Dövlt orqanlarında dövlt qulluğuna müsabiq vasitsil qbul qaydaları
9. Test imtahanı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra – TQDK) tərəfindən aşağıdakı qaydada keçirilir:
Dövlt orqanlarında dövlt qulluğuna müsabiq vasitsil qbul qaydaları
İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2001, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 581)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydalarının təsdiq edilməsi barədə [1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2001-ci il
№ 566
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanı ilə
Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul
QAYDALARI [2]
QAYDALARI
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilir və dövlət qulluğunda boşalan vəzifələrə vətəndaşlar müsabiqə əsasında təyin edilirlər. [3]
2. Bu Qaydalarla dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul, o cümlədən müsabiqənin elan edilməsi, keçirilməsi və onun yekunlarına dair müvafiq qərar qəbul edilməsi tənzimlənir.
3. 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan, habelə dövlət qulluğuna girmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları dövlət qulluğuna girmək üçün müsabiqəyə buraxılırlar.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda müvafiq dövlət qulluğunu idarəetmə orqanı həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir. Elan kütləvi informasiya vasitələrində verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. [4]
5. Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu haqqında verilən elanda boş inzibati vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən dövlət qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.
6. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar (bundan sonra-namizədlər) aşağıdakı sənədləri təqdim edirlər: [5]
ərizə, şəxsiyyəti təsdiq edən sənədin surəti, kadrların uçotunun şəxsi vərəqəsi, avtobioqrafiya, ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti, sağlamlıq haqqında arayış və dövlət qulluqçularının bəzi kateqoriyaları üçün qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. Sənədlərin surətləri müəyyən edilmiş qaydada təsdiq edilir. [6]
7. Namizədlərin sənədlərinin qəbulu aşağıdakı qaydada keçirilir:
7.1. Sənədlərin qəbulu müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən aparılır.
7.2. Sənədlərin qəbulu üçün müddət başa çatdıqdan sonra daxil olan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.
7.3. Müvafiq dövlət qulluğunu idarəetmə orqanı sənədlərin tamlığını, onların qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və sənədlərin qəbulu jurnalında qeydiyyata alır.
7.4. Təqdim olunmuş sənədlər yoxlanılarkən onlar natamam olduqda və ya bu Qaydalara uyğun olmadıqda, habelə sənədlərdə uyğunsuzluq aşkarlandıqda onlar qəbul olunmur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada namizədlərin qəbul olunmuş sənədləri onların dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün qabaqcadan yoxlanılır.
Dövlət qulluğuna girmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verməyən namizədlər dövlət orqanında inzibati vəzifə tutmaq üçün müsabiqəyə buraxılmırlar. [7]
İnzibati vəzifə tutmaq arzusunda olan namizəd müsabiqəyə buraxılmadıqda, ona dövlət qulluğunu idarəetmə orqanı tərəfindən müsabiqəyə buraxılmamasının səbəbləri izah olunan rəsmi cavab verilir.
7.5. Qeydiyyatdan keçmiş namizədlər xüsusi formalı “Namizədin ərizəsi”ni şəxsən doldururlar.
8. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 gün ərzində keçirilir, test imtahanından və söhbətdən ibarət olur.
9. Test imtahanı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra – TQDK) tərəfindən aşağıdakı qaydada keçirilir:
9.1. Dövlət qulluğuna qəbul üçün test imtahanı iki mərhələdən ibarətdir: birinci mərhələdə namizədlərin ixtisas-peşə biliklərinin səviyyəsi yoxlanılır; ikinci mərhələdə namizədlərin şəxsi keyfiyyətləri və kompüter üzrə bilik səviyyəsi yoxlanılır.
9.2. Test imtahanının keçirilməsi qaydaları, imtahanın hər mərhələsində istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi, cavab kartlarının oxunması və qiymətləndirilmənin aparılması TQDK tərəfindən hazırlanmış normativ sənədlər əsasında tənzimlənir.
10. Cavab kartlarının yoxlanması qurtardıqdan sonra test imtahanının nəticələri müvafiq dövlət qulluğunu idarəetmə orqanına təqdim edilir.
11. Test imtahanını müvəffəqiyyətlə verən namizədlərə topladıqları ballar haqqında TQDK tərəfindən təsdiq edilmiş formada müvafiq arayış verilir. Namizədlərin tələbləri əsasında test imtahanının müxtəlif mərhələlərində topladığı ballara dair 2 gün müddətində arayış verilir.
Test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.
12. Test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər söhbətə buraxılır.
13. Dövlət qulluğuna qəbul üçün söhbət aşağıdakı qaydada keçirilir:
13.1. Namizədlərin dövlət qulluqçusu üçün zəruri olan keyfiyyətlərini müəyyən etmək məqsədi ilə test imtahanından müvafiq bal toplamış namizədlərlə şifahi söhbət keçirilir. Söhbət zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktlarını vəzifə borclarının icrası ilə əlaqədar tətbiq etmək sahəsində biliyini və bacarığının müəyyən edilməsi üçün müvafiq suallar verilir.
13.2. Söhbətin keçirilməsi üçün müvafiq dövlət qulluğunu idarəetmə orqanı qrup yaradır. Bu qrupa müvafiq dövlət qulluğunu idarəetmə orqanının üzvləri ilə yanaşı dövlət qulluğunun müvafiq sahəsi üzrə alimlər və mütəxəssislər cəlb edilə bilər.
13.3. Müvafiq dövlət qulluğunu idarəetmə orqanı söhbətin keçirildiyi yer və vaxt barədə 2 gün əvvəlcədən namizədlərə məlumat verir.
13.4. Söhbətə buraxılan namizədlərin siyahısı söhbəti aparan qrupun rəhbərinə hər dəfə söhbət keçirilən gün söhbət başlanmazdan əvvəl verilir.
13.5. Söhbət başlanarkən qrup rəhbəri tərəfindən namizədlərin siyahısı elan edilir və qrupun üzvlərindən etirazları olub-olmaması soruşulur. Yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda, qrupun üzvü özünə etiraz verir. Namizəd əsaslar olduqda, qrupun hər hansı bir üzvünə etiraz edə bilər. Belə etiraz söhbət başlanmazdan əvvəl olmalıdır.
13.6. Hər bir namizədlə söhbət fərdi qaydada və ən azı 20 dəqiqə aparılır.
13.7. Söhbətin nəticələri balla qiymətləndirilir.
13.8. Söhbətlə bağlı qrup üzvləri arasında fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar qrupun üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilir.
13.9. Söhbətin nəticələri üzrə toplanmış ballar barədə hər namizədə müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən təsdiq edilmiş formada arayış verilir
14. Müsabiqə zamanı namizədin toplaya biləcəyi mümkün yekun balın 80 faizi test imtahanının, 20 faizi isə söhbət nəticəsində formalaşır.
15. Müvafiq dövlət qulluğunu idarəetmə orqanının rəhbəri ona təqdim edilən test imtahanının və söhbətin keçirilməsi barədə arayışa əsasən müsabiqənin yekununa dair müvafiq qərar qəbul edir.
Elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və söhbətdən müvəffəqiyyətlə keçmiş, boş vəzifəni tutmaq üçün müvafiq dövlət orqanına göndərilmiş, lakin boş vəzifəyə təyin edilməmiş şəxslər üç il müddətində dövlət qulluğunu idarəetmə orqanında ehtiyat kadr kimi saxlanılır və həmin müddət ərzində dövlət orqanlarında analoji vəzifə boşaldıqda, boş vəzifəyə təyin olunmaq üçün müvafiq dövlət orqanın göndərilirlər. [8]
Müəyyən olunmuş üç il bitdikdən sonra onlar ehtiyat kadrlar siyahısından çıxarılırlar.
16. Müvafiq dövlət qulluğunu idarəetmə orqanı və TQDK imtahanın keçirildiyi gündən bir ilədək müddətdə cavab kartlarının və söhbətlə bağlı sənədlərin saxlanılmasını təmin edir.
17. Narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində müvafiq dövlət orqanının rəhbərinə şikayət verə bilər. Müvafiq dövlət orqanının rəhbəri şikayətçinin cavab kartını və müvafiq arayışı qaldırıb, ərizəçinin iştirakı ilə müqayisə edib araşdırır.
18. Şikayətin baxılması nəticələrinə dair müvafiq qərar çıxarılır. Namizəd bu qərardan Dövlət Qulluğunu İdarəetmə Şurasına və ya bilavasitə məhkəməyə şikayət verə bilər.
19. Müsabiqənin keçirilməsi ilə əlaqədar bütün xərclər dövlət büdcəsindən maliyyələşdirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441)
2. 16 avqust 2007-ci il tarixli 620 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 768)
3. 28 sentyabr 2007-ci il tarixli 635 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 873)
4. 7 may 2008-ci il tarixli 752 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 363)
5. 24 iyun 2009-cu il tarixli 108 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 420)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Fərmanın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il tarixli 108 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 420) ilə ləğv edilmişdir.
[2] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın adında və 1-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilmişdir.
[3] 7 may 2008-ci il tarixli 752 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 363) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 3-cü bəndində “müsabiqə” sözündən sonra “və ya müsahibə” sözləri əlavə edilmişdir və həmin bənddən “və dövlət qulluğunda boşalan vəzifələrə vətəndaşlar müsabiqə əsasında təyin edilirlər” sözləri çıxarılmışdır, 3-cü bənd 1-ci bənd, 1-ci və 2-ci bəndlər isə 2-ci və 3-cü bəndlər hesab edilmişdir.
[4] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 4-cü bəndində “onuncu – on dördüncü” sözləri “altıncı – doqquzuncu” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2007-ci il tarixli 620 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 768) ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 4-cü bəndinə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
[5] 28 sentyabr 2007-ci il tarixli 635 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 873) ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6-cı bəndinin ikinci abzasından “avtobioqrafiya, ” sözü çıxarılmışdır.
16 avqust 2007-ci il tarixli 620 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 768) ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 4-cü bəndinə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
[6] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 6-cı bəndində “təhsil haqqında” sözləri “ali təhsil haqqında” sözləri ilə əvəz edilmişdir.
[7] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 7.4-cü bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilmişdir.
[8] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 15-ci bəndində “İcra hakimiyyəti” sözləri “Dövlət” sözü ilə əvəz edilmişdir.
Dövlt orqanlarında dövlt qulluğuna müsabiq vasitsil qbul qaydaları
SATILIR! Bu domain (www.dovletqullugu.com) satılır! Əlaqə üçün anar.samadov[at]gmail.com ünvanına yaza bilərsiniz.
Dövlət qulluğu
– Müsabiqə nədir?
Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət İmtahan Mərkəzi (DİM) inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
– Ümumi müsahibə nədir?
Ümumi müsahibə – dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslərin iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
– Daxili müsahibə nədir?
Daxili müsahibə-inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə növüdür. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Dövlt orqanlarında dövlt qulluğuna müsabiq vasitsil qbul qaydaları
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanunla bir sıra dəyişikliklər edilib.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, Qanuna edilmiş dəyişikliklər dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş, ehtiyat kadrların idarə edilməsi və digər məsələləri əhatə edir.
- Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından təyinat aparılarkən daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda isə ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük veriləcək.
– Dəyişikliklərə əsasən dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən ediləcək.
– Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında müəyyən ediləcək.
– Dövlət qulluğu sertifikatı tətbiq edildiyi tarixədək (2017-ci ilədək) dövlət qulluğuna qəbul edilmiş şəxslər daha yüksək vəzifəyə iddia etdikdə həmin şəxslər də müvafiq sertifikat almalıdırlar.
– Dövlət orqanlarında ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər Mərkəzin təqdimatı əsasında digər dövlət orqanlarında analoji vəzifələrə təyin edilə bilərlər.
– Ümumi və daxili müsahibədən keçmiş lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və analoji vakant vəzifə olduqda həmin vəzifəyə təyin edilirlər.
– Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər ümumi müsahibələrdə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında elan edilmiş daxili müsahibələrdə iştirak edə bilərlər.
– 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarında şöbə müdiri, rəhbərin müşavir və rəhbərin köməkçisi vəzifələri üzrə dövlət qulluğuna qəbul yalnız daxili müsahibə əsasında aparılacaq və həmin vəzifələr üzrə sertifikat tələb edilməyəcək. Qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə vəzifələrin tutulma şərtlərinə uyğun olan bütün namizədlər iştirak edə biləcəklər. Eyni zamanda, həmin vəzifələr üzrə müsahibə komissiyanın tərkibi yalnız vakant vəzifənin aid olduğu dövlət orqanının nümayəndələrindən ibarət formalaşdırlacaq.
– Dövlət orqanlarında vakant vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanları Mərkəzin saytında veriləcək. Namizədlər müvafiq vəzifələr üzrə saytdan qeydiyyatdan keçə bilərlər.
– İnzibati dövlət qulluğu vəzifəsinin tutulması üçün müəyyən edilmiş təhsil tələbi üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq vəzifələrdə (Nazirlər Kabineti tərəfindən təsdiq edilən) azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak edəcəklər. Həmin şəxslərdən sertifikat tələb edilməyəcək.
– Edilən dəyişikliklə dövlət qulluğunun xüsusi növündə xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçən və ya azı 5 il qulluq keçmiş şəxslər də ümumi müsahibədə iştirak edə biləcəklər.
– Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq illəri dövlət qulluğu stajına və dövlət qulluğunda qulluq müddəti dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Bununla da xüsusi növdə qulluq dövlət qulluğu stajı hesablanarkən və pensiya təyin edilərkən nəzərə alınacaq.
Qanunvericiliyə edilmiş dəyişikliklər barədə suallar olduqda [email protected] e-mail ünvanına göndərə və ya Mərkəzə rəsmi müraciət etmək olar.
Comments are closed, but trackbacks and pingbacks are open.