Dənizdən gələn səda sabir ehmedli
Onun sözlərinə görə, bəzilərinin yod qoxusu hesab etdiyi dənizdən gələn iy əslində hidrogen-sulfid qazıdır:
Dənizdən gələn qoxu nədir? — AÇIQLAMA
“Bəzi insanlar hələ də elə bilirlər ki, Bakı bulvarında dəniz havası udmaq xeyirlidi”.
Bunu anestezioloq-reanimatoloq həkim Şahin Məmmədov deyib.
Onun sözlərinə görə, bəzilərinin yod qoxusu hesab etdiyi dənizdən gələn iy əslində hidrogen-sulfid qazıdır:
“Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burnu sulandırır, yuxululuq gətirir və s.
Hidrogen-sulfid qazı dənizde yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yeməsindən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyalardan da gəlir, eyni qazdır”.
Həkim bildirib ki, dəniz havasında yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir: “Dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır.
Daha bol oksigenli yerlərdə -yaşıllıq olan ərazidə gəzmək məqsədəuyğundur, nəinki dəniz sahilində”.
Ş.Məmmədovun sözlərinə görə, dəniz sahili sakitlik baxımından bəzi insanalara rahatlıq verə bilər, amma…
“Amma dəniz havasının nəmişliyi və hidrogen-sulfid qoxusu xeyirli deyil, əksinə, zərərlidir, üstəlik də bir sıra ağciyər xəstəliklərini – ən çox da bronxial astmanı, allergik riniti, allergik bronxiti kəskinləşdirə bilər”.
Həkim onu da əlavə edib ki, sahil ərazilərində – dəniz qoxusu hiss ediləcək qədər yaxınlıqda yaşayan insanlar bu qazın uzunmüddətli təsirinə məruz qalırlar. /modern.az
Saglamolun.Az
Dənizdən gələn səda sabir ehmedli
Əvvəla, salam. İkincisi, əgər zəhmət çəkib mənim əhvalımı xəbər almaq istəsən. Mən indi Dərbənd yaxınlığındayam. Çiskinli-dumanlı bir havadı. Əsla nigaran qalma, bircə gilə üşümürəm. Yaxşısı budur, hər şeyi olduğu təki sənə söyləyim. Bilirəm, gecən-gündüzün yoxdur. Bilirəm, şəhərin bütün xəstəxanalarını, meyitxanaları dolaşmısan. Bircə saat gecikəndə gəlib görürdüm, ayağından asılmış quş təki eyvandasan. Səni intizarda qoymayacam. Hər şeyi bilməlisən.
Yanvarın on doqquzundan iyirmisinə keçən gecə, haman qaramat gecə məni evdən buraxmaq istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır, getməsəm, inciyərlər. Biz Tiflis prospektində, Biləcəri yoxuşunun şəhərə aşdığı yerdə dayandıq. Qoşun şəhərə soxulanda birinci bizimlə qarşılaşdı. Tanklar yeridi üstümüzə. Heç birimiz inanmadıq. Dedik, bəs qorxudurlar, çatıb dayanacaqlar. Tankların ardınca gələn soldatların avtomatdan atdığı güllələri fişəng sandıq.
Hə, əziz ana! Həndəvərimdə neçə oğlan yıxıldı, yenə inanmadım. Onda inandım ki, sinəmi güllələr odladı.
. Tanklar ötdü, avtomatlar xiyaban boyu gurladı. Biçib-tökdülər. Ardınca yeni dəstələr, maşınlar gəldi. Küçə fanarları söndürülmüşdü. Nə baş verdiyini, yoldaşlarımın başına nə gəldiyini öyrənməkdən ötrü dikəlib boylanmağa çalışdım. Yaxında bir neçə hərbi sanitar maşını dayandı. Oradan soldatlar düşdülər. Yır-yığış başlandı. Aralarında saqqallı, qarasifət cavanlar vardı. Bunlar lap insafsızdılar.
Kolların arasına cumur, küçəyə sərilmiş şəhidlərin üstünü alır, avtomatdan, tapançadan atəş açır, can verəni yenidən gülləyə tutur, öləni bir də öldürürdülər. Kürüdülər, topladılar. Ocaq çatıb yandırdılar. Bizi örtülü maşınlara mindirib, aradan çıxartdılar. Şəhərin bu yanlarına yaxşı bələd deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə gedirdi. Torpaqdan çıxıb, taxta döşəmə ilə sürdülər.
Yaxınlıqda bir neçə hərbi kater dolanmaqda idi. Körpüyə iki “Hidroqraf” gəmi bağlanmışdı. Ardımızca “Ural” avtomobilləri, PDM sanitar – “təcili yardım” gəlməkdə idi. Bizi “Hidroqraf”ın göyərtəsinə götürdülər. Düşürəndə dönə-dönə yoxlayırdılar. Fanarları üzümüzə saldılar, gözlərimizə tuşladılar. Əyilib, nəfəsimizi imsilədilər.
Tək-tək tapançalar açıldı, baltalar işə düşdü; iri bıçaqlar götürmüşdülər. Gülləyə qənaət etdilər. Tam sakitlik olsun deyə əl-ayağı tərpənəni oradaca bitirdilər. Göyərtədə üstümüzə çadır çəkdilər. Gəmi körpüdən aralandı. Səhər açılmışdı. Səfərə yollanacağımızı, amma haraya aparılacağımızı bilmədiyimiz halda, göyərtədə təşvişə düşdülər. Demə, Xəzər Gəmiçilik İdarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə verməmişdi. Bizim neftdaşıyan, quru yük aparan böyük gəmilərimiz limanın giriş-çıxışını, kanalları tutub dayanmışdılar.
Körfəz mühasirəyə alınmışdı. Radio-ratsiya ilə danışığa başlamışdılar. Bumbuz dəmir anbarlardan nə söyləndiyini eşidirdik: hərbi donanma Xəzər Gəmiçiliyindən tələb edirdi ki, yolu açsınlar. Bizimkilər qəti etiraz edib bildirdilər: “Sizin gəmilərə baxmalıyıq. Apardığınız nədir?” “Hərbçilərin ailəsini köçürürük”, – dedilər.
Xəzər gəmiçiləri bildirdi ki, bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda, bircə hərbi gəmi limandan çıxa bilməyəcək. Üç gün öcəşdilər. Xəzər gəmiçiləri hərbi gəmilərin
Ağrılarına sığınıb yaşayan yazıçı – Sabir Əhmədli
Sabir Əhmədli Azərbaycan nəsrinin yeni meyarlarla qurulmasında, fərdi bədii ədaları ilə onun üslub, tipaj, problem və düşüncə yeniliyi səviyyəsində yenilənməsində əvəzsiz rolu olan yazıçılarımızdandır. Milli düşüncənin ən həssas məqamlarına toxunmaqda, cəmiyyətin yaralarını bədii təcəssümün predmeti etməkdə xüsusi yerə və dəyərə malikdir.
AZƏRTACbu gün anadan olmasından 90 il ötən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Əhmədlinin yaradıcılığı haqqında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın məqaləsini təqdim edir.
1960-cı illərdən başlayaraq nəsrdə güclənən bir çox əlamətlər bir neçə yazıçının yaradıcılığında daha sərt boyalarla təzahür etdi ki, onlardan biri də Sabir Əhmədli idi. Qəhrəman olaraq seçilən adi insanların daha çox düşündürücü obraz qismində səciyyələndirilməsi, ailə-məişət mövzularına üstünlük verilərək mənəvi-əxlaqi məsuliyyət yükünün artırılması, romantikadan imtina edib əvəzində psixoloji dərinliyə meyillik, istehsalat aləmlərində robotlaşmış personajları cəmiyyət həyatının içərilərinə salıb onların individual, fərdi başlanğıca köklənmələrinə yol açması, təhkiyədə daha çox obrazlılığın və reallığın önə çəkilməsi kimi əlamətlər Sabir Əhmədli ustalığının hələ zahiri, görünən tərəfləridir. Görünməyən tərəfləri ilə daha çoxdur və onun bir nasir kimi fərqliliyi bu tərəflərin səciyyəsindədir.
Sabir Əhmədli ötən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yazdığı hekayələr və “Aran” roman ilə əməkçi insanı əsas obraza çevirdi. 80-ci illərdə yazıçının yaradıcılığında başqa mühüm keyfiyyətlər önə keçdi. Urbanizasiya problemləri, sosial-psixoloji dərinliyə meyil, ziyalı, intellektual obrazların hiss, düşüncə aləmlərinin təsviri ilə sosial mühitin reallıqlarını açıb göstərmək təmayülü işlək oldu. Sabir Əhmədlinin 90-cı illər yaradıcılığı isə onun milli-azadlıq hərəkatına, Qarabağ münaqişəsinə, metafizik başlanğıca müraciəti ilə dolğunluq qazandı, dəyişən zaman və mühit kontekstində qəhrəmanın həyata, cəmiyyətə ümumbəşəri dəyərlər prizmasından yanaşması dünyadərk məqamı kimi mənalandı, varlıq və yoxluq hüdudunda hərəkətə gələn ruhun ucalıq səviyyəsi nəsrimizin yeni estetik dəyər və ümumbəşəri çalar kəsb etməsinə yol açdı.
1990-cı illər – Qarabağ. Sabir Əhmədlinin əsərlərində konflikt, çarpışma daim işlək olub. Sovet dövründə yazdığı əsərlərdə həmin qütbləşmə, çarpışma mühitlə qəhrəman, xeyirlə şər, doğru ilə yalan arasında gedirsə yazıçının 90-cı illərdən başlayaraq Qarabağ müharibəsinə həsr etdiyi romanlarda metafizik anlamda çevrilmə baş verir. Bu dəfə yazıçını düşündürən nəsnələr “olumla ölüm, cənnətlə cəhənnəm, ruhlar aləmi ilə həqiqət dünyası, zalımlıq və adillik” (Famil Mehdi) məqamları olur.
Sabir Əhmədli bu dövrdə xalqımızın üzləşdiyi bəlaları nəsrə gətirən və bunu epik panoram təsvirləri ilə canlandıran nadir yazıçılardandır. Təsadüfi deyil ki, bu illərdə yazıçının yaratdığı bütün əsərlər, onların mövzu və əhatə dairəsi çağın diktə etdiyi reallıqlara adekvat olaraq yazılır. “Kütlə”, “Yanvar hekayələri”, “Axirət sevdası”, “Kef”, “Ömür urası” və ölümündən sonra çap olunan “Yazılmayan yazı” əsərləri Sabir Əhmədlinin bir yazıçı kimi ölkədə yaşanan situasiyalara həssas yazıçı baxışıdır. Meydan prosesləri, milli azadlıq hərəkatı, 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, erməni təcavüzü, Sumqayıt hadisələri, qaçqınlıq problemi, yurd həsrəti motivləri və başqa bu kimi müharibənin ardınca gətirdiyi bəlalar çeşidi yazıçının əsərlərindən başlıca xətt olaraq keçir.
“Kütlə” romanı 1980-ci illərin sonlarında alovlanan meydan hərəkatına həsr edilən əsərdir. Meydanlara axışan xalq, tribunalarda xalqı mübarizəyə, azadlıq uğrunda mücadiləyə səsləyən ziyalılar, eyni zamanda, bu ağır gündə, insanların ərzaq məhsullarının çoxunu talonla aldığı bir zamanda yuxarı eşalonda çalışan partiya işçilərinin firavan yaşayışı və s. bu kimi məsələlər əsərdə geniş əksini tapıb. Ad məsələsində həssas olan Sabir Əhmədlinin romanını “Kütlə” adlandırmasını təsadüfi saymırıq. Burada bir amal uğrunda küçələrə axışan insanların yumruq kimi birliyi ilə bahəm onların fərqli ambisiyalar, ideologiya və dünyagörüş nəticəsində kütlə olaraq qalması da nəzərdə tutulur. Yazıçı, eyni zamanda, meydanı yalnız görünən qüvvələrin deyil, həm də “görünməz dalğa”nın idarə etdiyini anladır.
Sabir Əhmədli hələ yenicə haqq səsini qaldırmağa çalışan xalqın toplandığı meydanı bütün detalları ilə təsvirə çalışır, insanların psixologiyasının qatlarını açır, qınaq və ittihamlar, üsyana hazır olmamağın fəsadları, düşüncədəki natamamlıqları təsvir edir. Bəzən bu təsvirlərdə qarışıqlıq hakim olur, sanki kütlə ab-havası əsərin daxilində də yaşanır. Bu da ondan irəli gəlir ki, müəllif o dövrə dair müşahidə etdiyi bütün nəsnələri mətnə hopdurmağa çalışır, qarışıq üslub, dolaşıq dialoqlarla yüklənən əsərdə bəzi yerlərdə nəzərə çarpan çaparaqlıq, cilalanmamış fikirlərin təqdimi xaotik bir dalğa yaradır. Buna baxmayaraq, “Kütlə” romanı xalqın üzləşdiyi problemləri incəliklərinə qədər əhatələyib içinə almaq baxımından, tarixilik nöqteyi-nəzərindən dəyərli nümunədir. Həmin proseslərdə iştirak edən elə bir siyasi lider, yaxud ziyalı zümrəsi yoxdur ki, romandan adı keçməsin. Yazıçının oğlu Etibar Əhmədovun müsahibəsində oxuyuruq: “Xalqın bir araya gəldiyi bu hadisələrə atamın, eləcə də mənim münasibətim çox yaxşı idi. Gündüz o gedirdi, axşamlar isə mən. Atam gələndən sonra Sabir Rüstəmxanlının, Xəlil Rza Ulutürkün meydanda yüz minlərlə insanın qabağında necə çıxış etməsi barəsində rəğbətlə danışırdı. Deyirdi ki, şəxsən mən kütlənin qabağında o cür çıxış edə bilmərəm”.
“Kütlə” romanında tarixi qata nüfuz müasir proseslərlə qoşa verilir. Müəllif bu xətti əsərdə Adaş müəllim obrazı vasitəsilə əyaniləşdirir. Nəşriyyat işçisi, azadlıq hərəkatının alovlu iştirakçısı, xalqın hürriyyətini ürəkdən arzulayan Adaş müəllimi yazıçının prototipi, avtobioqrafik obraz kimi də qəbul etmək olar. Hadisələrə soyuqqanlı tərzdə yanaşan Adaş müəllim baş verənlərə tarixin ibrət məqamlarından nəzər yetirir, keçmiş olaylara ekskurs edir, fikirlərini ya özü, ya da Asif, Qulamla paylaşır. Ermənilərin zaman-zaman xalqımızın başına açdığı oyunlardan, torpaqlarımızı işğal etməsindən, törətdiyi vəhşiliklərdən, ötən əsrin əvvəllərində zülmü ərşə dayanan işgəncələrin vüsətindən bəhs edir, 1915-ci ildə Türkiyəyə qarşı xəyanətlərini, ziyalılarımıza qarşı riyakar və bədnam əməllərini xatırladır. Müəllif Adaş müəllim, Asif və Qulam obrazlarında proseslərə daha ayıq, daha analitik münasibət izhar edə bilir.
Sabir Əhmədlinin 1990-1991-ci illərdə yazdığı “Yanvar hekayələri” bizim nəsrdə 20 Yanvar faciəsinə həsr olunan hələlik ən sanballı bədii nümunədir. Bu hekayələr kitabında həmin hadisə ilə bağlı bütün mənzərə bədii rakursdan məharətlə işlənib. Öz azadlığı naminə meydanlara axışan xalq, silahsız xalqa hücum edən sovet ordusu, qana boğulan insanların fəryadı hekayələrin əsas təsvir predmetini təşkil edir. Sabir Əhmədli bu hekayələrdə insan hisslərini, ondakı vətənpərvərlik duyğularını, yurdu üçün əzmlə mücadilə etməsini psixoloji nüans dəqiqliyi ilə ifadə etməyə çalışır. Eyni zamanda, rus imperialist siyasətinin obrazı, bir xalq olaraq dəfələrlə aldanışlarla üz-üzə qalmağımız kimi məsələlər də hekayələrin içindən əsas xətt olaraq keçir. Qeyd edək ki, kitabda yer alan “Dənizdən gələn səda” hekayəsi ABŞ-da da yayımlanmışdır. Hekayədə 20 Yanvar faciəsi ilə bağlı məqamlara, gizlin qatlara varılır ki, məsələn, meyitlərin dənizə atılması, yandırılması, ölülərə edilən həqarətlər, izi itirmək üçün onları sulara qərq etməklə bağlı faktlar və s., – onların həqiqətə əsaslandığı çox keçmədən etiraf edildi.
“Dənizdən gələn səda” hekayəsi “son mənzili Xəzər olan” oğlanın, beş bacının tək qardaşının nisgilli, nakam taleyinə həsr olunub. Rusların hücumu ilə 20 Yanvarda həlak olaraq neftdaşıyan gəmidə Dərbənd sularına atılıb suitilərə yem edilən bu oğlandan təsəlli olaraq geridə qalan anasına yazdığı məktubdur. Yazıçı o məktubdakı sözləri ümumən 20 Yanvar hadisələrində itkin düşənlərin son xatirəsi kimi əbədiləşdirir. O kəslər ki, onlara heç Şəhidlər xiyabanında dəfn olunmaq belə qismət olmadı:
“Alatoranda göyərtə kranları işə düşdü. Türümlərdəki bağlamaları çıxartmağa əl qatdılar. Bəlkə, tonqal çatacaqdılar. Yox, bunların niyyəti özgə imiş. Brezent bağlamaları göyərtənin qırağına sürüdülər.
“Raz! Dva! Vzyali!” – meyit çatılmış mafraşlar dənizə quylandı.
Sonra. sahibindən ayrı düşmüş qollar, qıçlar, başlar tolazlandı.
Bu, bir məşəqqətdi. Bizi yandıran o idi ki, başımıza gətirdikləri bəs deyilmiş, ardımızca söyüş yağdırır, təpiklə vurub bağırırdılar: “Vot vam Şaxidlyar xiyabanı!”
Bir də gördük ki, ana, üstümüzdə vertolyotlar dolanır. Köməyimi gəlmişdilər? Endi, az qaldı dalğalara toxunsun. Qapı açıldı, oradan dənizə atılmağa başladılar.
Paraşütləri yox idi, dalğaların arasına düşür, batır. çıxmırdılar. Hə, bunlar desant deyilmiş, eləcə bizdənmişlər. Amma onları vertolyotla gətirmişdilər.
Beləcə, başı Həştərxan, ayağı Lənkəran – dəniz oldu məzarımız, can ana”.
Amerikalı ədəbiyyatşünas, Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis Betty Blair hələ 1990-cı illərin əvvəlində ingilis dilinə tərcümə edərək “Azerbaijan International” dərgisində nəşr etdiyi bu hekayəni belə təqdim edirdi: “Sabir Əhmədlinin üslubu sürreal hesab oluna bilər. “Dənizdən səda” hekayəsində xaotik gecədə öldürülmüş bir oğul anasına məktub dilində ölümünü və ölüsünü təsvir edir. Bu müddətdə dəniz cəsədi kənara atıb, suitilər cəsədlə çarpışır”.
Müəllifin həmin silsilədən çap olunan “Cəza”, “İşığı söndürmə”, “Şəhidlər xiyabanı”, “Qisas”, “Heç nə” hekayələri də şəhid ata və anaların harayını, emosional baxışlarını, övlad itkisinin onlara hansı psixoloji zərbə vurduğunu, erməni quldurlarının bədnam əməllərini, xalqımıza olan mənfur niyyətlərini meydana qoyur.
“Kütlə” və “Yanvar hekayələri” Sabir Əhmədlinin yazıçı, vətəndaş olaraq xalq, millət qarşısında mənəvi cavabdehlik hissindən hasilə gələn əsərlərdir. Ölkənin çətin günündə baş verənlərə tarixi qiymətin verilməsində, onun taleyüklü məsələlərinin ədəbiyyata gətirilməsində bu əsərlərin müstəsna rolu oldu.
Qarabağ məsələsi Sabir Əhmədlinin bioqrafiyasında izini dərin qoymuş, yazıçının müharibə faktoruna çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olmuşdur. Hələ “Ədəbiyyat qəzeti”nin 1993-cü il mart-aprel aylarında “Qarabağın qarlı səngərləri” adlı publisistik yazısında yazıçı Füzuli və Cəbrayıl bölgəsində apardığı müşahidələrini oxucularla bölüşərkən cəbhədə rastlaşdığı bütün reallıqları təfərrüatı ilə nəql etmiş, erməni qüvvələrinin dinc əhaliyə tutduqları divanları, onların yaşadıqları ərazilərə qəfil basqın etmələrini, əliyalın insanların çarəsizliyini, eyni zamanda, belə ağır günlərdə arxa cəbhədə aparılan oyunları, vəzifə hərisliyi, dəstəbazlıq, ön cəbhədəkilərin vəziyyətinə biganəlikləri və digər bu kimi amansız gerçəkləri sərt formada sərgiləmişdir. Sonrakı illərdə müharibə mövzusu yazıçının yaradıcılığında daha çox o kontekstdən işlənmişdir ki, dünyanı idrak, özünü dərk, son problematikası, heçlik duyğusu önə keçmiş, iç yaşantıları, mənəvi iztirabları ancaq bu məqsədin ifadəsinə yönəlmişdir: “Məni ölüm düşündürür”!
Ölüm haqqında düşünmək üçün Sabir Əhmədlinin böyük ağrıları vardı. Qardaşını Böyük Vətən müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirmişdir. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapmışdır.
Bu üç əsəri ilk trilogiya adlandıran və “Qarabağ müharibəsi mövzusu ümumən ədəbiyyatımıza bu trilogiya ilə girir”, – yazan AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Sabir Əhmədlinin Qarabağ trilogiyası” adlı məqaləsində oxuyuruq:
“Axirət sevdası” üç romandan ibarət trilogiyadır; əgər eyni adlı birinci romanda Müharibə ilə üz-üzə İnsanın Əbədiyyət axtarışları (ruhi varlığı) predmet seçilmişsə, “Kef”də müharibə şəraitində İnsanın başlıca olaraq nəfsi – cismani yaşamları hədəfdədirsə, “Ömür urası”nda yazıçının diqqəti bu dəfə İnsanın mənəvi siması, “yer sakini”nin məğzi-mənası, Yer ölçüləri üzərindədir.
Romanın poetexnologiyası barəsində təzə nəsə deməyə lüzum yox. Ümumən bu yaşda, bu yetkinlikdə yazardan təzə bədiiyyat istəməyin özü yanlış olar; bu yenə də həmən XX əsr Avropa romançılığıdır ki, İnsanın mənəvi (sosial, psixoloji, ekzistensial, altşüur. ) dünyasını verir qəhrəmanın düşüncə selinin qabağına və oxucu ilə bahəm baxır-görsün sonu nə olacaq”.
“Axirət sevdası” və “Ömür urası”nda tale, ölüm, ruhun fəlsəfəsi, fanilik və əbədiyyət haqqındakı düşüncələr aparıcıdır. İtirdiyi torpağı ilə bağlı narahatlığını yanıqlı bir dillə qələmə alan yazıçı qəfil intonasiyanı, ritmi dəyişir və hadisələrin obyektivi müəllifin mənəvi yaşantılarının dərin qatına fokuslanır: “Мəni ölüm düşündürür”! Bundan sonra daha çox fəlsəfi mündəricə önə keçir. Bu fəlsəfi düşüncə ilə yüklənmiş obraz yazıçının özüdür. Sabir Əhmədlinin yazıçı, vətəndaş, ata kimi duyğularını danışdırdığı əsərdir “Axirət sevdası”. Roman boyu qəhrəmanın – özünün daxili nitqi, şüur axını, irəli-geri zaman dönümlərinə sıçrayışları, oğlu Məhəmmədin itkisi ilə bağlı yaşadığı dərin psixoloji-hissi sarsıntıları o qədər dərin işlənir ki, oxucu yazıçının şəxsi kədər və iztirabının fonunda bütöv vətənin yaralarını, portretini görür.
“Axirət sevdası” romanındakı əsas surət yazıçının oğlu Məhəmməd olsa da o, romana təhkiyəçinin xatirələri, düşüncələri, yaddaş qəlpələri əsnasında adlayır. Təhkiyəçi isə yazıçının özüdür. Oxucu yazıçının seçdiyi belə bir bədii üsul vasitəsilə müharibə və onun acı reallıqları, oğlu Məhəmmədin ön cəbhəyə könüllü qoşulması, az sonra şəhid olma faktı ilə tanış olur.
Oğlunun ardınca cəbhə bölgəsinə yollanan ata onu Beyləqanda, Goranda, Gəncədə, Murovda axtarmalı olur. Oradan Gəncəyə, dostunun evinə qayıdır. Bu zaman ona Məhəmmədin yaralanması xəbərini verirlər və o, dərhal Bakıya üz tutur. Və. Evə daxil olunca oğlunun hüzür məclisi ilə qarşılaşır:
“Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
-Y O X! Yox! Yox… Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.
-Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə”.
Bu kiçik parçada müharibə məşəqqətlərini, onun insan həyatına qatdığı acıları dərk etmək üçün hər şey var. Oğul itirən atanın ağrıları, canını vətən üçün könüllü sipər edən oğullarımızın nakam taleyi, insan həyəcanlarının ekstaz biçimdə təqdimi və bütün bu mənəvi yaşantıların sonda insan psixologiyasına vurduğu zərbələr. Bu mənada “Axirət sevdası” əsərinin əsas leytmotivini təşkil edən fanilik və əbədiyyət haqqında düşüncələr heç nahaq deyil. Vaqif Yusifli yazır: “Sabir Əhmədlinin “Axirət sevdası” romanı bu ata dərdini əbədiləşdirən bir əsər kimi yarandı. Bu roman “Ata ağrısı” da adlana bilərdi. İlk dəfə idi Azərbaycan bədii nəsrində Yazıçı-Atanın oğul itkisindən doğan dağ boyda dərdi ilə üzləşirdik”.
Əlbəttə əsərin içinə aldığı çox problem, çox mənzərə var. Müharibə ritmi əsərin hər səhifəsində duyulur. Düzdür, müəllif savaş səhnələri canlandırmır, buna baxmayaraq, yazıçının həm arxa, həm də ön cəbhədə görüb şahid olduğu reallıqlar, əsgərlərimizin orduda vəziyyətlərinin qənaətbəxş olmaması, silahsızlığı, əyin-başlarının nazikliyi, belə bir çətin durumda, onların ölüm-qalım savaşında canları ilə əlləşdikləri bir zamanda müxtəlif rayonların icra başçılarının toy-büsat qurmaları, öz eyş-işrətlərindən qalmamaları haqqında təhkiyəçi yolboyu düşünür, ağrıyır.
Romanda şəhidlik ali bir məqam olaraq mənalanır “Olum, Ölüm eyni hadisədir. Birindən insan, о birindən ruh doğulur. Ölüm də Doğuluşca heyrət oyatmalı, seviclə qarşılanmalıdır. Ölüm əbədi ömrün başlanmasıdır. Ölüm məqamında doğulan ruh – işıqdır”.
Məhəmmədin ölümündən sonra əsər ölümlə bağlı, ruhun fəlsəfəsi ilə bağlı metafizik qata enişi ilə davam edir. Yazıçı əsərdə ruhsal müstəvidə olan düşüncələrini ilahiyyatçı müəllim obrazı kimi təqdim etdiyi Maliklə söhbətində bölüşür. Bu artıq “Məni ölüm düşündürür”, – yazan müəllifin gəlib çatdığı nöqtədir. Bəli, müharibə ölüm haqqında düşündürür, müharibə insan ruhunun ölümü tanıyıb dərk etməsinə daha yaxşı yol açır. Hələ olsun sinəsinə qardaş, oğul dağı çəkilmiş yazıçı ruhu ola. Bir az təəssüf, bir az da təmkinli nəzərlərlə baxıb anladır ki, “Başlıcası sağlıqdır, hər şey gəlib yerini alacaq. Evlər təzədən tikiləcək, şəhərlər, kəndlər əzəlkindən abad qurulacaq. Ötən müharibədə Kiyev, Varşava, Rostov yerlə-yeksan olmuşdu. İndi gedin baxın! Beş dəfə özündən artıq tikilmiş, böyümüşdür. Amma gedənlər, ölənlər qayıtmayacaq. Ölümdən qayıdış yoxdur”.
“Kef” romanında yazıçının toxunduğu problemlər çoxyönlüdür. Bir yazıçının ailəsindən başlanan hekayət az sonra ictimai sferaya adlayır. Əsərin mövzusunu ölkəmizdə gedən ictimai-siyasi proseslər, ərazi bütövlüyü uğrunda çarpışmalar, milli müstəqilliyimizin bərpa olunması, qaçqınların öz doğma ocaqlarına qayıtması, savaş ruhunun dirçəldilməsi, müharibənin fəsadlarının aradan qaldırılması kimi məsələlər təşkil edir. Romanla bağlı bir müsahibəsində yazıçı deyirdi: “Baş verənləri mürəkkəb bir axın şəklində görmək lazımdır. Ən ağıllı və fərasətli adam odur ki, bu axında cəmiyyəti hansı xəttin səciyyələndirdiyini ayırd etməyi bacarıb, öz işlərini o istiqamətdə qurur. Sənət adamları, məsələn, yazıçılar da dövləti idarə edən, onun siyasətini müəyyənləşdirən adamlardan köməklərini əsirgəməməlidirlər”.
Nəhayət, yazıçının sağlığında çap olunan “Ömür urası” romanı. Bu məqama diqqət edək: son kitab “Axirət sevdası” (2003), son əsər isə “Ömür urası” (2000-2001)! “Ömür urası” Sabir Əhmədlinin həyat, ruhlar aləmi, iki dünya ilə bağlı narahat düşüncələrinin mətnləşdiyi son ünvandır. Bu həm də yazıçının özünün gəlib çatdığı, nəfəs dərdiyi son duracaqdır- ömür urasıdır. Necə ki, əsərin əvvəlində yazır:
“Bağlar sovulanda yığılan bara el arasında “peşxudr” deyirlər. Biçilmiş zəmidən düşən tək-tük sünbül “başaq” adlanır. Bostan, dirrikdən qalma son məhsulsa “ura”dır. Məsəl var: “Gedər bostan urası, qalar üzün qarası.”
İnsan ömrünün sovulan çağına da “ura” söyləmək olar. Oxuculara çatdırılan bu romansa yazıçı ömrünün son yetirməsi – “ura”dır. Bundan sonra nə yazsa, həmin ad altında gedəcək”.
Bu əsər də Qarabağ mövzusuna həsr olunub. Yazıçı son günlərinə qədər itki ilə barışa bilmir: qardaş, oğul, dost, torpaq itkisinin hər biri yazıçının qəlbində izini qoyur. “Yeddi il keçmişdi. Günə çevir bu yeddi ili, gör neçə gecə-gündüz eləyir. Onun hər anı ürəkağrısı, af-ufla doluydu”, – yazır əsərində. Burada da müharibənin insan psixologiyasına vurduğu zərbələr, yurdunun talanmasına biganələşən, doğma ocaqlarını qaytarmaq üçün tərpəniş göstərməyən insanlar, düşmən əməllərinin önündə unutqanlığımız əsas qınaq predmetnə çevrilir. Bəzi hallarda yazıçı qələmi daha dərin məqamlara işləyir, ziddiyyətlərə tuşlanır, oxucunu amansız gerçəklərlə üz-üzə qoyurdu. Məsələn, paytaxtda boş gördükləri şəhər evlərinə qanunsuz olaraq soxulan və bununla erməni istilasını hansısa formada təkrarlayan qaçqınların əməllərini Sabir Əhmədli sərt üslub və yalın dillə tənqid edirdi: “Yerli əhali illərdi Bakıda, Sumqayıtda ev növbəsinə dayanıb kooperativ mənzil tikintisini gözləyirdi: tikinti başa gəlsin, onlar mənzilsizlikdən qurtulub, rahat bir yaşayışa qovuşsunlar. Onların bu ümidini qaçqınlar büsbütün puç etmiş, zorla soxulmuşdular yarımçıq qalmış binalara, mənzillərə. Yurdu işğal edilmiş qaçqın, evsizlikdən əzab çəkən – tavanasız yoxsulun göz dikdiyi mənzili zəbt etmişdi”.
Amma əsər büsbütün bu motivlər üzərində qurulmayıb. “Ömür urası” Sabir Əhmədlinin xəyallar aləminə virtual səyahətidir. Savaş bitmiş, Qarabağ azad olmuş, itirdiyimiz torpaqlar geri alınmış, qaçqınlar öz yurdlarına qayıtmışlar. Əsər Sabir Əhmədlinin həm xəyalının, həm də gələcək arzularının təsviri, sabaha nikbin baxışı ilə qapanır.
Yazıçı Həmid Herisçinin fikrinə görə, “Bakı-Mincivan qatarı”nda Cəbrayıla gedib çıxan tənha müəllim obrazı Sabir Əhmədlinin özüdü”. Yolboyu trilogiyanın qəhrəmanı olan Kişi bir zaman müəllim işlədiyi yurdunun kənd-kənd, oba-oba sorağına çıxır. Ermənilərlə qonşuluqda yaşamalarını xatırlayır, işğala az qalmış tikdirdiyi evin izi ilə az qala hər dağın, daşın əvvəlki biçimini axtarır. Reallıqsa danılmazdır. Ermənilərin kənddə dağıtmadığı, viran qoymadığı heç nə qalmayıb. Evlər, muzeylər, tarixi abidələr, heykəllər, qəbirlər xarabazara çevrilib. Sabir Əhmədli sovet dövründə yanaşı, dinc şəraitdə birlikdə yaşadığımız erməni məsələsinə həssaslıqla yanaşır. Qeyd edək ki, yazıçı hələ 1984-cü ildə nəşr olunan “Göy gümbəz” kitabındakı “Qəribə səyyahlar” adlı hekayəsində “Qara limanı”, “Madğa” kimi sözlərlə Qarabağla bağlı müəyyən işarələr etmişdir. Bu artıq Sabir Əhmədli fəhminin gücü idi. İndi budur, illər ötmüş, “deyilənlər başa gəlmiş”dir. Yazıçı isə heç vəchlə olanlarla barışa bilmir: “Türk görəndə əsim-əsim əsən erməni gör bizi doğma yurddan qaçırtmış, yurd-yesir etmişdi: “Ara musurman! Yeddi ermənini bir dərədə tək görmüsən?” deyib də ələ saldığımız, sarıdığımız erməni başımıza nə müsibətlər gətirdi! Qorxaq, quşürək sandığımız dığalar, haylar tarixboyu nə qədər uduzmuşdular, nə ki, hayıfları vardı bizdə, hamısını aldılar”.
Sabir Əhmədli qələminin həqiqətləri boyasız təqdim etmək səriştəsi burda da işə düşür. Yazıçı ittihamına tuş gələn yalnız erməni vəhşiliklərinin hüdudsuzluğu olmur, həm də ermənilər gəlməmiş boşalmış yurdda, mahaldakı evlərin talan olması faktı mətnə gətirilir. Eyni zamanda, müharibə yaşanan bir dövrdə hökm sürən disharmoniya, ölkənin iki qütbündə ayrı atmosferin mövcudluğu, torpağı qorumaq əzmində birlik yarada bilməməyimiz, insanları düşmən önündə tərksilah, əliyalın buraxılması, üstəlik, müxtəlif dünya birliklərinin bu haqsızlığa göz yumması, erməni ilə olan iş birlikləri Kişinin düşüncələrindən keçən fikirlər qismində qərarlaşır: “Dünya ermənilərin mənafeyini güdür, bütün xaçpərəst aləmi, Avropa, Amerikada sakinləşmiş erməni diasporu onlara yardım edir, havadarlıq göstərirdi. Bizimkilərsə iqtidar-müxalifət cəbhəsinə bölünüb, bir-birilə çəkişir, öcəşir, bitib-tükənməz didişmədən qurtarıb, Qarabağın azadlığından ötrü iş görə bilmirdilər. ”.
Bir əsərin bədii təsir gücü insan ağrısı və həqiqətini meydana qoymaqdısa “Ömür urası” romanında bu səviyyə yetərincə dolğun işlənib. Tehran Əlişanoğlu düz vurğulayır ki, “Sabir Əhmədli, tələb olunduğu tək, ədəbiyyatımızda ilk dəfə Qarabağ müharibəsi mövzusunu qlobal yanaşma müstəvisində çözməyə cəhd edir”. Tənqidçi əsaslandırır: “Romanda bir leytmotiv var – İnsan! Və bu, təkcə əsas personaj – Azərbaycan Kişisinin simasında təcəssüm tapmaqla qalmır; yazıçı təfərrüatları, faktları, yaddaşdan və bilavasitə lövhələri, epizodları, hadisələri danışdırmaqla geniş insan mənzərələri yaradır; eyni zamanda, antiinsani səhnələrə vurğu salır. S.Əhmədli insanlarımıza qarşı neçə-neçə erməni vəhşiliyinin konkret, faktiki təsvirini verərkən, sakit görünür; lakin bu, niyyəti duru bir qələmin toxdaqlığıdır, müharibəyə öz rəngində yanaşmaq gərəkdir: “Kişi öz həyətinə yaxınlaşmaqda özünə bununla təsəlli verirdi: erməni işğalçılarının törətdiyi bütün cinayətlər Nürinberqsayaq bir məhkəmədə açılmalı, ifşa edilməlidir. Yalnız qırdığı dinc əhali, körpələrin intiqamı yox, qətlə yetirilmiş ağacların da cəzası verilməliydi. Bağ-baxçalara amansızcasına divan tutmuş qəsbkarlardan məhv etdikləri bitkilərin də qisası alınmalıdı”.
Romanda son səhnədə yurduna qayıtmış Kişi burada ilk xalçaçı qızlarla rastlaşır. Bu həm də yurda bağlı olmağın təkrarsız milli çalarda ifadəsidir. Məhz xalça toxuyan qızların yurda ilk sahib çıxması! Amma onlar həm də Kişinin şəhid olmuş oğlunun arzularının şahidləridir: “Kişi hal-əhval tutdu. Xalça Birliyinin başına nə gəldiyini soruşdu.
Qızın baxışları taxtapuşu sökülmüş alt-üst evin üst qatına dolandı. Pəncərələri çıxarılmış otağın önündə, eyvanın tavanına dikildi. O, köks ötürüb dedi:
Comments are closed, but trackbacks and pingbacks are open.