Press "Enter" to skip to content

Mevlana Mübadilə Proqramı Haqqında – 2023 Türkiyədə Təhsil

Mevlana Mübadilə Proqramı Protokolunu imzalayan bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrin bu proqramda iştirak etmək hüququ vardır. Ayrıca həmin protokolu imzalayan ali təhsil müəssisələrində çalışan bütün akademik heyətdə Mevlana Mübadilə Proqramına qatıla bilərlər. Proqramın tələbəsi olmaq üçün şərtlər bir neçə başlıq altında qruplaşdırıla bilər:

Ukrayna

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə Nazirliyin Mərkəzi Aparatının nümayəndələri, tabeli qurumların, elmi-tədqiqat institutlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər. Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qəbul olunan Dövlət Proqramının ölkə iqtisadiyyatının bütün sahələrində keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olduğunu deyib. Nazir bildirib ki, növbəti 5 ili əhatə edən Dövlət Proqramında indiyədək aqrar sahədə görülmüş işlərin davam etdirilməsi nəzərdə tutulur. Proqramda həyata keçirilən siyasətin əsas nəticələri, məqsəd, vəzifə və icra istiqamətləri öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyi qarşısında da böyük vəzifə və tapşırıqlar qoyduğunu xatırladan İnam Kərimov deyib ki, tabeli və yerli qurumlar Dövlət Proqramında əks olunan tapşırıqların icrasına hərtərəfli dəstək verməlidir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov, “Aqrolizinq” ASCnin sədri vəzifəsini icra edən Elmin Rəhmanov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xalis Mahalov çıxış edərək 2018-ci ildə görülmüş işlər, əldə olunan sosial-iqtisadi göstəricilər, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası barədə fikirlərini bölüşüblər. Müşavirəyə yekun vuran nazir İnam Kərimov bildirib ki, nazirlik öz fəaliyyətində fermer və kəndlilərə yaxınlıq prinsipini əsas götürür və Dövlət Aqrar İnkişaf Mərkəzləri bu prinsipə əsaslanaraq fermerlərə hərtərəfli qayğı göstərməlidir.

Bundan başqa DAİM-lər “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqinə hərtərəfli dəstək verməli, Aqrar Könüllülər Hərəkatına kömək etməlidir. Nazir “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının Tədbirlər Proqramın Tədbirlər Planında ölkə əhəmiyyətli tədbirlərlə yanaşı hər bir şəhər və rayon üzrə konkret tədbirlər nəzərdə tutulur. DAİM-lər Dövlət Proqramını əldə rəhbər tutmalı və icrada aktiv iştirak etməli, konkret nəticələrə nail olmalıdırlar. İnam Kərimov kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib. O bildirib ki, bütün səylər və fəaliyyətlər məhsuldarlığın artırılmasına yönəldilməli, sahənin elmi əsaslarla inkişaf etdirilməsi təmin edilməli, müasir texnologiyalar və həllər daha geniş tətbiq olunmalıdır. Qeyd edək ki, “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə hər üç aydan bir keçiriləcək.

Mevlana Mübadilə Proqramı Haqqında – 2023 Türkiyədə Təhsil

Mevlana Mübadilə proqramı Türkiyə universitetləri ilə Azərbaycan Universitetləri arasında iki tərəfli imzalanan tələbə və müəllim heyəti arasında mübadilə aparmağı mümkün edən bir proqramdır. 23 avqust 2011-ci ildə yaradılmış proqram Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə və müəllim mübadiləsi üçün yol açmışdır. Digər mübadilə proqramlarından fərqli olaraq mübadilə proqramı çərçivəsində hərəkətlilik hər hansı bir coğrafi bölgədən asılı olmayaraq dünyanın hər yerində yerləşən ali təhsil müəssisələrini əhatə edir. Ən azı 1, ən çoxu isə isə 2 smestrlik bu proqrama qoşulmaq istəyən tələbələr, müəllimlər isə dünyanın ali təhsil müəssisələrində minumum 1 həftə, maksimum 3 ay dərs vermək proqramından yararlana bilərlər. Eynilə dünyanın hər yerindən tələbələr və müəllimlər Türkiyənin ali təhsil müəssisələrinə ödənişsiz təhsil almağa gələ bilərlər.

Mevlana Proqramında Kimlər İştirak Edə Bilərlər?

Mevlana Mübadilə Proqramı Protokolunu imzalayan bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrin bu proqramda iştirak etmək hüququ vardır. Ayrıca həmin protokolu imzalayan ali təhsil müəssisələrində çalışan bütün akademik heyətdə Mevlana Mübadilə Proqramına qatıla bilərlər. Proqramın tələbəsi olmaq üçün şərtlər bir neçə başlıq altında qruplaşdırıla bilər:

  1. Tələbə ali təhsil müəssisələrinin I, II və III kurs tələbəsi olmalıdır.
  2. Tələbənin univer ortalama qiyməti (GPA) minumum 75 olmalıdır. Magistrlar üçün isə bu qiymət 80 olmalıdır.
  3. Tələbənin ingilis dil bilikləri minimum B2 səviyyəsində olmalıdır.

Mevlana Mübadilə Proqramında bütün xərclər YÖK təqaüdü tərəfindən ödənilir və təqaüdün məbləği isə 1000 tl təşkil edir.

Proqrama Qəbul Üçün Tələb Olunan Sənədlər Hansılardır?

Mevlana Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr təhsil aldıqları ali təhsil müəssisələrinin müvafiq departementinə yaxınlaşmaqla aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
  • Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu)
  • Təhsil almaq istədiyi dil haqqında müvafiq sənəd
  • CV (ingilis və ya türk dilində)
  • Xarici passportun sürəti
  • Tələbə bileti (əsli)
  • 2 ədəd 3×4 fotoşəkil

Qeyd etmək lazımdir ki, tələbələr müraciət əsasında 3 universiteti qeyd etməlidirlər. Proqramla bağlı daha ətralı məlumat almaq istəyirsinizsə “Mevlana Değişim Programı” saytına daxil ola bilərsiniz.

Mübadilə Proqramının Əməkdaşlıq Etdiyi Yerli Universitetlər Hansılardır?

  1. Azərbaycan Dövlət İqtisad Universiteti
  2. Azərbaycan Universiteti
  3. Azərbaycan Dillər Universiteti
  4. Bakı Dövlət Universiteti
  5. Azərbaycan Turizm və Menecment Universiteti
  6. Azərbaycan Dövlət Aqrar Universiteti
  7. Azərbaycan Texniki Universiteti
  8. Sumqayıt Dövlət Universiteti

Son olaraq sizlərə xaricdə təhsil yolunuzda QəbulOl şirkəti adından uğurlar arzu edirəm!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə təqaüd proqramları haqqında ətraflı məlumat almaq istəyirsinizsə digər məqalələrimizidə oxuya bilərsiniz:

  1. Türkiyədə Tam Təqaüdlə Təhsil
  2. Erasmus Nədir?
  3. Təqaüd Proqramları Haqqında Hər Şey

İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin;

3.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

Comments are closed, but trackbacks and pingbacks are open.