Press "Enter" to skip to content

Qəbul imtahanlarında düşən SUALLAR

Bu bölməyə aid digər xəbərlər

Dövlət imtahan sualları bdu

Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus (COVİD-19) pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşmədi. Bu təsirin nəticəsində cari ilin mart ayından başlayan karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı. Pandemiya səbəbilə yaranmış ekstremal vəziyyət zamanı digər ali məktəblər kimi Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində onlayn dərs prosesi başlandı və bu, öz səmərəli nəticəsini göstərdi. Azərbaycan RespublikasıTəhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması üzərindən 20 mindən artıq istifadəçi hesabı yaradıldı, texniki çətinliklərin aradan qaldırılması məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırıldı. Platforma BDU tələbələrinin 80%-ni əhatə etdi, ali məktəbin professor-müəllim heyəti tərəfindən 8000-dən çox mühazirə oxundu.

Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının məsafədən təşkil olunmasına da əsas verdi. Universitetin Elmi Şurası COVİD-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi. Tələbələrin sevincinə səbəb olan bu qərarların verilməsi, onların imtahanlara daha həvəslə hazırlaşaraq, yüksək nəticələr əldə etmələrinə stimul yaratdı.

Bütün tələbələrin hər bir fənn üzrə cari qiymətləndirilməsinin 50 bal olaraq müəyyən edilməsi qərarı onların ruh yüksəkliyinə səbəb oldu. Eyni zamanda hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək azaldılaraq sadələşdirildi. Müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş bütün təcrübələr 100 balla qiymətləndirildi.

Sessiya müddətində imtahanların öncədən təyin olunmuş qaydalara uyğun təşkil olunması məqsədilə lazımı texniki tədbirlər yüksək səviyyədə təşkil edilib. Bununla yanaşı, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə BDU Tələbə Nəzarət Qrupu yaradılıb. BDU-nun rəsmi veb saytında (bsu.edu.az) tələbələrə 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası ilə bağlı tövsiyələr verilib, onların onlayn imtahanlar zamanı nələrə diqqət yetirməli olduqları xatırladılıb. İmtahanlar tərtib olunmuş cədvəllərə uyğun olaraq istirahət və bayram günləri istisna olmaqla iki növbədə – saat 10:00-13:00 və saat 14:00-17:00 aralıqlarında təşkil olunur. Elektron yaddaşa yazılan imtahanlar kafedra müdiri, fənn müəllimi və kafedranın əlavə bir əməkdaşının iştirakı ilə onlayn olaraq keçirilir. İmtahan nəticələri imtahanın gedişində tələbələrə elan edilir və təsdiq üçün aidiyyatı üzrə Tədrisin təşkili və idarə olunması Mərkəzinə və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə təhvil verilir.

İmtahanların gedişini rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilir. Həmçinin tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərir. Komissiyaya müraciətlər onlayn formada həyata keçirilir.

İyun ayının 8-dən başlayan onlayn imtahan sessiyasının ilk həftəsinə uğurla yekun vurulub. Bu müddət ərzində bakalavriat pilləsində təhsil alan 860 qrup üzrə 19045 tələbə, magistratura pilləsində isə 327 ixtisaslaşmada 246 fənn üzrə 1081 magistrant imtahanlarda iştirak edib. İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

16 fakültə üzrə təhsil alan tələbələr bütövlükdə 4000-ə yaxın fənn üzrə imtahan verəcəklər. Beş həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək yaz semestrinin imtahan sessiyası iyul ayının 10-da yekunlaşacaq.

Bu gündən etibarən isə BDU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsi start götürür.

Əziz tələbələr, növbəti imtahanlarda sizə uğurlar arzulayırıq!

Qəbul imtahanlarında düşən SUALLAR

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Qeyd edək ki, imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verib.

Abituriyentlərdən 33462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.

Dövlət imtahan sualları bdu

2020-06-20 15:40:00

BDU-nun müəllimləri onlayn imtahanlardan danışır

Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) təhsil prosesinin uğurla davam etdirilməsi məqsədilə atdıqları birgə addımlar hamıya məlumdur. Bakı Dövlət Universitetində imtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq onlayn qaydada şifahi formada keçirilir. Bakalavriat səviyyəsinin I, II və III kurslarında, SABAH qruplarında, I kurs magistraturada, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr onlayn formada təşkil olunan yaz semestrinin imtahan sessiyasının ikinci həftəsində də aktiv iştirak ediblər. İmtahanların gedişi, tələbələrin fəallığı, universitetin imtahan sessiyasının səmərəli və şəffaf, obyektiv keçirilməsi üçün atdığı addımlar barədə akademik heyətin fikirlərini paylaşır. Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov onlayn imtahan sessiyası haqqında danışarkən qeyd edib ki, BDU-nun Mexanika-riyaziyyat fakültəsində də yay imtahan sessiyası tələbələrin fəal iştirakı ilə onlayn şəkildə davam edir. Professor-müəllim heyəti tələbələrə humanist və qayğıkeş münasibət göstərir. A.Səlimov imtahanların uğurlu təşkil edilməsi məqsədilə bütün şəraitin yaradıldığını, fakültələrin veb-səhifələrində elektron mühazirə mətnlərinin yerləşdirildiyini bildirib. O, həmçinin imtahandan əvvəlki günlərdə onlayn məsləhət saatlarının təşkil edildiyini və “Microsoft Teams” platformasında tədris prosesinin məsafədən idarə edilməsi üçün verdiyi bütün imkanlardan istifadə olunduğunu vurğulayıb. O, kafedra müdiri kimi özünün də imtahan prosesinə onlayn qoşularaq, sessiyanın şəffaf həyata keçirildiyinin şahidi olduğunu qeyd edib. Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirova tədris prosesinin mövcud şəraitə uyğunlaşdırılması, müasir tələblər səviyyəsində qurulması səbəbindən yaddaş təhsilindən təfəkkür təhsilinə keçid zərurətinin yarandığını vurğulayıb. O, bu baxımdan, BDU-da pandemiya şəraitində həyata keçirilən təhsil prosesinin çox təqdirəlayiq olduğunu bildirib. Onlayn formada reallaşan imtahanların, mart ayının ortalarından davamlı şəkildə həyata keçirilən onlayn dərslərin mütəşəkkil təşkil edildiyini qeyd edib. A.Nəsirovanın fikrincə, tələbələrin fənləri yüksək səviyyədə qavramaları, sualları elmi şəkildə cavablandırmaları distant və ya rəqəmsal təhsilin müsbət nəticə verən və ürəkaçan olduğunu sübut edir. O, Jurnalistika fakültəsində iki imtahan keçirdiyini və tələbələrin hazırlıq səviyyəsindən çox razı qaldığını, tələbələrin hamısının yüksək qiymət aldıqlarını bildirib. Sonda A.Nəsirova universitet və fakültə rəhbərliyinə imtahan prosesinin belə yüksək səviyyədə təşkili olunması səbəbilə təşəkkürünü çatdırıb. Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müəllimi, biologiya elmləri üzrə fəlsəfə doktoru Günel Əhmədova ölkəmizin bütün sahələrində, o cümlədən təhsil sahəsində ciddi şəkildə virtuallaşma prosesinin getdiyini söyləyib. Prezident İlham Əliyevin pandemiyanın qarşısının alınmasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində, o cümlədən onlayn təhsilin təşklində gördüyü işlərin digər ölkələrə örnək olduğunu xatırladıb. BDU-da da “Microsoft Teams” proqramının geniş imkanlarından istifadə edərək imtahanların onlayn şəkildə yüksək səviyyədə keçirildiyini, bakalavr və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılmasının uğurla davam etdirildiyini vurğulayıb. BDU-nun Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev imtahan sessiyasının gedişində tələbələrin onlayn tədris prosesində əldə etdikləri bilik və bacarıqların nümayişi üçün həm universitet rəhbərliyi, həm də fənn müəllimləri tərəfindən şəffaf imtahan mühitinin yaradılmasının müsbət amil olduğunu bildirib. Auditoriyada mühazirə oxumağın gözəlliyini heç nəyin əvəz edə bilmədiyini vurğulayan Ələkbər Mirzəyev onlayn platforma sayəsində tələbələrlə onlayn dərs mühitinin rahat formada qurulduğunu qeyd edib. İmtahan prosesində imtahan götürən müəllimlə birlikdə imtahana nəzarət edən kafedra müdirinin də mövzular ətrafında müəyyən suallar verdiyini deyən Ə.Mirzəyev bunun tələbənin bilik səviyyəsini bir daha nümayiş etdirməsinə şərait yaratdığı fikrindədir. O, Bakı Dövlət Universitetinin gələcəkdə zərurət yaranarsa onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və peşə vərdişlərinin tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atacağına əminliyini ifadə edib. AZƏRTAC

Bu bölməyə aid digər xəbərlər

AzTU-nun şəhid tələbəsinin doğum günüdür

2023-03-12 15:17:00

Universitetdə müəllimlərin rəsm sərgisi keçirildi

2023-03-10 14:18:00

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

2023-03-09 14:39:00

Azərbaycanda diplomat hazırlayan ilk fakültə

2023-03-07 17:39:00

Rektor qız tələbələri 1 aylıq ödənişdən AZAD ETDİ

2023-03-07 16:46:27

İqtisad Universitetində daha bir elmi seminar

2023-03-06 17:28:00

Harvard Universitetinin azərbaycanlı məzunları – Onlar hansı vəzifələrdə çalışır?

2023-03-06 08:30:00

UFAZ-ın məzunları Fransada tədqiqat aparır

2023-03-03 15:06:00

UNEC-də elm festivalı başlayıb

2023-03-01 14:32:00

Xəzər Universitetinin 75 yaşlı sahibi – Məşhur qaçağın nəvəsi.

Comments are closed, but trackbacks and pingbacks are open.