Dostoyevski yeraltından qeydlər
Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır.
Yeraltından qeydlər – Fyodor Dostoyevski
“Məncə, bunları yazmaqla səhv eləmişəm. Açığı, bunları yazan vaxt utanırdım, bu ədəbiyyat yox, cəza idi. Axı öz gizlin hücrəsinə çəkilib yaratdığı dünyada yaşayan, öz hirsində, kinində boğulan adam haqqında yazılan roman nə dərəcədə maraqlı ola bilər? Romanda gərək qəhrəman olsun, mənsə antiqəhrəmanın özəlliklərini yazmışam. Biz yaşamağı yadırğamışıq, hamımız axsayırıq, yaşaya bilmirik, bu söz bizim üçün o qədər yadlaşıb ki, kimsə yanımızda həyat sözünü işlədəndə hirslənirik. O dərəcəyə çatmışıq ki, həyatı əzab kimi, vəzifə kimi təsəvvür edirik və hamımız kitabların həyatdan yaxşı olduğunu fikirləşirik. Biz axı nə istəyirik? Heç özümüzdə bilmirik. İstəklərimiz yerinə yetsə bizim üçün çox pis olacaq. Siz bir yoxlayın, bizə imkan yaradın, əhatə dairəmizi genişləndirin, onda necə geriyə qayıtdığımızı görəcəksiniz. Bilirəm yəgin mənə hirslənəcəksiniz, deyəcəksiniz ki, öz adından danış, hamının adından danışmağa cürət etmə! İcazə verin, cənablar, bununla özümü təmizlə çıxarmaq istəmirəm. Həyatınızda çox şeyi axıracan etməyə cəsarətiniz çatmayıb, mənsə hamısını axıra qədər eləmişəm, üstəlik, siz qorxaqlığınızı xeyirxahlıq kimi qələmə vermisiniz, özünüz özünüzü aldatmısınız. Belə baxanda sizdən daha “canlıyam”. Diqqətlə baxın. Kitablarımızı əlimizdən alsalar biz çaşıb qalarıq, nə edəcəyimizi bilmərik. Çünki həyat, yaşamaq bizim üçün yerini bilmədiyimiz sirli bir şeydir. Biz, hətta insan olduğumuzu da yaddan çıxartmışıq. Biz, ölü atalardan doğulan ölü insanlarıq.”
Yazıçı əsərin sonunu bu sözlərlə bitirib. Kitab boyu insanı “şillələyən” müəllif sonda da insanlığımızın acınacaqlı hala düşməyini bu cür təsvir edib. Hazırki dövrlə müqayisədə burada qeyd olunanlar çox yüngüldür. Ancaq di gəl ki, bizlər heç birimiz bunun fərqində deyilik. kimlərinsə bizə dürtdüyü xarakterlərə sahiblənib, birdə onunla qürurlanırıq. Çox cılız görünürük məncə də. Hər gün minlərlə insan gözümüzün qabağından keçir. Hər biri də öz məqsədləri üçün, ona qoyulan planı yerinə yetirmək üçün, gözümüzün içinə baxa-baxa bizi aldatdığını, yola verdiyini düşünür. İnsanlar nərdivanın bir pilləsi deyil, sadəcə insandır. Sizin, bizim kimi insanlar! Hələ üstəlik bu durumdan şikayətlənmə cəsərati də tapırıq özümüzdə. İnsanlar bir birindən istifadə edir. Bizlər başqalarından istifadə etdiyimizi düşünürük, halbuki, bizdən də eyni şəkildə başqaları istifadə edir. Ancaq bu “xeyrimizə” olduğu üçün səsimizi çıxarmırıq. İstədiyimiz alınmayanda isə oyuncağı əlindən alınmış uşaq kimi zarıyırıq. Yaşa dolana qədər gördüklərimi kopyalamaqdan başqa əlimizdən bir iş gəlmir. Sözdə yenilikçiyik. Bəli, yeniliklər var. Ancaq özümüzlə bağlı heç bir yenilik yoxdur. cihazlarımız vasitələrimiz, bir- birimizə gəldiyimiz kələklər yenilənir.
“Xəstəliyi ilə qürurlananlar da var və deyəsən, mən hamıdan çox qürurlanıram. Mübahisə eləməyəcəm, yersiz olar, amma istənilən halda, əminəm ki, şüur xəstəlikdir.” Bu ifadə çoxları üçün gülünc səslənə bilər. Ancaq öz otağından çıxmayan bir adamın illərdir düşünüb heç kimə deyə bilmədiyi sözləri bu əsərə köçürdüyünü nəzərə alsaq çoxda haqlıdır. Ardınca müəllif ağrıdan həzz almaqdan, alçalmaqdan aldığı həzzdən danışır. Əslində isə, müəllif öz timsalında insanların özlərini könüllü şəkildə necə alçatdıqları göstərib. Çox təəsüf ki, bu kimi hallarla biz hər gün, hər saat qarşılaşırıq. Və də ən dəhşətlisi, biz buna alışmışıq. Bunu bir norma olaraq qəbul etmişik. İnsana görə xarakterimizi dəyişir, işə görə düşüncələrimizi dəyişir, partnyora görə hisslərimizi dəyişirik. Özümüzdən heç bir şey qalmır geriyə. Sıradan bir toplum kopyası oluruq. Utanmadan, birdə bununla qürrələnirik.
“Kaş tənbəl olardım. Aman tanrım, onda özümə necə hörmət edərdim. Bəli hörmət edərdim, ən azından bilərdim ki hansısa xüsusiyyətim var.” Burda da xarakterini dəyişdirən insanlarla ciddi bir zarafat edib. Rəğbət bəslədiyi adamlara yaltaqlanmaq, onlara oxşamağa çalışmaq 2 əsr qabaq olduğu kimi indiki dövrdə də aktuallığını saxlamaqdadır. Əslində heçdə inkişaf etmədiyimizin bir daha şahidi oluruq.
Daha sonra Dostoyevski insanın iki ən gözə çarpan özəlliyindən biri kimi naşükürlüyünü göstərir. Bu da yenə günümüzdə də təsdiqini tapır. Ümumiyyətlə XIX əsrdə, Rusiyada kapitalist münasibətlərinin inkişafı fonunda baş verən iyrənc “inkişaflar”, bu gün kapitalist rejimini tətbiq etməyə çalışan bizlərə çox bənzəyir. Eyni zamanda qeyd edirki, bəşər tarixində ağıl olmayıb. Bunu da yersiz müharibələrlə əlaqələndirir. Nəzərə alsaq ki, insan doğulduğu gündən ancaq savaşır. Bu fikirlə də razılaşıram.
Arzu və istəklərə çatanda isə müəllif qeyd edirki, “ancaq yaxşılığı sevmək tərbiyəsizlikdir!” Əsərdə ən çox xoşuma gələn fikirdir bəlkə də. Gün ərzində pozitivçilər ətrafımızı mühasirəyə alıb. ancaq yaxşı şeylər düşünməyimizi, həyatın xoş olduğunu bizə yedirməyə çalışırlar. Bəli həyat xoşdur, lakin təkcə yaxşılıqdan ibarət deyil. Pisliklər olmasa, yaxşılıq deyə bir qavrama niyə ehtiyac olsun ki? Ancaq yaxşıları istəmək, düşünmək, görmək büsbütün həyatı yarımçıq yaşamaq deməkdir. Birdə hər şeyi yarımçıq düşünüb, yarımçıq görən insanlar bizə qarşı necə tam səmimi ola bilər ki ? Maskalar özümüzdən önəmli deyil axı. Bununla bərabər qeyd edir ki, ” İnsan ancaq öz bədbəxtliyini görür, xoşbəxtliyini deyil.” Bəli biz naşükür olduğumuz üçün ancaq bədbəxt olmaqla kifayətlənirik.
Əsərin sonlarına yaxın tanış olduğu bir fahişəylə danışan qəhrəman onu düz yola çəkməyə çalışır. Bu zaman onun üçün ən ağır məqam ona yalan danışmaq olur. ” Mənim dilim dolaşacaq, utanıb qızaracağam, yalan danışmağa başlayacam. Lənətə gəlsin! Ən pisi də elə budur – yalan danışmaq. Utanıb qızarmadan yalan danışmaq. ” bu monoloqdan sonra yenə özünə haqq qazandırmağa çalışan qəhrəman yenə özünü ifşa etməli olur.
Qeyd edim ki, əsər Fyodor Dostoyevski ilə ilk tanışlığımız idi. İnsan üçün şillə effekti yaradan, insana özünü, həyatı sorğuladan bir dəsti xətti var. Bir daha cəmiyyət dediyimiz xarabada olan iyrənclikləri bir daha görmüş oldum. Səmimi qəbul etməyiniz diləyi ilə növbəti yazıda görüşənədək.
Yeraltından Qeydlər
“Yeraltından Qeydlər” (rus. Записки из подполья ) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır. [1] Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. “Mən xəstə bir adamam” ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır.
Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır.
Digər obrazlar
- Yeraltı adamı – baş personaj
- Anton Antonıç Setoçkin – yeraltı adamının masa rəisi
- Apollon – yeraltı adamının yaşlı qulluqçusu
- Liza – yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə
- Simonov – yeraltı adamının məktəb yoldaşı. Yeraltı adamının əlaqəsi olduğu tək adamdır;
- Zverkov – yeraltı adamının məktəb yoldaşı;
- Trudolyubov – yeraltı adamının başqa bir məktəb yoldaşı və Zverkovun uzaqdan qohumu.
İstinadlar
- ↑ Kaufmann, Walter (1956). Existentialism From Dostoevsky to Sartre. New York: Meridian Books. p. 52.
Xarici keçidlər
- Notes from the Underground Qutenberq layihəsində.
- Academic journal article on Notes from Underground, Conference, Autumn 1998.
- Full text of Notes from Underground in the original Russian
- EDSITEment’s Launchpad Dostoevsky’s Notes from Underground
- The theory of self-interest in Notes from Underground
Avqust 01, 2021
Ən son məqalələr
Şakir Nağıyev
Şakir Orucov
Şakir Abuşov
Şakir Cəmilli
Şakir Quliyev
Şakir Qasımov
Şakir Sabir Zabit
Şakir Salahov
Şakir Yaqubov
Şakir ağa türbəsi
Ən çox oxunan
Pamir Milli Parkı
Pamir dağları
Pamphalea
Pamukkale
Pan
yeraltından, qeydlər, Записки, из, подполья, dahi, yazıçısı, fyodor, dostoyevskinin, 1864, ildə, nəşr, olunmuş, qısa, romanıdır, dostoyevski, qəhrəmanlarının, əksəriyyətində, gördüyümüz, insanlardan, qaçan, daha, çox, daxilinə, qapanmış, qaraqabaq, insan, tipi. Yeraltindan Qeydler rus Zapiski iz podpolya Dahi rus yazicisi Fyodor Dostoyevskinin 1864 cu ilde nesr olunmus qisa bir romanidir 1 Dostoyevski qehremanlarinin ekseriyyetinde gorduyumuz insanlardan qacan daha cox oz daxiline qapanmis qaraqabaq insan tipine mehz bu romanda da rast gelirik Bele ki romanin bas qehremani olan adsiz sexs cemiyyetden ozunu kenar tutmus sert xarakterli bir kimsedir Roman iki hisseden ibaretdir ve qehremanin oz dilinden neql olunur Men xeste bir adamam ifadesi ile baslayan kitabin ilk hissesinde sexs cemiyyetden ne ucun qacdigindan oz gizli dunyasinda nece yasadigindan ve daha cox neler ile mesgul oldugundan besh edir Ikinci hissede ise O daxiline qapanmadan onceki sosyal heyatindan bir nece sehne neql edir Ustad qeleminden cixmis ve Dostoyevski musahidelerinin evezsiz zenginliyini ozunde eks etdiren bu eser bir roman olmaqla yanasi eyni zamanda mohtesem bir pisixi tehlil xarakteri de dasiyir Yeraltindan Qeydlerrus Zapiski iz podpolyaMuellif ler Fyodor DostoyevskiJanr novellaOrijinalin dili ruscaOrijinalin nesr ili 1864 Vikianbarda elaqeli mediafayllarEser oxunduqca ozu ucun yaratdigi kicik ve ferqli dunyada yasayan adi bir insanin heyatina nezer salinarken hem de butun cemiyyet tenqide meruz qalir Diger obrazlar RedakteYeralti adami bas personaj Anton Antonic Setockin yeralti adaminin masa reisi Apollon yeralti adaminin yasli qulluqcusu Liza yeralti adaminin fahisexanada yatdigi genc bir fahise Simonov yeralti adaminin mekteb yoldasi Yeralti adaminin elaqesi oldugu tek adamdir Zverkov yeralti adaminin mekteb yoldasi Trudolyubov yeralti adaminin basqa bir mekteb yoldasi ve Zverkovun uzaqdan qohumu Istinadlar Redakte Kaufmann Walter 1956 Existentialism From Dostoevsky to Sartre New York Meridian Books p 52 Xarici kecidler RedakteNotes from the Underground Qutenberq layihesinde Academic journal article on Notes from Underground Conference Autumn 1998 Full text of Notes from Underground in the original Russian EDSITEment s Launchpad Dostoevsky s Notes from Underground The theory of self interest in Notes from UndergroundMenbe https az wikipedia org w index php title Yeraltindan Qeydler amp oldid 5996966, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Yeraltından Qeydlər – Fyodor Dostoyevski
Məsələ Dostoyevski və əsərlərindən söz açmağa gələndə düzü çox şeydən danışmaq gücünü özümdə tapmıram. Çünki yazıçının həyatını oxuduğumuzda faciə, səfalət dolu bir həyatla qarşı-qarşıyay ıq və bu cavan yaşım(ız)da müəyyən şeyləri hiss edə biləcəyimizi zənn etmirəm. Bunu inkar edənləri isə səmimi görmürəm. Ona görə də Dostoyevskini başa düşməyi, daha dəqiq desəm hislərini eyni ürək ağrısıyla yaşamaq hər kəsin dada biləcəyi bir ədəbi xoşbəxtlik deyil. Bu düşüncəmdən yola çıxaraq sadəcə əsər haqqında təəssüratlarımı yazacam. Çünki əsərin məndə yaratdığı hislər belə mənimçün şübhəlidir. Daha doğrusu özümə belə səmimiyyətdən uzaq görünür və dramatikləşdirməyə ehtiyac görmürəm.
Yeraltından Qeydlər 1864-cü ildə Sankt Peterburqda çap edilmişdir. Albert Kamyu daxil bir çox filosof və yazıçılara ekzistensializm mövzusunda ilham mənbəyi və yol göstərici olmuşdur. Dostoyevskinin bu əsərini Nikolay Çernişevskinin “Necə etməli?” adlı utopik sosialist əsərinə cavab olaraq yazdığı qəbul edilir. Çernişevskinin hadisələrin Sankt Peterburqda cərəyan edən pozitiv əsərinin qarşısına Dostoyevski yeraltının qaranlıq üzünü meydana çıxarır. Əsər iki hissədən ibarətdir: İlk – Yeraltı Adamı – hissəsində, artıq qırx yaşına gəlmiş içinə qapanıq, utanqac və həssas adamın etirafları, məzəmmətləri, təhqirləri, təəssüfləri üzərinə bir monoloqdur. İkinci hissədə isə Yeraltı Adamının birdən sosial həyat tərzinə keçməsi ilə bir mayor və köhnə dostları ilə haqq-hesab çürütmək yolundakı səylərinin və Liza adlı fahişə ilə münasibətlərinin şahidi oluruq.
Yeraltı – insanın özünə aid bir sahə, ətrafındakı hər yeri və hər kəsi izləyə biləcəyi gizli bir pəncərədir. Bəlkə də divarları çox qalın, aşılmaz bir qaladır içindəki bir insanla birlikdə. Anti-qəhrəmanımız “Gəldiyim nəticəyə görə, ən yaxşısı heç nə etməməkdir. Hər şeydən yaxşısı, bir küncə çəkilib ətrafı seyr etməkdir. Ona görə də yaşasın Yeraltı” desə də öz arzu və istəklərinə mane ola bilmir. Tək istədiyi sadəcə yazmaq yox eyni zamanda yazdıqlarını öz otağının xaricinə çıxarmaq, bir sözlə yeraltını yerüstünə çevirməyi istəməkdədir. Ətrafından, çevrəsindəki hər kəsdən üstündür, ağıllıdır ancaq istədiyi yerdə deyil və maddi sıxıntıları da ona istədiklərini həyata keçirməyə imkan verməz. Özünə aid bircə otağı var, o da kirayə götürülüb. Ətrafındakı ona layiq olduğu dəyəri və hörməti göstərməyən hər kəsə əsəbidir. Sevgidən çox nifrət, xoşbəxtlikdən çox kədərlə doludur anti-qəhrəmanımız. Gəncliyinin bütün xəyalları, səhvləri, doğruları, həyəcanları, kədərləri, arzuları, peşmanlıqları, sorğulamaları, abırsızlıqları, bir sözlə gizli dünyasında var olan hər şeyini yerüstünə, kağıza, oxucunun gözlərinin qabağına çıxardır. Çünki kağızda daha görkəmli görünürlər. Hər nə qədər əsər oxucuyla dialoq şəklində getsə də oxucunu bir keşiş, Dostoyevskini isə kilsəyə günah çıxarmağa gəlmiş biri olaraq görürük.
“Dəyərli oxuyucularım, hal-hazırda istirahət etmək istəsəniz də istəməsəniz də sizə bir şey belə ola bilmədiyimi demək istəyirəm. Bütün səmimiyyət və ciddiyətimlə deyirəm, böcək olmağı belə böyük bir istəklə arzuladım. Ancaq çox heyif ki, bu arzuma belə çata bilmədim. Halbuki, orada mənə bir böcək qədər belə dəyər vermədilər. Mən, hər kəsdən daha ağıllı, daha alicənab, daha kültürlü olan mən, başqalarının qarşısında əzilib büzülməkdən, onların xoruldamaları qarşısında zərərli iyrənc bir böcəyə çevrilmişdim və bunu düşündükcə əriyir, yanıb-tökülürdüm.”
Əsərdən bu hissə xüsusilə diqqətimi çəkdi çünki qəhrəmanın özünə verdiyi dəyər çox yüksək olsa da, qarşılaşdığı hadisələrin öhdəsindən gələ bilmir və ətrafındakı insanların onu lağa qoyması və layiq olduğundan daha az dəyər vermələri, bir böcək qədər dəyərsiz görmələri anti-qəhrəmanın özünə olan nifrətini daha da artırır.
Mayorla baş verən hadisələrə diqqət etdiyimizdə isə, mayora bir çiyin zərbəsi vurmaq belə onun qürurunu oxşayacaq və ierarxiyanın əzdiyi eqosunun cəmiyyətdəki ədalətsizliyə olan əsəbini az da olsa soyudacaqdı. Dostları qarşısındakı dəyərsizliyi isə oxucunun ürəyini sızladır, amma bu dəyərsizliyin heyfini Liza adlı bir fahişədən çıxması, onun hislərini incitməsi – bununla özünü güclü hiss edəcəkdi – bir qədər məni əsəbiləşdirsə də anti-qəhrəmanımızın bədbəxt biri olduğunu nəzərə aldığımdan çox da qınamaq istəmədim.
Dostoyevski sevərlərə məsləhətim, yazıçının əsərlərini oxumağa bu kitabla başlasınlar. Çünki internetdə kiçik bir tədqiqat nəticəsində öyrəndim ki, əsər bütün əsərləri və ən əsası Dostoyevskini anlamağa açılan bir qapı rolunu oynayır. Eyni zamanda Türkiyəli rejissor Zeki Demirkubuzun əsər əsasında çəkdiyi “Yeraltı” filmini də izləməyi məsləhət görürəm.
Comments are closed, but trackbacks and pingbacks are open.