Azərbaycanla Türkiyə dövlət qulluğunun idarə olunması sahəsində əməkdaşlığı inkişaf etdirəcək
Sərəncam metodu qanunlara, əsasnaməyə, təlimatlara, normativ sənədlərə və s. əsaslanaraq həyata keçirilir. Bu metodun təsir vasitələri əmrlər, sərancamlar, göstərişlər, tapşırıqlar və s. hesab edilir. Bu metod idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi qaydalarını müəyyən edir.
İDARƏETMƏ METODLARI
Metod yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi idarəetmə elminin də metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi idaretmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir.
İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və məzmunundan asılıdır.
İdarəetmənin üç əsas metodu vardır:
1) İqtisadi metod.
2) Inzibati-sərəncam metodu.
3) Sosial-psixoloji metod.
1) İdarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatçılığın həyata keçirilməsi metodlarına idarəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod idarəetmə obyektinin müəyyən tərəflərinə − istehsalın təşkilinə və onun nizama salınmasına, idarəetmə fəaliyyətinin həyata keçirilməsinə, kollektivin və onun üzvlərinin maddi-mənəvi marığına təsir edir, istehsalın ahəngdar olmasına xidmət edir. İqtisadi metod ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, maddi həvəsləndirmə, maya dəyəri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salınmasına, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına, əmək qabiliyyətinin yüksəldilməsinə yönəldilir. Buna görə də bəzi ədəbiyyatlarda iqtisadi metodlar təhriketmə metodları kimi adlandırılır.
İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.
İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur:
1) Kommersiya hesabı;
2) Təsərrüfat daxili hesablaşmalar;
Kommersiya hesabı müəssisə və təşkilatın digər müəssisə və təşkilatlarla iqtisadi əlaqələrini, münasibətlərini, hesablaşmalarını əhatə edir.
Təsərrüfat daxili hesablaşmalar isə müəssisənin daxili struktur bölmələri arasında (məsələn, istehsal, satış, marketinq, təchizat şöbələri, sexlər, anbarlar və s. arasında) olan münasibətləri və hesablaşmaları əhatə edir.
İdarəetmənin iqtisadi metodları iqtisadi qanunların, prinsiplərin və müddəaların praktikada istifadə edilməsi mexanizmidir. Bütövlükdə bu metodların resursların bölüşdürülməsi, firmanının iqtisadi inkişaf istiqamətlərinin düzgün seçilməsi, planlaşdırma və iqtisadi təhlilin elmi səviyyəsinin yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır.
2) İdarəetmə fəaliyyətində inzibati-sərəncam metodunun həyata keçirilməsi olduqca vacib və əhəmiyyətli məsələlərdən biridir.İnzibati-sərəncam metodlarından dövlətin, cəmiyyətin qanunlarına, əmək qanunvericiliyinə, habelə sahibkara verilən səlahiyyətlərə əsasən istifadə edilməlidir. Öz növbəsində bu qanunları, qaydaları və aktları pozan sahibkarlar və mütəxəssislər məsuliyyət daşıyırlar.
İnzibati-sərəncam metodu hakimiyyətçilik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metodlarının obyekti geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamət üzrə təsnifata ayırmaq olar.
Normativ-sərəncam metodu iki təsir metoduna ayrılır:
1) İnzibati-təsir metodu;
2) Sərəncam-təsir metodu;
İnzibati-təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir.
İnzibatçılıq dedikdə, yüksək idarəetmə bacarığı və qabiliyyəti başa düşülür. İnzibatçılıq həm nəzəri biliklə, həm də praktik vərdişlərə sahib olmaqla formalaşır.
Beləliklə, inzibati-təsir metodunun başlıca xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
a)idarə olunan obyektə birbaşa və bilavasitə təsiretmə qaydası;
b) qərar və sərəncamların operativ qaydada işlənməsi və həyata keçirilməsi;
c) müvafiq qanunların və normativ sənədlərin lazımı səviyyədə, qaydada yerlərə tətbiq edilməsi;
d) bu və ya digər situasiyaların eyni qaydalı həlli;
e) rəhbər işçilərin, menecerlərin, sahibkarların tabeçilikdə olan işçilərin, icraçıların iradəsinə müstəqim təsir edə bilməsi;
İnzibatçı rəhbər rəhbərlik etikasına ciddi riayət etməlidir. Yəni işçilərlə davranışında ədalətli və nəzakətli olmalıdır, işçini dinləməyi bacarmalıdır, ciddi olmalıdır, işçilərin tənqidi çıxışlarına qulaq asmalıdır, qanunvericiliyə dürüst riayət etməlidir.
İnzibati metodun reqlamentləşdirmə, təlimatlandırma və nizamlan-dırma xüsusiyyətlərini fərqləndirmək lazımdır. Reqlamentləşdirmə funksiyası dedikdə təşkilati struktur bölmələrinin və ya şöbələrinin yaradılması, əmək bölgüsünün həyata keçirilməsi, şöbələrin əsasnamələrinin hazırlanması, müəssisənin konsepsiyasının tərtib olunması, iş vaxtı normalarının, material normativlərinin, daxili nizam-intizam qaydalarının müəyyən edilməsi başa düşülür.
Təlimatlandırma xüsüsiyyəti ayrı-ayrı şöbələrin, strukturların, vəzifələrin icrasının təlimatlarının hazırlanması, işçilərin nizam-intizam qaydaları ilə, qanun və normativ sənədlərlə təlimatlandırılması və s. ilə əlaqədardır.
Nizamlandırma funksiyası isə qanunlara, qaydalara əməl edilməsinə nəzarət olunması ilə əlaqədardır.
Sərəncam metodu qanunlara, əsasnaməyə, təlimatlara, normativ sənədlərə və s. əsaslanaraq həyata keçirilir. Bu metodun təsir vasitələri əmrlər, sərancamlar, göstərişlər, tapşırıqlar və s. hesab edilir. Bu metod idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi qaydalarını müəyyən edir.
Sərəncam metodu müəssisə aparatı və istehsalda çalışan bütün işçilərin səmərəli, intizamlı fəaliyyəti, əmək, istehsal və dövlət intizamına əməl edilməsini, təşkilatçılıq fəaliyyətini yerinə yetirir. Sərəncamvermə metodu idarəetmənin bütün fəaliyyətinə aiddir. İdarəetmənin funksiyaları bu metodun tətbiqi olmadan yerinə yetirilə bilməz.
3) Sosial-psixoloji metod.Müasir şəraitdə sosial-psixoloji metoda idarəetmə prosesində daha çox əhəmiyyət verilir. Sosial-psixoloji metod işçi heyətinin və onun üzvlərinin sosial və psixoloji maraqlarına təsir göstərmək vasitəsidir.
Azərbaycanla Türkiyə dövlət qulluğunun idarə olunması sahəsində əməkdaşlığı inkişaf etdirəcək
B.Xəlilov bildirib ki, Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlığa dair ilk protokol imzalanıb. Həmin protokolun əsasında əməkdaşlıq davam edir.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/
Bu gün Bakıda “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanma mərasimi keçirilib.
Trend xəbər verir ki, Fəaliyyət Planını Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu imzalayıb.
B.Xəlilov bildirib ki, Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlığa dair ilk protokol imzalanıb. Həmin protokolun əsasında əməkdaşlıq davam edir.
Onun sözlərinə görə, bu gün imzalanmış Fəaliyyət Planında isə 2014-2015-ci illər ərzində hər il üçün qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur: “Səfərlər zamanı dövlət qulluğunda islahatlar və insan resurslarının idarə olunması sahəsinə dair yeni yanaşmalar nəzərdən keçiriləcək, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının peşə hazırlığı, etik davranış qaydalarına nəzarət sistemi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, rotasiya sisteminin tətbiqi, dövlət qulluğunda şəffaflıq, xidmətlərin çatdırılmasında qərəzsizliyin təmin olunması, dövlət qulluqçularının vəzifədə yüksəlişi, dövlət qulluğunda idarəçiliyində e-hökumətin tətbiq olunması sahəsində təcrübə mübadiləsi aparılacaq. Eyni zamanda, hər iki ölkənin dövlət qulluğuna dair aparılmış təhlili nəticəsində müəyyən edilmiş problemli məsələlər və həmin problemlərin həlli yolları sahəsində müzakirələr aparılacaq. Fəaliyyət Planında dövlət qulluğu sisteminə təlim proqramları və seminarların təşkil edilməsi, zurərət olduğu halda dövlət qulluğu və insan resurslarının inkişafına dair nəşrlə mübadiləsinin aparılması da nəzərdə tutulur”.
Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu isə qeyd edib ki, hər iki ölkənin rəhbərliyi tərəfindən dövlət idarəçiliyi sahəsində əməkdaşlığa böyük önəm verilir: “Biz Azərbaycanla dövlət idarəçiliyi sahəsində əməkdaşlığımızı inkişaf etdirmək niyyətindədyik. Bunun üçün dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində müxtəlif layihələr həyata keçiriləcək”.
İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edib
Azərbaycanda dövlət qulluğu sistemindəki islahatlar idarəetmədə mühüm yeniliklərə imza atılmasını şərtləndirib
Azərbaycan Respublikasında dövlət qulluğu qədim köklərə malikdir. Əsrlərboyu torpaqlarımızda müxtəlif dövlətlər, hər bir dövlətin isə öz idarəçilik ənənələri olub. İlk dəfə kadrlar sistemli şəkildə Azərbaycan Xalq Cümhuriyyətində hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin erkən süqutu bu prosesin inkişafını ləngitməyib. Sovet dövründə isə dövlət qulluğu sistemi ağır mərhələlərdən keçib. Ölkəmizdə dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Sərəncamının (1996) və “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərmanının (1998) müstəsna rolu olub.
Dövlət qulluğu sahəsində islahatlar iki istiqamətdə aparılırdı: bir tərəfdən dövlət aparatının təkmilləşdirilməsi, dövlətin məqsəd və funksiyalarını icra etməyə, iqtisadiyyatın səmərəliliyini artırmağa, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş demokratik, dünyəvi dövlət quruluşuna müvafiq dövlət qulluğu institutunun yaradılması; digər tərəfdən müasir sosial-iqtisadi sahədə dövlət qulluğuna qoyulan tələblərə cavab verən peşəkar, səriştəli, işgüzar və mənəvi keyfiyyətlərə malik, geniş dünyagörüşlü, intellektual səviyyəli vətəndaşların dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluqçusunun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, onların məsuliyyətinin artırılması.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti Murtəza Həsənovun “Azərbaycanın dövlət qulluğu sistemində islahatlar” sərlövhəli məqaləsini təqdim edir.
1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katib seçilməsi ilə dövlət qulluğunun inkişafı başladı. Heydər Əliyevin bu sahədə ilk addımı dövlət idarəetmə sisteminin milliləşdirilməsi oldu. Ulu Öndər dövlət qulluğu sistemində azərbaycanlıları vəzifədə irəli çəkməklə yanaşı, mütəxəssis kadrların yetişdirilməsinə də xüsusi diqqət yetirib. Bu məqsədlə ali məktəblərdə yeni ixtisaslar açılıb, hər il 900-dən çox gənc Sovet İttifaqının ən qabaqcıl ali məktəblərinə göndərilib. Məhz həmin kadrlar müstəqilliyimizin bərpasından sonra ölkənin idarə edilməsinə öz töhfələrini verib.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasında Konstitusiya layihəsinin qəbul edilməsi müasir dövlət qulluğu sisteminin hüquqi bazasını yaradıb. 1998-ci il dekabrın 29-da Ümummilli Lider “Azərbaycan Respublikasında dövlət sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərman imzaladı. Dövlət idarəetmə sistemində islahat, eyni zamanda, dövlət qulluğu islahatlarını da nəzərdə tuturdu.
Zaman keçdikcə bu sahədə xüsusi bir qanuna zərurət yarandı. Dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanunun qəbulu dövlət idarəçilik sistemində islahatların aparılması ilə bağlı idi.
“Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra respublikada demək olar ki, real həyata söykənən ən işlək qanun olub. Bu Qanundan irəli gələn onlarla normativ hüquqi akt qəbul olunub, o cümlədən dövlət başçısının fərman və sərəncamları ilə respublikada idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni qurumlar yaradılıb, onların fəaliyyət prinsiplərini müəyyən edən əsasnamələr və qaydalar hazırlanıb təsdiq edilib. Qanuna ölkədə gedən quruculuq işləri, o cümlədən idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlərin həlli üçün bir çox yeni müddəalar əlavə olunub. İndi cəsarətlə demək olar ki, bu sənəd artıq müasir dövr üçün yararlı, mükəmməl bir qanun kimi formalaşıb.
2003-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlət qulluğu sisteminin uğurla inkişafına səbəb oldu.
İstər Azərbaycanda, istərsə də dünya ölkələrində dövlət qulluğu islahatlarının mərkəzi xəttini kadrlarla bağlı atılan addımlar tutur. İdarəçilik sisteminin səmərəli inkişafına kadr hazırlığı və rəqabətli mühitin yaradılması təsir göstərir. 2007-ci ildən dövlət qulluğuna qəbul müsabiqə vasitəsilə həyata keçirilir. 2016-cı ilə qədər bu prosesin təşkili və nəzarətini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirsə də, 2016-cı ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu səlahiyyət Dövlət İmtahan Mərkəzinə verilib.
Azərbaycanda dövlət kadr siyasətinin həyata keçirilməsi zamanı dövlət qulluqçularının peşəkarlıq, bilik və bacarıq səviyyələri ilə yanaşı, onların etik davranış qaydaları da diqqətdə saxlanılır. Bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi dövlət qulluğunun daha səmərəli fəaliyyətinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. 2007-ci ilin mayın 31-də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul edilib. Bu sənəd dövlət qulluğunda çalışanların davranış prinsiplərini və qaydalarını müəyyənləşdirir.
Prezident İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncam imzalayıb. Yeni inkişaf konsepsiyasının hazırlanması zərurətini Azərbaycanın hərtərəfli inkişaf potensialı meydana çıxarıb. Konsepsiyanın mahiyyəti əsasən innovasiyayönümlü iqtisadiyyatın yaradılmasını təmin etməkdən ibarətdir. Ümumilikdə, ictimai həyatın bütün sferalarında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaq qeyd etdiyimiz konsepsiyanın hədəfini təşkil edir. Bu konsepsiya ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasına dəlalət etməklə yanaşı, qarşıya qoyulan yeni məqsədlərə səmərəli şəkildə nail olmaq üçün dövlət idarəçiliyi sahəsində də ciddi keyfiyyət dəyişikliklərinin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühüm yeniliklərə imza atılmasını şərtləndirib. Bunlardan ən mühümləri kimi dövlət idarəçiliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimal nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin işlənib hazırlanması və s. qeyd etmək mümkündür. Dövlət qulluğu sistemində fəaliyyətinin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi diqqət mərkəzindədir. Belə ki, hazırkı mərhələdə ölkədə demək olar bütün dövlət idarəçiliyi orqanlarda elektron xidmətlərin göstərilməsinin təmin olunması üçün ardıcıl addımlar atılmaqdadır. Qeyd edək ki, Azərbaycan dövlət qulluğu sistemində innovativ məqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılıb. Belə ki, 2011-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə start verilib və qısa zaman kəsiyində bu xidmətlərin göstərilməsi geniş vüsət alıb.
Azərbaycan Respublikasında “elektron hökumət”lə bağlı ideya ilkin olaraq “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012-ci illər)” sənədində ifadə olunub. 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) məhz bu mühüm strategiyanın həyata keçirilməsi üçün yaradıldı. Belə ki, nazirlik “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası”nın həyata keçirilməsi istiqamətində 2005-2008-ci illər və 2010-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət proqramlarını reallaşdırıb. Bu proqramlar informasiya cəmiyyətinin formalaşdırılması və elektron hökumət quruculuğu istiqamətində mühüm addım olmaqla, Azərbaycanda dövlət qulluğu sistemində innovasiyaların tətbiqi baxımından olduqca əhəmiyyətli idi.
Dövlət qulluğunun müasirləşdirilməsi, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu.
Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlət Agentliyi dövlət qurumları tərəfindən həyata keçirilən xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədilə aşağıdakıları həyata keçirir:
• Dövlət qurumlarının malik olduqları informasiya sistemləri ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər görmək;
• Elektron xidmətlərin göstərilməsi üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
• Dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;
• Elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərmək;
• Dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək aidiyyəti dövlət qurumlarına məlumat göndərmək.
Beləliklə, Azərbaycan Respublikasında dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi ciddi konseptual əsaslara söykənərək intensiv xarakter alıb. Azərbaycanda dövlət qulluğu sisteminin və dövlət idarəçiliyinin optimallaşdırılması üçün tədbirlər müəyyənləşdirilərkən ölkənin inkişaf xarakteri və cəmiyyət üzvlərinin gözləntiləri nəzərə alınır. Müasir mərhələdə dövlət qulluğu sistemində həyata keçirilən islahatların səciyyəvi xüsusiyyəti onların innovativ xarakterli olmasından ibarətdir. Dövlət qulluğu sistemində müşahidə olunan ilkin yenilik “dövlət qulluğu” anlayışına tamam yeni yanaşma tərzinin sərgilənməsi ilə bağlıdır. Azərbaycanda bütövlükdə səmərəli dövlət idarəçiliyinin tam oturuşması üçün dövlət qulluğu sistemində innovasiyaların tətbiqi məsələsinə xüsusi diqqət yetirilir. Hazırkı mərhələdə dövlət qulluğu sistemində innovasiyaların tətbiqi vətəndaş məmnunluğunun başlıca şərti kimi çıxış edir.
Comments are closed, but trackbacks and pingbacks are open.