Press "Enter" to skip to content

Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydaları

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycanda dövlət qulluğuna qəbul üzrə keçid balı aşağı salınıb

Azərbaycanda dövlət qulluğuna qəbul üzrə keçid balı aşağı salınıb. Bu barədə cümə axşamı Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğuna qəbul üzrə keçid balı aşağı salınıb. Bu barədə cümə axşamı Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Bildirilib ki, “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na edilən dəyişikliyə əsasən, test imtahanında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə keçid balı 80-dən 75-ə endirilib.

İnzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə isə ən azı 70 bal toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin olunmamış namizəd 2 il müddətində həm Dövlət Komissiyasında, həm də dövlət orqanında ehtiyat kadr kimi saxlanılacaq.

Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydaları

“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə bağlı qərara alıram: 1. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları” təsdiq edilsin (əlavə olunur). [1] 2. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 581; 2003-cü il, № 8, maddə 441; 2007-ci il, № 8, maddə 768, № 9, maddə 873; 2008-ci il, № 5, maddə 363) qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu fərmanla təsdiq edilən “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 4-cü bəndinin ikinci abzasında nəzərdə tutulmuş inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [2] 3.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 iyun 2009-cu il № 108

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
  1. 19 dekabr 2012-ci il tarixli 772 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1246 )
  2. 29 yanvar 2018-ci il tarixli 1799 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2018-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 55)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 29 yanvar 2018-ci il tarixli 1799 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2018-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 55) ilə 1-ci hissə ləğv edilmişdir.

[2] 19 dekabr 2012-ci il tarixli 772 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1246) ilə 3.3-cü bənddə “altıncı – doqquzuncu” sözləri “beşinci – yeddinci” sözləri ilə əvəz edilmişdir.

[3] 19 dekabr 2012-ci il tarixli 772 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1246) ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 4-cü hissənin birinci abzasının birinci cümləsində və ikinci abzasında “altıncı – doqquzuncu” sözləri “beşinci–yeddinci” sözləri ilə əvəz edilmişdir.

[4] 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 5-ci hissədə “30 gün ərzində” sözlərindən sonra “Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Bu qaydalarda nəzərdə tutulmuş test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər” sözləri əlavə edilmişdir.

[5] 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 6.3-cü bəndin birinci və dördüncü abzaslarında “ 5” rəqəmi “ 3” rəqəmi ilə əvəz edilmişdir.

[6] 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 8-ci hissədə “və keçid balları” sözləri çıxarılmışdır.

[7] 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51) ilə 9-cu hissəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

19 dekabr 2012-ci il tarixli 772 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1246) ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 9-cu hissənin üçüncü cümləsində “altıncı – yeddinci təsnifatlarına” sözləri “beşinci təsnifatına” sözləri ilə, “səkkizincidoqquzuncu” sözləri “altıncı – yeddinci” sözləri ilə əvəz edilmişdir.

[8] 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 10-cu hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

10. Test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər müsahibəyə buraxılırlar.

[9] 15 mart 2010-cu il tarixli 232 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 183) ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 14-cü bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə Komissiyaya məlumat verməlidir.

03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 14-cü hissənin ikinci abzasın birinci cümləsində “vakant vəzifəyə təyin edilmək üçün” sözlərindən sonra “5 iş günü müddətində” sözləri əlavə edilmişdir.

[10] 03 mart 2011-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 14-cü hissənin üçüncü abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş şəxslər iki il müddətində Komissiyada ehtiyat kadr kimi saxlanılır və həmin müddət ərzində dövlət orqanlarında analoji vakant vəzifə olduqda, həmin vəzifəyə təyin olunmaq üçün müvafiq dövlət orqanının rəhbərinə Komissiya tərəfindən müəyyən edilmiş qaydada təqdim olunurlar.

[11] 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 14-cü hissənin dördüncü abzasda “bitdikdən sonra” sözlərindən sonra “və ya həmin müddət ərzində namizədlər inzibati vəzifələrə təyin edildikdə” sözləri əlavə edilmişdir.

[12] 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173) ilə 16-cı hissənin birinci cümləsində “ 10” rəqəmi “ 5” rəqəmi ilə əvəz edilmişdir.

Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydaları

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il 7 avqust tarixindən 64 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 702 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.

Komissiyadan Modern.az-a bildirilib ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 556-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 146-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə – 15 test tapşırığı;

2. qanunvericilik sahəsində – 40 test tapşırığı;

3. informasiya texnologiyaları sahəsində – 15 test tapşırığı;

4. məntiqi düşünmə qabiliyyəti sahəsində – 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqram və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən müraciət formasında təhrif olunmuş məlumatlar verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 7 avqust 2012-ci il tarixli sayında və 7 avqust 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında – www.dqmk.gov.az veriləcək.

Müsabiqəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları, apellyasiya və birinci instansiya məhkəmə orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.

Dövlət orqanı

Vakant vəzifələrin sayı

Comments are closed, but trackbacks and pingbacks are open.