Press "Enter" to skip to content

Microsoft Word Dovl? t qullugu haqq? nda qanun doc

3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir.
3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3.3. Ədliyyə orqanlarında işləyən şəxslərə bu Qanunla nəzərdə tutulmuş təminatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir.

Dövlət qulluqçularının əmək haqqının artırılması üçün QANUN LAYİHƏSİ HAZIRLANDI – FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Sərəncamı ilə ayrı-ayrı dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla yaradılmış Əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması üzrə İşçi qrupun iclası olub.

Day.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə martın 1-dən minimum aylıq əmək haqqının məbləğinin yaşayış minimumu səviyyəsinə (180 manat) çatdırılması mühüm sosial müdafiə tədbiridir. Minimum əməkhaqqının artımı ilə əlaqədar aylıq tarif (vəzifə) maaşları da artırılaraq tənzimlənməlidir.

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsindən bəhs edən M.Kərimli diqqətə çatdırıb ki, bu layihə dövlət qulluqçularının əməyinin ödəniş sisteminin yeni yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun dövlət qulluğunun xüsusi növü istisna olunmaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının əməyinin ödənilməsinin qaydalarını, şərtlərini və məbləğlərini müəyyən edəcək. Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı layihə hazırda rəy və təkliflər əsasında təkmilləşdirilir.

Sonra “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsinin məqsədi, əhatə dairəsi, əməyin ödənilməsi sisteminin tətbiqi və əməyin ödənilməsi sisteminin strukturu barədə ətraflı məlumat verilib.

Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc

dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında

dövlət qulluğu keçən qulluqçulara şamil edilir.

2.3. Bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək

hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid

müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi,

xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında

dövlət qulluğu keçən şəxslərə də şamil edilir.

2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun hərbi qulluqçulara şamil

2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin

işçilərinə şamil edilmir. Bu işçilərin qulluğu ilə bağlı məsələlər Azərbaycan Respublikasının

mək Məcəlləsi ilə tənzimlənir.

2.6. Bu Qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda dövlət qulluğunda çalışan

xslərə müvafiq qanunlarla nəzərdə tutulmuş təminatlar “dövlət qulluğu haqqında” Azərbaycan

Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda, “Dövlət qulluğu

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir.

Dövl ət qulluğunun əsas vəzifələri

3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında

vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;

3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi,

icrası və icraya nəzarət edilməsi;

3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə

səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.

Dövlət qulluğunun prinsipləri

4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:

4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti

orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;

4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;

4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul

etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;

4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra

etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;

4.1.6. dövlət qulluğuna girmənin şəffaflığı;

4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi;

4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun

olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;

4.1.9. irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq

vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə

mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa

səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;

4.1.10. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün

ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;

4.1.11. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması,

eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.

4.2. Dövl ət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.

4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası

Konstitusiyasını qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik

aktlarını rəhbər tuturlar və siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli

Dövlət qulluğunu idarəetmə orqanları

5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun

normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına

aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu

darəetmə Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın

6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası

Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən

sasnamə ilə müəyyən edilir.

5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata

5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq

olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri

və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.

Dövlət qulluğu haqqında qanunvericilik

Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu

Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan

Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının

hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

DÖVL ƏT ORQANLARI

Dövlət orqanı anlayışı

Dövlət qulluğu haqqında qanun indir

Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

I f ə s i l
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Ədliyyə orqanlarında qulluq keçmə

1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər.

Maddə 2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları

2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “Məhkəmə qərarlarının icrası haqqında”, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.
2.2. Ədliyyə orqanlarında qulluğa qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna girmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları nəzərə alınmaqla bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Qanunun tətbiqi sahəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir.
3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3.3. Ədliyyə orqanlarında işləyən şəxslərə bu Qanunla nəzərdə tutulmuş təminatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir.

II Fəsil
Ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi

Maddə 4. Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydaları

4.1. İrqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan Azərbaycan Respublikası vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ vardır.
4.2. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.
4.3. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər.
4.4. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır.
4.5. Ədliyyə orqanlarına qulluğa qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin qulluğa qəbul olunmaması və ya qulluq keçməsinə xitam verilməsi üçün əsasdır.
4.6. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibədən keçirlər. Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər bir qayda olaraq müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilirlər. Ali hüquqi təhsil tələb olunmayan böyük və orta xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə, həmçinin sıravi və kiçik rəis heyəti vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müsabiqənin və müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.7. Dövlət notarius vəzifəsinə, tədris və məhkəmə ekspertizası idarələrinə qəbul qaydaları müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
4.8. Ədliyyə orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.
4.9. Penitensiar xidmətə qulluğa qəbulun xüsusiyyətləri bu Qanunun 34-cü maddəsi ilə müəyyən edilir.

Maddə 5. Ədliyyə işçisinin andı

5.1. İlk dəfə ədliyyə orqanlarında işə qəbul olunmuş ədliyyə işçisi işə başlamamışdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Mən, ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəyimə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm”.
5.2. Andı içən ədliyyə işçisi andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

Maddə 6. Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə

6.1. İlk dəfə ədliyyə orqanlarına qəbul edilən şəxslər üçün bir qayda olaraq altı aylıq stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun bir illik sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.
6.2. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla ədliyyə orqanlarında daimi qulluğa qəbul edilir.
6.3. Stajorluq və sınaq müddətləri ədliyyə orqanına işə qəbula dair əmrdə göstərilir.
6.4. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olmadıqda o, sınaq müddəti ilə vəzifəyə təyin edilmir, sınaq müddətlərində attestasiyadan keçməmiş işçi isə daimi qulluğa qəbul edilmir.
6.5. Ədliyyə orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan, elmlər namizədi və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra elmi dərəcəsi) olan, hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda stajorluq və sınaq müddəti müəyyən edilmir.
6.6. Stajorluq və sınaq müddətləri ədliyyə orqanlarında iş stajına hesablanır, qulluq illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.
6.7. Stajorluq və sınaq müddətində işçilər yalnız vəzifə maaşı alırlar.
6.8. Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Ədliyyə orqanları işçisinin şəxsi işi

7.1. Ədliyyə orqanları işçisinin şəxsi işində onun ədliyyə orqanlarında qulluq keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır.
7.2. Ədliyyə orqanları işçisinin şəxsi işi ədliyyə orqanlarının kadr xidməti tərəfindən aparılır. şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 8. Ədliyyə orqanları işçisinin xidməti vəsiqəsi

8.1. Vəzifəyə təyin olunmuş ədliyyə orqanlarının işçisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə xidməti vəsiqə verilir. Ədliyyə orqanları işçisinin xidməti vəsiqəsi onun şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir. Xidməti vəsiqə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlanır və qeydiyyat kitabında imza etdirilməklə işçiyə təqdim edilir.
8.2. İşçi ədliyyə orqanlarında qulluq etdiyi dövr ərzində xidməti vəsiqədən istifadə edir. Ədliyyə orqanları işçisinin soyadı, vəzifəsi və ya xüsusi rütbəsi dəyişdikdə, habelə xidməti vəsiqənin etibarlıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə verilir.
8.3. Ədliyyə orqanları işçisinin qulluğuna xitam verildikdə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

III Fəsil
Ədliyyə orqanlarında qulluq keçmənin şərtləri

Maddə 9. Ədliyyə orqanları işçilərinin əsas hüquqları

9.0. Ədliyyə orqanları işçiləri aşağıdakı əsas hüquqlara malikdirlər:
9.0.1.vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada zəruri informasiya və materiallar tələb etmək və almaq;
9.0.2. Ədliyyə orqanlarına işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək;
9.0.3. Əmək haqqı almaq;
9.0.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya əmək haqqı məbləğinin artırılması iddiasında olmaq;
9.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə işlədiyi ədliyyə orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
9.0.6. Əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
9.0.7. öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
9.0.8. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
9.0.9. həmkarlar ittifaqlarında birləşmək;
9.0.10. işlədiyi ədliyyə orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək;
9.0.11. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, ədliyyə orqanları işçilərinin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq;
9.0.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq;
9.0.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

Maddə 10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri

10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli;
10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;
10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;
10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;
10.0.5. lazım gəldikdə öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli;
10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı;
10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli;
10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli;
10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;
10.0.11. qulluq etikası normalarına və intizam qaydalarına əməl etməlidir.

Maddə 11. Ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyət

11.1. Ədliyyə orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz.
11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur:
11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;
11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
11.2.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
11.2.4.işlədiyi ədliyyə orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə;
11.2.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
11.2.6. dini təbliğ etmək üçün ədliyyə işçisinin statusundan istifadə etməyə və ədliyyə orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

Maddə 12. İş vaxtı və istirahət vaxtı

12.1. Ədliyyə orqanları işçilərinə Azərbaycan Respublikasının əmək Məcəlləsi ilə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.
12.2. Zəruri hallarda ədliyyə orqanları işçiləri iş vaxtından sonra, istirahət, bayram və iş günü hesab edilməyən günlərində qulluq vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericilik ilə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir.
12.3. İş günü ərzində ədliyyə orqanları işçilərinə istirahət və nahar etmək üçün fasilə verilir.

Maddə 13. Ədliyyə orqanları işçilərinin məzuniyyəti

13.1. Ədliyyə orqanlarının işçiləri Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər.
13.2. Penitensiar xidmətdə məzuniyyətlərdən istifadə edilməsinin xüsusiyyətləri bu Qanunun 36-cı maddəsi ilə müəyyən edilir.

Maddə 14. Ədliyyə orqanları işçisinin vəzifədə irəli çəkilməsi və başqa vəzifəyə keçirilməsi

14.1. Ədliyyə orqanlarının işçisi vəzifədə irəli çəkilə və başqa vəzifəyə keçirilə bilər.
14.2. Ədliyyə orqanları işçisinin vəzifədə irəli çəkilməsinə, başqa vəzifəyə keçirilməsinə onun razılığı ilə yol verilir. Ədliyyə orqanlarının işçisi vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır.
14.3. Səhhətinə görə (tibbi-həkim komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə ədliyyə orqanları işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.
14.4. Aşağı vəzifəyə keçirilmiş ədliyyə orqanlarının işçisi sonradan xüsusi rütbəsi, peşəkarlığı, vəzifələrin layiqincə yerinə yetirilməsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Ədliyyə orqanları işçisinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi bütün hallarda əsasları göstərilməklə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və işçiyə elan edilir.
14.5. 15 il və daha çox qulluq illəri olan ədliyyə orqanlarının işçisi ştatların ixtisarı və səhhətinə görə az maaşlı vəzifəyə keçirilərkən onun əvvəlki vəzifə maaşı keçirilən vəzifə üzrə saxlanılır.
14.6. Ədliyyə orqanlarının işçisi dövlət orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrə keçdikdə, ədliyyə orqanlarının kadr ehtiyatında saxlanıla bilər.

Maddə 15. Ədliyyə orqanları işçisinin sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması

15.1. Ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. ədliyyə orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır.
15.2. Ədliyyə orqanlarının işçisi cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərin icrasına buraxılmır.
15.3. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış ədliyyə orqanlarının işçisi barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrin icrasına buraxılır.
15.4. Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir.
15.5. Ədliyyə orqanlarının işçisi bu Qanunun 31.1-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız ədliyyə orqanlarının işçisinin öz vəzifə səlahiyyətlərinin icrasının davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində işçi barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına davam etdirilməsinə, yaxud intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir.
15.6. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində işçiyə tam həcmdə əmək haqqı ödənilir.

Maddə 16. Ədliyyə orqanları işçilərinin peşə hazırlığı və ixtisaslarının artırılması

16.1. Ədliyyə orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə ədliyyə orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur.
16.2. Ədliyyə orqanları işçisinin öz ixtisasını artırması onun qulluq borcu, işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi rəhbər işçilərin qulluq vəzifəsidir. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun tədrisə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alınır.

Maddə 17. Ədliyyə orqanları işçilərinin attestasiyası

17.1. Ədliyyə orqanlarında işçilərin tutduqları vəzifələrə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, ixtisaslarının və peşə hazırlıqlarının yüksəldilməsinə və ya təkrar hazırlıq keçmələrinin zərurət dərəcələrinin müəyyənləşdirilməsi, habelə kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi məqsədi ilə attestasiya keçirilir.
17.2. Ədliyyə orqanları işçilərinin attestasiyası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilir.

Maddə 18. Ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi

18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi – 60 yaşdır.
18.2. Ədliyyə orqanlarında qulluq keçən qadınlar öz arzuları ilə bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulan yaş həddindən 5 il az olmaqla xidmət edə bilərlər.
18.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Yaş həddinə çatmış ədliyyə orqanlarının digər işçilərinin qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən uzadıla bilər. ədliyyə orqanlarında qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin ədliyyə orqanlarında qulluqda olma müddətinin uzadılmasına yol verilmir.
18.4. Penitensiar xidmətdə qulluqda olmanın yaş həddi bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilir.
18.5. Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə və ya hərbi orqanlarına işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir.

Maddə 19. Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı digər məsələlər

19.1. Ədliyyə orqanlarının işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda müvafiq yuxarı orqana və ya məhkəməyə şikayətlə müraciət edə bilər.
19.2. Yuxarı orqan qanunla müəyyən olunmuş qaydada və müddətdə şikayətə baxmalı və qəbul olunmuş qərar haqqında işçiyə yazılı məlumat verməlidir.
19.3. Verilmiş şikayət intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasını dayandırmır.

Comments are closed, but trackbacks and pingbacks are open.