Dniz limanları haqqında qanun
Milli.Az
Prezident İlham Əliyev “Dəniz limanları haqqında” qanunun tətbiqi və “Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. həmin Qanunun 28.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müsabiqənin keçirilməsi qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.6. həmin Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, gəmi agenti haqqında Əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.7. həmin Qanunun 11.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın formasını, qüvvədə olma müddətini, verilmə və ləğv edilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.8. həmin Qanunun 12.4-cü maddəsinə uyğun olaraq, ərazi sularında üzmə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.9. həmin Qanunun 13.1-ci maddəsinə uyğun olaraq, limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.10. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, limanda xidmətlərin göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.12. həmin Qanunun 20.6-cı maddəsinə uyğun olaraq, dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 4.1-ci maddəsində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (ikinci halda), 7.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin ikinci cümləsində, 12.4-cü, 13.1-ci, 13.3-cü, 15.2-ci, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 2.2-ci maddəsinin ikinci cümləsində, 3.1.2-ci, 6.1-ci (birinci halda) maddələrində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 11.2-ci maddəsinin birinci cümləsində, 12.1-ci, 13.2-ci, 13.6.1-ci və 13.6.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası həyata keçirir;
3.4. həmin Qanunun 4.2-ci və 12.2-ci (birinci və ikinci hallarda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
3.5. həmin Qanunun 13.6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası həyata keçirir;
3.6. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.
4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsində nəzərdə tutulmuş liman xidmətlərinə, liman qurğularının istismarı, yükaşırma və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tarifləri iki ay müddətində təsdiq etsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 327; 2008, № 8, maddə 720, № 11, maddələr 970, 980; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 678) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 8.14-cü bənddə “həyata keçirmək” sözləri “həyata keçirilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;
5.2. 8.15-ci bənddə “nəzarət etmək” sözləri “nəzarət edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;
5.3. 8.17-ci bənddə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “tabeliyindəki qurum vasitəsilə” sözləri əlavə edilsin;
5.4. 8.23-cü bənddə “tədbirlər görmək” sözləri “tədbirlər görülməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;
5.5. 8.27-ci bənddə “həyata keçirmək” sözləri “həyata keçirilməsini” sözləri ilə, “təşkil etmək” sözləri “təşkil edilməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək” sözləri ilə əvəz edilsin;
5.6. aşağıdakı məzmunda 8.28-1-ci, 8.30-1 – 8.30-8-ci bəndlər əlavə edilsin:
“8.28-1. dəniz yollarını, habelə dəniz yollarında və sahildə naviqasiya avadanlıqlarının quraşdırılması yerlərini müəyyən etmək;
8.30-1. limanların dövlət reyestrinin aparılmasını təmin etmək;
8.30-2. limanların fəaliyyətə başlamasına hazırlıq səviyyəsini yoxlamaq;
8.30-3. limanların müvəqqəti bağlı elan edilməsinə dair qərar qəbul etmək;
8.30-4. limanların bağlı elan edilməsinə dair vəsatətlə çıxış etmək;
8.30-5. gəmi agenti xidməti göstərmək üçün fiziki və hüquqi şəxslərə sertifikatlar vermək;
8.30-6. tabeliyindəki qurum tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin (naviqasiya, bələdçi, kanal, lövbər, mayak, gəmi yığımı və s.) göstərilməsinə görə müəyyən olunmuş tariflərə əsasən yığımların təmin olunmasına nəzarət etmək;
8.30-7. limanlarda dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar icrası məcburi olan göstərişlər vermək;
8.30-8. limanlara “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlərin verilməsini təmin etmək;”;
5.7. aşağıdakı məzmunda 15-1-ci bənd əlavə edilsin:
“15-1. Administrasiyanın rəisi öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər”.
Milli.Az
Dniz limanları haqqında qanun
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 30-da “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanununun tətbiqi haqqında Fərman imzalamışdır.
Son günlər gündəmdə daha çox yer tutan əlavə və dəyişikliklərə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində bu barədə yazılı məlumat verməsə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bu dəyişiklikləri AzərTAc-a şərh etmişdir. O demişdir ki, vətəndaşlıq hüququ əsas insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Nəzərdə tutulmuş hüquq və azadlıqları şəxs yalnız tam həcmdə o zaman həyata keçirə bilər ki, o, hər hansı bir dövlətin vətəndaşı olsun və şəxsin hüquqlarının həyata keçirilməsinə dövlət təminat versin.
Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Ali qanunumuzda da əksini tapdığı kimi, vətəndaşlıq dedikdə şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi, hüquqi əlaqə başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Təbii ki, qarşılıqlı hüquq və vəzifələr şəxs ilə dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə cəmiyyətin və dövlətin siyasi həyatında vətəndaşın iştirakı və onun siyasi hüquqlara malik olması ilə izah edilir. Vətəndaş ilə dövlət arasındakı hüquqi əlaqəyə gəldikdə isə bu, daimidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə vətəndaşdan fərqli olaraq dövlətlə yalnız müvəqqəti hüquqi əlaqədə olurlar. Söz yox ki, dövlət həm əcnəbiləri, həm də vətəndaşları müdafiə edir. Vətəndaşı əcnəbidən dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Çünki əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Məsələn, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə seçib-seçilmək hüququ verilmir.
Vətəndaşlıq hüququnda əsas məsələlərdən biri də ikili vətəndaşlığa malik şəxslərlə bağlıdır. İkili vətəndaşlıq dedikdə, şəxsin iki dövlətin vətəndaşlığına mənsub olması başa düşülür. Ümumiyyətlə, ikili vətəndaşlıq bir sıra hallarda yaranır. Məsələn, yeni doğulmuş uşağın valideynlərinin iki müxtəlif dövlətin vətəndaşları olması, uşağın gələcəkdə ikili vətəndaşlığa mənsub olması imkanı əldə etməsinə gətirib çıxarması və ya daha çox rast gəlinən hallardan biri də naturalizasiya yolu ilə başqa dövlətin vətəndaşlığını əldə etməsi və sairədir. Bu zaman ikili vətəndaşlığı olan şəxslər hər iki ölkədə hüquq və azadlıqlara malik olduğu kimi, hər iki dövlət qarşısında öhdəliklər götürürlər. Bu isə öz növbəsində ölkələr arasında hüquqi müstəvidə geniş problemlər yaradır. Buna misal olaraq, ikili vətəndaşlığı olan şəxsin cinayət törətdiyi halda onun ekstradisiya məsələsində yaranan problemi də qeyd etmək yerinə düşərdi.
Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı miqrasiya və vətəndaşlıq məsələlərinin hüquqi mexanizminin yaradılması zərurətini ortaya çıxarmışdır. Bu zərurət nəzərə alınaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanunu qəbul edilmişdir. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanına əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasının, o cümlədən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün müvafiq ərizə-anketin formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:
1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək ölkədə yaşayış yeri üzrə qeydiyyatda olsun;
2) 1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər. Bu halda həmin şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etməli idi;
3) 1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar. Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər;
4) həmin qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər.
Yeni dəyişikliyə müvafiq olaraq adı çəkilən maddənin dördüncü hissəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyənləşdirilir.
Göründüyü kimi, hər bir dövlət öz qanunvericiliyi çərçivəsində əhalisinin hüquqi statusunu müəyyən edir. Əksər çoxluq doğulduqları andan etibarən müvafiq dövlətin vətəndaşları olub ömürləri boyu bu hüquqi vəziyyəti daşıyırlar. Lakin müxtəlif səbəblərdən baş verən miqrasiya prosesi, ayrı-ayrı dövlətin vətəndaşları ilə bağlanılan nikahlar və s. vətəndaşlığın əldə edilməsi, bərpası və dəyişdirilməsi kimi problemlər yaradır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq yeni redaksiyada ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunmuşdur. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hesab edirik ki, Azərbaycanın hüdudlarından kənarda olan vətəndaşlarımız bundan sonra vətəndaşlıq məsələsində aidiyyəti dövlət orqanlarını xəbərdar edəcəklər.
Bundan əlavə, Qanunun adı və məzmunu dəyişdirilmiş – “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı” adlandırılan 12-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”.
Eyni zamanda, qanunun 18-ci – “Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi” maddəsinin mətni dəyişdirilmişdir. Beləliklə, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi vətəndaşlıqdan məhrum etməyə deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsinə aid olur. Bu dəyişikliklər vətəndaşlığın itirilməsinin hüquqi əsaslarını özündə əks etdirir.
Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci bəndi ilə müəyyən olunmuş müddəada söhbət hər hansı xarici ölkədə üzərinə öhdəlik götürülməsindən gedir. Belə ki, əgər o şəxs başqa ölkənin ordusunda, seçkili orqanlarında iştirak edirsə, o artıq üzərinə öhdəlik götürür.
Söhbət Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşlıqdan məhrum edilməkdən yox, vətəndaşlığın könüllü itirilməsindən gedir. Qanuna dəyişikliklərdən məqsəd vətəndaşı dövlətlə münasibətdə məsuliyyətli olmağa dəvət etməkdi.
Azərbaycan Respublikasının Konstitusiyasının 53-cü – “vətəndaşlıq hüququnun təminatı” maddəsində göstərilir:
I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.
II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə – yəni, bu hüquqi akt qüvvəyə minənə qədər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur.
Bizim ölkədə də vətəndaşlığı qəbul etmək istəyən əcnəbilər vardır. Azərbaycan gücləndikcə bizim pasportumuzun, vətəndaşlığımızın əhəmiyyəti artır. Nəzərə alsaq ki, ikili vətəndaşlıq geniş xarakterli hüquq və vəzifələr vəd etsə də, həm dövlətçilik, eyni zamanda, şəxsi öhdəliklər nöqteyi-nəzərindən kifayət qədər məsuliyyət yaradır. Bütün sadalanan amillər, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafı qloballaşan dünyada miqrasiya və vətəndaşlıq məsələlərinin hüquqi mexanizminin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Nəhayət, Vətəni və vətəndaşlığı qiymətləndirməyin fəlsəfəsini özündə əks etdirən, günümüzün reallığından irəli gələrək atılmış bu addım bir çox suallara nöqtə qoydu.
Dniz limanları haqqında qanun
Vahid Əhmədov: “Mən başa düşə bilimirəm ki, kim bu qanunun müzakirədən keçməsini istəmir”.
Bu gün Milli Məclisin iqtisadi-siyasət komitəsinin iclası keçirilib. İclasda “Rəqabət Məcəlləsi haqqında qanun” layihəsi, “Reklam haqqında qanun”a dəyişiklilər edilməsi və “Dəniz limanları haqqında Azərbaycan Respublikasının qanun layihəsi”nin müzakirəsi aparılıb.
“Dəniz limanları haqqında qanun layihəsi”nin müzakirəsinə münasibət bildirən millət vəkili Vahid Əhmədov adı çəkilən qanun layihəsinin qəbul olunmasının indiki şəraitdə vacibliyini vurğulayıb. “Nəqliyyatın inkişafında, dəniz limanları vasitəsilə digər ölkələrlə əlaq1ələrin dərinləşməsi mümkün olacaq”.
Qanun layihəsinin 7.2 maddəsinə münasibət bildirərkən deputat qeyd edib ki, “Limanın bağlanması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Lakin, limanın bağlanması haqqındabqərarın qəbulundan bir il sonra bağlanması qanuna ziddir. Heç bir sənəddə belə maddə yoxdur ki qərardan bir il sonra liman bağlansın”.
“Keçən sessiyalarda Rəqabət Məcələsini müzakirə etsək də qanun layihəsi hələ də müzakirədən keçməyib. Mən başa düşə bilmirəm kim bu qanunun müzakirədən keçməməsini istəmir? Rəqabət Məcəlləsinin qəbulu inhisarçılığın aradan qaldırılmasına birbaşa təsir etməsə də, mövcud problemin tədricən həllinə səbəb ola bilər”. Beynəlxalq Təşkilatlar, QHT-lər belə Rəqabət Məcələsinin qəbul olunmasına müsbət yanaşırlar”.- millət vəkili bildirib.
Aysel Kərimova
Comments are closed, but trackbacks and pingbacks are open.