarından biri də uc torpaqları idi. Bu torpaq sahibliyi imperiyanın ucqar sərhədlərini qorumaq müqabilində sərkərdələrə paylanma nəticəsində yaranmışdı. Uc torpaq sahibliyi mahiyyət etibarilə Böyük Karl tərəfindən Frank imperiyasının sərhədləri boyunca yaradılmış və makqraflıqlar adlandırılşan möhkəmləndirilmiş sərhəd məntəqələri ilə oxşarlıq təşkil edirdi.
Feodalizmin inkişafı nəticəsində əhali arasında da ciddi təbəqələşmə gedirdi. Tədricən asılı kəndlilərin miqdarı artır, onları istismar etmək üçün yeni formalar yaranırdı. Kəndlilərin iqta, vəqf və mülk torpaqlarında istismarının əsas forması icarədarlıq idi. Onların verdiyi başlıca vergi uşradlanırdı. Kəndlilərdən müharibə dövründə əlavə vergilər də alınırdı. Səlcuq hökmdarları ticarətin inkişaf etdirilməsinə və ticarət yollarının qaydaya salınmasıa xüsusi diqqət yetirirdilər. I Məlikşahın hakimiyyəti dövründə ticarət daha çox inkişaf etmişdi. Vahid ölçü, çəki və pul sisteminin yaradılması, karvan yollarının təhlükəsizliyinin təmin edilməsi tədbirləri bu inkişafa təsir edən amillərdən idi. Beynəlxalq ticarətin canlanması üçün I Məlikşah 1087-ci ildə bütöv bölgələrin tacirlərini bəzi ticarətrüsumlarından azad etmək barədə fərman da vermişdi. Şəhərlərin, şəhər sənətkarlığının inkişafı, əmtəə-pul münasibətlərinin kənd təsərüfatına geniş surətdə daxil olması, geniş ticarət şəbəkəsinin mövcudluğu Səlcuq imperator-luğunda ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradırdı.
Səlcuq imperatorluğunun parçalanması. Əmtəə-pul münasibətlərinin başlıca iqtisadi əlaqə formasına çevrilməməsi, natural təsərrüfatın hökm sürməsi Böyük Səlcuq imperatorluğunun əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməməsinin, qüdrətli mərkəzləşdirilmiş dövlətə çevrilməməsinin əsas səbəbi idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrdə işğallar ara verdikdə zəiflədi. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahalları iqta kimi bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Mövcud qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ va idi.
Sultan I Məlikşahın və Nizamülmülkün ölümündən sonra Səlcuq imperatorluğunda mərkəzi hakmiyyətə tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092-1094) və Sultan Börküyarığın (1094-1104) hakimiyyətləri illərində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təhlükəsi ilə üzləşdi. Uzun sürən ara müharibələri və ismaililərin qiyamları dövləti zəiflədirdi. Buna görə də Qərbi Avropa səlibçilərinin qarşısını almaq mümkün olmadı. Onlar Suriyanı keçərək, Qüdsü işğal etdilər. Börküyarıqdan sonra haki-miyyətə II Məlikşah (1104-1105) gəldi. Lakin onun hakimiyyəti çox qısa oldu. Sultan Məhəmməd Təpər (1105-1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmailillərə qarşı mübarizəyə başladı. Mosulu almış Aqadolu Səlcuq sultanıI Qılınc Arslanı məğlub etdi, Suriyadakı səlibçilər üzərinə ordu göndərdi. Məhəmməd Təpər Səlcuq imperatorluğunun bütün ərazisi üzərində öz suverenliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər(118-1157) zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Mavəraənnəhri qaraxanlılardan alsa da, qarakitayların Mavəraənnəhrə hücumunun qarşısını ala bilmədi. 1141-ci ildə Səmərqənd yaxınlığında məğlub oldu və bütün Mavəraənnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlarla nəticələndi. Vergilərin çoxluğundan nrazı olan oğuzlar üsyan qaldırdılar. Səncər onlarla döyüşdə məğlub oldu və əsir düşdü. Səncərdən sonra Böyük Səlcuq imperatorluğu dağıldı. Onun ərazisində Kirman, Konya, Suriya sultanlıqları, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.
Səlcuq imperatorluğunun mövcudluğunun əhəmiyyəti: Səlcuq imperatorluğunun yaradılması oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi oldu. Bu dövlətin yaradılması ilə İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi. Eyni zamanda Anadolu və ona qonşu ölkələr türk yurduna çevrildi. Səlcuq axanlırı ilə bağlı olaraq, oğuz-türk tayfaları bütün Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik və siyasi amilə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı tarixində mühüm rol oynadı. Oğuz türkləri X əsrin əvvəllərindən etibarən İslam dünyasının zəifləməsindən istifadə edərək, Cənubi Qafşazda türk-İslam dünyasının yeganə istehkamı olan Azərbaycana qarşı Bizansın hazırladığı məkrli planı puça çıxardılar. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı. Səlcuq imperatorluğu dövründə türk xalqları yenidən öz əvvəlki qüdərətlərini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsi olan türklük mərhələsi başlanmışdı.
- Teqlər:
- Səlcuq imperiyası
- , Səlcuqlar
Comments are closed, but trackbacks and pingbacks are open.