Press "Enter" to skip to content

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Kürdə suyun səviyyəsi artıb

Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

BAKU.WS xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaq. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi tapşırıqlar verilib.

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayır. Bu nümunədə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, iş və istirahət vaxtına, məzuniyyətə, bədən tərbiyəsi və idmana dair şərtlər, birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi, əmək müqaviləsində dəyişiklik edilməsi və ona xitam verilməsi barədə müddəalar var.

Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması da ölkə Prezidentinin daim diqqət göstərdiyi məsələlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılması hamını, o cümlədən dövlət qulluğunda çalışan insanları son dərəcə sevindirib və təbiidir ki, daha yaxşı çalışmağa ruhlandırıb.

Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi hissəsini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, №11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2, maddə 114) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 23.2-ci maddəyə “15 il” sözlərindən sonra “(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 23.2-1-ci maddə əlavə edilsin:

“23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.”;

1.3. 23.3-cü maddəyə “stajına” sözündən sonra “(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2021-ci il

Sosial

Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir

19 yanvar 2023 10:14 (UTC +04:00)

Xəbər Lenti

MM komitə sədri: Kür quruyur, Arazın da suyu azalıb

14 mart 2023

Səidə Qocamanlı: Beynəlxalq təşkilatlar Ermənistan həbsxanalarında ölüm faktlarını sanki görmək istəmir

14 mart 2023

Pərviz Şahbazov İstanbulda Avrasiya İqtisadiyyat Zirvəsində iştirak edir – FOTO

14 mart 2023

Ukraynada müharibə başlayandan ölən dinc sakinlərin sayı açıqlanıb

14 mart 2023

Ermənistanda insan hüquqlarının pozulmasına dair hesabat təqdim olunub – YENİLƏNİB

14 mart 2023

Dövlət Xidməti: Ölkədə çörək ucuzlaşıb

14 mart 2023

Novella Cəfəroğlu: Beynəlxalq təşkilatlar Laçın yolunda ekoloji terrora qarşı aksiyaya reaksiya vermir

14 mart 2023

Dünya Bankı Azərbaycanda ərzaq inflyasiyasını açıqlayıb

14 mart 2023

Britaniya kəşfiyyatı: Rusiya artilleriya sursatlarının çatışmazlığı ilə üzləşib

14 mart 2023

Hüquq müdafiəçisi: Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edirik

14 mart 2023

FHN Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair növbəti dəfə müraciət edib

14 mart 2023

Azərbaycanlı hüquq müdafiəçilərinin Ermənistanla bağlı hesabatı beynəlxalq təşkilatlara göndəriləcək

14 mart 2023

Nəqliyyat sahəsində əmək münasibətlərinin tənzimlənməsi müzakirə edilib

14 mart 2023

KİV: Türkiyə Moskvada Suriya ilə bağlı keçiriləcək görüşdə terrorla mübarizəyə diqqət yetirəcək

14 mart 2023

Türkiyədə zəlzələlər nəticəsində 500-dən çox səhiyyə işçisi həyatını itirib

14 mart 2023

Kürdə suyun səviyyəsi artıb

14 mart 2023

Rusiya ötən il 383 mlrd. dollar dəyərində neft və qaz ixrac edib

14 mart 2023

Bakıda qadın həbsdəki oğluna narkotik ötürməyə cəhd edib

14 mart 2023

Ərazisindəki heyvanlarda təhlükəli xəstəliklər olan ölkələrə dair məlumatlar informasiya sisteminə ötürüləcək

14 mart 2023

Kahramanmaraşda zəlzələ olub

14 mart 2023

AYİB-in Azərbaycan üzrə strategiyası müzakirə edilib

14 mart 2023

Kürün mənsəbindəki rayonlara suyun verilməsində yaranmış çətinliklər aradan qaldırılır

14 mart 2023

FHN: Ötən sutka 107 yanğına çıxış olub, 11 nəfər xilas edilib – VİDEO

14 mart 2023

“Qan ver, Həyat ver!” şüarı altında qanvermə aksiyası keçirilib – FOTO

14 mart 2023

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılacaq

14 mart 2023

Ötən il Azərbaycanda xidmət sahələri üzrə əsas kapitala qoyulmuş xarici investisiyalar azalıb

14 mart 2023

Koreya Prezidenti Yaponiyaya səfər edəcək

14 mart 2023

Babək rayonunda maşın aşıb, ölən var – FOTO

14 mart 2023

Fərid Şəfiyev: Avropanın ölkəmizə qarşı qərəzinin səbəblərindən biri islamofobiyadır

14 mart 2023

Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransda müzakirə ediləcək məsələlər açıqlanıb

14 mart 2023

Dünya Bankı ilə vergi sahəsində icra edilən layihələr müzakirə edilib

14 mart 2023

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

14 mart 2023

Prezident: Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir

14 mart 2023

KİV: Paşinyan sabiq səhiyyə nazirinin görüş təklifini rədd edib

14 mart 2023

Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqelərini 19 dəfə fasilələrlə atəşə tutub

14 mart 2023

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

14 mart 2023

Azərbaycan neftinin ucuzlaşması davam edir

14 mart 2023

Yanvar-fevral aylarında 7,7 min şəxsə əlillik təyin olunub

14 mart 2023

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi DTX-nın generalıdır

14 mart 2023

Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidi olub – FOTO

14 mart 2023

Rusiyalı musiqiçi Aleksandr Rozenbaum xəstəxanaya yerləşdirilib

14 mart 2023

BQXK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən Laçın istiqamətinə keçib – FOTO

14 mart 2023

Prezident İlham Əliyev: Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var

14 mart 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.