Press "Enter" to skip to content

Dostoyevski olu indd

vardı. onları qısa müddətə göndərirdilər; cəza başa çatanda isə

Fyodor Dostoyevski – Ölü Evdən Qeydlər

Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialistutopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi. «Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.

Sibirin uzaq məmləkətlərində, çöllərin, dağların, ya da keçilməz meşələrin qoynunda arabir kiçik, bir, uzağı iki min əhalisi, ağacdan tikilmiş, yöndəmsiz, biri şəhərdə, digəri qəbiristanda yerləşən iki kilsəsi olan şəhərlərə rast gəlmək olur; daha çox Moskvaətrafı yaxşı bir kəndə oxşayan bu şəhərlər qəza polis rəisləri, iclasçılar və digər kiçik rütbəli zabitlərlə kifayət qədər təmin olunmuşdur. Ümumiyyətlə, Sibirin havası son dərəcə soyuq, xidməti son dərəcə isti olur. Burda insanlar sadə, məhdud yaşayır: köhnə, möhkəm, əsrlərlə müqəddəs sayılan qayda-qanunlar hökm sürür; əhali əsasən Sibir dvoryanlığı rolunu haqlı olaraq oynayan məmurlar, yerli əhali – köklü sibirlilər və verilən məvaciblə müqayisədə böyük donluqla, ikiqat yol pulu və gələcək həvəsləndirici ümidlərlə şirnikdirilmiş, Rusiyadan, əksərən də paytaxtdan gəlmələrdir. Onlardan həyatın sirrindən baş aça bilənləri, demək olar ki, həmişə Sibirdə qalırlar və həvəslə orda kök salırlar. Sonralar onlar bol və şirin meyvə gətirirlər. Amma digərləri – yelbeyin və həyatın sirrindən baş aça bilməyənlər tezliklə Sibirdən bezir və kədər içində özlərinə belə bir sual verirlər: onlar nə üçün bura tökülüb gəliblər? Onlar məcburi xidmətlərinin, yəni üç ilin sonunu səbirsizliklə gözləyirlər və bu müddət qurtaran kimi dərhal başqa yerə dəyişdirilmək üçün əlləşir, Sibiri söyüşlərə qərq edə-edə, məsxərəyə qoya-qoya evlərinə qayıdırlar. Onlar haqsızdırlar: təkcə xidməti deyil, bir çox digər baxımdan Sibirdə kef çəkmək olar. İqlimi gözəldir, çoxlu zəngin və qonaqpərvər tacirləri var, müxtəlif xalqların nümayəndələri son dərəcə firavan yaşayırlar, cavan qızlar qızılgül kimi çiçəklənirlər və son dərəcə mənəviyyatlıdırlar; küçələrdə ov quşları uçuşur və ovçuya özləri tuş gəlirlər; şampan şərabı ifrat dərəcədə çox içilir; kürüyə söz ola bilməz; məhsul bəzi yerlərdə birə-on beş olur… Ümumiyyətlə, torpaq bərəkətlidir. Yalnız ondan istifadə etməyi bacarmaq lazımdır. Sibirdə ondan istifadə etməyi bacarırlar.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Dostoyevski olu indd

hökm Çar tərə findən dəyişdirilərək sibirə sür gün lə əvəz edilmişdi.

Özünün çox da uzaqda olmayan ölüm an larını yaşayan gənc ədib

cəzanın dörd ilini omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə

«Ölü evdən qeydlər» əsəri yazıçının məhz omsk həbs xa na sın dakı

həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazıl­

mışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun

dün ya görüşünə ciddi təsir etmişdir.

Bizim həbsxana qalanın kənarında, qala divarının böy­

ründə yerləşirdi. Hərdən hasarın deşiyindən Allahın dünyası­

na baxır san: nəsə görə biləcəksənmi? Gördüyün yalnız göyün

bir qırağı, bir də hündür, cəngəllik basmış torpaq sədd olurdu.

səddin ar xa sında və qabağında isə gecə­gündüz qarovulçular

gəzişir və elə buradaca fikirləşirsən ki, illər ötəcək, sən isə elə

beləcə gedib ha sarın deşi yin dən baxacaqsan və elə həmin o

səddi, eynilə hə min o qarovul çuları və göyün həmin o kiçicik

qırağını görəcək sən, amma bu, həbs xananın üzərindəki səma

deyil, başqa, uzaq, azad bir səma olacaq.

Uzunluğu iki yüz, eni yüz əlli addım, düzgün olmayan

al tı bucaqlı şəklində hündür çəpərlə, yəni bir tərəfi torpa­

ğa bas dırılmış, möhkəm­möhkəm bir­birinə bərkidilmiş və

ucları iti lənmiş hündür tirlərlə hasarlanmış böyük həyəti

təsəvvürünüzə gətirin: həbsxananın bayır tərəfdən hasarı bu­

dur. Hasarın bir tərəfində daim bağlı olan, gecə­gündüz qa­

rovulçuların mühafizə etdiyi möhkəm darvaza vardı; onları

tələb olunanda, məhbusları işə buraxmaq üçün açırdılar. Bu

qapıların arxasında işıqlı, azad bir dünya vardı və orada in­

sanlar hamı kimi yaşayırdılar. Amma hasarın bu üzündə o

işıqlı dünyanı real olmayan bir nağıl kimi təsəvvür edirdilər.

Burda xüsusi, artıq heç nəyə bənzəməyən bir dünya vardı; bu­

ranın özünün xüsusi qanunları, öz geyimi, öz adət­ənənələri

və bu diri ikən ölü evin heç yerdə olmayan bir hə yatı və xüsusi

insanları vardı. Bax, bu xüsusi yeri təsvir et məyə başlayıram.

Hasardan içəri girən kimi bir neçə bina görəcəksiniz.

Böyük həyətin hər iki tərəfi ilə tirlərdən tikilmiş iki uzun,

birmərtəbəli evlər uzanıb gedir. Bu kazarmalardır. Burda

dərəcələr üzrə məh buslar yaşayır. Hasarın dərinliyində yenə

belə bir ev var: bu, iki artelə bölünmüş mətbəxdir; bir az aralı­

dakı tikilidə isə zirzəmilər, anbarlar, tövlələr yerləşir. Həyətin

ortası boşdur və hamar, kifayət qədər böyük bir meydandan

ibarətdir. Burada məhbuslar düzülür – səhər, günorta və ax­

şam; bəzənsə – qaro vulçuların şübhələnməsin dən və onların

tez­tez saymaq bacarı ğın dan asılı olaraq hətta gündə bir neçə

dəfə adbaad yoxlama keçirilir. Ətrafda, tikililərin və hasarın

içində xeyli böyük sahə qalır. Burada, tikililərin dal tərə fində

xarakter etibarilə daha ada mayovuşmaz və daha qara qa baq

olan bəzi dustaqlar işdən kə nar vaxtda, hamının gözündən

yayı naraq gəzməyi və fikirləş məyi sevirlər. Bu gəzinti zamanı

onlarla rastlaşanda, mən on ların tut qun, damğalı sifətlərinə

baxaraq nə barədə düşün dük lərini tap mağı xoşlayırdım. Bir

nəfər sürgün vardı, boş vaxtlarda onun sevimli məşğuliyyəti

tirləri saymaq idi. onların sayı min beş yüz idi və hər biri onun

hesabında və nəzarətində idi. tirin hər biri onun üçün bir

günü ifadə edirdi; hər gün tirlərdən birini ayırırdı və beləliklə,

qalanların sayına əsasən həbsxanada qala cağı günləri əyani

şəkildə görə bilirdi. Altıbucağın tərəflərindən birini sayıb

qurtaranda, buna çox sevinirdi. O hələ illərlə göz ləməli oldu;

amma həbsxanada səbirli olmağı öyrənməkçün vaxt var idi.

Bir dəfə iyirmi illik katorqadan sonra, nəhayət, azadlığa çıxan

bir dustağın öz yoldaşları ilə necə vidalaşdığını gördüm. elə

adam lar vardı ki, həbsxanaya hələ cavan yaşlarında, qay ğısız,

öz cinayəti və cəzası barədə fikirləşməyən bir gənc kimi da­

xil olduğunu xatırlayırdı. oradan çıxanda ağsaçlı, qaraqabaq

və kə dərli bir qoca idi. O, dinib­danışmadan bizim bütün altı

ka zarmamızın hamısına dəydi. kazarmalara girir, ikonanın

qarşı sında dua edir, sonra isə yoldaşlarına dərindən baş əyir

və xahiş edirdi ki, onu pisliklə yad etməsinlər. yadımdadır,

bir dəfə ax şamtərəfi, əvvəllər varlı bir sibir mujiki olmuş

məhbusu dar vazanın ağzına çağırdılar. Bundan yarım il əvvəl

xəbər gəlmişdi ki, onun keçmiş arvadı ərə gedib və o bun­

dan möhkəm kədərlən mişdi. indi arvadın özü həbsxanaya

gəlib, onu çağırıb sədəqə verdi. onlar iki dəqiqəyədək söhbət

etdilər, hər ikisi göz yaşı axıtdı və əbədi olaraq ayrıldılar. ka­

zarmaya qayı danda onun sifətini gördüm…

Bəli, burada səbirli olmağı öyrənmək olardı.

Hava qaralanda hamımızı kazarmaya salırdılar və orada

bütün gecəni bağlı qapılar arxasında saxlayırdılar. Həyətdən

ka zarmaya qayıtmaq mənimçün həmişə çox ağır olurdu. Bu,

uzun, alçaq və boğanaq, piy şamlarla zəif işıqlandırılan, ağır,

boğucu havası olan bir otaq idi. Anlaya bilmirəm ki, mən belə

otaqda bu on ildə necə sağ qaldım. Mənim taxtımın üçcə tax­

tası vardı: bütün yerim bundan ibarət idi. tək bizim otaqda,

elə bu taxtların üstündə otuza qədər adam yerləşmişdi. Qışda

qapıları erkən bağ layırdılar; dörd saata qədər gözləməli olur­

dun ki, hamı yatsın. ona qədərsə səs­küy, hay­haray, gülüş

səsləri, söyüşlər, zən cir lərin cingiltisi, tüstü­duman, his, qır­

xıq başlar, damğalı sifətlər, cır­cındır paltar – hər şey ur vat­

dan salınmış, rüsvay edil miş… Bəli, insanın canı bərkdir! in­

san hər şeyə alışmağı ba ca ran bir məxluqdur və düşünürəm

ki, bu, onun ən yaxşı tərifidir.

Həbsxanaya cəmisi iki yüz əlli adam yerləşirdi – bu

rəqəm, demək olar ki, dəyişmirdi. Bəziləri gəlir, bəziləri

müd dəti başa vu rub gedir, bəziləri də ölürdü. və burda necə

desən adam var dı! Məncə, rusiyanın hər bir quberniyasın­

dan, hər bir bölgə sindən bur da nümayəndə vardı; digər

xalqlardan, hətta Qafqaz dağlılarından olan sürgünlər də

vardı. onları cinayət dərəcələ rinə, yəni həbs illə rinin sayına

görə bölmüşdülər. elə bir cinayət yox idi ki, onun bu rada

nümayəndəsi olmasın. Məhbuslar əsasən vətəndaş kateqori­

ya sından olan katorqa sürgünləri idi. Bunlar var­dövləti

əlindən alın mış, cəmiyyətdən təcrid edilmiş, bütün hüquq­

lardan məhrum edilmələrinin əlaməti kimi sifətləri dam­

ğalanmış cinayətkarlar idi lər. onları səkkiz ildən on iki ilədək

katorqa işinə göndərmişdilər və sonra hərəsini sibirin bir

nahiyə sinə sürgün kimi köçürəcəkdilər. Hərbi kateqoriyadan

olan və ümumiyyətlə, rus hərbi məhbus alaylarındakı kimi,

mülkiyyət hüququndan məhrum edilməyən cinayətkarlar da

vardı. onları qısa müddətə göndərirdilər; cəza başa çatanda isə

əsgər rütbə sində gəldikləri yerə, sibir nizami qoşunlar alayına

qaytarırdılar. onlardan çoxu ikinci və qatı cinayət üstündə elə

o saatdaca geri, həbsxanaya, amma artıq katorqa müddətinə

deyil, iyirmi illiyinə qayıdırdılar. Bu kateqoriya «həmişəkilər»

adlanırdılar. Amma «həmişəkilər» yenə də mülkiyyət hüqu­

qundan tamam məhrum edilmirdilər. Nəhayət, ən dəhşətli,

əsasən hərbi çi lərdən ibarət çoxsaylı xüsusi cinayətkar kateqo­

riyası da vardı. Buna «xüsusi bölmə» deyirdilər.

rusiyanın hər yerindən bura cinayətkarlar göndərilirdi.

onlar özlərini daimi adlandırırdılar və öz iş müddətlərini

bilmir dilər. Qa nuna əsasən onlara iş dərslərini ikiqat, üçqat

artırmalı idilər. sibirdə ən ağır katorqa işləri açılanacan onları

həbsxanada saxlayırdılar. «sizə bir müddətə, bizə isə bütün

katorqa boyu», – onlar digər məh buslara belə deyirdilər. son­

ra eşitdim ki, bu kateqoriya ləğv edilib. Bundan savayı, bizim

qaladakı vətəndaş qaydası da ləğv olunub və tək bir ümumi

hərbi­məhbus alayı yaradılıb. sözsüz ki, bununla birlikdə

müdiriyyət də dəyişdi. De məli, mən keçmişi, çoxdan ötmüş

və keçib getmiş günlərin əhvalatlarını təsvir edirəm.

Bu, artıq çoxdan olmuşdu; indi bütün bunlar mənə yuxu

kimi gəlir. Həbsxanaya necə daxil olduğum yadımdadır. Bu,

de kabr ayı, axşamçağı idi. Artıq qaranlıq düşmüşdü; camaat

işdən qayıdırdı; yoxlamaya hazırlaşırdılar. Bığlı unter­zabit,

nəhayət, bu qəribə evin qapılarını mənim üzümə açdı; burada

o qədər yaşamalı, elə hə yə canlı günlər keçirməli idim ki, bun­

ları, həqi qətən də, yaşamadan və öz üzərimdə hiss etmədən

onların barə sində təxmini də olsa tə səvvürə malik ola bil­

məzdim. Məsələn, heç cür təsəvvürümə gətirə bilməzdim

ki, burda dəhşətli və əzablı nə var: axı, mən bütün bu onillik

katorqa həyatımda bir dəfə də olsun, bir dəqiqə belə tək qal­

mayacağam? işdə daim mü hafizə dəstəsinin nəzarəti altında,

evdə iki yüz yoldaşımla bir lik də olacağam və bir dəfə də ol­

sun tək qalmayacağam! Bu nunla belə buna mən hələ alışmalı

Burada təsadüfən qətl törədənlər də, peşəkar qatillər də,

qul durlar və quldur başçıları da, dələduzlar və səfillər, ha­

vayı pul qa zanmaq həvəskarları və dəllallar da vardı. elələri

də vardı ki, başa düşmək olmurdu, onlar bura nə səbəbdən

düşmüşdülər? Bu nunla belə, hərənin anlaşılmaz və ağır,

dü nən axşamkı sər xoş luğun dəmi kimi bir dastanı vardı.

Ümumiyyətlə, onlar olub­keçənlər b a rəsində danışmağı sev ­

mirdilər və yəqin, keçmiş ba rədə dü şünməməyə çalışırdı­

lar. onların arasında hətta o qədər şad­xürrəm, o qədər

heç nə barəsində düşünməyən qatillər tanı yırdım ki, onla­

rın vicdan əzabı çəkmədiklərini əminliklə söylə mək olardı.

Amma, demək olar ki, daim susan, kədərli simalar da vardı.

Ümumiyyətlə, öz həyatını nəql edənlər az­az olurdu; həm

də bir­birinin həyatı ilə maraq lanmaq burada dəb deyildi,

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Ölü evdən qeydlər

Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi. «Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.”

Oxşar kitablar

Yalquzaq

Herman Hesse

Cild : Yumşaq

Sehrli dağ

Tomas Mann

Cild : Yumşaq

Maliyyəçi

Teodor Drayzer

Cild : Yumşaq

Böyük evin kiçik xanımı

Cek London

Cild : Yumşaq

Lautenzak qardaşları

Lion Feyxtvanger

Cild : Yumşaq

Yevgeni Onegin

Aleksandr Puşkin

Cild : Yumşaq

Qumarbaz

Fyodor Dostoyevski

Cild : Yumşaq

Uşaqlıq

Maksim Qorki

Cild : Yumşaq

Dahi

Teodor Drayzer

Cild : Yumşaq

Qafqaz səfəri

Aleksandr Düma

Cild : Yumşaq

Pələng dərisi geymiş cəngavər

Şota Rustaveli

Cild : Yumşaq

Səfillər

Viktor Hüqo

Cild : Yumşaq

Otello

Uilyam Şekspir

Cild : Yumşaq

Əcəl zəngi

Ernest Heminquey

Cild : Yumşaq

Ovod

Etel Lilian Voyniç

Cild : Yumşaq

Stokda yoxdur

Böyük ümidlər

Çarlz Dikkens

Cild : Yumşaq

Üç muşketyor

Aleksandr Düma

Cild : Yumşaq

Netoçka Nezvanova

Fyodor Dostoyevski

Cild : Yumşaq

Dəniz canavarı

Cek London

Cild : Yumşaq

Dəmir daban

Cek London

Cild : Yumşaq

Qraf Monte-Kristo

Aleksandr Düma

Cild : Yumşaq

Susa bilmirəm

Lev Tolstoy

Cild : Yumşaq

Ağ diş

Cek London

Cild : Yumşaq

Gün var əsrə bərabər

Çingiz Aytmatov

Cild : Yumşaq

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.