Press "Enter" to skip to content

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə

” Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu. Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.

9 Noyabr Bayraq Günü təbrik mesajları 2022

Azərbaycan bayrağı haqqında söylənmiş sözlər, bayraq haqqında şeirlər, bayraq ilə əlaqəli whatsapp statuslar və daha artığını bayraq gününə özəl hazırladığımız məqalədə tapa biləcəksiniz.

9 noyabr Dövlət Bayrağı günüdür. Dövlət Bayrağı Günü ilə bağlı 2009-cu ilin noyabr ayında Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib.

Bayraq sözləri, Bayraq mesajları, Bayraq günü təbrik mesajları və təbrik yazılı şəkilləri telefonunuza yükləyərək dostlarınızla paylaşa bilərsiniz.

9 Noyabr Bayraq Gününüz mübarək olsun!

Başlar düşmədən yerə Bayraq düşməz, Vətən bölünməz.

Bir Bayrağa sahib olmaq asan deyil. Bayraq, həyat sevincimizin öncülüdür.

Millətlə eyniləşən tək sevgi Bayraq sevgisidir.

Bayraq müstəqilliyin rəmzidir. Dalğalanmazsa, millət müstəqil sayılmaz.

Bayraq- millətin evidir, varlığıdır, zəfəridir və nəhayət, taleyidir.

Bayraq – ona görə həmişə millətin qürur, güvənc yeri, mövcudluğunun bəlgəsi sayılıb.

Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaqdır.

Bayraq bizi bizimlə birləşdirən əbədi bir sirrdir.

Bayraq günü ən dəyərli günlərdən biridir! Bayrağımızla fəxr edirəm!

Hür dalğalandıqca bayrağım, hür olur vətənim.

Bayraqları bayraq edən üstündəki qandır!

Bir kərə qalxan bayraq bir daha enməz!

Bayraq, bir bütövlüyü tamamlayan ilahi bir sevginin səmasındakı dalğalanmağıdır.

Bir alov yandırdı, sönməz bir daha. Bu bayraq yüksəkdən enməz bir daha!

Şəhid olsam, bu bayrağı üstümə örtün!

Bayraq – insanın fərdiyyətçilikdən çıxması, evin dörd divarına sığmaması, miqyasının sərhədlərini nişan verən ən böyük faktdır. Bir fərdin kimliyi, təfəkkür və düşüncə tərzi, imkanları onun Bayrağıyla ölçülür.

Bayrağımız bizə babalarımızın qanı ilə ərmağan edildi. Lazım olsa bizim də qanımızla övladlarımıza qalacaq.

Evsiz, yuvasız, kəndsiz qala bilərəm. Sevdiklərim gedə bilər. Sevənlərim xəyanət edə bilər. Hər şeysiz qala bilərəm, hər şeysiz ola bilərəm. Ancaq bayraqsız ola bilmərəm!

Daim dalğalansın Azərbaycan bayrağı, var olsun Azərbaycan ordusu!

9 Noyabr Bayraq Günü münasibəti ilə bütün doğmalarımı təbrik edirəm. Daim yüksəklərdə ol, Azərbaycan Bayrağı!

Dünyanın ən gözəl bayraqlarından biri – Üçrəngli, Ay ulduzlu ilahi bəxşişi bir daha enməyəcək səviyyədə Azərbaycanı – yəni məni, səni, onu, bizim hamımızı – dünyanın hər bir qitəsinə aparır;

Bayraq müstəqillik rəmzidir. Əgər dalğalanmasa, millət müstəqil sayılmayacaq.

Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaq.

Bayraq bizi özümüzlə birləşdirən əbədi bir sirrdir.

Bu bayraq zəfər görmüş bayraqdır, Sən məğlub etmə Allahım!

Biz qan tökməyi sevən bir millət deyilik, amma mövzu Vətəndirsə, dünyanın şah damarını kəsərik.

Türk bayrağı səmalarda dalğalanan bir sancaq! Və biz Türklər Tanrı qarşısında baş əyərik ancaq!

Dünyanın ən gözəl bayrağı – millətimizin imzasını dünyada təsdiqləyir…

Biz ölümləriylə «Bayrağımızı bayraq yapan»larımızın əvəzindən də hər gün Onun torpağında Varıq!

İgidlər var olduca, Sən də varsan Azərbaycan!

Bayraq – insanın ruhunun imkanlarının göstəricisidir.

Ruhsuz yaşamaq mümkün olmadığı kimi, Bayraqsız millətin də yaşaması mümkün deyil. Bayraq millətin ətrafına çəkilən halədir – qabıq ağacı qoruduğu kimi, milləti də Bayraq qoruyur.

Bayrağı bayraq edən onun üzərindəki qandır. Torpaq, əgər uğrunda ölən varsa vətəndir.

Başlar enməmiş bayraq yerə enməz, ölkə bölünməz.

Bayrağa sahib olmaq asan deyil. Bayraq yaşamaq sevincimizin qürurudur.

Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir.

Bayraq haqqında şeirlər

Göylərə yüksəlib üçrəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbimin başında qığılcım yanar,
Ey Vətən, sən onu sönməyə qoyma!

Bayraq şeiri

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası – bayraq.
Zəfərdən doğulmuş, Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.

Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.

Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başıma tac olan hilal.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Müəllif: Bəxtiyar Vahabzadə

Bayraq haqqında aforizmler

Bayraq bir millətin azadlığına işarədir. Düşmənin bayrağı olsa belə, hörmət edilməlidir. (Atatürk)

Bayraq bütövlüyü simvoludur.

Bir kərə yüksələn bayraq bir daha enməz! (Məmmed Əmin Rəsulzadə)

Azan dinməz, bayraq enməz, şəhid ölməz, VƏTƏN bölünməz!

Bayraq haqqında digər məqalələrimiz:

  • Bayraq haqqında gözəl sözlər, fikirlər

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə

l. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir; üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti l:2-dir.

Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60 bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir. 93

3. Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı yerlərdə qaldırılır:

a)Azərbaycan Respublikası Ali Sovetinin,

Azərbaycan Respublikası Milli Məclisinin.

Naxçıvan Muxtar Respublikası Ali Sovetinin,

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin.

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin,

Azərbaycan Respublikası rayon, şəhər, şəhərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetinin İcra hakimiyyəti və bələdiyyə orqanlarının.

sessiyalarının keçirildiyi binaların üzərində-bütün sessiya dövründə;

b) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan

Respublikası Ali Sovetinin,

Azərbaycan Respublikası Milli Məclisinin.

Azərbaycan Respublikası Nazirlər Sovetinin,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin.

Naxçıvan Muxtar Respublikası Ali Sovetinin və Nazirlər Sovetinin,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin.

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin

İcra hakimiyyəti və bələdiyyə orqanlarının binaları üzərində-daim asılır;

v) dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların binaları, habelə yaşayış evləri üzərində – martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-də, mayın 9-da, mayın 28-də, noyabrın 7-də.

Qeyd edək ki, tarixi inkişafımızın sonrakı mərhələsində oktyabrın 18-i, noyabrı 12-i, noyabrın 17-i və dekabrın 31-nin bayram elan edilməsi ilə əlaqədar olaraq həmin günlər də Dövlət bayrağının ucaldılması siyahısına daxil edilmiş və Azərbaycana aidiyyəti olmayan günlərdə-aprelin 28-i, mayın 1-i və 2-i, mayın 9-u, noyabrın 7-i Dövlət bayrağının ucaldılması günləri siyahısından çıxarılmışdır.

Yuxarıda göstərilən binalar üzərində Azərbaycan Respublikasının Dövlət bayrağını başqa bayram və xatirə günlərində də qaldırmağa icazə verilir.

q) rəsmi şəxs sifəti iiə Azərbaycan Respublikası Prezidentinin,

Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası

Baş Nazirinin və ya digər rəsmi (vəkil edilmiş) şəxslərin mindikləri

hava gəmilərində (Dövlət bayrağının gəmidə təsvirləri), dəniz gəmilərində, daxili su yonlarında üzən gəmilərdə və başqa nəqliyyat vasitələrində-göstərilən şəxslərin razılığı ilə;

d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Baş Nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, idarələrin və təşkilatların keçirdikləri mərasimlər zamanı, digər təntənəli və bayram tədbirlər: zamanı da qaldırıla bilər.

4. Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bir vaxtda;

qaldırılarkən Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağının ölçüsü Azərbaycan Respublikasının Dövlət bayrağının ölçüsündən iri ola bilməz.

5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onu təsviri ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəməlidir.

6. Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır.

7. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.

1990-cı il noyabrın 29-da respublika Prezidenti tərəfindən “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin növbəti çağırışının ilk sessiyasında təsdiq olunmuş Fərmana müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə”də tərtib və təsdiq olundu.

Həmçinin bax [ redaktə ]

  • Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə
  • Azərbaycan Respublikasının Dövlət himni haqqında əsasnamə

“Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı”haqqında nə bilirik ?

Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.

Bayrağın təsviri[redaktə
Bayrağın tikilmə planı

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur” Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyov ya­zır­dı: “Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb. Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir”

Bayraqda əks olunan rənglərin mənası məlum olsa da, ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur. Fətəli xan Xoyski öz nitqində ulduzun güşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddealara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlular və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. Digər fərziyyələr də var

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Dövlət Bayrağının təsviri:

” Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Rəng kodları

Rəng modeli Mavi Qırmızı Yaşıl
Pantone 306C Red 032C 362C
RGB 0, 181, 226 239, 51, 64 80, 158, 47
CMYK 75, 0, 5, 0 0, 79, 73, 6 78, 0, 100, 2
Hex #00b5e2 #ef3340 #509e2f

“Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydası” haqqında sərəncamda dövlət bayrağının dəqiq rəng xüsusiyyətləri qeyd olunur. 22 oktyabr 2013-cü il tarixində “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanuna əsasən kodları – Pantone Blue 313 C, Pantone Red 185 C və Pantone Green 3405 C rəng çalarları yeniləri ilə əvəz edilmişdir:

Bayrağın tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı.

1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu.[1] Məhəmməd Əmin Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:

“Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. “

Həmin dövrdə bayraq Osmanlı İmperiyasının bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı İmperiyasının bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd

Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu. Əfqani “Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti” və “İslam birliyi” kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.

1919-cu ildə ADR hökumətinin poçt markası.

1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:

“Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.

ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi “türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini” (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi.[8] O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng “Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur” .

Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:

” Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu. Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.

1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının istifadəsi
Mühacirət dövründə Məhəmməd Əmin Rəsulzadənin hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı xaricdə immiqrant təşkilatlar tərəfindən istifadə olunurdu.

Böyük Vətən müharibəsi zamanı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Üçüncü Reyx tərəfdə döyüşən Azərbaycan legionu tərəfindən istifadə olunurdu. Azərbaycan legionunun işarəsi olaraq, bayraq döyüşçülərin qol embleminin üzərində əks olunmuşdu.

6 noyabr 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayını Əbdürrəhman bəy Fətəlibəyli başçılıq edirdi. Qurultayda Azərbaycanın bayrağı qaldırılmış və alınan qərarlardan biri Azərbaycanın müstəqilliyinin bərpa edilməsi idi.

1922-ci ildə Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçmişdi. O, orda Gülməmməd Bağırovla AXC-nin bayrağını hazırlamışdı. Hal-hazırda bayraq Azərbaycan Tarix Muzeyində yerləşir.

Ağ rəngli aypara və səkkizgüşəli ulduz Münhendə Əbdürrəhman bəy Fətəlibəylinin və Parisdə Topçubaşovlarun ailə məzarının üstündə yerləşir.

1956-cı ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin yaranışını məxsusi qeyd edən Cahid Hilaloğlu, Bakıda Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmışdı. Bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tutub, daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlaymışdı. İşə baxan Azərbaycan SSR Ali Məhkəməsi Hilaloğlunu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılmışdı.

Comments are closed, but trackbacks and pingbacks are open.