Press "Enter" to skip to content

Dövlət qulluğu kitabı

Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların məvaciblərində cüzi artım olub.

Dövlət Qulluğu

Subjects and tests on Legislation, Azerbaijani language, Logic, and Informatics programs for candidates preparing for the Civil Service Entrance Exam held by the State Examination Center have been collected in this program. It is possible to do online tests by collecting coins (points) in the program. This program is an additional resource for those who want to become a Civil Servant.

Показать больше

Dövlət Qulluğu Varies with device APK для Android Varies with device+

Версия Varies with device для Android Varies with device+
Обновить 2022-08-13
Устанавливает 10.000++
Размер файла 8.435.973 bytes
Разрешения просматривать разрешения
Какие новости Xətalar düzəldildi

История версий:

  • 1. LATEST. Dövlət Qulluğu Varies with device APK (2022-08-13, 8 MB)
  • 2. Dövlət Qulluğu 1.2.1 APK (2021-06-23, 12 MB)
  • 3. Dövlət Qulluğu 1.2 APK (2021-06-20, 9 MB)
  • 4. Dövlət Qulluğu 1.1 APK (2021-02-28, 8 MB)
  • 5. Dövlət Qulluğu 1.0.2 APK (2020-08-26, 8 MB)
  • 6. Dövlət Qulluğu 1.0.1 APK (2020-08-13, 8 MB)
  • 7. Dövlət Qulluğu 1.0 APK (2015-06-14, 633 KB)

HelpDesk

Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi hansilardir?
I.Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

3.huqularnizi sayin
. Bərabərlik hüququ
. Yaşamaq hüququ
Azadlıq hüququ
Mülkiyyət huququ
. Əqli mülkiyyət hüququ
. Təhlükəsiz yaşamaq hüququ
. Şəxsi toxunulmazlıq hüququ
. Mənzil toxunulmazlığı hüququ
. Nikah hüququ
. Əmək hüququ
. Tətil hüququ
. İstirahət hüququ
. Sosial təminat hüququ
. Sağlam ətraf mühitdə yaşamaq hüququ
. Mədəniyyət hüququ
Sağlamlığın qorunması hüququ
Təhsil hüququ
Mənzil hüququ
. Milli mənsubiyyət hüququ
. Ana dilindən istifadə hüququ
. Şərəf və ləyaqətin müdafiəsi hüququ
. Vətəndaşlıq hüququ
. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ
. Dövlətin idarə olunmasında iştirak etmək hüququ
.Seçki hüququ
. Müraciət etmək hüququ
. Birləşmək hüququ
. Azad sahibkarlıq hüququ
. Hüquqi yardım almaq hüququ
. Məhkəməyə təkrar müraciət hüququ
. Zərərin ödənilməsini tələb etmək hüququ
. Siyasi sığınacaq hüququ
4.hansi azadliqlariniz var
. Fikir və söz azadlığı
. Vicdan azadlığı
. Sərbəst toplaşmaq azadlığı
. Yaradıcılıq azadlığı
. Məlumat azadlığı

5.Konstitusiyaya ələvələrin qəbul edilməsi qaydasi necədir ?
Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.

II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6 ay sonra keçirilir.

III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.

IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.

V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

6.Normativ hüquqi aktlar hansılardır?

I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
7.Dövlet qullugu nedir

. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir

8.Dövlet qulluqçusu kimdir?

Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

9.Dq na ixtisas derecelerinin verilmesi

İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.

Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.

Bu maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

§ üçüncü-beşinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;

§ altıncı-yeddinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.

Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

§ birinci-ikinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

§ üçüncü-dördüncü təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.

10. korrupsiya ilə əlaqədar huquqpozmalarinin subyektlerinden veziflei ş exs olmayan hansilardi?

1Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər;
2Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;
3 xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
4 inzibati vəzifə tutan dövlət qulluqçuları;
5 dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
6 Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;
7 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;
8 yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
9 qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

11 öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;

12 vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər;

Vətənim

DÖVLƏT QULLUQÇULARININ AYLIQ VƏZİFƏ MAAŞLARI (SİYAHI)

Prezident Administrasiyasında kim nə qədər maaş alır?

Dövlət orqanlarında aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 175 manat, yardımçı vəzifələr üçün – 120 manat müəyyən edilib. Bəs maksimum məbləğ nə qədərdir?

Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Modern.az saytına verilən məlumata görə, ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 175 manat, yardımçı vəzifələr üçün – 120 manat müəyyən edilib. Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900 manat civarındadır.

Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların məvaciblərində cüzi artım olub.

Dövlət orqanlarında aylıq vəzifə maaşlarının məbləği ictimaiyyət üçün maraqlı ola bilər. Bu səbəbdən də ilk olaraq Prezidentin Administrasiyasında işçilərinin aylıq vəzifə maaşlarının siyahısını təqdim edirik?

Vəzifələrin adları Vəzifə maaşları (manat)
İnzibati vəzifələrin təsnifatı üzrə:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri 1900
Azərbaycan Respublikasının Dövlət müşaviri 1660
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri 1550
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə müdiri; Azərbaycan Respublikası Prezidentinin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi 1500
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini 1450
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini 1350
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı şöbəsinin müdir müavini 1300
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi 1230
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri 1200
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdiri 1200
Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi 1100
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdirinin müavini 1050
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda sektor müdiri, baş mühasib 1000
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi 910
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında:
baş məsləhətçi 1150
böyük məsləhətçi 1100
aparıcı məsləhətçi 1050
məsləhətçi 1000
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda:
baş məsləhətçi 980
böyük məsləhətçi 960
aparıcı məsləhətçi 930
məsləhətçi 900
Yardımçı vəzifələrin təsnifatı üzrə:
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda texniki vəzifələr tutan:
baş mütəxəssis (korrektor, stenoqrafçı, arxivarius, montajçı, sürücü, fotoqraf, videooperator, kinooperator, qrup rəhbəri və s.) 510
böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) 450
aparıcı mütəxəssis (kargüzar, katibə, ekspeditor və s.) 390
mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə və s.) 330

Comments are closed, but trackbacks and pingbacks are open.