Press "Enter" to skip to content

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilib

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən �Türkçülük, islamçılıq və müasirlik� düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Dövlət bayrağı haqqında əsasnamə

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən �Türkçülük, islamçılıq və müasirlik� düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, �Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında� Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş �Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə� əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.

Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.

162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilib

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirə edilib.

12 İyul , 2019 13:20

https://static.report.az/photo/19c792e6-620e-464d-be01-c4cc1e8636a3.jpg

Milli Məclis in bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirə edilib. “Report”un xəbərinə görə, dəyişiklik dəqiqləşdirmə xarakterlidir. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb. Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Xankəndi

Noyabrın 9-u Azərbaycanda Bayraq Günüdür. Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan Dövlət bayrağının təsis edilməsi haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Höküməti tərəfindən 1918 ci il iyunun 21- də Gəncə şəhərində qəbul edilib.Həmin qərara əsasən qırmızı rəngli Dövlət bayrağı üzərində ağ rəngli aypara və səkkizgüşəli ulduz təsvir olunmuşdu.

Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağı xatırladırdı. Bugünkü Azərbaycan Respublikasının dövlət rəmzi olan üçrəngli milli bayraq isə 1918-ci ilin noyabrın 9- da Cümhuriyyət Hökümətinin iclasında Fətəlixan Xoyskinin məruzəsi əsasında qəbul edilib.

Hökümətin həmin iclasında Azərbaycanın dövlət bayrağının “ mavi, qırmızı və yaşıl rənglərindən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət ” olması qərara alındı.

Məhəmməd Əmin Rəsulzadənin ifadəsi ilə desək, Cümhuriyyətin üç rəngli dövlət bayrağı türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasıyasını əks etdirir.

Cümhuriyyətin Dövlət bayrağı Aprel işğalı (1920–ci il, 28 aprel) nəticəsində ləğv edilsə də, Azərbaycan xalqının istiqlal mübarizəsində böyük rol oynadı. 1988-ci ildə Azadlıq hərəkatı başlandıqda üçrəngli bayraq yenidən qaldırıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu. Həmçinin 1990-cı ilin noyabrın 29-da “Azərbaycan SSRİ-nin adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi. Bu fərman 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu və Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə hazırlandı.

Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub.

Dövlət başçısı 2009-cu ilin noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb və hər il 9 noyabr Azərbaycanda Dövlət bayrağı Günü kimi qeyd edilir.

2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. Bayrağın dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri isə 3.2 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450kv.m, kütləsi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi 2010–cu ilin mayın 29-da Ginnesin Rekordlar Kitabına daxil edilib.

Nərmin Məmmədova

Comments are closed, but trackbacks and pingbacks are open.