Dövlt maliyysi
YanardağYanardağ Məhəmmədi kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi – bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açmışdır. Bundan başqa buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar”, Əl-Farisi Əl-İstəxrinin “Kitab əl-masalik vəl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”), Əl-Müqəddəsinin “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” (“İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü”) və sair müəlliflərin əsərlərində təsаdüf оlunmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanar dağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbirstanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
Dövlt maliyysi
Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zəhməti ilə salınmış, qədimliyi, füsunkarlığı və gözəlliyi ilə yola fərqlilik qatan daş örtüklər dağılıb uçulur və yerindən qopur. Qopmuş daş örtüklərinin yerini isə yamaq asfalt hissələr əvəzləyir…
Söhbət Nəsimi rayonunun Füzuli küçəsindən gedir. Həmin küçədən üzü yuxarı başlayaraq xeyli hissədə daş örtüklər qopub, dağılıb və ətrafa səpələnib.
Qopmuş daş döşəmələrinin yerinə isə yamaq asfalt döşənib. Aidiyyəti qurumun sözdə təmir etdiyi bu yolun tarixiliyi və qədimiliy də məhv edilib. Dağılan daş döşəmələrinin yerinə hissə-hissə asfalt örtük vurulması hərəkət iştirakçları, həmçiniin əcnəbilər tərəfindən xoş qarşılanmır.
Şəhərin ən sıx və işlək ərazisi sayılan bu yolda hər gün yüzlərlə avtomobil və piyada hərəkət edir. Yerindən qopan, dağılan və uçan daş örtükləri də getdikcə sıradan çıxır.
Əslində damlı və uzunömürlülüyünə görə daş döşəmələrin daha çox piyadaların hərəkət etdiyi küçələrdə salınması məqsədəuyğun hesab edilir. Mütəxəssislərin dediyinə görə daş döşəmələrin hamarlanması avtomobillərin hərəkəti üçün müvafiq deyil.
Qeyd edək ki, sözügedən ərazidəki yol vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən daşla döşənib. Qopmuş hissələrin asfaltlanması işlərini isə Azərbaycan Avtomobil Yolları Dövlt Agentliyi həyata keçirir.
Bəs, bundan sonra acınacaqlı yolun taleyi nə olacaq?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən ərazinin əsaslı şəkildə təmiri nəzərdə tutulur:
“Amma yolun daşla, yoxsa asfaltla təmir olunacağı çıxarılacaq qərardan asılı olacaq. Məsələ ilə bağlı necə qərar veriləcəksə işlər də o şəkildə icra olunacaq”, – deyə qurum rəsmisi əlavə edib.bizim media/
Dövlt maliyysi
YanardağYanardağ Məhəmmədi kəndinin qərb hissəsində olub, Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi – bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açmışdır. Bundan başqa buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar”, Əl-Farisi Əl-İstəxrinin “Kitab əl-masalik vəl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”), Əl-Müqəddəsinin “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” (“İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü”) və sair müəlliflərin əsərlərində təsаdüf оlunmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanar dağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbirstanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
Heydər Əliyev, Abşeron, AZ0127
Dövlt maliyysi
Dövlət Alqı-Satqı Agentliyinin 2019-cu il hesabatına görə, keçən il Dövlət Alqı-Satqısının Vahid Elektron Sistemində müxtəlif beynəlxalq maliyyə institutları və donorların maliyyələşdirməsi ilə (DEP Tender) 108 elektron tender elan edilib. Barəsində danışılan tenderlərin ümumi ehtimal dəyəri 485 milyon lari təşkil edib.
2016, 2017, 2018 və 2019-cu illərdə elan olunan tenderlərə görə həmin illərdə 83 müqavilə imzalanıb ki, onların da ümumim dəyəri 242 milyon laridən artıq olub.
Hesabata görə, 2019-cu il bağlanan dövlət alqı-satqı müqavilələrinin ümumi dəyəri 5.3 milyard laridən artıq olub ki, bu da ümumi daxili məhsulun təxminən 11.7%-nə bərabərdir. Beləliklə, 2019-cu il bağlanan müqavilələrin ümumi dəyəri 2018-ci ilin analoji dövründə bağlanan müqavilələrdən 1.3 milyard lari artıqdır.
Qeyd edək ki, tender vasitəsilə bağlanmış müqavilələrin dəyər hissəsi təxminən 4.4 milyard təşkil edib ki, bu da ümumi dövlət alqı-satqısının 82.4%-nə bərabərdir.
Comments are closed, but trackbacks and pingbacks are open.