Press "Enter" to skip to content

Dövlət qulluğu haqqında qanun 2019

Təqvim məsələsini də bir kənara qoyuram. Məntiqi olaraq da vergilərdə dəyişiklik tam aydın olduqdan sonra büdcə paket halında müzakirəyə çıxarılmalıdır. Hələ ki, vergidə hansı dəyişikliklər olacağından yalnız hökumət rəsmiləri xəbərdardır. Nə biznes təmsilçiləri, nə müstəqil ekspert cəmiyyəti bu barədə çox məhdud bilgiyə malikdir. Bu bilgilər isə büdcə zərfində təqdim olunan təfsilatsız informasiyalara və rəsmi şəxslərin mediaya pərakəndə açıqlamalarına söykənir. Amma bu məlumatlardan çıxan ilkin nəticə budur ki, Azərbaycan hökuməti qeyri-neft sektorundan vergi yığımlarını artıra bilmir. Yüksək əlavə dəyər yaratmaqla böyük dövriyyə formalaşdırmağa nail ola bilməyən qeyri-neft sektorunun vergi yükünü kəskin şəkildə artırmaq hesabına vergi daxilolmalarını genişləndirmək planı da var. Xüsusilə də bunu kiçik və orta sahibkarlıq subyektlərinin hesabına etmək istəyirlər. O subyektlər ki, onların ÜDM-də, ixracda, büdcədə payı 2-3 faizdən çox deyil. Əksinə, onları stimullaşdırmaq, potensiallarını gücləndirmək, yüksək əlavə dəyər və mürəkkəb texnoloji məhsullar (xidmətlər) yaradan istehsal şəbəkəsinə qoşmaq əsas hədəf olmalıdır”.

Dövlət qulluqçularının əməkhaqqının artırılması üçün qanun layihəsi hazırlanıb

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, martın 1-dən minimum aylıq əmək haqqının məbləğinin yaşayış minimumu səviyyəsinə (180 manat) çatdırılması mühüm sosial müdafiə tədbiridir. Minimum əməkhaqqının artımı ilə əlaqədar aylıq tarif (vəzifə) maaşları da artırılaraq tənzimlənməlidir.

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsindən bəhs edən M.Kərimli diqqətə çatdırıb ki, bu layihə dövlət qulluqçularının əməyinin ödəniş sisteminin yeni yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun dövlət qulluğunun xüsusi növü istisna olunmaqla, “Dövlət qulluğu haqqında” qanuna əsasən dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının əməyinin ödənilməsinin qaydalarını, şərtlərini və məbləğlərini müəyyən edəcək. Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı layihə hazırda rəy və təkliflər əsasında təkmilləşdirilir”.

Sonra “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsinin məqsədi, əhatə dairəsi, əməyin ödənilməsi sisteminin tətbiqi və əməyin ödənilməsi sisteminin strukturu barədə ətraflı məlumat verilib.

İşçi Qrupunun iclasında minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan və əmək haqları Vahid Tarif Cədvəli ilə tənzimlənən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılaraq tənzimlənməsi və yeni qanun layihəsinin təkmilləşdirilməsi barədə məsələlər müzakirə olunub.

Şərhlər

Azər 2019-02-28 15:30:08

Dövlət idarələrində işləyən ışçilərin gəlır vergisinin minumum əmək haqqının 3 mıslınə qədər hissəsindən 14 faiz əvəzinə 5 faiz vergi tutulsa yaxşı olar.Eyni zamanda sosial siğorta 3 faizdən 5 faizə.idarələr uçun 22faizdən 20 faizə. Endirisin

Islam mellim 2019-02-28 15:30:08

dovlet qulluqcularinin maaslari artirilmalidirCunki dovlet qulluqcularinin hamisi yuksek maas almir ki.yuksek vezife tutan devlet qulluqcularinin maaslari artirilmasa da olar.Ancaq asagi maas alan devlet qulluqcularinin maaslari qaldirilmalidir.

Dövlət qulluğu haqqında qanun 2019

15 ildir ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib,
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayacaqdır. Bu nümunədə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, iş və istirahət vaxtına, məzuniyyətə, bədən tərbiyəsi və idmana dair şərtlər, birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi, əmək müqaviləsində dəyişiklik edilməsi və ona xitam verilməsi barədə müddəalar var.
2021-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olmuşdur ki, onların da 27,5 faizini qadınlar təşkil edir.
Dövlət qulluqçularının 6,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 12,3 faizi 5-ci təsnifatı, 8,4 faizi 6-cı təsnifatı, 48,8 faizi 7-ci təsnifatı, 20,6 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Dövlət qulluqçularının 6,3 faizi 1 ilədək, 25,2 faizi 1 ildən 5 ilədək, 24,4 faizi 5 ildən 10 ilədək, 17,8 faizi 10 ildən 15 ilədək, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,7 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda, 16,8 faizini 30-34 yaşda, 14,8 faizini 35-39 yaşda, 12,3 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,9 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 1,8 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,9 faiz artaraq 1215,5 manat təşkil etmişdir.

Mənbə: Dövlət Statistika Komitəsi/ stat.gov.az
Elnurə Abuşova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.

Dövlət qulluğu haqqında qanun 2019

Neftin qiyməti düşərsə, dövlətin xəzinəsini doldurmaq problemə çevriləcək

Milli Məclisdə bir həftədir davam edən büdcə müzakirələri sona çatıb. Spiker Oqtay Əsədov sonuncu iclasdakı çıxışında deyib ki, Milli Məclis büdcə sənədi ilə bağlı hökumətə noyabrın 23-dək vaxt verib. Büdcə ilə bağlı növbəti iclas noyabrın 23-də, daha sonra noyabrın 30-da keçiriləcək. Sonda büdcə layihəsi təsdiqlənəcək.

Məlumat üçün bildirək ki, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbəti 30 faizədək, cari ilin göstəricisi isə 1,7 faiz bənd azaldılır. Bu da büdcə qaydasının işə salınmasının əyani göstəricisidir.

Nəzərinizə çatdıraq ki, 2019-cu ildən etibarən büdcə-vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək. Şübhəsiz ki, 2019-cu ilin dövlət büdcə siyasətinin əsas prinsipləri əvvəlkilərdən fərqlənmir. Bunlar əsasən büdcənin sabitliyi və uzunmüddətli dayanıqlığının təmin edilməsi, şəffaflığın, ortamüddətli maliyyə proqnozlaşdırılmasının effektivliyinin və səmərəliyinin, eyni zamanda maliyyə nəzarətinin və monitorinqinin tətbiqinə yönəlib. Eyni zamanda, hökumət rəsmiləri hesab edirlər ki, 2019-cu ildə büdcənin sabitliyi və uzunmüddətli dayanıqlığının təmin edilməsi məqsədilə 2019-cu ildən yeni büdcə qaydasının tətbiqi və beləliklə, müəyyən məhdudiyyətin büdcə xərclərinə qoyulması, hesab büdcə dayanıqlığına böyük xidmətlər göstərəcək. 2019-cu ildə ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft və baza kəsirinin qeyri-neft ümümdaxili məhsula nisbətinin azaldılması da hədəflənir. Bu hədəf dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Önəmli məqamlardan biri odur ki, növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olmasının hədəflənməsdiir.

Qubad İbadoğlu: “Büdcədə nəzərdə tutulan 127,6 milyon manatı sahibkarları və istehlakçıları cərimələyərək toplayacaqlar”

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən iqtisadçı-alim Qubad İbadoğlunun hesablamalarına görə, 2019-cu il büdcəsinin hər 100 manatından 6 qəpiyi ekologiyaya, 50 qəpiyi elmə, 70 qəpiyi güzəştli mənzil təminatı və sosial ipotekaya, 1 manat 40 qəpiyi mədəniyyət və incəsənətə, 4 manat 20 qəpiyi səhiyyəyə, 5 manat 72 qəpiyi idarəetməyə, 6 manat 41 qəpiyi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına, 9 manat 20 qəpiyi təhsilə, 9 manat 40 qəpiyi dövlət borclarına xidmətə, 10 manat 30 qəpiyi sosial müdafiə və təminata, 12 manat 56 qəpiyi müdafiəyə, 39 manat 90 qəpiyi tikintiyə xərclənəcək. Q. İbadoğlunun sözlərinə görə, bu xərcləri ödəmək üçün istifadə ediləcək hər 100 manatdan 59 manat 30 qəpiyi neft pulları olacaq.

Ekspert bir sıra neft ölkələri ilə Azərbaycanın müqayisəsini də aparıb. Keçmiş SSRİ-nin neft və qazla zəngin olan üç ölkəsində 2019-cu il üçün proqnozlaşdırılan büdcə gəlirləri və onun adambaşına bölgüsü belədir:

Rusiyanın büdcə gəlirləri 296 mlrd. dollar, hər adama – 2050 $

Qazaxıstanın büdcə gəlirləri 31,5 mlrd. dollar, hər adama – 1711$

Azərbaycanın büdcə gəlirləri 13,5 mlrd. dollar, hər adama – 1377$.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda növbəti il üçün proqnozlaşdırılan büdcə gəlirlərində neft sektorundan daxilolmalar 59,8 faiz təşkil edir. Odur ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi gözlənilir. Q. İbadoğlu müqayisə üçün əlavə edib ki, 2019-cu ildə Gürcüstanın qeyri-neft büdcəsi hər adama – 1000 dollar, Azərbaycanın qeyri-neft büdcəsi hər adama – 551 dollar təşkil edəcək.

Q. İbadoğlu 2019-cu ilin büdcəsinin parlament müzakirələrinə nəzərən də fikirlərini bildib. O deyib ki, gələn ilin büdcə layihəsindən görünür ki, Beynəlxalq Bank 2019-cu ildə də özəlləşdirilməyəcək, çünki bu mənbədən büdcəyə daxilolmalar proqnozlaşdırılmayıb:

“İkincisi, gələn il büdcə təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə daxilolmaların məbləğində 127,6 milyon manatdan çox artım nəzərdə tutulur ki, bu da cari il üçün proqnozlaşdırılandan 25,4 faiz çoxdur. Bu artımın əsas mənbəyini cərimələr, sanksiyalar, rüsumlar təşkil edəcəkdir. Bu isə o deməkdir ki, nəzərdə tutulan 127,6 milyon manatı sahibkarları və istehlakçıları əlavə cərimələyərək toplayacaqlar”.

Natiq Cəfərli: “Neftin qiyməti aşağı düşsə hökumət kommunal xidmətləri, benzini, dizeli, nəqliyyatda gediş haqqını bahalaşdıracaq. ”

Tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli isə “Reytinq”ə açıqlamasında büdcədə neftin qiyməti və ümumi maliyyə sənədimizin neftdən asılılığına toxunub. N. Cəfərlinin sözlərinə görə, neft builki maksimal qiymət həddindən 22 dollar ucuzlaşıb, 65 dollara düşüb, sürətlə 1 il əvvəlki qiymətə – 60 dollara yaxınlaşır: “Səbəbləri haqqında öncədən mətbuata çox danışmışam, amma indi sözüm başqadır. Azərbaycan neft qiymətinin hər 1 dollar ucuzlaşmasından, təxminən, 500 min dollar pul itirir. Builki maksimal qiymətlərə baxsaq, artıq hər gün 11 mln. dollar pul itirməyə başlayır. Hökumət gələn il dövlət büdcəsində neft qiymətini 60 dollar götürüb, əgər qiymətlər 60-dan aşağı düşsə, hökumət kommunal xidmətləri, benzini, dizeli, nəqliyyatda gediş haqqını ciddi bahalaşdıracaq, yeni növ cərimələr icad edəcək, manatın məzənnəsini isə indiki kimi inzibati qaydada 1.70-də saxlamaq mümkün olmayacaq”.

N. Cəfərli nəzərə çatdırıb ki, gələn il büdcə gəlirlərinin 65 faizi birbaşa neft sektorundan formalaşacaq. Onun fikrincə, büdcə xərcləri iqtisadi artım yaradacaq layihələrə hesablansa, daha yaxşı nəticələr əldə etmək olar: “2019-cu ilin dövlət büdcəsinin ilkin parametrlərinə baxdıqda görürük ki, bu ilin büdcəsinə nisbətən həm gəlir, həm də xərc hissəsində müəyyən qədər artım var. Təqribən xərc hissəsində 2 milyard manata qədər artım müşahidə olunacaq. Amma bəzi risklər də var. Neft qiymətlərinin 60 dollardan götürülməsi müəyyən qədər risklidir. Əgər neft qiymətləri 60 dollardan aşağı düşsə, büdcənin doldurulmasında, büdcə parametrlərinin yerinə yetirilməsində problemlər yaranacaq.

İkinci mühüm məsələ ondan ibarətdir ki, yenə təmir-tikinti, investisiya xərcləri önə çıxır. Təqribən 6,9 milyard manat investisiya xərcləri olacaq ki, bu da ölkənin inkişaf modelinin yenə köhnə metodla, yəni, büdcədən ayrılan vəsaitlər hesabına qurulması deməkdir. Bu da təhlükəlidir. Çünki təmir-tikintiyə ayrılan vəsaitlər əlavə dəyər yaratmayan, müvəqqəti iqtisadi artımları təmin edən yatırımlardır.

Düzdür, infrastruktur yenilənməli, yeni yollar çəkilməli, təmir-tikinti işləri aparılmalıdır, lakin dediyim kimi, bunlar əlavə dəyər yaratmır. Bu baxımdan müəyyən riskləri var.

Gəlirlərin artımı öz-özlüyündə yaxşıdır. Amma xərclərin istiqamətləri ilə bağlı ciddi suallar var. Xərclərin əlavə dəyər gətirən, iqtisadi canlanmanı artıran layihələrə ayrılması daha doğru olardı”.

Ekspert neftdən asılılığın ötən illərə nisbətən daha da artdığını vurğulayıb və gələn ilin büdcə gəlirlərinin də əsas hissəni neft sektorundan gələn vəsaitlərin təşkil edəcəyini bildirib:

“Neftdən asılılıq çox təəssüf ki, ötən illərə nisbətən artıb. Çünki birbaşa neftdən transfer büdcənin 50 faizini təşkil edir. Təqribən 11,5 milyard manata yaxın vəsait birbaşa Neft Fondundan götürüləcək. Yerdə qalan 50 faizin də 15 faizə yaxını birbaşa neft sektorundan gələn vergilər hesabına formalaşacaq. Yəni, neftdən asılılıq gələnilki büdcədə 65 faizə qalxacaq ki, bu da son illərə görə ən yüksək göstəricidir. Təəssüf ki, neft sektoru yenə dominant və həlledici rol almaqda davam edir”.

Rövşən Ağayev: “Vergi daxilolmalarını kiçik və orta sahibkarlıq subyektlərinin hesabına artırmaq istəyirlər”

Dirgər iqtisadçı Rövşən Ağayev isə hökumətin vergi siyasəti və onun büdcəyə təsirlərindən danışarkən deyib ki, Vergi Məcəlləsinin 2.8-ci maddəsinə görə, növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyənləşdirilməsi ilə bağlı Məcəlləyə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri cari ilin may ayının 15-dən gec olmayaraq Milli Məclisə təqdim edilməlidir: “Amma indi məlum olur ki, Vergi Məcəlləsi ilə bağlı dəyişikliklər Parlamentə may ayında yox, noyabr ayında daxil olur.

Təqvim məsələsini də bir kənara qoyuram. Məntiqi olaraq da vergilərdə dəyişiklik tam aydın olduqdan sonra büdcə paket halında müzakirəyə çıxarılmalıdır. Hələ ki, vergidə hansı dəyişikliklər olacağından yalnız hökumət rəsmiləri xəbərdardır. Nə biznes təmsilçiləri, nə müstəqil ekspert cəmiyyəti bu barədə çox məhdud bilgiyə malikdir. Bu bilgilər isə büdcə zərfində təqdim olunan təfsilatsız informasiyalara və rəsmi şəxslərin mediaya pərakəndə açıqlamalarına söykənir. Amma bu məlumatlardan çıxan ilkin nəticə budur ki, Azərbaycan hökuməti qeyri-neft sektorundan vergi yığımlarını artıra bilmir. Yüksək əlavə dəyər yaratmaqla böyük dövriyyə formalaşdırmağa nail ola bilməyən qeyri-neft sektorunun vergi yükünü kəskin şəkildə artırmaq hesabına vergi daxilolmalarını genişləndirmək planı da var. Xüsusilə də bunu kiçik və orta sahibkarlıq subyektlərinin hesabına etmək istəyirlər. O subyektlər ki, onların ÜDM-də, ixracda, büdcədə payı 2-3 faizdən çox deyil. Əksinə, onları stimullaşdırmaq, potensiallarını gücləndirmək, yüksək əlavə dəyər və mürəkkəb texnoloji məhsullar (xidmətlər) yaradan istehsal şəbəkəsinə qoşmaq əsas hədəf olmalıdır”.

R. Ağayev qeyd edib ki, kiçik və orta sahibkarlıqla bağlı Yol Xəritəsində hökumət hədəflər də müəyyənləşdirib. Həmin hədəflər belədir: kiçik-orta sahibkarların payının ÜDM-də 5 faizə, məşğulluqda 20 faizə, qeyri-neft ixracında 10 faizə çatdırılmalıdır.

Maraqlıdır, hökumətin yanaşmasında optimillaşma kiçik və orta sahibkarlar üçün vergi yükünü artırmaqlamı assosiasiya olunur?

Ekspert hesab edir ki, Vergi Məcəlləsinə 218.5.10-cu maddə təklif edilir. Yəni, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi ola bilməz: “Bu maddənin mahiyyəti odur ki, fərdi sahibkarlarla və hüquqi şəxslərlə xidmət müqaviləsi əsasında xidmət göstərən bütün fərdi sahibkarlar öz gəlirlərinin 20 faizi qədər gəlir vergisi ödəməli olacaqlar. Halbuki hazırda Bakı şəhərində 4 faiz, regionlarda 2 faiz sadələşdirilmiş vergi ödənir. Yəni vergi yükünün Bakıda 5, regionlarda 10 dəfə artımından söhbət gedir. Aydın məsələdir ki, hökumət bununla bəzi şirkətlərin vergidən yayınmaq üçün öz işçiləri ilə əmək müqaviləsi ilə yox, xidmət müqaviləsi əsasında münasibət qurmasının qarşısını almaq istəyir. Amma bu halda hər hansı şirkətə bağlı olmayan, gerçəkdən fərdi sahibkar kimi çalışan minlərlə fərdi sahibkarın günahı nədir? Yəni, əvvəllər 1000 manata görə 20 manat vergi ödəyən həmin sahibkarın indi 200 manat vergi ödəməsi arasında fərqi görmək, bunun işgüzar fəallıq üçün zərbəsini indidən hiss eləmək doğrudanmı çətindir?

Hökimət əmək müqaviləsi ilə çalışmalı olan şəxslərin xidmət müqaviləsinə can atmasının qarşısını almaq istəyirsə, bunun daha səmərəli yolları var. Əvvəla, Rusiya təcrübəsində olduğu kimi vergi tutulan dövriyyənin həcminə görə, sərbəst məşğul əhali ilə fərdi sahibkarı fərqləndirməyə ehtiyac duyulur. Hazırda Rusiyada 2-ci oxunuşdan keçmiş dəyişikliyə görə, aylıq dövriyyəsi 200 min rublu (təxminən 5000 manat) ötməyən şəxslər sərbəst məşğul hesab edilir və onların maksimum 6 faizlə vergiyə cəlbi təklif edilir.

Bizim Məcəllədə də illik dövriyyəsi 50 000 manatı (rüblük 12 500 manat) ötməyən subyektləri sərbəst məşğul əhali kimi qəbul etmək mümkündür. Bu halda onların sadələşdirilmiş vergiyə cəlb edilməsini saxlamaq, eyni zamanda kommersiya hüquqi şəxslərin əmək müqaviləsindən yayınmasının qarşısını almaq üçün Məcəlləyə belə bir dəyişiklik edilir: ixtiyari şirkət eyni fəaliyyətə (işə və ya xidmətə) görə yalnız bir fərdi sahibkarla müqavilə bağlaya bilər, bağlanmış xidmət müqaviləsinin müddəti rüb ərzində 1 aydan, il ərzində 4 aydan artıq ola bilməz. Bu halda xidmət müqaviləsinin dəyərinə də məhdudiyyət tətbiqi mümkündür. Məsələn, rüb ərzində eyni fəaliyyətə görə eyni şəxslə bağlanan xidmət müqaviləsinin dəyəri 12500 manatdan çox ola bilməz. Bu mexanizm işləyərsə, il ərzində dəyəri 50 000 manatdan çox olduqda, həmçinin, eyni fəaliyyətin icrası üçün 4 aydan artıq vaxt tələb edildikdə, bu fəaliyyətin 1 deyil, daha çox fərdi sahibkar tərəfindən həyata keçirilməsi qaçılmaz olduqda, 2 variant qalır: xidməti (işi) təklif edən şirkət ya bu işi əmək müqaviləsi əsasında həyata keçirməlidir, ya da hüquqi şəxslərə sifariş verməlidir. Bu halda sərbəst məşğul əhalinin dövriyyəsi 4-5 faizlə vergiyə cəlb edilə bilər.

Hazırda Gürcüstanda da illik dövriyyəsi 100 000 larini (68 000 manat) ötməyən fərdi sahibkarlar 5 faizlə vergiyə cəlb olunur. Lakin gəlirlərinin 60 faizinin xərclənməsini təsdiqləyən sənədlərə malik olduqda, bu, 3 faizlə olur”.

R. Ağayev onu da qeyd edib ki, hökumət bu addımı atmasa, kiçik, xüsusilə də mikro sahibkarlığa ölümcül zərbə dəyəcək. Onun fikrincə, bu, həm də vergidə ədalətlilik və bərabərlik prinsipinin pozulması olacaq. “İllik dövriyyəsi hətta 1000-2000, 3000-5000 manatı ötməyən xırda sahibkarı 20 faiz vergi yükünün altında boğmağın adı nədirsə, 100 faiz ədalət deyil.

Belə bir arqument səslənə bilər ki, sadələşdirilmiş vergi bütün dövriyyədən tutulur, lakin gəlir vergisi xərclər çıxılmaqla. Amma, məsələn, bir sıra peşəkar və intellektual xidmətlər var ki, onları göstərənlərin xərci yoxdur. Bir bilgisayarı ilə evdə oturaraq internet üzərindən öz işlərini görürlər. Belə halda onların dövriyyələrinin tamamı 100 faiz gəlirdən ibarət olur. Deməli, sadələşdirilmiş vergidə olduğu kimi bütün dövriyyələr 20 faiz dərəcə ilə vergiyə cəlb edilməlidir”, – deyə müsahib fikrini tamamlayıb.

Reyting.az

Comments are closed, but trackbacks and pingbacks are open.