Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Atasının 1839-dakı ani ölümünü burada öyrəndi. Arvadının ölümündən sonra özünü tamamilə içkiyə yönəldən Mixail Dostoyevski isə artıq çalışa bilməz hala gəldi və torpağına çəkildi. Burada kəndlilərə və kölələrinə o qədər pis davrandı ki, ən sonunda özünü öldürmələrinə gətirib çıxardı. Atasının ölümünü Peterburqda xəbər alan Dostoyevski onun ölümünü istədiyi düşüncəsi səbəbiylə depressiyaya girdi. Xəstəliyinin ilkini həyatının bu mərhələsində keçirməyə başladı. Peterburq Mühəndis Məktəbindəki təhsilini müvəffəqiyyətlə bitirərək, kiçik leytenant rütbəsiylə Peterburqdakı İstehkam Müdirliyində vəzifəyə verildi.

Fyodor Dostoyevski – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.

1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı. Cəzası dörd il kürək, altı il də adi həbsə çevrildi. Cəzasını çəkməsi üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. Burada keçirdiyi dörd ildən sonra ər rütbəsi ilə xidmətə verildi. Zabitliyə qədər yüksəldi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı.

Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölü evdən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən Qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Yoldaşının ölümündən sonra sekretarıyla evləndi. Yenidən borclandı və qumarxanalarda gəzməyə başladı. Qızının ölümünün ardından böyük bir sarsıntı keçirdi.

Yeniyetmə (1875), Yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski bir ciyər qanamasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasından getdi. Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə dərindən təsir etdi.

Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe “O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr.”

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Uşaqlığı və gəncliyi
    • 1.2 İlk yaradıcılıq dövrü
    • 1.3 Sibir sürgünü
    • 1.4 İkinci yaradıcılıq dövrü
    • 1.5 Ölümü
    • 3.1 Romanları
    • 3.2 Povest və hekayələri
    • 3.3 Elmi ədəbi əsərləri

    Dostoyevskinin doğum yeri olan Moskvadakı Mariinski Xəstəxanası

    Uşaqlığı və gəncliyi

    Dostoyevski, Mixail və Maria Dostoyevskinin oğlu olaraq 11 noyabr 1821 tarixində Moskvada doğuldu. Altı uşaqlı ailənin ikinci uşağı idi. Atası Mixail, hərbi cərrahlıqdan təqaüdə çıxdıqdan sonra Mariinsky Xəstəxanasında yoxsullara xidmət etməyə başladı. Xəstəxana Moskvanın ən pis yerlərindən birində yerləşirdi. Dostoyevski də bu xəstəxana da doğuldu. Dostoyevskinin anası Maria isə bir tacir qızı idi.

    Mixail Andreyeviç Dostoyevski olduqca sərt bir adam idi. Ən böyük məşğuliyyəti içki idi və ailəsini möhkəm bir intizam altında idarə edirdi. Böyük qız olduqları halda qızlarının tək başlarına küçəyə çıxmasına icazə verməzdi. Dörd oğuluna isə bir başçavuş kimi davranırdı. Çox tez əsəbiləşər, uşaqları isə qaçacaq yer axtarardılar. Mixailin başqa bir xüsusiyyəti də xəsisliyi idi. Vəziyyətinin yaxşı olmasına baxmayaraq, uşaqları 16-17 yaşına gələnə qədər onlara cibxərcliyi belə verməmişdir. Anası Maria Dostoyevski və uşaqlar yaz aylarını Tulada keçirirdilər. Burada Fyodor atasına xidmət edən kəndlilərlə tanış oldu və onlara bağlandı. Bu təcrübə uşağın gələcəkdəki həyatı üzərində çox dərin təsir yaradacaqdı.

    Dostoyevski uşaqlığını çox vaxt sərxoş bir ata və xəstə bir ana arasında keçirdi. Atasının işlədiyi xəstəxanadan olan xəstələr ilə vaxt keçirməyi və onların hekayələrini dinləməyi çox sevən Dostoyevski ilk təhsilini Moskvada aldı. Anası vərəm xəstəliyi ucbatından öldüyü zaman, sərt intizamıyla tanınan Peterburq Mühəndis Məktəbinə göndərildi. Yoldaşlarının, əsəbi və həddindən artıq həssas bir quruluşa sahib olduğu üçün “Alovlu Fedya” ləqəbini verdikləri Dostoyevski Peterburqda zamanını kitab oxuyaraq, düşüncələrə dalaraq, ya da qardaşı Mixail ilə söhbətləşərək keçirdi.

    Atasının 1839-dakı ani ölümünü burada öyrəndi. Arvadının ölümündən sonra özünü tamamilə içkiyə yönəldən Mixail Dostoyevski isə artıq çalışa bilməz hala gəldi və torpağına çəkildi. Burada kəndlilərə və kölələrinə o qədər pis davrandı ki, ən sonunda özünü öldürmələrinə gətirib çıxardı. Atasının ölümünü Peterburqda xəbər alan Dostoyevski onun ölümünü istədiyi düşüncəsi səbəbiylə depressiyaya girdi. Xəstəliyinin ilkini həyatının bu mərhələsində keçirməyə başladı. Peterburq Mühəndis Məktəbindəki təhsilini müvəffəqiyyətlə bitirərək, kiçik leytenant rütbəsiylə Peterburqdakı İstehkam Müdirliyində vəzifəyə verildi.

    Özü üçün heç bir mənası olmayan bir həyata başlamışdı. Bohem ətraflara dadandı, maaşına və torpaqdakı payından götürdüyü illik 5.000 rublluq gəlirə qarşılıq davamlı çətinlik içində idi. Bilyarda maraq salmışdı və həmişə uduzurdu. Həyatı boyunca avara həyatı səbəbiylə, son illərində kitablarından təmin etdiyi gəlirin xaricində həmişə yoxsulluq içində yaşadı.

    Bu qəribə davranışlarına qarşılıq, həyatını başdan başa dəyişdirəcək hadisə yaxınlaşırdı. Ədəbiyyatla maraqlanmağa başlamışdı və işə Balzakın Eugenie Grandetsini ruscaya çevirməklə başladı. Ordudakı həyatdan da artıq sıxılmışdı. Böyük qardaşına 1843-cü ildə yazdığı məktubda, “Əsgərliyə kartofa nifrət etdiyim qədər nifrət edirəm” deyə yazmışdı. Ertəsi il də daha çox dözə bilməyərək istefa verdi. Qərarını qardaşına məktubla xəbər verərkən belə deyirdi:

    “Heç peşman deyiləm. Bir ümidim var. Romanımı bitirmək üzrəyəm. Orijinal bir əsər olacaq”.

    İlk yaradıcılıq dövrü

    Ordudan ayrıldıqdan sonra roman yazmağa başladı. Dostoyevskinin ilk kitabı olan Bədbəxt insanlar ilk olaraq 1846-cı ildə nümayiş olundu.

    Dostoyevski, romanını “Oteşestvenya Zapiski” adlı məşhur bir ədəbiyyat jurnalında yayınlatmayı ümid etmişdi; lakin aradan bir il keçdiyi halda jurnal, romanında əhəmiyyətli dəyişikliklər etmədikcə, əsərini nəşr etməyi rədd etməyə davam edirdi. O da istənən dəyişiklikləri etmək yerinə, əsərini öz nəşr etməyi qərarlaşdırdı və qazanacağı pulla borclarını bağlaya biləcəyi ümidiylə 1846-cı ildə Bədbəxt insanlar’ı nəşr etdi. Kitabı oxuduqdan sonra zamanın usta tənqidçilərindən biri, ona bu məktubu göndərdi: “Siz problemin ruhunun ən dərinlərinə getmiş və bir neçə xəttdə böyük bir gerçəyi ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə böyük bir yazar ola bilərsiniz.”

    Dostoyevski, cəmiyyətini mərhəmətsiz qaydalarında yaşlı bir adamın yetim bir qıza bəslədiyi sevgini iç dünyasındakı dərin qarşıdurmalarla işlədi. Xalqın rəğbətiylə qarşılanan bu kitab, tənqidçilərdən də təriflər gördü. Məşhur tənqidçi Belinski, romanı oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə böyük bir yazar olacağına dair tərif dolu sözlər söylədi. Şair Nikolay Neksarov, Dostoyevski haqqında “Yeni bir Qoqol doğuldu” deyə danışdı.

    Dostoyevski bir gün içində şöhrətinin zirvəyə çatdığını gördü. Böyük qardaşına, “Hər şey sanki bir möcüzə kimi oldu,” deyirdi. Lakin şöhrətə qovuşduqdan sonra yaxşıca həyasızlaşaraq özünə heyran olan insanlara sərt şəkildə davranan Dostoyevskinin bu hərəkəti, kasıb təbəqədən gəldiyi üçün lağ edilməsinə və gözdən düşməsinə səbəb oldu. Bədbəxt insanlar’ın sürətli gələn müvəffəqiyyətindən sonra durğun və müvəffəqiyyətsiz bir dövr keçirdi. Təcavüzkar hərəkətləri üzündən tənha qalan yazarın borcları başına dərd oldu. Bu səbəbdən də yazmağa kafi zamanı ayıra bilməz olmuşdu. İlk müvəffəqiyyətini təkrar tuta bilməyəcəkmiş kimi görünürdü. Ədəbiyyat dünyasının özünə qarşı yuxarıdan aşağı baxan tutumu isə artaraq davam etməkdə idi.

    1846-cı ildə Oxşar əsəri nümayiş olundu. Yazıçı bu romanda, özünü ortadan qaldırmağa çalışan bənzəriylə davamlı qarşıdurma halında olan bir məmurun hekayəsini izah etdi. Bu romanda ələ aldığı cüt şəxsiyyət temasını daha sonra bəzi romanlarında istifadə etsə də roman, Belinski daxil heç bir tənqidçi tərəfindən bəyənilmədi. Tənqidçilər romanı sıxıcı adlandırdı. 1847-ci ildə isə Ev sahibəsi adlı əsəri nümayiş olundu. Dostoyevski bu əsəri ilə də gözlədiyi təriflərin əksinə tənqidlərlə qarşılaşdı. Dostoyevski, ruhi çöküntüyə düşdü və kədərdən xəstə oldu. Ancaq yazıçılığı buraxmayan Dostoyevski, 1848-ci ildə Bəyaz gecələrBir kövrək ürəkli adlı kitabları işıq üzü gördü. Bir kövrək ürəkli, yazıçıya etibarını yenidən qazandırsa da gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyən Dostoyevski ümidini itirdi. Yazıçılıqdan ümidini üzən Dostoyevski, siyasətlə maraqlanmağa başladı və gənc liberalların (Tetrashevski) qrupuna girdi.

    Sibir sürgünü

    23 aprel 1849-cu ildə Çarlıq polisi tərəfindən yatağında həbs olunan Dostoyevski, qrupun digər iyirmi üzvüylə birlikdə 22 dekabrda gülləyə düzülmək üzrə Semyonevski sahəsinə aparıldı.

    Hər gün yeni bir kitab

    Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; d. 11 noyabr 1821 – ö. 9 fevral 1881) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı. Cəzası dörd il kürək, altı il də adi həbsə çevrildi. Cəzasını çəkməsi üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. Burada keçirdiyi dörd ildən sonra ər rütbəsi ilə xidmətə verildi. Zabitliyə qədər yüksəldi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı. Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölü evdən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən Qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Yoldaşının ölümündən sonra sekretarıyla evləndi. Yenidən borclandı və qumarxanalarda gəzməyə başladı. Qızının ölümünün ardından böyük bir sarsıntı keçirdi. Yeniyetmə (1875), Yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski, bir ciyər qanamasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasından getdi. Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə dərindən təsir etdi. Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe “O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr.”

    Dostoyevskinin Məşhur əsərləri

    Fyodor Mixayloviç Dostoyevski 19-cu əsrdə Rusiyanın ən parlaq müəlliflərindən biridir. Sözün əmrini verən və çağdaş cəmiyyətin və dövlətin atmosferini ustalıqla çatdıran Telecree, bu müəllif rus ədəbiyyatının həqiqi bir dahisi oldu. Dostoyevskinin məşhur əsərləri Dostoyevskinin yaradıcılıq başlanğıcı epistolyar janrda yazılmış və əsas personajlar arasındakı əlaqədən bəhs edən Kasıb İnsanlar (1846) romanı idi. Bu roman ilk sosial roman sayılır, çünki yoxsul insanların həyatının bütün xüsusiyyətlərini açır, əvvəllər yazıçılar tərəfindən toxunulmayan personajların yeni personajlarını təsvir edir. Alçaldılmış və Təhqir olunmuş (1861) sevgi, sosial bərabərsizlik və insan ruhunun gücünün qəlizliklərindən bəhs edən bir romandır. Bu əsər də məşhurdur. Cinayət və cəza (1866) bəlkə də müəllifin insan təbiətinin mahiyyətini açan ən məşhur romanıdır. Roman, müəllifin Rodion Raskolnikovun düşüncələri ilə ifadə etdiyi incə psixoloji düşüncə və düşüncələrlə doludur. Qumarbaz (eyni 1866) bir insanın təslim ola biləcəyi və qəhrəmanın təslim olduğu kor ehtirası haqqında qismən avtobioqrafik bir romandır. İdiot (1868-1869), baxışları, düşüncələri və nəticələrinə görə başqalarından biraz fərqli bir insan haqqında bir hekayədir. Romanın əsas ideyası: cəmiyyətin ümumiyyətlə qəbul edilmiş kanonlarına uyduğunuz müddətdə yaxşısınız, cəmiyyətdən fərqlənsəniz axmaqsınız. Şeytanlar (1871-1872) inqilabın doğması və cəmiyyət tərəfindən qavranılması barədə siyasi yönümlü bir romandır. Dostoyevskinin bu məşhur əsəri lentə alınıb. Yeniyetmə (1875) yazarın təklif etdiyi tərbiyə mövzusunu əks etdirən bir romandır. Qardaş Karamazovlar (1879-1880) geniş oxucu kütləsinə məlum olan bir əsərdir. Bu roman Dostoyevskinin çağdaş reallığa baxışını əks etdirir. Romanın mahiyyəti insan varlığının mənasını əldə etməkdədir. Dostoyevskinin romanları psixoloji və emosionaldır. Dostoyevski insan ruhunu birinci yerə qoyur və onun sarsılmaz gücünə və dünya pisliyi, ədalətsizlik, yalan və çirkab üzərində qələbəsinə inanır.

Comments are closed, but trackbacks and pingbacks are open.