Dövlət Neft Fondu
3.1.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);
ƏSASNAMƏ
1.1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (bundan sonra – Fond) neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (və ya müvafiq Səlahiyyətli Dövlət Orqanı ilə) sərmayəçilər arasında bağlanmış sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış sazişlərin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli idarə olunması məqsədi ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli, 240 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır.
1.2. Fond Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır.
1.3. Fond büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında hesablaşma və digər hesablara, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.4. Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.
1.5. Fond öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.6. Azərbaycan Respublikası Prezidentinin fərmanları və bu Əsasnamə ilə Fonda verilmiş hüquqlar və vəzifələr istisna olmaqla:
a) Fond Azərbaycan Respublikasının Hökuməti, digər dövlət hakimiyyəti orqanları, o cümlədən nazirliklər, dövlət komitələri, dövlət təsisatları, müəssisələri və təşkilatları, maliyyə institutlarına münasibətdə və onların qarşısında, habelə Azərbaycan Respublikasının və digər ölkə və yurisdiksiyaların hər hansı sosial fondları, ictimai və digər qeyri-hökumət təşkilatlarına münasibətdə və onların qarşısında heç bir hüquqa, vəzifəyə malik deyildir və heç bir öhdəlik daşımır;
b) Fond Azərbaycan Respublikası Hökuməti, digər dövlət hakimiyyəti orqanları, dövlət müəssisələri, təsisatları və təşkilatlarının öhdəlik və ya təminatları ilə bağlı heç bir məsuliyyət daşımır.
1.7. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.8. Fond Bakı şəhərində yerləşir.
2. Fondun əsas vəzİfələrİ
Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.
3. Fondun formalaşması mənbələrİ [1]
3.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
3.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:
3.1.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);
3.1.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;
3.1.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla); [2]
3.1.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər; [3]
3.1.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışdankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair; [4]
3.1.3. qrantlar və digər təmənnasız yardımlar;
3.1.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.
3.2. Fondun idarə olunan vəsaiti investisiya reytinqi banklarda və aktivlərdə yerləşdirilir. [5]
3.3. Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.
4. Fondun vəsaİtİnİn İstİfadə olunması
4.1. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq həyata keçirilir; [6]
4.2. Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər.
4.3. Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat mətbuatda dərc edilir.
4.4. Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə, eləcə də Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin, təminatının) və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz.
4.5. Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq azaddır.
4.6. Fondun vəsaitindən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. [7]
5. Fondun İdarə edİlməsİ
5.1. Fondun fəaliyyətinə operativ rəhbərliyi icraçı direktor həyata keçirilir.
5.2. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır. [8]
5.3. Fondun icraçı direktoru:
Fondun cari işini təşkil edir və ona rəhbərlik edir;
Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) dair təkliflər hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
Fondun fəaliyyəti barədə illik hesabatı hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
Fondun idarə edilməsi ilə bağlı (o cümlədən aparatın saxlanılması üçün) xərclər smetasının layihəsini hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən zəruri materialların hazırlanmasını təmin edir;
Fondun aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;
Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir; [9]
Fondun illik fəaliyyətinin nəticələrini əks etdirən auditor rəyini mətbuatda dərc etdirir;
Fondun fəaliyyəti ilə bağlı analitik arayışlar hazırlayır, onları Azərbaycan Respublikası Prezidentinə və Müşahidə Şurasına təqdim edir;
Fondun aparatının işçilərinin (Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq etmək üçün Müşahidə Şurasına təqdim edir; [10]
Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4. Fondun fəaliyyətinə ümumi nəzarət təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır.
5.5. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
5.6. Müşahidə Şurası icraçı direktorun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərini (proqramını), onun fəaliyyəti barədə illik hesabatını , habelə Fondun illik xərclər smetasının layihəsini nəzərdə keçirir və onlara rəy verir, Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində Fondun aparatının işçilərinin (Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq edir. [11]
5.7. Müşahidə Şurası öz iclaslarını zərurət olduqca, lakin rübdə bir dəfədən az olmayaraq keçirir. Müşahidə Şurasının növbədənkənar iclasları icraçı direktorun və ya Müşahidə Şurasının üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər.
5.8. Müşahidə Şurası üzvlərinin fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.
6. Uçot və hesabat
6.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır və illik maliyyə hesabatlarını tərtib edir. Fondun illik maliyyə hesabatları Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır. [12]
6.2. Fond Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarını və “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7. Fond haqqında Əsasnaməyə dəyİşİklİklər edİlməsİ
Fond haqqında Əsasnaməyə hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
8. Fondun yenİdən təşkİlİ və ləğv edİlməsİ
Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin qərarı ilə həyata keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 7 fevral 2003-cü il tarixli 849 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 81)
2. 1 mart 2005-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160)
3. 10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 615)
4. 22 iyul 2011-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 636)
5. 26 iyul 2011-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 640)
6. 28 oktyabr 2011-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 oktyabr 2011-ci il, № 240; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 904)
7. 11 iyun 2013-cü il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 644)
8. 22 dekabr 2014-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1581 )
9. 16 iyun 2017-ci il tarixli 1461 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1077 )
10. 7 may 2018-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2018-ci il, № 105 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 909 )
11. 19 iyul 2019-cu il tarixli 789 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1236 )
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 fevral 2003-cü il tarixli 849 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 81) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 3-cü bölməsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Fondun formalaşması mənbələrİ
3.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışından əldə edilən gəlirlər (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə);
bonus ödənişləri (2000-ci ildən başlayaraq);
xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı;
xarici şirkətlərlə bağlanmış müqavilələrə uyğun olaraq Azərbaycan tərəfinə verilən aktivlərin satışından və digər daxilolmalardan əldə edilən gəlir;
xarici şirkətlərlə birgə fəaliyyət nəticəsində əldə edilən digər gəlirlər;
Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir.
3.2.3.1-ci bənddə sadalanan ödəniş və gəlirlərin yığılması və Fonda ödənilməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya Səlahiyyətli Dövlət Orqanı tərəfindən həyata keçirilir;
3.3. Fondun vəsaiti yüksək reytinqli banklarda saxlanılır.
3.4. Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.
3.5. Bu Əsasnamənin 3.1-ci bəndində göstərilən mənbələrdən daxil olan vəsait müvafiq qurumlar (təsisatlar) tərəfindən Azərbaycan Respublikasının Milli Bankında açılmış xüsusi hesaba köçürülür. Fondun hesabına köçürülmüş vəsaitin məbləği haqqında bu vəsaiti köçürmüş qurum (təsisat) onun köçürüldüyü andan 2 (iki) gündən gec olmayaraq Fonda, uçot üçün ödəniş tapşırıqlarının təsdiq olunmuş surətləri əlavə olunmaqla, müəyyən edilmiş formada məlumat təqdim edir.
[2] 22 iyul 2011-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 636) ilə 3.1.1.5-ci yarımbəndində “gəlirlər” sözündən sonra “(Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[3] 26 iyul 2011-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 640) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 3.1.1.6-cı yarımbəndində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya” sözləri çıxarılmışdır.
[4] 1 mart 2005-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə “ Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 3.1.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.1.2. Fondun aktivlərinin yerləşdiriliməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dvidendlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;
[5] 28 oktyabr 2011-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 oktyabr 2011-ci il, № 240; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 904) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 3.2-ci bəndi ləğv edilmişdir.
[6] 7 fevral 2003-cü il tarixli 849 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 81) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin 4.1-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1. Lisenziya məqsədləri üçün əsasən fondun yüksək reytinqli kredit təşkilatlarında yerləşdirilən depozitlərindən əldə edilən gəlirlər istifadə edilir.
1 mart 2005-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 160) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 4.1-ci bəndi çıxarılmış, 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci və 4.6-cı bəndləri müvafiq olaraq 4.1-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü və 4.5-ci bəndlər hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1. Fondun vəsaitinin istifadə edilməsi (xərclənməsi) Fondun maliyyə ili ərzində xərclərinin gəlirləri üstələməməsi prinsipinə əsaslanır.
[7] 16 iyun 2017-ci il tarixli 1461 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1077 ) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə yeni məzmunda 4.6-cı bənd əlavə edilmişdir.
[8] 11 iyun 2013-cü il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 644) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.2-ci bəndinə ikinci və üçüncü cümlələr əlavə edilmişdir.
[9] 22 dekabr 2014-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1581 ) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.3-cü bəndin səkkizinci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditor tərəfindən auditin keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir;
19 iyul 2019-cu il tarixli 789 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1236 ) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.3-cü bəndinin səkkizinci abzasında “aprel” sözü “iyun” sözü ilə əvəz edilmişdir.
[10] 10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 615) ilə «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»nin 5.3-cü bəndində on birinci abzas on ikinci abzas hesab edilsin və on birinci abzas əlavə edilmişdir.
7 may 2018-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2018-ci il, № 105 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 909 ) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.3-cü bəndinin on birinci abzasından və 5.6-cı bəndinin ikinci cümləsindən “(Fondun İcraçı direktoru istisna olmaqla)” sözləri çıxarılmışdır.
[11] 10 iyul 2008-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 615) ilə «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»nin 5.6-cı bəndində «verir» sözündən sonra «, Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində Fondun aparatının işçilərinin (Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq edir» sözləri əlavə edilmişdir.
22 dekabr 2014-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1581 ) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.6-cı bənddə “illik hesabatını (ona əlavə olunmuş auditor rəyi ilə birlikdə) və balansını” sözləri “fəaliyyəti barədə illik hesabatını” sözləri ilə əvəz edilmişdir.
[12] 22 dekabr 2014-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1581 ) ilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 6-cı hissənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Fond qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır. Fondun illik maliyyə fəaliyyəti haqqında hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.
Dövlət Neft Fondu
Dövlət Neft Fondu Azərbaycan Respublikası prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilib.
1994-cü ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkənin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanıb. Bu sazişlərin həyata keçirilməsindən ilk gəlirlərin əldə edilməyə başlaması onların səmərəli istifadəsi məsələsini gündəmə gətirmişdir. Məhz belə bir mexanizmin yaradılması məqsədi Dövlət Neft Fondu təsis edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə sərmayəçilər arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış sazişlərin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli idarə olunması məqsədilə yaradılmışdır.
Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.
Ünvan: Neftçilər prospekti 24, Dalğa Biznes Mərkəzi, Bakı AZ1004.
Telefon: (+99412) 498-77-53
Mətbuat katibi: (+99412) 498-65-34
Ümumi şöbə: daxili nömrə 135
Faks: (+99412) 498-76-53, daxili nömrə 135
E-mail: [email protected]
Dövlt neft fondu
İnvestisiyalar
Hesabat və Statistika
“Neft – Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”
Azərbaycan Respublikasının Ümummilli Lideri
Heydər Əliyev
- AZN 1
- EUR 0.5365
- USD 0.5882
- GBP 0.4484
- JPY 0.7210
- AZN 1.8639
- EUR 1
- USD 1.0964
- GBP 0.8358
- JPY 1.3438
- AZN 1.7000
- EUR 0.9121
- USD 1
- GBP 0.7623
- JPY 1.2257
- AZN 2.2302
- EUR 1.1965
- USD 1.3119
- GBP 1
- JPY 1.6079
- AZN 1.3870
- EUR 0.7441
- USD 0.8159
- GBP 0.6219
- JPY 1
- Neft Dated Brent Spot ($ ABŞ)
- 40.7900
- Neft WTI Cushing Spot ($ ABŞ)
- 40.6700
- Qızıl 1 unsiya (fyuçers) $ ABŞ
- 1,913.4000
Comments are closed, but trackbacks and pingbacks are open.