Azərbaycan tarixi/Şah İsmayılın daxili və xarici siyasəti
Bunu isə Azərbaycan dövlətçilik mənafeyinə cavab verməyən, düşünülməmiş, təhlükəli, ağır və gözlənilməz nəticələr doğuran xarici siyasət xətti kimi qiymətləndirmək olar.
Pirimov’s Blog
Do not write post if you don’t know what to write! It’s as simple as that.
XARİCİ SİYASƏTİN ƏSAS VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
Hər bir müstəqil dövlət özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənmə, müxtəlif istiqamətli daxili və xarici siyasət yeridir. Dövlətin daxili siyasəti xalqın ümumi rəyi ilə yardılmış və qəbul olunmuş Konstitutsiya əsasında onun tam bir varlıq kimi yaşaması, fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşların maddi və mənvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Xarici siyasət isə bu vəzifələrin yerinə yetirilməsi, habelə öz ərazisində qanunverici, icaredici və məhkəmə hakimiyyətinin kənar müdaxilə olmadan həyata keçirilməsi məqsədilə təhlükəsiz və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə; ayrı-ayrı dövlətlərlə qarşılıqlı- faydalı əməkdaşlığa, iqdisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə; qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə və s. xidmət edir. Başqa sözlə ifadə etsək, ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər sahəsində mövqeyin və xarici siyasətin istiqamətlərinin, xarakterinin, prinsiplərini müəyyənləşdirir və şərtləndirir. Bu mənda xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənfeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi xarakterizə etmək olar.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitutsiyasında və Prezident Heydər Əliyevin çıxışlarında öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Konstutsiyasının 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərəd tutan prinsiplər əsasında qurur. Azərbaycan Prezidenti 1993-cü il oktyabır ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, “Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycan dövlət müstəqilliyini təmin etməyə yönəldməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikası beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də Respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli isdifadə etməkdən ibarətdir.”
Azərbaycan dövlətini xarici siyasətdə rəhbər tutduğu əsas vəzifələri aşağıdakı istiqamətlərdə quraşdırmaq olar;
-ölkənin müstəqilliyini, suverenliyini və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini regional və büynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirmək;
-Azərbaycanın bütün beynəlxalq və regional təşkilatlarda təmsil olunması, sivil birgəyaşayış qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatılması, beynəlxalq və regional münasibətlərin həllində fəal iştirak etməsi zəmnində dünyanın siyasi xəritəsində layiqli yer tutmasına nail olmaq;
-dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri yaratmaq, bu əlaqələrdən Respublikanın iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafında səmərəli amil kimi isdifadə etmək;
-mənafeyi Azərbaycan dövlətçilik və milli mənafeləri ilə uyğun gələln dövlətlərin tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq, Respublika beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün onların imkanlarından istifadə etmək;
-ölkənin demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, müstəqil daxili vəxarici siyasət yeritməsi üçün əlverişli beynəlxalq şəraitin bərqərar olmasına çalışmaq;
-əhalinin əsas hüquq və azadlığının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsinə şərait yaratmaq;
-regionda gərginliyin aradan qaldırılmasına və mehriban qonşuluq münasibətlərinin yaradılmasına səy göstərmək;
-Azərbaycan xarici təzyiqlərin qarşısını alan və ya onları minimuma endirən beynəlxalq himayə mexanizminin yaradılmasına nail olmaq;
-dövlətin bütün beynəlxalq, regional, iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. təşkilatında fəal iştirakına çalışmaq;
-xalqın mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası üçün bütün xarici və daxili amillərdən bəhrələnmək;
-xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr və geniş infarmasiya mebadiləsi mexanizmləri yaratmaq və s.
Bütün bu vəzifələr və onların həyata keçrilməsi ilə bağlı konkret səylər Azərbaycan dövlətinin beynəlxalq, regional və dövlətlərarası münasibətlər sahəsindəatdığı praktiki addımlarda, bağlanan müqavilələrdə öz əksini tapmışdır.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasəti özünəməxsus xüsusiyyətləri ilə də seçilir.
Siyasi sahədə Azərbaycan dövlətinin xarici siyasətinin əsas mahiyyəti beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzimlənən sivil dövlətlərarası münasibətlərə hörmət bəsləməkdən, beynəlxalq, regionla və dövlətlərarası münaqişələri sülh və danışıqlar yolu ilə həll etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan;
İqtisadi sahədə qarşılıqlı-faydalı əməkdaşlıq etməkdən, iqtisadi maraqların uzlaşdırılmasından, uyğunlaşdırılmasından, qarşılıqlı təminat mexanizminin yaradılmasından və onun qorunmasından;
-ikitərəfli əlaqələrdə beynəlxalq hüquq normalarının və sivil birgəyaşayış qaydalarını, başqa dövlətlərin, regional və beynəlxalq birliklərin mənfelərini nəzərə almaq;
-xalqların və millətlərin öz müqəddəratlarının təyin hüququna hörmət etmək, insan hüquqlarını və haqqlarını qorumaq;
-separatizmə, terrorizmə, dövlətlərin və xalqların təhlükəsizliyinə, maddi və mənəvi həyatına ziyan verə biləcək digər neqativ hallara qarşı digər mübarizə aparmaq;
-bəşəriyyəti və ayrı-ayrı dövlətlərin xalqlarını narahat edən qlobal problemlərin həlli istiqamətində birgə çalışmaq, bütün səyləri birləşdirmək və sair.
Beynəlxalq prinsiplər BMT, ATƏT və digər beynəlxalq təşkilatların üzvü olmuş bütün dövlətlər üçün məcburi xarakter daşıyır. Bəşər cəmiyyəti bəhs etdiyimiz prinsipləri beynəlxalq münasibətlər sisteminin və sivil birgəyaşayışın əsas hüquq normasına çevirmək üçün yüzlərlə qanlı müharibə və dağıntılarla müşayiət olunan tarixi bir dövrü keçmişdir.
Hazırda bütün dünya dövlətləri, BMT-nin Nizamnaməsində, Beynəlxalq Konvensiyalarda ATƏT-in 1975-ci ildə imzalanmış “Helsinki Aktı”nda, 1990-cı il “Paris Xartiyasında” və 1999-cu il “İstanbul Xartiyasında” öz əksini tapmış prinsip və normaları qorumağa, onlara əməl etməyə borcludurlar.
Beynəlxalq hüquq normaları və prinsipləri hazırda beynəlxalq münasibətlər praktikasında hamının qəbul edə biləcəyi, sivil dövlətlərarası münasibətlərin inkişafına və möhkəmlənməsinə bu və ya digər dərəcədə müsbət təsir göstərə biləcək yeni-yeni kollektiv sənədlərlə, müqvilə və maddələrlə zənginləşdirilir. Azərbaycan müstəqillik illərindəbir çox belə birgə sənədə imza atmış, özünün hüquqi fəaliyyət və öhdəlik dairəsində genişləndirilmişdir.
Müstəqil Azərbaycan diplomatiyası bəhs olunan sivil məcraya və normal inkişaf istiqamətinə düşmək üçün 1991-ci ilin sonundan günümüzə qədər mürəkkəb və zidiyyətli bir yol keçmişdir.
Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin xarici siyasət tarixinə qısa nəzər salaq, görərik ki, 1991-ci ildə və 1992-ci ilin birinci yarısında Azərbaycan dövlətinini xarici siyasətinin əsasını Rusiya-Azərbaycan əlaqələri və bütövlükdə Rusiyaya meyillilik strategiyası təşkil edirdi. Azərbaycan hökuməti SSRİ-nin dağılması ərəfəsində dünyada SSRİ-də gedən ictimai-siyasi proseslərə, beynəlxalq və regional hadisələrin inkişaf meyillərinə zidd siyasət yeridərək, bütün mümkün vasitələrlə Sovet hökumətini qoruyub saxlamağa çalışamlarla bir sırada dayanır və Respublikanın bu qurum tərkibindən ayrılmasına yol verməməyə səy göstərirdi. Bu məqsədlə hətta SSRİ-nin dağılmasına cəmi bir-neçə ay qalmış Sovet ittifaqının saxlanılması haqqında Moskvanın təşkil etdiyi referendumu (mart 1991-ci il) Azərbaycanda keçirərək, səsvermədə iştirak edənlərin guya 93,3%-nin SSRİ-nin saxlanılmasına tərəftar olması haqqında mərkəzə saxta məlumat da vermişdir. Mərkəz hakimiyyətin əksinə olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi o zaman SSRİ-nin saxlanılması haqqında referendumun Naxçıvan ərazisində keçrilməsindən imtina edərək, əhalinin müstəqillik əzmini və arzularını nümayiş etdirmişdir.
Əslində xalqın təzyiqi və o zamankı ictimai-siyasi proseslərin təsiri ilə qəbul edilmiş 30 avqust 1991-ci il “Müstəqillik haqqında Bəyənnamə” və 18 oktyabr 1991-ci il “Müstəqillik haqqında Konstitutsiya Aktı” da SSRİ-nin tam dağılmasını təstiqləyən 8 dekabr 1991-ci il tarixli Belovejsk sazişinə qədər hüquqi sənəd qüvvəsinə mindirilmədi.
Bunu isə Azərbaycan dövlətçilik mənafeyinə cavab verməyən, düşünülməmiş, təhlükəli, ağır və gözlənilməz nəticələr doğuran xarici siyasət xətti kimi qiymətləndirmək olar.
Qeyd olunan dövrdə Azərbaycan hökumətinin xarici siyasətini xarakterizə edən əsas cəhətlərdən biri vahid xətt üzrə aparılan ardıcıl və prinsipial xarici siyasət kursunun olmaması idi. Xarici siyasət və diplomatik missiya qarşısında duran əsas vəzifələri, Azərbaycan dövlətinin strateji mənafelərini, regional və beynəlxalq münasibətlər sahəsində dövlət siyasətinin əsas mahiyyətini müxtəlif səviyyəli dövlət rəhbərləri fərqli şəkildə izah edərək, bir-biri ilə uzlaşmayan addımlar atırdılar.
Cənubu və Şimali Azərbaycanın təcili birləşdirilməsinə dair şağrışlar, Ermənistanı atom bombası ilə dağıtmaq, Rusiya və keçmiş Sovet Respublikaları ilə haq-hesab çəkməyə hazırlıq haqqında bəyanatlar, bütün türkdilli və türəsilli dövlətləri dərhal “birləşdirməyə” dair yüksək səviyyələrdə səslənən müraciətlər Azərbaycan xarici siyasətinin ali məqsədi və vəzifələri, əsas prinsip və istiqamətləri haqında beynəlxalq aləmində yanlış rət yaradır, Respublikamızın beynəlxalq imicinə zərbə vururdu. Bütövlükdə təsadüfi bəyənatlar, zidiyyətli çıxışlar üzərində qurulmuş xarici siyasət Azərbaycanın bir ilin içərisində regionda və beynəlxalq aləmdə tam təklənməsinə və Respublika ətrafında antiazərbaycan koalisiyasının yaranmasına səbəb oldu.
1992-1993-cü illərdə Azərbaycan hökumətinin xarici siyasət sahəsindəki əsas səhvləri sırasında;
-Respublikamızın ətrafında yaranmış regional və beynəlxalq münasibətlərin xarakterini, əsas tendensiyasını və axarını düzgün müəyyən edə bilməməsi ;
-ayrı-ayrı region dövlətlərini Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz dairələrini qiymətləndirə bilməsi və müvafiq olaraq səhv addımlar atması;
-həmin dövr üçün Azərbaycan geostrateji əhəmiyyətini və dünya dövlətlərinin mənafe müstəvisində yerini düzgün qiymətləndirməməsi və s. düşünülməmiş addımları xüsusi qeyd edilməlidir. Bütün bunlar nəticə etibarilə Azərbaycanı çox ağır vəziyyətə saldı. Bir tərəfdən, region dövlətləri ilə münasibətlər kəskinləşdi, digər tərəfdən isə beynəlxalq himayəyə olan inam itdi və bu himayəni təmin edə biləcək dövlətlərlə münasibətlər sərinləşdi.
Azərbaycan tarixi/Şah İsmayılın daxili və xarici siyasəti
Mərkəzləşdirilmiş dövlət yaratmaq Səfəvilər dövləti banisinin daxili siyasətində başlıca ideyalardan biri idi. Ticarətin, sənətkarlığın dirçəldilməsi və normal iqtisadi həyatın bərpası zərurəti bunu qəti surətdə tələb edirdi.
I Şah İsmayılın ən mühüm tədbirlərindən biri dini islahatın həyata keçirilməsi idi. 1501-ci ilin payızında, Səfəvi hakimiyyətinin, ilk günündən islamın şiə təriqətinin imamilər məzhəbi (12 imam) dövlət dini elan olundu. Mənbələrdən məlum olur ki, İsmayılın əmri ilə şəhər məscidində oxunan xütbədə 12 imam xatırlanmış və ilk 3 xəlifə (Əbu-bəkr, Ömər və Osman) isə açıq şəkildə lənətlənmişdi. Anonim tarixçi qeyd edir ki, İsmayıl tacqoyma ərəfəsindəki gecədə əmirlərdən və şiə üləmalarından məsləhət istəmişdi. Onlar 200-300 min əhalinin üçdə iki hissəsinin sünni və yalnız bir hissəsinin şiə olduğu bir şəhərdə xalq həyəcanlarının mümkünlüyünü bildirdilər, onu bu tədbirdən çəkindirməyə cəhd etdilər. Lakin şiəliyi qəbul etdirmək qərarına gələn İsmayıl demişdi: “Əgər rəiyyət bir kəlmə etiraz etsə, mən Allahın köməyilə qılıncı ələ alıb, bir nəfəri də sağ qoymayacağam”. Ertəsi gün yerli xatib (xütbə oxuyan) Təbrizin Cümə məscidinə gəlmiş, İsmayılın əmri ilə minbərə çıxmış və xütbə oxumağa başlamışdı. İsmayıl isə təbrizlilərin başı üzərinə qaldırmış olduğu qılıncı ilə minbərin aşağısında durmuşdu. Onun yanında dayanmış silahdaşları baş verə biləcək müqaviməti yatırmağa hazır idi. Dövriyyəyə şiəlik simvolları olan pullar buraxıldı. Pul islahatı imami şiəliyin təbliği və onun dövlətdə hökmran mövqeyinin möhkəmləndiriləsi məqsədinə də xidmət edirdi. Lakin Azərbaycan və Şərqi Anadoludan kənarda şiəliyi tətbiq etmək çətin idi. Sünniliyin hökmran olduğu İran vilayətlərinə qızılbaşların irəliləməsi nəticəsində üləmalar, əyanlar və şəhərlilər arasında şiəliyə qarşı müqavimət artdı. Qızılbaşlar yeni dövlətə, yeni məzhəbə qarşı İsfahan, Şiraz, Kazərun və Yəzd şəhərlərindəki müxalifətlə hesablaşmağa məcbur oldular. Səfəvilər sünnilərə Şirvanşahların, Ağqoyunlu sülaləsinin müdafiəçiləri və yaxud xarici siyasi düşmənlərinin – Osmanlı imperiyasının, Şeybanilər dövlətinin tərəfdarları kimi yanaşırdılar. Məcburi şəkildə həyata keçirilmiş şiə islahatının çox böyük maddi əhəmiyyəti də var idi. Çünki şiəliyi qəbul etməkdən imtina etmiş feodal əyanları və sünni ruhanilərin əmlakını müsadirə üçün Səfəvilər “qanuni hüquq” almışdılar. Hakim təriqətə çevrilmiş şiəlik sonralar müxalifətçi cərəyan kimi öz rolunu itirməyə başladı. Şah yalnız dünyəvi hökmdar deyildi. O, həmçinin bütün müsəlman şiələrin dini başçısı və “dinin himayəçisi” hesab olunurdu. “Səfəviyyə” təriqətinin mürşidi, rəhbəri olan I Şah İsmayılın müridləri qızılbaş əyanları və sıravi əsgərlər idi. Buna görə də şahın sıravi qızılbaşlarla, xalqla əlaqəsi daha sıx və möhkəm idi. I Şah İsmayıl özünün siyasi düşmənlərinə – sünnilərə qarşı münasibətdə barışmaz idi, lakin xristian əhalini himayə edir və onlara toxunmurdu. Bu, Avropa dövlətləri ilə yaxınlaşmağa çalışan Səfəvilərin gerçək siyasi marağından irəli gəlirdi.
Şah İsmayılın daxili siyasəti haqqında məlumatımız çox azdır. Dövlət aparatına irəli çəkdiyi məmurlar, sərkərdələr və b. onu dövrünün bacarıqlı dövlət və siyasi xadimi kimi səciyyələndirirlər. Qızılbaş əyanlarının bir hissəsi lap əvvəldən separatçılığa meyil göstərir, mərkəzi hakimiyyətlə az hesablaşırdılar. Lakin Şah İsmayıl belələrinə qarşı sərt davranır, hətta özünün ən yaxın silahdaşlarına belə güzəştə getmirdi. Qızılbaş əyanlarının yerlərdə möhkəmlənə bilməməsi üçün onların yaşadığı ərazilər tez-tez dəyişirdi. Məsələn, Şah İsmayıl lələsi Hüseyn bəy Şamlını “bəzi təqsirləri” üzündən əmir ül-üməra vəzifəsindən azad edir və həmin vəzifəyə Məhəmməd bəy Ustaclını təyin edir. Maraqlıdır ki, yeni vəzifə ilə bərabər Məhəmməd bəy Hüseyn bəyin “ölkəsini” və “mülazimlərini” də aldı. Başqa misal: Əbdül bəy Dədə qorçubaşı vəzifəsindən azad edildi və onun “ölkəsi” (Qəzvin, Sovucbulaq, Rey və Xar) Zeynal xan Şamlıya verildi.
İsmayılın daxili siyasətində mərkəzi hakimiyyətin ictimai dayağının genişlənməsi cəhdi müşahidə edilir. Qızılbaş əyanları ilə yanaşı dövlət idarəsinə oturaq şəhər əhalisinin nümayəndələri də cəlb edilməyə başlayır. Şəmsəddin Zəkəriyyə Təbrizinin vəzir vəzifəsinə təyin edilməsi (1501) buna parlaq misaldır. Şah ona şərəf əlaməti olaraq “Azərbaycanın açarı” titulunu vermişdi. Şahın vəkili vəzifəsini Hüseyn bəy Lələdən sonra Nəcməddin Məsud Gilani, Yar Əhməd Əbdülbaği Yəzdi, Mirzəşah Hüseyn İsfahani və Xacə Cəlaləddin Məhəmməd Təbrizi tutmuşdular. Adı çəkilənlər şəhər əyanlarına məxsus idi.
Azərbaycan Səfəvilər dövlətinin Osmanlı Türkiyəsi və Orta Asiyadakı Şeybanilər dövləti ilə qarşılıqlı əlaqələri şiə-sünni düşmənçiliyi ilə səciyyəvi idi. Ağqoyunlu əmirlərini “üsyankar qızılbaş tayfalarına” qarşı mübarizəyə təhrik edən və hətta birbaşa hərbi yardım göstərən II Sultan Bayazid Səfəvilərlə üz-üzə toqquşmadan çəkinirdi. O, Osmanlı dövləti ərazisində Ərdəbil təriqəti müridlərinin (Kiçik Asiya qızılbaĢlarının) çıxıĢından ehtiyat edirdi. I ġah İsmayılın İran feodallarına qarşı mübarizəyə giriş məsindən istifadə edən Şeybani xan 1507-1508-ci illərdə Teymurilər sülaləsinə son qoydu, Xorasanı tutdu, 1509-cu ildə isə Kirmana viranedici yürüşlər etdi. Bu zaman I Şah İsmayılın Şirvan səfərində olması özbəklərin maneəsiz geri qayıtmasına imkan vermişdi. İsmayıl Şeybani hökmdarına iki dəfə elçi göndərdi, onu yürüşləri dayandırmağa çağırdı. Şeybani xan Şah İsmayıla cavab məktubunda həyasızcasına tələb edirdi ki, o, özbək hökmdarının adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Şeybani xan yazırdı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. I Şah İsmayıl cavab məktubunda qeyd edirdi ki, o, Məşhəddəki səkkizinci İmam Rza məqbərəsini bir “dərviş” kimi ziyarət etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcəkdir. 1510-cu ildə Şah İsmayıl Xorasana qoşun çəkdi. Qızılbaşların yaxınlaşmasından xəbər tutan Şeybani xan Heratdan Mərvə qoşun toplamağa getdi. Şah İsmayıl Mərv qalasını mühasirəyə aldı. Şeybani xanı qaladan çıxarmaq üçün İsmayıl hərbi hiylə işlətdi. Qızılbaşlar qaladan çəkilib şəhərin 3 fərsəxliyində (10 km) yerləşdilər. Eyni zamanda İsmayıl sərkərdəsi Əmir xan Mosulluya bir dəstə ilə qalanın yanında durmağı və Şeybani xan qaladan çıxanda “qaçmağa üz qoymağı” tapşırdı. Şeybani xan Şah İsmayılın Azərbaycana qayıtdığını zənn edərək Mərvdən çıxdı və Əmir xanın dəstəsini təqib etməyə başladı. Beləliklə, nisbətən kiçik qüvvəyə malik Şeybani xan İsmayılın əsas qoşunu ilə 1510-cu il dekabrın 2-də döyüşə girməyə məcbur oldu. Nəticədə özbək qoşunu dannadağın edildi, Şeybani xan isə həlak oldu. Salnaməçinin verdiyi xəbərə görə, bu qanlı döyüşdə özbəklərin itkisi 10 minə çatırdı. Mərv qələbəsi Amudəryaya qədər bütün Xorasanı İsmayılın hakimiyyəti altına saldı.
Ağqoyunlu dövlətinin aradan çıxmasına əmin olan II Sultan Bayazid Şah İsmayıl dövlətini rəsmi surətdə tanımağa məcbur olmuş və bu münasibətlə 1504 –cü ildə öz elçisini onun yanına göndərmişdi. Elçi təntənəli şəkildə qəbul olunmuş, İsmayıl məktubunda Bayazidə “ata” deyərək müraciət etmişdi. Səfəvilər bilirdilər ki, yalnız öz qüvvələri ilə Osmanlı müdaxiləsinin qarşısını almaq onlar üçün çətin olacaqdır. Buna görə də I Şah İsmayıl bir sıra Avropa ölkələri ilə (xüsusilə bunda daha çox marağı olan Venesiya ilə) hərbi ittifaq yaratmaq sahəsində ciddi səy göstərməyə başladı. Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir. Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi. İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Süleymanın dövründə Osmanlı şeyxül-islamı Müfti Əl-Həmzə tərəfindən verilən fətva ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal edən dövlət ideologiyasına çeviriləcək.
I Sultan Səlimin Osmanlı taxt-tacına gəlməsi ilə Səfəvi-Osmanlı münasibətləri düşmənçilik xarakteri aldı. Azərbaycan Səfəvilər dövlətinə qarşı hərbi əməliyyata başlamazdan qabaq Sultan, Səlim Macarıstan və Venesiya ilə müqavilə bağladı, öncədən Şeybanilər tərəfindən yardım vədini aldı. Sünni üləmaları tərəfindən qızılbaşlara qarşı bütün müsəlman-sünnilərin müqəddəs vəzifəsi olan cihad elan olundu. Belə ki, Osmanlı feodalları üçün “kafir” adlandırılan şiələri öldürməyə və onların əmlakını qarət etməyə “qanuni” əsas yarandı. I Səlim Ərdəbil təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrini qabaqcadan kütləvi şəkildə amansızcasına qırdırdı və arxadan təhlükəsizliyi təmin etdi (tam olmayan məlumata görə, 40 minə qədər adam öldürülmüşdü). Yürüşə başlayan Osmanlı ordusu say etibarilə Şah İsmayılın qoşunundan çox idi. Buna görə də İsmayıl ilk mərhələdə düşmənlə açıq döyüşdən çəkindi. Onun göstərişi ilə qızılbaş sərkərdələri geri çəkildilər, əhalini köçürdülər, ərzaq və yem ehtiyatlarını məhv etdilər, su mənbələrini yararsız hala saldılar. İsmayıl “yandırılmış torpaq” taktikası ilə Osmanlı ordusunu viran qalmış əraziyə cəlb etməyə, onları qarşıdakı qışda çətin vəziyyətə salmağa çalışırdı. Lakin bu taktika özünü qismən doğruldurdu. I Sultan Səlim Osmanlı əsgərlərini şərqə doğru hərəkətə məcbur etmək üçün kütləvi edamlardan çəkinmirdi. Əsas döyüş 1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə baş verdi. Osmanlı və qızılbaş mənbələri qərəzli şəkildə öz qüvvələrini azaltmış, qarşı tərəfın sayını artırmışdır. İdris Bidlisinin verdiyi ən dolğun məlumata görə, Osmanlı ordusunda 100 min, qızılbaşlarda isə 40 min nəfər döyüşçü olmuşdur. Sultan Səlim yalnız ordusunun sayına görə deyil, həm də Avropa tipli hərbi təşkilatı ilə də İsmayıldan üstün idi, osmanlıların sərəncamında qızılbaşlarda olmayan böyük topxana vardı. Yeniçərilərin və topların atəşi qarşısında İsmayılın əsas qüvvəsini təşkil edən qızılbaş süvariləri aciz qaldılar. Məhz bu amil döyüşü Sultan Səlimin xeyrinə həll etdi. Salnaməçilərin xəbər verdiyinə görə, bu döyüşdə ġah İsmayıl və qızılbaşlar böyük hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Döyüşün qızğın çağında Şah İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə məşhur olan Əli bəy Malqucoğlu ilə üz-üzə gəldi. Şah İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, “baş dəbilqə ilə birlikdə iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi”. Vuruş manın ən faciəli anında, top mərmiləri Şah İsmayılın döyüşçülərini məhv etdiyi bir vaxtda bəzi qızılbaş sərkərdələri meydanı özbaşına tərk etdilər. Lakin Şah İsmayıl geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir-birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa məcbur oldu. Çiynindən və əlindən yaralanmış İsmayıl atının müvazinətini itirməsi nəticəsində atla birlikdə yerə sərildi. Osmanlı əsgərləri ona tərəf atıldılar, lakin Şah İsmayıl, Sultan Əli Mirzə tərəfindən xilas edildi. Sultan Əli Mirzə Şah İsmayıla həm zahirən, həm də geyimi ilə çox oxşayırdı. O, ” mənəm Şah İsmayıl” qışqıraraq əsgərləri öz arxasınca apara bildi. Beləliklə, Şah İsmayıl 300 nəfər qızılbaşla mərəkədən çıxıb geri çəkildi. Çaldıran döyüşündə tərəflərin itkiləri haqqında məlumat ziddiyyətlidir. Salnaməçi Bicənin məlumatına görə, vuruşmada 3 min Osmanlı əsgəri və 2 min qızılbaş öldürülmüşdür, lakin bu, şübhəsiz, azaldılmış rəqəmlərdir. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd bəy Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xülafəni, San Pirə Ustaclını itirdilər. Osmanlı sərkərdələrindən Rumeliya bəylərbəyi Həsən paşa, Üveys bəy, Malquçoğlu, Süleyman bəy və b. həlak oldular. Sultan Səlimin əmri ilə əsir düşmüş qızılbaşlar amansızcasına qətl edildilər. Sultan Səlim Misir sultanına, özbək Ubeydulla xana, Krım xanına qələbə münasibətilə fəthnamələr göndərdi. Sentyabrın 6-da Sultan Səlim Səfəvilər dövlətinin paytaxtı Təbrizə daxil oldu, lakin bir həftədən sonra geri döndü. Qışın yaxınlaşması, ərzaq qıtlığı və ən nəhayət, qızılbaş döyüşçülərinin vətən torpağı uğrunda misilsiz igidliyi Sultan Səlimi Azərbaycandan tezliklə çıxmağa vadar etdi. Bundan əlavə, əsgərlər arasında şiə tərəfdarları da az deyildi və onlar Sultan Səlimə qarşı hətta sui-qəsdə də cəhd göstərdilər. Sultan Səlim geri dönərkən, bir neçə min mahir Təbriz sənətkarını ailəliklə əsir alıb Türkiyəyə apardı. Qızılbaş əyanlarının evləri və əmlakı qarət edildi.
Çaldırandan sonra Şah İsmayıl Sultan Səlimlə sülh münasibətləri yaratmağa cəhd göstərdi. Lakin onun Səlimin ardınca göndərdiyi qızılbaş səfirləri Nurəddin Əbdülvahab, Qazi İsa və Şükrulla Muğani həbsə atıldılar. Şah İsmayılın məktubunu gətirən Kəmaləddin Hüseyn bəy və Bəhram ağanın elçiliyi də cavabsız qaldı. Sultan Səlimin mövqeyi barışmaz idi. Bəzi məlumata görə o, yeni yürüşə hazırlaşırdı. Çaldıran məğlubiyyəti İsmayılın hərbi-siyasi nüfuzuna ciddi zərbə vurdu, bu uğursuzluq onun Kiçik Asiya qızılbaşlarından özünün müttəfiqi kimi istifadə cəhdinin puç olduğunu göstərdi. Osmanlı sultanının təcavüzkar siyasəti ilə üzləşən Şah İsmayıl Cənubi Qafqazda öz siyasətini fəallaşdırdı. Onun Cənubi Qafqaza müdaxiləsi bu istiqamətdə Osmanlı ekspansiyasını dəf etmək üçün öz mövqelərini möhkəmləndirmək cəhdi ilə bağlı idi. Öz aralarında mübarizə aparan gürcü çarlarının yardım məqsədilə ona müraciəti müdaxilə üçün bəhanə oldu. Qızılbaş Əmiri Div Sultan Rumlu Gürcüstana üç dəfə (1516, 1517 və 1521-ci illər) yürüş etmişdi. Sonuncu yürüş Kaxeti çarı Levanın basqını nəticəsində Şəki hakimi Həsən bəyin İsmayıla kömək üçün müraciəti ilə əlaqədardır. 1521-ci ildə Naxçıvana, İsmayılın yanına gəlmiş gürcü çarları (Levan, Kvarkvare, David və Manuçar) ondan asılılığı qəbul etdilər. 1519-cu ildə Şəki hakimi Həsən bəy də qərb qonşuları ilə mübarizədə yardımına arxalandığı İsmayıldan asılılığı qəbul etmişdi. 1501-ci ildə qızılbaşlar Şirvanı tərk etdikdən sonra burada onların nümayəndəsi saxlanılmışdı. İsmayılın ən nüfuzlu silahdaşlarından biri olan Hüseyn bəy Lələ Şamlı Səfəvilərin Şirvan canişini təyin olunmuşdu. O isə öz yerinə şirvanhları təqib edən zaman Fərrux Yəsara çataraq onu atdan vurub yerə salmış və başını İsmayıla gətirmiş xidmətçisi (“cilovdar”) Şahgəldi ağanı qoymuşdu. Həmin vaxtdan etibarən Şahgəldi ağa Şirvanşah sarayında qalaraq Təbrizə “bac” və “xəracın” vaxtında göndərilməsinə nəzarət edirdi. Lakin hakimiyyətini möhkəmləndirmiş Şirvanşah Şeyxşah vassal asılılığından azad olmağı qərara aldı və bacın ödənilməsini dayandırdı. I İsmayılın sarayında sığınacaq tapmış Sultan Mahmud Şirvanşah taxtını özünə qaytarmaq üçün ondan hərbi yardım istəmişdi. Sultan Mahmudu müdafıə etmək qərarına gəlmiş İsmayıl onunla birlikdə qorçubaşı Əbdül bəy Dədəni qoşunla Şirvan üzərinə göndərdi. Bu yardım müqabilində Sultan Mahmud Şah İsmayıldan vassal asılılığını qəbul etmiş və onun adına sikkə kəsdirmişdi. Sultan Mahmud qızılbaş qoşunu ilə Gülüstan qalasında Şeyxşahı mühasirəyə aldı. Qalanın mühasirəsi üç ay davam etdi. Mühasirədə qalanların vəziyyəti ümidsiz olmuşdu. Lakin gözlənilməz hadisə baş verdi: Sultan Mahmud yatağında öz xidmətçisi tərəfındən öldürüldü, onun başı isə Şeyxşaha çatdırıldı. Bundan ruhlanan Şirvanlılar gecə basqınları təşkil edərək özlərini itirmiş qızılbaşları darmadağın etdilər. Onların çoxu qaçmaqla xilas oldu, bir hissəsi isə əsir düşdü. Şeyxşah adamlarını İsmayılın yanına göndərərək öz sədaqətini təsdiq etdi və İsmayıldan “Şirvanın idarəsinin ona bəxşiş edilməsinə” nail oldu. O, bir neçə ildən sonra Şirvan qalalarının və qoşunun gücünə arxalanaraq Səfəvi asılılığından yenidən azad olmağa cəhd etmiş, bacın ödənilməsini dayandırmışdı. Bu vəziyyət 1509-cu ilin qışında qızılbaşların Şirvana yeni yürüşünə səbəb oldu. Yürüşə İsmayıl özü rəhbərlik edirdi. Qızılbaş qoşunu Cavad yaxınlığında Kür çayını keçərək Şirvana daxil oldu. İsmayılın üstün qüvvələri ilə toqquşmadan çəkinən Şeyxşah Buğurd qalasında gizləndi. Qoşunun bir hissəsini Şamaxıya göndərmiş İsmayıl Bakıya doğru hərəkət etdi. Bakı və Şabranın qalabəyləri şəhər qapılarının açarlarını Səfəvi şahına təqdim etdilər. Şirvanın digər qalabəyləri də hədiyyələrlə İsmayılın hüzuruna gəldilər. Dərbənd rəisləri Yarəhməd və Ağa Məhəmməd bəy nəinki şahın yanına gəldilər, hətta ənənəvi “peşkəş” də göndərmədilər. Qızılbaşlar Dərbəndə hərəkət edərək onu mühasirəyə aldılar. Beş gün ərzində qala divarları altından 12 lağım atıldı. ġəhərin müdafıəçiləri silahı yerə qoymağa məcbur oldular. Çaldırandan sonra İsmayıl Şirvanşahlarla sülh münasibətlərinə meyil edirdi. Dostcasına səfir mübadiləsi nəticəsində Şah İsmayılın qızı Pərixan xanımla Şeyxşahın oğlu Xəlil nişanlandılar. Bu münasibətlər sonralar da müsbət istiqamətdə inkişaf etdi.
İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]
1. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. “Elm”. 2007
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”. 2009
3. Петрушевский И.П., Азербайджан в XVI – XVII вв., Сб. статей по истории Азербайджана, вып. 1, Баку, 1949
4. Новичев А.Д., История Турции, том I, Эпоха феодализма (XI-XVIII века), Ленинград, 1963
5. Faruk Sümer, XV asırdan itibaren Anadoludan İrana vukubulan göçler, Türk Yurdu, sayı 1, Ankara, 1954
6. Savory M. Roger, “A Curiose Episode of Safavid History”, Edinburgh University Press, 1971
7. Фарах Гусейн. Османо-сефевидская война 1578-1590 гг. Баку, “Нурлан”, 2005
8. Şehabeddin Tekindağ, “Yeni Kaynak ve Vesîkaların Işığı Altında Yavuz Sultan Selim’in İran Seferi”, İstanbul Üniversitesi Edebiyat Fakültesi Tarih Dergisi, Sayı 22, 1968
9. Gülağ Öz. İSLAMİYYƏT Türkler ve Alevilik. Ankara, 1999
Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib
Martın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan komitənin sədri Siyavuş Novruzov gündəliklə bağlı məlumat verib .
Bələdiyyə institutunun təkmilləşdirilməsi regional inkişafa xidmət edir
AzerTAg.az
25.02.2023 [12:40]
Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib. Müxtəlif sahələri əhatə edən kompleks islahatlar davam etdirilib, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafı .
Türkiyədə zəlzələdə həlak olanların xatirəsi Azərbaycan parlamentində yad edilib
AzerTAg.az
17.02.2023 [11:36]
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi Milli Məclisin iclasında bir dəqiqəlik sükutla yad edilib. AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova həlak olanların ailələrinə və yaxınlarına .
“Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub
AzerTAg.az
27.01.2023 [17:01]
Yanvarın 27-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Ziyafət Əsgərov Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını kəskin surətdə pisləyib .
“Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklər edilir
AzerTAg.az
27.01.2023 [12:42]
Milli Məclis Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərinə əsasən “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişikliklər nəzərdə tutur .
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza almaları üçün portal istifadəyə verilib
AzerTAg.az
25.01.2023 [18:19]
Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən yanvarın 25-də istifadəyə verilib .
Böyük Qayıdışla bağlı qanunverici məsələləri araşdıran komissiya yaradılacaq
AzerTAg.az
25.01.2023 [14:52]
Ermənistanın işğalından azad olunmuş torpaqlara Böyük Qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq .
Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq
AzerTAg.az
25.01.2023 [14:45]
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin iş planına daxil edilib .
Parlamentdə Qərbi azərbaycanlıların 100 illik deportasiyası ilə bağlı konfrans təşkil ediləcək
AzerTAg.az
25.01.2023 [14:37]
Parlamentdə “Qərbi azərbaycanlıların 100 illik deportasiyası – Vətən müharibəsindəki Qələbədən sonra Qərbi azərbaycanlıların hüquqları kontekstində” adlı konfransı keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin .
Azərbaycan Prezidenti ölkə mediasını dayanıqlı islahatlara hazırlayır
AzerTAg.az
23.01.2023 [13:03]
Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bugünkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir .
Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası layihəsinə dair dinləmələr keçirilib
AzerTAg.az
18.01.2023 [19:35]
Qərbi Azərbaycan İcmasında, İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim və mütəxəssislə “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib. Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər .
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
AzerTAg.az
17.01.2023 [12:57]
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 2022-ci ilin yekunları, ötən il keçirilən qrant müsabiqəsinin, “Şuşa İli” çərçivəsində görülən işlər, Böyük Qayıdış prosesi və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində .
“Siyasi partiyalar haqqında” yeni Qanun partiyaların fəaliyyətinə daha geniş imkanlar yaradacaq
AzerTAg.az
13.01.2023 [19:38]
Tarixi Zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşmənin, təkmilləşmənin qaçılmaz olduğunu bariz şəkildə ortaya qoyur. Zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük yeniliyin şahidi olarıq. Yenicə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Qanun cəmiyyətdə geniş müzakirə olunmaqdadır .
Politoloq: Azərbaycan Prezidenti başqaları üçün qeyri-mümkün görünən hədəfləri reallığa çevirdi
AzerTAg.az
13.01.2023 [18:23]
Səmərəli, informasiya və mənayüklü, ən əsası isə dəqiq ünsiyyət səmərəli və uğurlu lider üçün vacib amil kimi çıxış edir. Şübhəsiz ki, məsuliyyət, əvvəlcədən düşünülmüş birləşmə, dəyər sistemi yaratmaq və idarə etmək .
Azərbaycanın 2023 hədəfləri: Türk əsrinə doğru
AzerTAg.az
13.01.2023 [10:36]
Tarix elə bir prosesdir ki, bəzən bir hadisə yüzillik bir gedişatı durdurur və yeni bir mərhələnin başlanğıcını qoyur. Bu baxımdan tam əminliklə demək olar ki, 2020-ci il sentyabrın 27-də başlayan, Zəfərlə başa çatan Vətən müharibəsi tək Azərbaycan üçün deyil .
Milli Məclisin plenar iclasında 23 məsələ müzakirə olunub
AzerTAg.az
27.12.2022 [19:43]
Dekabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb .
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
AzerTAg.az
17.12.2022 [15:46]
Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyində olan məsələlərin müzakirəsindən əvvəl Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın .
Milli Məclisdə mətbuat konfransı keçirilib
AzerTAg.az
23.11.2022 [19:51]
Noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra Milli Məclisdə mətbuat konfransı keçirilib .
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi
AzerTAg.az
21.11.2022 [15:30]
Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri .
Comments are closed, but trackbacks and pingbacks are open.