Dövlət rüsumu haqqında qanun
27.2.4. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” yeni qanun layihəsi hazırlanıb
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi”nin bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb və buna uyğun olaraq yeni yanaşmalar müəyyən edilib:
“Birinci yanaşma dövlət qulluğu sahəsində özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkinci yanaşma sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncü yanaşma dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır. Bu say 400-ə yaxındır. Dördüncü yanaşma dövlət qulluqçularının vəzifə yüksəlişində maddi motivasiyanın artırılması, beşinci yanaşma dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin onların məvacib artımında nəzərə alınmasıdır. Bütün bu vəzifə və məqsədləri nəzərə alaraq yeni yanaşma müəyyən edilib”.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Dövlət rüsumu haqqında qanun
1.1. Dövlət rüsumu – dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz. [1]
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. [2]
1.3. Bu qanunda müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilməz. [3]
Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar
2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:
2.0.1. məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi; [4]
2.0.2. notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması; [5]
2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;
2.0.3-1. sənədə apostil verilməsi; [6]
2.0.4. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma; [7]
2.0.5. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;
2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlə digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərəxidmətlərin göstərilməsi; [8]
2.0.6-1. aktuari şəhadətnaməsinin verilməsi; [9]
2.0.7. lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi; [10]
2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı; [11]
2.0.9. qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirilmə qaydasında qeydə alınması halları istsina olmaqla) və dövlət reyestrinə daxil edilməsi;
2.0.10. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;
2.0.10-1. Avtovağzala (avtostansiyaya) pasportun verilməsi; [12]
2.0.11. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı; [13]
2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası. [14]
2.0.13. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;
2.0.13-1. qida təhlükəsizliyi sertifikatının verilməsi;
2.0.13-2. heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması;
2.0.13-3. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması
2.0.14. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;
2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;
2.0.16. Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi;
2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi;
2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;
2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının verilməsi. [15]
2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi. [16]
Maddə 3. Dövlət rüsumunun ödəyiciləri
3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldəç edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.
3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır. [17]
Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları [18]
4.1. Bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. [19]
ÇIXARILIB
4.3. Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. [21]
4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.
Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur. [22]
4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.
4.7. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər.
4.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:
5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.
5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 6. Dövlət rüsumu tutan orqanların məsuliyyəti
6.1. Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri rüsumun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar.
6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir. [23]
Maddə 7. Dövlət rüsumunun ödənilməsinə nəzarət
Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Maddə 9. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:
9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
9.1.2. aliment alınması barədə iddialar üzrə – iddiaçılar;
9.1.3. şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;
9.1.4. müəlliflik mübahisələri üzrə – müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə – iddiaçılar;
9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə – iddiaçılar;
9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə – sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;
9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə – sosial təminat orqanları;
9.1.8. borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddialar üzrə – iddiaçılar;
9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;
9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;
9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;
9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər;
9.1.13. qanunsuz olaraq qəti imkann tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə – tərəflər;
9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə – büdcə təşkilatları, bələdiyyələr; [25]
9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə – dövlət orqanları;
9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;
9.1.17. məhkəmə qərardadlarından verilən şikayətlər üzrə – işdə iştirak edən şəxslər;
9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə – tərəflər;
9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəye minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə – tərəflər;
9.1.20. məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
9.1.21. Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar;
9.1.22. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar. [26]
9.2. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır.
9.3. Məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır.
9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Maddə 10. Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariatfəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri [39]
Fəsil II
DÖVLƏT RÜSUMUNUN DƏRƏCƏLƏRİ VƏ ÖDƏNİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
Maddə 8. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövləi rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsum məbləği
10.1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:
10.1.1 . müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə
10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə [40]
10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə
10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə
10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə
10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:
10.4.1. dəyəri 2000 manatadək
10.4.2. dəyəri 2000 manatdan 5000 manatadək
10.4.3. dəyəri 5000 manatdan çox olduqda
10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.5.1. Bakı şəhərində
10.5.2. digər şəhər və rayonlarda
10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.6.1. Bakı şəhərində
10.6.2. digər şəhər və rayonlarda
10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:
10.7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə
10.7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə
10.7.3. tərəflər digər şəxslərdirsə
10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:
10.8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə
10.8.2. tərəflər digər şəxslərdirsə
10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:
10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)
10.9.2. vərəsə digər şəxsdirsə
10.10. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün
10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:
10.11.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısınaverilərsə [41]
10.11.2. etibarnamə digər şəxslərə verilərsə
10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:
10.12.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilirsə
10.12.2. etibarnamə digər şəxslərə verilirsə
10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün
10.14. Dəniz protestlərinin tərtibi üçün
10.15. Vəsiyyətnamələrin təsdiqi üçün
10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün
10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün
10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün
2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat
10.19. İcra qeydlərinin aparılması üçün
10.20. Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi və bu qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün
10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün
10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün)
10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)
10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün
10.24. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə
10. 25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
8.1. Məhkəməyə verilən iddia ərizələrindən:
8.1.1. iddia qiyməti 500 manatadək olduqda
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:
8.2.1. iddia qiyməti ilə bağlı olduqda
bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən
8.3. Məhkəmə əmri haqqında ərizələrdən
8.4. Apellyasiya və kassasiya şikayətlərindən:
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən;
bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə
8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən
8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə
8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən
8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən
Maddə 11. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:
11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə – təminatlı kreditor və əmlak inzibatçısı;
11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə – birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər; [29]
11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə – “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;
11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.
11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir. [30]
Maddə 12. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
12.1. Nikahın qeydə alınması üçün
12.2. Nikahın pozulmasının qeydə alınması üçün:
12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında;
12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);
12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətində azadlıqdanməhrum edilmiş şəxsdirsə.
12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün.
12.4 Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün. [36]
12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün.
ÇIXARILIB
Maddə 13. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar
Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi [41]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
Müvafiq sənədə apostil verilməsi.
Maddə 14. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumunun dərəcələri [42]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
14.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə: [43]
14.1.1. on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
14.1.1.1. bir yaşınadək uşaqlar üçün
14.1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün
14.1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
14.1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara
14.1.2. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
14.1.2.1. bir yaşınadək uşaqlar üçün
14.1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün
14.1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
14.1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara
14.1.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
14.1.3.1. bir yaşınadək uşaqlar üçün
14.1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün
14.1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
14.1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara
14.2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.
14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə: [45]
14.3.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə
14.3.2. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
14.3.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
14.4. Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə
ÇIXARILIB
14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə: [52]
14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: [53]
14.8.1.4. 1 il 6 ayadək
14.8.1.6. 2 il 6 ayadək
14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: [54]
14.8.1-1.1. 3 ayadək
14.8.1-1.2. 6 ayadək
14.8.1-1.3. 1 ilədək
14.8.1-1.4. 1 il 6 ayadək
14.8.1-1.5. 2 ilədək
14.8.1-1.6. 2 il 6 ayadək
14.8.1-1.7. 3 ilədək
14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)
14.8.2. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: [55]
14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə [56]
14.9. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmişAzərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə. [57]
ÇIXARILIB
14.11. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətədanşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.
ÇIXARILIB
14.13. Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə.
14.14. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək,bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrdən.
14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə: [65]
14.15.1. 30 günədək
14.15.2. 60 günədək
14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə: [66]
14.15-1.1. 30 günədək
14.15-1.2. 60 günədək
14.16. Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə
Maddə 15. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsiverilərkən, habelə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar [68]
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. [69]
Maddə 16. Azərbaycan Respublikasında və ya Azarbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
16.1. Pasportların və vizaların verilməsinə görə:
ÇIXARILIB
16.1.2. ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə;
16.1.3. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə;
16.1.4. xarici ölkələrin sərfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə;
16.1.5. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə;
16.1.6. birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün
16.1.7. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün [74]
350 ABŞ dolları
16.1.8. Turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün [75]
16.1.9. tranzit vizalarının rəsmiləşdirilməsi üçün: [77]
16.1.9.1. birdəfəlik tranzit vizası
16.1.9.2. ikidəfəlik tranzit vizası
16.2. Vətəndaşlıq məsələlərilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə;
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə;
150 ABŞ dolları
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə.
400 ABŞ dolları [79]
16.3. VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə:
16.3.1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;
16.3.2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;
16.3.3. Qanunla müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə;
16.3.4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nigahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə;
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə;
16.3.6. doğum, ölüm, nigah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə;
16.3.7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nigahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə.
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):
16.4.1.1. Azərbaycan Respublikasında;
16.4.1.2. ölkə xaricində.
16.5. Sənədlərin leqallaşdırılmasına görə:
16.5.1. Azərbaycan Respublikasında
16.5.2. xarici ölkədə
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə;
16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə vəkalətnamələrin təsdiqinə görə;
16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:
16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə;
150 ABŞ dolları
16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə;
100 ABŞ dolları
16.6.3.4. sair müqavilələrin təsdiqinə görə
16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətini, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə;
16.6.5. Azərbaycan Respublikasının vətəndaşlarının diplomatik nümayəndəliklərdə və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə;
16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün);
16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):
16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə;
16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə;
16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə;
100 ABŞ dolları
16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə;
100 ABŞ dolları
16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə;
100 ABŞ dolları
16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə;
100 ABŞ dolları
16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə;
100 ABŞ dolları
16.6.15. Konsulluğun vəzifəli şəxsi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə;
200 ABŞ dolları
16.6.16. malların və digər əmlakın satışına görə;
100 ABŞ dolları
16.6.17. Konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə;
16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün);
16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyatı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün);
16.6.20. icra qeydlərinin aparılmasına görə;
16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə;
100 ABŞ dolları
16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə.
16.7. Digər konsul əməliyyatlarına görə.
Maddə 17. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
17.1. Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu alınmır:
17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə; [85]
17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;
17.1.3. Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;
17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;
17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.
17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:
17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;
17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;
17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;
17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən.
17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə və ya onun etibar müddətinin artırılmasına görə dövlət rüsumu tutulur. [86]
17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
17.5. Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.
17.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür. [87]
17.7. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur;
17.8. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir. [88]
Maddə 18. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularınınqeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri [89]
ÇIXARDILIB DİGƏR MADDƏLƏRİ
18.11. apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı – 10 manat;
18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı – 6 manat;
18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.
18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün – 20 manat;
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün – 25 manat.
18.13. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı: [92]
18.13.1. ixtira üçün – 10 manat;
18.13.2. faydalı model üçün – 7 manat;
18.13.3. sənaye nümunəsi üçün – 7 manat;
18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün – 1 manat.
ÇIXARDILIB
18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 7 manat.
18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün – 7 manat.
18.17. İxtira, faydalı model, sənaye nümunəsiilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün: [93]
18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün – 10 manat;
18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün – 25 manat;
18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün) – 10 manat;
18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) – 10 manat.
18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:
18.18.1. bir iddia sənədi üçün – 10 manat;
18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) – 10 manat.
18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün – 50 manat; [94]
18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:
18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün – 25 manat;
18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) – 20 manat.
18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün – 10 manat.
18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün – 25 manat.
18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:
18.22.1. 3-cü ildən 10-cu ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla; [95]
18.22.2. 11-ci ildən 20-ci ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla. [96]
18.22.3. 21-ci ildən 25-ci ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla. [97]
18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla. [98]
18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün:
18.24.1. 3-cü ildən 10-cu ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla; [99]
18.24.2. 11-ci ildən 15-ci ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla. [100]
18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat. [101]
ÇIXARDILIB
18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün – 20 manat.
18.34. Apellyasiya komissiyasına etirazın verilməsi:
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 20 manat;
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 20 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı – 60 manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı – 35 manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı – 80 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 45 manat.
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün – 150 manat.
18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün – 120 manat.
18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün – 40 manat. [102]
18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
18.35.1. əmtəə nişanı üçün – 45 manat;
18.35.2. coğrafi göstərici üçün – 30 manat;
18.35.3. kollektiv nişan üçün – 60 manat.
18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə almması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün – 30 manat. [103]
18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün – 25 manat.
18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün – 10 manat.
18.38. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün – 10 manat. [104]
18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:
18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün – 35 manat;
18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;
18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün – 60 manat;
18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.
18.39-1. Qeydiyyata alınmış əmtəə nişanma dair müstəsna hüquqlarm müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün – 60 manat. [105]
18.40. Lisenziya müqavilələrinin qeydə alınması:
18.40.1. bir ədəd əmtəə nişanı üçün – 80 manat;
18.40.2. bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün – 50 manat.
18.41. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün – 11 manat. [106]
18.42. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün:
18.42.1. əmtəə nişanı üçün – 95 manat;
18.42.2. coğrafi göstərici üçün – 45 manat;
18.42.3. kollektiv nişan üçün – 145 manat.
18.43. Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün:
18.43.1. əmtəə nişanı üçün – 5 manat;
18.43.2. coğrafi göstərici üçün – 5 manat;
18.43.3. kollektiv nişan üçün – 5 manat.
18.44. Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün – 20 manat.
18.45. Patent müvəkkillərinin qeydiyyata alınması üçün – 5 manat.
18.46. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün – 10 manat.
18.47. Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün – 5 manat.
18.48. apellyasiya şurasının qərarına görə, apellyasiya komissiyasına etiraz vermək üçün – 20 manat. [107]
ÇIXARDILIB
18.54. Əmtəə nişanının beynəlxalq qeydiyyatının qüvvədə olma müddətinin uzadılması üçün – 10 manat.
18.55. Odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:
18.55.1. ilkin qeydiyyata görə – 10 manat;
18.55.2. təkrar qeydiyyata görə – 5 manat.
18.56. Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:
18.56.1. ilkin qeydiyyata görə – 10 manat;
18.56.2. təkrar qeydiyyata görə – 5 manat.
ÇIXARDILIB
18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. 3 ayadək – 350 manat;
18.58.2. 6 ayadək – 600 manat;
18.58.3. 1 ilədək – 1000 manat. [111]
18.59. Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə – 10 manat.
18.60. Seleksiya nailiyyətləri sahəsində:
18.60.1. seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün – 10 manat;
18.60.2. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün – 5 manat;
18.60.3. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının dəyişdirilməsi üçün – 25 manat;
18.60.4. seleksiya nailiyyətinə güzəştlə patent hüququnun başqasına verilməsi üçün – 25 manat;
18.60.5. sortun yeniliyinə görə ekspertizası üçün – 10 manat;
18.60.6. seleksiya nailiyyətlərinin yeniliyinə görə iddia edildikdə – 10 manat;
18.60.7. seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə görə – 60 manat;
18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilməsinə görə – 35 manat;
18.60.9. müəlliflik şəhadətnaməsi verilməsi üçün – 35 manat;
18.60.10. patentin sürətinin verilməsinə görə – 25 manat;
18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda – 25 manat;
18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə – 25 manat;
18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş edildikdə – 25 manat;
18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün – 25 manat;
18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə – 25 manat;
18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin uzadılmasına görə – 25 manat.
18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:
18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün – 10 manat, hər artan il üçün 7 manat artırılmaqla;
18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün – 7 manat, hər artan il üçün 6 manat artırılmaqla;
18.61.3. digər bitkilər üçün – 9 manat, hər artan il üçün 6 manat artırılmaqla.
18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:
18.62.1. ekspertiza üçün – 25 manat;
18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün – 10 manat;
18.62.3. attestasiya üçün – 10 manat.
18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində: [112]
18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün – hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat; [113]
18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün – hüquqi şəxslər 20 manat, fiziki şəxslər 10 manat. [114]
18.63. İnteqral sxem topologiyası sahəsində:
18.63.1. topologiyanın qeydiyyatı – hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat;
18.63.2. topologiyaya əmlak hüquqlarının vərəsəlik üzrə keçməsinin qeydiyyatı üçün – hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat;
18.63.3. topologiyaya əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatı üçün – hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat. [115]
18.64. Məlumat topluları sahəsində:
18.64.1. müəlliflik hüququ və ya xüsusi qorunma hüquqi ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün – hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat; [116]
18.64.2. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün – hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat. [117]
18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə: [118]
18.65.1.1. avtonəqliyyat vasitələri üçün – 20 manat; [119]
18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 10 manat; [120]
18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:
18.65.2.1. avtonəqliyyat vasitələri üçün – 20 manat; [121]
18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 10 manat; [122]
18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına ( təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə: [123]
18.65.3.1. avtonəqliyyat vasitələri üçün -10 manat;
18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 5 manat;
18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:
18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün – 20 manat;
18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə – 10 manat. [124]
18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -5 manat
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi:
18.65.5.1. avto-moto nəqliyyat vasitələri üçün – 18 manat;
18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün – 5 manat. [125]
18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə: [126]
18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə: [127]
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası
Dövlət rüsumunun məbləği (manatla)
seriyası müxtəlif hərflərdən ibarət olduqda
seriyası eyni hərflərdən ibarət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
“Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
Maddə 2. Dövlət qulluğu
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
2.3. Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.
2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.
2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin qulluğu ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri
3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;
3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.
Maddə 4. Dövlət qulluğunun prinsipləri
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna girmənin şəffaflığı;
4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi;
4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;
4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası;
4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;
4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.
4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.
4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.
Maddə 5. Dövlət qulluğunu idarəetmə orqanları
5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra – Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.
5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik
Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.
II fəsil
Maddə 7. Dövlət orqanı anlayışı
7.1. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.
7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.
Maddə 8. Dövlət orqanlarının təsnifatı
8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünürlər:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı – müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (2-ci kateqoriya dövlət orqanları);
8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi (3-cü kateqoriya dövlət orqanları);
8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunla müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi”, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (4-cü kateqoriya dövlət orqanları);
8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Milli Televiziya və Radio Şurasının Aparatı (5-ci kateqoriya dövlət orqanları);
8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı (6-cı kateqoriya dövlət orqanları);
8.1.7. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri, onların yanında, tabeliyində olan regional orqanları, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qanunla müəyyən edilən dövlət orqanları – rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla) və yerli iqtisad məhkəmələri (7-ci kateqoriya dövlət orqanları).
8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir.
III fəsil
DÖVLƏT QULLUĞU VƏZİFƏSİ
Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.
Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.
10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi onlara şamil edilmir.
10.5. İnzibati vəzifələr 1-ci-7-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.
10.6. Yardımçı vəzifələr 1-ci-7-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.
Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır:
11.1.1. inzibati vəzifələrin birinci təsnifatı – 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifələri;
11.1.2. inzibati vəzifələrin ikinci təsnifatı – Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri, 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.3. inzibati vəzifələrin üçüncü təsnifatı – 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.4. inzibati vəzifələrin dördüncü təsnifatı – 1-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 4-cü və 5-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanı – Bakı şəhər icra hakimiyyəti başçısının müavinlərinin vəzifələri;
11.1.5. inzibati vəzifələrin beşinci təsnifatı – 2-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 4-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 5-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya – yerli icra hakimiyyəti orqanları başçılarının müavinlərinin vəzifələri;
11.1.6. inzibati vəzifələrin altıncı təsnifatı – 3-cü, 4-cü və 5-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.7. inzibati vəzifələrin yeddinci təsnifatı – 6-cı kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanlarının mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;
11.1.8. inzibati vəzifələrin səkkizinci təsnifatı – 7-ci kateqoriya dövlət orqanlarının – mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları rəhbərləri müavinlərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə rəhbərləri müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqan rəhbərləri müavinlərinin vəzifələri;
11.1.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı – 7-ci kateqoriya dövlət orqanlarının – mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə mütəxəssislərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələrinin vəzifələri, rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr və yerli iqtisad məhkəmələri aparatlarının mütəxəssislərinin vəzifələri.
11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatı vardır:
11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı – 1-ci və 2-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı – 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı – 3-cü və 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı – 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.5. yardımçı vəzifələrin beşinci təsnifatı – 5-ci və 6-cı kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.6. yardımçı vəzifələrin altıncı təsnifatı – 6-cı və 7-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.
11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən, həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında azı yeddi illik qulluq stajı və müvafiq vəzifədə azı üç illik qulluq stajı olmalı, dördüncü-yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş illik qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
Üçüncü təsnifat vəzifələrində çalışan dövlət qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin şəxslərin uyğun dövlət orqanlarında azı on illik qulluq stajı, müvafiq vəzifədə isə azı beş illik qulluq stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
11.4. Dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri 1-7-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq təminedici və yardımçı kimi təsnifləşdirilir.
Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd:
1. 11.3-cü maddənin müvafiq olaraq 1-ci cümləsində “dövlət orqanı” və dördüncü cümləsində “uyğun dövlət orqanlarında” dedikdə, dövlət qulluqçusunun hazırda işlədiyi (vəzifə tutduğu) dövlət orqanı, habelə dövlət qulluqçusunun bir təsnifat daxilində bərabər statuslu vəzifəyə keçdiyi həmin təsnifata daxil olan dövlət orqanı nəzərdə tutulur.
2. 11.3-cü maddənin müvafiq olaraq birinci və üçüncü cümlələrində “müvafiq vəzifədə” dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.
3. 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.
Maddə 12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir.
12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri
13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.
13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.
13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin müvafiq orta təhsili olmalıdır. Həmin şəxsin başqa orta təhsili və ya ümumi orta təhsili olduqda, o, hazırlığını dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir.
13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.
IV fəsil
Maddə 14. Dövlət qulluqçusu
14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
14.2. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.
Maddə 15. Dövlət qulluqçusunun andı
15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
15.2. Vətəndaş dövlət qulluğuna daxil olarkən belə bir and içir:
«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanuna uyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».
15.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
15.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni dövlət qulluqçusunun şəxsi işində saxlanılır.
15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.
15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.
Maddə 16. Dövlət qulluqçularının ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, onun tuta bildiyi dövlət qulluğu növlərinin və dövlət vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir, dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.
16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
16.2.1. inzibati vəzifələrin birinci təsnifatı üzrə – həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;
16.2.2. inzibati vəzifələrin ikinci təsnifatı üzrə – 1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri;
16.2.3. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri və dövlət qulluğunun müşaviri;
16.2.4. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;
16.2.5. inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;
16.2.6. inzibati vəzifələrin altıncı təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;
16.2.7. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;
16.2.8. inzibati vəzifələrin səkkizinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu;
16.2.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı üzrə – 3-cü dərəcə dövlət qulluqçusu, kiçik dövlət qulluqçusu.
16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə – dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti;
16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə – dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti;
16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti;
16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti;
16.3.5. yardımçı vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun 3-cü dərəcə referenti, dövlət qulluğunun kiçik referenti;
16.3.6. yardımçı vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik referenti.
Maddə 17. İxtisas dərəcələrinin verilməsi
17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq surətdə dövlət qulluqçusunun ixtisasına, tutduğu vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
17.2. Bu Qanunun 16-cı maddəsində müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
17.2.1. dördüncü-altıncı təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti 3 il təşkil etməlidir;
17.2.2. yeddinci-doqquzuncu təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti 2 il təşkil etməlidir;
Bu Qanunun 16-cı maddəsində müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
birinci – üçüncü təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir.
17.3. Dövlət qulluğunun kiçik referentindən dövlət qulluğunun baş müşavirinədək ixtisas dərəcələri dövlət qulluqçusunun şəxsi ərizəsi əsasında verilir. Ərizəyə ixtisas dərəcəsi xahiş edilən ixtisas dərəcəsindən aşağı olmayan iki dövlət qulluqçusunun zəmanətləri, habelə iddiaçının təhsilini təsdiq edən sənədlər və onun xidməti vərəqəsi əlavə edilir.
17.4. İxtisas dərəcələrinin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
17.5. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.
17.6. Bu Qanunun 25.2.6-cı və 33.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.
Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;
18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;
18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;
18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;
18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;
18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;
18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən sonra da saxlamalı;
18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
18.0.9. qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli;
18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli;
18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;
18.0.12. etik davranış qaydalarına əməl etməlidir.
Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları
19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:
19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;
19.0.2. dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;
19.0.3. dövlət maaşı almaq;
19.0.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq;
19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;
19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;
19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti təhqiqat aparılmasını tələb etmək;
19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
19.0.10. həmkarlar ittifaqlarında birləşmək;
19.0.11. işlədiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;
19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;
19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;
19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq.
Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər
20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:
20.1.1. dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa;
20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa;
20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
20.1.4. istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
20.1.5. işlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;
20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;
20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.
20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq etdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.
Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar
21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:
21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;
21.1.2. lazımi qulluq şəraiti;
21.1.3. haqqı ödənilən məzuniyyət;
21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
21.1.5. təkrar hazırlıq və ixtisasartırma;
21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya başqa dövlət orqanında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;
21.1.7. pensiya təminatı və dövlət sosial sığortası;
21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;
21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;
21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.
21.3. Dövlət qulluqçusu bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə bilər.
21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir.
21.5. Yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
Maddə 22. Dövlət məvacibi
22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır.
22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
22.3. İnzibati vəzifələrin 9-cu təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin 6-cı təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. Hər sonrakı təsnifatın vəzifə maaşı əvvəlkindən qanunvericiliklə müəyyən edilmiş faiz miqdarında yuxarı olmalıdır. Hər kəs dövlət qulluğu vəzifəsinə təyin edilərkən onun vəzifə maaşının müəyyən edilməsi haqqında qərar qəbul olunur.
22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.
22.7. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Bu maddə Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.
22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı
23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.
23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.
23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüqııqıı olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir.
Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması
24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir.
Maddə 25. Dövlət qulluqçularının məsuliyyəti
25.1. Dövlət qulluqçularına həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımi şəkildə yerinə yetirilməməsi, həmçinin bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
25.2. Dövlət qulluqçuları bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan tələbləri pozarlarsa, onlara qarşı aşağıdakı intizam tənbehi tədbirləri tətbiq oluna bilər:
25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;
25.2.3. həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi;
25.2.4. daha aşağı dərəcəli işə keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin aşağı salınması;
25.2.6. ixtisas dərəcəsindən məhrum edilməsi;
25.2.7. dövlət qulluğundan azad edilməsi.
25.3. Bu Qanunun 25.2.4-cü, 25.2.5-ci, 25.2.6-cı və 25.2.7-ci maddələrində göstərilən intizam tənbeh növləri, dövlət qulluqçusunun işlədiyi dövlət orqanının rəhbəri tərəfindən tətbiq olunur.
25.4. Tətbiq olunmuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün 7 gün ərzində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman intizam tənbeh tədbiri 10 gün ərzində həmin orqan tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanmalıdır. Çıxarılmış intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.5. Dövlət qulluqçuları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
25.6. Dövlət qulluqçuları onların təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar. Dövlət qulluqçularının qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
25.7. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.
Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti
26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.
DÖVLƏT QULLUĞU KEÇMƏ
Maddə 27. Dövlət qulluğuna girmək hüququ
27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır.
27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda götürülə bilməz:
27.2.1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
27.2.2. məhkəmə onu müəyyən müddətə dövlət vəzifəsi tutmaq hüququndan məhrum etmişsə;
27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
27.2.4. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
27.3. Dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanıla bilər. Yoxlamanın qaydası qanunvericiliklə müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.
Maddə 28. Dövlət qulluğuna qəbul
28.1. Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər.
28.2. İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda, müvafiq icra hakimiyyəti orqanı həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir. Qanunvericilikdə nəzərdə tutulmıış hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.
28.3. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
28.4. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 gün ərzində keçirilir və vahid test imtahanından və söhbətdən ibarət olur. Müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
28.5. Test imtahanından müvəffəqiyyətlə çıxanlar söhbətə buraxılırlar. Test nümunələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hazırlanır və təsdiq olunur.
28.6. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən keçmiş namizədlər dövlət orqanı rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək öz qərarı ilə bir il müddətinə stajçı kimi qulluğa götürür və boş vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işinə göz qoyur və staj müddəti qurtardıqdan sonra stajçının dövlət qulluğuna götürülməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi (kontrakt) bağlamaq yolu ilə iki illik sınaq müddəti ilə işə qəbul edilir. Kontraktda sınaq müddəti ərzində işin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə işə qəbul kontraktının nümunəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada təsdiq olunur. Sınaq müddəti ərzində kontrakt pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri kontraktın şərtlərinə əməl etməklə işləmiş şəxsin daimi dövlət qulluğuna götürülməsi haqqında əmr verir və bu şəxslə müvafiq kontrakt bağlanır. Sınaq müddəti ilə bağlı digər məsələlər qanunvericiliklə müəyyən edilir.
28.7. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
Maddə 29. İnzibati vəzifələrin tutulması
29.1. İnzibati vəzifələrin birinci – beşinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.
29.2. Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-
29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 29.4-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir.
29.3. Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.
29.4. Müsahibə barədə elan inzibati vəzifənin aid olduğu dövlət orqanı və ya həmin dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.
29.5. Müsahibədə barəsində müsahibə keçirilən inzibati vəzifəyə uyğun gələn ixtisas dərəcəsinin təsnifatından ən çoxu iki təsnifat aşağı ixtisas dərəcəsinə malik şəxslər iştirak edə bilərlər.
29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az olmayan tərkibdə yaradılır.
29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.
29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
29.9.1. ixtisas dərəcəsi;
29.9.2. attestasiyanın nəticələri;
29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçilməsi və ixtisasın artırılması.
29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.
Maddə 30. Dövlət qulluğunun şərtləri
30.1. Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
30.2. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.
30.3. Dövlət qulluqçularına ildə bir dəfə 30 təqvim günü qədər haqqı ödənilən məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə – 2 təqvim günü;
30.3.2. 10 ildən 15 ilədək əmək stajına görə – 4 təqvim günü;
30.3.3. 15 ildən çox əmək stajına görə – 6 təqvim günü;
30.4. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:
30.4.1. mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi;
30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;
30.4.3. digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər.
30.5. Müvvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl işlədiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan başqa məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur.
30.6. Yardımçı vəzifələr tutun dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 30-1. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
30-1.1. İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə alınır.
30-1.2. Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.3.1. peşə bilikləri;
30-1.3.2. xidməti vəzifələrə münasibət;
30-1.3.3. təhlili aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
30-1.3.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-1.3.5. əmək intizamı;
30-1.3.6. iş təcrübəsi və onu bölüşmə;
30-1.3.7. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər.
30-1.4. Rəhbər işçilərin xidməti fəaliyyəti bu Qanunun 30-1.3-cü maddəsində göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.4.1. təhlil və proqnozlaşdırma;
30-1.4.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı.
30-1.4.4. komanda qurmaq bacarığı.
30-1.5. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
30-1.6. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Bu sənəddə dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir.
30-1.7. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işinə əlavə edilir.
Maddə 31. Dövlət qulluqçularının attestasiyası
31.1. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.
31.2. Attestasiya kollegial, obyektiv surətdə, müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini və attestasiyanın nəticələrini müvafiq dövlət qulluğunu idarəetmə orqanı təsdiq edir. Dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi hesab edilərsə, onun aşağı vəzifəyə keçirilməsi və ya azad edilməsi məsələsi qoyulur.
31.3. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır.
31.4. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır:
31.4.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
31.4.2. işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa stimullaşdırılması;
31.4.3. qulluqçunun ixtisasının, peşə hazırlığının yüksəldilməsinə və ya təkrar hazırlıq keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi;
31.4.4. kadrların irəli çəkilməsinin uzunmüddətli planını tərtib etmək imkanının təmin edilməsi, habelə dövlət qulluqçusunun vaxtında vəzifədən azad edilməsi və ya daha aşağı ixtisaslı işə keçirilməsi.
31.5. Attestasiya ümumi kadr potensialının aşkara çıxarılmasına və dövlət orqanının funksional təyinatının optimal surətdə təmin edilməsinə kömək göstərməlidir.
31.6. Attestasiyanın keçirilməsinin konkret müddətləri, habelə cədvəli müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən işçilərin nəzərinə çatdırılır.
31.7. Tutduğu vəzifədə 1 ildən az işləmiş dövlət qulluqçuları, stajçılar növbəti attestasiyadan keçməli deyildirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) işə çıxdıqdan sonra bir ildən tez olmayaraq növbəti attestasiyadan keçməlidirlər.
31.8. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı beş komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər daxil olurlar.
31.9. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Xasiyyətnamədə işçinin şəxsiyyətinə hərtərəfli qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya həmçinin əvvəlki attestasiyanın attestasiya vərəqəsi təqdim edilir.
31.10. Attestasiyadan keçən işçi onun barəsində verilən xasiyyətnamə ilə qabaqcadan, attestasiyaya ən azı 2 həftə qalmış tanış olmalıdır.
31.11. İşçi attestasiyadan keçirilərkən onun işlədiyi struktur bölməsinin rəhbəri orada iştirak etməlidir. Attestasiya komissiyası attestasiyadan keçən işçinin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
31.12. Dövlət qulluqçusu üzürlü səbəb olmadan attestasiya komissiyanın iclasına gəlmədikdə komissiya attestasiyanı onsuz keçirə bilər.
31.13. Dövlət qulluqçusunun attestasiyanın nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verə bilər:
31.13.1. tutduğu vəzifəyə uyğun gəlir;
31.13.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar yoxlamadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;
31.13.3. tutduğu vəzifəyə uyğun gəlmir.
31.14. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, müvafiq vəzifələr üzrə vəzifə maaşlarının dəyişdirilməsi, vəzifə maaşlarına əlavələr müəyyən edilməsi, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi, irəli çəkilmək üçün ehtiyata daxil edilməsi, vəzifəsinin aşağı salınması və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər, habelə attestasiyadan keçən şəxslərin ixtisasının yüksəldilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması barədə təkliflər irəli sürə bilər. Bu halda komissiya müvafiq təkliflər irəli sürərkən hansı mülahizələrə əsaslandığını göstərməlidir.
31.15. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və komissiyanın tövsiyələri attestasiyadan keçən şəxsin iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.
31.16. Attestasiya və səsvermə təsdiq edilmiş tərkibdə olan attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.
31.17. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə (əlavəyə) yazılır.
31.18. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir.
31.19. Attestasiya komissiyasının verdiyi qiymət və tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə riayət edilməklə ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində maddi və mənəvi cəhətdən mükafatlandırılması, onların vəzifə maaşına əlavələr müəyyən edilməsi, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi, iş ixtisasının artırılmasına göndərilməsi, dövlət qulluqçusunun vəzifəsinin yüksəldilməsi və ya aşağı salınması, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilir və ya attestasiyadan keçən şəxsin diqqəti qulluq vəzifələrinin icrasındakı nöqsanlara və ya fəaliyyətinin nəticələrinin zəif olmasına cəlb edilir.
31.20. Həmin qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra həmin attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun vəzifə maaşının aşağı salınmasına, ona əlavənin azaldılmasına və ya ləğv edilməsinə, dövlət qulluqçusunun vəzifədən azad edilməsinə icazə verilmir.
31.21. Dövlət qulluqçusunun xəstə və məzuniyyətdə olması vaxtı həmin 2 ay müddətinə daxil edilmir.
31.22. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər.
Maddə 32. Dövlət qulluğunda irəli çəkilmək hüququ
32.1 Dövlət qulluqçusu daha yüksək dərəcəli vəzifəyə təyin edilməsi, habelə ona daha yüksək ixtisas dərəcəsi verilməsi yolu ilə, habelə müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.
32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, boşalmış vəzifə olması, habelə boşalmış vəzifənin tələblərinə uyğun olaraq təcrübə, təkrar hazırlıq keçməyin və ixtisas artırmağın nəticələri nəzərə alınmaqla həyata keçirilir.
32.3. Qulluqçunun irəli çəkilməsindən imtina edilməsi barədə qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni yalnız müsabiqənin və ya attestasiyanın keçirilməsi qaydasının pozulduğu hallarda şikayət etmək olar.
32.4. Yeni vəzifəyə təyinat Azərbaycan Respublikasının adından həyata keçirilir və müvafiq orqanın sənədi (vəsiqəsi) ilə təsdiq edilir.
Maddə 33. Dövlət qulluğuna xitam verilməsi
33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
33.1.2. inzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun könüllü olaraq işdən çıxması;
33.1.3. inzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad edilməsi;
33.1.4. yardımçı vəzifə tutan dövlət qulluqçusunun əmək qanunvericiliyinə müvafiq surətdə işdən azad edilməsi;
33.1.5. Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar olaraq işdən azad edilməsi;
33.1.6. bir ildən çox müddətə azadlıqdan məhrum edilməyə səbəb olan cinayət məsuliyyətinə cəlb edilməsi.
33.3. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda, ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
33.4. Dövlət qulluqçusu könüllü işdən çıxdıqda, əgər dövlət orqanının rəhbərliyinin qərarı olarsa, könüllü işdən çıxmaq haqqında ərizəni verdikdən sonra üç ay ərzində dövlət qulluğunu davam etdirməlidir.
33.5. Dövlət qulluqçusunun bu Qanunun 33.1.3-cü maddəsində nəzərdə tutulduğu kimi azad edilməsinə müvafiq orqanın rəhbərinin qərarı ilə aşağıdakı hallarda icazə verilir:
33.5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla;
33.5.2. əgər dövlət vəzifəsinin tutulması Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu ilə bir araya sığmırsa, Azərbaycan Respublikası Milli Məclisi deputatının səlahiyyətindən əl çəkməkdən imtina etməsi;
33.5.3. dövlət qulluğundan kənarda bu Qanunla qadağan olunmuş başqa işə keçmə.
33.6. Əmək müqaviləsində (kontraktda) başqa şərt nəzərdə tutulmayıbsa, ixtisas dərəcəsi olmayan dövlət qulluqçusu öz istəyi ilə işdən çıxmaq barədə ərizə verdiyi gündən ən çoxu 3 ay müddətində işdən azad edilir.
33.7. Dövlət qulluqçusu öz istəyi ilə və onu həmin vəzifəyə təyin etmiş rəhbərin razılığı ilə haqqı ödənilmədən uzunmüddətli məzuniyyətə göndərilə bilər.
VI fəsil
Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri
Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Maddə 35. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2000-ci il
№ 926-IQ
2001-ci il 3 fevral tarixli 74-IIQD nömrəli; 2002-ci il 2 iyul tarixli 359-IIQD nömrəli; 2002-ci il 3 dekabr tarixli 398-IIQD nömrəli; 2003-cü il 30 dekabr tarixli 569-IIQD nömrəli; 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli; 2004-cü il 4 may tarixli 646-IQD nömrəli; 2004-cü il 8 iyun tarixli 684-IIQD nömrəli; 2004-cü il 10 sentyabr tarixli 751-IIQD nömrəli; 2005-ci il 15 aprel tarixli 886-IIQD nömrəli; 2005-ci il 10 may tarixli 914-IIQD nömrəli; 2005-ci il 1 sentyabr tarixli 980-IIQD nömrəli; 2006-cı il 3 mart tarixli 78-IIIQD nömrəli; 2006-cı il 12 may tarixli 108-IIIQD nömrəli; 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli; 2006-cı il 10 oktyabr tarixli 159-IIIQD nömrəli; 2006-cı il 28 noyabr tarixli 179-IIIQD nömrəli, 2007-ci il 16 fevral tarixli 246-IIIQD nömrəli, 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli, 2007-ci il 31 may tarixli 356-IIIQD nömrəli, 2007-ci il 1 oktyabr tarixli 420-IIIQD nömrəli, 2007-ci il 1 oktyabr tarixli 424-IIIQD nömrəli, 2007-ci il 19 oktyabr tarixli 458-IIIQD nömrəli, 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli, 2007-ci il 7 dekabr tarixli 504-IIIQD nömrəli, 2007-ci il 7 dekabr tarixli 510-IIIQD nömrəli, 2008-ci il 1 fevral tarixli 536-IIIQD nömrəli, 2008-ci il 12 fevral tarixli 546-IIIQD nömrəli, 2008-ci il 1 aprel tarixli 579-IIIQD nömrəli, 2008-ci il 13 iyun tarixli 638-IIIQD nömrəli, 2008-ci il 13 iyun tarixli 648-IIIQD nömrəli, 2008-ci il 13 iyun tarixli . – IIIQD nömrəli, 2008-ci il 24 iyun tarixli 654-IIIQD nömrəli qanunlara əsasən əlavə və dəyişikliklərlə
Comments are closed, but trackbacks and pingbacks are open.