Press "Enter" to skip to content

Dövlət qulluğu

Dövlət Qulluğu haqqında qanun 19 maddəsində qeyd olinub ki, dövlət qulluqçularının hüquqlarından da biri dövlət məvacibi (19.0.3) və müavinatı (19.0.14) almaqdır.

Dövlt qulluğu haqqında qanun 2019

Bu gün Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 354-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə beə qərar verilib:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Dövlət qulluğu

Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.

İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

  1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
  2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
  3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

  1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
  2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
  3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla.

Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət qulluqçularına ildə bir dəfə verilən müavinatdan vergi tutulur?

Dövlət Qulluğu haqqında qanun 19 maddəsində qeyd olinub ki, dövlət qulluqçularının hüquqlarından da biri dövlət məvacibi (19.0.3) və müavinatı (19.0.14) almaqdır.

Dövlət məvacibi (22.1) dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır

Dövlət məvacibi (22.2) vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.

Dövlət qulluqçu üçün bəzi təminatlar haqqına Azərbaycan Respublikasının Prezidentinin 2003-cu il 23 oktyabr tarixli 948 nömrəli fərmanında qeyd edilir ki, dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.

Vergi Məcəlləsinin 102.1.4 maddəsinə əsasən habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar vergidən azaddır. Buna əsasən də dövlət qulluqçusuna ildə birdəfə verilə müavinat vergidən azaddır.

Misal: A dövlət qulluqçusu sentyabrın 1-dən məzuniyyətə çıxır. Avqustda da tam ayı işləyib. Əmək haqqısı 1000 manatdı. Məzuniyyət pulu 1200 manat. Məzuniyyətə çıxan vaxtı birdəfəlik maaşı qədər (1000 manat) müavinat verilir.

Ümumi gəlirini hesablasaq 3200 manat edir. Amma burada vergi müavinatdan tutulmadığına görə, 1000 (maaş) və 1200 (məzuniyyətdən) vergi tutulacaq. Maaş avqustun gəliri olduğu üçün ayrıca həmin ay üçün (1000-200)*14% = 112 manat. Məzuniyyət (1200-200)*14%= 140 manat. Ümumilikdə 112+140= 252 manat vergi tutulacaq.

İqtisadçı-ekspert Rauf Qarayev

Comments are closed, but trackbacks and pingbacks are open.