Məntiq testləri (IQ)
Test imtahanınm nəticələri haqqında məlumat Mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanmrn nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.
TƏHSİL KOMPASI
CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020
SON YAZILAR
Post Top Ad
- AZƏRBAYCAN DİLİ
- BİOLOGİYA
- COĞRAFİYA
- FİZİKA
- İBTİDAİ SİNİF
- İNFORMATİKA
- İNGİLİS DİLİ
- KİMYA
- RİYAZİYYAT
- TARİX
- MƏNTİQ
- KURİKULUM
- DÖVLƏT QULLUĞU
- MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
- HAZIRLIQ KURSLARI
- REPİTİTORLAR
- DƏRSLİKLƏR
- BƏDİİ ƏDƏBİYYAT -PDF
- BƏDİİ ƏDƏBİYYAT PDF 2
- HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
- ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
- KİTAB GÖNDƏR
- XƏBƏR
- ARAŞDIRMA
- MARAQLI
- BLOG YAZILARI
- DÜNYA TƏHSİLİ
- SƏNƏDLİ FİLMLƏR
- FORUM
- Haqqımızda
- KSQ , BSQ , TESTLƏR
Home Dövlət qulluğu Dövlət qulluğu sualları DÖVLƏT QULLUĞU – QANUNVERİCİLİK TESTLƏRİ PDF YÜKLƏ
DÖVLƏT QULLUĞU – QANUNVERİCİLİK TESTLƏRİ PDF YÜKLƏ
Məntiq testləri (IQ)
Bu bölmədə siz Bilikli.net test bankına aid 100-lərlə məntiq(iq) testləri həll edə, onların düzgün cavablarını və izahlarını öyrənə bilərsiniz. Bölmə kimlər üçün yararlı ola bilər:
- Məntiqi təfəkkürünü və düşünmə bacarığını inkişaf etdirmək istəyən hər kəs üçün
- Magistratura imtahanına hazırlaşanlar üçün
- Dövlət qulluğuna hazırlaşanlar üçün
- Müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün
- Məntiq testlərinin istifadə edildiyi digər bütün növ imtahanlara hazırlaşanlar üçün
Metod 1-də testləri müxtəlif say və çətinlik dərəcələri üzrə, Metod 2-də konkret imtahan formatları üzrə, Metod 3-də 20-20 olmaqla əvvəldən axıra sıra ilə həll edə bilərsiniz.
Metod 1: Say və çətinlik dərəcəsini seçməklə sınaq testləri
Burada sual sayı və çətinlik dərəcəsini özünüz təyin edə bilirsiniz. Say və çətinlik dərəcəsini seçdikdən sonra başlat əmrini verin. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.
Metod 2: Hazır seçimlərdən istifadə etməklə sınaq testləri
Hazır seçimlərdən istifadə etməklə real imtahana nə dərəcədə hazır olduğunuzu bu metod ilə yoxlaya bilərsiniz. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.
Metod 3: Əvvəldən axıra sıra ilə testlər
Bilet prinsipi ilə testləri əvvəldən axıra ardıcıl olaraq həll edə bilərsiniz. Ümumi başdan sona hazırlıq üçün bu metod faydalıdır. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda EYNİ suallar təqdim edilir.
Ən son əlavə edilən 20 test: Başla
Suallara İD nömrəsinə görə tək-tək baxmaq:
İD nömrəsini yadınızda saxladığınız suala bir də baxmaq istəsəz İD nömrəsini daxil edərək baxa bilərsiniz
Statistik məlumat
Bilikli.net üzvlərinin sayı: 254 633.
Sınaq testlərdə iştirak sayı: 4 321 684.
Ümumi orta hazırlıq göstəricisi: 58.82%.
Oğlanlar üzrə hazırlıq göstəricisi: 56.14%.
Qızlar üzrə hazırlıq göstəricisi: 60.11%.
Top 5 – Məntiq
qasimovbaxsali – 1329 bal xtremal93 – 1325 bal Ferhad Kazimov – 1312 bal heyder-necefli – 1293 bal Agim – 1278 bal
Layihə haqqında
Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.
Dovlet qullugu məntiq testləri
BB vəzifə qrupu
Test imtahanrnrn qiymətləndirilməsi
Test imtahanlarında vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal Mərkəz tərəfindən müəyyən edilir. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları Cədvəl 1-də öz əksini tapmışdır.
Test imtahanınm nəticələri haqqında məlumat Mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanmrn nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.
Sertifikatın əldə olunması
Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində Mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- – ali təhsil haqqında sənədin surəti;
- – əmək kitabçasının surəti (olduğu halda)
Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.
Müsahibə mərhələsi
Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Vakant inzibati vəzifənin tutulması üçün müsahibə elanları, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları Mərkəzin internet portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin portalında və dövlət orqanınm internet saytında yerləşdirilir.
– Müsabiqə nədir?
Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət İmtahan Mərkəzi (DİM) inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
– Ümumi müsahibə nədir?
Ümumi müsahibə – dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslərin iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
– Daxili müsahibə nədir?
Daxili müsahibə-inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Comments are closed, but trackbacks and pingbacks are open.