Press "Enter" to skip to content

Gerblər və emblemləR

b) Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;

VƏTƏNİM AZƏRBAYCAN.

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.
3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Əbülfəz ELÇİBƏY,
Azərbaycan Respublikasının Pezidenti
Bakı şəhəri, 23 fevral 1993-cü il
№ 516

«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1993-cü il, № 4, maddə 117.
2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli; 24 dekabr 2004-cü il tarixli, 815-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

Azərbaycan Respublikasının
1993-cü il 23 fevral tarixli Qanunu ilə
TƏSDIQ EDILMIŞDIR
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
ƏSASNAMƏ

1. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
b) Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;
ğ) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
d) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına.
4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
b) Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
v) bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının lövhələrində);
q) Azərbaycan Respublikası Mərkəzi Bankının buraxıldığı kağız və metal pul nişanlarında , Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində;
ğ) Azərbaycan Respublikası vətəndaşının pasportunda; Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
d) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
e) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;
ə) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında.
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.
6. Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.
7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qaratəsvirə uyğun gəlməlidir.

Gerblər və emblemləR

yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiya aşağıdakı tərkibdə təşkil edilsin:

Muradəliyev Fazil Qulam oğlu — Azərbaycan Respublikası Ali Sovetinin Mədəniyyət və dini əqidə

məsələləri daimi komissiyasının sədri (sədr)

Bünyadov Ziya Musa oğlu — Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycanın

əməkdar elm xadimi

Vahabzadə Bəxtiyar Mahmud oğlu — Azərbaycanın xalq şairi

Qasımzadə Fuad Feyzulla oğlu — M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kafedra müdiri,

Azərbaycan Respublikası Prezidentinin müşaviri, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər

Quliyev Tofiq Ələkbər oğlu—Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci katibi

Əbdürəhmanov Nadir Qəmbər oğlu — Azərbaycan Rəssamlar İttifaqı Rəyasət heyətinin üzvü,

Azərbaycanın xalq rəssamı

Əzizov Arif Möhübəli oğlu — rəssam, Azərbaycan TKGİ mükafatı laureatı

Kazımzadə Kazım Məmmədəli oğlu — R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyinin direktoru,

Azərbaycanın xalq rəssamı

Məmmədov Aydın Mirsaleh oğlu — Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və

ədəbi əlaqələr mərkəzinin sədri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini

Məmmədova Fəridə Cəfər qızı — Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi,

Azərbaycanın əməkdar elm xadimi

Nəbiyev Bəkir Əhməd oğlu — ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının ədəbiyyat, dil və

Polad Bülbül oğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri

Rzayev Anar Rəsul oğlu — Azərbaycan Yazıçılar İttifaqının birinci katibi

Rüstəmxanlı Sabir Xudu oğlu — «Azərbaycan» qəzetinin baş redaktoru

Talıbzadə Kamal Abdulla Şaiq oğlu — ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının akademiki

Xəlilov Fərhad Qurban oğlu — Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri, Azərbaycanın

əməkdar incəsənət xadimi

Cabir Novruz — şair, «Ədəbiyyat qəzeti»nin baş redaktoru

2. Müəyyən edilsin ki, işlər komissiyaya 1991-ci il mayın 25-dək təqdim olunmalıdır.

3. Komissiya verilmiş təkliflərin geniş müzakirəsini təşkil etsin və Azərbaycan Respublikasının Dövlət

himni mətnlərinin, Dövlət gerbi, orden və medalı təsvirlərinin ən yaxşı layihələrini seçsin və öz rəyini

Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinə təqdim etsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri.

Bakı şəhəri, 28 mart 1991-ci il,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

(19 yanvar 1993)

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilsin.

Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 1993-cü il.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan

Respublikasının Qanunu

(23 fevral 1993)

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali

Sovetinin Məlumatı, 1981-ci il, N-5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi

haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.

Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 1993-cü il il.

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

Azərbaycan Respublikasının

23 fevral 1993-cü il

tarixli 516 saylı Qanunu ilə

təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.

2. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində

yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının

rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət

gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və

ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:

• Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti

• Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;

• Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə

iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj

Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

• yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;

• Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;

• Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin

4.Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:

• Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;

• Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının

• bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının

• Azərbaycan Respublikası Milli Bankının buraxıldığı kağız və metal pul nişanlarında, Azərbaycan

Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində;

• Azərbaycan Respublikası vətəndaşının pasportunda; Azərbaycan Respublikası vətəndaşına verilən

diplomatik və başqa xarici pasportlarda;

• Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;

• Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;

Dövlət gerbi haqqında əsasnamə

Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 28-02-1993, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 117)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin. [1]

2. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5—6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.

3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 23 fevral 1993-cü il.

Azərbaycan Respublikasının 1993-cü il

23 fevral tarixli Qanunu ilə

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

1. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.

2. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:

a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;

b)Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;

v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;

ğ) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;

d) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına.

4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:

a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;

b) Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;

v) bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının lövhələrində);

q) Azərbaycan Respublikası Mərkəzi Bankının buraxıldığı kağız və metal pul nişanlarında , Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində; [2]

ğ) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda; [3]

d) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;

e) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;

ə) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında. [4]

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.

6. Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.

7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidir. *

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 463)

2. 24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 61)

3. 3 mart 2006-cı il tarixli 82-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il. № 3, maddə 225)

4. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

5. 19 aprel 2013-cü il tarixli 614-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 463 )

6. 19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 574)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

* Bax: Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 1 , maddə 23 («Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu).

[1] 19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 574) ilə 1-ci maddə ləğv edilmişdir.

[2] 24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 61) ilə 4-cü maddəsinin “q)” bəndindən “və lotereya biletlərində” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

q)Azərbaycan Respublikası Milli Bankının biletlərində və metal pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində və lotereya biletlərində;

3 mart 2006-cı il tarixli 82-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il. № 3, maddə 225) ilə 4-cü maddəsinin “q)” bəndində “biletlərində və metal pul vahidlərində ” sözləri “buraxıldığı kağız və metal pul nişanlarında ” sözləri ilə əvəz edilmişdir.

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”nin 4-cü maddəsinin “q)” bəndində “Milli Bankının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilmişdir.

[3] 19 aprel 2013-cü il tarixli 614-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 463 ) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”nin 4-cü maddəsinin “ğ” bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

ğ) Azərbaycan Respublikası vətəndaşının pasportunda; Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;

[4] 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 463) ilə 4-cü maddəyə “ə)” bəndi əlavə edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.