Press "Enter" to skip to content

Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir

2.2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsini təmin etsin;

Dövlt Komitəsi Bakıda zorakılığa məruz qalan 12 yaşlı qızı nəzarətə götürdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Suraxanı rayonunda zorakılığa məruz qalan azyaşlı qızı nəzarətə götürüb.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, qurum əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan, Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailəyə səfər edilib.

“Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir”, – deyə T.Mərdanoğlu bildirib.

Xatırladaq ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 2010-cu il təvəllüdlü qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb. Azyaşlının anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir

Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir və Qafqazı insan, pul və digər vasitələrin daşınması üçün istifadə etməyə səy göstərən qüvvələrə qarşı mübarizə aparır. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlt Departamentinin terrorçuluqla mübarizə üzrə hesabatında deyilir.

Hesabatda deyilir ki, Azərbaycan terrorçuluqda iştirak edən şəxsləri təqib etməklə səylərini terrorçuluqla mübarizəyə kökləyib: “Azərbaycan xaricdəki münaqişə zonalarından ölkəyə qayıdan şəxslərə qarşı cəza tətbiq edir. Ölkədə, həmçinin terrorçuluqla mübarizə haqqında qanuna dəyişikliklər edilib, muzdlu qismində xaricdə terrorçuluq fəaliyyətində iştiraka görə cəza sərtləşdirilib”.

Sənədddə qeyd edilir ki, Azərbaycan məlumat mübadiləsini davam etdirmək, xarici terrorçuların İraq və Suriyaya axınının və ekstremist qrupların qanunsuz maliyyələşdirilməsinin qarşısını alaraq İŞİD-ə qarşı mübarizə aparmağa hazır olduğunu bəyan edib.

Milli.Az

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin

təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;

2.2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri VASİF TALIBOV

Naxçıvan şəhəri, 23 aprel 2018-ci il

Comments are closed, but trackbacks and pingbacks are open.