Dövlt qulluqçularının etik davranış qaydaları haqqında qanun
Maddə 4. Vicdanlı davranış
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun qüvvəyə minib
Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun qüvvəyə minib. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Qanun dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi məqsədini daşıyır.
Dövlət qulluqçusu qərəzsiz olmalı,vicdanlı, mədəni davranmalı, peşəkar və məsuliyyətli olmalı, loyallıq göstərməli, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməli, korrupsiyanın qarşısını almalıdır. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Qanunvericilikdə nəzərdə tutulan hallardan başqa dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir. Dövlət orqanının rəhbəri qaydaları pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.Bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi, kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi onun barəsində intizam icraatının başlanmasına səbəb olur. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə,dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.
Dövlt qulluqçularının etik davranış qaydaları haqqında qanun
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında “
Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-IIIQ nömrəli Qanundan
ÇIXARIŞ
ETİK DAVRANIŞ QAYDALARI
Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət
8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Maddə 11. Qərəzsizlik
11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
- FAQ
- Sayt haqqında
- 2007-2010-cu illərin materialları
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında
Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Fəsil 1. Ümumi müddəalar
Maddə 1. Qanunun əhatə dairəsi
1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.
1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.
Maddə 2. Qanunun məqsədləri
2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:
2.0.1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
2.0.2. dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.0.3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
2.0.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
2.0.5. dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;
2.0.6. dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.
Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi
3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.
3.3. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu Qanunun müddəalarına zidd olmamalıdır.
Fəsil 2. Etik davranış qaydaları
Maddə 4. Vicdanlı davranış
« Coğrafi obyektlərin adları haqqında qanun | Dövlət borcu haqqında qanun »
Yer imleri
Yer imleri
Yetkileriniz
- Konu Acma Yetkiniz Yok
- Cevap Yazma Yetkiniz Yok
- Eklenti Yükleme Yetkiniz Yok
- Mesajınızı Değiştirme Yetkiniz Yok
Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.
Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 11:34 AM .
Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023
Comments are closed, but trackbacks and pingbacks are open.