Press "Enter" to skip to content

KİTAB ADASI

Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdir. Əsərlərində Anadoluda ki yaşamı və toplusal sorunlaru ələ almış insanı insan çevre ilişkisi içində yansıtmıştır. Romanlarında istifadə etdiyi dil və anlatım oldukca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümdə etdiyi, kitap halına sala bildiyi və ya dərgi, qəzet səhifələrində, teatr reperturlarında bulunan əsərlərinin sayı yüzə çatır.

Dodaqdan qlb oxumaq

Hər kəsin böyük canfəşanlıqla yeni ədəbiyyat nümunələrini oxuduğu, yeni-yeni yazıçılar axtarışında olduğu bu günlərdə mən köhnə (amma şəxsən mənə görə əsla gündəmliyini itirməyən) əsərlərlə davam edirəm oxuculuq həyatıma 🙂 Yeni bir təvafüq yenə hər kəsin bəlkə də əzbərə bildiyi, lakin, mənim indiyə qədər oxuma fürsətim olmayan bir əsəri Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə romanı”nı oxumaq üçün əlimə verdi.

Əslində mənim qəribə bir xasiyyətim var bir dəfə baxdığım filmə bir daha əsla baxma marağı duymuram. Və ya məzmununu bildiyim bir əsəri oxumaq mənə boşuna vaxt itkisi kimi gəlir.

Vaxtilə eyni yazıçının “Çalıquşu” əsəri də əlimə keçdikdə əvvəl qəti oxumağı düşünməmişdim. Nə də olsa, Aydan Şenerin baş rolu canlandırdığı eyni adlı seriala uşaqlıqdan bəri heç bezmədən onlarca dəfə baxmışdım(qeyd etdiyim kimi, bir filmə ikinci dəfə baxmaq adətim olmadığı halda). Dolayısı ilə məzmununu artıq əzbərə bilirdim. Amma elə ki, kitabı maraq üçün oxumağa başladım Çalıquşunun bambaşqa dünyasına daxil oldum. Əsərdən o qədər çox təsirlənmişdim ki, bir neçə həftə beynimdə, dolandı bir çox hissəsi.

Elə bu təcrübəmdən yola çıxıb xırda detallarını bilməsəm də ümumi süjet xəttindən xəbardar olduğum ” Dodaqdan qəlbə” əsərinə də bir şans vermək qərarına gəldim. Hələ bir də bu aralar romantik bir əsər axtarışında ikən.

Və nə yaxşı ki, o şansı verdim. Əsəri əlimə aldım və 2-3 günə bitirdim. Nə yalan söyləyim günlərdir bitirməyimə baxmayaraq hələ də təsirindəyəm. Oxuyarkən göz yaşlarımı tuta bilmədiyim səhnələr yadıma düşdükcə qəlbimdən bir nisgil, bir sızıltı keçir.

Başlarda Kənanın hərəkətlərinə əsəbləşib Lamiəyə ürəyimiz yandı, sonlarda hər nə qədər bağışlanması mümkün olmasa da Kənana qarşı mərhəmət yarandı içimizdə. Və çox gözəl ola biləcək bir eşqin başlamadan bitməsinə, gül açmadan solmasına böyük təəssüf hissi ilə şahidlik etdik.

Əsər bir çoxunuza məlum olduğu üçün haqqında çox danışmaq istəmirəm. Sadəcə öz düşüncələrimdən bəhs edəcəm.

Lamiənin mütiliyi, Kənanın qeydsiz-şərtsiz hər istəyinə boyun əyməsi əsərin əvvəllərində əsəbləşdirir insanı. Lakin oxuduqca onun təmiz qəlbini tanıdıqca bunların saf sevgisindən irəli gəldiyini görə bilirsən. Kənanın onunla istəməyərək, özünün məcbiri borcu olduğu üçün evlənmək istədiyini bildikdə qəti etiraz etməsi bunun sübutudur əslində.

Yazıçı bu əsəri ilə həm də insanların ruhi – psixoloji hallarına aşinalığını da ortaya qoymuşdur. Həm Lamiənin, həm Kənanın, həm onların ətrafındakıların və ən əsası da cəmiyyətin psixologiyasını incə məqamlarla üzə çıxarır və özünü usta yazıçı kimi sübut edir.

Lamiə atasını-anasını itirmiş, əmisi evinə sığınmış və sevgiyə həsrət, sevgiyə möhtac bir qızdır. Yaşının az olmasını də yazıçı səbəbsiz seçməyib. Lamiə təcrübəsizdir, hər kəsə inanır. Kənan isə onun əslində həyatdakı ən böyük, ağır və acı təcrübəsi olur. Saf sevgi bəslədiyi bu insan qızın ona olan hisslərinin dərinliyini duyduqda öz fəlsəfəsini dilə gətirir: . Gərək, sevginin dodaqdan qəlbə zəhər kimi işləməsinə yol verməyəsən. Mən çiçəklərə “torpağın sevgisi” deyirəm, Xınalı yapıncaq. Onlar da torpağın dodaqlarında bir busə olaraq açılıb solurlar. Ancaq onlardan hansı biri torpağın qəlbinə girməyi düşünür. Bu, sadəcə məsum bir könül əyləncəsindən ibarətdir, eləmi?
Lamiyə isə yenə saflığı və təcrübəsizliyindən doğan bir cavabla qarşılıq verir : Mən bundan sonra da yalnız bu əyləncə üçün yaşamaq istəyirəm, Kənan bəy.

Lamiənin həyatını izlədikdə ən çox təsirləndiyim nüanslardan biri də qarşısına çıxan əks cinslərin demək olar ki, hamısının sonda başqa məqsəd güdməyə başlaması idi. Bu dünya yaranandan belə gəlib, belə də gedəcək deyəsən. Bir qadın təkdirsə, köməksiz, əlacsızdırsa qarşısına çıxan hər bir kişi mütləq sahiblənmək, öz himayəsinə almaq fikrinə düşür. Çünki kənardan kömək etmək cəmiyyətdə çox baş ağrıdan söz-söhbətlərin yaranmasına səbəb verir. Təəssüf .

Kənan isə məhrumiyyətlər səbəbi ilə uşaqlıq yaşamamış, özünü hər zaman əksik, hər kəsdən aşağı görərək böyümüşdür. O qədər aşağı ki, qarşılıqlı duyğular bəslədiyi ilk eşqindən belə özünü layiq bilmədiyi üçün vaz keçmişdir. Elə ki, kamanı və bəstələri ona şöhrətin qapısını açmış, ətrafdakılar ona başqa nəzərlərlə baxmağa başlamış Kənan sanki bütün yaşaya bilmədiyi uşaqlığının, qaçırdığı şanslarının acığını çıxarmağa başlayır həyatdan və ətrafından. O artıq nə sevgiyə inanır, nə də saf duyğulara. Hər gün başqa budaqda ötən bülbül misalı davam edir həyatına. Lamiəyə tam başından bəri aşiq olduğu fikrini və hissini qəti şəkildə yaxın qoymur özünə. Çünki bu həyatda Cavidan kimi əsil və mötəbər bir xanım var ikən, sadə və saf Lamiəni seçmək çox böyük “ağılsızlıq” olardı. Əslində bu balaca qızı tam anlamıyla sevdiyini və bəstələrinin ilham qaynağı məhz Lamiənin olduğunu öyrəndikdə, daha doğrusu öz-özlüyündə qəbul etdikdə isə artıq çox gecikmiş olur.

Və əsərdə ən təsirləndiyim, məni kitabı bitirdikdən sonra tez-yez ürək ağrısı ilə xəyala daldıran hissə ilə o bunu çox ağır və acı şəkildə öyrənmiş olur. Qonaq gəldiyi dostunun evindən bir az aralı yaşayan Lamiənin hisslərini oyadacağından əmin bir şəkildə gecənin səssizliyində, açıq pəncərə önündə öz kamanını bəlkə də həyatında heç olmadığı qədər ürəkdən çalaraq son bir çırpınışla sevgisini dilə gətirir. Lakin böyük ümidlə çaldığı bu parçanın əslində eşqinin sonunu gətirdiyindən xəbərsizdir. Lamiə məhz bu musiqi ilə Kənana olan eşqinin artıq bitdiyini, bütün duyğularının öldüyünü anlayır.

Son vaxtlar ən çox dinlədiyim və sanki məhz bu hissəyə ithaf olunmuş bir musiqi parçası ilə günlərlə gözümdə canlandı o səhnə. Musiqini dinləyin mütləq məncə. Əsəri oxumuşsunuza haqlı olduğumu görəcəksiniz.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

“Dodaqdan qəlbə” Rəşad Nuri Güntəkin

“Bəzi gizli xəstəliklər var. İnsan onların harada və necə başlandığını müəyyən edə bilmir. Yaralar elə incə və zərif olur ki, bədəni mübhəm, xoş həyəcanlara bənzəyən zəhərlənmələri də təzəcə başlayan sərxoşluq kimi ilk vaxtlar nəşə və ləzzət verir; ağrılar o qədər küt olur ki, yerini müəyyən edə bilmirsən. Səni için-için yeyib bitirən xəstəliyin əlaməti belədir. Mənim Lamiəyə olan eşqim də belədir”.

Roman kiçik yaşında çoxlu əziyyət və çətinliklər görən Kənanın həyatından bəhs edir. O, məktəb dərslərində heç uğuru olmayan yalnız atası kimi musiqiyə həvəsi olan bir gəncdir. Atası uşaqlarını saxlamaq üçün oğurluq etmiş və bunun üçün də həbsə düşmüşdü. Dayısı da bu səbəbdən Kənanı həmişə atasına bənzədir, onun kimi “Çalğıçı” olmağını pisləyir və gələcəkdə səfil biri olub özünü məhv edəcəyini deyirdi. Lakin həyat Kənanın üzünə gülür, musiqi təhsili alır və bəstələdiyi musiqilər hamı tərəfindən sevilir. Şan-şöhrət dayısının Kənana münasibətini dəyişir, əvvəllər oğru kimi gördüyü Kənan artıq onun göz bəbəyinə çevrilir. Dəyişən təkcə bu deyildi, Kənan da dəyişmişdi. Əvvəllər ağırbaşlı, utancaq, heç kimlə münasibəti xoşlamayan Kənan getmiş, yerinə şən, daim insanların əhatəsində olmağı sevən Kənan gəlmişdi. Gənc ikən sevdiyi qızı rədd edən Kənan yetkin vaxtında kiçik bir qızın- “Xınalı yapıncaq” adlandırdığı Lamiənin həyatını məhv edir. Gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lamiə isə bir sıra çətinliklərə dözür, qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır. Kənan Cavidanla xoşbəxt yaşadığını sanır, yalnız anasının ölümündən sonra Lamiəni xatırlayır, onunla dərdləşmə arzusu yaranır. O “Xınalı yapıcağı” görmək üçün İzmirə gəlir, amma burada Lamiənin başına gələn bədbəxt hadisələri öyrənir. Bundan sonra Cavidanla xoşbəxtliyinin sadəcə zahiri olduğunu əslində Lamiəni nə qədər sevdiyini anlayır. Cavidanla boşandıqdan sonra o, köhnə dostu Vədadla, Vədad vasitəsilə də Lamiə ilə rastlaşır. Lamiəni və qızını geri qazanmaq üçün səylər etsə də Lamiə ona bir vaxtlar Kənanın özünün dediyi kimi “Bu könül əyləncəsindən başqa bir şey deyildi” deyib onu bir daha görmək istəmədiyini bildirdi. Kənan bəhanə ilə Vədadgilə gəlib kamanda musiqilər çaldı. Lakin istədiyinin əksi oldu. Aylı bir gecədə kaman səsindən doğan məhəbbət beş ildən sonra eyni səslər içində sönüb getmişdi. Lamiə Vədadla evləməyə razılıq vermiş, Kənanda bacısı Əfifə və anasının məzarının ziyarəti üçün şəhərdən ayrılır. Şöhrətpərəstliyi Kənanın həyatını tamam məhv etmiş, 6 aydan sonra isə intiharına səbəb olmuşdu.

“Ölüm acı bir dərmandır-unutmaq və artıq əzab çəkməmək üçün istəməyərək, üzümüzü bürüşdürərək, iyrənərək, gözlərimizi yumaraq bir həmlədə içdiyimiz dərman”.

Romanın belə bitməsi məni heç kədərləndirmədi, əksinə sonda Lamiə ilə Kənan qovuşsaydı onda kədərlənərdim. Sevdiklərimizə vaxtında dəyər vermək, onları vaxtında sevmək lazımdır. Romanın da bir neçə ayrı yerində bu məqama toxunub. Məsələn, Lamiə yatalaqdan ölən qardaşından danışarkən ona konfet verməməsindən, onu aldatmasını xatırlayıb məyus olurdu. Həqiqətən də kimin əvvəl öləcəyi məlum deyil ki…

“Dodaqdan qəlbə” romanını 1925-ci ildə Rəşad Nuri Güntəkin qələmə alıb.

SƏMƏDOVA JALƏ

Dodaqdan qəlbə. Rəşad Nuri Güntəkin (PDF yüklə)

1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirir.

Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihat və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan “Ulus” qəzetinin İstanbul qolu olan “Məmləkət” qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.

Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.

Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdir. Əsərlərində Anadoluda ki yaşamı və toplusal sorunlaru ələ almış insanı insan çevre ilişkisi içində yansıtmıştır. Romanlarında istifadə etdiyi dil və anlatım oldukca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümdə etdiyi, kitap halına sala bildiyi və ya dərgi, qəzet səhifələrində, teatr reperturlarında bulunan əsərlərinin sayı yüzə çatır.

Romanları

  • Çalıquşu (1921)
  • Gizli əl (1924)
  • Damğa (1924)
  • Dodaqdan qəlbə (1924)
  • Axşam günəşi (1926)
  • Bir qadın düşməni (1927)
  • Yaşıl Gecə (1928)
  • Acımak (1928)
  • Yarpaq tökümü (1939)
  • Dəyirman (1944)
  • Kızılcık dağları (1944)
  • Miskinlər təkkəsi (1946)
  • Xarabalıqların çiçəyi (1953)
  • Kavak yelləri (1961)
  • Son sığınacak (1961)
  • Qan davası (1962)
  • Atəş gecəsi (1953)
  • Göy üzü (1935)
  • Köhnə xəstəlik (1938)

“Dodaqdan qəlbə”, Rəşad Nuru Gündəkinin bir romanıdır. Ənənə tərifini etmədə və şəxsiyyət canlandırımında müvəffəqiyyətli, romantik, və sevgi dolu bir roman olaraq qəbul edilir. Mahnıları, filmlərə, nostaljik romantizminizə bolca mövzu olmuş eşqlərin unudulmaz romanlarından biridir.

1951 – Kino filmi – Rejissor və ssenarist :Sədan Kamil, Baş rollarda: Müzəffər Mövzu, Məsihə Yeldə.

1951 – Kino filmi – Rejissor: İdeal Erakalın, Ssenarist: Bülent Nisbət, Baş rollarda: Cüneyd Arxın, Xülya Qoç igid.

2007 – TV serialı – Rejissor: Andaç Haznedaroğlu, Ssenarist: Mələk Gençoğlu, Baş rollarda: Burak Haqqı, Əsli Tandoğan

Comments are closed, but trackbacks and pingbacks are open.