Press "Enter" to skip to content

Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edildi

4.3. aşağıdakı məzmunda 29.12-ci maddə əlavə edilsin:

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

Dövlət qulluğunun xüsusi növünə qəbula bağlı qaydalara dəyişikliklər edilir.

Bununla bağlı “Dövlət qulluğu haqqında” qanun 28-ci maddəsinin (Dövlət qulluğuna qəbul) 28.12-ci bəndinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına təyin olunan ticarət nümayəndələri vəzifələrinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir.

Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin dekabrın 29-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Hadisə Baxılıb: 1574 Tarix: 28 dekabr 2017

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirə “Molotov kokteyli” ilə hücum edildi – FOTO

İsrailin Daxili Təhlükəsizlik naziri Qilad Erdanın avtomobili Əbu-Dis rayonu yaxınlığında daş və “Molotov kokteyli” hücumuna məruz qalıb. Hücum nəticəsində nazirin maşını zədələnsə də, özü heç bir xəsarət almayıb. Qeyd edək ki, hadisə bazar ertəsi baş verib, ancaq media insidentdən yalnız

35 yaşlı kişini it parçaladı

Tovuz rayonunda 35 yaşlı kişini it dişləyib. Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Mehman oğluna kənd ərazisində it hücum edib. Nəticədə it V.Məmmədovun sağ ayağı və sağ qolunu parçalayıb. Yaralı xəstəxanaya yerləşdirili

Nadirin yubileyində Quran oxundu: Hacıyam ona görə – VİDEO

Müğənni Nadir Bayramlı özünə təmtəraqlı doğum günü keçirdib. -a istinadən xəbər verir ki, 55 illik yubileyini qeyd edən müğənninin məclisi maraqlı hadisə ilə yadda qalıb. Belə ki, şou aləmində ilk dəfə olaraq, doğum günü tədbirində axund Quran oxuyub. Sənətçi bunu “Hacı” olması ilə izah edib

Ağsuda həkim iş yerində öldü – FOTO

Ağsu rayonunda həkim iş yerində ölüb. report-a istinadən xəbər verir ki, hadisə Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayon sakini, 1960-cı il təvəllüdlü Namidar Quliyev səhər saatlarında iş yerində dünyasını dəyişib. O, xəstəxanda diş həkimi işləyirmiş. N.Quliyev səhər saatlarında işə gəlib ö

Ziya Məmmədovun müşavirinin qohumu xəstəxanada damarlarını doğradı

Barəat alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov xəstəxanada yenidən intihara cəhd edib. Dekabrın 26-da, gecə saatlarında Rövşən Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının sistem şüşəsini sındıraraq, əl-qolunu və boyununu kəsib. Hadisə yerinə dərha

31 yaşlı kişi bazarda naməlum şəxslər tərəfindən döyüldü

Tovuz rayonunda 31 yaşlı kişi döyülüb. Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən bazarda baş verib. Rayonun Qovlar qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəsibov Nakif Bəşir oğlu bazarın ərazisində naməlum şəxslər tərəfindən döyülüb. N.Nəsibov halsız vəziyyətdə küçəd

Azərbaycanda 40 günlük uşağını satışa çıxaran ata ilə bağlı polis polkovnikindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi elan saytlarının birində 1 aylıq uşaq 10 min manata satışa çıxarılıb. Elan yerləşdiriləndən sonra isə bu sosial mediada rezonans yaratdı. bildirir ki, məsələ ilə bağlı -a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov körpə uşağın satışa çıxarılmasını

Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var

Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. -a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun “Nərimanov” stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı, 10 TF 550 dövlət qeydiyyat nişanl

Azərbaycan elminə ağır itki – FOTO

Tarix üzrə elmlər doktoru, professor İlyas Atababa oğlu Babayev vəfat edib. Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, İ.Babayev uzun sürən xəstəlikdən sonra 82 yaşında dekabrın 27-də dünyasını dəyişib. İ.Babayev AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanı

“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edildi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli Qanunu, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1.3.6-cı maddəyə “dövlət xidmətlərinin rəhbərlərinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 21.6-cı və 22.9-cu maddələr əlavə edilsin:

“21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.”;

“22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur.”.

3. 28.12-ci maddənin birinci cümləsinə “üçüncü təsnifatı vəzifələrinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələrinə,” sözləri əlavə edilsin.

4. 29-cu maddə üzrə:

4.1. 29.2-ci maddənin birinci hissəsinin birinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri” sözləri əlavə edilsin;

4.2. 29.2-ci maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.”;

4.3. aşağıdakı məzmunda 29.12-ci maddə əlavə edilsin:

“29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.12-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 29.12-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2018-ci il.

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.