Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Qanun layihəsində dövlət qulluqçusunun il ərzində fəaliyyətinin hansı meyarlar əsasında qiymətləndiriləcəyini də müəyyən edib.
Dövlət qulluğu qaydaları dəyişir
Axar.az xəbər verir ki, qanun layihəsinə görə, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.
Həmçinin ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməyəcək.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirmə forması əsasında aparılacaq. Qiymətləndirmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və qanunda göstərilən meyarlar habelə əmək intizamı nəzərə alınmaqla tərtib ediləcək. tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən ediləcək.
Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülü və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.
Qanun layihəsində dövlət qulluqçusunun il ərzində fəaliyyətinin hansı meyarlar əsasında qiymətləndiriləcəyini də müəyyən edib.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50%-i tapşırıqların (hədəflərin) icra vəziyyətinin qiymətləndirilməsinə; 40 %-i meyarlar əsasında qiymətləndirilməyə; 10 %-i isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdiriləcək. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndiriləcək və verilmiş qiymətlər əsaslandırılacaq. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənəd onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır.
Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçiriləcək. müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bakı. 9 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb. “Report”un məlumatına görə, sənədə əsasən 22-1.3.3-cü maddədən “attestasiyası və ya onun” sözləri çıxarılıb. 28-ci maddə aşağıdakı redaksiyada verilib: “Maddə 28. Dövlət qulluğuna qəbul 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. 28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. 28.5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. 28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. 28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. 28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır. 28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir.”. Aşağıdakı məzmunda 28-1-ci maddə əlavə edilib: “Maddə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi 28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. 28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. 28-1.3. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.”. 29.2-ci maddənin birinci hissəsinin üçüncü cümləsində və 29.4-cü maddənin birinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilib. 29.7-ci maddədə “nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az olmayan” sözləri “yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə, 5 nəfərdən ibarət” sözləri ilə əvəz edilib. 29.9.2-ci və 31-ci maddələr ləğv edilib. 30-1.1-ci maddənin üçüncü cümləsi çıxarılıb. 33.1.5-ci maddə aşağıdakı redaksiyada verilib: “33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;”. Bu qanunun müddəaları bu qanun qüvvəyə minənədək dövlət qulluğunda çalışan şəxslərə şamil edilmir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.8.4-cü maddəsi bu qanun qüvvəyə mindikdən sonra dövlət qulluğuna qəbul edilən şəxslərə şamil olunmur.
Dövlət qulluğu haqında qanun
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARI
Dövlət qulluqçularinin pensiya təminati haqqinda
Azərbaycan Respublikasinin Qanunu
Bu qanun dövlət qulluqçularının pensiya təminatının əsaslarını və qaydasını tənzimləyir.
Maddə 1. Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Dövlət qulluğu haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunlarından, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında müvafiq qanunlardan, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 2. Dövlət pensiyası almaq hüququ olan şəxslər
2.1. Bu qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla aşağıdakı şəxslərin dövlət pensiyası (bundan sonra – pensiya) almaq hüququ vardır:
2.1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gün icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında çalışmış dövlət qulluqçuları;
2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları;
2.1.3. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadı (əri), anası (atası), ölənin himayəsində olmuş və 22 yaşına çatmamış işləməyən qızı (oğlu).
2.2. Bu qanun Azərbaycan Respublikasının baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.
2.3. Azərbaycan Respublikasının vətəndaşlığından çıxması və ya dövlət qulluqçusu andını pozması ilə əlaqədar işdən azad edilmiş dövlət qulluqçularına və onların ailə üzvlərinə bu qanunla pensiya təyin olunmur.
Maddə 3. Pensiya seçmək hüququ
3.1. “Vətəndaşların pensiya təminatı haqqında”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunları, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında müvafiq qanunlar və bu qanun ilə müəyyən edilmiş pensiyaları almaq hüququna malik olan dövlət qulluqçularına öz arzuları ilə bir pensiya təyin edilir.
3.2. Dövlət qulluqçuları bu qanunla müəyyən edilmiş pensiya ilə yanaşı, könüllü (əlavə) sosial sığorta hesabına digər pensiyalar almaq hüququna malikdirlər.
Maddə 4. Pensiya ödənilməsinin maliyyə mənbələri
Bu qanuna əsasən təyin edilmiş pensiya məcburi dövlət sosial sığorta ayırmaları hesabına ödənilir.
Maddə 5. Pensiyanın təyin olunması şərtləri
5.1. Bu qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda, bu qanunla pensiya almaq hüququ vardır.
5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir:
5.2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı;
5.2.2. 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı;
5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti.
5.3. Dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır.
5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır.
Maddə 6. Pensiyanın miqdarı
6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir:
6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında;
6.1.2 dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla;
6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla.
6.2. Bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir:
6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında;
6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında.
6.3. Bu qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür.
Maddə 7. Pensiyanın hesablanması üçün nəzərə alınan dövlət məvacibi
7.1. Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artırmalar da nəzərə alınmaqla hesablanır.
7.2. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Pensiyanın təyin edilməsi qaydası
8.1. Bu qanunla müəyyən edilən pensiya şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
8.2. Pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
8.3. Pensiya təyin edən orqan təqdim edilmiş sənədlərə onların daxil olduğu vaxtdan ən geci 10 iş günü müddətində baxır.
Maddə 9. Pensiyanın təyin edilməsi müddətləri
9.1. Pensiya müraciət olunan gündən ömürlük təyin edilir.
9.2. Pensiya bu qanunla nəzərdə tutulmuş və onun ödənişinin dayandırılmasına səbəb olan halların yarandığı günədək ödənilir.
Maddə 10. Pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar
10.0. Bu qanuna əsasən təyin edilmiş pensiyanın ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır:
10.0.1. pensiyaçı vəfat etdikdə;
10.0.2. pensiyaçı Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
10.0.3. dövlət qulluğunda xidmət müddətində;
10.0.4. dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulan ailə üzvü vəfat etdikdə;
10.0.5. dövlət qulluqçusunun, yaxud pensiyaçının dul arvadı (əri) yeni nikah bağladıqda;
10.0.6. dövlət qulluqçusunun, yaxud pensiyaçının qızı (oğlu) 22 yaşına çatanadək işləməyə başladıqda.
Maddə 11. Pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar barəsində məlumat vermək vəzifəsi
Pensiya alan şəxs pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar barəsində 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludur.
Maddə 12. Pensiyanın yenidən hesablanması
12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
12.2. Dövlət qulluqçusunun, yaxud pensiyaçının bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinə təyin edilmiş pensiya aşağıdakı hallarda yenidən hesablanır:
12.2.1. dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun uşağı doğulduqda;
12.2.2. bu qanunun 10.0.4-cü, 10.0.5-ci və 10.0.6-cı maddələrində nəzərdə tutulmuş hallarda.
Maddə 13. Artıq ödənilmiş pensiya məbləğinin tutulması
13.1. Pensiya alan şəxsə artıq ödənilmiş pensiyanın məbləği (qəsdən düzgün olmayan məlumat əks etdirən sənəd təqdim etməsi və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin şəxsdən tutulur.
13.2. Artıq ödənilmiş pensiya məbləğinin tutulması məqsədi ilə hər dəfə pensiya ödənilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı verilməli olan pensiyanın 20 faizindən, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən çox ola bilməz.
Maddə 14. Şəxs vəfat etdikdə alınmamış pensiyanın ödənilməsi və dəfn xərcinin verilməsi
14.1. Pensiyaçının vəfatı ilə əlaqədar alınmamış pensiyanın məbləği ailə üzvlərinə ödənilir.
14.2. Pensiyaçı vəfat etdikdə təyin olunmuş pensiyanın 6 aylıq məbləğində dəfn xərci onun ailəsinə ödənilir.
14.3. Pensiyaçını ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn xərci həmin şəxslərə ödənilir.
Maddə 15. Xaricə köçmüş şəxslərə pensiyanın ödənilməsi
Azərbaycan Respublikası vətəndaşının xaricdə olduğu müddətdə pensiyası öz arzusu ilə Azərbaycan Respublikasının müvafiq bankındakı şəxsi hesabına və ya yaşadığı dövlətdəki müvafiq bank hesabına köçürülür. Bu halda xidmət haqqı pensiyanın məbləğindən tutulur.
Maddə 16. Qanunun qüvvəyə minməsi
Bu qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 iyun 2004-cü il
№ 678-IIQ
The Constit u tion of the Republic
of Azerbaijan.
Comments are closed, but trackbacks and pingbacks are open.